Məhkəmə qərarları › İş №1(039)-90/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-90/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-90/2020 26.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 10:30 radələrində müdafiəçi-vəkilin iştirakı ilə və videoçəkilişlə keçirilmiş təxirəsalınmaz baxışaxtarış nəticəsində onun istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, əynindəki gödəkçənin sağ yan cibində 1 ədəd sellofana bükülmüş bükülüdə saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-cəmi 11,524 qram miqdarında tiryək aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, 2020-ci il fevral ayının 15-də günorta saat 11:30 radələrində barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin tələblərini pozduğu, habelə xx.xx.2020-ci il tarixdə Yevlax şəhəri, Nizami küçəsi, ev 196-da yaşayan X3 və xx.xx.2020-ci il tarixdə isə Yevlax şəhəri, E.Məmədov küçəsi, ev 114-də yaşayan X5 ondan etdikləri şikayətlərinin araşdırılması zərurəti ilə əlaqədar olaraq izahatının alınması məqsədilə polis şöbəsinə dəvət edilməsi üçün Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçıları Faiq Cəfərov və Şamil Xəlilov tərəfindən tərtib edilmiş raportların icrası ilə əlaqədar Yevlax rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis mayoru Zərərçəkmiş şəxs1, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Zərərçəkmiş şəxs2 və cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 onun evinə getmiş, sonuncu polis şöbəsinə dəvət olunsa da, polis əməkdaşlarına qarşı nalayiq söyüşlər söyüb, təhqir edib, itələyib, onlara xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş, yəni silah qismində istifadə etdiyi dırnaq kəsən və şüşə parçası ilə vuraraq hakimiyyət nümayəndəsi olan polis mayoru Zərərçəkmiş şəxs1 sağ əlin İV barmağının orta falanqasının, sağ əlin İ barmağının əsas falanqasının iç səthinin səthi kəsilmiş yaraları, sağ əlin arxa səthinin şişkinliyi və İV barmağın dırnaq yatağına qansızma ilə müşayiət olunan dərəcəsi təyin edilməyən, polis leytenantı Zərərçəkmiş şəxs2 isə sağ əlin arxa səthinin, sağ əlin İV barmağının dırnaq falanqasının səthi kəsilmiş yaraları, ənsə nahiyəsinin şişkinliyi, qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmiş və zor tətbiq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 315-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, о, narkotik vasitə istifadəçisidir. 2020-ci il fevral ayının 1-dəsəhər saatlarında yaşadığıYevlax şəhəri Ü.Hacıbəyov küçəsi ilə Füzuli küçəsi istiqamətində gedərkən yolun kənarından bir ədəd sellofana bükülmüş bükülü tapmış, bükülünü açıb nəzərdən keçirərkən içərisindəkinin narkotik vasitə-tiryək olduğunu görüb özü qəbul etmək üçün cibinə qoyubsaxlamışdır. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdəsааttəxminən 10:00 radələrində yaşadığı Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində 2 nəfər polis əməkdaşı onа yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə aparmışlar. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə onun üstünə baxış keçirib, içərisində tiryək olan bir ədəd sellofana bükülmüş bükülünüəynindəki gödəkçənin cibindən aşkar edərək götürülmüşlər. Sorğu-sual zamanı o, bükülüdəkinin narkotik vasitə olan tiryək olduğunu, özü istifadə etmək üçün cibinə qoyubgəzdirdiyini etiraf etmişdir. Barəsində qətimkan tədbiri seçildikdən sonra yaşadığı ünvanın sahə rəisi, polis mayoru Zərərçəkmiş şəxs1 onun yaşadığı evə gələrək polis şöbəsinə gəlməli olduğunu bildirmiş, o da özünün polis şöbəsinə gələcəyini bildirmişdir. Buna baxmayaraq o, polis şöbəsinə getməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11-12 radələrində evdə olarkən Zərərçəkmiş şəxs1, Faiq və Babək adlı polis əməkdaşları yaşadığı ünvana gəlmiş, o, polis şöbəsinə getmək istəmədiyi üçün otağın pəncərəsinin şüşəsini sındırmış və sınmış şüşəni götürüb polis əməkdaşlarına ona yaxınlaşacağı təqdirdə özünə xəsarət yetirəcəyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşdığı zaman əlində olan şüşə ilə qarın nahiyyəsinə xəsarət yetirmiş, polis əməkdaşları onun üzərinə gəlib sağ əlini burarkən sağ əlində olan şüşə polis əməkdaşı Zərərçəkmiş şəxs2 əlini kəsmişdir. O, heç bir polis əməkdaşına qəsdən xəsarət yetirməmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmiş və ona tibbi yardım göstərilməsi üçün Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar.Törətdiyi əməldən səmimi peşman olduğunu, polis əməkdaşlarından üzr istədiyini, onlarla barışıq əldə etdiyini, himayəsində beş azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2020-ci il fevralın 1-də saat təxminən 10:00 radələrində əməliyyat müvəkkili X6 ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində narkotik vasitələrin istifadə etməsində və saxlamasında şübhəli olan Təqsirləndirilən şəxs yaxalayaraq rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd sellofana bükülmüş bükülü aşkar etmişlər. Bükülünü açıb içərisini nəzərdən keçirdikdə içərisində tiryəkə oxşar kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükülüdəkinin narkotik vasitə olan tiryək olduğunu, həmin tiryəki xx.xx.2020-ci il tarixdə səhər saatlarında yaşadığı Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində yolun kənarında taparaq özü istifadə etmək üçün cibinə qoyub gəzdirdiyini etiraf etmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, lakin Təqsirləndirilən şəxs qeyd edilən qətimkan tədbirinin tələblərini pozaraq Yevlax rayon polis çöbəsinə gəlməmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən ona qətimkan tədbirindən irəli gələn hüquq və vəzifələri izah edilmiş və müəyyən edilmiş qrafik cədvələ şöbənin növbətçi hissəsində imza etməli olduğu izah edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs şöbəyə gəlməmişdir. xx.xx.2020-ci il tarixdə Yevlax şəhəri Nizami küçəsi, ev 196-da yaşayan X3 və xx.xx.2020-ci il tarixdə isə Yevlax şəhəri E.Məmədov küçəsi, ev 114-də yaşayan X5 şikayətlərinin araşdırılması məqsədilə təhqiqatçılar Faiq Cəfərov və Şamil Xəlilov tərəfindən tərtib edilmiş raportların icrası ilə əlaqədar olaraq əməliyyat tapşırığı verilmişdi. Təqsirləndirilən şəxs onun üçün müəyyən edilmiş qrafik cədvələ şöbənin növbətçi hissəsində imza etməkdən yayındığı üçün polis şöbəsinə dəvət etmək məqsədilə, həm də əməliyyat tapşırığının icrası ilə əlaqədar əməliyyat müvəkkilləri Zərərçəkmiş şəxs2 və Şahid1la birlikdə xx.xx.2020-ci il tarixdə saat təxminən 11-12 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Onlar qapını açıb həyətə daxil olduqda Elşənin anasının həyəti süpürdüyünü görmüş, onlar Elşənin anası ilə salamlaşdıqdan sonra Faiq onun anasından Elşənin harada olmasını soruşmuş, həmin vaxt Elşən evdən Faiqin səsini eşidib anasını səsləyərək evə gələn şəxslərin kim olduğunu soruşmuşdur. Anası Zərniyar isə həyətdən oğlu Elşənə səslənərək “Elşən, gəl gör, səni çağırırlar” demişdir. Elşən bundan sonra evin giriş qapısını açıb çölə çıxmaq istəyərkən onları görüb tanımış və tez evə girmişdir. Onlar isə Elşənin anası Zəryniyarla birlikdə sonuncunun razılığı əsasında evə daxil olmuş, evin qonaq otağına daxil olduqda Elşənin dayandığı yerdə yerləşən şüşə materialdan olan pəncərəni qırdığını və qırılmış şüşə parçalarından birini əlinə götürdüyünü görmüşlər. Elşənin digər əlində isə dəqiq görə bilmədiyi küt alət olmuşdur. Elşən onlara yaxınlaşmamalarını, əks halda əlində olan əşyalarla özünə və onlara xəsarət yetirə biləcəyini bildirmişdir. Onlar isə Elşənə məqsədlərinin onu Yevlax rayon polis şöbəsinə dəvət etməkdən ibarət olduğunu bildirmiş və polisin nəzarəti altına vermə qətimkan tədbirinin tələblərinə riayət edərək qrafik cədvələ qol çəkməli olması və polis şöbəsində araşdırılan materiallar üzrə izahat verməli olması ilə bağlı qanunun tələbini izah etmişlər. Həmin vaxt Elşən əlindəki şüşə parçası ilə qarın nahiyəsinə xəsarət yetirməyə başladı. Zərərçəkmiş şəxs2 Elşənin əlində olan əşyanı alıb sakitləşdirmək üçün yaxınlaşmaq istədikdə Təqsirləndirilən şəxs polis əməkdaşı Faiqin üzərinə hücum edib sağ əlində olan şüşə parçası ilə Faiqin sağ əlinə bir neçə dəfə zərbə endirərək xəsarətlər yetirmişdir. Daha sonra isə o, Şahid1la birlikdə Elşənə yaxınlaşıb sakitləşdirmək istəyərkən Elşən onun sağ əlinə sol əlindəki küt alətlə vuraraq xəsarət yetirmişdir. O, həmin vaxt Elşənin sol əlində hər hansısa bərk materialdan olan küt alət olduğunu hiss etmişdir. Onlar Elşəni zərərləşdirib polis şöbəsinə apararkən onun xəsarəti olduğu üçün təcili tibbi yardım xidmətinə zəng etmiş, bir neçə dəqiqə sonra isə təcili tibbi yardım stansiyasının əməkdaşları gəlib Elşənə ilkin tibbi yardım göstərmiş və daha sonra Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olmaqla, ondan və digər polis əməkdaşlarından üzr istəyib barışdığı üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, lakin Təqsirləndirilən şəxs qeyd edilən qətimkan tədbirinin tələblərini pozaraq Yevlax rayon polis şöbəsinə gəlməmişdir. xx.xx.2020-ci il tarixdə Yevlax şəhəri, Nizami küçəsi, ev 196-da yaşayan X3 və xx.xx.2020-ci il tarixdə isə Yevlax şəhəri, E.Məmədov küçəsi, ev 114-də yaşayan X5 şikayətlərinin araşdırılması məqsədilə təhqiqatçılar Faiq Cəfərov və Şamil Xəlilov tərəfindən tərtib edilmiş raportların icrası ilə əlaqədar olaraq əməliyyat tapşırığı verilmişdi. Təqsirləndirilən şəxs müəyyən edilmiş qrafik cədvələ şöbənin növbətçi hissəsində imza etməkdən yayındığı üçün polis şöbəsinə dəvət etmək məqsədilə, həm də əməliyyat tapşırığının icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1, əməliyyat müvəkkili Şahid1la birlikdə xx.xx.2020-ci il tarixdə saat təxminən 11-12 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Onlar qapını açıb həyətə daxil olduqda Elşənin anasının həyəti süpürdüyünü görmüş, onlar Elşənin anası ilə salamlaşdıqdan sonra o, Elşənin anasından Elşənin harada olmasını soruşmuş, həmin vaxt Elşən evdən onun səsini eşidib anasını səsləyərək evə gələn şəxslərin kim olduğunu soruşmuşdur. Anası isə həyətdən oğlu Elşənə səslənərək “Elşən, gəl gör, səni çağırırlar” demişdir. Elşən bundan sonra evin giriş qapısını açıb çölə çıxmaq istəyərkən onları görüb tanımış və tez evə girmişdir. Onlar isə Elşənin anası Zəryniyarla birlikdə sonuncunun razılığı əsasında evə daxil olmuş, evin qonaq otağına daxil olduqda Elşənin dayandığı yerdə yerləşən şüşə materialdan olan pəncərəni qırdığını və qırılmış şüşə parçalarından birini əlinə götürdüyünü görmüşlər. O, həmçinin həmin vaxt Elşənin sol əlində dırnaq kəsən olduğunu görmüşdür. Elşən onlara yaxınlaşmamalarını, əks halda əlində olan əşyalarla özünə xəsarət yetirə biləcəyini bildirmiş, onlar isə Elşənə məqsədlərinin onu Yevlax rayon polis şöbəsinə dəvət etməkdən ibarət olduğunu bildirmiş və polisin nəzarəti altına vermə qətimkan tədbirinin tələblərinə riayət edərək qrafik cədvələ qol çəkməli olması və polis şöbəsində araşdırılan material üzrə izahatını verməli olması ilə bağlı qanunun tələbini izah etmişlər. Həmin vaxt Elşən əlindəki şüşə parçası ilə qarın nahiyəsindən özünə xəsarət yetirməyə başlamışdır. O, Elşənin əlində olan əşyaları alıb sakitləşdirmək üçün yaxınlaşmaq istədikdə Təqsirləndirilən şəxs sağ əlində olan şüşə parçası ilə onun sağ əlinə bir neçə dəfə zərbə endirərək xəsarətlər yetirmişdir. Onlar Elşəni zərərsizləşdirib Elşənə ilkin tibbi yardım göstərmiş və daha sonra Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olmaqla, ondan və digər polis əməkdaşlarından üzr istəyib barışdığı üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Elşən barəsində Yevlax rayon polis şöbəsində cinayət işi olduğu üçün Zərərçəkmiş şəxs1 Elşəni bir dəfə polis şöbəsinə dəvət etmiş, lakin Elşən polis şöbəsinə getməkdən yayınmışdır. xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 11-12 radələrində həyətdə iş görərkən polis sahə rəisi Zərərçəkmiş şəxs1 və digər polis əməkdaşları yaşadığı ünvana gəlmiş, Elşən polis əməkdaşlarının onu aparacağından qorxaraq otağın pəncərə şüşəsini sındırmış və yerə dağılmış şüşə parçasından birini götürüb polis əməkdaşlarının yaxınlaşacaqları təqdirdə özünə xəsarət yetirəcəyini bildirmiş və ondan uzaq durmalarını tələb etmişdir. Oğlu Elşən hər zaman polis əməkdaşlarına hörmətlə yanaşmış və həmin vaxt onlara qarşı müqavimət göstərmək fikrində olmamış, qəsdən polis əməkdaşlarına xəsarət yetirməmişdir. Elşən bilməyərəkdən polis əməkdaşlarına xəsarət yetirmişdir. Oğlunun himayəsində beş azyaşlı uşağı var və etdiyi əməldən səmimi peşmançılıq çəkir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild iş vər. 165); şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngdə olan sellofan torbanın içərisində qəhvəyi rəngli, narkotik maddə olan tiryəkə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (İ cild iş vər. 170-177); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 20/150a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sellofan kəsiyində təmiz çəkisi 12,1 qram olan maddə narkotik vasitətiryəkdir. (istifadə olundu 0,01 qram, qalıq 12,09 qram) (İ cild iş vər. 187-188); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild iş vər. 210); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vətəndaş Təqsirləndirilən şəxs əynindəki... aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01(bir) ədəd gümüşü ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 11,524 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata sərf edildi - 0,100 qram, qalıq 11,424 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (İİ cild iş vər. 25-26); maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 11,424 qram olan narkotik vasitə- tiryək, “axtarış və götürmə” və “ifadənin yerində yoxlanması” istintaq hərəkətini əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, tiryək saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. (İİ cild iş vər. 27); məhkəmə narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 264 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryək alkaloidlərində sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İİ cild iş vər. 134 ); şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur.( İ cild iş vər. 49); Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (İİ cild iş vər. 19-22); məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 94 nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərdən sağ əlin İV barmağının orta falanqasının, sağ əlin İ barmağının əsas falanqasının iç səthinin səthi kəsilmiş yaraları iti kənarlı alətin, ola bilsin şüşə parçasının təsirindən, sağ əlin arxa səthinin şişkinliyi, İV barmağın dırnaq yatağına qansızma küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir.( İ cild iş vər. 138-139); məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 95 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərdən- sağ əlin arxa səthinin, sağ əlin İV barmağının dırnaq falanqasının səthi kəsilmiş yaraları iti kənarlı alətin (əşyanın), ola bilsin şüşə parçasının kəsər kənarının təsirindən, ənsə nahiyəsinin şişkinliyi, qapalı kəllə beyin travması və baş beyin silkələnməsi isə küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (İ cild iş vər. 55-56); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 “maddi sübutların ekspertizası” haqqında xx xxxxx 2020-ci il tarixli, 257/2020 MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd şüşə parçası və 01 ədəd dırnaq kəsən üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda A və H antigenləri alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A/H/(İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 oğluna və ya Zərərçəkmiş şəxs1 məxsus ola bilər (əgər onların qanında müşayətçi H antigeni vardırsa). Lakin bu qan ləkələrinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranma ehtimalını nəzərə alsaq, həmin ləkələrdə ABO sistemi A(İİ), A/H/(İİ) və O(İ) qruplu şəxslərin qanlarının olması mümkündür və bu halda ləkələrdə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs qarışmış qanının olması inkar oluna bilməz. (əgər sonuncunun bədənində qanaxma ilə müşayət olunan xəsarət olubsa) (İİ cild iş vər. 47-51); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi 01 ədəd şüşə parşası və 01 ədəd dırnaq kəsən iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon prokurorluğuna təhvil verilmişdir. (İİ cild iş vər. 108-124); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İ cild iş vər.129- 130); Yevlax Rayon Məhkəməsinin 1(039)-121/2019 №-li, xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 (bir) gün 2 (iki) günə hesablamaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İİ cild iş vər.12-14); Yevlax rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 567/2 saylı məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-121/2019 №-li, xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasından 4 (dörd) ay 28 (iyirmi səkkiz) gününü çəkmişdir; doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü Rauf, xx.xx.2009-cu il təvəllüdlü Zəhra, xx.xx.2013-cü il təvəllüdlü Əli, xx.xx.2019-cu il təvəllüdlü Mömünə və Rukiyət adlı uşaqları var. (İ cild iş vər.75-77); zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs iə barışmışlar və ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM- 59.1.12), himayəsində beş azyaşlı uşağının olmasını (CM-59.1.4), əməlindən səmimi peşmançılıq çəkməsini(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, sonuncunun əvvəllər də Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməyə görə məhkum olunmasını, cəza çəkdiyi müddətdə islah olunmayaraq yenidən eyni cinayəti törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1və 315-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona cinayətlərin məcmusu vəhökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM-66.2, 67.1),xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3),cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6),cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli,narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı, şüşə parçası və dırnaq kəsən məhv edilməli(CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəsazına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 18 (on səkkiz) ay 28 (iyirmi səkkiz) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla 9 (doqquz) ay 14 (on dörd) gün müddət müəyyən edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimlicəzaçəkməmüəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Yevlax rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübut 01 ədəd şüşə parçası, 01 ədəd dırnaq kəsən və Yevlax rayon polis şöbəsində saxlanılan 11,424 qram çəkidə narkotik vasitə-tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə” və “ifadənin yerində yoxlanması” istintaq hərəkətini əks etdirən kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda göstərdiyi 52 (əlli iki) saat və məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 384 (üç yüz səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim GünayCavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar