Məhkəmə qərarları › İş №1(039)-86/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-86/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-86/2025 20.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 07 avqust 1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qəimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 03:30 radələrində ünvan 3 ünvanında yerləşən yaşadığı evin qarşısında küçədə alkoqol sərxoşluğu vəziyyətində dayanarkən ora qonşusu Zərərçəkmiş şəxs gələrək ona olan 20 manat pul borcunu ödəməsini tələb etmiş, o, üzərində pulu olmadığından borc pulu həmin vaxtı verə bilməyəcəyini Zərərçəkmiş şəxs dedikdə sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən özü ilə gətirdiyi üzərində olan mətbəx bıçağını çıxardıb sağ əlində tutmaqla Zərərçəkmiş şəxs sol bel nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbəb olan belin sol-iç hissəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur və Emil ilə heç vaxt ədavət və düşmənçiliyi olmamamışdır. O, xx.xx.2025-ci il tarixdə təxminən saat 03:30-də ünvan 3 ünvanında yaşadığı fərdi yaşayış evində olan zaman səs eşitmiş və küçəyə çıxmışdır. Küçəyə çıxan zaman qonşusu Emili görmüş və ona salam vermişdir. Emil ona yaxınlaşmış və ondan 20 manat borcunu istəmişdir. O, Emilə olan 20 manat borcunu verə bilməmiş və bu səbəbdən Emil ilə aralarında mübahisə başlamışdır. Həmin vaxt sərxoş olduğu üçün əsəblərini cilovlaya bilməmiş və özü ilə evdən gətirdiyi mətbəx bıçağı ilə Emilin kürəyinin sol böyrək nahiyəsinə bir dəfə vuraraq oradan uzaqlaşmışdır. O, Emili bıçaqla vuran zaman həmin vaxt orada heç kim olmamışdır. Hazırda əməlindən səmimi peşmandır və zərərçəkmiş şəxslə barışmışlar. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan iş üzrə icraata xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, onunla ədavət və düşmənçiliyi yoxdur. O, xx.xx.2025-ci il tarixdə təxminən saat 03:30-də ünvan 3 ünvanında yerləşən Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşısında küçədə dayanmışdır. Həmin vaxt qonşusu Sənan yaşadığı evin qarşısına küçəyə çıxmış və ona salam vermişdir. Sonra o, Sənana yaxınlaşmış və ondan 20 manat borcunu istəmişdır. Sənan onun borcunu verə bilməmiş və bu zaman onların arasında mübahisə başlamışdır. Həmin vaxt o, Sənanın sərxoş olduğunu və əlində bıçaq olduğunu görmüşdür. Qəflətən Sənan onun kürək nahiyəsinə bıçaqla bir dəfə vurmuş və hadisə yerindan qaçmışdır. Həmin vaxt orada başqa şəxs və ya şəxslər olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ona ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, cinayət işinin icraatına xitam verilməsini və təqsirləndirilən şəxsin məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qonşusu, zərərçəkmiş şəxs isə oğludur. O, xx.xx.2025-ci il tarixdə təxminən saat 03:30 radələrində gecə vaxtı olduğu üçün yatmışdır. O, yuxuda olarkən oğlu Emilin onu çağırdığını eşitmişdir. O, yuxudan ayılıb oğlu Emilə cavab verən zaman Emil ona qonşusu Sənan ilə mübahisə edən zaman Sənanın onu bıçaqla vurduğunu bildirmişdir. Həmin vaxt o, 103 xidmətinə zəng vurmuş və Emili Yevlax rayon mərkəzi xəstəxanasına aparmışdır. O, qonşusu Sənanın onun oğlu Emili bıçaqla vurub xəsarət yetirən zaman hadisəni görməmiş və həmin hadisə yerində olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 219 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs belin sol-iç hissəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası vardır. Bu xəsarət deşicikəsici alətin, ola bilsin ki, yastı tiyə tipli bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığın qısa müddət pozulmasına səbəb olduğu üçün yüngül dərəcəli bədən xəsarətlərinə aid edilir. İşdə olan Yevlax Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 4(039)-51/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 aprel 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən və Yevlax Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 1(039)-37/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 17/360 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, təssərüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş üzrə 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik, təssərüfat-məişət təyinatlı mətbəx bıçağı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut qismində tanınaraq Yevlax rayon polis şöbəsinin saxlanılma otağına saxlanca təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və onu bağışladığını, heç bir tələbinin və şikayətinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini göstərərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışı gedişində əməlitörətmiş şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o məhkəmə iclas zalından həbsdən dərhal azad edilməlidir. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə 30.6 (otuz manat altmış qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesabına keçirilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün göstərilən 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilin. İş üzrə 30.6 (otuz manat altmış qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesabına keçirilsin. Məhkəmə dövrü üçün göstərilən 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar