Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-91/2021 08.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən ictimai yer hesab edilən “Neptun-2” mağazasının anbarının qarşısında Zərərçəkmiş şəxs ona borclu olduğu 20 manat pulu qaytarmamasını bəhanə edərək mağazada işləyən şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq söyüşlər söyüb ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib Zərərçəkmiş şəxs ilə mübahisə edərək öz şəxsiyyətini onun şəxsiyyətindən üstün tutmaqla başı ilə sonuncunun sifət nahiyəsinə bir dəfə vuraraq ona üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirib şəxslərin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək qəsdən xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 13 fevral 2021-ci il tarixdə tanışı Ruslan ondan 20 manat borc pul almış və qaytaracağın desə də qaytarmamışdır. 04 mart 2021-ci il tarixdə saat 18 radələrində Ruslanın işlədiyi Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən “Neptun-2” mağazasına getmiş və Ruslanın mağazanın anbarında olduğunu bilib anbara girmişdir. Ruslanı orada görmüş və söhbət zamanı aralarında mübahisə yaranmış, mağazada işləyən Sərxan mübahisələrini çöldə etmələrini bildirmiş, mağazada səs-küy olmasın deye Ruslan onu çölə çağırmışdır. Çöldə yenidən aralarında mübahisə düşmüş, o, əsəbləşərək başı ilə Ruslanın sifətinə bir dəfə vurmuş, sonra onları mağazada işləyən Sərxan və digər oğlan aralamışdır. Həmin vaxt o, Ruslanı vursa da Ruslan onu vurmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxsla barışdığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 13.02.2021 -ci il tarixdə tanıdığı Təqsirləndirilən şəxs 2 günlüyə 20 manat pul götürmüşdür. Maddi imkanı aşağı olduğuna görə pulu ödəyə bilməmişdir. 04 mart 2021-ci il tarixdə saat 18 radələrində işlədiyi Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən “Neptun-2” mağazasının anbarında olarkən Rəsul oraya gəlmiş və borcunu qaytarmadığı üçün ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. İş yoldaşı Sərxan onlara mübahisələrini mağazadan kənarda həll etmələrini bildirmişdir. O, mağazada səsküy olmasın deyə, o, Rəsulu anbarın həyətinə çıxartmışdır. Rəsul onunla mübahisə edərək yenidən onu təhqir edib başı ilə sifətinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt Orxan onu Rəsulun əlindən almışdır. Təqsirləndirilən şəxs onunla barışıq əldə etdiyi üçün hazırda ondan hər hansı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən “Neptun-2” mağazasında anbara nəzarət edir. Zərərçəkmiş şəxs isə anbarda fəhlə işləyir. 04 mart 2021-ci il tarixdə saat 18 radələrində anbarın qarşısında siqaret çəkərkən Rəsulun Ruslanla mübahisə etdiyini, sonra isə başı ilə Ruslanın sifətinə bir dəfə vuraraq ona xəsarət yetirdiyini görmüşdür. Həmin vaxt o, Ruslanı Rəsulun əlindən almış və oradan uzaqlaşdırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə tibbi ekspertizasının 05.03.2021-ci il tarixli, 94 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 04.03.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir.(iş vər.9-10); Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(iş vər. 38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18.05.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vər.36); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 iyun 2021-ci il tarixdə başqa yerə getməmək haqqında ilitizam qətimkan tədbiri seçilmişdir.(iş vər. 58); X2 tərəfindən verilmiş 15.09.2016-ci il tarixli, 67 nömrəli tələbə biletindən görünür ki, Təqsirləndirilən şəxs həmin kollecin tələbəsidir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli özünün səmimi etiraf ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, tələbə olmasını (CM-59.2) cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-91/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-91/2021
08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver