Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-94/2023 06.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 2001-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı rayonunun Kosalar kəndində qeydiyyatda olmaqla Yevlax rayonu Pambıq zavodunun fermasında məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə Yevlax rayonunun Cırdaxan meşəbəyliyinin ərazisində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qarşılıqlı olaraq bir-birilərini söyüb təhqir edərək əlbəyaxa olub dalaşmışlar, dava-dalaş zamanı Təqsirləndirilən şəxs əlində olan plastik boru ilə qəsdən vurub Zərərçəkmiş şəxs sağ almacıq gicgah nahiyəsinin şişkinliyi, sağ qaşın bayır bucağının əzilmiş yarası, sağ gözün ağlı qişasına yayılmış qansızma ilə müşaiyət olunun və dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs isə əlində olan şallaq ilə qəsdən vurub Təqsirləndirilən şəxs hər iki əlin arxa səthinin çoxsaylı əzilmiş yaraları ilə müşaiyət olunun və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməldə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadıqları fermanın yaxınlığında meşədə at üstündə qoyun otarırmış. Həmin vaxt yaxınlıqdaki fermadan Akif adlı şəxs at üstündə onun yanına gəlmiş, heyvanlarını meşədə otardığına görə onu nalayiq söyüşlərlə söyüb təhqir edərək bildirmiş ki, guya o, heyvanları onların otlaq yerində otarır. Daha sonra Akif əlindəki şallaqla atımı ürkütmüş və şallaqla onun sifətinə vurmuş, əlində olan çomaqla da onun əllərinin üstünə vurmuşdur. Bundan sonra Akif atdan yerə düşmüş və onu da çəkib atın üstündə yerə salaraq əlbəyaxa olmuşlar və dava zamanı Təqsirləndirilən şəxs Akifə xəsarət yetirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, əməli törtəmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 171 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - “sağ almacıq gicgah nahiyəsinin şişkinliyi, sağ qaşın bayır bucağının əzilmiş yarası, sağ gözün ağlı qişasına yayılmış qansızma” küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 170 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - “hər iki əlin arxa səthinin çoxsaylı əzilmiş yaraları” küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3- cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə CMnin 73-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-94/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-94/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver