Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-88/2024 14.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 133-da qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Yevlax şəhəri, “Dəvəçi qəbiristanlığı” adlanan qəbiristanlığın ətrafından keçən torpaq örtüklü yolda Zərərçəkmiş şəxs qızı ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, münahisə zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs təpə və sol bud nahiyyəsindən qəsdən zərbə vuraraq xəsarət yetirmiş, Günel Məmmədovun təpə və sol bud nahiyyəsinə yetirdiyi xəsarətlər ona sağlamlığın qısa müddətə pozulmasına səbəb yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs son bir neçə ildir ki, Yevlax şəhərinə, yaşadığı küçə ilə qonşu olan E.Ağayev küçəsində yerləşən evə köçüb yaşayır. Zərərçəkmiş şəxs Yevlax şəhərinə gələn vaxtdan onu və ailə üzvlərini narahat edir, kişi cinsindən olan qohumları ilə dostluq münasibəti saxlamaq istəyir. Lakin o, buna etiraz edərək, Günelə ailə üzvlərindən uzaq durması üçün dəfələrlə xəbərdarlıq etmişdir. Lakin Günel normal həyat yaşamır, onun iradlarından nəticə çıxarmaq əvəzinə onu qıcıqlandıracaq hərəkətlər edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində bacıları Səbinə və Cəmilə ilə birlikdə yaşadığı küçənin yaxınlığında yerləşən Yevlax şəhəri “Dəvəçi qəbiristanlığı” adlanan qəbristanlığa kətəyə istifadə etmək üçün göyərti (unnuca) yığmağa getmişdir. Onlar kətə göyü yığıb qəbiristanlıqdan çıxarkən Zərərçəkmiş şəxs piyada “Dəvəçi qəbiristanlığının” yanından getdiyini görmüşdür. O, normal şəkildə Günelə ailə üzvlərindən uzaq durmasını bir daha onun nəzərinə çatdırmışdır. Lakin Günel öz-özünə əsəbiləşərək onun ünvanına təhqiramiz ifadələr işlətməyə başlamış, o, isə Günelə etdiyi hərəkətin düzgün olmadığını deyib cavab qaytarmışdır. Buna görə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbi halda Günelə yaxınlaşaraq əli ilə onun baş və ayaq nahiyyələrindən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt orada olan bacıları Səbinə və Cəmilə onları aralaşdırmışdır. Lakin Zərərçəkmiş şəxs ərizə və izahatında qeyd etdiyi kimi onu ağacla vurub xəsarət yetirməmişdir. O, Günelə yalnız əli ilə vurub xəsarət yetirmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə aralarında heç bir münaqişə olmamışdır. Zərərçəkmiş şəxs qızına dəymiş ziyanı ödəyərək barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Lakin ona məlum olmayan səbəblərdən Sərcan harada onu görsə təhqir edir, şəxsiyyətini alçaldan ifadələr işlədir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Yevlax şəhər Mərkəzi Xəstəxanasından çıxıb üzü piyada yaşadığı Yevlax şəhəri E.Ağayev küçəsində yerləşən evinə getmiş, Yevlax şəhərində yerləşən “Dəvəçi qəbiristanlığı” adlanan qəbiristanlığın yanından keçən yol ilə piyada gedərkən Təqsirləndirilən şəxs, bacıları Səbinə və Cəmilənin qəbiristanlıqdan çıxdıqlarını görmüş, həmişə olduğu kimi Sərcan onu görüb ünvanına təhqiramiz ifadələr işlətməyə başlamış, Sərcana etdiyi hərəkətin düzgün olmadığını deyib cavab qaytarmış, buna görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Sərcan ona yaxınlaşaraq əlində olan ağac budağı ilə baş və ayaq nahiyyələrindən xəsarət yetirərək onu döymüş, həmin vaxt orada olan Sərcanın bacıları Səbinə və Cəmilə onları aralaşdırmış, bundan sonra polis şöbəsinə döyülməyi barədə məlumat vermişdir. Həmin vaxt münaqişə yerində Sərcanın bacıları Səbinə və Cəmilə olmuşdur. Münaqişə etdikləri yerə kənardan başqa şəxslər toplaşmamışdır. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Münaqişə zamanı baş və ayaq nahiyyələrindən xəsarətlər almışdır. Buna görə MTE-dən keçməyə ehtiyacı vardır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024 -cü il tarixdə saat 18 radələrində bacısı Təqsirləndirilən şəxs Yevlax şəhəri “Dəvəçi qəbiristanlığı” adlanan qəbiristanlığın yaxınlığında münaqişə yaradaraq Zərərçəkmiş şəxs qızını əli ilə vurub döymüş, münaqişənin böyüməməsi üçün bacısı Səbinə ilə onları aralaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli, 193 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızı “təpə nahiyyəsinin iri ölçülü dərialtı hematoması, sol budun yuxarı 1/3-nin yan səthinin qançırı” küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir.(iş vər.09); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X2 məhkumluğu olmayan şəxsdir. ( iş vər.46). Zərərçəkmiş şəxs qızının məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Zərərçəkmiş şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmədə etirafedici ifadə verməsi ilə yanaşı, Zərərçəkmiş şəxs qızının məhkəmə iclasında verdiyi ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-88/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-88/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver