Məhkəmə qərarları › İş №1(039)-88/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-88/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-88/2023 27.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd qızılı rəngli kağız bükümdə 0,974 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 23 dekabr 2022-ci il tarixdə saat 01 radələrində Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Tərtər şəhəri, M.F.Axundov küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Tərtər rayon polis şöbəsinə gətirilərək saat 02:23-dən 02:30-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi-axtarış nəticəsində onun üzərində olan həmin narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan bükümdə 0,810 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 18 yanvar 2023-cü il tarixdə saat 19:40 radələrində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri C.Mustafayev küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 20:10-dan 20:30-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, əvvəllər narkotik vasitə olan heroindən istifadə etmişdir. Yevlax şəhərində yaşasa da, ara sıra Bərdə və Tərtər şəhərlərinə də gedib orada fəhlə kimi işləyib pul qazanmışdır. 23 dekabr 2022-ci il tarixdə, gecə saatlarında işlə əlaqədar Tərtər şəhərində, Vaqif küçəsində olan zaman yerdə bir ədəd sellofan bükülü görmüş və həmin bükülünü yerdən götürüb açaraq içinə baxdıqda içində narkotik vasitə olan heroin olduğunu görmüşdür ki, bu zaman iki nəfər ona yaxınlaşaraq özlərini Tərtər rayon polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş və onu Tərtər rayon polis şöbəsinə dəvət etmişlər. Etiraz etməyərək onlarla birlikdə Tərtər Rayon Polis şöbəsinin inzibati binasına getmişdir. Polis şöbəsində ona vəkil təqdim edilmiş və bildirilmişdir ki, üzərində şəxsi axtarış aparılacaqdır. Video çəkiliş aparılmaqla üzərində axtarış aparılan zaman polis əməkdaşının təklifi üzrə cibində olan bükülünü çıxararaq təqdim etmişdir. Polis əməkdaşının sualına cavab olaraq etiraf etmişdir ki, bükülüdə olan narkotik maddə heroindir, bir müddət öncə yerdən tapmışdır. Müvafiq sənədləşmə işləri aparılmış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə buraxılmışdır. 18 yanvar 2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhəri, C.Mustafayev küçəsi ilə piyada yaşadığı evə gedərkən Yevlax Rayon Polis Şöbəsinin polis əməkdaşı Şahid1 ona yaxınlaşaraq bildirmişdir ki, onunla birlikdə Yevlax Rayon Polis Şöbəsinə getməlidir. Buna etiraz etməmiş və onunla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Həmin zaman onun üzərində hər hansı bükülü, narkotik vasitə olmamışdır. Polis şöbəsində Şahid1 ona təzyiqlər etməyə başlamış və təklif etmişdir ki, cibinə içində heroin olan bükülü qoyub etiraf etsin ki, həmin narkotik vasitə ona məxsusdur. Şahid1 hədələrinə və təzyiqlərinə davam gətirə bilməmiş və buna razılıq vermişdir. Çəkilişdən öncə bükülünü cibinə qoymuş və çəkiliş zamanı polis əməkdaşlarına bükülünü təqdim edərək etiraf etmişdir ki, bükülünün içində olan narkotik vasitə olan heroindir və ona məxsusdur. Polis əməkdaşlarından qorxduğundan ona təqdim edilmiş vəkilə bu barədə heçnə söyləməmiş, polis şöbəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib buraxıldıqdan sonra da prokurorluq və məhkəmə orqanlarına müraciət etməmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid3 bildirmişdir ki, Tərtər Rayon Polis Şöbəsində NMQ əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 dekabr 2022-ci il tarixdə Yevlax rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar həmin gün raportla Tərtər Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmiş və bu müraciət əsasında həmin şəxs barədə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. 23 dekabr 2022-ci il tarixdə, gecə saat təxminən 01:00-da, əməliyyat qrupunun digər üzvü, Tərtər RPŞ-nin İTB-nin polis nəfəri Şahid4 ilə birlikdə Nurlanın olduğu yeri müəyyən edərək Tərtər şəhəri, M.F.Axundov küçəsinə getmiş və onun həmin küçədə olduğunu görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirməklə onu Tərtər Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Tərtər Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Burada ona vəkil təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən bir ədəd bükülü çıxarıb təqdim etmişdir. Bükülünü açdıqda içində heroinə bənzər kütlənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir, bükülünü Tərtər şəhərində yerdən tapmış və narkotik vasitəni sonradan istifadə etmək üçün saxlamışdır. Şahid4 teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İstintaq zamanı Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid1 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində CAB əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması barədə 18 yanvar 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla müraciəti əsasında şöbənin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Həmin gün, təxminən saat 20:00-da əməliyyat qrupunun digər üzvü Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsinə getmişlər. Orada müşahidə aparmış və Təqsirləndirilən şəxs həmin küçədə yerləşən “Dostluq” şadlıq sarayının yaxınlığında olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim etmiş və ona izah etmişlər ki, narkotik vasitələri saxlamaqda şübhəli olduğu üçün Yevlax Rayon Polis Şöbəsinə dəvət olunur. O, heç bir etiraz etmədən onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Təqsirləndirilən şəxs burada vəkil təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd sellofan bükülü çıxarıb təqdim etmişdir. Bükülüyə baxdıqda içində kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir, Yevlax şəhəri ərazisindən keçən Kür çayının sahilindən yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər sakini kimi əvvəllər tanısa da onunla heç bir münasibəti, ona qarşı hər hansı bir qərəzi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Saxlanılıb polis şöbəsinin inzibati binasına gətirilərkən, inzibati binada onunla təklikdə hər hansı söhbət aparmamışdır. Bu müddət ərzində digər polis əməkdaşları, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkil onun yanında olmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq edilməmişdir. Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək əlavə olaraq bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməliyyat qrupunu üzvləri tərəfindən saxlanıldıqdan sonra onu əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına müşahidə etmişlər. Həmin zaman, habelə inzibati binada olan zaman əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs ilə təklikdə hər hansı söhbət aparmamış, ona, zor tətbiq etmək hədəsi ilə hər hansı təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxs sərbəst surətdə, etiraz etmədən onlarla birlikdə polis şöbəsinin inzibati binasına getmiş və orada ona vəkil təqdim edilmişdir. Vəkilin sualına cavab olaraq belə Təqsirləndirilən şəxs bildirmişdir ki, ona hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazılara baxış keçirilmiş, Təqsirləndirilən şəxs hər iki halda üzərindən 1 ədəd bükülü çıxararaq təqdim etmiş və bükülülərin ona məxsus olduğunu, bükülülərin içində olan kütlənin isə heroin olduğunu etiraf etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X5 19 yanvar 2023-cü il tarixli 17/78 aylı ekspert rəyində qeyd olunur ki, ”Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş içərisində heroinə bənzər kütlənin olduğu 1 ədəd ağ büküm” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 0,810 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (səh. 42) Məhkəmə Ekspertizası Mərkəzinin X3 23 dekabr 2022-ci il tarixli 16/1403 aylı ekspert rəyində qeyd olunur ki, “Yevlax şəhər sakini Nəsimi üçəsi ev 27-də yaşayan Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,974 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (səh.125) Məhkəmə-narkoloji ekspertizasının 29 mart 2023-cü il tarixli 523 saylı rəyində qeyd olunur ki, narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (səh.220) Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyini, saxladığını və 23 dekabr 2022-ci il tarixdə şübhəli şəxs kimi saxlanılarkən həmin narkotik maddənin üzərindən aşkar olunduğunu etiraf etmiş və özünü təqsirli bilmişdir. Lakin, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılarkən üzərində narkotik vasitənin olmadığını, polis əməkdaşlarından məhz Şahid1 ona təzyiq göstərməsi nəticəsində ona polis əməkdaşları tərəfindən təqdim edilmiş narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı həmin təzyiqin nədən ibarət olmasını dəqiq olaraq bildirməmişdir. Halbuki, Təqsirləndirilən şəxs istintaq zamanı təqsirini tam olaraq etiraf etmişdir. Bu, istintaq zamanı verdiyi ifadələrlə yanaşı, onun üzərinə şəxsi axtarış aparılmasını özündə əks etdirən video çəkilişlə də təsdiqini tapmışdır. Digər Şahid2 isə Təqsirləndirilən şəxs saxlanıldığı anda, habelə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında Şahid1lə təklikdə söhbət etmədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşı tərəfindən qanunsuz təzyiqlərin olması barədə müdafiəçisinə, habelə hər hansı müvafiq orqana müraciət etməmişdir. Beləliklə məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli olması, özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, saxlanılarkən aparılmış video çəkilişlərlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, eləcə də törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama ilə bağlı barəsində istintaq hərəkətləri aparıldığı dövrdə yenidən eyni əməli törətməklə bundan nəticə çıxarmaması nəzərə alınmalıdır. Bu səbəbdən ona qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi onun islah olunmasına kifayət etməyəcək. Buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barədə seçilmiş qətimkan tədbiri dəyişdirilməklə barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbs edilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli həbsə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs istintaq dövründə şübhəli şəxs kimi saxlanıldığı 4 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsun cəzasının əvvəli həbsə alındığı 27 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X6 saxlanılan X6 saxlanılan 0,760 qram və 0.924 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat və 30.40 manat Təqsirləndirilən şəxsdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi X2 dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 6 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İstintaq müddətində şübhəli şəxs kimi saxlanıldığı 4 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 27 iyul 2023-cü il tarixdən hesablansın. Maddi sübut - X6 saxlanılan 0,760 qram və 0.924 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatın dəyəri - 99 (doxsan doqquz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X4 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar