Məhkəmə qərarları › İş №1(039)-9/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-9/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-9/2023 22.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə, xx xxx 1992-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(039)-161/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, çəkilməmiş 11 ay 05 günü hissəsi Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(039)- 13/2023 saylı qərarı ilə 05 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazırkı iş üzrə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda 0,558 qram narkotik vasitə heroini 21 may 2022-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində, Yevlax şəhər İcra Hakimiyyətinin binasının yaxınlığında Təqsirləndirilən şəxs2 15 manata alaraq əldə edib üzərində saxlamış, 21 may 2022-ci il tarixdə saat 19:25-də Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri, Nizami prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin günü saat 20:35-dən saat 21:05-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan 0,558 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,558 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, 21 may 2022-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində, Yevlax şəhər İcra Hakimiyyətinin binasının yaxınlığında həmin 0,558 qram miqdarında narkotik vasitə olan heroini tanışı Təqsirləndirilən şəxs1 15 manata satmış, 21 may 2022-ci il tarixdə saat 19:25-də Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri, Nizami prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin günü saat 20:35-dən saat 21:05-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,558 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan heroindən uzun müddətdir istifadə edir. 21 may 2022-ci il tarixdə Yevlax şəhərində adını xatırlamadığı küçədə yerləşən aptekin qarşısından keçən zaman yolun kənarında bükülünün olduğunu görmüş və götürmüşdür. Bükülüyə baxdıqda içində narkotik vasitə heroin olduğunu görmüşdür. Heroini sonra qəbul etmək üçün bükülünü cibinə qoyub yolunu davam etmişdir. Həmin gün, bir neçə saat sonra Yevlax şəhəri, Nizami prospektində piyada gedərkən iki polis əməkdaşı ona yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yevlax RPŞ-nin inzibati binasına getmişdir. Orada polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmiş və tələb edilmişdir ki, həmin narkotik vasitəni guya Təqsirləndirilən şəxs2 15 manata aldığını bildirsin. Polis əməkdaşlarından qorxduğundan buna razılıq vermişdir. Bundan sonra ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Video çəkiliş zamanı əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükülü aşkar edilmişdir. Polis əməkdaşlarının tələbini yerini yetirərək bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs2 ilə həmin gün Yevlax Şəhəri İcra Hakimiyyətinin inzibati binasının yanında görüşmüş və 15 manata ondan narkotik vasitə olan heroini almış, sonra istifadə etmək üçün cibinə qoyub saxlamışdır. Ona qarşı hər hansı təzyiqin olması barədə müdafiəçiyə heçnə bildirməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımış, ara-sıra onunla telefon danışıqları olmuşdur. Lakin, heç vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitə almamışdır. ***-***-**-** mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. Lakin həmin mobil nömrə vasitəsi ilə 21 may 2022-ci il tarixdə Elvinlə danışmamışdır. Elvinlə 21 may 2022-ci il tarixdə təsadüfən Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşmüş və hal əhval tutmuşdur. Polis əməkdaşlarının ona qarşı təzyiqi barədə hər hansı orqana müraciət etməmişdir. Əməlindən peşman olduğunu qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək söyləmişdir ki, Təqsirləndirilən şəxs1 bir neçə müddətdir ki, tanıyır. Ara-sıra onunla ünsiyyətdə olmuşdur. Lakin, nə Təqsirləndirilən şəxs1, nə də başqa kimsəyə heç vaxt narkotik vasitə satmamışdır. Özü isə narkotik vasitələrdən nadir hallarda istifadə edir. 31 may 2022-ci il tarixdə Yevlax şəhərində olarkən polis əməkdaşları onu saxlamış və narkotik vasitəni satmaqda şübhəli bilinən şəxs kimi onu Yevlax RPŞ-nin inzibati binasına dəvət etmişlər. Buna etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinin inzibati binasına getmişdir. Orada, müdafiəçinin iştirakı və video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Lakin, üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşlarının tələbi ilə üzərində olan mobil telefonu təqdim etmişdir. İstintaq zamanı qeyd edilən ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələr onun istifadəsində olmuşdur. Lakin, həmin mobil nömrələr vasitəsi ilə 21 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 zəng etməmişdir. Özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi il təqsirli bilir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhəri, Aran qəsəbəsi sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 21 may 2022-ci il tarixdə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmiş və bunun əsasında əməliyyat qrupu yaradılmaqla Təqsirləndirilən şəxs1 barədə müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 olduğu ünvan müəyyən edilmiş və əməliyyat qrupunun digər üzvü, polis əməkdaşı Şahid2la birlikdə Yevlax şəhəri, Nizami prospektinə getmişlər. Nizami prospektində Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılmış, bunun səbəbi barədə ona məlumat verilmiş və o, Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına dəvət olunmuşdur. Şöbənin inzibati binasında baş təhqiqatçı Şamil Xəlilovun xidməti otağında Təqsirləndirilən şəxs1 müdafiəçi təqdim edilmiş və onun üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki qara rəngli gödəkcənin cibindən bir ədəd sellofan bükülü, habelə “Nokia” markalı mobil telefon çıxararaq təqdim etmişdir. Bükülü barədə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bükülünün içində olan kütlə narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni 21 may 2022-ci il tarixdə Yevlax şəhərində yaşayan tanışı “Elvin” adlı şəxsdən 15 manata almışdır. Müəyyən edilmişdir ki, bu şəxs Yevlax şəhər sakini Təqsirləndirilən şəxs2dir. 31 may 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilmiş, lakin bu zaman üzərindən qanunsuz bir əşya aşkar edilməmişdir. Yalnız 1 ədəd “Samsung” və 1 ədəd “KGTEL” markalı telefonlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılarkən, o polis şöbəsinin inzibati binasına gətirilərkən, polis şöbəsində olarkən ona polis əməkdaşları tərəfindən heç bir fiziki, psixi zor və təzyiq göstərilməmişdir. Şahid2 Yevlax RPŞ PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 21 may 2022-ci il tarixdə şöbənin rəhbərliyinin müvafiq əmri ilə əməliyyat qrupuna daxil edilmişdir. Bildirilmişdir ki, Yevlax şəhəri, Aran qəsəbəsi sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlayır və onun ətrafında müəyyən əməliyyat-axtarış tədbirləri həyata keçirilməlidir. Həmin gün əməliyyat qrupunun digər üzvü, əməliyyat müvəkkili Şahid1la birlikdə Yevlax şəhəri, Nizami prospektinə Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılmışdır. Ona bildirilmişdir ki, narkotik vasitələri saxlamaqda şübhəlidir. Bu səbəbdən Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına dəvət olunmuşdur. Şöbənin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 müdafiəçi təqdim edilmiş və onun üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki qara rəngli gödəkcənin cibindən bir ədəd sellofan bükülü, habelə “Nokia” markalı mobil telefon çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bükülünün içində olan kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni 21 may 2022-ci il tarixdə Yevlax şəhərində yaşayan tanışı “Elvin” adlı şəxsdən 15 manata almışdır. 31 may 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən qanunsuz bir əşya aşkar edilməmişdir. 1 ədəd “Samsung” və 1 ədəd “KGTEL” markalı telefonlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki, psixi zor və təzyiq göstərilməmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman bir ədəd sellofan bükülünün aşkar olunması müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş məxsus “Nokia” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, telefonun içərisində ***- ***-**-** saylı mobil nömrə vardır. Telefona daxil olan və çıxan zənglərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin mobil telefonun yaddaşında adı kiril əlifbası ilə “Elvin.va” yazılmış ***-***-**-** saylı mobil nömrəyə 21 may 2022-ci il tarixdə saat 17:15-də, saat 18:15-də, saat 18:19-da, saat 18:24-də zəng olunmuşdur. Həmin mobil nömrəyə daxil olan zənglərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 mobil telefonunda olan ***-***-**-** saylı mobil nömrəyə 21 may 2022-ci il tarixdə saat 17:15-də, saat 18:06-da, saat 18:20-də, saat 18:26-da zənglər daxil olmuş və tərəflər arasında telefon danışığı baş vermişdir. Mobil telefona baxış keçirilən zaman foto şəkillər çəkilərək foto cədvəl tərtib edilərək protokola əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy J5” markalı və “KGTEL” markalı mobil telefonlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon qara rəngli “Samsung Galaxy J5” markalı smartfondur. Telefonda ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin olması müəyyən olunmuşdur. Telefonun Galereya-sına baxış keçirilən zaman həmin mobil telefon vasitəsi ilə 26 may 2022-ci il tarixdə saat 13:22-də narkotik vasitə olan heroinə bənzər kütlənin sellofana bükülü halda elektron tərəzinin üzərində çəkilmiş foto şəklinin olması müəyyən edilmişdir. Foto şəkildən elektron tərəzinin üzərində olan kütlənin 12.22 qram çəkidə olması müəyyən olunmuşdur. Digər mobil telefon qara rəngli “KGTEL” markalı sadə mobil telefondur. Telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olması müəyyən olunmuşdur. Mobil telefonun digər bölmələrinə baxılmış, lakin iş üçün əhəmiyyət kəsb edən başqa bir hal müəyyən edilməmişdir. Mobil telefona baxış keçirilən zaman foto şəkillər çəkilərək foto cədvəl tərtib edilərək protokola əlavə edilmişdir. İstintaq zamanı Yevlax rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 5(039)-88/22 nömrəli qərarı əsasında 01 mart 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***- **-** saylı mobil telefon nömrələrinin sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrəyə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan smslərin mətni və anten dairəsi barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL- 9098/22 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “ay Nicat sene dunen dediyim indi alınır bu bir ikincide 1 dene 10m, 1 dene 25m indi” məzmulu mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “İslamidi 15 pati 5 torpaq manatliq lazimdi” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “ELVİN qaqa qadan alaram senin bagisda bu vaxdi Seni narahat elyirem yatmamisasa ikanin varsa qaqan toz torpaq komeylik eiİyesen pul pere var.Alinsa viziv at bilim” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa gelesi olmadın senöl patının lomksıdayam yatıram aç bir söz de” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa imkan olarsa mənə bir çet torpaq verərsən qadan alaram” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “qaqa menem osman zeng etmeye konturum yoxdu cemı 6 qepıy vardı smes yazdım cartlayıram ısın duzeldıse menı yada sal tıkılı patı da olsa gozel olar” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Elvin salam menem qaqa fexri vele pulum yoxdu ozunde varsa ma kola verde” məzmunlu mesaj göndərilmişdir. Həmçinin baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 17:15 radələrində 76 saniyəlik telefon danışığı olmuş, xx.xx.2022ci il tarixdə saat 18:06 radələrində 37 saniyəlik, xx.xx.2022ci il tarixdə saat 18:20 radələrində 48 saniyəlik telefon danışığı olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin X2 22 may 2022-ci il tarixli 17/424 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş bir ədəd sellofana bükülmüş ...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,558 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Qalıq 0,508 qram (səh.41) Məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2022-ci il tarixli 985 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.226) Məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2022-ci il tarixli 986 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (səh.225) Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(039)-161/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 7(039)-13/2023 saylı qərarı ilə 05 (beş) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdır. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, saxlanılarkən aparılmış video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, belə ki, törətdiyi əməldən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza tətbiq edilərsə, onun yenidən eyni cinayəti törətmək imkanı olacaqdır, bu, onun islah olunmasına xidmət etməyəcək, buna görə də ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, onun 21 may 2022-ci il tarixdən 23 may 2022-ci tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının əvvəli həbs edildiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 münasibətdə məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək belə qənaətə gəlir ki, o, özünü təsirli bilməsə də, təqsirli olması mövcud sübutlarla təsdiq olunur, onun bu mövqeyi özünümüdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı bir neçə dəfə müdafiəçinin iştirakı ilə ifadə verərək üzərindən aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirsə də, məhkəmə iclası zamanı ona qarşı təzyiqlərinin olduğunu qeyd etməklə belə ifadə verdiyini söyləmişdir. Halbuki, şahidlərin ifadələri ilə ona qarşı hər hansı təzyiqin olmadığı təsdiqini tapır. Eyni zamanda nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1, ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz təzyiqlərin olması barədə müdafiəçisinə, hər hansı müvafiq orqana müraciət etməmişdir. Bundan başqa, həm Təqsirləndirilən şəxs1, həm Təqsirləndirilən şəxs2 21 may 2022-ci il tarixdə təsadüfən Yevlax Şəhəri İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında görüşdüklərini bildirsələr də, istifadələrində olan mobil telefon nömrələrinin danışıqlarının çıxarışları ilə təsdiq olunur ki, aralarında həmin gün uzun müddətli danışıqlar olmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı verdiyi ifadənin Təqsirləndirilən şəxs2 cəzadan yayındırmaq məqsədi daşıdığı kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, yəni qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və video görüntü ilə tam təsdiqini tapmış, bu səbəbdən ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir.. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(039)-161/2021 saylı hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 05 gününün Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 05 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə üzərində qəti cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hazırkı iş üzrə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının əvvəli faktiki saxlanıldığı 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan “Nokia” markalı mobil telefon, “Samsung Galaxy J5”, “KGTEL”markalı mobil telefonlar sahiblərinə təhvil verilməli və ekspertiza tədqiqatından sonra qalan 0,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilməlidir. Müdafiəçi, dövlət hesabına göstərilmiş hüquqi yardıma görə məhkəmə dövrü üçün Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi1 oğluna 72 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 345-347, 350, 352 və 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 22 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(039)-161/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 05 (beş) gününün Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 05 (beş) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hazırkı iş üzrə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli faktiki saxlanıldığı gündən, yəni 31 may 2022-ci il tarixdən hesablansın . İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan “Nokia” markalı mobil telefon, “Samsung Galaxy J5”, “KGTEL”markalı mobil telefonlar sahiblərinə təhvil verilsin və ekspertiza tədqiqatından sonra qalan 0,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 69 (altmış doqquz) manat 10 (on) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗ41 NABZ 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba köçürülsün. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün müvafiq olaraq 72 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar