Məhkəmə qərarları › İş №1(039)-93/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-93/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-93/2024 25.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qonşusu Zərərçəkmiş şəxs oğlu X3 3000 manat pul müqabilində Yevlax şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma idarəsinə mühafizəçi vəzifəsinə işə düzəltmək vədini verib aldatmaqla vahid niyyətlə 25 fevral 2023cü il tarixdə saat 12:00 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı evdə Zərərçəkmiş şəxs 2700 manat nəğd pulu, 05 mart 2023-cü il tarixdə saat 11:00 radələrində isə yaşadığı həmin evdə 50 manat nəğd pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs etibarından sui istifadə və aldatma yolu ilə ümumilikdə 2750 manat pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, vaxtı ilə Xatirəgil ilə qonşuluqda yaşamış, qonşu kimi münasibətləri yaxşı olmuşdur. O, həmin evi bir neçə il qabaq satıb başqa ev alsa da, Xatirə ilə qarşılaşanda onunla köhnə münasibətlərinə görə görüşüb söhbət edib hal-əhval tutmuşlar. Xatirəgilin qonşuluğunda onun Günəş adlı bibisi yaşayır. Qoca arvaddır, ona baxan olmadığına görə təxminən 1 il qabaq bibisinin yanına köçüb orada yaşamışdır. Xatirə ilə görüşüb söhbət edərkən sonuncu ona oğlu İlqarın işi olmadığını və pul verib işə düzəltməyə adam gəzdiyini bildirmişdir. Qızı Bakı şəhərində kirayə yaşayır, 4 uşağı var. Evlərində narahatçılıq yarandığına görə ona pul lazım olmuşdur. 2023-cü ilin fevral ayının əvvəllərində Xatirə ilə görüşüb söhbət edərkən ona yalandan Yevlax rayon İcra hakimiyyətində adamı olduğunu, 3000 manata oğlu İlqarı Yevlax şəhər Yaşılaşdırma idarəsində mühafizəçi vəzifəsinə düzəldə biləcəyini söyləmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Xatirə ona zəng edib evlərinə çağırmışdır. Evdə Xatirə, gəlini və başqa bir qadın var idi. Xatirə ona hazırda 2700 manat pul düzəltdiyini, tezliklə 300 manatı da düzəldəcəyini, oğlu İlqarın işinə köməklik etməsini xahiş etmişdir. Xatirə pulu sayıb ona vermiş, o isə yalandan Xatirəyə 10 gün müddətində oğlunun şəxsiyyət vəsiqəsinin surətini və xəstəxanadan sağlamlıq arayışını alıb ona verməsini demişdir. O, Xatirədən aldığı pulu özünə lazım olan yerlərə xərcləmiş və yalandan Xatirə ilə görüşərkən işini danışıb pulu verdiyini, 300 manatı da hazırlayıb verməyini demişdir. Təxminən 10 gün sonra İlqarın sənədlərini alaraq aparıb Yevlax şəhər Məşğulluq idarəsinə təqdim etmiş ki, bəlkə iş olar. İşə düzəlsə desin ki. o, düzəldib. Təxminən xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, Xatirəyə zəng edərək işin düzələnə doğru getdiyini, 300 manatı da istədiklərini bildirmişdir. Xatirə hazırda həmin miqdarda pulu olmadığını, lakin 50 manat tapa biləcəyini söyləmişdir. Az sonra o, həmin 50 manatı da gedib evində Xatirədən almışdır. Həmin pulu da xərcləmişdir. Arada Xatirə ona işin nə vaxt düzələcəyini deyinmiş, o, da müxtəlif bəhanələr gətirərək tezliklə düzələcəyini deyirmiş. Artıq 2023-cü ilin may ayının əvvəlləri olardı Xatirə ilə yaşadığı binada görüşmüş, Xatirə ona demiş ki, iş düzəlmirsə pulu qaytarsın, yoxsa ondan şikayət edəcəkdir. Həmin vaxt Xatirə ona pulu verərkən səsini yazmışdı, ona həmin səs yazısmı qulaq asdırmış. O, Xatirənin pulunu verə bilməmiş. Məcbur qalıb Bakı şəhərinə getmiş ki, orada iş tapıb pul qazansın, Xatirəyə göndərsin, lakin iş tapa bilməmişdir. Xatirə də ondan şikayət etmişdi və onu polis əməkdaşları axtarmaları barədə məlumat almış. Ancaq o, yenə iş yeri gəzirmiş ki, pul qazansın aparıb Xatirəyə versin. Xatirə şikayətini geri götürsün sonra o, polis şöbəsinə getsin. Onu xx.xx.2024-cü il tarixdə kirayə yaşadığı evdə Yevlax RPŞ-nin əməkdaşları saxlayıb gətirib polis şöbəsinə təqdim etmişlər. Əməlindən peşimandır. Xatirənin pulunu çalışıb hazırlayıb ödəyəcək. Əlavə olaraq bildirir ki, o, Xatirəyə Yevlax şəhər İcra Hakimiyyətində tanışı olduğunu və oğlunun işinin düzəlməsi üçün həmin pulu ona verəcəyini desə də o, Xatirəni aldadıb oğlunu işə düzəltmək adı ilə ondan 2750 manat pul alsa da həmin puldan heç kimə verməmiş və heç kimlə əlaqəyə girib Xatirədən pul almamışdır. Xatirədən aldığı pula ehtiyacı olduğu üçün təkcə alıb xərcləmişdir. O, heç kimnən əlbir olmamış və həmin cinayəti tək törətmişdir. O, 50 manat pulu da Xatirədən özü almış, Xatirə ona taksi sürücüsü ilə pul göndərməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, onun oğlu İlqar uzun müddətdir ki, işsizdir. Təqsirləndirilən şəxs onlarla eyni binada yaşayırmış, bir neçə il qabaq Tahir evlərini satıb getmişdir. Münasibətləri yaxşı olmuşdur. Tahir oğlu ilə birlikdə təxminən 1 ildir onların qonşuluğunda yaşayan yaşlı bibisi Günəşin evinə köçüb orada yaşamağa başlamışlar. O, Tahirlə qarşılaşanda söhbət edərkən oğluna iş gəzdiyini demiş. 2023-cü ilin fevral ayının əvvəllərində Tahirlə qarşılaşıb söhbət edərkən Tahir ona bildirmiş ki, onun Yevlax şəhər İcra hakimiyyətində tanışı var 3000 manat pul versə oğlunu Yevlax şəhər Yaşıllaşma idarəsində mühafizəçi düzəldə bilər. O, bu barədə oğlu İlqara demiş, İlqar da işə düzəlməyə razı olmuş və o, 2700 manat borc almışdır. xx.xx.2023-cü il tarixdə Tahirə zəng edib demiş ki, evdədir gəlsin onlara. Tahir həmin gün saat 12 radələri olardı onlara gəlmiş, o, 2700 manat pulu ona vermiş. Dedim 300 manatı da tezliklə verəcək. Tahir pulu alıb demiş narahat olmasın, tezliklə işini düzəldəcək. xx.xx.2023-cü il tarixdə Tahir telefonuna səs atmış ki, 300 manatı düzəltmən lazımdır. O, Tahirə zəng edib demiş ki, pulu yoxdu, İlqar işə düzəlsin sonra qalan pulu verər, Tahir demiş ki, indi lazımdı, o, da demiş ki, 50 manat pul düzəldə bilər. Demiş ki, pulu düzəltsin taksi göndərəcək ondan pulu götürsün. O, 50 manat düzəltmiş, az sonra tanıdığı taksi sürücüsü Orxan onlara gəlmiş və demiş ki, onu Tahir göndərib, o, 50 manatı Orxana vermiş, Orxan da getmiş. Aradan bir müddət keçmiş, o, bir neçə dəfə Tahirlə görüşüb İlqarın işə nə vaxt düzələcəyini soruşurmuş. Tahir də hər dəfə yalandan bəhanələr deyirmiş ki, İlqarın əmri tezliklə veriləcək. Bir dəfə Tahir İlqara demiş ki, İlqarın işə düzəlməsi üçün sağlamlıq kağızı lazımdır. İlqar da sağlamlıq kağızı düzəltmiş və Tahir oğlu ilə birlikdə Məşğulluq idarəsinə aparıb sənədələrini vermişdir. Aradan bir neçə gün keçmiş Tahir demi ki, sənədlərdə çatışmamazlıq var. İlqarla yenə Məşğulluq idarəsinə getmək lazımdır. İlqarı Tahir yenə Məşğulluq idarəsinə aparmış. Bundan sonra o, Tahirə inanmış ki, oğlunun işini Tahir düzəldəcək. Sonradan görmüş ki, Tahirin oğlunu işə düzəldəcəyi tarixlər keçmiş, ancaq oğlu işə düzəlməmişdir. O, Tahirlə görüşmüş və demiş ki, xx.xx.2023-cü il tarixədək onun pulunu gətirib versin, yoxsa ondan şikayət edəcək. Tahir bildirmiş ki, gətirib verəcək. Tahirə ilkin pulu verdikdən sonra onunla danışarkən Tahir pulu İcra Hakimiyyətində işləyən İlqar müəllimə verdiyini demişdi, o, da onun səsini yazmış və həmin səs yazısını təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə Tahirə zəng etmiş və Tahir telefonunu söndürmüşdü və həmin gündən sonra bibisigildə qalmamış, o, da məcbur qalıb şikayət etmişdir. Əlavə olaraq bildirir ki, o, Tahirə pulu verərkən rəfiqəsi Yeganə və gəlini Aksana da yanında olmuşdur. Onlar da 2750 manat pulu Tahirə verərkən oğlu İlqarı işə düzəldəcəyi üçün verdiyini bilirmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata götürülməsi barədə 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür (iş vər.01); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər.32); Zərərçəkmiş şəxs qismində tanınmaq barədə 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vər.34) Qətimkan tədbirinin seçilməsi haqqında 30 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər.76); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hisssinin 1-ci bəndinə əsasən Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar