Məhkəmə qərarları › İş №1(039)-86/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-86/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-86/2024 21.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 iyun 2024-cü il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində 29 oktyabr 2023-cü il tarixdə əvvəllər ər-arvad münasibətində yaşayaraq sonradan ayrıldığı Zərərçəkmiş şəxs ilə barışmaq məqsədilə sonuncunun yaşadığı evə gələrək orada hamam kimi istifadə olunan tikilinin içərisində Zərərçəkmiş şəxs barışmaq istədiyini dedikdən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özü ilə gətirmiş olduğu soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs zərbələr vuraraq sonuncuya sağlamlığına YÜNGÜL zərər vuran sağ qalça çüxurunun bir ədəd, sağ dizin ön səthinin bir ədəd, sağ budun aşağ 1/3-nin tış səthinin bir ədəd, sağ budun yuxarı səthinin bir ədəd və sağ budun orta 1/3-nin ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddət pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, onların qeyri-rəsmi, yəni nikahdan kənar münasibətləri vardır. 29 oktyabr 2023-cü il tarixdə İradənin yaşadığı evə getmiş və evin həyətində İradəni çağırmış və sonra evin həyətyanı sahəsində yerləşən hamamın içərisində söhbət etmişlər və o bu zaman İradə ilə barışmaq istədiyini demiş, lakin İradə onunla barışmaq istəmədiyini deyərək ona getməsini demişdir. Buna görə də o əsəbləşmiş və İradəni qorxutmaq üçün gələrkən üzərində gətirmiş olduğu bıçaqla İradənin ayaq nahiyəsinə bir neçə dəfə vuraraq sonuncuya xəsarət yetirmişdir. O həmin günü axşam saatlarında yaşadığı evdə spirtli içki olan araq içmiş və buna görə də sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət etmiş əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsinə dair məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, O, Təqsirləndirilən şəxs ilə üç ildir ki, nikahdan kənar, yəni qeyri-rəsmi münasibətdə yaşamışdır. 29 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində o, duş almaq üçün evin həyətində yerləşən hamama gedən zaman Əmirlə hamamın qarşısında qarşılaşmış, bu zaman Əmir onunla barışmaq istədiyini demiş, lakin o Əmirə barışmaq istəmədiyini dediyi üçün Əmir belindən çıxartmış olduğu bıçaqla onun sağ ayaq nahiyəsinə vurmuşdur. Bu zaman o yerə oturmuşdur. Bundan sonra Əmir həmin bıçaqla sağ ayağının diz nahiyəsinə və baldır nahiyəsinə ümumilikdə dörd dəfə bıçaqla vurmuşdur. Əmir həmin vaxt ona ümumilikdə beş dəfə bıçaqla vurmuşdur. Əmir onu bıçaqlayan zaman o qışqırdığı üçün Əmir onu orada qoyaraq evin həyətinin qapısını açaraq yola çıxmışdır. Bu zaman onun səsini eşidən qardaşı Çingiz Hüseynov evdən çölə çıxmış və Əmir qapıdan çıxan zaman onu gördüyü üçün Əmirin arxası ilə getmiş və Əmiri yolda tutaraq saxlamışdır. Məhkəmə iclasına Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayətinin olmadığını cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 mart 2024-cü il tarixdə qəbul edilmiş “qətimkan tədbiri seçmək haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 27 noyabr 2023-cü il tarixli 17/799 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəf kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır. Soyuq silah, döyüş sursatı hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Yevlax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 673 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ qalça çüxurunun, sağ dizin ön səthinin, sağ budun aşağı 1/3-nin tış səthinin, sağ budun yuxarı və orta 1/3-nin ön səthinin deşilmişkəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30 (otuz) manat 60 (altmış) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq dəyəri olmadığı üçün hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30 (otuz) manat 60 (altmış) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar