Məhkəmə qərarları › İş №1(039)-9/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-9/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-9/2025 09.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Yevlax rayonu Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “Yevkax RMX” PHŞ-nin Aran ASM-də böyük tibb bacısı işləyən, məhkumluğu olmayan, Yevlax rayonu Anan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs1 “Yevlax RMX” PHŞ-nin Aran ASM-də işə düzəltmək və sonuncunun əri X3 pensiyasını daimi müddətə düzəldəcəyi adı ilə aldadaraq vahid niyyətlə 2023-cü ilin iyun ayının ortalarında dəqiq xatırlamadığı gündə günorta saat 13 radələrində Yevlax rayonu Nərimanabad kəndində yerləşən Zərərçəkmiş şəxs1 evində sonuncunun 3500 manat məbləğində nağd şəkildə pulunu, 2023-cü ilin iyun ayının ortalarında dəqiq xatırlamadığı gündə axşam saat 17 radələrində Yevlax rayonu Nərimanabad kəndində yerləşən evində Zərərçəkmiş şəxs1 1500 manat məbləğində nağd şəkildə pulunu, xx.xx.2023-cü il tarixdə, saat 13:46-da Beyləqan rayonunun Yeni Mil qəsəbəsində yerləşən «Yeni Mil” mağazasının içərisində olan «Mpay» elektron ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi "xxxx" ASC-yə məxsus olmaqla Təqsirləndirilən şəxs adına olan 416973******5670 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs1 göndərdiyi 500 manat məbləğində pulunu, xx.xx.2023-cü il tarixdə, saat 16:39-da «Kapital Bank” ASC-nin Yevlax rayonunda yerləşən filialında quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi 416973******5670 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs1 göndərdiyi 1000 manat məbləğində pulunu, xx.xx.2023-cü il tarixdə, saat 09:33-də «Kapital Bank” ASC-nin Yevlax rayonunda yerləşən filialında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi 416973******5670 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs1 göndərdiyi 200 manat məbləğində pulunu, xx.xx.2023-cü il tarixdə, saat 11:31-də Yevlax şəhəri, Nizami prospekti 61A ünvanında yerləşən «Elstore” mağazasının içərisində olan «MilliÖn» elektron ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASC-yə məxsus olmaqla Təqsirləndirilən şəxs adına olan 416973******5670 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs1 göndərdiyi 1000 manat məbləğində pulunu, xx.xx.2023-cü il tarixdə, saat 11:15-də «Kapital Bank” ASC-nin Yevlax rayonunda yerləşən filialında quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi 416973******5670 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs1 göndərdiyi 1300 manat məbləğində pulunu, cəmi vahid niyyətlə Zərərçəkmiş şəxs1 9000 manat məbləğində pulunu aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirərək qəsdən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs4 “Yevlax RMX” PHŞ-nin Aran ASM-də mühafizəçi vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq 25 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs4 500 manat məbləğində nağd pulunu, 27 dekabr 2023-cü il tarixdə saat 14 radələrində Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs4 1500 manat məbləğində nağd pulunu olmaqla cəmi vahid niyyətlə Zərərçəkmiş şəxs4 2000 manat məbləğində pulunu aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirərək qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs3 “Yevlax RMX” PHŞ-nin Aran ASM-də sürücü vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq 2023-cü ilin dekabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax şəhərində yerləşən “Yevlax RMX” PHŞ-nin inzibati binasının giriş qapısında Zərərçəkmiş şəxs3 1900 manat məbləğində pulunu aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirərək qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs2 “Yevlax RMX” PHŞ-nin Aran ASM-də qeydiyyatçı işinə düzəltmək adı ilə aldadaraq vahid niyyətlə 13 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Yevlax şəhərində yerləşən “Dadlı” şirniyyat evində Zərərçəkmiş şəxs2 2500 manat məbləğində nağd pulunu, 23 noyabr 2023-cü il tarixdə günorta saat 15 radələrində Yevlax şəhərində yerləşən “Təbiyət” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs2 400 manat məbləğində nağd pulunu, 24 noyabr 2023-cü il tarixdə saat 14:04-də Yevlax rayonu ərazisində mobil telefonunda olan “birbank” mobil tətbiqi vasitəsilə Elnarənin ona verdiyi 416973******0978 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına Zərərçəkmiş şəxs2 göndərdiyi 100 manat məbləğində pulunu olmaqla cəmi vahid niyyətlə Zərərçəkmiş şəxs2 3000 manat məbləğində pulunu aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirərək qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs5 “Yevlax RMX” PHŞ-nin Aran ASM-də fəhlə işinə düzəltmək adı ilə aldadaraq 27 fevral 2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda “Yevlax RMX” PHŞ-nin Yevlax rayonu Aran qəsəbəsində yerləşən Aran Ailə Sağlamlıq Mərkəzinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs5 1350 manat məbləğində nağd şəkildə pulunu aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirərək qəsdən təkrarən dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərə və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yevlax rayon Aran qəsəbəsində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. “Yevlax RMX” PHŞ-nin Yevlax rayonu Aran qəsəbəsində yerləşən Ailə Sağlamlıq Mərkəzində böyük tibb bacısı vəzifəsində işləyir. 04 noyabr 2023-cü il tarixdə barəsində Yevlax Rayon Polis Şöbəsinə şikayət etmiş Zərərçəkmiş şəxs1 tanıyır, belə ki, Məlahət qayınanasıgilin yaşadığı Yevlax rayonu Nərimanabad kəndindən göyərti alaraq Aran qəsəbəsində satır. 6-7 il bundan əvvəl Yevlax rayonu Nərimanabad kəndində göyərti alarkən Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və həmin vaxtdan rəfiqə kimi ünsiyyət etmişlər. Hətta yaxşı ünsiyyətləri olduğu üçün ailəvi gediş-gəlişləri də olmuşdur. 2023-cü ilin iyun ayının dəqiq tarixini xatırlamadığı günündə Məlahətgilin yaşadığı Nərimanabad kəndinə qonaq getmişdir. Həmin vaxtı aralarında olan söhbət zamanı Məlahət özünə iş axtardığını və işə düzəlməkdə köməklik etməyini ondan xahiş etmiş, o, da hissə-hissə olmaqla, 6000 manat məbləğində pulu Məlahətdən onun yaşadığı evdə borc almış, lakin sonradan o, Məlahətə həmin pulun müqabilində onu Aran ASM-də hər nə iş olursa olsun düzəldə biləcəyini demişdir. Lakin sonradan o, Məlahəti işə düzəldə bilmədiyi üçün Məlahət ondan pulunu geri tələb etməyə başlamışdır. O, isə həmin pulun hamısını qaytarmışdır. Barəsində 10 fevral 2024-cü il tarixdə Yevlax rayon prokurorluğuna şikayət edən Zərərçəkmiş şəxs2 tanıyır, belə ki, 3-4 il bundan əvvəl sənədlərini yazdırmaq üçün Yevlax şəhərində yerləşən İdeal mağazasına gəlib gedirmiş. Həmin vaxtdan sonra mağazada çalışan Mətanətlə ünsiyyəti yaranmışdır. 2023-cü ilin noyabr ayında Mətanət və anası mobil telefonla ona zəng edərək, iş tapmaqda ona köməklik etməyini istəmiş, o, da Yevlax rayonu ərazisində harda olursa-olsun işə düzəldə biləcəyini, bunun müqabilində 3000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 razılaşaraq 2023-cü ilin noyabr ayının dəqiq tarixini xatırlamadığı günündə Yevlax rayonunda yerləşən “Təbiyət” şadlıq sarayının qarşısında onunla görüşüb işə düzəltməyi müqabilində 2900 manat məbləğində pulu nağd şəkildə ona vermişdir. 100 manat məbləğində pulu isə onun kart hesabına göndərmişdir. Lakin sonradan Mətanəti işə düzəldə bilmədiyi üçün Mətanət pulunu geri tələb etməyə başlamışdır. Barəsində Yevlax rayon prokurorluğuna şikayət edən Zərərçəkmiş şəxs3 Aran ASMdə işlədiyi vaxtdan tanıyır, belə ki, Azərin arvadı hamilə olan vaxtı mütəmadi olaraq müayinə olunmaq üçün Aran ASM-ə gətirirmiş, həmin vaxtdan sonra aralarında yaxşı ünsiyyət yaranmışdır. 2023-cü ilin dekabr ayının əvvəllərində dəqiq xatırlamadığı günündə çörək sexində işdə olan zaman Azər bacısı oğlu Zərərçəkmiş şəxs4 ilə birlikdə yanına gələrək onlara işə düzəlməkdə köməklik etməyini, əlində isə 4000 manat məbləğində pul olmasını demiş, o, da həmin şəxsləri Aran ASM-də işə düzəldə biləcəyinə söz vermiş və 2023-cü ilin dekabr ayının əvvəllərində dəqiq xatırlamadığı günündə Aran qəsəbəsində yerləşən ASM-nin inzibati binasının həyətində görüşmüşlər. Həmçinin, Azər ona bacısı oğlu Elşadı və onu Aran ASM-də işə düzəltməyi müqabilində 4000 manat məbləğində nağd şəkildə pul vermişdir. Lakin sonradan o, Azəri və bacısı oğlu Elşadı işə düzəldə bilmədiyi üçün ondan pulu geri tələb etməyə başlamışlar. Barəsində Yevlax rayon Polis Şöbəsinə şikayət edən Zərərçəkmiş şəxs5 tanıyır, belə ki, bir ərazidə yaşadığı üçün aralarında tanışlıq olmuşdur. 2024-cü ilin fevral ayının əvvəllərində o, Raminlə görüşərək Ramini Aran ASM-də işə düzəldə biləcəyini, bunun müqabilində isə 1350 manat pul verməli olduğunu demişdir. 2024-cü ilin fevral ayının 27də Raminlə Aran qəsəbəsində yerləşən Aran Ailə Sağlamlıq Mərkəzinin inzibati binasının qarşısında görüşərək Ramindən Aran ASM-də işə düzəldəcəyi qarşlığında 1350 manat pulu nağd şəkildə almışdır. Lakin sonradan o, Ramini işə düzəldə bilmədiyi üçün Zərərçəkmiş şəxs5 pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa o, ifadəsini davam etdirərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 aldadaraq pullarını ələ keçirdən zaman qabaqcadan başqa bir şəxslə əlbir olmamış, həmin cinayətləri təkbaşına törətmişdir. O, ələ keçirtmiş olduğu pulları öz şəxsi ehtiyacları üçün xərcləmiş, başqa heç kimi aldatmamış və pulunu dələduzluq yolu ilə ələ keçirməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək, habelə vurduğu ziyanın 25% hissəsini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Nərimanabad kəndində ailəsiylə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və heç bir işlə məşğul olmur. O, ailə üzvləriylə birlikdə yaşadığı kənddə heyvandarlıqla məşğul olaraq dolanışığın təmin edir. Təxminən 2 il bundan əvvəl tanışı Təqsirləndirilən şəxs mütəmadi olaraq hal-hazırda yaşadığı Yevlax rayonu Nərimanabad kəndinə gedib gəldiyi üçün Elnarə ilə ünsiyyəti yaranmışdır. Hətta Elnarə ilə ünsiyyəti yaxşı olduğu üçün yaşadığı evə də gedib gəlmişdir. Hal-hazırda əri insult xəstəsi olduğu üçün və buna görə maddi vəziyyəti yaxşı oldmadığı üçün Elnarəyə özünə münasib iş axtardığını demişdir. Bundan başqa əri 2-ci qrup əlilliyə görə pensiya aldığı üçün ərinin pensiyaysını ömürlük düzəltdirmək istəmişdir. 2023-cü ilin iyun ayının dəqiq xatırlamadığı günündə Elnarə mobil telefonla ona zəng edərək, Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzində vakant olan xadiməçi vəzifəsinə onu işə düzəldə biləcəyini, həmçinin də ərinin pensiya təminatını ömürlük edə biləcəyini demişdir. Elnarə bunları etməyinin müqabilində ondan, ümumilikdə 9000 (doqquz min) manat məbləğində pul istəmişdir. O, isə Təqsirləndirilən şəxs onu işə düzəltməyi üçün 2023-cü ilin iyun ayının ortalarında dəqiq xatırlamadığı gündə günorta saat 13 radələrində Yevlax rayonu Nərimanabad kəndində yerləşən evində 3500 manat məbləğində nağd şəkildə pul vermiş, bundan təxminən 3-4 gün sonra, yəni 2023-cü ilin iyun ayının ortalarında dəqiq xatırlamadığı gündə axşam saat 17 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək ondan 1500 manat məbləğində nağd şəkildə pulu götürmuşdür. Daha sonra 23 iyun 2023-cü il tarixdə saat 13:46-da Beyləqan rayonu Yeni Mil qəsəbəsində yerləşən “Yeni-Mil” marketin içərisində quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona verdiyi 416973******5670 nömrəli kart hesabına 500 manat məbləğində pulu göndərmiş, sonra 24 iyun 2023-cü il tarixdə saat 16:39-da Yevlax şəhəri, H.Əliyev prospekti 20 ünvanında yerləşən "xxxx" ASC-nin Yevlax rayon fililalında quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona verdiyi 416973******5670 nömrəli kart hesabına 1000 manat məbləğində pulu göndərmiş, sonra 25 iyun 2023-cü il tarixdə saat 09:33-də Yevlax şəhəri, H.Əliyev prospekti 20 ünvanında yerləşən "xxxx" ASC-nin Yevlax rayon fililalında quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona verdiyi 416973******5670 nömrəli kart hesabına 200 manat məbləğində pulu göndərmiş, sonra 27 iyun 2023-cü il tarixdə saat 11:31-də Yevlax şəhəri Nizami prospekti 61 A ünvanında yerləşən “Elstore” mağazasının içərisində quraşdırılmış “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona verdiyi 416973******5670 nömrəli kart hesabına 1000 manat məbləğində pulu göndərmiş, sonra 05 iyul 2023-cü il tarixdə saat 17:15-də Yevlax şəhəri, H.Əliyev prospekti 20 ünvanında yerləşən "xxxx" ASC-nin Yevlax rayon fililalında quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona verdiyi 416973******5670 nömrəli kart hesabına 1300 manat məbləğində pulu göndərmişdir. O, Təqsirləndirilən şəxs cəmi 9000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs pulları nağd şəkildə verərəkən yanında heç kim olmamışdır. Sonradan Elnarə onunla əlaqə saxlayaraq sənədləşdirmə işləri aparıldığını, narahat olmamağını bildirmişdir. Lakin bunun heç bir nəticəsi olmadığını görüb Elnarə ilə dəfələrlə əlaqə saxlayaraq işiylə bağlı soruşsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. 2023-cü ilin noyabr ayının dəqiq tarixini bilmədiyi günündə o, aldadıldığını başa düşərək Elnarədən verdiyi pulunu geri tələb etməyə başlamışdır. Bundan sonra Elnarə verdiyi 9000 manat məbləğində puldan hissə-hissə olaraq 8000 manatını geri qaytarmışdır. Hal-hazırda Elnarə ona qaytarmalı olduğu puldan 1000 manatını qaytarmaqdan boyun qaçırır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında ailəsiylə birlikdə yaşayır. 10 fevral 2024-cü il tarixdə Yevlax rayon Prokurorluğuna özü müraciət etmişdir. Hal-hazırda heç bir yerdə işləmir. O, keçmiş ərindən 2018-ci ildə rəsmi şəkildə boşandığı üçün valideynləriylə birlikdə qalır. Ailəsini saxlamağa onunla birlikdə yaşayan atası köməklik göstərir. Bundan başqa 70 manat məbləğində aliment alır. Bütün bu səbəblərə görə ailəsini saxlayaraq dolanışığını təmin etmək üçün özünə rəsmi gəliri olan iş yeri axtarmışdır. 2017-ci ildən 2022-ci ilə kimi olan müddət ərzində Yevlax şəhərində İdeal kompüter satışı ilə məşğul olan mağazada operator kimi çalışdığı üçün həmin müddətlərdə mağazaya müştəri qismində gəlib gedən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs “Yevlax RMX” PHŞ-nin Aran ASM-də böyük tibb bacısı vəzifəsində işləyir. Elnarə mütəmadi olaraq çalışdığım mağazaya gəlib getdiyi üçün aralarında yaxşı ünsiyyət yaranmışdır. 10 noyabr 2023-cü il tarixdə iş axtarmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi vasitəsilə “Whatsappp” ani mesajlaşma sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Elnarə mobil telefon əlaqəsi zamanı onu “Yevlax RMX” PHŞ-nin Aran ASM-də vakant olan qeydiyyatçı vəzifəsinə düzəlməkdə köməklik edə biləcəyini, ancaq işə düzəlməyi müqabilində 2500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, da münasib iş axtardığı üçün Elnarənin dediyi şərtlərlə razılaşmışdır. Daha sonra Elnarə 13 noyabr 2023-cü il tarixdə onunla yenidən mobil telefon əlaqəsi saxlayaraq 2500 manat məbləğində pulu verməyini tələb etmişdir. O, da nağd şəkildə qeyd olunan məbləğdə pulu olmadığı üçün “Bank Respublika”-nın Yevlax şəhərində yerləşən filialına gedərək 2500 manat məbləğində kredit götürmüşdür. 13 noyabr 2023-cü il tarixdə saat təxminən 11 radələrində Yevlax şəhərində yerləşən “Dadlı” şirniyyat evində Təqsirləndirilən şəxs ilə görüşmüş və Elnarəyə onu “Yevlax RMX” PHŞ-nin Aran ASM-də vakant olan qeydiyyatçı vəzifəsinə işə düzəltməyi üçün 2500 manat məbləğində pulu nağd şəkildə vermişdir. Həmin vaxtı anası Şahid2 da onun yanında olmuşdur Elnarə pulu ondan aldıqdan sonra həmin həftənin 4 ya 5-ci günü işə başlayacağını demişdir. Lakin bir müddət keçdikdən sonra Elnarə vədinə əməl etməmiş və o, işə çağırılmamışdır. Bir neçə gün sonra, yəni 23 noyabr 2023-cü il tarixdə yenidən Elnarə ilə mobil telefon əlaqəsi saxlayaraq ondan nə səbəbdən işimi düzəltmədiyini soruşduqda, Elnarə ona “Yevlax RMX” PHŞ-nin Aran ASMdə bir nəfər xanım işçinin ailə qurmasına görə işdən çıxacağını deyib onun yerinə qeydiyyatçıların üstündə nəzarətçi vəzifəsinə düzəldə biləcəyini demişdir. Bu işin müqabilində ondan əlavə olaraq 500 manat məbləğində pul istəmiş, o, isə Elnarəyə üstündə 400 manat məbləğində pul olmasını demiş, Elnarə də onunla razılaşmışdır. 23 noyabr 2023-cü il tarixdə günorta saat təxminən 15 radələrində Yevlax şəhərində yerləşən “Təbiyət” şadlıq sarayının qarşısında Elnarəyə 400 manat məbləğində nağd pul vermişdir. Elnarə əlavə olaraq ondan 100 manat məbləğində şirinlik istəmiş və o, 24 noyabr 2023-cü il tarixdə saat 14:04-də Yevlax şəhərində yaşadığı evdə olarkən mobil telefonunda olan “birbank” mobil tətbiqi vasitəsilə Elnarənin ona verdiyi 416973******0978 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına 100 (yüz) manat məbləğində pulu göndərmişdir. Təqsirləndirilən şəxs ondan aldıqları pulu işini düzəltməyi üçün Aran ASM-də çalışan Zaur adlı şəxsin vasitəsilə Aran ASM-nin direktoru vəzifəsində çalışan Mübariz adlı şəxsə verdiyini bildirmişdir. 04 dekabr 2023-cü il tarixdə aldadıldığını başa düşərək Təqsirləndirilən şəxs evinə gedərək ondan pulunu geri qaytarmasını tələb etmişdir. Bundan sonra 2023-cü ilin dekabr ayında Elnarə ondan aldığı 3000 manat məbləğində puldan 1140 manatını geri qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs ondan aldığı 1860 manat məbləğində pulu geri qaytarmaqdan boyun qaçırır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Nemətabad kəndində ailəsiylə birlikdə yaşayır. 05 mart 2024cü il tarixdə Yevlax rayon Prokurorluğuna özü müraciət etmişdir. Ailə üzvləriylə birlikdə yaşadığı kənddə heyvandarlıqla məşğul olaraq dolanışığını təmin edir. Təxminən 5 il bundan əvvəl arvadı hamilə olduğu üçün onu mütəmadi olaraq Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzinə aparıb gətirmişdir. Həmin vaxtı orada çalışan baş tibb bacısı Elnarə adlı şəxslə ünsiyyəti yaranmışdır. Belə ki, Elnarə hər dəfə “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzinə gələndə onları qarşılayaraq müvafiq həkimə yönlədirirmiş,bir sözlə köməklik göstərirmiş. Son 5 ildə o, Elnarə ilə demək olar ki, ünsiyyət etməmişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində Yevlax rayonu Yəldili kəndində yerləşən çörək satılan mağazaya çörək almaq üçün getmişdir. Həmin vaxtı “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzində çalışan Elnarə adlı şəxsin çörək satılan mağazada çalışmasını görmüş və sonra onlar görüşmüşlər. Elnarə onunla görüşdükdən sonra çoxdandı əlaqə saxlamaq üçün mobil nömrəsini axtarmasını, lakin tapa bilməməsini demişdir. Daha sonra Elnarə onun istifadəsində olan mobil telefonu götürərək öz nömrəsini onun mobil telefonuna qeyd etmişdir. Elnarədən bunun səbəbini soruşduqda indi bu barədə danışmağın mümkün olmadığını, axşam “Whatsapp” ani mesajlaşma sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamını bildirmişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində dəqiq tarixini xatırlamadığım gündə Elnarə adlı şəxslə “Whatsapp” ani mesajlaşma sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Elnarə ona “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzində vakant sürücü vəzifəsi ştatı olmasını, onu həmin işə düzəldə biləcəyini bildirmişdir. O, isə Elnarədən “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzində vakant olan sürücü vəzifəsinə düzəlməyi üçün nə lazım olduğunu soruşduqda Elnarə bu işə düzəlməyi müqabilində 2000 manat məbləğində pul lazım olduğunu demişdir. O, da həmin danışıqdan bir gün sonra, yəni 2023-cü ilin dekabr ayının ortalarında dəqiq tarixini xatırlamadığım gündə axşam saatlarında öz həyətimdə yerləşən tövlədə saxladığı iribuynuzlu heyvanlardan 2 baş heyvanı sataraq növbəti günü, yəni 2023-cü ilin dekabr ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə günorta saatlarında əldə etdiyi 1900 manat məbləğində pulu götürərək Yevlax şəhərində yerləşən “Yevlax RMX” PHŞ-nin inzibati binasının giriş qapısının qarşısına gəlmişdir və Elnarə adlı şəxslə görüşmüşdür. Özünə aid şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, yaşayış yerindən arayışı və 1900 manat məbləğində nağd şəkildə olan pulu onu işə düzəltməsi üçün Elnarəyə vermiş, pulu və sənədləri Elnarəyə verdikdən sonra Elnarə Xəstəxananın inzibati binasına qalxaraq yoxa çıxmışdır. Sonradan Elnarə onunla əlaqə saxlayaraq sənədləşdirmə işləri aparıldığını, narahat olmamağını bildirmişdir. Lakin bunun heç bir nəticəsi olmadığını görüb Elnarə ilə dəfələrlə əlaqə saxlayaraq işiylə bağlı soruşsa da hər dəfə müxtəlif bəhanələr gətirərəkonu aldatmağa başlamışdır. 2024-cü ilin yanvar ayının dəqiq tarixini bilmədiyi günündə aldadıldığını başa düşərək Elnarədən verdiyi pulunu geri tələb etməyə başlamışdır. Lakin Elnarə onu aldadaraq pulunu geri qaytarmaqdan boyun qaçırtmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Nemətabad kəndində ailəsiylə birlikdə yaşayır. 05 mart 2024cü il tarixdə Yevlax rayon Prokurorluğuna özü müraciət etmişdir. Ailə üzvləriylə birlikdə yaşadığı kənddə heyvandarlıqla məşğul olaraq dolanışığını təmin edir. Hal-hazırda rəsmi iş yeri olmadığı üçün uzun müddətdir ki, özünə münasib iş axtarmışdır. Bir müddət sonra 2023-cü ilin dekabr ayının ortalarında tarixini dəqiq xatırlamadığı gündə dayısı Zərərçəkmiş şəxs3 Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzində çalışan baş tibb bacısı Elnarə adlı şəxslə tanışlığı olmasını, Elnarə adlı şəxsin onu “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzində mühafizəçi vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Daha sonra dayısı Azərdən Elnarənin ***-***-**- ** saylı mobil nömrəsini alıb Elnarə ilə əlaqə saxlamışdır. Mobil telefon əlaqəsi zamanı Elnarə onu “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzində mühafizəçi vəzifəsinə işə düzəldə biləcəyini, bunun üçün şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış və 2500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, isə Elnarəyə 2000 manat məbləğində pulu olmasını demiş və onlar razılaşmışlar. 25 dekabr 2023-cü il tarixdə saat təxminən 11 radələrində Elnarənin onu işə düzəldəcəyinə inanıb Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzinin qarşısında Elnarə ilə görüşüb ona 500 manat məbləğində olan pulu və şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayışı vermişdir. Daha sonra 27 dekabr 2023-cü il tarixdə saat təxminən 14 radələrində “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzinin qarşısında Elnarə ilə görüşüb 1500 manat məbləğində olan pulu onu işə düzəltməsi üçün vermişdir. Həmin vaxtı pulu Elnarəyə verən zaman dayısı Zərərçəkmiş şəxs3 da yanında olmuş, Elnarəyə pulu verməyini görmüşdür. Sonradan Elnarə onunla əlaqə saxlayaraq sənədləşdirmə işləri aparıldığını, narahat olmamağını bildirmişdir. Lakin bunun heç bir nəticəsi olmadığını görüb o, Elnarə ilə dəfələrlə əlaqə saxlayaraq işiylə bağlı soruşsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. 2024-cü ilin yanvar ayının dəqiq tarixini bilmədiyi günündə o, aldadıldığını başa düşərək Elnarədən verdiyi pulunu geri tələb etməyə başlamışdır. Elnarə bundan sonra qaytarmalı olduğu puldan 1000 manatını geri qaytarmışdır. Lakin Elnarə onu aldadaraq yerdə qalan 1000 manat pulunu geri qaytarmaqdan boyun qaçırdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Yəldili kəndində ailəsiylə birlikdə yaşayır. 04 mart 2024-cü il tarixdə Yevlax rayon Polis Şöbəsinə özü müraciət etmişdir. Hal-hazırda heç bir yerdə işləmir, ailə üzvləriylə birlikdə yaşadığı kənddə heyvandarlıqla məşğul olaraq dolanışığını təmin edir. Təqsirləndirilən şəxs dəqiq tarixini xatırlamadığı tarixdən Yevlax rayonu Yədilli kəndinin girəcəyində yerləşən çörək bişirilən sexdə (pekarnı) işlədiyi vaxtlarda tanımışdır. O, gecə saatlarında evinə çörək məhsulları almaq üçün həmin sexə gedib alış-veriş edirmiş. Həmin vaxtı çörək bişirilən sexdə gecə vaxtlarında çalışan Təqsirləndirilən şəxs ilə aralarında ünsiyyət yaranmışdır. Təqsirləndirilən şəxs Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzində tibb bacısı işləməyi barədə heç bir məlumatı olmamışdır. 2024-cü ilin fevral ayının 26-da yaşadığı evdə özünə məxsus tarktorun hissələrini təmir edərkən istifadə etdiyi mobil telefona ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. O, həmin nömrədən gələn zəngə cavab verdikdən sonra zəng edən şəxs özünü ona təqdim edərək Elnarə olduğunu, “Yevlax RMX” PHŞ-nin Aran Ailə Sağlamlıq Mərkəzində baş tibb bacısı işləməsini bildirmişdir. Daha sonra mobil telefon əlaqəsi zamanı Elnarə ona uyğun və münasib Aran ASM-də fəhlə işinin olduğunu, ayda bir dəfə gəlib işdə müvafiq sənədə qol çəkib gedəcəyini demiş və bütün bunların müqabilində onu işə düzəltməyi üçün ondan 2000 manat məbləğində pul istəmişdir. Lakin Elnarəyə maddi imkanının zəif olduğunu deyərək ona 1350 manat məbləğində pul verə biləcəyini demişdir. 27 fevral 2024-cü il tarixdə səhər saatlarında o, “Yevlax RMX” PHŞ-nin Yevlax rayonu Aran qəsəbəsində yerləşən Aran Ailə Sağlamlıq Mərkəzinin binasının qarşısında Elnarə ilə görüşərək Elnarəyə onu fəhlə kimi işə düzəltməsi üçün nağd şəkildə 1350 manat məbləğində pul vermişdir. Bundan sonra Elnarə 3 gün boyunca onu aldadaraq sənədləşdirmə işləri aparıldığını, narahat olmamağını bildirmişdir. Lakin bunun heç bir nəticəsi olmadığını görüb o, Elnarə ilə dəfələrlə əlaqə saxlayaraq işiylə bağlı soruşsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. 2024-cü ilin mart ayının əvvəlində aldadıldığını başa düşərək Elnarədən ona verdiyi pulunu geri tələb etməyə başlamışdır. Lakin Elnarə müxtəlif bəhanələr gətirərək onu aldatmağa davam etmişdir. Buna görə də köməklik göstərilməsi üçün 04 mart 2024-cü il tarixdə Polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/2513 nömrəli material üzrə təhqiqatçı Şahin Fətullayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin və həmin material, həmçinin Yevlax rayon prokurorluğunun icraatında olan Nemətabad kənd sakini Zərərçəkmiş şəxs4 116Ş-24 nömrəli müraciəti, Yevlax rayonu, Nemətabad kənd sakini X2 115Ş-24 nömrəli müraciəti, ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 77Ş-24 nömrəli müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılması qərar verilmişdir. (iş vər.01); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vər.123); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına varmə qətimkan tədbiri seçilmişdir.(iş vər.149.150); Tibbi Ərazi Bölmələrini X5 rayon X4 Hüquqi şəxsin Psixonevroloji Kabinetinin xx.xx.2024-cü il tarixli PHŞ-3098/24 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır.(iş vər.94); Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmiş və hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmiş və hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmiş və hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmiş və hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmiş və hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Təqdim edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 4313 (dörd min üç yüz on üç) manat pul ödəmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə üzünü təqsirli bilirəm cinayət işi üzrə zərərçəkmiş şəxslərin hər biri ilə barışmış, eyni zamanda zərərçəkmiş şəxslərin hər birinə dəymiş ziyanı ödəmiş, bundan başqa dəymiş ziyanla bağlı dövlət büdcəsinə ödənilməli olan məbləği də tam olaraq ödəmişdir. Cinayət işinin icraatına bərətverici əsaları olmadan xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslərə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hisssinin 1-ci bəndinə əsasən Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan tələbnamədən də göründüyü kimi Təqsirləndirilən şəxs halhazıradək cinayət məsuliyyətinə cəlb olunmayan şəxsdir. Odur ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq olunmasında hər hansı bir qadağa müəyyən edilmir. Belə olan halda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 4313 (dörd min üç yüz on üç) manat pul ödənildiyi, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınan 02 ədəd kompakt diskin və 04 ədəd kiçik ölçüdə olan ödəniş qəbzlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır(CPM-132). Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan 02 ədəd kompakt diskin və 04 ədəd kiçik ölçüdə olan ödəniş qəbzlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar