Məhkəmə qərarları › İş №1(039)-93/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-93/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-93/2025 19.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şəmkir rayonunu Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Yevlax rayonu, Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs əmlakını dələduzluq yolu ələ keçirmək niyyətilə sonuncuya özünü yalandan Bakı şəhəri Xətai rayonu Babək prospekti-1 ünvanında yerləşən «Okean» avtosalonun nüfuzlu əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxsnm oğlu Şahid1 2024-cü ilin yanvar ayında okean - avtosalondan 6300 manat ilkin ödəniş edərək 3 il müddətinə hər ay 750 manat pul ödəmək şərti ilə kreditlə aldığı «Kia Optima» markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin gecikmədə olan kreditini ödəyəcəyi vədini verib sonuncunu aldatmaqla, vahid niyyətlə Zərərçəkmiş şəxsnm xx.xx.2024-cü il tarixdə saat 16:02-də Yevlax rayonu Aran qəsəbəsinin ərazisində yerləşən «Şahlaroğlu» marketdə quraşdırılmış ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASC-yə məxsus 5243-7544-4026-9478 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs məxsus olan 600 manat pulu, xx.xx.2024-cü il tarixdə saat 16:52-də Yevlax rayonu Aran qəsəbəsinin ərazisində yerləşən «Şahlaroğlu» marketdə quraşdırılmış ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASC-yə məxsus 5243-7544-4026-9478 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs məxsus olan 400 manat pulu, xx.xx.2024-cü il tarixdə saat 16:21-də Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evdən mobil tətbiq vasitəsilə özünə məxsus olan “Kapital Bank” elektron pul hesabından Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASC-yə məxsus 5243-7544- 4026-9478 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs məxsus olan 200 manat pulu, xx.xx.2024-cü il tarixdə saat 10:49-da ünvan 4 ünvanında yerləşən Sahil smartkartdan Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASC-yə məxsus 5243-7544-4026-9478 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs məxsus olan 300 manat pulu, xx.xx.2024-cü il tarixdə saat 13:00-da Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evdən mobil tətbiq vasitəsilə özünə məxsus olan “ Kapital Bank” elektron pul hesabından Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASCyə məxsus 5243-7544-4026-9478 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs məxsus olan 200 manat pulu, xx.xx.2024-cü il tarixdə saat 18:51də Yevlax rayonu Aran qəsəbəsinin ərazisində yerləşən «Elman» marketdə quraşdırılmış ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi "xxxx" ASC-yə məxsus 5243-7544-4026-9478 nömrəli plastik bank kart hesabına köçürdüyü Zərərçəkmiş şəxs məxsus olan 550 manat pulu, 2024-cü ilin iyul aymm ortalarında istintaqa müəyyən edilməyən tarixdə və saatda Yevlax rayonu Aran qəsəbəsində yerləşən avtomobil yolunda quraşdırılmış körpünün yaxınlığında çayxanada Şahid1 Zərərçəkmiş şəxs məxsus 600 manat nəğd pulu, 2024-cü ilin avqust ayının 1-də istintaqa müəyyən olunmayan saatda Yevlax rayonu Aran qəsəbəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxsnm 1000 manat nəğd pulunu sonuncudan alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs vahid niyyətlə cəmi 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə notarial qaydada ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ifadə vermək istəmədiyini, lakin özünü ona elan edilmiş üzrə tam təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək, barəsində olan cinayət işi üzrə icraat xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Babək prospekti- 1 ünvanında yerləşən” OKEAN AVTO 2011” MMC-də hüquqşünas kimi işə başlamış, lakin xx.xx.2024-cü il tarixdə isə işindən azad edilmişdir. Şahid1 Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən okean- avtosalondan Kia Optima” markalı **- YF-*** dövlət qeydiyyat nişanlı avtomobili 3 il müddətinə kreditlə almışdır. Həmin avtomobil üçün hər ay 750 manat pul ödəməli imiş və həmin pulu hər ay həmin salondan təqdim edilmiş kod vasitəsi ilə ödəmişdir. O, 2024-cü ilin iyul ayının əvvəllindən sonuna kimi olan müddət ərzində Zərərçəkmiş şəxs və onun oğlu Şahid1 cəmi ümumilikdə 3000 manat pul almışdır. Almış olduğu pulun 2400 manatın Zərərçəkmiş şəxs vermiş olduğu özünə məxsus 5243-7544- 4026-9478 saylı kart hesabına köçürmüşlər, 600 manatın isə Zərərçəkmiş şəxs oğlu Orxandan nəğd almışdır. O, həmin pulu Okean-Avtosalona ödəmək adı ilə alsa da, pula ehtiyacı olduğundan Okean-Avtosalona ödəməyərək öz ehtiyacı üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs aldadaraq pullarını ələ keçirən zaman qabaqcadan heç bir şəxslə əlbir olmamış, həmin cinayət əməlini təkbaşına törətmişdir. O, Zərərçəkmiş şəxs aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 3000 manat pulu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Məhkəmə istintaqı zaman ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayında oğlu Orxan avtomobil almaq üçün Bakı şəhərinə getmiş və Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən “Okean” avtosalona yaxınlaşmış və oradan ilkin ödəniş 6300 manat edərək “Kia Optima” markalı 77- YF-890 dövlət qeydiyyat nişanlı avtomobili 3 il müddətinə kreditlə almışdır. Həmin avtomobil üçün 750 manat pul ödəməli imiş və həmin pulu hər ay həmin salondan təqdim edilmiş kod vasitəsi ilə edirmişlər. Lakin əvvəllər həmin salonda işləmiş Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayında bir neçə dəfə onların yaşadığı evə gəlmiş avtomobil üçün olan aylıq pulları ödəməyəcəyi halda avtomobili əlindən alacağını bildirmişdir. O həmin şəxsə inanıb öncə əlbəəl həmin şəxsə 600 manat daha sonra isə hissə-hissə bir ay ərzində 1000 manat pulu yenə də əlbəəl və yerdə qalan 2250 manat hissəsini isə Bayram Məmmədin onun oğlu Orxana təqdim etdiyi 5243-7544-4026-9478 saylı kart kart hesabına köçürməklə ümumilikdə 3850 manat pul vermişdir. Onlar Təqsirləndirilən şəxs bir ay ərzində ümumilikdə 3850 manat vermişlər.Sonra Təqsirləndirilən şəxs Orxana zəng edib yenə 200 manat pul istəmiş və bu zaman Orxan “Okean” avtosalona zəng edərək həmin şəxsin onlardan davamlı ödəniş etməyini istədiyini bildirmişdir.Həmin Okean avtosalondan onun oğlu Orxana Təqsirləndirilən şəxs işdən çıxardıqlarını və bir neçə aydır ki, həmin şəxsin orada işləmədiyini, salonun adından istifadə edərək vətəndaşların pulunu dələduzluq yolu ilə keçirdiyini bildirmişlər. Zərərçəkmiş şəxs həmin vaxt aldadıldığını anlamış və bununla bağlı DİN-nə məlumat vermişdir. O, ifadəsində bir ay ərzində Təqsirləndirilən şəxs ümumilikdə 3850 manat pul verdiyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək dələduzluq yolu Zərərçəkmiş şəxs məxsus 3850 manat pulunu ələ keçirmişdir.Həmin məbləğlərin 1600 manatını əlbələl yerdə qalan 2250 manatını isə Təqsirləndirilən şəxs onun oğlu Orxana təqdim etdiyi 5243-7544-4026- 9478 saylı kart hesabına göndərmişlər. Belə ki, onun oğlu Orxan 2024-cü ilin təxminən iyul ayının ortalarında axşam saat 17:00 radələrində Yevlax rayon Aran qəsəbəsində körpünün yanında yerləşən çayxanada polis əməkdaşları Elnur və Xudabaxışm yanında Məmmədə əlbəəl 600 manat pul vermişdir. 1000 manat pulu isə xx.xx.2024cü il tarixdə təxminən günorta saatlarında gəlini Şahid2 yanında yaşadığı evin həyətində Təqsirləndirilən şəxs əlbəəl vermişdir.Bundan əlavə Təqsirləndirilən şəxs onun oğlu Orxana təqdim etdiyi 5243-7544-4026-9478 saylı kart hesabına onun oğlu Şahid1 xx.xx.2024-cü il tarixdə saat 16:02-də Yevlax rayon Aran qəsəbəsində Şahlaroğlu adlanan marketdə olan million aparatı ilə 600 manat, xx.xx.2024- cü il tarixdə saat 10:49-da isə ünvan 5 ünvanında Sahilsmartkart vasitəsilə 300 manat, 27.07,2024-cü il tarixdə saaat 13:00-də Yevlax rayonu Aran qəsəbəsində özünə məxsus yaşayış evində oğlu onun özünə məxsus olan Samsung A7 markalı telefon vasitəsilə 200 manat və xx.xx.2024-cü il tarixdə saat 16:21- də 200 manat, xx.xx.2024-cü il tarixdə saat 18:51-də isə Yevlax rayonu Aran qəsəbəsində yerləşən Elman marketdə olan million aparatı vasitəsilə 550 manat pul göndərmişdir. Həmin ödənişlərə dair qəbzləri Yevlax rayon polis şöbəsinə təqdim etmişdir. O, yedə qalan 400 manat pulu onun oğlu Şahid1 xx.xx.2024-cü il tarixdə saat 16:52-də Yevlax rayon Aran qəsəbəsində yerləşən Şahlar market adlanan marketdə olan million aparatı vasitəsilə Təqsirləndirilən şəxs Orxana təqdim etdiyi 5243-7544-4026- 9478 saylı kart hesabına ödədiyini bildirmişdir. Lakin həmin 400 manat ödənişə dair qəbzi itirdiyi üçün həmin qəbzi cinayət işinin materiallarına əlavə etmək mümkün olmamışdır. Hal- hazırda Məmməd ona qaytarmalı olduğu 3850 manat pulu qaytarmaqdan boyun qaçırır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayında avtomobil almaq üçün Bakı şəhərinə getmiş və Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən “Okean” avtosalona yaxınlaşmış və oradan ilkin ödəniş 6300 manat edərək “Kia Optima” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobili 3 il müddətinə kreditlə almışdır. Həmin avtomobil üçün 750 manat pul ödəməli imiş və həmin pulu hər ay həmin salondan təqdim edilmiş kod vasitəsi ilə edirmiş. Lakin əvvəllər həmin salonda işləmiş Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayında bir neçə dəfə onların yaşadığı evə gəlmiş avtomobil üçün olan aylıq pulları ödəməyəcəyi halda avtomobili əlindən alacağını bildirmişdir. O həmin şəxsə inanıb öncə əlbəəl həmin şəxsə 600 manat daha sonra isə hissə-hissə bir ay ərzində 1000 manat pulu yenə də əlbəəl və yerdə qalan 2250 manat hissəsini isə Bayram Məmmədin ona təqdim etdiyi 5243-7544-4026-9478 saylı kart kart hesabına köçürməklə ümumilikdə 3850 manat pul vermişdir. Onlar Təqsirləndirilən şəxs bir ay ərzində ümumilikdə 3850 manat vermişlər.Sonra Təqsirləndirilən şəxs ona zəng edib yenə 200 manat pul istəmiş və bu zaman o, “Okean” avtosalona zəng edərək həmin şəxsin onlardan davamlı ödəniş etməyini istədiyini bildirmişdir.Həmin Okean avtosalondan ona Təqsirləndirilən şəxs işdən çıxardıqlarını və bir neçə aydır ki, həmin şəxsin orada işləmədiyini, salonun adından istifadə edərək vətəndaşların pulunu dələduzluq yolu ilə keçirdiyini bildirmişlər. O, həmin vaxt aldadıldığını anlamış və bu barədə anası Zərərçəkmiş şəxs demişdir. Bundan sonra onun anası Zərərçəkmiş şəxs DİN-nə məlumat vermişdir. O, ifadəsində bir ay ərzində Təqsirləndirilən şəxs ümumilikdə 3850 manat pul verdiyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs onun və anası Zərərçəkmiş şəxsnm etibarından sui-istifadə edərək dələduzluq yolu onlara məxsus 3850 manat pulunu ələ keçirmişdir .Həmin məbləğlərin 1600 manatını əlbələl yerdə qalan 2250 manatını isə ona təqdim etdiyi 5243-7544-4026- 9478 saylı kart hesabına göndərmişlər. Belə ki, o, 2024-cü ilin təxminən iyul ayının ortalarında axşam saat 17:00 radələrində Yevlax rayon Aran qəsəbəsində körpünün yanında yerləşən çayxanada polis əməkdaşları Elnur və Xudabaxışın yanında Məmmədə əlbəəl 600 manat pul vermişdir. Onun anası Zərərçəkmiş şəxs 1000 manat pulu isə xx.xx.2024cü il tarixdə təxminən günorta saatlarında gəlini Şahid2 yanında yaşadığı evin həyətində Təqsirləndirilən şəxs əlbəəl vermişdir.Bundan əlavə Təqsirləndirilən şəxs ona təqdim etdiyi 5243-7544-4026-9478 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə saat 16:02-də Yevlax rayon Aran qəsəbəsində Şahlaroğlu adlanan marketdə olan million aparatı ilə 600 manat, xx.xx.2024-cü il tarixdə saat 10:49-da isə ünvan 5 ünvanında Sahilsmartkart vasitəsilə 300 manat, xx.xx.2024-cü il tarixdə saaat 13:00cə Yevlax rayonu Aran qəsəbəsində özünə məxsus yaşayış evində özünə məxsus olan Samsung A7 markalı telefon vasitəsilə özünə məxsus kapital bank kart hesabından 200 manat və xx.xx.2024-cü il tarixdə saat 16:21-də 200 manat, xx.xx.2024-cü il tarixdə saat 18:51-də isə Yevlax rayonu Aran qəsəbəsində yerləşən Elman marketdə olan million aparatı vasitəsilə 550 manat pul göndərmişdir. Həmin ödənişlərə dair qəbzləri Yevlax rayon polis şöbəsinə təqdim etmişdir. O, yedə qalan 400 manat pulu xx.xx.2024-cü il tarixdə saat 16:52-də Yevlax rayon Aran qəsəbəsində yerləşən Şahlar market adlanan marketdə olan million aparatı vasitəsilə Təqsirləndirilən şəxs ona təqdim etdiyi 5243- 7544-4026-9478 saylı kart hesabına ödədiyini bildirmişdir. Lakin həmin 400 manat ödənişə dair qəbzi itirdiyi üçün həmin qəbzi cinayət işinin materiallarına əlavə etmək mümkün olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs qaytarmalı olduğu 3850 manat pulu qaytarmaqdan boyun qaçırır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 Muhiddin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin təxminən iyul ayının ortalarında saat təxminən 16 radələrində o, Yevlax rayon Aran qəsəbəsində xidmətdə olarkən, onun mobil nömrəsinə zəng gəlmişdir. Həmin nömrəni açıb telefonla danışmış və həmin şəxs ondan Yevlax rayon Aran qəsəbəsinin sahə rəisi olub-olmadığını soruşaraq onun mobil nömrəsini Yevlax RPŞnin Növbətçi Hissəsindən götürdüyünü bildirmişdir. O, Yevlax rayon Aran qəsəbəsinin sahə rəisi olduğunu, ona nə üçün zəng etdiyini və kim olduğunu soruşmuşdur. Həmin vaxt o, adının Məmməd olduğunu, Bakı şəhəri Babək prospektində yerləşən Okean avtosalonun hüquqşünası olduğunu və Yevlax rayon Aran qəsəbəsində yaşayan Orxan adlı şəxsin həmin Okean avtosalondan kreditlə avtomobil aldığını, lakin ödəniş etmədiyini və gecikşməsi olduğunu bildirmişdir. O, Yevlax rayon Aran qəsəbəsində xidmətdə olduğu üçün Məmmədlə görüşmüş və onunla birlikdə Orxanın yaşadığı evin qarşısına gətmişlər. Sonra isə o, Orxanı səsləməyə başlamış və bu zaman səsə evdən Orxanın anası Nazilə xanım çıxmış və Orxanın evdə olmadığını, Bərdə rayonunda olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs oğlu Orxana zəng etmiş və gecikmədə olan avtomobilin ödənişini etmədiyi üçün Okean avtosalonun hüquqşünası Məmməd adlı şəxsin sahə rəisi Şahid3 ilə birlikdə gəldiyini bildirmişdir. Həmin vaxt telefon vasitəsilə Orxan anası Zərərçəkmiş şəxs təxminən 1 saata Bərdə rayonundan gələcəyini və onların Yevlax rayonu Aran qəsəbəsində yerləşən körpünün yanındakı çayxanada gözləmələrini bildirmişdir. Bundan sonra həmin ərazinin sahə rəisi Xudabaxış ilə Məmməd həmin çayxanaya getmişlər. Orada polis əməkdaşı həmin ərazinin sahə polis nəfəri polis baş serjantı Şahid4 görmüşlər. Sonra orada çayxanada Məmməd, Xudabaxış və Elnur birlikdə oturub çay içmişlər. Təxminən 1 saat sonra onların yanma Orxan gəlmişdir. Sonra Orxan ilə Məmməd onların yanından aralaşıb, çayxananın qarşısına çıxmışlar. Bir müddət sonra Orxan və Məmməd çayxanaya geri qayıdıb polis əməkdaşları Xudabaxış və Elnurun yanma gəlmişlər. Həmin vaxt X5 gecikmədə olan avtomobilin kreditini ödəyib-ödəmədiyini soruşmuşdur. Bu zaman Məmməd ona Orxanın 600 manat ödəniş etdiyini, yəni Orxandan 600 manat əlbə-əl aldığını bildirmişdir. Həmin vaxt Xudabaxışın yanında əyləşmiş polis əməkdaşı Şahid4 də eşitmişdir. Orxan 600 manat pulu Məmmədə verən zaman polis əməkdaşları Xudabaxış və Elnur görməmişlər. Lakin Məmməd özü polis əməkdaşları Xudabaxış və Elnura Orxanın 600 manat ödəniş etdiyini özü demişdir. Bundan sonra polis əməkdaşları Xudabaxış və Elnur oradan, yəni Orxan və Məmmədin yanından aralaşıb xidməti ərazilərinə çıxmışlar. Həmin vaxtdan sonra Xudabaxış və Elnur Məmmədi bir daha görməmişlər və onunla əlaqə saxlamamışlar. Şahid3 və Şahid4 Zərərçəkmiş şəxs Məmməd adlı şəxs tərəfindən aldadılaraq 3850 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsini Zərərçəkmiş şəxsmn Yevlax rayon polis şöbəsinə etdiyi müraciətdən sonra məlumatları olmuşdur. Həmin vaxta qədər Xudabaxış və Şahid4 Məmmədin dələduzluq yolu ilə Zərərçəkmiş şəxsmn 3850 manat pulunu ələ keçirməsindən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı Şahid3 Muhiddin oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdar. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2025-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(011)-114/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydad təsdiq edilmiş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini göstərərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən barəsində olan cinayət işi üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 178.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 55 (əlli beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması ilə əlaqədar barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə dövrü üçün göstərilən 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar