Məhkəmə qərarları › İş №1(039)-94/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-94/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-94/2021 13.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, B.İmanov küçəsi, ev 47-də qeydiyyatda olan, barəsində 16 may 2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, qəsdən avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Beləki, Təqsirləndirilən şəxs 14 may 2021-ci il tarixdə, saat 16 radələrində Şahid1 Rəsul oğlunun etibarnamə olmadan idarə etdiyi Zərərçəkmiş şəxs məxsus olan «Toyota Prius» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək ünvan 1 ünvanında yerləşən Yevlax şəhər mərkəzi bazarının qarşısında Şahid1 Rəsul oğlu avtomobili saxlayaraq mühərriki işlək vəziyyətdə qoyub yaxınlıqda olan “Bərəkət” ərzaq mallarının satışı mağazasına daxil olmuş, Təqsirləndirilən şəxs bundan istifadə edərək talama məqsədi olmadan qəsdən qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə alkoqol sərxoşluğu vəziyyətində sükan arxasına əyləşib avtomobili idarə edərək Ucar rayonunun Qazıqumlaq kəndinə gedib, yenidən axşam saatlarında Yevlax rayonu ərazisinə qayıdaraq Zərərçəkmiş şəxs məxsus olan «Toyota Prius» markalı **-DU- *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qəsdən qanunsuz olaraq ələ keçirmiş və o, həmin günü saat 21:30 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində həmin avtomobillə birlikdə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2016-cı ildə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 05 il 4 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam və 24 iyun 2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 10 ay 20 gün vaxtından əvvəl şərti azad edilmişəm. 14 may 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdə yemək yeyən zaman iki litirə yaxın pivə içmişdir. Həmin gün saat 15:30 iradələrində qaynanasıgilə getmişdir. Qaynanasıgildə olan zaman qaynanası ilə qeyri rəsmi yaşayan Elçin də «Toyota-Prius» markalı avtomobilə ora gəlmişdir. Elçin qayıdan vaxt Elçinin avtomobilinə əyləşmiş, saat təxminən 16 radələrində Yevlax şəhər mərkəzi bazarının qarşısında Elçin avtomobili saxlamış və avtomobildən düşüb mağazaya getmişdir. Elçin avtomobildən düşüb mağazaya gedəndən sonra o, avtomobilin açarının üstündə olduğunu görərək Elçindən xəbərsiz avtomobilin sükanı arxasına əyləşərək avtomobili işə salmış və hərəkətə başlamışdır. Avtomobili sürərək Bakı yoluna çıxmış və Ucar rayonu istiqamətində hərəkətə başlamışdır. Dayısıgil Ucar rayonu Qazqumlaq kəndində yaşadığı üçün o, həmin kəndə getmişdir. Dayısıillə görüşmış, onlarda çay içmiş, sonra çıxıb kənddə bir qədər avtomobilə fırlanmış, axşam tərəfi Yevlax şəhərinə gəlməsi üçün yola düşmüşdür. Qaçırdığı avtomobilə Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində hərəkətdə olan olan zaman Yol patrul xidməti avtomobili ona saxla işarəsi verərək onu saxlatmış və polis əməkdaşları avtomobilə birlikdə onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Avtomobilə heç bir ziyan vurmamışdır. Təqsirləndirilən şəxs məhkəmədən əməlindən səmimi peşmançılığını, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə aınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 14 may 2021-ci il tarixdə özünə məxsus «Toyota-Pirus» markalı, **- DU-*** dövlət nömrə nişanlı avtomobilini naməlum şəxs tərəfindən qaçırılması barədə Yevlax rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Belə ki, özünə məxsus «Toyota- Pirus» markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobili və avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. O, həmin avtomobili 22 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərində, Sumqayıt şəhər sakini X3 12000 manata almışdır və həmin avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili aldıqdan sonra Yevlax-Bakı arası taksi kimi fəaliyyət göstərir. Çox vaxt Yevlax şəhər avtovağzalından Bakı şəhərinə gedən kilyentləri yığmaq üçün avtomobili tanıdığı Şahid1 Rəsul oğuna verərək Elçinin vasitəsi ilə kilyentləri yığaraq Bakı şəhərinə yola düşür. 14 may 2021-ci il tarixdə günorta saatlarında o, Bakı şəhərinə müşdəri aparamaq üçün özümə məxsus «Toyota-Pirus» markalı avtomobillə Yevlax şəhər Avtomvağzalına getmişdir. X5 vermiş və Elçinə müşdəriləri yığandan sonra ona xəbər etməsini demişdir. Özü isə dincəlmək üçün evə getmişdir. Yaşadığı evdə bir qədər istirahət etdikdən sonra saat təxminən 16 radələrində o, Elçinə zəng ediərək kilyent yığıb-yığmamasını soruşmuşdur. Elçin isə ona avtomobilinin qaçırıldığını bildirmişdir. Bundan sonra o, Elçinin yanına getmiş və Elçinlə birlikdə polis şöbəsinə gedərək avtomobilinin naməlum şəxs tərəfindən qaçırılması barədə şikayət ərizəsi vermişdir. Həmin gün axşam polis şöbəsində bilmişdir ki, ona məxsus avtomobili Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qaçırtmış və polis əməkdaşları Təqsirləndirilən şəxs avtomobilə birlikdə tutaraq polis şöbəsinə gətirmişlər. Avtomobilinə heç bir ziyan dəyməmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs Nəsrəddin oğlu ilə barışdığını və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 13 aprel 1995-ci il təvəllüdlü, Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs 14 may 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Yevlax şəhər Mərkəzi Bazarının qarşısından ona məxsus «Toyota-Prius» markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X11 Bölüyünün əməkdaşları ilə birlikdə 14 may 2021-ci il tarixdə saat 21:30 radələrində Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus Toyota-Prius» markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobili bir nəfər şəxsin idarə etdiyini görmüşlər. Həmin vaxt o, həmin avtomobilə saxla işərasi verərək saxlatmışdır. Bundan sonra onlar həmin avtomobili idarə edən şəxslə birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində məlum olmuş ki, Zərərçəkmiş şəxs məxsus avtomoili qaçıran şəxs 1984-cü ildə Yevlax şəhərində anadan olmuş, əvvəllər dəfələrlə məhkum olunmuş, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid1 Rəsul oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, X4 14 may 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə vermiş olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. O, Şəmili Bakı-Yevlax arası taksi kimi fəaliyyət göstərəən şəxs kimi tanımışdır. O, Yevlax şəhər avtovağzalında Bakı şəhərinə gedən taksilərə kilyent yığaraq gündəlik çörək pulu qazanır. Çox vaxt Şəmil özünə məxsus avtomobili Avtovağzalda ona verərək yaşadığı evə getmiş və o, kilyent yığdıqdan sonra Şəmilə xəbər etmişdir. Şəmil də gəlib kilyentləri götürərək çıxıb getmişdir. Sonuncu dəfə 14 may 2021-ci il tarixdə günorta saatlarında Şəmil özünə məxsus «Toyota-Pirus» markalı avtomobilə Yevlax şəhər Avtomvağzalına gəlmiş, avtomobili ona vermiş və kilyent yığdıqdan sonra xəbət etməsini deyərək çıxıb getmişdir. Həmin gün saat təxminən 15:30 radələrində o, Şəmilə məxsus avtomobillə özünə məxsus gödəkcəni götürmək üçün qeyri rəsmi yaşadığı Gülsəbanın evinə getmişdir. O, Gülsəbagilə getdikdə Gülsəbanın kürəkəni Orxanın da orada olduğunu görmüşdür. O, evdən gödəkcəsini götürüb çıxan zaman Orxan ondan onu da bazarın qarşısında düşürtməsini xahiş etmişdir. Həmin vaxt Orxan onun idarə etdiyi avtomobilə əyləşmiş, o, avtomoibili idarə edərək Yevlax şəhər mərkəzi bazarının qarşısına gəlmişdir. Avtomobili saxlamışdır ki, Orxan avtomobildən düşsün. Həmin vaxt özü də avtomobildən düşərək siqaret almaq üçün yaxınlıqdakı mağazaya getmişdir. O, mağazaya girmək istəyərkən kənardakı şəxslər ona avtomobilin qaçırıldığını bildirmişlər. O, geriyə çönüb baxdıqda Orxanın avtomobilin sükanına keçərək avtomobili sürüb getdiyini görmüşdür. Avtomobilin arxasınca qaça-qaça Orxana avtomobili saxlamasını qışqırsa da, Orxan avtomobili saxlamamış və sürüb getmişdir. O, bundan sonra Yevlax şəhərini gəzsə də Orxanı tapa bilməmişdir. Bir qədər sonra Şəmil ona zəng edərək kilyent yığıb yığmamasını soruşmuşdur. O, Şəmilə avtomoilin qaçırıldığını bildirmişdir. Həmin vaxt Şəmil onun yanına gəlmiş və birlikdə polis şöbəsinə getmişlər. Şəmil avtomobilinin qaçırılması barədə şikayət ərizəsi vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin 24.05.2021-ci il tarixdə daxil olmuş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin 11.01.2007-ci il tarixli hökmü ilə AR CM-nin 152, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə, Yevlax rayon məhkəməsinin 23.09.2011-ci il tarixli hökmü ilə AR CM-nin 185.2.2, 185.2.4cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə, Yevlax rayon məhkəməsinin 08.01.2015-ci il tarixli hökmü ilə AR CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Sonuncu dəfə Gəncə Ağır Cinayətlər məhkəməsinin 14.09.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.06.2021-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 10 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 10.06.2021-ci il tarixli 164/6 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 7(003)-618/2020 saylı 24.06.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 20 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını 08.05.2021-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:15-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 4(039)-63/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsrəddin oğlunun barəsində həmin tarixdə 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 may 2021-ci il tarixdən saat 22.15-dən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən ADN 919112 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Prius markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Saray Bağlarında yaşayan X6 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında 22.01.2021-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, Toyota Prius markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə Yevlax şəhər sakini Zərərçəkmiş şəxs etibar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunr. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, B.İmanov küçəsi, ev 47 A saylı evdə qeydiyyatdadır. Məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Məhkəmə hesab edir ki, yuxarıda şərh edilən cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli olması onun özünün etirafedici ifadəsindən əlavə, zərəçəkmiş şəxsin, şahid ifadələri və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda onunla barışdığını və ondan heç bir şikayət və tələblərinin olmamasını göstərmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı aradan qaldırmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxsə dəymiş ziyanı ödədiyinə və onunla barışıq əldə etdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan cinayət təqibinə məhkəmə iclasında xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan Toyota Prius markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmiş və ekspertiza zxərci yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut olan Toyota Prius markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar