Məhkəmə qərarları › İş №1(039)-87/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-87/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-87/2022 18.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Yevlax şəhəri, Neftkəməri küçəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 29 yanvar 2022ci il tarixdə Yevlax şəhəri, Neftkəməri küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək saat 11:30-dan 11:50-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq cəmi 1,301 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitələrdən əvvəllər mütəmadi istifadə etmişdir. Lakin hazırda istifadə etmir. 28 yanvar 2022-ci il tarixdə günün birinci yarısında Yevlax şəhərində, Yevlax şəhəri Neftkəməri küçəsində yaşadığı evin yaxınlığında gəzərkən yerdə 1 ədəd sellofandan bükülünü görmüşdür. Bükülünü yerdən götürüb içinə baxmış və içində toz halında kütlənin olduğunu görmüşdür. Əvvəllər istifadəçisi olduğundan bunun heroin olduğunu anlamışdır. Həmin narkotik vasitəni cibinə qoyaraq saxlamışdır ki, birdən istəyi olsa istifadə etsin. 29 yanvar 2022-cii il tarixdə, təxminən saat 10:30-da, yaşadığı küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona polis şöbəsinə getməyi təklif etmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Baxış zamanı üzərində saxladığı bir ədəd içində heroin olan bükülünü çıxarıb təqdim etmişdir. Suallara cavab olaraq etiraf etmişdir ki, bükülünün içində olan heroindir, özü istifadə etmək üçün cibində saxlamışdır. Əməlindən peşman olduğunu, himayəsində yeddi azyaşlı uşağın olduğunu, arvadının hazırda hamilə olduğunu, ailənin yeganə qazanc gətirəni olduğunu bildirərək, ona həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 yanvar 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Şöbənin rəhbərliyinə raportla müraciət etmiş və həmin raport əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, Neftkəməri küçəsinə getmişlər və təzminən saat 10:30-da onu həmin küçədə saxlamışlar. Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə dəvət olunmuş, o isə öz növbəsində buna etiraz etmədən onlarla birlikdə Şöbəyə getmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə, video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü aşkar edilmişdir. Bükülüyə baxdıqda içində toz şəkilində kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni 28 yanvar 2022-ci il tarixdə səhər saatlarında yaşadığı küçədən tapmış və sonra istifadə etmək üçün cibinə qoyub saxlamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın cibindən içində toz şəkilində kütlənin olduğu bir ədəd bükülü aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 30 yanvar 2022-ci il tarixli 17/106 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi -1.301 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (səh.44) Məhkəmə-narkoloji ekspertizasının 26 mart 2022-ci il tarixli 360 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.87) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 7 yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Cəzasının əvvəli icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan 1,251 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 30 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 yanvar 2022-cil tarixdən 31 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla, 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X2 saxlanılan 1,251 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar