Məhkəmə qərarları › İş №1(039)-93/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-93/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-93/2020 25.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Müdafiəçi qızının iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, barəsində xx xxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Şirvani küçəsi, ev 33-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı evdən götürdüyü 1 (bir) ədəd kustar üsulla hazırlanmış deşici-kəsici xassəyə malik, üzərində sonradan dəyişiklik edilərək xəncər formasına salındığından soyuq silah hesab edilən təsərrüfat-məişət bıçağını üstündə saxlamaqla gəzdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 12.30 radələrində o, barəsində Yevlax st.XPŞ-nin İctimai-təhlükəsizlik qrupunda Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə açılmış inzibati icraat naterialı ilə əlaqədar olaraq Yevlax dəmiryol stansiyasının yaxınlığında Yevlax st.XPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilərkən şöbənin Növbətçi hissəsində üzərində olan əşyalarını təqdim edən zaman əynində olan şalvarının cibindən çıxarıb təqdim etdiyi qeyd olunan soyuq silah hesab edilən bıçaq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax şəhəri Şirvani küçəsi, ev 33-də yaşayır. Yevlax rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax dəmiryol stansoyasının ərazisindən dəmir yoluna aid metalları qanunsuz olaraq götürdüyü üçün Yevlax rayon Məhkəməsinin qərarı ilə 31 gün müddətinə inzibati həbs edilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən 1 ədəd alma və 1 ədəd evdə işlətdikləri bıçağı götürüb küçəyə çıxmışdır. Küçədə bıçaqla almanı soyub yemişdir. Daha sonra bir gün əvvəl Yevlax rayon İcra və Probasiya şöbəsindən ona zəng olunub ora çağırıldığından şöbəyə getmişdir. Həmin vaxt bıçaq cibində qalmışdı. İcra və Probasiya xidmətindən yaşadığı evə qayıdan zaman Yevlax st.XPŞ-nin əməkdaşları onu Yevlax st.XPŞ-nə aparmışlar. Orada üstündən bıçaq çıxmışdır. Həmin bıçaq uzun müddətdir onlardadır, evdə işlətmişlər. Həmin bıçağın soyuq silah hesab edildiyini bilməmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Yevlax st.Xətt Polis Şöbəsinin PPXM-nın manqa komandiri vəzifəsində işləyir. Yevlax şəhəri, Şirvani küçəsi, ev 33-də, dəmiryol stansiyasının yaxınlığında yaşayan Təqsirləndirilən şəxs barəsində şöbənin İctimai-təhlükəsizlik qrupunda araşdırılan xırda talama inzibati materialı ilə əlaqədar olaraq onun şöbəyə gətirilməsi barədə xx xxxx 2020-ci il tarixdə şöbə rəhbərliyi ona tapşırıq vermişdir. O, da öz növbəsində bu barədə xidməti ərazidə xidmətə çıxan əməkdaşları təlimatlandırmış, tapşırmışdır ki, Təqsirləndirilən şəxs harada görsələr onu polis şöbəsinə dəvət etsinlər. Həmin gün saat 12.30 radələrində polis nəfəri, polis kiçik serjantı Şahid2 ona zəng vurub demişdir ki, Təqsirləndirilən şəxs dəmir yolunun kənarı ilə yaşadığı ev tərəfə gedir. O, polis nəfəri, baş serjant Şahid3la birlikdə Şahid2 yanına getmiş və birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Orxana onlarla birlikdə Yevlax st.XPŞ-nə getməsini bildirmişlər. O, əvvəlcə etirazını bildirmiş və getməkdən imtina etmiş, lakin daha sonra onlarla polis şöbəsinə getməyə razılaşmışdır. Polis şöbəsində Növbətçi hissədə Təqsirləndirilən şəxs üst-başı xaricdən xüsusi cihazla yoxlanılmış və ondan üzərində olan mobil telefon və digər əşyaları könüllü olaraq təqdim etməsi tələb edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 1 ədəd mobil telefon, 1 ədəd İcra və Probasiya xidməti tərəfindən onun ayağına vurulmuş bilərziyin aparatını və şalvarının cibindən 1 ədəd qatlanmayan mətbəx bıçağını çıxarıb təqdim etmişdir. Həmin vaxt şöbənin Növbətçi hissəsinin məsul növbətçisi X6 Məmmədovun üzərindən çıxmış bıçaq barədə şöbə rəhərliyinə raportla müraciət etmişdir. Həmin material araşdırılması üçün şöbənin İstintaq və təhqiqat qrupunun təhqiqatçısı Şahid5 həvalə edilmiş, Təqsirləndirilən şəxs qeyd olunan xüsusat üzrə izahatı alınmışdır. Daha sonra onun barəsində şöbənin İctimai-təhlükəsizlik qrupunda araşdırılan xırda talama materialı ilə əlaqədar olaraq o, inzibati materialla birlikdə həmin gün Yevlax rayon məhkəməsinə aparılmış və məhkəmənin qərarı ilə 31 gün müddətinə inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs üstündən çıxan bıçaq qatlanmayan və mətbəx bıçağı idi. Lakin həmin bıçağın tiyəsinin hər iki tərəfi itilənmiş vəziyyətdə olmuşdur. Görünür ki, həmin bıçağın kəsici olmayan tərəfi sonradan itilənərək kustar üsüulla soyuq silah halına gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçağı yaşadığı evdən götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Yevlax st.XPŞ-nin PPXM-nın polis nəfəri vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 09.00da növbəni qəbul edib xidmətə çıxmışdır. Həmin gün PPXM-nın komandiri, polis baş serjantı Şahid1 onu və digər xidmətə çıxan əməkdaşları təlimatlandırıb bildirmişdir ki, Yevlax şəhəri, Şirvani küçəsi ev 33-də, dəmiryol stansiyasının yaxınlığında yaşayan Təqsirləndirilən şəxs onun barəsində şöbənin İctimai-təhlükəsizlik qrupunda araşdırılan xırda talama inzibati materialı ilə əlaqədar olaraq şöbəyə gətirilməlidir. Həmin gün saat 12.30 radələrində görmüşdür ki, Təqsirləndirilən şəxs dəmir yolunun kənarı ilə yaşadığı ev istiqamətinə gedir. Bu barədə zəng vurub komandir Şahid1 məlumat vermişdir. Komandir Şahid1 polis nəfəri, polis baş serjantı Şahid3la birlikdə onun yanına getmişlər. Onlar birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışlar, Orxana Yevlax st. XPŞ-nə getməsini bildirmişlər. Orxan əvvəlcə etirazını bildirmiş və getməkdən imtina etmişdir. Lakin daha sonra polis şöbəsinə getməyə razılaşmışdır. Polis şöbəsində Növbətçi hissədə Təqsirləndirilən şəxs üst-başı çöl tərəfdən xüsusi cihazla yoxlanılmış və ona üzərində olan mobil telefon və ya sair digər əşyaları könüllü olaraq təqdim etməsi bildirilmişdir. Həmin vaxt o, üzərindən 1 ədəd mobil telefon, 1 ədəd İcra və Probasiya xidməti tərəfindən onun ayağına vurulmuş bilərziyin aparatını və şalvarının cibindən 1 ədəd qatlanmayan mətbəx bıçağını çıxarıb təqdim etmişdir. Həmin vaxt şöbənin Növbətçi hissəsinin məsul növbətçisi X6 Məmmədovun üzərindən çıxmış bıçaq barədə şöbə rəhərliyinə raportla müraciət etmişdir. Həmin material araşdırılması üçün şöbənin İstintaq və təhqiqat qrupunun təhqiqatçısı Şahid5 həvalə edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan xüsusat üzrə izahatı alınmış, sonra onun təqdim etdiyi bıçağa baxış keçirilmiş və həmin bıçağın soyuq silah olub-olmamasını müəyyən etmək məqsədilə ekspertizaya göndərmək üçün qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol yazılmış, o, da imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində şöbənin İctimai-təhlükəsizlik qrupunda araşdırılan xırda talama materialı ilə əlaqədar olaraq o, inzibati materialla birlikdə həmin gün Yevlax rayon məhkəməsinə aparılmış və məhkəmənin qərarı ilə 31 gün müddətinə inzibati həbs edilmişdir. Əlavə olaraq göstərilmişdir ki, Təqsirləndirilən şəxs üstündən çıxan bıçaq qatlanmayan mətbəx bıçağı olmuşdur və bıçağın tiyəsinin hər iki tərəfi itilənmiş vəziyyətdə idi. Həmin bıçağın kəsici olmayan tərəfi sonradan itilənərək kustar üsüulla soyuq silah halına gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçağı yaşadığı evdən götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax st.XPŞ-nin PPXM-nın polis nəfərləri, polis baş serjantları Şahid3 və Şahid4 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(039)-79/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 594 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasından 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gününü çəkmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə ballistik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 17/212 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış deşici-kəsici xassəyə malik təsərrüfatməişət bıçağıdır, onun üzərində sonradan dəyişiklik edilərək xəncər formasına salındığından soyuq silah hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü bir azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Yevlax şəhəri, S.Ə.Şirvani küçəsi, ev 33-də qeydiyyatdadır və yaşayır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürdüyü 1 (bir) ədəd kustar üsulla hazırlanmış deşici-kəsici xassəyə malik, üzərində sonradan dəyişiklik edilərək xəncər formasına salındığından soyuq silah hesab edilən təsərrüfat-məişət bıçağını üstündə saxlamaqla gəzdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 12.30 radələrində o, barəsində Yevlax st.XPŞ-nin İctimai-təhlükəsizlik qrupunda Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə açılmış inzibati icraat naterialı ilə əlaqədar olaraq Yevlax dəmiryol stansiyasının yaxınlığında Yevlax st.XPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilərkən şöbənin Növbətçi hissəsində üzərində olan əşyalarını təqdim edən zaman əynində olan şalvarının cibindən çıxarıb təqdim etdiyi qeyd olunan soyuq silah hesab edilən bıçaq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyəncinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün hissəsi CM-nin 67.1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməli və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan 1 (bir) ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 51 (əlli bir) manat 06 (altı) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün hissəsi CM-nin 67.1 və maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan 1 (bir) ədəd soyuq silah hesab edilən bıçaq dəyəri olmadığı üçün hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 51 (əlli bir) manat 06 (altı) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 17 (on yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar