Məhkəmə qərarları › İş №1(039)-88/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-88/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-88/2025 08.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, 2-ci dərəcəli əlililyi olan, məhkumluğu olmayan, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 243,74 qram qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə, saat 11:12 radələrində Yevlax st.xətt polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax dəmir yol stansiyasının ərazisində saxlanılmış, orada saat 11:12-dən 11:22-ə qədər olan müddətdə və video çəkilişlə üstünə keçirilən yoxlama zamanı onun əlində olan 01 ədəd sellofan torbanın içərisindən satış məqsədi olmadan saxladığı xeyli miqdarda təmiz çəkisi 243,74 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun illərdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 30 aprel 2025-ci il tarixdə günorta saatlarında dəmir yolu stansiyasının yaxınlığından keçən zaman relsin kənarında ağacların arasında sellofan torbada marixuana olduğunu görmüş, narkotik maddə istifadəçisi olduğundan marixuananı tanımış, sellofan torbanı orada gizlətmiş və ertəsi günü, yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində sellofan torbanı oradan götürüb istifadə etmək üçün əlindəki ağ rəngli sellofan torbanın içərisində şalvar və koftamın altına qoymuş, dəmir yolu vağzalının yaxınlığından yük qatarları dayanan yerdən keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin qəbulunda və qanunsuz olaraq üzərində saxlamağında şübhəli olduğunu deyərək, hüquq və vəzifələrini izah etmiş, video çəkilişlə üstünü yoxlamağa başlamışdırlar. Üzərində aparılan yoxlama zamanı əlində olan ağ rəngli sellofan torbanın içərisindən marixuanaya bənzər kütlə polis əməkdaşları tərəfindən aşkar olunmuş, yoxlama zamanı üzərindən aşkar olunan bükümün içərisindəki kütlənin narkotik vasitə marixuana olduğu bildirmiş, daha sonra polis əməkdaşları ilə birlikdə Yevlax st.xətt polis şöbəsinə getmiş, orada üzərindən aşkar edilmiş içərisində marixuana olan bükülüyə və üstünün yoxlanılmasına dair video çəkilişi özündə əks etdirən diskə təhqiqatçı tərəfindən baxış keçirilərək protokollaşdırılmış, protokola imza etmiş, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, özü üçün istifadə etmiş, mobil telefondan istifadə etməmiş, adına hər hansı bir mobil nömrə də olmamışdır. Hazırda əməlindən peşman olduğunu bildirərək, İİ qrup əlil olduğunu və himayəsində 2 övladı olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu NPİ-nin Yevlax st.xətt polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkil vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 01 may 2025-ci il tarixdə Yevlax rayonu, Nərimanabad kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş, şöbə rəhbərliyinin razılığı alındıqdan sonra Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu NPİ-nin Yevlax st.xətt polis şöbəsinin postpatrul xidmətinin manqası manqa komandiri vəzifəsində işləyən Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışdır. Saat 11:12 radələrində Yevlax dəmir yol stansiyasının ərazisində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış, ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax st.xətt polis şöbəsinə məlumat daxil olduğunu, üstündə yoxlama aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş, orada üstündə yoxlama aparılmış, Təqsirləndirilən şəxs video çəkilişlə üstünə keçirilən yoxlama zamanı onun əlində olan 01 ədəd sellofan torbanın içərisindən marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Yevlax st.xətt polis şöbəsinə getmişdir. Orada təhqiqatçı X4 Mustafayevin üstündən yoxlama zamanı götürülmüş bağlamada olan kütləyə və video çəkilişə baxış keçirmiş, bağlamada olan kütləyə baxış keçirilən zaman həmin kütlənin narkotik vasitə olan marixuanaya oxşar kütlə olduğu aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunmaq üçün qablaşdırılaraq götürülmüş, daha sonra isə Təqsirləndirilən şəxs üstünə yoxlama keçirilməsi ilə bağlı olan video çəkilişə baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üstünə video çəkilişlə edilmiş yoxlama zamanı üzərindən aşkar edilmiş bağlamanın içərisində olan marixuanaya bənzər kütlənin ona aid olduğu, video çəkilişə dair heç bir narazılığının olmadığı müəyyən edilmiş, daha sonra isə bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu NPİ-nin Yevlax st.xətt polis şöbəsinin post-patrul xidmətinin manqası manqa komandiri vəzifəsində işləyən Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə digər Şahid1 məhkəməyə teleqram ünvanlayaraq Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyi bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci tarixdə saat 11:12 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22-23); Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əlindəki ağ rəngli sellofan içərisində bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və bir bükümdə olan şəffaf rəngli sellofana bükülmüş, kütlənin çəkisinin 0.255 qram olması müəyyən olunmuşdur (müvafiq CD disk əlavə olunub)( i.v. 7-9); Diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 1 may 2025-ci il tarixli protokoldan görünür ki, disklərdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 1 may 2025-ci il tarixli protokola uyğun (i.v. 15-17); Məhkəmə bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/314 nömrəli rəyindən görünür ki, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd qara rəngli sellofan torbanın içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi-243.74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 243.74 qram tədqiqata sərf edildi- 0,20 qram, qalıq- 243.54 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 manatdır.( i.v.37-40); Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 3 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 62-63); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2005-ci il tarixdə 253 nömrəli əfv fərmanı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir; Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-ci ildə Yevlax Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmişdir; Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq ediməklə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 21 günü hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (i.v.73-74); Yevlax Rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 155040/2 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-765/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 21 günü hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 816 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür(i.v.88); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 243,54 qram qurudulmuş marixuana və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 243,54 qram qurudulmuş marixuana saxlanılması üçün Yevlax st.xətt polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.90-93); “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 2-qrup əlililiyə görə 372.96 manat pensiya alır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 0.500 qram olan narkotik vasitə marixuana (qurudulmuş) xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu NPİ-nin Yevlax st.xətt polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,255 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 243,54 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 34,55 manat (otuz dör manat əlli beş qəpik) ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla, ümumilikdə 66,0 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdən 03 may 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax st.xətt polis şöbəsində saxlanılan 243,54 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 66,0 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar