Məhkəmə qərarları › İş №1(039)-91/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-91/2025

25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-91/2025 25.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X10, onun nümayəndəsi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" MMC-nin “MKT- Bərdə” filialında sürücü, Kəlbəcər rayon Çərəktar kəndində qeydiyyatda olmaqla Bərdə rayon Mustafaağalı kəndində yaşayan barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:10 radələrində "xxxx" MMC-nin “MKT-Yevlax” filialının həyətində “T”, “TK”, “TT” və “H” kateqoriyalı mexaniki nəqliyyat vasitəsini idarə etmək hüququ verən SV031502 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi "xxxx" MMC-nin “MKT-Bərdə” filialına məxsus olan 10-Y-379 və 10- Y-367 dövlət qeydiyyat nömrə nişanlı iki ədəd, iki oxlu qoşquları olan “MTZ 80” markalı 10-J- 436 dövlət qeydiyyat nömrə nişanlı mexaniki nəqliyyat vasitəsi olan traktora qoşulmuş 10-Y- 367 dövlət qeydiyyat nömrə nişanlı qoşqunun içərisinə pambıq məhsulu yükləndikdən sonra o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla yəni traktorun yük qoşqusunda adamların daşınması qadağan olduğu halda bunlara əməl etməyib həmin qoşquya yüklənmiş pambıq tayasının üzərinə "xxxx" MMC-nin “MKT-Yevlax” filialında fəhlə işləyən X7 çıxaraq orada dayanmasına icazə verərək mexaniki nəqliyyat vasitəsi olan traktoru idarə edərək irəliyə doğru hərəkət edib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunlara əməl etməyib idarə etdiyi mexaniki nəqliyyat vasitəsi olan “MTZ 80” markalı 10-J-436 dövlət qeydiyyat nömrə nişanlı traktora qoşulmuş 10-Y-367 dövlət qeydiyyat nömrə nişanlı qoşquya yüklənmiş pambıqların üzərindən Müsəddiq Bayramovun ehtiyatsızlıqdan yerə yıxılaraq baş nahiyəsinin yerə dəyməklə açıq kəllə beyin travması, subdural və subaraxnoidal qansızma ilə ağırlaşan sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ almacıq sümüyünün yerini dəyişməyən sınığı xəsarətləri ilə müşayət olunan, dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirilməklə ölməsinə səbəb olan mexaniki nəqliyyat vasitəsi olan traktoru idarə etməsi zamanı yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən hazıradək əmək müqaviləsi əsasında "xxxx" MMC-nin “MKT-Bərdə” filialında traktor sürücüsü vəzifəsində işləyir. "xxxx" MMC-nin “MKT-Bərdə” filialında təlimata əsasən o, gün ərzində iki dəfə ona təhkim olunmuş “MTZ 80” markalı 10-J-436 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş 10- Y-379 dövlət qeydiyyat nişanlı və 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşqularla Yevlax şəhərində yerləşən MKT-İK” MMC-nin “MKT-Yevlax” filialına gedib orada pambıq yığıb Bərdə rayonuna qayıtmışdır. İdarə etdiyi “MTZ 80” markalı 10-J-436 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş 10-Y-379 dövlət qeydiyyat nişanlı və 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşqularla pambıq daşımışdır. xx.xx.2025-ci il tarixdə saat 08:30-da idarə etdiyi “MTZ 80” markalı 10-J-436 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş 10-Y-379 dövlət qeydiyyat nişanlı və 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşqularla "xxxx" MMC-nin “MKT-Bərdə” filialından pambıq yığmaq üçün "xxxx" MMC-nin “MKT-Yevlax” filialına gəlmişdir. İdarə etdiyi traktoru filialın ərazisində olan çardağın içərisinə sürmüş, orada olan fəhlə Başxəliyev Adil Yusif oğlu və yükləyici traktor onun idarə etdiyi traktorun iki qoşqusuna hər birinə pambıq yükləmişlər. Traktorun qoşqularına yüklənən pambıqların üzərinə çadır bağlamaq üçün fəhlə Başxəliyev Adil Yusif oğlu traktora qoşulmuş birinci, yəni 10-Y-379 dövlət qeydiyyat nişanlı qoşquya yığılmış pambıqların üzərinə çıxmış və Adilə çadır bağlamağa kömək etdikdən sonra Adil traktorun qoşqularına yığılmış pambığın üzərindən yerə düşmüşdür. Bundan sonra o, traktora əyləşərək traktoru hərəkətə gətirib çardağın altında traktorun istiqamətini dəyişmişdir. Həmin vaxtı traktoru sürətlər qutusunun birinci pilləsi ilə təxminən 3 km/saat sürətlə idarə edərək traktoru idarə etmiş və traktorun hərəkət istiqamətini dəyişmiş və traktoru saxlamışdır. Onun traktorun istiqamətini dəyişməkdə məqsədi fəhlələr tərəfindən traktora qoşulmuş ikinci, yəni 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşquya yüklənmiş pambığın üzərini çadırla bağlamaq olmuşdur. Qoşqunun yerlə yuxarı hissəsi arasında olan hündürlük 3 metr təşkil edir. O, traktorun istiqamətini dəyişib yerə düşən zaman Adil ona bildirmişdir ki, traktora qoşulmuş ikinci, yəni 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşquya yüklənmiş pambığın üzərində olan digər fəhlə X11 oradan yerə yıxılmışdır. O, traktoru idarə edən zaman X7 traktora qoşulmuş ikinci, yəni 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşquya yüklənmiş pambığın üzərində olmasını görməmişdir. X7 onun idarə etdiyi traktora qoşulmuş ikinci, yəni 10-Y- 367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşquya yüklənmiş pambığın üzərinə çıxması barədə məlumatı olmamış və ona heç kim məlumat verməmişdir. X11 o, traktoru hərəkətə gətirməyə başlayan zaman arxadan 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşquya yüklənmiş pambığın üzərinə çıxmışdır. X4 yerə yıxılandan sonra o, və orada olan işçilər X1 yanına getmişlər. Bundan sonra təcili tibbi yardım avtomobili gələrək mərhum X15 RMX-ya aparmışlar. Baş vermiş hadisəyə görə səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi yoxdur. Himayəsində azyaşlı uşaqları var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı, şahidlərin ifadələri, işdə olan ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X7 hüquqi varisi X14 verdiyi izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. X4 onun əridir. Mərhum əri Müsəddiq təxminən 5 il ərzində "xxxx" MMC-nin “MKT-Yevlax” filialında mövsümi fəhlə vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında ona məlumat vermişlər ki, mərhum əri Müsəddiq iş yerində yıxılaraq xəsarət almış, buna görə də ərini Yevlax RMX-ya aparmışlar. Oğlu ilə birlikdə Yevlax rayon mərkəzi xəstəxanasına getmiş, xəstəxanadan ilkin tibbi yardımlar göstərilməsinə baxmayaraq mərhum əri X11 həmin gün xəstəxanada ölmüşdür. Sonradan ona bildirmişlər ki, mərhum əri X11 "xxxx" MMC-nin “MKT- Yevlax” filialında iş zamanı traktorun qoşqusuna yüklənmiş pambıq tayasının üzərinə çıxaraq orada iş görərkən oradan yerə yıxılaraq baş nahiyəsindən xəsarət almışdır. Mərhum əri "xxxx" MMC-nin “MKT-Yevlax” filialında iş zamanı aldığı xəsarətlər nəticəsində ölmüşdür. Təqsirləndirilən şəxsi babışlamış və onunla barışmışlar. Ona dəymiş ziyntam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən hazıradək əmək müqaviləsi əsasında "xxxx" MMC-nin “MKT-Yevlax” filialında SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyir. Onun vəzifəsi texniki təhlükəsizlik qaydalarına riayət etməkdən ibarətdir. X11 "xxxx" MMC-nin “MKT-Yevlax” filialında mövsümi fəhlə vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 09:00-da X11 işə gəlmiş və filial ərazisində olan pambıq tayalarından pambıqları traktorlara yükləmişdir. xx.xx.2025-ci tarixdə səhər saatlarında o, filialın giriş darvazasının qarşısında olan zaman ona məlumat vermişlər ki, X11 traktordan yıxılaraq xəsarət almışdır. O, hadisə yerinə çatan zaman X7 yerdə uzanılı formada olduğunu görmüşdür. O, oraya çatana kimi filialın işçiləri təcili tibbi yardım xidmətinə məlumat vermişlər. Bir müddət sonra təcili tibbi yardım əməkdaşları gələrək X9 Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar. Ona verilən məlumata əsasən X3 Təqsirləndirilən şəxs idarə etdiyi “MTZ 80” markalı 10-J-436 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş 10-Y-379 dövlət qeydiyyat nişanlı və 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşquların sonuncusundan, yəni 10-Y- 367 dövlət qeydiyyat nişanlı qoşquya yüklənmiş pambıqların üzərindən ehtiyatsızlıqdan yerə yıxılmış və baş nahiyəsi yerə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən hazıradək "xxxx" MMC-nin “MKT-Yevlax” filialında xam pambıq təsnifatçısı vəzifəsində işləyir. X11 "xxxx" MMC-nin “MKT-Yevlax” filialında mövsümi fəhlə vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 09:00-da X11 işə gəlmiş filial ərazisində olan pambıq tayalarından pambıqları traktorlara yükləmişdir. xx.xx.2025-ci tarixdə təxminən saat 10:10 radələrində o, filialın ərazisində olan zaman ona məlumat vermişlər ki, X11 traktordan yıxılaraq xəsarət almışdır. O, hadisə yerinə gedən zaman X7 yerdə uzanılı formada olduğunu görmüşdür. O “103” təcili tibbi yardım xidmətinə məlumat vermiş və onun məluamatı əsasında təcili tibbi yardım briqadası oraya gələrək X9 Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar. Ona verilən məlumata əsasən, X3 Təqsirləndirilən şəxs idarə etdiyi “MTZ 80” markalı 10-J-436 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş 10-Y-379 dövlət qeydiyyat nişanlı və 10- Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşquların sonuncusudan, yəni 10-Y-367 dövlət qeydiyyat nişanlı qoşquya yüklənmiş pambıqların üzərindən traktor hərəkətdə olduğu üçün ehtiyatsızlıqdan oradan arxa hissəyə yerə yıxılmış və baş nahiyəsi yerə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2012-ci il tarixdən əmək müqaviləsi əsasında "xxxx" MMC-nin “MKT- Yevlax” filialının direktoru vəzifəsində işləyir. X11 xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin “MKT-Yevlax” filialında mövsümi fəhlə vəzifəsinə təyin olunmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saat 09:00-da X11 işə gəlmiş filial ərazisində olan pambıq tayalarından traktorlara yüklənmiş pambıqları səliqəli formada yığaraq üzərini çadırla bağlamışdır. xx.xx.2025-ci tarixdə təxminən saat 10:10 radələrində filialda xidməti otağında olan zaman ona məlumat vermişlər ki, X11 traktordan yıxılaraq xəsarət almışdır. O, oraya çatana kimi filialın işçiləri təcili tibbi yarıma məlumat vermişlər. Bir müddət sonra təcili tibbi yardım əməkdaşları gələrək X9 Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar. Ona verilən məlumata əsasən X11 "xxxx" MMC-nin “MKT-Bərdə" filialının sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi “MTZ 80” markalı 10-J-436 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş 10-Y-379 dövlət qeydiyyat nişanlı və 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşquların sonuncusudan, yəni 10-Y-367 dövlət qeydiyyat nişanlı qoşquya yüklənmiş pambıqların üzərində olan zaman traktor hərəkət etdiyindən ehtiyatsızlıqdan oradan qoşqunun arxa hissəsindən yerə yıxılmış və baş nahiyəsi yerə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən hazıradək əmək müqaviləsi əsasında mövsümi olaraq "xxxx" MMC-nin “MKT- Yevlax” filialında yükləyici vəzifəsində işləyir. O, yükləyici traktorla pambıq tayasından pambıqları traktorlara yükləyir. X2 tanıyır. Müsəddiq onun iş yoldaşı olmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saat 09:00-da o, işə gedərək yükləyici traktorla pambıq tayasından pambıqları traktorlara yükləməyə başlamışdır. "xxxx" MMC-nin “MKT-Bərdə” filialında işləyən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “MTZ 80” markalı 10-J-436 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş 10-Y-379 dövlət qeydiyyat nömrə nişanlı və 10-Y-367 dövlət qeydiyyat nömrə nişanlı iki oxlu qoşqulara pambıq yüklədikdən sonra o, traktoru söndürüb yaranmış nasazlığı aradan qaldırmaq üçün traktordan yerə düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs iki qoşqulu traktoru hərəkətə gətirərək növbəti traktora yer vermək üçün traktorun hərəkət istiqamətini dəyişmişdir. Hər traktor üçün filialda bir fəhlə ayrılır və həmin fəhlə o, traktora pambıq yüklədikdən sonra qoşqunun üzərinə çıxıb pambıqları ayaqla səliqəli formada düzəldirlər və daha sonra həmin pambıqların üzərinə çadır bağlayırlar. Təqsirləndirilən şəxs traktoru idarə edərək istiqamətini dəyişən zaman o, qoşqunun üzərində kiminsə olduğunu görməmişdir, lakin traktor dayanandan sonra səs gəldiyini eşitmişdir. O, tez traktorun sonuncu qoşqusunun arxasına keçən zaman X7 arxa üstə yerə yıxıldığını və uzanılı formada qaldığını görmüşdür. X11 traktorun sonuncu, 10-Y- 367 dövlət qeydiyyat nişanlı qoşqusunun üzərinə yığılmış pambıq tayalarının üzərinə çıxmış və Təqsirləndirilən şəxs traktoru hərəkətə gətirərək istiqamətini dəyişib saxlayan zaman X11 oradan yerə yıxılaraq xəsarət almış və daha sonra Yevlax RMX-da ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin MKT-Bərdə filialında traktorçu işləyir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin sürətindən görünür ki, X11 "xxxx" MMC-nin MKT-Yevlax filialında mövsümi fəhlə işləmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Bərdə DAİM tərəfindən 16 yanvar 2024- cü il tarixində verilmiş SV031502 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs qüvvədə olan “T”, “TK”, “TT” və “H” dərəcəli sürücülük hüququ vardır. İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 24 yanvar 2025-ci il tarixli, 317 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sərxoş olmamışdır. İşin materiallarında olan 15 oktyabr 2024-cü il tarixli təhvil aktından görünür ki, “MKT-Bərdə” filialının direktoru M.C.Abdullayev tərəfindən “MTZ 80” markalı 10-J- 436 dövlət qeydiyyat nömrə nişanlı mexaniki nəqliyyat vasitəsi olan traktor və iki ədəd qoşquları (lapet) sürücü Təqsirləndirilən şəxs təhvil verilmişdir. İşin materiallarında olan hadisə yerinə baxış keçirilməsinə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 2 ünvanında yerləşən "xxxx" MMCnin “MKT-Yevlax” filialının inzibati binasının həyətində yerləşən pambıq tayaları yığılmış çardağın altında baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilərkən X1 "xxxx" MMC-nin “MKT- Bərdə” filialının sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi “MTZ 80” markalı 10-J- 436 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş 10-Y- 379 dövlət qeydiyyat nişanlı və 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşquların sonuncusudan, yəni 10-Y-367 dövlət qeydiyyat nişanlı qoşquya yüklənmiş pambıqların üzərinə çıxaraq pambıqları çadırla bağlayan zaman ehtiyatsızlıqdan oradan qoşqunun arxa hissəsindən yerə yıxılması və baş nahiyəsi yerə dəyməsi nəticəsində xəsarət alması müəyyənləşdirilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X20-Təcrübi Birliyinin 24 yanvar 2025-ci il tarixli, 03 saylı rəyindən görünür ki, X7 meyitində aşkar edilmiş xəsarətlər, açıq kəllə beyin travması, subdural və subaraxnoidal qansızma ilə ağırlaşan sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ almacıq sümüyünün yerini dəyişməyən sınığı bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa Ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə hündürlükdən yıxılma nəticəsində əmələ gəlməsi istisna edilmir. X1 bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinə qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün tibbi sənəddə qeyd edilən vaxtını inkar etmir. İşin materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 10 aprel 2025-ci il tarixli, 8/498 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, baş vermiş hadisənin yol-nəqliyyat hadisəsi olmasına istintaq tərəfindən qiymət verilməsi şəraitində, “MTZ 80” markalı 10-J-436 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisəinin qarşısını almağa texniki imkanı olmuşdur. İşin materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 10 aprel 2025-ci il tarixli, 10/1680 saylı məhkəmə təhlükəsizlik texnikası ekspertizası rəyindən görünür ki, "xxxx" MMC-nin “MKT-Yevlax” filialnda Orucov. Dağlar Saleh oğlunun idarə etdiyi “MTZ-80” markalı 10-Y-436 dövsət qeydiyyat nişanlı traktorun qoşqularına yüklənmiş pambığın üzəri çadırla bağlanan zaman işçilərin yükün üzərində olmasına və yükləyici fəhlə X8 10-Y-367 dövlət qeydiyyat nişanlı qoşqunun üzərində olan vəziyyətdə traktorun hərəkət etdirilməsinə yol verildiy ilə görə, baş vermiş hadisə ilə əlaqdar «Traktorlarda, kənd təsərrüfati və xüsusi təyinatlı maşınlarla işlərin aparılması zamanı təhlükəsizlik texnikası qaydaları»nın 226-cı bəndinin və "xxxx" MMC-nin “Traktorçunun vəzifə təlimatı’em traktorçunun vəzifələrinə oair 1, 9, 13 və 18-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilatı səbəbi olmuşdur. "xxxx" MMC-nin “Traktorçunun vəzifə təlimatf’nın traktorçunun vəzifələrinə dair 1,9, 13 və 18-ci bəndlərinin tələbləri “MKT-İK" MMC-nin “MKT-Bərdə” filialnda sürücü işəyən (“MTZ-80” markalı 10-Y-436 dövlət qeydiyyat nişanlı traktoru idarə edən) Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Traktorun qoşqusuna yüklənmiş pambığın üzərim çadırla bağlayan zaman işçlərin yükün üzərində olmasına və yükləyici fəhlə X12 10-Y-367 dövlət qeydiyyat nişanlı qoşqunun üzərində olan vəziyyətdə traktorun hərəkət etdirilməsinə yol verildiyinə görə, «Traktorlarda, kənd təsərrüfati və xüsusi təyinatlı maşınlarla işlərin aparılması zamanı təhlükəsizlik texnikası qaydaları»nın 226-cı bəndləri MKT-İK” MMC-nin “MKT-Yevlax” filialında yükləmə işlərinə rəhbərlik edən (işlərin təhlükəsiz üsullarla aparılmasına cavabdeh olan) şəxs tərəfindən pozulmuşdur. Traktorun qoşqusuna yüklənmiş pambığın üzərini çadırla bağlanması işinin təhlükəsizlik texnikası qaydalarına uyğun aparılmasının təşkil edilmədiyini nəzərə aldıqda, zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması müəyyən edilmir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon İcra hakimiyyəti başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 iyul 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. kəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmamasını, ilk dəfə və ehtiyatsızlıqdan cinayət törətməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin avtomobillər üçün nəzərdə tutulmuş müvəqqəti saxlama duracağında saxlanılan “MTZ 80” markalı 10-J-436 dövlət qeydiyyat nömrə nişanlı traktor, 10-Y-379 dövlət qeydiyyat nişanlı və 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşqular hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" MMC-nin “MKT- Bərdə” filialına qaytarılmalıdır. İş üzrə maddi sübut olan yol-nəqliyyat hadisəsinin görüntüsünü əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə 187 (bir yüz əsksən yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Məhkəmə dövrü üçün göstərilən 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin avtomobillər üçün nəzərdə tutulmuş müvəqqəti saxlama duracağında saxlanılan “MTZ 80” markalı 10-J-436 dövlət qeydiyyat nömrə nişanlı traktor, 10-Y-379 dövlət qeydiyyat nişanlı və 10-Y-367 dövlət qeydiyyat nişanlı iki oxlu qoşqular hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" MMC-nin “MKT- Bərdə” filialına qaytarılsın. İş üzrə maddi sübut olan yol-nəqliyyat hadisəsinin görüntüsünü əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 187 (bir yüz əsksən yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə dövrü üçün göstərilən 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar