Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-92/2025 15.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci il təvəllüdlü, Kəlbəcər rayonunda anadan olmuş, evli, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, M.P.Vaqif küçəsi ev 18-də qeydiyyatda olmaqla Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs **********76-10301 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla xüsusi mülkiyyətində olan, ünvan 1-də yerləşən, tikintisi davam edən qeyriyaşayış obyektində hər hansı hüquqi və ya fiziki şəxslə yenidənqurma işlərinin həyata keçirilməsinə və icrasına dair qanunvericilikdə nəzərdə tutulan podrat müqaviləsi bağlamadan yenidənqurma işlərinə özü tərəfindən rəhbərlik edilərək (qeyri-yaşayış obyektinin mülkiyyətçisi kimi) “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.2 və 1.3-cü bəndlərinin tələblərini pozaraq tikinti və yenidənqurma işlərinə aralarında heç bir əmək və xidməti müqavilə olmadan və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirmədən qeyri-qanuni əsaslarla suvaq ustası kimi Yevlax rayonunun Yuxarı Qarxun kənd sakini, xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Xanoğlan oğlunu 2024-cü ilin dekabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündən başlayaraq işlərin görülməsinə cəlb etmiş, 23 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs həmin qeyri-yaşayış obyektində suvaqvurma işləri görən zaman o, “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.10, 1.11, 1.19, 1.20, 1.30, 2.1 və 2.26-cı bəndlərinin tələblərini pozaraq Zərərçəkmiş şəxs işlədiyi müddətdə fərdi mühafizə vasitələrinin verilməsini təmin etmədiyinə, hündürlükdə aparılan tikinti (suvaq) işlərinin təhlükəsiz şəraitdə yerinə yetirilməsi üçün tapşırdığı iş sahəsində normativ tələblərə uyğun ayaqaltı vasitələrin quraşdırılmasını təmin etmədiyinə və təhlükəli şəraitdə (təxminən 2 metr hündürlüyü olan divarın üstündə dayanmaqla) suvaq işlərinin aparılmasına yol verdiyinə görə Zərərçəkmiş şəxs ehtiyatsızlığından həmin obyektin hündürlükdə olan divarının üstündən yıxılaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran TH7 fəqərəsinin sağ yan çıxıntısının minimal yerini dəyişmiş sınığı, sağ Vİ-Vİİ və X qabırğaların cismində və İX-Xİİ qabırğaların fəqərə ucları yaxınlığında yerini dəyişməmiş sınığı xəsarətlərini aldığından onun tərəfindən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs Xanoğlan oğlunun sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin ərazidə qeyri-yaşayış obyektinin tikilməsi üçün müvafiq dövlət qurumlarından arayışlar və Yevlax şəhər icra hakimiyyətindən obyektin tikintisinə icazə sənədi alındıqdan sonra 2024-cü ilin noyabr ayının əvvəllərində xatırlamadığı günündə obyektin tikintisi başlanmışdır. Həmin obyektdə əvvəl usta kimi işləmiş Raqif adlı şəxsə həmin obyektdə divar hörgüsü və suvaq işlərinin yerinə yetirilməsi üçün usta lazım olduğunu bildirmiş, 2024-cü ilin dekabr ayının əvvəllərində usta Raqifin vasitəsilə adlarının Zərərçəkmiş şəxs, Samitin qardaşı Şahid2, qohumları Şahid3 və Şahid4 ilə görüşərək sözügedən obyektə divar hörgüsü və suvaq vurulması işlərinin yerinə yetirilməsi barədə razılaşmışlar. Zərərçəkmiş şəxs, Samirin qardaşı Şahid2, qohumları Şahid3 və Şahid4 ilə razılığa əsasən gördükləri işlərdən asılı olaraq günlük 10-20 manat məbləğində haqq almışlar. Ustalara görüləcək işlərlə bağlı tapşırıqları da o, vermiş, gördükləri işin müqabilində haqqlarını da o, ödəmişdir. Adlarını qeyd etdiyi ustalar həmin obyektdə təxminən 10 günə yaxın işləmişlər. 23 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs həmin obyektdə iş görən zaman öz ehtiyyatsızlığından yıxılaraq xəsarət almış, daha sonra Samit yuxarıda adları qeyd edilən qohumları tərəfindən xəstəxanaya aparılmışdır. Hadisə vaxtı o orda olmamışdır, bu barədə ona sonradan oğlu Anar telefonla məlumat vermişdir. Onun tərəfindən Samitə müalicəsi və sağalması ilə bağlı bütün lazımi köməklik edilmişdir. Ona məxsus obyektin tikilməsi ilə bağlı ustalarla, eləcə də Zərərçəkmiş şəxsla heç bir əmək müqaviləsi bağlanmamış, ustaların təhlükəsizlikləri ilə bağlı hər hansı tədbir görülməmişdir. Buna səbəb isə qanunvericiliyin tələblərindən məlumatsız olması olmuşdur. Bununla yanaşı, usta Samit də ehtiyatsız davranmışdır. Samitin suvaq vurmaq üçün üstündə dayandığı divar qeyri-yaşayış obyektinin daha sonra sökülməsi planlandığı köhnə divarları olduğundan həmin yerə hər hansı ayaq altı qoyulmamışdır. Hadisə baş verən zaman o, orada olmadığından Zərərçəkmiş şəxs təhlükəsizliyi ilə bağlı hər hansı tədbir görməyi mümkün olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Xanoğlan oğlu ifadəsində bildirmişdir ki, o, müxtəlif tikinti sahələrində işləyərək ailəsinin həyat şəraitini təmin edir. 23 dekabr 2024-cü il tarixdə usta kimi tikintisində işlədiyi qeyri-yaşayış obyektində iş görən zaman hündürlükdən yıxılaraq müxtəlif bədən xəsarətləri almışdır. Bu işi o, əmisinin nəvəsi Şahid3 vasitəsilə tapmışdır. Həmin obyektdə qardaşı Şahid2, əmisi nəvələri – Şahid3 və Şahid4 ilə birlikdə divar hörgüsü və suvaq işlərinin görülməsi ilə məşğul olmuşdur. Həmin obyektin sahibi kimi Təqsirləndirilən şəxs tanımışdır, işin görülməsi ilə bağlı Təqsirləndirilən şəxslə şifahi qaydada əmək müqaviləsi bağlamadan razılaşmışdır, gördüyü işin müqabilində almalı olduğu haqqı Təqsirləndirilən şəxs və bəzən obyektin sahibinin oğlu Anardan almışdır. Rafael demək olar ki, hər gün sahibi olduğu həmin qeyriyaşayış obyektinə gəlib gördükləri işlərə nəzarət etmiş və görüləcək işlərlə bağlı öz tapşırıqlarını vermişdir. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində həmin qeyri-yaşayış obyektinin tavanının çöl yan hissəsində yerləşən yeni hördükləri divarın üzərinə suvaq vurmaq istəyərkən həmin vaxt üstündə dayandığı köhnə divarının üstündə ayağının sürüşməsi nəticəsində obyektin daxili hissəsinə tərəf hündürlükdən yerə yıxılaraq xəsarət almışdır. O, çıxdığı həmin divar obyektin daha sonra sökülməsi planlanmış köhnə divarları olduğundan həmin divarın üstünə hər hansı “ayaq altı” qoyulmamış və digər təhlükəsizlik üçün tədbir görülməmişdir. Həmin vaxt orada onunla birlikdə iş görən qardaşı Abit, əmisi nəvələri Anar və Tamerlan olmuş və onun yıxılaraq xəsarət aldığını görüb ona köməklik etməyə çalışsalar da, vəziyyətinin ağır olduğunu görüb təcili yardım çağırmışlar.Bir müddət sonra isə təcili yardım xidmətinin əməkdaşları gəlib onu təcili yardım şöbəsinə aparmışlar. Təxminən 3-4 gün xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdır. Bundan sonra isə təxminən 1 ay evdə qalaraq müalicə almışdır. Təqsirləndirilən şəxs onun müalicəsi ilə bağlı bütün xərcləri çəkmiş, ona dəymiş ziyanı tam ödəmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə münasibətləri yaxşıdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti mülkiyyət hüququ ilə atası Təqsirləndirilən şəxs məxsusdur. Həmin ərazidə qeyri-yaşayış obyektinin tikilməsi üçün müvafiq dövlət qurumlarından arayışlar və Yevlax şəhər icra hakimiyyətindən obyektin tikintisinə icazə sənədi alındıqdan sonra obyektin tikintisi başlanmışdır. Atası Təqsirləndirilən şəxs bəzi günlərdə sözügedən obyektə getməyə vaxtı olmadığından o, həmin günlərdə obyektdə gedərək ustalara günlük əmək haqqlarını özü vermişdir. 23 dekabr 2024-cü il tarixdə usta Zərərçəkmiş şəxs həmin obyektdə iş görən zaman öz ehtiyyatsızlığından yıxılaraq xəsarət almışdır. Bu barədə həmin obyektə usta kimi işləmiş Zərərçəkmiş şəxs qohumu Şahid3 onun mobil nömrəsinə zəng edərək məlumat vermişdir. O da dərhal xəstəxanaya gedib Zərərçəkmiş şəxs müayinə və müalicə olunması ilə bağlı köməklik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Xanoğlan oğlu onun anasının əmisi oğludur. O və Samit, Samitin qardaşı Abit, digər qohumları Tamerlan birlikdə Təqsirləndirilən şəxs məxsus Yevlax şəhəri, H.Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən obyektdə divar hörgüsü və suvaq işləri görmüşlər. Həmin işi onlar Mingəçevir şəhərindən olan Raqif adlı usta vasitəsilə tapmışlar. Görüləcək işlər barədə tapşırıqları və gördükləri işin müqabilində haqqlarını Təqsirləndirilən şəxs almışlar. Onların arasında əmək müqaviləsi olmamışdır, yalnız şifahi qaydada razılaşmışlar. Onlara Təqsirləndirilən şəxs tərəfindən hər hansı təlim təhlükəsizlik təlimi keçirilməmiş, görülən işlərlə bağlı xüsusi qoruyucu vasitələr verilməmişdir. xx.xx.2024-cü il tarixdə həmin obyektdə iş görən zaman Samit divarın üzərinə suvaq vurmaq istəyərkən hündürlükdən yerə yıxılaraq müxtəlif bədən xəsarətləri almışdır. Həmin vaxt onlar dərhal təcili yardım xidmətinə müraciət etmişlər. Daha sonra təcili yardım stansiyasının əməkdaşları gəlib Samit xəstəxanaya aparmışlar. O, obyektin sahibi Rafaelin oğlu Anarın ***-***-**-** saylı mobil nömrəsinə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, Anar isə dərhal Yevlax RMX-nın təcili yardım şöbəsinə gəlmiş, bütün lazımi köməklikləri göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, qardaşı Zərərçəkmiş şəxs Xanoğlan oğlu xx.xx.2024-cü il tarixdə, Yevlax şəhəri, H.Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən birlikdə usta kimi işlədikləri qeyri-yaşayış obyektində iş görən zaman hündürlükdən yıxılaraq xəsarət almışdır. Belə ki, o, müxtəlif tikinti sahələrində işləyərək ailəsinin həyat şəraitini təmin edir. Hadisə baş verməzdən təxminən 15 gün əvvəl qohumu Şahid3 ona və qardaşı Samitə sözügedən qeyri-yaşayış obyektində tikinti işində usta lazım olması barədə Raqif adlı usta tanışının bildirdiyini demişdir. Bundan sonra o, qardaşı Şahid2, qohumları – Şahid3 və Şahid4 ilə birlikdə həmin Raqif adlı şəxsin vasitəsi ilə sözügedən qeyri-yaşayış obyektinin sahibi Yevlax rayonu Qoyunbinəsi kənd sakini Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara sözügedən tikintidə divar hörgüsü və suvaq vurulması işləri üçün usta lazım olduğunu, habelə görüləcək işlərdən asılı olaraq günlük 10-20 manat məbləğlərində əmək haqqı alacaqlarını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə razılaşıb işləməyə başlamışlar. Həmin tikintidə hadisə baş verən günədək təxminən 10 gün işləmişlər. Hər iş gününün sonunda əvvəldən gəldikləri razılığa əsasən həmin gün gördükləri işlərdən asılı olaraq 10-20 manat məbləğlərində pul almışlar. Günlük əmək haqqlarını bəzi günlərdə Təqsirləndirilən şəxs özü, digər günlərdə isə Təqsirləndirilən şəxs oğlu BDYPİ-nin Yevlax rayonunda yerləşən stasionar postun YPX əməkdaşı Şahid1 vermişdir. Həmçinin işlədikləri müddətlərdə Təqsirləndirilən şəxs gəlib gördükləri işlərə nəzarət etmiş və öz tapşırıqlarını bildirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində mən, qardaşı Zərərçəkmiş şəxs, Şahid3 və Şahid4 ilə birlikdə həmin tikilidə iş görən vaxt Zərərçəkmiş şəxs qeyri-yaşayış obyektinin tavanının çöl yan hissəsində yerləşən yeni hördükləri divarın üzərinə suvaq vurmaq istəyərkən həmin vaxt üstündə dayandığı qeyri-yaşayış obyektinin daha sonra sökülməsi planlanmış köhnə divarının üstündə ayağının sürüşməsi nəticəsində obyektin daxili hissəsinə tərəf hündürlükdən yerə yıxılaraq müxtəlif bədən xəsarətləri almışdır. Həmin vaxt onlar dərhal təcili yardım xidmətinə müraciət etmişlər Daha sonra təcili yardım stansiyasının əməkdaşları gəlib Zərərçəkmiş şəxs Yevlax RMX-ya aparmışlar. Daha sonra YPX əməkdaşı Şahid1 həmçinin Yevlax RMX-nın təcili yardım şöbəsinə gəlmişdir. Sözügedən qeyri-yaşayış obyektində yenidənqurma işlərinin görülməsi ilə əlaqədar ona hər hansı təhlükəsizlik tədbirləri ilə bağlı təlimat keçirilməmişdir. Zərərçəkmiş şəxs sözügedən qeyri-yaşayış obyektinin tavanının çöl yan hissəsində yerləşən yeni hördükləri divarın üzərinə suvaq vurmaq üçün üstündə dayandığı həmin divar obyektin daha sonra sökülməsi planlanmış köhnə divarları olduğundan həmin divarın üstünə hər hansı “ayaq altı” qoyulmamış və digər təhlükəsizlik üçün tədbir görülməmişdir. ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus qeyri-yaşayış obyektində divar hörgüsü və suvaq vurulması işlərinin yerinə yetirmələri ilə bağlı Təqsirləndirilən şəxs ilə aralarında əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 oğlunun ifadəsindən görünür ki, qohumu (atasının əmisi oğlu) Zərərçəkmiş şəxs Xanoğlan oğlu xx.xx.2024-cü il tarixdə, Yevlax şəhəri, H.Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən birlikdə usta kimi işlədikləri qeyri-yaşayış obyektində iş görən zaman hündürlükdən yıxılaraq xəsarət almışdır. Belə ki, o, müxtəlif tikinti sahələrində işləyərək ailəsinin həyat şəraitini təmin edir. Hadisə baş verməzdən təxminən 15 gün əvvəl qohumu Şahid3 ona sözügedən qeyri-yaşayış obyektində tikinti işində usta lazım olması barədə Raqif adlı usta tanışının bildirdiyini demişdir. Bundan sonra qohumları- Zərərçəkmiş şəxs, Samitin qardaşı Şahid2 və Şahid3 ilə birlikdə həmin Raqif adlı şəxsin vasitəsi ilə sözügedən qeyri-yaşayış obyektinin sahibi Yevlax rayonu Qoyunbinəsi kənd sakini Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara sözügedən tikintidə divar hörgüsü və suvaq vurulması işləri üçün usta lazım olduğunu, habelə görüləcək işlərdən asılı olaraq günlük 10-20 manat məbləğlərində əmək haqqı alacaqlarını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə razılaşıb işləməyə başlamışlar. Həmin tikintidə hadisə baş verən günədək təxminən 10 gün işləmişlər. Hər iş gününün sonunda əvvəldən gəldikləri razılığa əsasən həmin gün gördükləri işlərdən asılı olaraq 10-20 manat məbləğlərində pul almışlar. Günlük əmək haqqlarını bəzi günlərdə Təqsirləndirilən şəxs özü, digər günlərdə isə Təqsirləndirilən şəxs oğlu BDYPİ-nin Yevlax rayonunda yerləşən stasionar postun YPX əməkdaşı Şahid1 vermişdir. Həmçinin işlədikləri müddətlərdə Təqsirləndirilən şəxs gəlib gördükləri işlərə nəzarət etmiş və öz tapşırıqlarını bildirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində o, Şahid3, Şahid2 və Zərərçəkmiş şəxs ilə birlikdə həmin tikilidə iş görən vaxt Zərərçəkmiş şəxs qeyri-yaşayış obyektinin tavanının çöl yan hissəsində yerləşən yeni hördükləri divarın üzərinə suvaq vurmaq istəyərkən həmin vaxt üstündə dayandığı qeyri-yaşayış obyektinin daha sonra sökülməsi planlanmış köhnə divarının üstündə ayağının sürüşməsi nəticəsində obyektin daxili hissəsinə tərəf hündürlükdən yerə yıxılaraq müxtəlif bədən xəsarətləri almışdır. Həmin vaxt onlar dərhal təcili yardım xidmətinə müraciət etmişlər Daha sonra təcili yardım stansiyasının əməkdaşları gəlib Zərərçəkmiş şəxs Yevlax RMX-ya aparmışlar. Daha sonra YPX əməkdaşı Şahid1 həmçinin Yevlax RMX-nın təcili yardım şöbəsinə gəlmişdir. Sözügedən qeyri-yaşayış obyektində yenidənqurma işlərinin görülməsi ilə əlaqədar ona hər hansı təhlükəsizlik tədbirləri ilə bağlı təlimat keçirilməmişdir. Zərərçəkmiş şəxs sözügedən qeyri-yaşayış obyektinin tavanının çöl yan hissəsində yerləşən yeni hördükləri divarın üzərinə suvaq vurmaq üçün üstündə dayandığı həmin divar obyektin daha sonra sökülməsi planlanmış köhnə divarları olduğundan həmin divarın üstünə hər hansı “ayaq altı” qoyulmamış və digər təhlükəsizlik üçün tədbir görülməmişdir. ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus qeyri-yaşayış obyektində divar hörgüsü və suvaq vurulması işlərinin yerinə yetirmələri ilə bağlı Təqsirləndirilən şəxs ilə aralarında əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 27 dekabr 2024-cü il tarixli, 767 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Xanoğlan oğlunda TH7 fəqərsinin sağ yan çıxıntısının minimal yerini dəyişmiş sınığı, sağ Vİ-V1İ və X qabırğaların cismində və İX-Xİİ qabırğaların fəqərə ucları yaxınlığında yerini dəyişməmiş sınığı vardır. Bu xəsarətlər bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, qərarın təsviri hissəsində və ilk məlumatda göstərilən şəraitdə, yəni hündürlükdən bərk küt alətin üstünə yıxılma nəticəsində törənmişdir. Törənən anda həyat üçün təhlükəli olduğuna görə dərəcəsi sağlamlığa AĞİR zərər vuran xəsarətələrə aid edilir (i.v. 110); Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 03 aprel 2025-ci il tarixli, 10/997 nömrəli rəyindən görünür ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən obyektdə aparılan tikinti işlərinə əməyin mühafizəsi üzrə müvafiq qaydalara uyğun şəkildə təlimatlandırılmalar və işlərin təhlükəsiz üsullarla aparılmasına dair təlimlər keçirilməmiş, bilik səviyyələri yoxlanılmamış və əmək müqaviləsi bağlanılmamış işçilər cəlb edilməklə, işçilərə fərdi mühafizə vasitələrinin verilməsi təmin edilmədiyinə və təhlükəsizlik tələblərinə cavab verməyən şəraitdə (hündürlüyü təxminən 2 metr olan divarın üstündə dayanmaqla), ayaqaltı vasitələrdən istifadə edilmədən hündürlükdə suvaq işlərinin aparılmasına yol verildiyinə görə baş vermiş hadisə ilə ilə əlaqədar İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.10, 1.11, 1.19,1.20, 1.30, 2.1, 2.26 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin təşkilati və texniki səbəbi olmuşdur. İİİ-4-80* «Tikintidə təhiükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.2 və 1.3 bəndlərinə əsasən, tikinti işlərini həyata keçirən təşkilatın (və ya müəssisənin) rəhbərinin vəzifə funksiyalarını nəzərə aldıqda, tikinti işlərinə əmək müqaviləsi bağlanılmamış, təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırılmalar keçirilməmiş işçilər cəlb edildiyinə, işçilərə fərdi mühafizə vasitələrinin verilməsi təmin edilmədiyinə, hündürlükdə aparılan tikinti (suvaq) işlərinin təhlükəsiz şəraitdə yerinə yetirilməsi üçün tapşırılmış iş sahəsində normativ tələblərə uyğun ayaqaltı vasitələrin quraşdırılması təmin edilmədiyinə və təhlükəli şəraitdə (təxminən 2 metr hündürlüyü olan divarın üstündə dayanmaqla) suvaq işlərinin aparılmasına yol verildiyinə görə İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.10, 1.11, 1.19, 1.20, 1.30, 2.1, 2.26 bəndlərinin tələbləri Yevlax şəhəri, Heydər Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsində aparılan tikinti işlərinə rəhbərlik edən şəxs (obyektin sahibi) tərəfindən pozulmuşdur. Baş vermiş hadisənin bilavasitə texniki səbəbi hündürlükdə işlərin təhlükəsiz şəraitdə aparılması üçün müvafiq standartlara uyğun ayaqaltı vasitələrdən istifadə olunmaması ilə bağlı olmuş və hadisə təhlükəsizlik texnikası qaydalarının pozulması nəticəsində baş vermişdir. Tikinti işlərinə qeyri-rəsmi (əmək müqaviləsi bağlanılmadan) cəlb edilmiş Zərərçəkmiş şəxs Xanoğlan oğlunun təhlükəsizlik texnikası üzrə təlimatlandırılmadığını və hündürlükdə işlərin aparılması üçün müvafiq ləvazimat kəmər, dəbilqə və s.) təmin edilmədiyini nəzərə aldıqda, xəsarət almış Zərərçəkmiş şəxs Xanoğlan oğlunun özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması halı müəyyən edilmir (i.v. 121-123); Hadisə yerinə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Yevlax şəhəri, H.Əliyev prospekti ilə şəhərin Qarabağ küçəsinin kəsişməsində yerləşən, tikintisi davam edən bir mərtəbəli qeyri-yaşayış obyektidir. Həmin obyektə Yevlax şəhəri, H.Əliyev prospektindən asfalt yol ilə gəlmir. Sözügedən qeyri yaşayış obyekti şəhərin H.Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişmə hissəsində yerləşir. Həmin obyektin qarşısındakı, H.Əİliyev prospektində yerləşən və eyni zamanda Qarabağ küçəsində yerləşən, yəni sol yan hissəsində ki, hasar mişar daşlarla hörülmüş, üzəri aqlayla üzlənmişdir. Tikintisi davam edən qeyri yaşayış obyektinin dirək hissələri mişar daşla ilə hörülmüş və üzəri suvaqla duvanmışdır. Obyektin tavan hissəsi isə beton materialdandır. Bundan başaq obyektini içərisini döşəməsi də beton materialdandır. Baxış zamanı iştirakçı Şahid3 Ramin oğlu qeyri-yaşayış obyektinin içərisində yerləşən hadisə baş verən ərazini təqdim edərək həmin ərazidə Zərərçəkmiş şəxs divara suvaq vurarkən öz ehtiyyatsızlığından yıxıldığını və nəticədə xəsarət aldığını bildirmişdir. Bundan başqa iştirakçı Şahid1 baxış keçirilən qeyri-yaşayış obyektinin atası X6 məxsus olduğunu bildirmişdir. Hadisə yerinə baxış keçirilməsinə dair protokol tərtib edilmiş və protokola fotocədvəllər əlavə edilmişdir (i.v 10-16); Cinayət işi başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.3-4); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( i.v.177-178); X3 Sistemindən çıxarılmış xx.xx.2025-ci il tarixli məhkumluq barədə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.182); Zərərçəkmiş şəxs Xanoğlan oğlunun xx.xx.2025-ci il tarixli notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur (i.v. 250). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı ödəməsi, əməlindən peşmançılıq hissi keçirməsidir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal kimi səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyani tam ödəməsi, cəzasını ağırlaşdıran halların olmaması (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz islah işləri cəzasının təyin edilməsini düzgün hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli , 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmlərə tövsiyə etmişdir ki, cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidir. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırki halda həmin cəza, cəzanın məqsədini təmin edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 222.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzası təyin olunmal, eyni zamanda barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfi olan 102,0 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilməlidir. CPM-in 197.1, 197.1.2-ci maddələrinə əsasən zərərçəkmiş şəxsə, mülki iddiacıya, onların qanuni nümayəndələrinə, şübhəli və ya təqsirləndirilən şəxsə, pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərçüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarın 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarın 1-ci oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 66 ,0 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 102,0 (bir yüz iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE **********0002088501 kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 66,0 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №1(039)-92/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-92/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver