Məhkəmə qərarları › İş №1(039)-92/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-92/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-92/2023 12.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1947-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Yevlax rayon Tanrıqulular kəndində özünə məxsus torpaq sahəsində təmizlik işləri görmək məqsədi ilə ərazidə qurumuş kol-kosları üzərində olan kibritlə od vuraraq yandırmış və alovun özünə məxsus ərazidə sönməsini gözləmədən etinasızlıq göstərərək yanğını nəzarətsiz qoyaraq həmin ərazini tərk edib çıxıb getmiş, Təqsirləndirilən şəxs öz torpaq sahəsində yandıraraq nəzarətsiz qoyduğu yanğının qığılcımları ehtiyatsızlıqdan xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində həmin ərazinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs2 məxsus qamışdan olan heyvandarlıq tövləsini alışdırması nəticəsində həmin tövlədə saxlanılan Zərərçəkmiş şəxs1 məxsus olan 1 baş qoyunun dəyəri 200 manat olan, cəmi 22,000 manat dəyərində 110 baş xırda buynuzlu qoyunları, 1 baş quzunun dəyəri 100 manat olan, cəmi 7,600 manat dəyərində olan 76 baş xırda buynuzlu quzuları, 1 ədədinin dəyəri 10 manat olan, cəmi 250 manat dəyərində olan 25 ədəd ev quşu toyuqları, 1 ədədinin dəyəri 10 manat olan, cəmi 90 manat dəyərində olan 9 ədəd ev quşu qazlarını, 1 ədədinin dəyəri 30 manat olan, cəmi 180 manat dəyərində olan 6 ədəd ev quşu olan hind quşlarını odla ehtiyatsız davranma üzündən məhv edərək Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda 30,120 manat ziyan vurmuş və Zərərçəkmiş şəxs2 məxsus dəyəri 1,000 manat olan Yevlax rayon Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 90 m2 olan bir mərtəbəli tövləni odla ehtiyatsız davranma üzündən məhv etmişdir. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, yaşadığı Tanrıqulular kəndində özünə məxsus torpaq sahəsində kənd təsərrüfatı ilə məşğuldur. Ona məxsus torpaq sahəsindən təxminən 500 metr kənarda həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsi və həmin torpaq sahəsinin üstündə heyvan saxlamaq üçün iki tikili olmuşdur. Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsini və üzərində olan tikililəri Daşkəsən rayonundan olan Zərərçəkmiş şəxs1 icarəyə vermiş və sonuncu, həmin sahədə özünə məxsus iri və xırda buynuzlu heyvanları və ev quşlarını saxlayırdı. Hər ikisi ilə münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət olmamışdır. 21 fevral 2023-cü il tarixdə, təxminən saat 16:00-da qonşusu Şahid özünə məxsus traktorla onun torpaq sahəsinə peyin aparmasını xahiş etmişdir. Şahid traktorun yük qoşqusuna peyin yığıb gətirmiş və peyini ona məxsus torpaq sahəsinə boşaltmışdır. Həmin ərazidə olan zaman torpaq sahəsinin ətrafında qurumuş kol-kos olduğundan onları yandırmaq qərarına gəlmiş və bu məqsədlə də üzərində olan kibritlə həmin ərazini yandırmışdır. Bundan sonra odun sönməsini gözləmədən oradan çıxıb getmişdir. Gecə saat təxminən 01:00-da Zərərçəkmiş şəxs1 onlara gələrək heyvan saxladığı, Zərərçəkmiş şəxs2 məxsus qamışdan olan tövləsinin yandığını və həmin vaxt tövlədə olan özünə məxsus xırda buynuzlu heyvanların və ev quşlarının da yanaraq tələf olduğunu ona söyləmişdir. Səbəbini soruşduqda Zakir bildirmişdir ki, torpaq sahəsində olan bitkiləri yandırdıqdan sonra həmin od nəzarətsiz qalmış və geniş əraziyə yayılaraq tövləni yandırmış və bunun nəticəsində heyvanlar tələf olmuşdur. Bunu qəsdən etməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ondan vurulmuş 38,000 manat ziyanın ödənilməsini tələb etmişdir. İstintaq dövründə Zərərçəkmiş şəxs1la razılaşaraq ona 8,000 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs1 da öz növbəsində ərizə təqdim edərək ondan heç bir tələbinin olmayacağını bildirmişdir. Lakin, sonradan Zərərçəkmiş şəxs1 yenə də ondan 38,000 manat pul tələb etmişdir. Mülki iddianı qismən qəbul edərək, Zərərçəkmiş şəxs1, sonuncu, ziyanın tam olaraq ödənilməsinə dair ərizə təqdim etdikdə daha 4,000 manat ödəməyə hazır olduğunu bildirmişdir. Əməlindən peşman olduğunu, vurulmuş zərəri gələcəkdə tam olaraq ödəyəcəyini qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, çobanlıqla məşğuldur. Yevlax rayonu Tanrıqulular kənd sakini Zərərçəkmiş şəxs2la şifahi razılaşma əsasında özünün iri və xırda buynuzlu heyvanlarını qış aylarında sonuncuya məxsus olan, həmin kənddə yerləşən torpaq sahəsinə gətirib heyvanları və ev quşlarını orada olan tövlədə saxlayır. Bunun müqabilində Zərərçəkmiş şəxs2 müəyyən haqq ödəyir. Bu il də özünə məxsus heyvanları yenə də həmin əraziyə gətirmişdir. Zərərçəkmiş şəxs2 məxsus ərazidə 150 baş xırda buynuzlu, 41 baş iri buynuzlu heyvanları, habelə ev quşları saxlamışdır. Xırda buynuzlu heyvanları orada olan qarğıdan düzəldilmiş tövlədə, iri buynuzlu heyvanları isə ayıraraq daşdan tikilmiş tövlədə saxlamışdır. 21 fevral 2023-cü il tarixdə hər gün olduğu kimi heyvanları örüşə aparıb axşam saatlarında geri dönmüş və qoyunları qamışdan hazırladığı tövləyə, iri heyvanları isə daşdan hazırlanmış tövləyə salmışdır. Geri dönən zaman ərazinin qonşuluğunda yerləşən Əmrah adlı şəxsin torpaq sahəsində yanğın olduğunu görmüşdür. Anlamışdır ki, Əmrah kişi ərazini kol koslardan təmizləmək məqsədi ilə oraları yandırmışdır. Gecə saat təxminən 01:00-da tövlənin yaxınlığından səs küy gəldiyini eşitmiş və bayıra çıxdıqda qoyun saxladığı, qamışdan hazırlanmış tövlədə yanğın olduğunu görmüşdür. Tövləyə yaxınlaşmaq istəmiş, lakin həmin vaxt artıq yanğın genişləndiyi üçün o, tövləyə yaxınlaşa bilməmişdir. Bundan sonra digər iri buynuzlu heyvanların olduğu tövlənin qapısını açaraq orada olan həmin heyvanları ərazidən uzaqlaşdırmışdır. Baş vermiş yanğınla bağlı ilkin olaraq DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Az sonra əraziyə Yevlax rayon yanğından mühafizə xidməti gəlmiş və onların köməkliyi ilə yanğının geniş əraziyə yayılmasının qarşısı alınmışdır. Aralarında heç bir ədavət olmasa da, buna dair hər hansı sübutu olmasa da, hesab edir ki, həmin yanğını Təqsirləndirilən şəxs və ona kibriti verən Şahid qəsdən törətmişlər. Baş vermiş yanğın hadisəsi zamanı qarğıdan hazırlanmış tövlədə olan ona məxsus olan 200 baş qoyun və quzuları, 9 ədəd qaz, 9 ədəd hind quşu və 25 ədəd toyuq yanaraq tələf olmuşlar. Baş vermiş yanğın zamanı ona 38.000 manatdan çox maddi ziyan dəymişdir. İstintaq dövründə Təqsirləndirilən şəxs tərəfindən ona 8,000 manat pul ödənilmişdir. Həmin məbləğ ödənildikdən sonra ərizə imzalasa da, həmin ərizənin mahiyyətini anlamamışdır. Bir neçə gün öncə Təqsirləndirilən şəxs yenidən ona müraciət edərək maddi ziyanın qalan hissəsini ödəməmək şərti ilə ona 4,000 manat pul təklif etmişdir. Lakin o, həmin məbləğlə razılaşmamışdır. Təqsirləndirilən şəxs tərəfindən daha 6,000 manat ödənilərsə qalan iddiadan imtina edəcəyini söyləmişdir. Aralarında razılaşma baş tutmamışdır. Bu səbəbdən iddiasını tam olaraq müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, yaşadığı Yevlax rayonu Tanrıqulular kəndində sahibliyində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Bu torpaq sahəsi rəsmi olaraq onun adına qeydiyyatdan keçməmişdir. Həmin sahədə öz vəsaiti hesabına biri qamışdan, digəri isə daşdan olmaqla iki tikili inşa etdirmişdir. Bunun üçün təxminən 1,000 manat pul xərcləmişdir. Həmin sahəni və sahənin üzərində olan tikililəri Zərərçəkmiş şəxs1 istifadəsinə vermişdir. Zərərçəkmiş şəxs1 həmin ərazidə özünə məxsus iri və xırda buynuzlu heyvanlar və ev quşları saxlayır. 22 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 onun yaşadığı evə gələrək bildirmişdir ki, qoyunları saxladığı tövlə yanmış və heyvanları tələf olmuşdur. Zərərçəkmiş şəxs1 hadisənin necə baş verdiyini soruşduqda bildirmişdir ki, 21 fevral 2023-cü il tarixdə axşam saatlarında onun torpaq sahəsinin yaxınlığında yerləşən həmkəndlisi Təqsirləndirilən şəxs məxsus torpaq sahəsini Əmrah kişi təmizləyərək orada bitmiş kol kosları yandırmış, nəzarətsiz olduğundan yanğın geniş əraziyə yayılmış və orada yerləşən tövləni də alışdırmışdır. Bundan sonra o, həmin yanğın baş vermiş əraziyə getmiş və əraziyə getdikdə qamışdan tikilmiş tikilidə olan Zərərçəkmiş şəxs1 məxsus xırda buynuzlu heyvanların və ev qularının yanaraq tələf olduğunu görmüşdür. Təqsirəndirilən şəxsdən heç bir tələbinin və şikayətinin olmadığını qeyd edərək, cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Şahid bildirmişdir ki, 21 fevral 2023-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ona müraciət edərək traktorla onun torpaq sahəsinə peyin daşımaq lazım olduğunu bildirmişdir. Həmin gün idarə etdiyi özünə məxsus traktorun qoşqusuna Təqsirləndirilən şəxs məxsus evin həyətindən peyin yığdıqdan sonra peyini onun torpaq sahəsinə aparmışdır. Peyini həmin əraziyə boşaltmış və oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs həmin əraziyə od vurmasını görməmiş, bu məqsədlə ona kibrit verməmişdir. Zərərçəkmiş şəxs1 tanımır və onunla hər hansı ədavəti olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 31 mart 2023-cü il tarixli, 10/1704 nömrəli ekspertiza rəyində qeyd olunur ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, kənardan düşmüş qığılcımların qamışdan olan tövləni alışdırması nəticəsində baş vermişdir. (səh. 98-99) "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏQ-271/2023 saylı mütəxəssis rəyində qeyd olunur ki, aparılmış təhlillərə və hesablamalara əsasən Yevlax rayon Tanrıqulular kəndi ərazisində Zərərçəkmiş şəxs2 məxsus 90 kv.m bir mərtəbəli ferma tipli tikilinin yenidən quraşdırılması üçün təmir işlərinin görülməsində istifadə olunacaq tikinti materiallarına çəkiləcək xərclərin və təmir işlərinin görülməsində ustaya fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin miqdarı xərc yanaşması metodu ilə 2023-cü ilin fevral ayına real bazar dəyəri 1,000 (min) manat təşkil edir. (səh. 123-130) "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏQ-270/2023 saylı mütəxəssis rəyində qeyd olunur ki, aparılmış təhlillərə və hesablamalara əsasən Yevlax rayonu Tanrıqulular kəndi ərazisində 90 kv.m bir mərtəbəli fermada yanaraq məhv olunmuş 1 ədədinin dəyər 200 manat olan 110 baş xırda buynuzlu qoyunlar, 1 ədədinin dəyəri 100 manat olan 76 baş xırda buynuzlu quzular, 1 ədədinin dəyəri 10 manat olan 25 ədəd ev quşu toyuqlar, 1 ədədinin dəyəri 10 manat olan 9 ədəd ev quşu qazlar, 1 ədədinin dəyəri 30 manat olan 6 ədəd ev quşu olan hindquşlarının 2023-cü ilin fevral ayına real bazar dəyəri 30,120 manat təşkil edir. (səh. 114-120) Cinayət Prosessual Məcəllə: Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Maddə 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Maddə 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Mülki Məcəllə: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bu əməli qəsdən törətdiyini qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 öz ifadəsində Təqsirləndirilən şəxslə və Şahidla hər hansı bir ədavətinin olmadığını, 21 fevral 2023-cü il tarixdə məhz Təqsirləndirilən şəxs məxsus ərazidə yanğının olduğunu gördüyünü bildirmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1 maddəsi ilə, yəni özgənin əmlakını odla ehtiyatsız davranma üzündən xeyli miqdarda ziyan vurmaqla məhv etməsı, özünün etirafı, zərər çəkmiş şəxslərin və şahidin ifadəsi, ekspertiza rəyi, əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyləri ilə tam sübuta yetirilmiş və ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməklə digər hissəsini ödəməyə cəhd etməsini, təqaüdçü olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Mülki iddia ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuna zidd əməli nəticəsində mülki iddiaçıya maddi ziyanın vurulduğu tam sübuta yetirilmişdir. Mövcud mütəxəssis rəyləri ilə bu əməl nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 30,120 manat məbləğində maddi ziyanın vurulduğu təsdiq olunur və məhz bu məbləğ əsasında Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür. Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiada ona 38,000 manat maddi ziyan vurulduğunu qeyd etsə də, buna dair sübut təqdim etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 8,000 manat artıq ödənildiyi sonuncunun özünün etirafı ilə də təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməklə 22,120 manat, habelə həmin məbləğə mütənasib ödənilməli olan dövlət rüsumunun əvəzi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalı, qalan hissə mülki iddia təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyərinin 105 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 22,120 manat maddi ziyan, habelə 156.36 manat dövlət rüsumunun əvəzi, cəmi 22.276 (iyirmi iki min iki yüz yetmiş altı) manat 36 (otuz altı) qəpik mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. Qalan hissədə mülki iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 105 (yüz beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ **********0002088501 коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar