Məhkəmə qərarları › İş №1(039)-9/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-9/2020

24.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-9/2020 24.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X4 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Yevlax rayonu, Aran qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.N.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs N019-cu ilin avqust ayının N3-də saat N0:30 radələrində Yevlaxrayonu Aran qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissənin qarşısında ona faktiki ödənilmiş 400 manat məbləğində sələm borcunun guya ödənilməməsi bəhanəsi ilə heç bir əsaslı səbəb olmadan yəni xuliqanlıq niyyəti ilə, nalayiq söyüşlərlə söyüb təhqir etdiyi Zərərçəkmiş şəxs yumruğu ilə qəsdən sifət nahiyəsindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs “burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin çəp və köndələn yerini dəyişmiş sınığı” ilə müşayiət edilən, Cinayət Məcəlləsinin 1N6-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən az ağır zərər vuran xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.N.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qardaşı Xəqaniyə məxsus VAZ-N107 markalı **-XP-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə ilə idarə edir. O, həmin avtomaşınla taksi kimi fəaliyyət göstərərək çörək pulu qazanır. Əsasən yaşadığı qəsəbənin ərazisində yerləşən N saylı hərbi hissənin qarşısında dayanıb taksi kimi fəaliyyət göstərir. N018-ci ilin may ayında N saylı hərbi hissənin hərbi qulluqçusu Şahid3 ona baş gizir Zərərçəkmiş şəxs uşağının xəstə olduğu və Bakı şəhərinə aparmalı olduğu üçün 700 manat məbləğində borc pul lazım olduğunu bildirmişdir. O da Şahid3 700 manat məbləğində borc pul vermiş, Şahid3 kredit götürüb borcunu ödəyəcəyini bildirsə də, borcunu ödəməmişdir. Dəfələrlə Raufdan borc verdiyi pulu qaytarmasını tələb etsə də, Rauf hər dəfə bəhanələr gətirərək borcunu verməmişdir. N019-cu ilin avqust ayının əvvəllərində N saylı hərbi hissənin qarşısında olarkən Şahid3 baş gizir Zərərçəkmiş şəxsla birlikdə onun yanına gəlmiş və Elnur ona “biz içəridə Raufla söhbət etdik, təxminən 3-4 günə səndən borca aldığımız borcu gətirib verəcəm” demiş, lakin həmin gündən sonra o, baş gizir Elnuru görməmişdir. xx.xx.N019cu il tarixdə axşam saat N0:30 radələrində o, N saylı hərbi hissənin çıxışında olarkən baş gizir Elnurun xidmətdən sonra mülki formada hərbi hissənin çıxışında dayandığını görmüş, avtomobili Elnurun yanında saxlayıb Elnura “avtomobilə otur gedək söhbət edək” demişdir. Baş gizir Elnur da ona “bilirəm nə üçün gəlmisən, indi tələsirəm daha sonra görüşərik” demişdir. O da Elnura “sən ortaya söyüş qoymuşdun ki, gətirib pulu verəcəm, o vaxt vermədin indi verəcəksən” demişdir. Bundan sonra özünün pulu vermək üçün ortaya qoyduğu söyüşü baş gizir Elnurun üzünə qarşı işlətmiş və buna görə aralarında mübahisə yaranmışdır. Daha sonra onlar bir-birilərini itələməyə başlamış, o, baş gizir Elnura təpik atmış, lakin təpik Elnura dəyməmişdir. Bundan sonra hərbi hissənin qarşısında dayanan N nəfər hərbiçi araya girərək onları aralamış və baş gizir Zərərçəkmiş şəxs 5-6 metr kənara aparmışlar. O, yenidən Elnura yaxınlaşmış və Elnurun üz nahiyyəsinə 1 dəfə yumruq zərbəsi endirmişdir. Bundan sonra o, Elnurun əli ilə burnunu tutduğunu görmüş və avtomobilini işə salıb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, N018-ci ilin yanvar ayında işlədiyi N saylı hərbi hissənin qarşısında taksi fəaliyyəti ilə məşğul olan **-XP-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Səbuhi adlı şəxsdən 400 manat 15%-lə yəni ayda 15% ödəməklə sələmə pul götürmüş, N019-cu ilin may ayında pulun qarşılığında Səbuhiyə 980 manat pul ödəmiş, yəni may ayına qədər 580 manat faiz pulu vermiş, may ayında isə 400 manat əsas borcu qaytarmışdır. Belə ki, o, may ayında sonuncu əsas borcu ödədiyi vaxt paliqona getmiş, buna görə də Səbuhini görə bilməmiş, lakin 400 manat pulu Səbuhiyə çatdırması üçün onun xidmət etdiyi hərbi hissədə müddətdən artıq hərbi qulluqçu Şahid3 vermiş, Şahid3 də həmçinin ona pulu Səbuhiyə çatdırdığını bildirmişdir. O, xx xxxxxx N019-cu il tarixdə axşam saat N0:30 radələrində işdən çıxıb yaşadığı kəndə gedərkən, hərbi hissənin nəzarət buraxılış məntəqəsini keçib hərbi hissənin qarşısından keçən yola çıxdığı vaxt Səbuhi idarə etdiyi 07 markalı avtomobildən düşüb ona yaxınlaşmış və ona “mənim pulumu niyə vermirsən?” demiş, o da Səbuhiyə “pul verilib” demişdir. Bundan sonra Səbuhi onu nalayiq söyüşlər söyərək təhqir etmiş, həmin vaxt onun yanında olan iş yoldaşı gizir ŞahidN və müddətdən artıq hərbi qulluqçu Şahid1 Səbuhini tutub ondan aralaşdırmışlar. Səbuhi yenə söyüş söyərək öz avtomobilinə tərəf getmişdir. O, Səbuhi çıxıb getsin deyə Səbuhiyə heç bir cavab verməmiş və oradan çıxıb getmək üçün iş yoldaşı, gizir İlqar Hüseynlinin avtomobilinə tərəf getmişdir. O, İlqarın gəlib-gəlmədiyini görmək üçün avtomobilin yaxınlığında arxaya dönən zaman Səbuhi onun burun nahiyəsindən güclü yumruq zərbəsi endirmişdir. Zərbənin təsirindən aşağı çökmüş və burun nahiyəsindən qan axmağa başlamışdır. Bundan sonra Səbuhi avtomobilinə əyləşərək avtomobili işə salıb oradan uzaqlaşmışdır. xx.xx.N019-cu il tarixdə hərbi hissənin tibb məntəqəsinin göndərişi ilə Sarıcalı hospitalına getmiş, orada ona aldığı xəsarətin burun sümüklərinin yerini dəyişən sınığı olduğunu bildirmişlər. xx.xx.N019-cu il tarixdək hospitalda müalicə almış, xx xxxxxx N019-cu il tarixdə göndərişlər MN-nin Bakı şəhərindəki hospitalına göndərilmiş və orada müayinə olunmuş, sonra isə 5 gün məzuniyyət götürüb evdə müalicə almışdır. Səbuhi onu söyüb təhqir edərək vuran zaman hərbi hissənin qarşısında xeyli sayda işdən çıxan hərbiçilər və mülki vətəndaşlar, eləcə də taksi sürücüləri olmuş və mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam ödəyərək onunla barışıq əldə etdiyi üçün hazırda ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluçusu Şahid3 ifadəsində göstərmişdir ki, N017-ci ildən Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. Aran qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan Səbuhini də həmin vaxtdan tanıyır. Belə ki, Səbuhi taksi kimi onun uşaqlarını məktəbə aparıb gətirmişdir, həmin vaxtdan da Səbuhi ilə münasibəti yaranmışdır. Səbuhi sələmə pul verdiyi üçün bir neçə dəfə Səbuhidən sələmə pul götürüb faizi ilə birlikdə qaytarmışdır. N018-ci ilin yanvar ayında xidmət etdiyi hərbi hissədə işləyən baş gizir Zərərçəkmiş şəxs ona “uşağım xəstədir, təcili pul lazımdır, Səbuhi ilə münasibətin yaxşıdır, ona de mənə sələmə pul versin, qaytarıb verəcəm” demişdir. O da Səbuhiyə zəng edərək Zərərçəkmiş şəxs sələmə pul verməsini, Elnurun vaxtında faizini və əsas borcunu qaytaracağını bildirmişdir. Səbuhi də ona “Elnura de vəsiqəsini və maaş kartını gətirsin nə qədər desə pul verərəm”demişdir. Bundan sonra o da Elnura “Səbuhiyə demişəm vəsiqəni və maaş kartını apar Səbuhi pul verəcək” demişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs Səbuhidən 400 manat sələmə pul götürmüş, həmin 400 manat pula görə Zərərçəkmiş şəxs ayda 60 manat Səbuhiyə əlavə faiz kimi pul vermişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə, yəni N00 manat bir dəfə, 130 manat bir dəfə və 1N6 manat isə bir dəfə olmaqla ümumilikdə 456 manat pulu ona vermiş, o da həmin pulu Səbuhiyə çatdırmışdır. Zərərçəkmiş şəxs onun vasitəsilə Səbuhiyə göndərdiyi puldan başqa bir neçə dəfə də özü Səbuhiyə pul vermişdir. Buna baxmayaraq Səbuhi Zərərçəkmiş şəxs “sənə verdiyim pulun faizi üst-üstə yığışıb,yenə pul verməlisən” demişdir. Buna görə Səbuhi ilə Elnurun arasında narazılıq yaranmış, xidmət etdiyi hərbi hissənin qarşısında Səbuhi Zərərçəkmiş şəxsla mübahisə edərək Zərərçəkmiş şəxs söyüb təhqir etmiş və yumruqla vuraraq Zərərçəkmiş şəxs burnunu sındırmışdır. Səbuhi Zərərçəkmiş şəxs vuran zaman o, orada olmamış, sonradan Zərərçəkmiş şəxs ona Səbuhinin hərbi hissənin qarşısında ucadan söyüb təhqir edərək yumruqla vurub burnunu sındırdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluçusu Şahid1 ifadəsində göstərmişdir ki,xx xxxxxx N019-cu il tarixdə axşam saat N0 radələrində işlədiyi hərbi hissədən işdən çıxarkən bir nəfər mülki şəxsin hansısa giziri vurduğunu eşitmişdir. O, həmin vaxt mübahisənin kimin arasında baş verməsindən xəbəri olmamışdır. Ancaq səhəri işə gələndə bir nəfər mülki geyimli şəxsin gizir Zərərçəkmiş şəxs N saylı hərbi hissənin qarşısında döydüyünü eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “şübhəli şəxs qismində tutma haqqında“ xx xxxxxx N019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1N:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.71); “qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx N019-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 90-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və XN ünvanlanmış tələbnaməyə xx.xx.N019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( i.v. 51); məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx N019-cu il tarixli, 649 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət – burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin çəp və köndələn yerini dəyişmiş sınığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.N019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. (i.v. 13-14); Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Aran qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( i.v.45); İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxshimayəsində xx.xx.N007-ci il təvəllüdlü Suna, xx xxxxxx N010-cu il təvəllüdlü Səma və xx xxxx N016-ci il təvəllüdlü Yusif adlı uşaqları vardır. ( i.v. 47-49) Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı notarial ərizəsindəngörünür ki, Təqsirləndirilən şəxstərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxstərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.N.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.N-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx N003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin N-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olmasını, (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, (CM-59.1.1N), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.N) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.N-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 1N7.N.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 1N7.N.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı N (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.N). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.N.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx N019-cu il tarixdən xx xxxxxx N019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 0N (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay N8 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay N8 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) N0 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar