Məhkəmə qərarları › İş №1(039)-88/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-88/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-88/2020 13.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Yevlax rayonu, Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:30 radələrində, Yevlax rayonu, Qaramanlı kəndində yaşadığı evin yaxınlığında həmin gün saat 18 radələrində atası Şahid1 təhqir edib itələyərək yerə yıxmış həmkəndlisi Zərərçəkmiş şəxs ilə qarşılaşıb ondan atası ilə nəyə görə kobud davrandığını soruşduqda aralarında baş vermiş mübahisə zamanı qisas almaq niyyəti ilə qəsdən əlindəki bıçaqla onun qarın nahiyəsindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs «qarının ön divarının yarası» ilə müşaiyət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində evdə olarkən tanışı Eyvaz onun telefonuna zəng edərək atası Yunislə həmkəndlisi Tural mübahisə etdiyini, atasını Tural itləyərək yerə yıxdığını və atasının halının pis olması barədə məlumat vermişdir. O, da bu barədə qardaşı Ərəstuna zəng edib bildirmiş və atasının işlədiyi mağazaya getmişdir. Orada atasının halının pis olduğunu və sifətinə su vurduğunu görmüşdür. Atasından nə olduğunu soruşduqda atası ciddi bir şey olmadığını, ona və qardaşı Ərəstuna evə getmələrini demişdir. Atasını Ərəstunun idarə etdiyi avtomaşına mindirmiş və evə yola salmışdır. Evələrinə çatarkən Turalın idarə etdiyi avtomaşını dayısı Arzumanın küçə qapısında saxlayıb Arzumanla söhbət etdiyini görmüşlər. Ərəstun avtomaşını saxlamış və birlikdə avtomaşından düşmüşlər. O, Turalın üzərinə yeriyərək atası ilə nəyə görə mübahisə edib itələyərək yıxmasının səbəbin soruşmuşdur. Tural ona yaxşı etdiyini demişdir. Bunun üstündə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Arzuman qardaşı Ərəstunu tutmuş o, isə Tural ilə əlbəyaxa olmuşdur. Tural yerə yıxılmış və yerdə süpürləşərkən Turala gücü çatmadığına görə, gündüzdən həyətlərində olan heyvanlara verdiyi ot bağlarını kəsmək üçün cibinə qoyduğu bıçağı çıxararaq Turalın qarın nahiyəsinə bir dəfə vurmuşdur. Həmin vaxt oraya gəlmiş Turalın dayısı oğlu onları aralamış və onlar evə getmişdir. Sonradan eşitmişdir ki, Arzumangil Turalı kəndimizin yaxınlığında yerləşən Goranboy RMX-na aparmışlar. Orada həkimlər Turala tibbi yardım göstərmiş, Turalın vəziyyəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxslə barışdığını və hazırda ondan heç bir şikayət və tələbinin olmadığnı bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Qaramanlı kəndində evləri olsada faktiki olaraq Gəncə şəhərində yaşayır. xx xxxx 2020-ci il tarixdə işi ilə əlaqədar Yevlax şəhərinə gəlmişdir. İşini görüb qurtardıqdan sonra saat 18.30 radələrində Qaramanlı kəndində yaşayan nənəsi ilə görüşmək üçün kəndə getmişdir. İdarə etdiyi avtomaşını həmkəndlisi Yunisin mağazasının qarşısında saxlayıb yaxınlıqdakı çayxanaya getmişdir. Az sonra Yunis avtomaşını oradan götürməsi üçün ona azyaşlı uşaqdan xəbər göndərmişdir. Lakin o, uşağın sözünə məhəl verməmişdir. Bundan sonra Yunis özü oraya gəlmiş, ona gəlib avtomaşını oradan götürməsini demişdir. O, Yunisə beş dəqiqəyə gəlib avtomaşının götürəcəyini bildirmişdir. Yunis gedərkən sözlə onun ünvanına xoşa gəlməz söz işlətmişdir. O, avtomaşının yanına getmiş və sözlə Yunislə mübahisə etmişdir. Yunis onun qarşısına gəlmiş, o, Yunisin sinəsindən arxaya itələmişdir. Yunis arxaya-arxaya gedərək yıxılmışdır. O, avtomaşına əyləşib nənəsi ilə görüşmək üçün onlara getmişdir. Avtomaşını nənəsigilin küçə qapısında saxlayıb avtomaşından düşmüş, həmin vaxt dayısı Arzumanın küçədə olduğunu görüb onunla görüşüb söhbət etməyə başlamışdır. Saat təxminən 19:30 radələrində oraya ağ rəngdə «Jiquli» markalı avtomaşın gəlmişdir. Avtomaşın yanlarında saxlamış, avtomaşını sürən Yunisin oğlu Ərəstun, yanındakı isə qardaşı Fəhmin olmuşdur. Onlar ikisidə avtomaşından düşərək ondan atası ilə nəyə görə kobud davrandığını deyərək onu təhqir edərək üstünə gəlmişlər. X4 tutmuş, Fəhmin isə onun üstünə cummuş və onunla əlbəyaxa olmuşdur. Həmin vaxt ayağıayağına ilişərək yerə yıxılmış və Fəhmin onun üst tərəfində olmuşdur. O, Fəhminin altından çıxmaq istəyərkən Fəhmin əlindəki bıçaqla onun qarın nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Oraya gəlmiş dayısı oğlu onları aralaşdırmışdır. Həmin vaxt Fəhmin onu bıçaqla vursada o, Fəhmini vurmamışdır. Fəhmingil qaçıb getmiş, o, qarın nahiyəsinə baxarkən qarın nahiyəsinin kəsilmiş olduğunu və qan axdığını görmüşdür. Dayısıgil onun qarnını sarısada qan kəsmədiyinə görə onu kəndlərinin yaxınlığında yerləşən Goranboy RMX-na aprmışlar. Orada həkimlər ona tibbi yardım göstərmiş, onun vəziyyəti yaxşı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Yevlax rayonu Qaramanlı kənd bələdiyyəsinin sədri vəzifəsinddə işləyir. Zərərçəkmiş şəxs onun bacısı oğludur. xx xxxx 2020-ci il tarixdə təxminən saat 18.30 radələri olardı kənddə olarkən ona zəng edib demişlər ki, Tural kəndə gəlib, həmkəndlisi Yunisin mağazasının qarşısında Yunislə mübahisə edib, Yunisi itələyib, Yunisin ayağı daşa ilişib yıxılmışdır. Dərhal Yunisin mağazasına getmiş və Yunisin oturub sifətinə su vurduğunu görmüşdür. Yunisdən nə baş verdiyini soruşduqda Yunis ona Turalın avtomobilini mağazanın qarşısnda saxlayıb çayxanaya getdiyini, bir neçə dəfə Turala avtomaşınını oradan çıxar, firma maşını gəlib yükü boşalda bilmir dediyini, Turalın isə onun yanına gələrək onu təhqir edib sinəsindən itələdiyini və onun ayağının daşa ilişərək yıxıldığını bildirmişdir. Bu vaxt Yunisin oğlanları Fəhmin və Ərəstun oraya gəlmişlər. Onlar soruşdular ki, nə olub, Yunis dedi elə belə şeydir. Uşaqlar dedilər Tural necə oldu, kimsə dedi ki, Tural getdi. Yunis uşaqlara evə getmələrini demişdir. Ərəstun və Fəhmin avtomaşına oturub getdilər. Az sonra ona zəng edib dedilər ki, Tural küçədə Arzumanla söhbət edən zaman Fəhminlə Ərəstun küçədə Turalı söyüblər və dava düşüb. O, tez avtomaşına əyləşib getmişdir. Oraya çatanda görmüşdür ki, qardaşı Arzuman Ərəstunu tutub, arvadı, oğlu və 5-6 nəfər şəxs isə Fəhmini Turaldan aralayırlar. Həmin vaxt Tural isə yerdə yıxılı vəziyyətdə olmuşdur. Tural ayağa qalxdıqda. Fəhmingil qaçıb getdilər. Tural Fəhminin onun qarın nahiyəsindən bir dəfə bıçaqla vurduğunu demişdir. Turalın paltarını qaldırıb qarnına baxanda görmüşdür ki, bıçaq Turalın qarın nahiyəsinə dəyib və Fəhmin bıçağı yuxarı doğru çəkdiyinə görə yaranın ağzı 3-4 sm kəsilmişdir. Qan axdığı üçün parça gətirib kəsilmiş yeri tutsa da, qanı kəsə bilməmişdir. Qanı kəsə bilmədikləri üçün Turalı kəndlərinin yaxınlıqda yerləşən Goranboy rayon xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi, həm də uzaqdan qohumudur. Turalla münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavətləri olmamışdır. Tural həmkəndlisi olsa da, Gəncə şəhərində yaşayır və arada bir kəndə gəlir. Yaşadıqları kənddə atasına məxsus mağaza var. Aatası özü həmin mağazanı işlədir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 18:30 radələrində kənddə olmuşdur. Bu vaxt qardaşı Fəhmin ona zəng edib bildirmişdir ki, atasını Tural təhqir edərək vurmuşdur. O, idarə etdiyim avtomaşınla mağazanın qarşısına gəlmişdir. Həmin vaxt Fəhmində orada olmuşdur. Atasını oturuqlu vəziyyətdə olduğunu və üzünə su vurduqlarını görmüşdür. Kənd sakini Turalın dayısı Əhliman orada olmuşdur. Onlar atasından nə olduğunu soruşmuşlar. Atası Turalın onunla dalaşdığını bildirmişdir. Həmin vaxt Fəhmin dedi ki, gəl gedək. Atası isə onlara gedib heyvanları rahatlamalarını bildirmişdir. Evə gedərkən yolda Turalın nənəsigilin evlərinin qarşısında küçədə avtomobili saxlayıb, dayısı Arzumanla söhbət etdiyini görmüşlər. Maşını saxlamış və Fəhminlə ikisi maşından düşmüş və Tuarlgilin yanına getmişlər. Fəhmin Turala nəyə görə atamı vurmusan demişdir. Tural isə Fəhminə yaxşı eləmişəm deyə cavab vermişdir. Qardaşı Turala dedi ki, qələt eləmisən. Həmin vaxt Tural onların ünvanına nalayiq söyüşlər söymüş və Fəhmin Tural ilə yaxalaşmışdır. Necə oldusa Tural yerə yıxılmışdır. Onu həmin vaxt Arzuman tutmuşdur. Səsə Turalın dayısı oğlu, nənəsi və digər şəxslər küçəyə çıxdı və Tural ilə Fəhmini araladılar. Evə gedən zaman Fəhminin əlində bıçaq olmuşdur və Fəhmin Turalın qarın nahiyəsinə bir dəfə bıçaqla vurduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(039)-15/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 162 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-qarının ön divarının yarası deşici kəsici alətin, ola bilsin blçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 3/257 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Qaramanlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 64 (altmış dörd) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq dəyəri olmadığı üçün hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 11 (on bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 70 (yetmiş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar