Məhkəmə qərarları › İş №1(039)-87/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-87/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-87/2020 15.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Yevlax şəhəri Fizuli küçəsində saxlanılıb, üzərində həmin gün saat 14:55 radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkçənin içində bir ədəd sellofan torbada istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda-435,00 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etsə də, xx xxxx 2020-ci il tarixdə onun üzərində hər hansı narkotik vasitə olmamışdır. O, xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Yevlax şəhəri Fizuli küçəsi ilə hərəkətdə olarkən yanında bir avtomobil dayanmış və avtomobildən mülki geyimdə bir şəxs düşərək onunla gəlməli olduğunu bildirmişdir. O isə həmin şəxsə etirazını bildirmişdir və aralarında mübahisə yaranmışdır. Sonradan avtomobildən polis geyimində Tural və Arif adlı polis əməkdaşları düşmüş və ona narkotik vasitərin saxlanılmasında şübhəli olduğu və polis şöbəsinə getməli olduğu bildirilmişdir. O da etiraz etmədən avtomobilə əyləşərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Avtomobildə olarkən o, mülki geyimdə olan şəxsin adının Teymur olduğunu bilmişdir. Polis əməkdaşları onu polis şöbəsinə aparmış və orada adlarını bilmədiyi və əvvəllər görmədiyi şəxslər ona üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı verərək üzərində saxlamasını bildirmişlər. Marixunanı götürməyəcəyi təqdirdə ona daha ağır maddə ilə, yəni satış məqsədilə narkotik vasitə saxlama maddəsi ilə cinayət işi başlayacaqlarını bildirmişlər. O, məcbur qalaraq narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. xx xxxx 2020-ci il tarixdə polis şöbəsinə gətirilərkən onun əynindəki gödəkçənin qabaq hissəsi açıq vəziyyətdə olmuş və onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Son olaraq, verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərində tapılan narkotik vasitənin ona məxsus olmadığını, ibtidai istintaq zamanı ona hədə-qorxu gəlinərək verilmiş ittiham üzrə özünü təqsirli bilməyə məcbur edildiyini qeyd etməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, mütamadi olaraq marixuana istifadə etmiş və narkotik vasitə aludəçisi olmuşdur. 2020-ci ilin təxminən fevral ayında o, Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində yerləşən meşəyə qoza yığmaq üçün getmişdir. O, meşədə şam ağaclarının qozalarını yığarkən ağacların birinin dibində qırmızı-bənövşəyi rəngli bir ədəd sellofan torbanın olduğunu görmüşdür. Torbanın içərisi dolu vəziyyətdə olmuşdur. O, torbanın içərisinə baxmış və qurudulmuş marixuananın olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin marixuananı götürməyi və yaşadığı evə aparıb saxlamaqla az-az istifadə etməyi qərara almışdır. Bundan sonra o, torbadakı marixuananı götürüb yaşadığı evə gətirmiş və yaşadığı evin yataq otağında yerləşən çarpayının altında gizlətmişdir. O, bir neçə gündən bir həmin marixuanadan istifadə etmişdir. Yevlax rayonunda özünə iş tapa bilmədiyi üçün 2020-ci ilin mart ayının əvvəlində Bakı şəhərinə gedərək işləməyi, taparaq əldə etdiyi marixuananı da özü ilə Bakı şəhərinə aparmağı və orada az-az istifadə etməyi qərara almışdır. Bakı şəhərində getmək üçün o, xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində qurudulmuş marixuananı sellofan torbada əynindəki gödəkçənin altında gizlətmişdir. Bundan sonra o, evdən çölə çıxıb piyada olaraq Füzuli küçəsinə getmişdir. Saat 14:30 radələrində o, Füzuli küçəsində mərkəzi bazarın yaxınlığında olarkən Yevlax rayon polis şöbəsinin əməkdaşları onu saxlamışdır. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və üzərinə baxış keçirəcəklərini demişlər. O, üzərinə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub X3 vəkil seçmişdir. Təhqiqatçı vəkil Zaur Bərxudarovu ona müdafiəçi təyin etmiş və ona təqdim etmişdir. Yevlax rayon polis şöbəsinin inzibati binasında, otaqların birində polis əməkdaşları müdafiəçisi Zaur Bərxudarovun iştirakı ilə video çəkilişlə onun üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı o, əynindəki gödəkçənin altında olmuş bir ədəd bənövşəyi-qırmızı rəngli torbada olmuş marixuananı çıxararaq təqdim etmişdir. O, bir ədəd sellofan torbada qurudulmuş marixuananın olduğunu, özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra o, sellofan torbanı açaraq içərisində olmuş qurudulmuş marixuananı polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları kütlənin narkotik vasitə olan marixuanaya bənzədiyini demişdir. Təhqiqatçı bir ədəd sellofan torbada olmuş qurudulmuş marixuananı böyük ölçüdə olan zərfə qoymuş, zərfin açıq yerini yapışdırıb bağlamış və möhürləmişdir. Təhqiqatçı onun və iştirakçıların adları olan və imzaladıqları vərəqi həmin zərfin üzərinə yapışdırmışdır. Polis əməkdaşı sellofan torbada olmuş kütlənin qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə xx xxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Natiqin şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx xxxxxx 1985-ci il tarixdə Yevlax şəhərində doğulduğunu, ünvan 1-də qeydiyyatda olduğunu və həmin ünvanda yaşadığını, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı X6 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini X7 həmin qrupun rəhbəri təyin edilmişdir. Saat 14:20 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə polis şöbəsindən çıxaraq Yevlax şəhəri H.Rəcəbov, Pişəvəri və Füzuli küçələrinə getmişlər. Saat 14:30 radələrində o, Təqsirləndirilən şəxs Füzuli küçəsində mərkəzi bazarın yaxınlığında olduğunu görmüş və birlikdə olaraq sonuncuya yaxınlaşmışlar. O, Natiqə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, sonuncunun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. O, Natiqi polis əməkdaşı Şahid2la birlikdə Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmiş və baş təhqiqatçı Faiq Cəfərova təhvil vermişdir. O, Natiqin gətirilməsi barədə raport yazmışdır. Faiq Cəfərov onun tərtib etdiyi sənədlər əsasında Natiqi şübhəli şəxs qismində tutmuşdur. Natiq Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X11 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Faiq Cəfərov onun, Şahid2 və Zaur Bərxudarovun iştirakı ilə Natiqin üzərində şəxsi axtarış aparmışdır. X14 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru işləmiş Şahid3 “panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Natiq əynindəki gödəkçənin altından içərisi dolu vəziyyətdə olmuş bir ədəd sellofan torba çıxararaq masanın üzərinə qoymuşdur. Natiq sellofan torbada olmuş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Natiq torbanın ağzını açmış, o, torbanın içərisində yaşıl rəngli, qurudulmuş ot kütləsinin olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə xx xxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün saat 14:30 radələrində polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs Yevlax şəhəri Füzuli küçəsində saxlayıb Yevlax rayon polis şöbəsinə gətirmiş və baş təhqiqatçı Faiq Cəfərova təhvil vermişlər. Faiq Cəfərov ona Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparacağını, kamera vasitəsi ilə video çəkiliş aparmasını demişdir. O, istifadəsində olmuş “panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışda sonuncunun vəkili X5, polis əməkdaşları Şahid1 və Şahid2 iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin altından içərisi dolu vəziyyətdə olmuş bir ədəd sellofan torba çıxararaq masanın üzərinə qoymuşdur. Natiq sellofan torbadakı kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, meşə ərazisindən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Natiq torbanı açmış, torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Faiq Cəfərov marixuanaya bənzər kütləni sellofan torba ilə birlikdə bir ədəd bağlamaya qoyub qablaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin postpatrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 18-19); şəxsi axtarış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin içindəki 1 ədəd sellofan bükülünün içərisindən narkotik maddə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 26-32); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2020-ci il tarixli 20/41/a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş polietilen torbada, təmiz çəkisi 435,69 qram olan maddə narkotik vasitə qurudulmuş marixuanadır (kannabis). (tədqiqata istifadə olundu 0,08 qram, qalıq 435,61 qram) (iş vər. 40-41); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 65-66); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/283 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş...” sözləri yazılmış kağız bağlamanın içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 435,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 435,00 qram, tədqiqata sərf edildi - 0,005 qram, 434,95 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (iş vər. 109-110); sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 434,95 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər. 113-122); məhkəmə narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 416 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. (iş vər. 106); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( iş vər. 82); Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, üzərində tapılan narkotik vasitənin ona məxsus olmaması, ibtidai istintaq zamanı ona hədə-qorxu gəlinərək verilmiş ittiham üzrə özünü təqsirli bilməyə məcbur edilməsi ilə bağlı ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuş, üzərində şəxsi axtarış aparılarkən müdafiəçiyə ona qarşı hədə-qorxu gəlindiyini, narkotik vasitənin ona məxsus olmamasını bildirməmiş, ona qarşı edilən “qanunsuz hərəkətlərlə” bağlı müvafiq orqanlara müraciət etməmiş və verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cinayət işinin materiallarında olan ifadələr, eləcə də, məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasını tam çəkib qurtarmışdır. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyini və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə cəzanı ağırlaşdıran hal kimi(CM-61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyinin əzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan 434,95 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 ibtidai istintaqda göstərdiyi 32 (otuz iki) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 192 (bir yüz doxsan iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4, 120 (bir yüz iyirmi) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar