Məhkəmə qərarları › İş №1(039)-91/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-91/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-91/2022 01.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1994-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində 12 fevral 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Çobankərə kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, dəmir parçasını silah qismində istifadə etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə saat təxminən 15 radələrində Yevlax rayonu, Yeni Çobankərə kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gedərək sonuncuya onunla qeyri-rəsmi nikahla yaşamağı təklif etdikdən sonra Zərərçəkmiş şəxs onun təklifini rədd etməsini bəhanə gətirərək əslində isə heç bir əsaslı səbəb olmadan sonuncu ilə həmin evin həyətində digər şəxslərin yanında uca səslə mübahisə edərək Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir edib öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib səs-küyə toplaşmış şəxslərin gözü qarşısında yerdən götürüb silah qismində istifadə edərək tətbiq etdiyi istintaqla müəyyən edilməyən dəmir parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən vuraraq ona “aktiv və passiv hərəkətin məhdudluğu ilə müşayət olunan sağ dirsək oynağının qançırı və şişkinliyi, sağ bazunun aşağı 1/3-nin qançırı və şişkinliyi, yanağın, boyunun və sağ yan səthinin aşağı 1/3-nin sıyrıqları xəsarətləri ilə nəticələnən” sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bununla da ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib silah qismində istifadə edilən əşylardan istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Şahid2, onun qızı Zərərçəkmiş şəxs, oğlu Şahid1 tanıyır. Onların hamısı ilə ayrı-ayrılıqda münasibəti əvvəllər yaxşı olmuş, heç bir düşməçiliyi və ədavəti olmamışdır. 2009-cu ildən etibarən Pərvin Məmmədovanı sevmiş, 2012-ci ildə Pərvinə elçi göndərmişdir. Lakin Pərvinin anası və atası Pərvini ona verməmişlər. Pərvin 2014-cü ildə Yevlax şəhər sakini Rasim adlı şəxslə ailə həyatı qurmuş və onların iki övladları olmuşdur. 2021-ci ilin mart ayında Rasim xəstəliyi ilə əlaqədar dünyasını dəyişmişdir. Pərvin ərdə olan müddət ərzində onunla heç bir əlaqəsi olmamışdır. 2021-ci ilin avqust-sentyabr aylarında, dəqiq tarix yadında qalmayıb Pərvin ilə onun yaşadığı evin qarşısında görüşərək onunla bir qədər söhbət etmiş, Pərvinə onunla qeyri-rəsmi nikahla ailə qurmasını təklif etmişdir. Pərvin həmin vaxt ona bunun mümkün olmadığını demişdir. Pərvindən mobil telefonunu alaraq telefonuna zəng etmiş və Pərvinin nömrəsi onun telefonunda əks olunmuşdur. Bundan sonra ayrı-ayrı vaxtlarda istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Pərvinə mesaj yazmış, onunla bir neçə dəfə görüşərək onunla münasibət qurmasını xahiş etmişdir. 2022-ci ilin yanvar ayının ortalarında, dəqiq tarix yadında qalmayıb, Pərvinin anası Təranə ona zəng edərək görüşmək istədiyini demişdir. Təranə ilə Yevlax şəhəri, H.Əliyev adına olan parkda görüşmüş, Təranə ona Pərvinin hər şeyi danışdığını bildirmiş və ondan kobud şəkildə bundan sonra Pərvini narahat etməməyini tələb etmişdir. Bu səbəbdən bir müddət Pərvin ilə əlaqə saxlamamışdır. Pərvinin qardaşı İbrahim ilə aralarında dostluq münasibətləri olmuş və 29 yanvar 2022-ci il tarixdə İbrahimlə görüşmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 15 radələrində piyada İbrahimin yaşadığı evin qarşısına gələrək həyətə giriş qapısını döymüş, qapını Pərvin açmış və həyətə daxil olaraq Pərvindən İbrahimin harada olduğunu soruşmuşdur. Pərvin qardaşı İbrahim ilə anası Təranənin qonşuluqda olan özlərinə məxsus həyətdə əkdikləri göyərtilərə qulluq etdiklərini demişdir. Pərvindən nə səbəbə anası Təranəyə aralarında olan söhbət barədə məlumat verdiyini soruşmuşdur. Pərvin bunun onun şəxsi işi olduğunu deyərək ondan kobud şəkildə həyətdən çölə çıxmağı tələb etmişdir. Həm Təranənin, həm də ki, Pərvinin onunla kobud danışdıqlarından əsəbiləşərək onların hər ikisindən qısas almaq qərarına gəlmişdir. Həmin vaxt yerdə dəmir parçası görmüş, həmin dəmir parçasını yerdən götürərək Pərvinin bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Pərvin qışqırmış, onun səsinə qonşu həyətdə olan anası Təranə və qardaşı İbrahimin qaçaraq gəldiklərini görərək həyət qapısından qaçıb getmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Şəhriyarla aralarında qohumluq əlaqələri, narazıılıq və düşmənçilikləri olmamışdır. 2014-cü ildə Yevlax şəhər sakini 1988-ci il təvəllüdlü X4 ilə ailə həyatı qurmuşdur. Evliliklərindən 2 qız övladları olmuş və 2021-ci ilin mart ayında həyat yoldaşı Rasim İbrahimov infarktdan dünyasını dəyişmişdir. Ailə qurmamışdan qabaq Təqsirləndirilən şəxs onunla ailə həyatı qurmaq istəmiş, lakin özü və ailə üzvləri razı olmamışlar. Həyat yoldaşı vəfat etdikdən sonra 2021ci ilin may ayında Şəhriyar onu evlərinin qarşısında görərək yaxınlaşıb mobil nömrəsini istəmiş, lakin o, Şəhriyara mobil nömrəsini verməkdən imtina etmişdir. Şəhriyar onun telefonunu götürərək özünə zəng vurmuş, mobil nömrəsi Şəhriyarın telefonunda əks olunmuşdur. Bundan sonra Şəhriyar çıxıb getmişdir. Həmin vaxtdan sonra Şəhriyar öz istifadəsində olan sonu 22-29-la qurtaran mobil nömrə ilə onun istifadəsində olan halhazırda yadında olmayan mobil nömrəyə zəng etməyə və onunla danışmağa başlamışdır. Danışdıqları müddətdə onun ailəli olduğu üçün münasibətlərinin mümkün olmayacağını bildirmişdir. Şəhriyar onu ikinci ailə kimi saxlayacağını demiş və o, Şəhriyarın təklifini rədd etmişdir. Şəhriyar 2021-ci ilin oktyabr ayının sonlarına kimi müxtəlif vaxtlarda ona zəng edərək qeyri rəsmi nikahla ailə həyatı qurmağı xahiş etmişdir. Şəhriyarın bu cür təkliflər etməsini heç kimə deyə bilməmişdir. Şəhriyarın ondan əl çəkməyib tez-tez narahat etdiyini görərək çarəsiz qalıb bu barədə anası Şahid2 bu barədə məlumat vermişdir. Bir müddət sonra anası Şəhriyar ilə Yevlax şəhərinin ərazisində görüşüb ondan uzaq durmasını, bir daha narahat etməməsini tapşırmışdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 15 radələrində yaşadığı evdə təmizlik işləri görürməyə başlamışdır. Həmin vaxt evdə tək olmuş, anası Təranə və qardaşı Şahid1 qonşuluqda olan özlərinə məxsus həyətdə iş görmüşlər. Evin həyətinin küçə qapısı döyülmüş, evdən çıxıb həyətə düşərək qapını açmış və bu zaman gələnin Şəhriyar olduğunu görmşdür. Şəhriyar həyətə daxil olub ona “sən ya mənim olmalısan, ya da heç kəsin” sözlərini demişdir. Şəhriyara “məndən əl çək, çıx get buradan, indi qardaşım və anam gələcək” demişdir. Şəhriyar ona yaxınlaşaraq boğazından tutub sıxmağa başlamış və bərk ağrı hiss edərək yerə yıxılmışdır. Yıxıldıqdan sonra Şəhriyar yerdə olan dəmir parçasını götürərək onun sifət və qol nahiyəsindən bir neçə dəfə vurmuşdur. Qışqıraraq kömək çağırmağa başlamış və həmin vaxt səsini eşidərək qonşu həyətlərində iş görən qardaşı Şahid1 və anası Şahid2 qaçaraq gəlmişlər. Şəhriyar onun anası və qardaşının gəldiklərini görərək həyətdən qaçıb getmişdir. Anası və qardaşı ondan nə baş verdiyini soruşmuş, onlara Şəhriyarın onu döydüyünü demişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Lakin qardaşı Şahid1 Təqsirləndirilən şəxslə barışmağına razı deyil. İbrahim ona Şəhriyarın azadlıqda qalacağı təqdirdə Şəhriyarla aralarında böyük münaqişə baş verəcəyini demişdir. Məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, təqsirləndirələn şəxs Təqsirləndirilən şəxslə barışdığını və hazırda ondan heç bir şikayət tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Onunla aralarında qohumluq əlaqələri, narazıılıq və düşmənçilikləri olmamışdır. Qızı Zərərçəkmiş şəxs 2014-cü il tarixdə Yevlax şəhər sakini X4 ilə ailə həyatı qurmuş və onların iki az yaşlı qız övladları olmuşdur. 2021-ci ilin mart ayında Rasim İbrahimov infarktdan dünyasını dəyişmişdir. Ailə qurmamışdan qabaq Təqsirləndirilən şəxs qızı Pərvin ilə ailə həyatı qurmaq istəmiş, lakin qızı və digər ailə üzvləri razı olmamışlar. Rasim İbrahimov vəfat etdikdən sonra Şəhriyar yenidən qızı Pərvin ilə münasibət qurmaq istəmişdir. Bu barədə əvvəllər qızı ona heç nə bildirməmişdir. Ona bu barədə 2021-ci ilin oktyabr ayının sonlarında demişdir. Belə ki, qızı Pərvin ona yol ilə gedən zaman Şəhriyar dəfələrlə onun qarşısını kəsərək onunla münasibət qurmağı, qeyri-rəsmi ailə həyatı qurmağı təklif etdiyini demişdir. Oğlu İbrahim, digər qohumları bu barədə bilməsin deyə məsələni özü yoluna qoymaq üçün Şəhriyar ilə özü danışmaq qərarına gəlmişdir. 2022-ci ilin yanvar ayının ortalarında Yevlax şəhəri, H.Əliyev adına olan parkda Şəhriyar ilə görüşərək ona bundan sonra qızı Pərvini narahat etməməsini və bunun sonunun yaxşı olmayacağını demişdir. Şəhriyar ona heç kimin heç nə edə bilməyəcəyini demiş və söz-söhbət olmasın deyə bu barədə heç kəsə bildirməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı evin həyətyanı sahəsində əkdiyi göyərtilərə qulluq etmiş, oğlu İbrahim də ona kömək etmişdir. Həmin vaxt qəflətən qızı Pərvinin ev istiqamətindən qışqırıq səsini eşitmişdir. Özü və oğlu İbrahim təcili ev tərəfə qaçmış və evin qarşısına çatanda Şəhriyarın əlində olan dəmir parçası ilə qızı Pərvini vurduğunu görmüşdür. Şəhriyar onların gəldiklərini görərək həyət qapısından qaçıb getmiş, oğlu İbrahim Şəhriyarın arxasınca qaçmaq istəyəndə onu tutub saxlamışdır. Bundan sonra qızı Pərvinə yaxınlaşmış, onun halı pisləşmiş, həmin vaxt qonşuları Şahid3 da ora gəlmişdir. Qızı Pərvinə su vermiş, bir qədər özünə gələndən sonra ondan nə baş verdiyini soruşmuş, Pərvin Şəhriyarın gələrək yenidən onunla münasibət qurmasını tələb etdiyini, ona rədd cavabı verəndə döyməyə başladığını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla aralarında qohumluq əlaqələri, narazıılıq və düşmənçilikləri olmamışdır. Bacısı Zərərçəkmiş şəxs 2014-cü ildə Yevlax şəhər sakini X4 ilə ailə həyatı qurmuşdur. 2021-ci ilin mart ayında Rasim İbrahimov infarktdan dünyasını dəyişmiş, bundan sonra bacısı Pərvin iki az yaşlı övladları ilə birlikdə onlara məxsus evdə yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində anası Təranə ilə birlikdə yaşadıqları evin həyətyanı sahəsində əkdikləri göyərtilərə qulluq edən zaman, qəflətən bacısı Pərvinin ev istiqamətindən qışqırıq səsini eşitmişlər. Anası ilə birlikdə təcili ev tərəfə qaçmışdır. Evin qarşısına çatanda İbrahimin əlində olan dəmir parçası ilə bacısı Pərvini vurduğunu görmüşlər. Şəhriyar onların gəldiklərini görərək həyət qapısından qaçıb getmişdir. Şəhriyarın arxasınca qaçmaq istəyəndə anası onu tutub saxlamışdır. Bir qədər sonra bacısı Pərvindən nə baş verdiyini soruşduqda, bacısı Şəhriyar gələrək onunla münasibət qurmasını tələb etdiyini, ona rədd cavabı verəndə döyməyə başladığını demişdir. X7 barışsa da, o bununla razı deyil. Şəhriyarın Pərvini yaşadıqları evin həyətində döyməsini qəbul edə bilmir. Belə ki, kənddə baş vermiş hadisə çox müzakirə olunmuş və bacısına qarşı törədilən bu cinayət onun şərəfinə toxunmuşdur. Təqsirləndirilən şəxs azadlıqda qalacağı halda onların arasında münaqişə baş verəcəkdir. Təqsirləndirilən şəxs barəsində azda olsa azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “MTE və PA” ETT Birliyinin Yevlax rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 68 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət- aktiv və passiv hərəkətin məhdudluğu ilə müşayət olunan sağ dirsək oynağının qançırı və şişkinliyi, sağ bazunun aşağı 1/3-nin qançırı və şişkinliyi, yanağın, boyunun və sağ yan səthinin aşağı 1/3-nin sıyrıqları küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu ələmətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:45-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarixli 4(039)-30/2022 il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2021-ci il tarixli Səbinə adlı bir azyaşlı uşağı var. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Mİ № 006184 nömrəli vəsiqənin surətindən görünür ki, X2 müharibə iştirakçısıdır. Məhkəmə toplanmış və əldə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını və İİ Qarabağ müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs ilə barışıq əldə olunsa da, zərərçəkmiş şəxs qardaşı Şahid1 himayəsində yaşayır. Qardaşı təqsirləndirilən şəxslə barışıq əldə olunmasına narazıdır və onlar eyni kəndin sakinləridirlər. Zərərçəkmiş şəxsin qardaşının Təqsirləndirilən şəxs qisas almaq ehtimalı mövcuddur və nəticədə yeni cinayət hadisəsinin baş verə biləcəyi istisna deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, lakin İİ Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alıb, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar