Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-94/2020 02.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəıliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin İ-ci İnstansiya Məhkəməsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Yevlax rayonu Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 1(039)-70/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib, aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla, qəti olaraq üzərində 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün islah işləri cəzasına məhkum edilmiş, Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2019-cu ilin aprel ayında Yevlax rayonu, Meyvəli kəndinin ərazisində, Şirvan su kanalının kənarında əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan, az miqdarda – 1 ədəd çətənə (kannabis) bitkisini kultivasiya edərək həmin çətənə (kannabis) bitkisindən, 2019-cu ilin sentyabr ayında, satış məqsədi ilə qanunsuz olaraq, toplamaqla əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda – 3,18 qram, 4,12 qram, 5,10 qram, 0,48 qram, 0,49 qram miqdarında olmaqla, cəmi şəxsi istehlak miqdarından artıq miqdarda – 13,37 qram miqdarında olan narkotik vasitə - qurudulmuş marixuananı əynindəki gödəkcənin sağ yan cibində üç ədəd kibrit qutusunda və iki ədəd gümüşü-ağ rəngli kağız bükümündə qanunsuz olaraq saxlamışdır. Həmin şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 13,37 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən, Təqsirləndirilən şəxs, qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi xx xxx 2020-ci il tarixdə, saat 18:30 radələrində, Yevlax rayonu Xaldan kəndində saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək, üzərində saat 19:05 radələrində müdafiəçinin iştirakı ilə və video çəkiliş tətbiqi ilə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkcənin sağ yan cibində üç ədəd kibrit qutusunda və iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Təxminən 2019-cu ilin aprel ayında Şirvan su kanalının Yevlax rayonu Meyvəli kəndindən keçən hissəsində kanalın kənarında narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüşdür. Yabanı halda bitmiş çətənə bitkisinin güllərini yığaraq toplamış, qurutmuş və yaşadığı evin həyətində gizlətmişdir. Özünə lazım olanda həmin narkotikdən istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə axşam saatlarında siqaret almaq üçün evdən çıxarkən belə qərara gəlmişdir ki, qalan narkotiki üç kibrit qutusuna və iki siqaret kağızına büksün, yolda qarşısına çıxıb kimsə tanışlarından narkotik vasitə istəsə kibrit qurusunda olan narkotik vasitəni onlara satsın, digər bükülüdə olan narkotik vasitələri isə özü istifadə etsin. Belə də etmiş, narkotik vasitəni qeyd etdiyi qaydada qablaşdıraraq içində narkotik vasitə - marixuana olan üç ədəd kibrit qutusunu və iki ədəd gümüşü rəngli kağız bükümünü əynindəki gödəkcənin sağ yan cibinə qoymuş və dükana getmək məqsədi ilə əvvəllər tanıdığı, taksi sürücüsü kimi fəaliyyət göstərən Şahid3 zəng edərək ondan onu Yevlax rayonu, Xaldan dairəsi deyilən əraziyə aparmağı xahiş etmişdir. Şahid3 idarə etdiyi VAZ-21102 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib götürərək onu həmin əraziyə aparmışdır. Şahid3 onda narkotik vasitə olmasından məlumatı olmamışdır. Orada avtomobildən enib bir az aralandıqda ona bir neçə şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş və onlarla birlikdə Şöbəyə getmişdir. Şöbədə ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir və bu məqsədlə on vəkil təqdim edilmişdir. Video çəkilişlə aparılan baxış zamanı üzərində olan digər əşyalarla birlikdə içində narkotik vasitə olan üç kibrit qutusunu və iki bükülünü təqdim etmişdir. Etiraxf etmişdir ki, onların içində olan maddə narkotik vasitə olan marixuanadır, kibrit qutularını satmaq üçün, bükülüləri isə öz istifadəsi üçün üzərində saxlamışdır. Əvvəllər narkotik vasitə satmamış, bu dəfə də narkotik vasitəni satarkən tutullmamışdır. Bu səbəbdən özünü yalnız narkotik vasitə saxlamada təqsirli bilir. Əməlindən peşman olduğunu bildirərək ona narkotik vasitə saxlamağa görə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax rayonu, Xaldan kənd sakini olan Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, saxlaması, habelə satması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasənda raportla şöbənin rəhbərliyinə müraciət etmiş və bu müraciət əsasında onun, habelə şöbənin digər əməkdaşları Şahid2, Arif Məhərrəmovun və Vüsal Hüseynovun daxil olduğu əməliyyat qrupu yaradılmışdır. xx xxx 2020-ci il tarixdə əməliyat qrupunun üzvləri Təqsirləndirilən şəxs Yevlax rayonu, Xaldan kəndi ərazisində yerləşən dairənin yaxınlığında olduğu müəyyən edilmiş və qrup üzvləri oraya yollanmışlar. Saat təxminən 18:30-da Qnyazın Xaldan dairəsi adlanan ərazidə VAZ- 21102 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən endiyini görmüşlər və ona yaxınlaşıb özlərini təqdim edərək onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Qnyaz buna etiraz etməmiş və onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbədə onun üzərinə video çəkilişlə baxış keçiriləcəyi bildirilmiş və bu məqsədlə ona müdafiəçi təqdim edilmişdir. Qnyaz buna etiraz etməmişdir. Baxış zamanı Qnyaz üzərində olan digər əşyalarla birlikdə əynində olan gödəkcənin sağ yan cibindən üç ədəd kibrit qutusu və iki ədəd gümüşü rəngli kağız bükülü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçının sualına cavab olaraq Qnyaz bildirmişdir ki, üç ədəd kibrit qutusunda və iki ədəd gümüşü rəngli kağız bükümdə olan maddə qurudulmuş marixuanadır. Qnyaz etiraf etmişdir ki, bu narkotik vasitələri özü qablaşdırmış və satmaq üçün üzərində gəzdirmişdir. Bu barədə protokol tərtib edilmiş və digər iştirakçılar kimi o da, protokolu imzalamışdır. Şahid3 bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi VAZ-21102 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşımaqla məğuldur. Təqsirləndirilən şəxs və onun valideynlərini uzun müddətdir tanıyır. Belə ki, Qnyazın valideynlərini dəfələrlə müxtəlif ünvanlara aparmışdır. Qnyazın özü də bir neçə dəfə onu müxtəlif ünvanlara aparmağı xahiş etmiş və o, bu xahişi yerinə yetirmişdir. xx xxx 2020-ci il tarixdə, axşam saatlarında Qnyaz onun istifadəsində olan mobil telefona zəng edərək onu Xaldan dairəsi deyilən əraziyə aparmağı xahiş etmişdir. Qnyazın yaşadığı kəndə gedərək onu oradan götürmüşdür. Qnyaz bildirmişdir ki, 2-3 manat pul verəcək, onunla razılaşmışdır. Təxminən saat 18:30-da Xaldan dairəsinə çatmış və Qnyaz avtomobildən enərək bir neçə dəqiqəyə qayıdacağını bildirmiş və xahiş etmişdir ki, onu gözləsin. Qnyaz onun avtomobilindən bir neçə metr uzaqlaşdıqdan sonra ona bir neçə şəxs yaxınlaşmış və Qnyazı gəldikləri avtomobilə əyləşdirmişlər. Onlardan biri isə gəlib onun avtomobilinə oturmuş, özünü polis əməkdaşı kimi təqdim etmiş və Yevlax Rayon Polis Şöbəsinə sürməyi xahiş etmişdir. Polis şöbəsində ona məlum olmuşdur ki, Qnyazın üzərindən narkotik vasitə çıxmışdır. Avtomobillə gedərkən Qnyaz üzərində narkotik vasitənin olduğunu ona bildirməmiş, özünün bundan məlumatı olmamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi əks olunduğu video yazıya baxış keçirilmiş və həmin yazıda Təqsirləndirilən şəxs və şahidlərin bildirdikləri hallar təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/273 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, “Baxışda iştirak etdi.1 Şahid1 /imza/ 2 Arif Məhərrəmov /imza/ 5. Təqsirləndirilən şəxs /imza/” sözləri və imzalar olan zərfi açdıqda içərisindəki 03 (üç) kibrit qutularında , ayrı ayrılıqda təmiz çəkiləri -3,18 qr., 4,12 qr., 5,10 qr. və 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,48 qr., 0,49 qr., ümumi təmiz çəkisi 13,37 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi – 0,10 qr. (hər ob. – 0,02 qr.)., qalıq – 13,27 qr. (səh. 41) Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 441 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkomaniya dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (səh.123) Yevlax Rayon Məhkəməsinin 1(039)-70/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün islah işləri cəzası saxlanılmışdır. Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş məktubda qeyd edilir ki, 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasından 02 (iki) ay çəkmişdir . Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satmadığı üçün özünü yalnız narkotik vasitə saxlamaqda təqsirli bilsə də, özünün etirafedici ifadəsi ilə narkotik vasitəni satmaq niyyətində olduğunu və məhz bu məqsədlə ayrı-ayrı kibrit qutularına yığdığını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və video görüntü ilə tam təsdiqini tapmış, bu səbəbdən ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıram halların olmamasını nəzərə alır və ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa Yevlax Rayon Məhkəməsinin 1(039)-70/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş islah işləri cəzasının çəkilməmiş hissəsi 01 il 09 ay 24 gün Cinayət Məcəlləsinin 68.1.3 və 67-ci maddəsinə əsasən 4 gün islah işləri cəzasının 1 gün azadlığın məhrum etmə cəzası ilə əvəz edilməklə təyin edilmiş cəzaya qismən toplamaqla cəza təyin edilməlidir. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Maddə 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.3. islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Yevlax Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan çəkisi 13.27 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. İş üzrə 35.97 (otuz beş) manat (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməlidir. Müdafiəçi X1 dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə istintaq zamanı 24 saat, Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə zamanı 15 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)-70/2017 saylı xx.xx.2017ci il tarixli hökmü ilə Cinayət Məcəllənin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün islah işləri cəzasının çəkilməmiş qalan 1 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) günü Cinayət Məcəlləsinin 68.1.3 və 67-ci maddələrinə əsasən 4 gün islah işləri cəzasının 1 gün azadlığın məhrum etmə cəzası ilə əvəz edilməklə 5 (beş) ay 13 (on üç) gün ona təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 13.27 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 144 (bir yüz qırx dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X1 və məhkəmə dövrü üçün 80 (səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-94/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-94/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver