Məhkəmə qərarları › İş №1(039)-89/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-89/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-89/2022 24.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, S.Əsgərova küçəsi, ev 64-də qeydiyyatda olan və yaşayan, barəsində 09 aprel 2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin mart ayının əvvələrində istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Yevlax şəhərində Zərərçəkmiş şəxs1 ünvanlı sosial yardım düzəldəcəyi adı ilə yalandan vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs1 2021-ci ilin mart ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən «Mahir» aptekin qarşısında 640 manat manat pulunu aldadıb ələ keçirərək vədinə əməl etməməklə Zərərçəkmiş şəxs1 640 manat pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qəsdən ələ keçirmək məqsədi ilə 2021-ci ilin mart ayının яvvяllяrindя istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Yevlax şяhяrindя Mяmmяdov Murad Yusif oğluna ünvanlı sosial yardım düzəldəcəyi adı ilə yalandan vəd verərək, həmin işin qarşılığında Murad Mяmmяdovdan 2021-ci ilin mart ayının яvvяllяrindя istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Yevlax şяhяri H.Əliyev prospektindя yerlяşяn «Mahir» aptekin qarşısında 520 manat manat pulunu vahid niyyətlə aldadıb ələ keçirərək vədinə əməl etməməklə Murad Mяmmяdovun 520 manat pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qəsdən ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel ayının sonlarında istintaqla müəyyən edilməyən gündə səhər saatlarında Yevlax rayonunun Aran qяsяbяsindя Qяhrяmanova Ağca Əlяndяr qızına ünvanlı sosial yardım düzəldəcəyi adı ilə yalandan vəd verərək, həmin işin qarşılığında Ağca Qяhrяmanovadan 29 aprel 2021-ci il tarixdя günorta saatlarında Yevlax rayonunun Aran qяsяbяsindя sonuncunun yaşadığı evinin qarşısında 900 manat manat pulunu aldadıb ələ keçirərək vədinə əməl etməməklə Ağca Qяhrяmanovanın 900 manat pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qəsdən ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel ayının sonlarında istintaqla müəyyən edilməyən gündə axşam saatlarında Yevlax rayonunun Aran qяsяbяsindя Zərərçəkmiş şəxs4 ünvanlı sosial yardım düzəldəcəyi adı ilə yalandan vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs4dan 30 aprel 2021-ci il tarixdя günorta saat 12 radələrində Yevlax şяhяrinin girişində yerlяşяn «Azpetrol» yanacaq doldurma mяntяqяsinin yaxınlığında 1000 manat pulunu aldadıb ələ keçirərək vədinə əməl etməməklə Zərərçəkmiş şəxs4nın 1000 manat pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel ayının sonlarında istintaqla müəyyən edilməyən gündə axşam saatlarında Yevlax rayonunun Aran qяsяbяsindя Zərərçəkmiş şəxs3 ünvanlı sosial yardım düzəldəcəyi adı ilə yalandan vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs3dan 30 aprel 2021-ci il tarixdя günorta saat 12 radələrində Yevlax şяhяrinin girişində yerlяşяn «Azpetrol» yanacaq doldurma mяntяqяsinin yaxınlığında 800 manat pulunu vahid niyyətlə aldadıb ələ keçirərək vədinə əməl etməməklə Zərərçəkmiş şəxs3nın 800 manat pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 640 manat, Təqsirləndirilən şəxs 520 manat, Zərərçəkmiş şəxs5 qaynı Famildən isə 900 manat alıb yalan vəd verərək sosial yardım düzəldəcəyinə söz vermişdir. Mərhum anası xərçəng xəstəsi olduğu üçün anasının müalicəsinə pul lazım olmuşdur. Anamı müalicə etdirmək üçün məcbur olub yuxarıda adlarını qeyd etdiyi şəxsləri aldadaraq pullarını alıb anasının müalicəsinə xərcləmişdir. Belə ki, 2021-ci ilin mart ayının əvvəllərində Yevlax şəhərində taksi sürücüsü işləyən tanıdığı Nahidlə söhbət edən zaman Nahidə sosial yardım düzəldə biləcəyini demiş, Nahid də heç bir yerdə işləmədiyini, sosial yardım düzəlsə yaxşı olacağını demişdir. O da Nahidə yalan vəd verərək özünün, həyat yoldaşının və uşaqlarının sənədlərinin surətini gətirməsini, ona sosial yardım düzəldəcəyini, hər ay 320 manat sosial yardım alacağını, lakin ilk öncə 640 manat pul verməli olduğunu demişdir. Nahid də sosial yardım düzələndən sonra iki ayını onun alacağını bildirmişdir. Nahid razı olmamış və o, Nahidə sosial yardım düzəltməsi üçün 640 manat pulu nəğd verməli olduğunu demişdir. Nahid də onunla razılaşmış və o, 3-4 gün sonra Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Mahir” aptekin qarşı tərəfində Nahidlə görüşmüş, Nahid ona 640 manat pul vermişdir. Nahidə qısa müddətdə sosial yardım düzəldəcəyini vəd etmişdir. Həmin vaxt o Nahidə sosial müavinət düzəltdirmək istəyən dost-tanışı olsa bu barədə ona deməsini və həmin şəxslərə dəsosial yardım düzəldə biləcəyini demişdir. İlk görüşdən bir həftə sonra o, Nahidlə yenidən görüşmüş, Nahid dostu Murada da sosial yardım düzəldə bilibbilməyəcəyini soruşmuşdur. O, da 520 manat qarşılığında dostu Murada da sosial yardım düzəldə biləcəyini demişdir. Nahid dostu Muradla danışmış və dostunun da sənədlərinin surətini və 520 manat pulunu alıb ona vermişdir. Nahidi aldadaraq narahat olmamasını, hər ikisinin də sosial yardımını qısa müddət ərzində düzəldəcəyini demişdir. Lakin o həmin pulları anasının müalicəsi üçün xərcləmişdir. Bir müddət keçəndən sonra Nahid ondan hər dəfə sosial yardımın düzəlməsi haqqında soruşduqda o hər dəfə Nahidə müxtəlif bəhanələr gətirərək Nahidi aldatmışdır. Bundan başqa 2021-ci ilin aprel ayınında qonşusu Ceyhuna sosial yardım düzəltdirmək istəyən olsa ona deməsini bildirmişdir. Ceyhun da süd daşıyan avtomobil idarəe dərək fermalardan süd yığır. X4 qəsəbəsi ərazisində süd yığan zaman Ağcaya qonşusu Muradın sosialyardım düzəltdiyini demiş, Ağca da Ceyhuna 3 uşağına da sosial yardım düzəltməsini istəmiş, Ceyhun da ona Aran qəsəbəsində Ağca adlı qadın olduğunu və sosial yardım düzəltmək istədiyini demişdir. Sonra o, Ceyhunla Aran qəsəbəsinə getmiş, Ağcanın qohumu Famil adlı kişi ilə görüşmüş, Familə həmin sosial yardımı düzəltmək üçün 900 manat pul lazım olduğunu demişdir. Famil də ona inanıb ona 900 manat pul vermiş, o da yalan vəd verərək may ayının sonuna kimi sosial yardımı düzəldəcəyini demiş, lakin nə sosial yardım düzəltməmiş, nədə ki, pulu qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək onları aldatmışdır. O, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 da aldadaraq onlara ünvanlı sosial yardım düzəldəcəyinə söz verərək 1000 manat Şahindən, 800 manat isə Asifdən almış, lakin onlara da sosial yardım düzəltməmiş və pullarını geri qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək həmin şəxsləri aldatmışdır. O,Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 aldığı pulları da mərhum anasının müalicəsinə xərcləmişdir. Sonradan eşitmişdir ki, pul aldığı şəxslər ondan şikayət etmişlər. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Aran qəsəbəsində yaşayır. Onun iri buynuzlu mal-qarası vardır. Yevlax şəhərində yaşayan Ceyhun adlı şəxs hər gün gəlib ondan və qonşularından inəklərinin südünü alıb aparıb süd zavoduna verir. 20 aprel 2021-ci il tarixdə Ceyhun ondan süd götürən zaman qonşusu Muradın ünvanlı sosial yardım düzəltdiyini demiş, o da Ceyhuna imkanının olmadığını və onlara da sosial yardım düzəltməsini demişdir. Ceyhun da ondan neçə uşağının olduğunu soruşmuş, o da Ceyhuna 3 uşağının olduğunu demişdir. Ceyhun telefonla Murad adlı şəxslə danışmış, Murada telefonda onun üç uşağının olduğunu və sosial yardım düzəldə bilməsini bildirmişdir. Ceyhun telefonla danışandan sonra ona bildirmişdir ki, Murad 3 uşağın hərəsinə ayda 100 manat sosial yardım düzəltmək üçün cəmi 900 manat istəyir. O da Ceyhuna Murada həmin pulu verəcəyini bildirmiş və Muraddan sosial yardım düzəltməsini xahiş etməsini tapşırmışdır. Ceyhun da Murad ilə danışıb xəbər edəcəyini bildirmişdir. O da bu barədə baldızının həyat yoldaşı Şahid2 demiş, Famil də düzəlsə yaxşı olacağını demişdir. O, 900 manat pul hazırlamış, lakin qadın olduğu üçün pulu Muradla görüşüb Murada verməsi üçün Familə vermək qərarına gəlmiş və pulu Familə vermişdir. Famil də 29 aprel 2021-ci il tarixdə onun yaşadığı evinin qarşısında Muradla görüşüb onun və qonşuların yanında Murada 900 manat pul vermişdir. Murad da may ayının sonuna qədər ona sosial yardım düzəldəcəyini söz vermişdir. Murad sosial yardım düzəltməmiş və aldığı pulu da qaytarmamışdır. O, dəfələrlə Murada verdiyi pulu geri qaytarmasını bildirsə də Murad hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, C.Cabbarlı küçəsi, ev 135-də yaşayır. Boş vaxtlarında özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin mart ayının əvvəllərində Yevlax şəhər sakini əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ilə söhbət edən zaman Murad ona istədiyi təqdirdə ona ünvanlı sosial yardım düzəldə biləcəyini bildirmişdir. O da Murada maddi imkanının zəif olduğunu və sosial yardım düzəldə bilsə yaxşı olacağını demişdir. Murad da ona özünün, arvadının və uşaqlarının şəxsiyyət vəsiqələrinin surətini verməsini demişdir. Sənədlərin surətini Murada vermiş, 1 gün sonra Murad ona zəng edərək işinin düzələcəyini, onun ailəsinə 320 manat məbləğində sosial yardım veriləcəyini, işinin düzəlməsi üçün 2 aylıq sosial yardımın məbləğinə yəni, 640 manat pulu ona verməli olduğunu bildirmişdir. O da sosial yardımı alandan sonra 640 manatı verəcəyini demişdir. Murad isə razılaşmamış və 640 manatı əvvəllcədən əlbə əl nəğd şəkildə vermək lazım olduğunu qeyd etmişdir. O da Muradın dediklərinə inanıb həmin gün yəni 2021-ci il mart ayının əvvəllərində günün ikinci yarısında Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən «Mahir» aptekin qarşısında Muradla görüşərək orada 640 manat pulu Murada vermişdir. Bundan sonra Murad başqa tanışı olsa sosial yardım düzəldə biləcəyini demiş, o da Yevlax rayonu, Kövər kəndində yaşayan dostu Zərərçəkmiş şəxs2 Murad adlı şəxsin olduğunu və ünvanlı sosial yardım düzəldə biləcəyini demişdir. Dostu Zərərçəkmiş şəxs2 da o, Murada pul verəndən təxminən bir həftə sonra, yəni 2021-ci il mart ayının əvvəllərində xatırlmamadığı gündə Muradla görüşmüş, Murada 520 manat pul vermiş, Murad da söz verərək onun dostunada sosial yardım düzəldəcəyini bildirmişdir. Bir müddət keçsə də Murad nə ona, nədə ki, dostu Zərərçəkmiş şəxs2 nə sosial yardım düzəltməmiş, nədə ki, pullarını geri qaytarmamışdır. O və dostu dəfələrlə Murada verdikləri pulları geri qaytarmasını bildirsələr də hər dəfə Murad müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Murad onlara sosial yardımı necə düzəldəcəyi barədə heç bir məlumat verməmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Kolanlı kəndində yaşayır. Fərdi əməklə məşğul olur. 2021-ci ilin mart ayının əvvəllərində Yevlax şəhər sakini dostu Zərərçəkmiş şəxs1 ona zəng edərək, Murad adlı şəxsin ona ünvanlı sosial yardım düzəldəcəyinə söz verdiyini bildirmişdir. Murad adlı şəxs Nahidə bildirmişdir ki, tanıdığı başqa şəxslərə də sosial yardım düzəldəcəyini bildirmişdir. O da Nahidə maddi imkanının zəif olduğunu və Murad adlı şəxsin ona sosial yardım düzəldə bilsə yaxşı olacağını bildirmişdir. Nahid ona özünün, arvadının və uşaqlarının şəxsiyyət vəsiqələrinin surətini və 640 manat pulu Murada verdiyini bildirmişdir. O, Yevlax şəhərinə gəlib Nihadla görüşmüş, Muradı tanımadığı üçün sənədlərin surətini və 520 manat pulu Murada verməsi üçün Nihada vermişdir. Nihad Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən «Mahir» aptekin qarşısında Muradla görüşmüş, orada Nihad sənədlərin surətini və onun verdiyi 520 manat pulu Murada vermişdir. Murad da sosial yardım düzəldəcəyinə söz vermişdir. Bir müddət keçsə də Murad nə ona, nədə ki, dostu Nihada nə sosial yardım düzəltmiş, nədə ki, pulunu geri qaytarmamışdər. Dəfələrlə Murada verdiyi pulu geri qaytarmasını bildirsə də hər dəfə Murad müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilmişdir və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Aran qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir və ona görə də ona ünvanlı sosial yardım düşəcəyini zənn etmişdir. Ceyhun adlı şəxslə ünvanlı sosial yardım haqqında söhbət edən zaman Ceyhun Murad adlı şəxsin müəyyən pul qarşılığında sosial yardım düzəldə bildiyini demişdir. O, təxminən 1 il bundan öncə, yəni 2021-ci ilin aprel aynın 30-da saat 12 radələrində Murad adlı şəxslə Yevlax şəhərində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında əmisi oğlu Şahinlə birlikdə görüşmüşdür. Həmin vaxt Muradı ona tanıdan Ceyhun da orada olmuşdur. Şahin də sosial yardım düzəltdirmək istəmişdir. Murad ondan 800 manat, onun əmisi oğlu Şahindən isə 1000 manat məbləğində pul almış və 2 aya ona 250 manat, onun əmisi oğlu Şahinə isə 350 manat məbləğində sosial yardım düzəldəcəyini vəd etmişdir. Lakin indiyə kimi Murad onun və əmisi oğlunun sosial yardımını düzəltməmiş, onların verdikləri 800 və 1000 manat məbləğindəki pulları dələduzluq edərək ələ keçirmişdir. Pulu istəyəndə isə Murad pulu qaytaracağını bildirirmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirərək onları aldatmışdır. Murad onlara sosial yardımı necə düzəldəcəyi barədə heç bir məlumat verməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Aran qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir. Ona görə də ona ünvanlı sosial yardım düşəcəyini zənn etmişdir. Ceyhun adlı şəxslə ünvanlı sosial yardım haqqında söhbət edən zaman Ceyhun Murad adlı şəxsin müəyyən pul qarşılığında sosial yardım düzəldə bildiyini demişdir. O da təxminən 1 il bundan qabaq yəni 2021-ci il aprel aynın 30-da saat 12 radələrində Murad adlı şəxslə Yevlax şəhərində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında əmisi oğlu Asiflə birlikdə görüşmüşdür. Asif də də sosial yardım düzəltdirmək istəmişdir. Həmin vaxt Muradı ona tanıdan Ceyhun da orada olmuşdur. Murad ondan 1000 manat, əmisi oğlu Asifdən isə 800 manat almış və 2 aya ona 350 manat, əmisi oğlu Asifə isə 250 manat məbləğində sosial yardım düzəldəcəyinə vəd vermişdir. Lakin indiyə kimi Murad sosial yardımı düzəltməmiş, Muradın və əmisi oğlu Asifin verdikləri 800 və 1000 manat pulları dələduzluq edərək ələ keçirmişdir. O və əmisi oğlu Asif dəfələrlə Murada verdikləri pulları geri qaytarmasını bildirsələr də, hər dəfə Murad müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Murad onlara sosial yardımı necə düzəldəcəyi barədə heç bir məlumat verməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının əvvələrində Yevlax şəhər sakini dostu Zərərçəkmiş şəxs1 ona zəng edərək, Murad adlı şəxsin ona ünvanlı sosial yardım düzəldəcəyinə söz verdiyini bildirmişdir. Murad adlı şəxs Nahidə bildirmişdir ki, ki, tanıdığı başqa şəxslərə də sosial yardım düzəldə bilər. Nahid ona özünün, arvadının və uşaqlarının şəxsiyyət vəsiqələrinin surətini və 640 manat pulu Murada verdiyini bildirmişdir. O, Yevlax şəhərinə Nihadla görüşmüş, Muradı tanımadığı üçün sənədlərin surətin və 520 manat pulu Murada verməsi üçün Nihada vermişdir. Nihad Yevlax şəhяri H.Əliyev prospektində yerləşən «Mahir» aptekin qarşısında Muradla görüşmüş, orada Nihad sənədlərin surətini və onun verdiyi 520 manat pulu Murada vermişdir. Murad da sosial yardım düzəldəcəyinə söz vermişdir. Bir müddət keçsə də Murad nə ona, nədəki, dostu Nihada sosial yardım düzəltməmiş, nədə ki, pulunu geri qaytarmamışdır. Dəfələrlə Murada verdiyi pulu geri qaytarmasını bildirsə də, hər dəfə Murad müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Yevlax rayonu, Aran qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs5 tanıyır. Zərərçəkmiş şəxs5 onun qaynı Sadayın həyat yoldaşıdır. Qaynıgil iri buynuzlu mal-qara saxlayıb südünü qatığını satıb dolanır. Yevlax şəhərində yaşayan Ceyhun adlı şəxs hər gün gəlib qaynıgildən və qonşulardan süd alıb aparıb süd zavoduna verir. 2021-ci il aprel ayının 20də Ceyhun onun qaynıgildən süd götürən zaman qonşusu Muradın ünvanlı sosial yardım düzəltdiyini demiş, qaynı arvadı Zərərçəkmiş şəxs5 da Ceyhuna imkanları olmadığını, onlara da sosial yardım düzəltsə yaxşı olacağını demişdir. Həmin vaxt Ceyhun telefonla Murad adlı şəxslə danışmış, Murad da 3 uşağın hərəsinə ayda 100 manat sosial yardım düzəltmək üçün cəmi 900 manat pul lazım olduğunu bildirmişdir. Qaynı arvadı Zərərçəkmiş şəxs5 da Ceyhuna tapşırmışdır ki, Murada istədiyi məbləği verəcəyini deyib sosial yardımı düzəltməsini xahiş etsin. Zərərçəkmiş şəxs5 900 manat pulu ona vermişdir ki, Murada versin. O, 2021-ci il aprel ayının 29-da qaynı arvadı Ağcagilin evinin qarşısında Muradla görüşmüş, Ağcanın yanıda Murada 900 manat pul vermişdir. Murad da may ayının sonuna qədər sosial yardım düzəldəcəyini bildirmişdir. Həmin vaxt çatsa da Murad nə sosial yardım düzəltməmiş, nədə ki, onların pulunu qaytarmamışdır. Onlar dəfələrlə Murada verdikləri pulu geri qaytarmasını bildirsələr də Murad hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Bu səbəbdən də qaynı arvadı Zərərçəkmiş şəxs5 Yevlax rayon polis şöbəsinə Muradın onun əmlakını ələ keçirməsi barədə şikayət ərizəsi vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ittiham elan etmək üçün şübhəli şəxsin tutulması haqqında 08 aprel 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 09 aprel 2022-ci il tarixli 1(039)-73/2022 saylı həbs qətimkan tədbiri seçilməsi haqqında qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 01 (bir) ay 28 (iyirmi səkkiz) müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyətinin 1 saylı İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 2012-ci il təvəllüdlü Nəzrin və 2012-ci il təvəllüdlü Əli adlı iki azyaşlı uşağı var. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspert rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxlərin ondan heç bir şikayət və tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdən 24 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 03 (üç) ay 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 9 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alan vaxtadək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdən 24 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 03 (üç) ay 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 9 ünvanda yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi ümumilikdə 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar