Məhkəmə qərarları › İş №1(039)-91/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-91/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-91/2020 05.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, A. Məmmədov küçəsi, 53 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda, şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda – 0,389 qram miqdarında narkotik vasitə - heroini əyindəki qara rəngli şalbvarın sağ yan cibində bir ədəd qara rəngli kağıza bükülünün içərisində qanunsuz olaraq saxlamışdır. Həmin şəxsi istehlak miqdarından artıq miqdarda – 0,389 qram miqdarında narkotik vasitə - heroin, qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdə, Yevlax şəhəri, H.Əliyev prospektində, saat 19.15 radələrində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində saat 19:50-dıqiqədən saat 20:10 dəqiqəyədək müdafiəçi-vəkil iştirakı və video çəkilişlə keçirilmiş təxirəsalınmaz baxış-axtarış zamanı onun üzərindən aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitələrdən istifadə edir. xx xxxx 2020-ci il tarixdə, saat təxminən 18:00-da, yaşadığı Yevlax şəhəri, Aydın Məmmədov küçəsində gəzərkən yolun kənarında qara rəngli kağıza bükülmüş bükülü tapmışdır. Bükülünü açdıqda içində narkotik vasitə olan heroin olduğunu görmüşdür, belə ki, əvvəllər də istifadə etdiyi üçün bu maddənin heroin olduğunu anlamışdır. Həmin bükülünü sonradan istifadə etmək üçün əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoyub üstündə saxlamışdır. Həmin gün, saat 19:15-də Yevlax şəhəri, H.Əliyev prospektində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir və o, buna etiraz etməmişdir. Ora müdafiəçi dəvət edilmiş və video çəkiliş aparılmaqla üstünə baxış keçirilmişdir. Bu zaman onun əynindəki şalvarım sağ yan cibindən həmin bükülü aşkar edilmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, bükülüdəki narkotik vasitə olan heroindir, küçədən tapmış və öz istifadəsi üçün saxlamışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ona elan edilmiş və protokolu imzalamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Yevlax şəhər sakini, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nın manqa komandiri, polis baş serjantı Şahid2 və TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 ibarə təməliyyat qrupu yaradılmışdr. Saat təxminən 19:05-da, əməliyyat qrupunun üzvləri ilə Yevlax şəhəri, Heydər Əliyev prospekti istiqamətində getmiş, orada Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu, polis şöbəsinə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Yevlax rayon polis şöbəsinə getmiş, Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli bükülü aşkar edilmişdir. Bükülünün içində isə narkotik vasitə olan heroinə bənzə maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir, yaşadığı evin qarşısında, küçədən tapmışdır. Aşkar edilmiş narkotik vasitə tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüş, sonra isə bu barədə protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində PPXB-nin manqa komandiridir. xx xxxx 2020-ci il tarixdə əməliyyat qrupunun üzvü kimi ünvan 2 ünvanında yaşayan, Təqsirləndirilən şəxs saxlanmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və Yevlax Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli bükülü aşkar edilmişdir. Bükülüdə toz halında maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə heroindir. Həmin narkotik vasitə tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını, habelə daha sonra ifadə verməsini özündə əks etdirən video yazılara baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş bükülü aşkar olunması müəyyən edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərində narkotik vasitə saxlaması barədə etirafedici ifadə verməsi müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxx 2020-ci il tarixli 17/263 saylı ekspert rəyində qeyd olunur ki, təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə ...” sözləri yazılmış zəərfin içərisindəki 01 ədəd gümüşü-qara rəngli kağız bükümdə, təmiz çəkisi - 0,381 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (səh. 88) Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 447 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.98) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yungülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Polis Şöbəsində saxlanılan 0,331 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, 71.94 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs Şahin Məmmədovdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi istintaq zamanı 47 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 282 manat, müdafiəçi X3 məhkəmə zamanı dövlət hesabına göstərdiyi 12 saat hüquqi yardıma görə 72 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut - Yevlax Polis Şöbəsində saxlanılan 0,331 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 282 (iki yüz səksən iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi və məhkəmə dövrü üçün 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X3 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar