Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-90/2023 16.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 12 fevral 2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 16-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 may 2023-cü il tarixdə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq – 1,762 qram miqdarında narkotik vasitə olan heroini üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Yevlax şəhəri F.Əlizadə küçəsində həmin heroindən 0,898 qram olan hissəni tanışı Şahid3 30 manat pul müqabilində satmış, həmin satdığı narkotik vasitə olan heroinlə eyni tərkibli olan 0,864 qram narkotik vasitə olan heroini isə o, satış məqsədilə üzərində saxlamış, Şahid3 xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri C.Məmmədquluzadə küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək xx.xx.2023-cü ildə saat 01:10-dən 01:40-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Şahid3 üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan Təqsirləndirilən şəxs 30 manat pul müqabilində aldığı 01 (bir) ədəd sellofan bükümdə cəmi 0,898 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib götürülmüşdür. xx.xx.2023-cü il tarixdə saat 15:10-da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, istehlakı və satışında şübhəli bilindiyinə görə Yevlax şəhəri, F.Əlizadə küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib orada üzərində həmin gün saat 16:05-dən 16:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı Şahid3 satdığı heroinlə eyni tərkibli olan 0,864 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 09 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində Yevlax şəhəri “Dəmiryolu Vağzalının” yaxınlığında olarkən yerdən 01 ədəd bükülü tapmış və həmin bükülünü açıb içərisinə baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. bundan sonra “Dəmiryolu Vağzalının” yaxınlığından evinə tərəf qayıdan zaman yolda əvvəllər tanıdığı Şahid3la rastlaşmış, Arzu onu gördükdə ondan istifadə etməsi üçün narkotik vasitə olan heroinin olubolmadığını soruşmuş, o, da Arzuya heroinin olduğunu deyərək heroindən bir qədərini bölüb Arzuya vermişdir. Lakin bunun qarşılığında Arzudan pul almamışdır. O, Arzuya vermiş olduğu heroini ona hədiyyə etmişdir. Arzuya heroin verdikdən sonra yerdə qalan heroindən bir qədər istifadə edərək qalan hissəsini üzərində saxlamışdır. 10 fevral 2023-cü il tarixdə saat 15:10 radələrində Yevlax şəhəri H.Əliyev prospektində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Yevlax rayon polis şöbəsində vəkilin iştirakı ilə üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə hərəkətləri aparılmış, şəxsi axtarış və götürmə zamanı onun əynindəki gödəkcənin sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofanda olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən elekton tərəzidə çəkildikdən sonra çəkisinin 1,0 qram olması müəyyən edilərək götürülmüşdür. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədən narkotik vasitələrin satışı ilə məşqul olmadığını, AMəmmədova pul qarşılığında narkotik vasitə satmadığını, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 234.2-ci maddəsində təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 10 fevral 2023-cü il tarixdə Yevlax RPŞ-də olarkən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Yevlax RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Yevlax şəhəri H.Əliyev prospektinə getmişlər. Həmin gün saat təxminən 15:10 radələrində Təqsirləndirilən şəxs orada görüb ona yaxınlaşaraq özlərini təqdim edib onlarla polis şöbəsinə getməsini bildirmişlər. Azər etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçivəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadələrində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə tanışı Azər adlı şəxsdən 30 manata almış, özü istifadə etmək üçün üstündə gəzdirmişdir. Həmin gün yaşadığı Yevlax şəhəri C.Məmmədquluzadə küçəsində gəzərkən tanımadığı şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər. O, həmin vaxt etiraz etməyib polis əməkdaşları ilə Yevlax rayon polis şöbəsinə gəlmiş, Yevlax rayon polis şöbəsində olan zaman o, üzərindən götürülmüş narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə tanışı Azər adlı şəxsdən aldığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2023-cü il tarixli 17/165 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01(bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və heroinin təmiz çəkisi - 0,864 qram təşkil edir. Heroinin təmiz çəkisi -0,864 qr, tədqiqata sərf edilən 0.05 qr, qalıq - 0.814 qr. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli 17/284 saylı əlavə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01(bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və heroinin təmiz çəkisi - 0,764 qram təşkil edir. Heroinin təmiz çəkisi -0,814 qr, yenidən tədqiqata sərf edilən 0.05 qr, qalıq - 0.764 qr. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən məhkəmənarkoloji ekspertizasının 14 fevral 2023-cü il tarixli 602 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər Narkoloji Dispanserindən daxil olmuş 16 mart 2023-cü il tarixli 245 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinetindən daxil olmuş 11 mart 2023-cü il tarixli PHŞ-1542/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun himayəsində iki azyaşlı uşağın olmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalan ümumi təmiz çəkisi 0,764 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 06 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalan ümumi təmiz çəkisi 0.764 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 69 (altmış doqquz) manat 10 (on) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-90/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-90/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver