Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-91/2024 22.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 133-da qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq qırmızı rəngli sellofan torbanın içərisindəki 01 ədəd sellofan torbada təmiz çəkisi 425 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 06 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində Yevlax şəhəri H.Aslanov küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib Təqsirləndirilən şəxs üzərində həmin gün saat 10:50 dəqiqədən 11:25 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsiaxtarış nəticəsində onun əynindəki gödəkçənin içəri hissəsindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı qırmızı rəngli sellofan torbanın içərisindəki 01 ədəd sellofan torbada təmiz çəkisi 425 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yevlax şəhəri Bakıxanov küçəsində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, 2022-ci ildən bəri narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. O, 06 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində Yevlax şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşları yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edərək Yevlax RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona demişlər və onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər. Həmin tarixdə Yevlax RPŞ-də vəkili X2 iştirakı ilə və video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki gödəkçənin içəri hissəsində saxladığı sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, həmin narkotik vasitə olan qurudulmuş marixuana içərisində olduğu sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan başqa onun üzərindən hər hansı bir şübhəli əşya və predment aşkar edilməmişdir. Sözügedən narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur, həmin marixuananı Kür çayının sahilindən tapmış və özü istifadə etməsi üçün saxlamışdır. O, 06 yanvar 2024-cü ildə həmin narkotik vasitə olan qurudulmuş marixuananı evdən götürərək aparıb kənarda gizlətmək məqsədilə gödəkçənin içərisinə qoymuş, bu zaman küçə ilə piyada gedərkən polis əməkdaşları onu saxlamışlar. İstifadəçisi olduğu üçün üzərində aşkar edilərək götürülümüş narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamış, narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmamış və satmaq niyyəti də olmamışdır. O, heç kimə narkotik vasitə olan qurudulmuş marixuana satmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu, onun himayəsində yeddi azyaşlı uşağını olmasını, ilk dəfə cinayət törətdiyini bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması ilə məşğul olmaqda şübhəli olması barədə 06 yanvar 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 06 yanvar 2024-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin UQSİQ-nun operatoru, polis baş serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri H.Aslanov küçəsinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri H.Aslanov küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar H.Aslanov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmiş və bundan sonra Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X6a təhvil vermişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X2 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirdiyi üçün vəkil Fərhad Məmmədov ona müdafiəçi təyin olunaraq şöbəyə dəvət olunmuşdur. X3, Yevlax rayon polis şöbəsinin UQSİQ-nun operatoru, polis baş serjantı Şahid2 və Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmişdir. Şəxsi axtarış və götürmə zamanı Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X9 tərəfindən video kamera vasitəsi ilə video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs əlindəki qırmızı rəngli sellofan torbanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Rüstəm Həsənov və daha sonra vəkil Fərhad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs sonuncunun təqdim etdiyi 1 ədəd sellofan torbanın içərisində olan kütlənin nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin sellofan torbada olan kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 2023-cü ilin yay aylarında Yevlax şəhəri Kür çayının sahilində topladığını, özünün istifadəsi üçün evində saxladığını, satmaq məqsədinin olmadığını, daha sonra azyaşlı uşaqlarının onu dağıdacaqlarından ehtiyat edərək küçənin arxasında olan sahibsiz bir evə qoymaq üçün xx.xx.2024-cü il tarixdə səhər saatlarında torbanı aparan zaman polis əməkdaşlarının onu saxladığını bildirmişdir. Daha sonra Rüstəm Həsənov həmin qırmızı rəngli sellofan torbanı açıb içərisinə baxdıqda içərisində kəskin qoxulu qurudulmuş marixuanaya bənzər kütlənin olması aşkar edilmişdir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə içərisində olduğu sellofanla birlikdə elektron tərəzi vasitəsilə çəkilmişdir. Bundan sonra X6 tərəfindən həmin sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq və möhürlənərək götürülmüşdür. Rüstəm Həsənov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə olan qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs, onun vəkili X5, Şahid2 və o, həmin zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Rüstəm Həsənov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imza ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin UQSİQ-nun operatoru polis baş serjantı vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.18-19); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin iç hissəsindən bir ədəd qırmızı rəngli sellofan torbanın içərisində narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub) (iş vər. 25-33); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/22 nömrəli rəyindən görünür ki, “şübəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə.....” sözləri, adlar və imzalar yazılmış qırmızı rəngli sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd sellofan tobada, təmiz çəkisi-425,0 qram olna bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 425,0 qram tədqiqata sərf edildi- 0,10 qram, qalıq- 424,9 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 manatdır (iş vər.38-39); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.63-64); Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 424,9 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 424,9 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.66-67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(iş vər.75); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 562 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.102); AZ-İV seriyalı 256410 nömrəli, AZ-İV seriyalı 456532 nömrəli, AZ-İV seriyalı 256578 nömrəli, AZ-İV seriyalı 456533 nömrəli, AZ-İV seriyalı 456554 nömrəli, AZ-İV seriyalı 256409 nömrəli və AZ-İV seriyalı 456531 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü, xx.xx.2016-cı il təvəllüdlü, xx.xx.2017-ci il təvəllüdlü, xx.xx.2018-ci il təvəllüdlü, xx.xx.2020-ci il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü uşaqları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yeddi azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, habelə ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən D.Heydər yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2024-cü il tarixdən hesablanmalı (CPM- 158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 10 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 may 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 424,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-91/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-91/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver