Məhkəmə qərarları › İş №1(039)-9/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-9/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-9/2022 09.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq , m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 avqust 2021-ci il tarixdə gecə saat 01 radələrində yaşayış sahəsi hesab olunan Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin həyətinə hasarın üzərindən aşmaqla daxil olaraq evin taxtadan olan giriş qapısını açaraq evin içərisinə qanunsuz daxil olaraq solda yerləşən mətbəx otağından bir ədəd 40 manat dəyərində olan “Gepas” markalı ət çəkən maşını, mətbəx otağı ilə üzbəüz olan otağa daxil olaraq oradan bir ədəd 40 manat dəyərində olan “Aqidel” markalı su nasosunu, evin giri qapısı ilə üzbəüz olan otağa daxil olaraq oradan bir ədəd 15 manat dəyərində olan sərinkeşi, həmin otağın içərisindən yataq otağına keçərək yataq otağındakı çarpayının üzərindən bir ədəd 150 manat dəyərində olan ağ-qara rəngli qoşa yataq üçün yataq dəstini, dolabın içərisindən iki qutu 110 manat dəyərində olan bakal stəkan dəstini, iki ədəd 44 manat dəyərində olan ləpə qabını, iki ədəd 116 manat dəyərində olan meyvə qabını, yataq otağındakı pəncərəsinin qarşısından üç ədəd 60 manat dəyərində olan dörd litrlik “Fab” markalı boyanı yataq otağındakı sandığın içərisindən iki ədəd 50 manat dəyərində olan sarı-qızılı rəngli süfrəni, iki ədəd 50 manat dəyərində olan taxt üçün yataq dəstini, iki ədəd 30 manat dəyərində olan tək adamlıq yataq dəstini, iki qutu 10 manat dəyərində olan çay dəsmalını, iki qutu 15 manat dəyərində olan dəsmal dəstini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla qəsdən oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 02 avqust 2021-ci il tarixdə axşam saatlarında tanıdığı Pərviz adlı şəxsə məxsus, F.İsayev küçəsində yerləşən evinin qarşısından keçərkən evin həyət qapısında qıfıl olduğunu görmüş və belə qərara gəlmişdir ki, həmin evdən oğurluq etsin. Artıq gecə saatlarında, yəni 03 avqust 2021-ci il tarixə keçən gecə həmin evin hasarın üstündən aşaraq evin həyətinə daxil olmuşdur. Evin qapısına yaxınlaşdıqda giriş qapısının ağzına ağac parçası keçirilməklə bağlandığını görmüşdür. Ağac parçasını çıxarıb qapını açaraq evə daxil olmuşdur. Qapının sol tərəfində yerləşən mətbəx otağındakı “Gepas” markalı ağ rəngli ət çəkən maşını, mətbəxlə üzbəüz yerləşən otaqdan “Aqidel” markalı su motorunu, qarşıda yerləşən otağa daxil olub oradan sərinkeşi, digər otaqdan çarpayının üstündəki bir ədəd iri həcimli ağ rəngli sellofan çantanın içərisində olan yataq dəstini götürərək qapının ağzına qoymuşdur. Daha sonra isə otaqda olan sandığın ağzını açmış və sandıqdan iki ədəd sarı-qızılı rəngli süfrə, iki dəst taxt üçün yataq dəsti, iki ədəd tək adamlıq yataq dəsti, iki qutu çay dəsmalını, iki qutu əl dəsmal dəstini götürərək sellofanda olan yataq dəstinin yanına qoymuşdur. Bundan sonra həmin otaqdakı servantın aşağısındakı gözündən iki qutu stəkan dəsti, iki ədəd üst-üstə üç hissəli olmaqla ləpə qabı, iki ədəd üstü-üstə üç hissəli olmaqla meyvə qabını götürmüşdür. Bundan sonra həmin otaqdakı pəncərənin qarşısında olan 3 ədəd “FAB” markalı boyanı götürərək həmin otaqdan tapdığı sellofan torbanın içinə qoymuş və həmin əşyaları daşıyaraq darvazanın yanına yığmışdır. Bundan sonra darvazanın böyük qapısını açaraq küçəyə baxmış və küçədə heç kimin olmadığına əmin olub oğurladıqları əşyaları yaşadığı Yevlax şəhəri, Qasım bəy Zakir küçəsindəki evə qoymuşdur. Artıq səhər, təxminən saat 07:00-də bütün əşyaları satmaq üçün Yevlax şəhəri ərazisindəki bazara aparmışdır. Bazarda ət çəkən maşını, boyaları, yataq üçün olan əşyaları, meyvə qabını, ləpə qabını, iki qutu stəkan dəstini və oğurlamış olduğu digər əşyaları tanımadığı şəxslərə satmışdır. O, həmin əşyaları satdıqdan sonra ümumilikdə 140 manat pul əldə etmişdir. Lakin sata bilmədiyi yorğan üzünü, mələfəni, yastıq üzünü, dəsmalları yaşadığı evə geri qaytarmış və sərinkeşlə birlikdə qardaşı Elməddinə vermişdir. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyi qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə daha sonra isə teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs vurduğu ziyandan 300 manat qardaşı Seymur ödəyib, qalan 300 manatı ayda 100 manat ödəyəcəyinə söz verib. Ona görə ərizəsini geri götürür, şikayətçi deyil, əgər qalıq 300 manat verilməsə yenə şikayət edəcəkdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclası zamanı elan edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, Yevlax şəhəri, F.İsayev küçəsi, 42 ünvanında qeydiyyatda olsa da, ünvan 3 ünvanında ailəsi birlikdə yaşayır. ünvan 4 həmin evin içərisindəki əşyalar ona məxsusdur. Həmin ev boş qalmaması üçün qardaşı oğlu Pərviz ailəsi ilə birlikdə həmin evdə yaşayır. 03 avqust 2021-ci il tarixdə Pərviz ona zəng edərək evə oğru girdiyini və məişət əşyalarını oğurlanmış olduğunu və qayını Sabirin bu barədə polisə şikayət etdiyini demişdir. O, bu səbəbdən 05 avqust 2021ci il tarixdə Yevlax şəhərinə gəlmiş və evə baxdıqda ona məlum olmuşdur ki, ona məxsus olan Yevlax şəhəri, F.İsayev küçəsi 42-də yerləşən evin mətbəx otağından bir ədəd “Aqidel” markalı su motorunun, bir ədəd “Gepas” markalı ağ rəngli ət çəkən maşının, yataq otağından bir ədəd sərinkeşin, bir ədəd ağ-qara rəngli qoşa yataq üçün yataq dəstinin, iki ədəd sarı-qızılı rəngli süfrənin, iki dəst taxt üçün yataq dəstinin (içərisində 4 ədəd yastıq üzü, iki mələfə, iki yorğan üzlüyü olan), iki ədəd tək adamlıq yataq dəstinin (içərisində 4 ədəd yastıq üzü, iki mələfə, iki yorğan üzlüyü olan), iki qutu çay dəsmalının (hər qutunun içərisində 6 ədəd olmaqla ümumilikdə 12 ədəd), iki qutu dəsmal (məhraba) dəsti (hər qutunun içərisində 6 ədəd olmaqla ümumilikdə 12 ədəd), iki qutu stəkan dəstinin (bir qutuda 6 ədəd bakal stəkan olmaqla ümumilikdə 12 ədəd), iki ədəd üst-üstə üç hissəli olmaqla ləpə qabının, iki ədəd üstü-üstə üç hissəli olmaqla Bogemia meyvə qabının, üç ədəd dörd litrlik “FAB” markalı ağ rəngli boyanın oğurandığını aşkar etmişdir. Şahid1 bildirmişdi ki, Yevlax şəhəri, F.İsayev küçəsi, 42 ünvanında yerləşən ev qardaşının arvadı Zərərçəkmiş şəxs məxsusdur. Məhurbə Səfiyeva bir müddətdir Bakı şəhərində yaşadığı üçün oğlu Şahid2 həmin evdə ailəsi birlikdə yaşayır. Oğlu Pərviz ailəsi ilə birlikdə 02 avqust 2021-ci il tarixdə, axşam saatlarında onlara qonaq gəlmiş və həmin gecə onlarda qalmağa qərar vermişdir. Növbəti günü, səhər saatlarında Pərviz ailəsi ilə birlikdə qaldığı həmin evə qayıtmışdır. Lakin, bir müddət sonra Pərviz ona zəng edərək evdən oğurluq olduğunu demişdir. Dərhal həmin və getmiş və bu barədə polis orqanlarına məlumat vermişdir. Evdən oğurlanmış əşyalar evin sahibi Zərərçəkmiş şəxs məxsus olmuşdur. Şahid5 bildirmişdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, onunla birlikdə yaşayır. 03 avqust 2021-ci il tarixdə Şükürün yaşadıqları evə oğurluq əşya gətirdiyindən məlumatı olmamışdır. Şükür ona bu barədə heç bir məlumat verməmişdir. Lakin polis əməkdaşları evə baxış keçirən zaman evin həyətindən su motoru, Şükürün qaldığı otaqdan bir ədəd iri həcmli sellofanda olan yataq dəstini, qardaşı Elməddinin qaldığı otaqdan Şükürün Elməddinə hədiyyə olaraq vermiş olduğu əşyaları aşkar edib götürmüşlər. Yaşadığı evə baxış keçirilməsinə ərizə yazaraq razılıq vermiş və Şükürün oğurlamış olduğu əşyaların götürülməsinə etiraz etməmişdir. Vurulmuş ziyandan 300 manat artıq Zərərçəkmiş şəxs ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 26 avqust 2021-ci il tarixli 011-7930-1221 nömrəli məktubunda qeyd edilir ki, 03 avqust 2021-ci il tarixdə Yevlax şəhəri, F.İsayev küçəsi, 42 ünvanında yerləşən evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş əl-barmaq izlərdən 3 ədədi xx.xx.1979-cu ildə Yevlax raonunda anadan olmuş (Bayramzadə) X2 əlinin orta (02 dəfə), sağ əlinin orta barmağı ilə eynilik müəyyən edilmişdir. (səh. 135, 136) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 sentyabr 2021-ci il tarixli 9/5648 nömrəli rəyində qeyd olunur ki, 01 ədəd “Aqidel” markalı su nasosu 40.00 manat, 01 ədəd “Gepas” markalı ət çəkən maşın 40.00 manat, 01 ədəd sərinkeş 15.00 manat, 01 ədəd ağ-qara rəngli qoşa yataq üçün yataq dəsti 150.00 manat, 02 qutu dəsmal 15.00 manat, 02 qutu çay dəsmalı 10.00 manat, 02 dəst tək adamlıq yataq dəsti 30.00 manat müəyyən olunur. (səh. 148, 149). Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə, yəni yaşayış sahəsinə daxil olmaqla, oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona, istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili X3 məhkəmə dövrü üçün 138 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 15 dekabr 2021-ci il tarixdən hesablansın. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 138 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X4 ödənilsin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE **********0002088501 kod 210005 VÖEN ********** m/h АЗ41 NABZ 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar