Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-92/2024 29.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Yevlax rayonu, Nərimanabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 24 dekabr 2023-cü il tarixdə, saat 18:00 radələrində sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi qardaşı X3 məxsus “VAZ 2101 minik” markalı ** BB *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Yevlax rayonunun Nemətabad kəndinin ərazisindən keçən asvalt örtüklü yolla Yevlax şəhərindən Yevlax rayonunun Nərimanabad kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozmuş, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək yolun hərəkət hissəsində olan piyada X16 həmin idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq sonuncuya törəndiyi anda həyat üçün təhlükəli olmaqla ölümlə birbaşa səbəbli əlaqəli olan və bu əlamətlərinə görə sağlamlığa ağır zərər vuran “baş beyinə qansızma ilə müşayiət olunan qapalı kəllə beyin travması, kəllə tağı əsası sümüklərinin sınığı” xəsarətlərini yetirməklə X12 həmin xəsarətlər nəticəsində ölməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yevlax rayonunun Nərimanabad kəndində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq hər hansı bir yerdə işləmir. Onun iki azyaşlı övladı vardır və övladlarına o baxır. Onun “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil qardaşı Rauf Adıgözəlovun adınadır. Həmin avtomobil onun istifadəsindədir və o, həmin avtomobili etibarnamə əsasında idarə edir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır və sürücülük vəsiqəsində hər hansı bir məhdudiyyət yoxdur. O, “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı kəntdə taksilik edərək gündəlik yaşamını təmin edir. O, rəsmi olaraq evlənib boşanmış və onun evliliyindən iki azyaşlı övladı vardır və həmin uşaqlar onun himayəsindədir və onunla birlikdə Yevlax rayonunun Nərimanabad kəndində yaşayırlar. Keçmiş arvadının maddi təminatı ondanda pis olduğu üçün uşaqlara o baxır. O, 24 dekabr 2023-cü il tarixdə axşam saat 18:00 radələrində “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Yevlax rayonunun Nemətabad kəndinin içərisindən keçən asfalt örtüklü yolla Yevlax şəhərindən gələrək yaşadığı Yevlax rayonu Nərimanabad kəndinə getmişdir. O, Nemətabad kəndinin ərazisindən keçən asfalt örtüklü yolla hərəkətdə olarkən hava qaranlıq olduğundan yol yaxşı görünmədiyi üçün öz hərəkət zolağında yolun hərəkət hissəsində kimliyini sonradan bildiyi X16 vurmuş və bu zaman da Barı Mamayev yolun sağ tərəfinə yıxılmışdır. Belə ki, o, Barı Mamayevi ilk öncə görməmiş ancaq avtomobillə vuran anda görmüşdür. Həmin vaxt Barı Mamayevin üzərində qara rəngli paltar olduğu və qış axşamı olduğu üçün hava da çox qaranlıq olduğundan, həmçinin həmin vaxt avtomobili yaxın işıqlarla idarə etdiyi üçün o Barı Mamayevi görə bilməmişdir. O, Barı Mamayevi vurduqdan sonra dərhal avtomobili saxlamış və avtomobildən düşərək Barı Mamayevə tərəf qaçmış və tez yerdən götürərək avtomobilin arxa otuacağına qoymuş və Yevlax şəhəri Mərkəzi Xəstəxanasına aparmışdır. O aparan zaman Barı Mamayev sağ olsada xəstəxanada ölmüşdür. Həmin hadisə 24 dekabr 2023-cü il tarixdə axşam saat 18:00 radələrində Yevlax şəhərindən yaşadığı Yevlax rayonu Nərimanabad kəndinə gedərkən Yevlax rayonun Nemətabad kəndinin ərazisindən keçən asvalt örtüklü yolun hərəkət hissəsində, onun hərəkət istiqamətində və onun hərəkət zolağında baş vermişdir. Onun “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sənədləri olmuşdur. Onun hərəkət etdiyi yolda maksimum sürət həddi 60 km/saat olmuşdur. Hadisə baş verən zaman onun hərəkət etdiyi maksimum sürət həddi 50-60 km/saat olmuşdur. Həmin yol-nəqliyyat hadisəsi baş vermiş ərazidə gediş və gəliş zolaqlarını ayıran hər hansı bir xətt yoxdur. Həmçinin həmin yol işıqlandırılmamışdır. Həmin yerdə, yəni Barı Mamayevi vurmuş olduğu yolda, yolun həmin hissəsində piyadaların hərəkəti üçün nəzərədə tutulmuş keçid, yəni yoldan piyadaların keçidinin təmin etmək üçün üfüqi və şaquli nişanlama olmamışdır. Həmin yerdən piyadaların keçidi nəzərdə tutulmamışdır. Hadisə qısa zaman kəsiyində, bir anın içərisində olmuş və o Barı Mamayevin yolun kənarında, yolun hərəkət hissəsində olduğunu və yolun hərəkət hissəsini keçmək istəməsini görməmişdir. Həmin vaxt hava qaranlıq olmuş və yol işiqlandırılmamışdır. O, Barı Mamayevi gördüyü zaman avtomobilin ön hissəsi sonuncuya dəymişdir. Həmin yol nəqliyyat hadisəsi baş verən zaman onun avtomobilində hər hansı bir şəxs olmamışdır. O, avtomobildə tək olmuşdur. O, həmin yol-nəqliyyat hadisəsi nəticəsində hər hansı bir xəsarət almamışdır. Onun idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində Barı Mamayevin ölməsi ilə bağlı özünü təqsirli, yəni günahkar hesab edir. O, spirtli içki və narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddə istifadə etmir, hadisədən öncə və ya həmin gün ərzində istifadə etməmiş və həmin hadisə zamanı spirtli içki, narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddənin təsiri altında olmamışdır. O, tam ayıq vəziyyətdə olmuşdur. Qeyd olunanlarla yanaşı, cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə etməsini, himayəsində iki azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi varisi X8 ifadəsində bildirmişdir ki, Yevlax rayonunun Nemətabad kəndində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. 24 dekabr 2023-cü il tarixdə Yevlax rayonunun Nemətabad kəndində baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölən X21 onun atasıdır. O, atasının hüquqi varisi qismində tanınmağını özü xahiş etmişdir. X11 birlikdə Yevlax rayonunun Nemətabad kəndində yaşamışdır. Onun X23 24 dekabr 2023-cü il tarixdə axşam saatlarında yaşadıqları Yevlax rayonunun Nemətabad kəndindən keçən asval örtüklü yolda piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2101” markalı avtomobillə bilməyərəkdən, yəni ehtiyatsızlıqdan onun X23i vurmuş və həmin hadisə nəticəsində X23 ölmüşdür. Onunla, ailəsilə, həmçinin mərhum atası X20 Adıgözəlov və onun ailəsi arasında hər hansı bir ədavət, düşmənçilik, mübahisə olmamışdır. Onların münasibətləri hər zaman yaxşı olmuşdur. Onun həmin hadisə ilə əlaqədar, yəni atası X12 ölümü ilə əlaqədar Təqsirləndirilən şəxs, həmçinin hər hansı bir şəxsdən hər hansı bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışıb və ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin DYPBnin inispektroru vəzifəsində işləyən Şahid Vidadi oğlu ifadəsində bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin DYPB-nin inispektoru vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. O, 24 dekabr 2023-cü il tarixdə Yevlax rayon ərazisində xidmətdə olmuşdur. O, xidmətdə olan zaman yol-nəqliyyat hadisəsi olması, yəni piyadanın vurulması və hazırda Yevlax şəhəri Mərkəzi Xəstəxanasında olması barədə Yevlax RPŞ-nin Növbətçi Hissəsindən məlumat almışdır. O, dərhal Yevlax şəhəri Mərkəzi Xəstəxanasına getmişdir. O, ora gedən zaman ona məlum olmuşdur ki, həmin piyadanı idarə ertdiyi “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə vuran Təqsirləndirilən şəxs da Yevlax şəhəri Mərkəzi Xəstəxanasındadır, hətta vurmuş olduğu piyada X16 da xəstəxanaya özü həmin avtomobillə gətirmişdir. Barı Mamayev almış olduğu xəsarətlər nəticəsində Yevlax şəhəri Mərkəzi xəstəxanasında öldükdən sonra müstəntiq tərəfindən xəstəxanada aparılan istintaq hərəkətləri yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs piyada Barı Mamayevi vurmuş olduğu yerə getmişlər və Təqsirləndirilən şəxs hadisəni yerini göstərmişdir. Bu zaman onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X13 ölməsi fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır.(iş vər.01); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2023-ci il tarixli 1327 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:10-də müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur.(iş vər.17); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla yolun hərəkət hissəsi üfüqi və düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Yevlax rayonu Nemətabad kənd ərazisindən keçən hissəsində baş vermişdir.(iş vər 18-25); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2022-ci il tarixdə verdiyi B1, B, C1, C seriyalı BD211193 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə xx.xx.2032-ci ilədək qüvvədədir.(iş vər.29); AZ seriyalı BD261824 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ2101” markalı **-BB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil sahibi X4r.(iş vər.29) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16-11/2-1228/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Yevlax RQİ və TBŞ-si tərəfindən BD 211193 saylı “B1, B, C1, C” kateqoriyalı sürüclük vəsiqəsi verilmişdir. (etibarlılıq müddəti xx.xx.2032-ci il tarixinədək) Təqsirləndirilən şəxs DİN-in MİS-də olan məlumata əsasən sürücülük hüququndan məhdudlaşdırılmamışdır.(iş vər.40); Yevlax rayonu Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9-15/2-17/2024 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2016ci il təvəllüdlü X6 adlı uşaqları vardır.(iş vər.40); Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 47 №li rəyindən görünür ki, 1937-ci il təvəllüdlü mərhum X12 meyitində aşkar edilmiş xəsarətlər-baş beyinin qansızma ilə müşaiət olunan qapalı kəllə beyin travması, kəllə tağı əsası sümüklərinin sınığı bərk küt alətin təsirindən əmələ gəlmişdir, sağlamlığa ağır zərər vurmaya xas əlamatlərə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisnaedilmir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinə qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümünü meyitin müayinəsindən 1,5-2 saat əvvəl baş veriyini göstərər. X5 meyitindən göstərilmiş duru qanın kimyavi tədqiqatı nəticəsində etil sprti, narkotik maddələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir.(iş vər.51-53); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vər. 54); Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/315 saylı rəyindən görünür ki, VAZ-2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(iş vər. 68-70); Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır.(iş vər.77-78); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.( iş vər.92-93); Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X8 zərərçəkmiş şəxs X12 hüquqi varisi qismində tanınmışdır.(iş vər.96- 97); Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “ VAZ 2101” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax RPŞ-nin DYPB-nin cərimə meydançasına yerləşdirilmişdir.(iş vər.106-112); Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur ona dəymiş ziyan ödənilmiş və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ilk dəfə ehtiyatsızlıqdan törədilmiş əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal (CM-61) müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur, iş üzrə maddi sübut hesab edilən “VAZ 2101” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 2101” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 məhkəmədə göstərdiyi 3 (üç) saat 30 30 (otuz) dəqiqə müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 21 (iyirmi bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X10 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-92/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-92/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver