Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-89/2023 08.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi X2 Təqsirləndirilən şəxs iştirakları ilə 1972-ciilin sentyabr ayının 17-də Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax rayon məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəmənin xx.xx.2022-ci il tarixli 1(039)-136 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 10 ay 06 gün hissəsi 11 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Yevlax şəhəri, Əhməd Cavad küçəsi, ev 11-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının 31-də “Azərbaycan Dəmir Yolları QSC-nin” İnfrastruktur Departamentinin 13 saylı Yevlax yol sahəsinin balansında olmaqla Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən Yevlax dəmir yol stansiyasının “cüt boğazı adlanan ərazisinə gələrək orada quraşdırılmış “T-24” və “E6” markalı dəmiryolu qutularının qapaqlarını açaraq qutuların içərisində quraşdırılmış hər birinin qiyməti 230 manat olmaqla ümumilikdə 460 manat dəyərində olan 2 ədəd “POBS-5” tipli transfarmator avadanlıqlarını talamaqla zərərçəkmiş şəxs “Azərbaycan Dəmir Yolları QSC”-nə ümumilikdə 460 manat dəyərində ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa o, “Azərbaycan Dəmir Yolları QSC-nin” İnfrastruktur Departamentinin 13 saylı Yevlax yol sahəsinin balansında olmaqla Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən Yevlax dəmir yol stansiyasının yük həyətindən 26 dekabr 2022- ci ildə saat 21:00 radələrində qiyməti 36,3 manat olan 01 ədəd metal appareli, 28 dekabr 2022-ci il tarixdə qiyməti 36,3 manat olan 01 ədəd metal appareli və 02 yanvar 2023-ci il tarixdə qiyməti 36,3 manat olan 01 ədəd metal appareli olmaqla ümumilikdə 108,90 manat dəyərində olan 3 ədəd metal apparelləri gizli olaraq talamaqla zərərçəkmiş şəxs “Azərbaycan Dəmir Yolları QSC”-nə ümumilikdə 108,90 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan torbada 450,0 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib əlində olan həmin sellofan torbada saxlamış, 18 yanvar 2023-cü il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri Pişəvəri küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək orada müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əlində olan sellofan torbanın içərisində saxladığı 450,0 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31 avqust 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Həmin gün Yevlax dəmir yol stansiyasının ərazisindəki cüt boğaz adlanan yerdə gəzərkən iki ədəd qutu görmüş və üzərində gəzdirdiyi açarla həmin qutuları açaraq hər birinin içərisindən bir ədəd olmaqla ümumilikdə iki ədəd POBS-5 tipli transformator avadanlığını oğurlamışdır. Oğurladığı transformator avadanlığını 01 sentyabr 2022-ci il tarixdə Yevlax şəhər avtovağzalında tanımadığı bir nəfər şəxsə 20 manata satmış və pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə ay sonra yenə maddi sıxıntıları olduğundan oğurluq etmək qərarına gəlmişdir. 26 dekabr 2022-ci il tarixdə günorta saatlarında Yevlax dəmir yol stansiyasının ərazisində gəzərkən orada 3 ədəd metal apparellər görmüş və onları oğurlayaraq yaşadığı evə aparmışdır. Oğurluq edən zaman orada daha iki ədəd metal apparel olmuş, lakin onları 1-2 gün sonra oğurlamaq qərarına gəlmişdir. 28 dekabr 2022-ci il tarixdə yenə həmin yerdən 1 ədəd metal appareli oğurlayaraq yaşadığı evə aparmış və həmin iki ədəd metal apparelləri Əhliman adlı metal qırıntıları yığan şəxsə onun yaşadığı evin həyətində 29 dekabr 2022-ci il tarixdə hər birini 40 manatdan olmaqla ümumilikdə 80 manata satmışdır. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində Yevlax şəhəri ərazisindən keçən Kür çayının sahilində yabanı halında bitmiş çətənə kolu tapmış və həmin kolun yarpaqlarını yığaraq sərib qurudaraq həmin ərazidə gizlətmişdir. xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri Pişəvəri küçəsi ilə həmin gizlətdiyi qurudulmuş marixuananı sellofan torbada əlində yaşadığı evə aparan zaman yanında avtomaşın saxlamış və 2 nəfər düşüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsinə getdikdən sonra əlində olan sellofan torbanı təqdim edərək, sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin marixuananı Yevlax şəhər ərazisindən keçən Kür çayının sahilində yabanı halında bitən çətənə kolundan yığaraq qurudub özü istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı həmin kütləni sellofan torba ilə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi 555 qram olmuşdur. Məhkəmədən əməlindən səmimi olaraq peşman oımasını, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs “Azərbaycan Dəmir Yolları QSC-nin” nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə kleçirilmiş məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən “Azərbaycan Dəmir Yolları QSC-nin” nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, rəsmi olaraq “ADY QSC”-nin infrasruktur departamentində hərəkətin təhlükəsizliyi vəzifəsində işləyir, həmin vəzifədə 2016-cı ildən işləyir. 01 sentyabr 2022-ci il tarixdə 9 saylı Yevlax işarəvermə və rabitə sahəsindən işlədiyi yerə iki ədəd POBS-5 tipli transfarmatorun oğurlanması ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumatı qeydiyyata almışdır. Bundan başqa 03 yanvar 2023-cü il tarixdə 13 saylı Yevlax yol sahəsindən iş yerinə 3 ədəd metal apparelin oğurlanması ilə bağlı məlumat daxil olmuş və məlumatı qeydiyyata almışdır. Daha sonra həmin oğurluqları Yevlax rayon sakini Təqsirləndirilən şəxs adlı şəxsin etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, rəsmi olaraq 9 saylı Yevlax Rabitə və İşarəvermə sahəsində baş elekrtomexanik vəzifəsində işləyir. 01 sentyabr 2022-ci il tarixdə saat 02:00 radələrində Yevlax dəmir yol stansiyasının növbətçisi Hidayət İsmayılov ona zəng edərək, Yevlax stansiyasının cüt boğazında olan MPS qurğularına aid yol qutularında nasazlıq olmasını bildirmiş, həmin yerə getmiş, MPS qurğularına aid olan T-24 və E6 qutularının qapaqlarının açarla açıldığını, hər birindən 1 ədəd olmaqla ümumilikdə 2 ədəd POBS-5 tipli transfarmatorun oğurlandığını görmüş, dərhal sahə rəisinə zəng edib bu barədə məlumat vermiş, bir neçə ay sonra həmin transfarmatorları Yevlax şəhər sakini Təqsirləndirilən şəxs oğurladığı məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vastələrdən istifadə etməsi və üzərində saxlaması barədə 18 yanvar 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə polis əməkdaşı Şahid2la birlikdə Yevlax şəhəri Pişəvəri küçəsində Zaməddinin piyada getdiyini görərək ona yaxınlaşmışlar və Zaməddinə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, onun üzərinə baxış keçirilməli olduğunu izah etmişlər. Zaməddin üzərinə baxış keçirilməsinə etirazının olmamasını bildirdikdən sonra Şahid2la birlikdə Zaməddini Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X5ə təhvil vermişlər. Zaməddinin gətirilməsi barədə rəhbərliyə raportla məruzə etdikdən sonra X5 tərtib etdiyi sənədlər əsasında Zaməddini şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra X9 rayon polis şöbəsinə dəvət edilərək X5 Zaməddinə hüquq və vəzifələrini izah etmiş, sonra isə xidməti iş otağında onun, Şahid2 və müdafiəçi Sevda Bəkirovanın iştirakı ilə Zaməddinin üzərində şəxsi axtarış aparmışdır. Baxış zamanıZaməddin təqdim etdiyi bir ədəd sellofan torbanın içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı 10 gün əvvəl Kür çayının sahilində yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. X5 həmin 1 ədəd sellofan torbanı açdıqda sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğunu görmüşlər. X4rudulmuş marixuanaya bənzər kütləni sellofan torba ilə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 555 qram olduğu məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş üzrə Şahid3 məhkəməyə ərizə ünvanlayaraq istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, öz yaşadığı evin həyətində metal qırıntıları yığmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Bu müddət ərzində münasibətləri olmamışdır. 30 dekabr 2022-ci il tarixdə Zaməddin iki ədəd metal apparellə onun evinə gələrək, hər biri 40 manat müqabilində ümumilikdə 80 manata həmin iki ədəd metal appareli almışdır. O, aldığı 2 ədəd metal apparelləri elə həmin gün öz yaşadığı küçədən Kamaz markalı avtomobillə Bakı şəhərində olan metal qırıntıları olan yerlərə yola salmışdır. Təqsirləndirilən şəxs 2 ədəd metal appareli alan zaman onların oğurluq olduğunu bilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 04 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(039)-54/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin 27.07.202-ci il tarixli 1(039)-136/ 2022 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 10 (on) ay 06 (altı) gün hissəsi CM-nin 52-1.5-ci maddəsinə əsasən 11 (on bir) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilmiş məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölgəsinin 19 yanvar 2023-cü il tarixli 17/76 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 450 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 450.0 qram, tədqiqata sərf edildi – 0.10 qram, qalıq 449.90 qram İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən məhkəməəmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli 9/1554 nömrəli rəyində göstərilir ki, 03 ədəd metal apparelin 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ümumilikdə 108,90 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəməəmtəəşünaslıq ekspertizasının 03 aprel 2023-cü il tarixli 9/2309 nömrəli rəyində göstərilir ki, 02 ədəd POBS-5 tipli transfarmatorun 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ümumilikdə 460 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə narkoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli 566 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 18 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 20 yanvar 2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla və özgənin əmlakını qəsdən saxlanc yerinə daxil olmaqla gizli olaraq talamaq məqsədi ilə oğurluq etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.2, 177.2.3-2-ci maddələri ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi olaraq peşmançılğını onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ziyanı ödəməməsini, cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 134 (bir yüz otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 449,90 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə, CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 11 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilmiş və çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək bu iş üzrə «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomanoya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 449.90 qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd apparel hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş "xxxx" QSC-yə qaytarılsın. İşdə olan 134 (bir yüz otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-89/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-89/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver