Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-90/2024 13.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Yevlax rayonu, Ərəbbəsrə kəndində qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda çəkisi 0,208 qram narkotik vasitə olan heroini, iki ədəd şəffaf sellofan torbada ümumi çəkisi 188,33 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və üzərində “Methadone 40” göstəricisi olan dərman həbinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,200 qram təşkil edən blister kəsiyində 5 ədəd açıq-qəhvəyi rəngli «F\M 40» göstəricili şəxsi istehlak miqdarından artıq miqdarda metadonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək 0,208 qram narkotik vasitə olan heroini və 0,200 qram təşkil edən 5 ədəd dərman həbi formasında metadonu üzərində, iki ədəd şəffaf sellofan torbada ümumi çəkisi 188,33 qram narkotik vasitə olan qurudulmuş marixuananı isə idarə etdiyi VAZ- 21074 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 10 noyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri H.Əliyev prospektində Yevlax RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 22:05-dən saat 22:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı çəkisi 0,288 qram narkotik vasitə olan heroin, üzərində “Methadone 40” göstəricisi olan dərman həbinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,200 qram təşkil edən blister kəsiyində 5 ədəd açıq-qəhvəyi rəngli «F\M 40» göstəricili şəxsi istehlak miqdarından artıq miqdarda metadon aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş, bundan sonra həmin gün saat 22:45-dən saat 23:00-dək olan müddət ərzində Yevlax RPŞ-nin inzibati binasının həyətində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs məxsus VAZ- 21074 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilmiş baxış nəticəsində avtomobilin arxa oturacağının altından iki ədəd sellofan bükümlərdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı ayrı-ayrılıqda çəkiləri 113,96 qram və 74,37 qram olmaqla eyni tərkibli olan ümumi çəkisi 188,33 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 2023-cü ilin aprel ayından başlayaraq hərdən narkotik vasitə olan heroin, marixuana qəbul etməyə başlamışdır. 2023-cü ilin may ayının 10-da vağzalda piyada gəzərkən bir ədəd kağıza bükülmüş bükülü görmüş, bükülünü açıb içərisinə baxarkən içərisində 1 ədəd sellofan bükümdə heroin və 5 ədəd «Methadone-40» dərmanı olduğunu görmüşdür. O, yaxın dövrəsinə baxmış və ona tərəf baxan olmadığını görüb gələcəkdə istifadə etmək üçün həmin əşyaları götürmüşdür. Sonra o, evə doğru hərəkət etməyə başlamışdır. Yevlax şəhərində yerləşən «Vasif» marketin qarşısında avtomaşını saxlayıb siqaret almaq üçün mağazaya getmiş, mağazadan siqaret almış siqaretin qutusunu açmış heroini və 5 ədəd dərmanı siqaretin qutusunun içərisinə qoymuş və sonra avtomaşınına tərəf gələrkən ona tərəf gələn mülki şəxslər onu saxlamış və özldərini təqdim etmişdir. Onun üzərində narkotik vasitə olduğu üçün həyacanlanmış və ona polis şöbəsinə getməsini demişlər. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə video çəkilişlə üstünə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarın sağ yan cibində siqaret qutusunun içərisində saxladığı bir büküm narkotik vasitə olan heroini, 5 ədəd «Methadone-40» dərmanın təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, o da protokolun doğruluğun imzası ilə təsdiq etmişdir. Bundan sonra o, polis əməkdaşlarına idarə etdiyi avtomaşının arxa oturacağının alt hissəsində narkotik vasitə olan marixuna saxladığını bildirmişdir. Polis əməkdaşları vəkilin iştirakı ilə video çəkilişlə avtomaşına baxış keçirmişlər, baxış zamanı avtomaşının arxa oturacağının alt hissəsində yaşadığı kəntdə olan meşəlikdən yabanı halda bitmiş çətənə kollarından istifadə etmək üçün yığıb saxladığı iki ədəd sellofan torbada olan marixuananı aşkar etmişlər. O, həmin marixuananı bir neçə il qabaq yaşadığı evin həyətində əkib becərdiyi çətənə kolarından yığıb istifadə etmək üçün saxadığını bildirsədə, əslində o, həmin torbalarda olan marixuananı yaşadığı evin həyətindən deyil, yaşadığı kəntdə olan meşəlikdə yabanı halda bitmiş çətənə kollarından istifadə etmək üçün yığıb saxlamışdır. Bundan sonra polis əməkdaşları narkotik vasitə olan marixuanaları qablaşdırılaraq möhürlə möhürləmişdir. Bu barədə protokol tərtib edilmiş, o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, onun himayəsində dörd azyaşlı uşağını olmasını, ilk dəfə cinayət törətdiyini bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid2 Rəfail oğlu ifadəsində bildirmişdir ki, Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı Səddam Əsgərovun 10 noyabr 2023-cü il tarixdə tərtib etdiyi protokol ilə tanış olmuşdur. O, həmin gün polis şöbəsində olmuş, Yevlax rayonu Ərəbbəsrə kəndində yaşayan Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olan heroin və marixuana olması və onun idarə etdiyi avtomaşınla Yevlax şəhəri H.Əliyev prospektində olması barədə ona məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, sənədləşdirmə apardıqdan sonra şöbənin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə saat 21 radələrində H.Əliyev prospektinə getmişlər. Abılın H.Əliyev prospektində yerləşən «Vasif» marketn qarşısından idarə etdiyi avtomobilə tərəf getdiyini görmüş, ona yaxınlaşmış, özlərini təqdim etmişdirlər. Abıl özünü şübhəli apardığına görə onlarla polis şöbəsinə getməsini bildirmiş, o da etiraz etməyib idarə etdiyi avtomaşınla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi dəvət etmiş və sonra vidieo çəkilişlə Təqsirləndirilən şəxs üstünə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindənbiri bir ədəd sellofan bükülmüş bükülü və 5 ədəd üzərində “Methadone40” yazısı olan dərmanları çıxarıb masanın üzərinə qoymuşdur. O, sellofan bükümdəkinin narkotik vasitə olan heroin olduğunu, 5 ədəd dərmanın isə “Methadone40” olduğunu demişdir. Bundan sonra Abılın üzərindən aşkar olunmuş kütlələr qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, o da protokolun doğruluğun imzası ilə təsdiq etmişdir. Bundan sonra Abıl idarə etdiyi VAZ-21074 markalı avtomaşının arxa oturacağının alt hissəsində narkotik vasitə olan marixuana saxladığını bildirdi. Bundan sonra vəkilin iştirakı ilə video çəkilişlə avtomaşına baxış keçirmişlər, baxış zamanı avtomaşının arxa oturacağının alt hissəsində iki ədəd sellofan bükümdə marixuanaya oxşar kütlə aşkar olundu. Abıl həbin torbalarda olan kütlələrin marixuana olduğunu, bir neçə il qabaq yaşadığı evin həyətində əkib becərdiyi çətənə kolarından yığıb istifdə etmk üçün saxadığını bildirmişdir. Bundan sonr həmin kütlələr qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, o da protokolun doğruluğun imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 Şahid2 Rəfail oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.24-25); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 5 ədəd həb olan 1 qutu preparatlar və 1 ədəd sellofan torbaya bükükmüş bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (iş vər. 27-34); Avtomaşına baxış keçirilməsi və maddi sübutların götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ2107” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı, avtomobil arxa oturacağının altında 2 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükülünün içərisində olan tünd yaşıl rəngli kəskin spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdü. (müvafiq CD disk əlavə olunub) (iş vər. 36-39); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/782 nömrəli rəyindən görünür ki, “şübəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar olunmuş 2 ədəd sıllofan torbada narkotik vasitə oln qurudulmuş marixuanaya bənzər kütlələr” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd şəffaf sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri-74,37 qram və 113,96 qram ümumi çəkiləri- 188,33 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqiqata təqdim olunmuş 02 (iki) ədəd şəffaf sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi- 188,33 qram tədqiqata sərf edildi- 0,20 qram (hər ob. 0,10), qalıq- 188,13 qram. Tədqiqata təqdim olunmuş, üzərində “şübəli şəxs Təqsirləndirilən şəxs üstündən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş 01 (bir) ədəd bükümün işərisində narkotik vasitə olan heroinə bənzər kütlə.” sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,208 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi-0,208 qram tədqiqata sərf edildi 0,050 qram qalıq-0,158 qram. MEM-nin Şəki regional bölməsində müvafiq laboratoriya cihaz olmadığından təqdim olunmuş 05 ədəd həblərin tədqiqatını aparmaq mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 103.65 manatdır. (iş vər.53-56); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər.77-78); Maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 0,158 qram narkotik vasitə olan heroin və ümumi çəkisi 188,13 qram narkotik vasitə olan qurudulmuş marixuana və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 0,158 qram miqdarında narkotik vasitə olan heroin və 188.13 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vər.120); Yevlax rayon Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Elgiz, xx.xx.2016-cı il təvəllüdlü Amil, xx.xx.2018-ci il təvəllüdlü Samir və xx.xx.2020-ci il təvəllüdlü Aylin adlı övladları vardır. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/6036 nömrəli rəyindən görünür ki, “şübəli şəxs Təqsirləndirilən şəxs sözlər olan zərfdəki bir ədəd üzərində “Methadone 40” göstəricisim olan blister kəsiyində 5 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbinin təribində metadonun təsir maddəsinin ümumi miqdarı 0,200 qram təşkil edir. Metadon həbinin sayı-5 ədəd həb, tədqiqata sərf edildi- 1 ədəd həb, qalıq 4 ədəd həb. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manatdır.(iş vər.173-178); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(iş vər.182); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 149 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (iş vər.196); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardandır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana, heroin və 4 ədəd metadon qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 188,13 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,158 hökm qram narkotik vasitə olan heroin və 4 ədəd metadon qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 184 (bir yüz səksən dörd) manat 65 (altmış beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-90/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-90/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver