Məhkəmə qərarları › İş №1(039)-92/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-92/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-92/2022 07.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli 1(039)-146/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 31 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 04 mart 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 133-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəheroini əldə etmiş, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,557 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, 02 mart 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində həmin narkotik vasitə olan heroindən 0,230 qram olan hissəsini tanışı Şahid3 10 manata satmış, 02 mart 2022-ci il tarixdə saat 18:30-da Şahid3 narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə, Yevlax şəhəri, C.Kərimov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin günü saat 19:15-dən saat 19:30-dək müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 0,230 qram miqdarında narkotik vasitəheroin aşkar olunaraq götürülmüş, 03 mart 2022-ci il tarixdə saat 10:00-da Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, C.Kərimov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin günü saat 10:35-dən saat 11:00-dək müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 0,327 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2010-cu ildən narkotik vasitə olan heroindən istifadə edir. 03 mart 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evin yerləşdiyi küçədə, evinin yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu saxlamış, özlərini ona təqdim edərək Yevlax RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər. Yevlax RPŞ-də onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ona müdafiəşi təyin edilmişdir. Həmin günü saat 10:35-dən saat 11:00-dək olan müddət ərzində Yevlax RPŞ-də vəkili X4 iştirakı və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən yəni, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş və büküm ilə birlikdə ümumi çəkisi 0,43 qram olan narkotik vasitə- heroin aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-heroin özünə məxsusdur. Narkotik vasitə-heroin istifadəçisidir. Ondan aşkar olunaraq götürülmüş narkotik vasitə-heroini istifadə etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-heroini 02 mart 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evin yerləşdiyi küçədən tapmışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitəheroini tanıdığından istifadə etmək məqsədilə götürərək cibinə qoymuşdur. 02 mart 2022ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində həmin narkotik vasitə olan heroindən 0,230 qram olan hissəsini tanışı Şahid3 10 manata satmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 03 mart 2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 03 mart 2022-ci il tarixli Ə-156-195-22 nömrəli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X3 iştirakı ilə əməliyyataxtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin günü saat 10 radələrində CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri, C.Kərimov küçəsinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt C.Kərimov küçəsində olması barədə məlumatı olmuşdur. Onlar C.Kərimov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar və Təqsirləndirilən şəxs saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini və üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməməyi xahiş etmişdir. Onlar onun xahişini nəzərə alaraq, Rəşidi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Rüstəm Həsənova təhvil vermişlər. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X4 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X13 rayon polis şöbəsinə dəvət edilmişdir. Rüstəm Həsənov xidməti iş otağında onun, Şahid2 və vəkil Hüseyn Abbasovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru X8 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. Rüstəm Həsənov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşuldu və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanımış, ancaq onun üzərindən başqa əşya və predment aşkar edilməmişdir. Rüstəm Həsənov Təqsirləndirilən şəxs həmin büküldə nə olmasını soruşduqda, sonuncu həmin bükülünün içərisində narkotik vasitə-heroin olduğunu bildirmişdir. Rüstəm Həsənov həmin bükülünü açmış və həmin bükülünün içərisinə baxdıqda içərisində narkotik vasitə-heroinə bənzər kütlə olması aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,43 qram olması müəyyən edilmişdir. Həmin müddət ərzində Rüstəm Həsənov və daha sonra vəkil Hüseyn Abbasov tərəfindən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hardan əldə etməsi soruşulmuş və Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə yaşadığı küçədən tapmış olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə-heroini haradan əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor və təzyiq tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildən bəri narkotik vasitə-heroin istifadə edir. 02 mart 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demiş və onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər. Həmin günü, yəni 02 mart 2022-ci il tarixdə saat 19:15-dən saat 19:30-dək olan müddət ərzində Yevlax RPŞ-də vəkili X5 iştirakı və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd kağıza bükülmüş və büküm ilə birlikdə ümumi çəkisi 0,30 qram olan narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-heroin onun özünə məxsusdur. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə-heroini istifadə etmək üçün üzərində saxlamışdır. Ondan aşkar edilərək götürülmüş narkotik vasitə-heroini 02 mart 2022-ci il tarixdə saat 19 radələrində polis əməkdaşları tərəfindən saxlanılmazdan öncə Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan Təqsirləndirilən şəxs onun yaşadığı evin qarşısında ona 10 manat pul verərək almışdır. Rəşidə bir ədəd 10 manatlıq pul əskinazı vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi üçün onun evinin qarşısna gedərək ondan narkotik vasitə heroin istəmiş və Təqsirləndirilən şəxs 10 manat pul qarşılığında ona bir ədəd kağız bükümdə olan narkotik vasitə-heroin satmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olan zaman polis əməkdaşları ona heç bir zor və təzyiq tətbiq etməmişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd siqaret kağızına bükülmüş, içərisində narkotik vasitə olan heroini əynindəki şalvarın sağ yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 15 mart 2022-ci il tarixli 17/212 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid3 üzərindən aşkar olunaraq götürülmüş heroinə bənzər kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşüağ rəngli kağız bükümdə olan heroin ilə üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,43 qram heroinə bənzər kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. a) Heroinin təmiz çəkisi-0,180 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq- 0,130 qram. b) Heroinin təmiz çəkisi-0,277 qram, tədqiqata sərf edildi 0,005 qram, qalıq- 0,227 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 13 aprel 2022-ci il tarixli 483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji kabinetinin 04 mart 2022-ci il tarixli 264 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2010-cu ildən Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli 1(039)-146/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 31 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 4(039)-52/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahid ifadələri, şəxsi axtarış protokolu, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. X6 cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 03 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,277 qram və 0,130 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 03 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,277 qram və 0,130 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar