Məhkəmə qərarları › İş №1(039)-90/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-90/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-90/2022 18.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən 2022-ci ilin yanvar ayının 07-də saat 20:00 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus Yevlax rayonu, Havarlı kəndindəki yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra evin həyətində yerləşən saxlanc yeri hesab edilən toyuq hininə daxil olaraq oradan 3 ədəd hindquşunu gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 135 (yüz otuz beş) manat məbləğində ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, işləmir, hər hansı qazancı yoxdur. 07.01.2022-ci il tarixdə belə qənaətə gəlmişdir ki, pul əldə etmək üçün oğurluq etsin. Bu məqsədlə həmin gün təxminən saat 20:00-da, yaşadığı Yevlax rayonu, Havarlı kəndində qonşuları Zərərçəkmiş şəxs həyət evinin hasarından aşaraq həyətə girmişdir. Həyətə nəzər saldıqda qapısı bağlı olan toyuq hinini görmüşdür. Hinin qapısını açıb oradan 3 ədəd hindquşu götürmüş və küçəyə çıxmışdır. Küçədə tanımadığı avtomobili saxlamış və onu Mingəçevir şəhərinə aparmağı xahiş etmişdir. Mingəçevir şəhərində “Durna Teli” restoranına getmiş və orada işləyən Fizuli adlı şəxsə hər bir hindquşunun qiymətini 18 manatdan hesablayaraq 54 manata satmışdır. Həmin pulları öz şəxsi məqsədləri üçün xərçləmişdir. Əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs urduğu maddi ziyanı artıq ödədiyini qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığının olmadığını qeyd etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Yevlax rayonu, Havarlı kəndində yaşayır. Yaşadığı evin həyətində toyuq hinində çox sayda toyuq və 10 ədəd hindquşu saxlayır. 07 yanvar 2022-ci il tarixdə gün ərzində işi ilə əlaqədar olaraq evdə olmamışdır. 08 yanvar 2022-ci il tarixdə həyətyanı torpaq sahəsində yerləşən toyuq hininə daxil olan zaman hindən 3 ədəd hindquşunun yerində olmadığını, yəni oğurlandığını bilib bu barədə həmin tarixdə Yevlax RPŞ-yə ərizə ilə müraciət etmişdir. Ona məxsus hindquşlarının hər birinin dəyəri 50 manat, cəmi 150 manat olardı. Məhkəmə Ekspertizası Mərkəzinin 9/1482 nömrəli, 01 aprel 2022-ci il tarixli rəyində qeyd olunur ki, qərarda göstərilən 3 ədəd hər birinin çəkisi 5 kiloqram olan hindquşunun 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 135.00 (3 əd. X 45 manat) manat müəyyən olunur. (səh.69) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə, yəni saxlanc daxil olmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldə peşman olmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunan cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Cəzasının əvvəli icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesab edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla, 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi Həbib qızına ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar