Məhkəmə qərarları › İş №1(039)-94/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-94/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-94/2025 18.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(039)-14/2025 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2pleksi, ev 58 A, mənzil 1-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Səzavət oğlu öz qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş şəxslərə xeyli miqdarda zərər vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mühafizə Xidmətinin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin rəisi vəzifəsində, daxili xidmət polkovnik-leytenantı rütbəsində işləyən zaman qulluq mövqeyndən istifadə edərək tanışı X5 işə düzəlmək istədiyini yəqinliklə bilib onun pul vəsaitini ələ keçirmək üçün, vəzifəli şəxs olmaqla vətəndaşları işlədiyi nazirlikdə istənilən işə düzəltmək imkanında və iqtidarında olan geniş əlaqələrə malik şəxs kimi təqdim edərək, tamah niyyətilə qanunsuz yolla maddi gəlir əldə etmək məqsədilə Talib Almasova onu 11.000 (on bir min) manat pul müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd edib inandıraraq əslində isə buna müvafiq səlahiyyətləri və hər hansı iş görmək niyyəti olmamaqla onu aldadıb 2022-ci ilin may ayında Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən Milli Onkologiya Mərkəzinin inzibati binasının qarşısında onunla və qardaşı X4 ilə görüşüb yalandan vəd etdiyi işin düzəlməsi müqabilində Zərərçəkmiş şəxs3 11.000 (on bir min) manat pulu alıb ələ keçirməklə faktiki olaraq Şahid2 işə düzəltmək üçün heç bir iş görmədən həmin pulları öz şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə X2 11.000 (on bir min) AZN pulunu qanunsuz və əvəzsiz olaraq ələ keçirib ona xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mühafizə Xidmətinin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin rəisi vəzifəsində, daxili xidmət polkovnik-leytenantı rütbəsində işləyən zaman qulluq mövqeyndən istifadə edərək dostu Zərərçəkmiş şəxs1 pul qazanc əldə etmək istədiyini yəqinliklə bilib onun pul vəsaitlərini ələ keçirmək üçün, vəzifəli şəxs olmaqla vətəndaşları işlədiyi nazirlikdə avtomobilləri qeydiyyatdan çıxararaq satışa vermək imkanında və iqtidarında olan geniş əlaqələrə malik şəxs kimi təqdim edərək, tamah niyyətilə qanunsuz yolla maddi gəlir əldə etmək məqsədilə Zərərçəkmiş şəxs1 48.500 (qırx səkkiz min, beş yüz) manat pul müqabilində Fövqəladə Hallar Nazirliyinin Mühafizə Xidmətinin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsindən 01 ədəd üçdifer Kamaz 2 ədəd avtokar, 1 ədəd “İveco” markalı avtobus, 11 ədəd yanğın söndürən avtomobillərin qeydiyyatdan çıxarıb satışa verməklə Zərərçəkmiş şəxs1ın adına rəsmiləşdirəcəyini vəd edib inandıraraq buna müvafiq səlahiyyətləri və hər hansı iş görmək niyyəti olmadığından onu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin fevral ayında 5.000 (beş min) manat, 2022-ci ilin fevral ayından dekabr ayınadək olan müddət ərzində 37.500 (otuz yeddi min beş yüz) manat, sonuncu dəfə isə həmin ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında, iş yerində görüşüb yalandan vəd etdiyi işin düzəlməsi müqabilində 6.000 (altı min) manat olmaqla cəmi 48,500.00 (qırx səkkiz min, beş yüz) manat pulunu alıb ələ keçirməklə faktiki olaraq qeyd etdiyi məsələ ilə bağlı heç bir iş görmədən həmin pulları öz şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs1 48,500.00 (qırx səkkiz min, beş yüz) manat pulunu qanunsuz və əvəzsiz olaraq ələ keçirib ona xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mühafizə Xidmətinin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin rəisi vəzifəsində, daxili xidmət polkovnik-leytenantı rütbəsində işləyən zaman qulluq mövqeyndən istifadə edərək dostu Zərərçəkmiş şəxs2 qazanc əldə etmək istədiyini yəqinliklə bilib onun pul vəsaitlərini ələ keçirmək üçün, vəzifəli şəxs olmaqla vətəndaşları işlədiyi nazirlikdə avtomobilləri qeydiyyatdan silərək satışa vermək imkanında və iqtidarında olan geniş əlaqələrə malik şəxs kimi təqdim edərək, tamah niyyətilə qanunsuz yolla maddi gəlir əldə etmək məqsədilə Zərərçəkmiş şəxs2 30.500(otuz min beş yüz) manat pul müqabilində Fövqəladə Hallar Nazirliyinin Mühafizə Xidmətinin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsindən 01 ədəd üçdifer Kamaz 2 ədəd avtokar, 1 ədəd “İveco” markalı avtobus, 11 ədəd yanğın söndürən avtomobillərinin qeydiyyatdan çıxarıb satışa çıxararaq Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirəcəyini vəd edib inandıraraq müvafiq səlahiyyətləri və bununla əlaqədar hər hansı iş görmək niyyəti olmadığından onu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin fevral ayında 3.500 (üç min beş yüz) manat, 2022-ci ilin fevral ayından dekabr ayınadək olan müddət ərzində 17.000 (on yeddi min) manat, sonuncu dəfə isə həmin ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında iş yerində görüşüb yalandan vəd etdiyi işin düzəlməsi müqabilində 10.000 (on min) manat olmaqla cəmi 30.500 (otuz min beş yüz) manat pulunu alıb ələ keçirməklə faktiki olaraq qeyd etdiyi məsələ ilə bağlı heç bir iş görmədən həmin pulları öz şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs2 30.500 (otuz min beş yüz) manat pulunu qanunsuz və əvəzsiz olaraq ələ keçirib ona xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mühafizə Xidmətinin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin rəisi vəzifəsində, daxili xidmət polkovnik-leytenantı rütbəsində işləyən zaman qulluq mövqeyndən istifadə edərək tanışı Zərərçəkmiş şəxs4 özünü geniş səlahiyyətlərə və əlaqələrə malik vəzifədə işlədiyini bildirib Zərərçəkmiş şəxs4 oğlu Şahid4 Fövqəladə Hallar Nazirliyində işlə təmin etmək iqtidarında olması barədə yaratdığı inam və etibardan sui-istifadə edərək sonuncunun əmlakını ələ keçirməyə yönəlmiş tamah niyyəti ilə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə Şahid4 işə qəbul edilməsi məsələsinin həlli üçün Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən “Milliön” aparatı vasitəsilə ödənilmiş xx.xx.2024-cü il tarixdə qohumu Şahid3 məxsus ABB-yə aid “5167 5133 4295 0615” nömrəli plastik karta 3000 (üç min) manat, xx.xx.2024-cü il tarixdə ona məxsus ABB-yə aid “5167 5133 4018 5872” nömrəli karta 2000 (iki min) manat və xx.xx.2024-cü il tarixdə isə ona məxsus ABB-yə aid “5167 5133 4018 5872” nömrəli karta 1100 ( min yüz) manat vəsait olmaqla, cəmi 6.100 (altı min yüz) manat pulu əvəzsiz olaraq ələ keçirib faktiki qeyd etdiyi məsələ ilə bağlı heç bir iş görmədən həmin pulları öz şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs4 6.100 (altı min yüz) manat pulunu qanunsuz və əvəzsiz olaraq ələ keçirib ona xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mühafizə Xidmətinin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 07 aprel 2025-ci il tarixli, 0656/ş nömrəli əmri ilə öz arzusu ilə xidmətdən ayrılmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 uzun müddətdir tanıyır. 2022-ci ilin fevral ayında FHN-nə məxsus bəzi texnikalar, üç difer Kamaz, 2 ədəd avtokarların, bir İveco markalı avtobus, 11 ədəd yanğınsöndürən avtomobilləri köhnə olduğu üçün qeydiyyatdan silinib satışa çıxarılacağını bilmişdir. Bu barədə Samir və Kamranla danışıb maşınları almaq barədə razılaşmışlar. Samir və Kamranın məqsədləri texnikaları alıb satıb xeyir əldə etmək olmuşdur. Həmin texnikaları alıb onlara vermək üçün Zərərçəkmiş şəxs2 30.500 manat, Zərərçəkmiş şəxs1 isə 48.500 manat pul almışdır. Həmin pulları götürüb onlara qeyd olunan texnikaları verəcəyini vəd etmişdir. Pulları onlardan hissə-hissə götürmüş, ilk öncə qeyd olunan məsələ ilə bağlı 2022-ci ilin fevral ayında Kamrandan 5000 manat, sonra hissə-hissə olmaqla 2022-ci ilin dekabr ayınadək ümumilikdə 48.500 manat pul almışdır. Sonuncu dəfə 6000 manat pulu Kamrandan işlədiyi Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən idarədə almışdır. Zərərçəkmiş şəxs2 da qeyd olunan məsələ ilə bağlı eyni qaydada 2022-ci ilin fevral ayından dekabr ayınadək 30.500 manat pul götürmüşdür. Zərərçəkmiş şəxs2 da hissə-hissə olmaqla ilk öncə 3500 manat, sonra isə müxtəlif vaxtlarda 17.000, ən sonda isə yenə öz iş yerində (Yasamal rayonu, İnşaatçılar prospekti 31) 10.000 manat, ümumillikdə 30.500 (otuz min beş yüz) manat pul götürmüşdür. Onlardan götürdüyü pulun qarşılığında FHN-nin balansından silinəcək üçdifer Kamaz, 2 ədəd avtokarların, bir İveco markalı avtobus, 11 ədəd yanğınsöndürən avtomobilləri verəcəyini vəd etsə də, işlə bağlı problemlər yarandığı üçün həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin sonlarından Samir və Kamrana vurduğu zərərləri geri ödəməyə başlamış, Zərərçəkmiş şəxs2 7.500 manat borclu qalmış, Zərərçəkmiş şəxs1 24.150 manatını geri ödəmiş, 24.350 manatı ödənməmişdir. Bundan başqa, İntiqam Almaszadə ilə 2022-ci ilin fevral ayında söhbət əsnasında, X9nin 2020-2022-ci illərdə DSX-nin Xudat rayonunda yerləşən N nömrəli hərbi hissəsində sürücü-rabitəçi olaraq müddətli hərbi xidmət keçdiyini öyrənmiş və söhbət əsnasında onu FHN-də işə düzəldə biləcəyini, bunun üçün isə müəyyən qədər pul lazım olduğunu demişdir. İntiqam Almaszadə bu məsələnin xərcinin nə qədər olduğunu soruşduqda, 11.000 manat miqdarında işə düzəldəcəyini vəd etmişdir. Təxminən bir neçə ay keçdikdən sonra əvvəlcədən planlaşdırdığı şəraitdə 2022-ci ilin may ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzi tərəfdə olan zaman İntiqam Almaszadə 11.000 azn pul vəsaitini qardaşı Talıbı işlə təmin etməkdən ötrü ona vermişdir. X7 işə düzəldilməsi problem olduğundan həmin pul vəsaitlərini şəxsi ehtiyaclarıma xərcləmişdir. Bundan başqa ortaq tanışları vasitəsi ilə Yevlax rayonunda yaşayan X1 övladı Şahid4 işsiz olduğunu öyrənmiş, Zərərçəkmiş şəxs4la danışıq zamanı Şahid4 işə düzəldilməsində kömək edəcəyini bildirirək bunun müqabilində müəyyən qədər pul lazım olduğunu demişdir xx.xx.2024-cü il tarixdə qohumu Şahid3 məxsus ABB-yə aid “5167 5133 4295 0615” nömrəli plastik karta 3000 (üç min) manat, xx.xx.2024-cü il tarixdə özünə məxsus ABByə aid “5167 5133 4018 5872” nömrəli karta 2000 (iki min) manat, xx.xx.2024-cü il tarixdə isə məxsus ABB-yə aid “5167 5133 4018 5872” nömrəli karta 1100 ( min yüz) manat vəsait olmaqla cəmi 6.100 (altı min yüz) manat vəsaitini qəbul etmişdir. Qohumu Şahid3 heç bir xəbəri olmadan, müxtəlif şəxslərin borcu olduğunu deyib kart nömrəsini istəmiş pul gəldikdən sonra Şahid3 kartı götürüb Yasamal rayonu ərazisində “ATM” terminal vasitəsi ilə 3.000 manat (üç min) çıxartmışdır. Qalan pullar isə öz kartına oturduğundan öz kartında olan pulları yenə də terminal vasitəsi ilə çıxarıb öz şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı hissə-hissə ödəyə bilər. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs zəng edərək FHN-nə məxsus bəzi texnikalar, 01 ədəd üçdifer Kamaz, 2 ədəd avtokarların, bir İveco markalı avtobus, 11 ədəd yanğınsöndürən avtomobilləri köhnə olduğu üçün qeydiyyatdan silinib satışa çıxarılacağını və həmin texnikaları aldıqları təqdirdə pul qazanacalarını demişdir. Bunu bildikdən sonra Təqsirləndirilən şəxsla razılaşmış və onun dediklərinə inanaraq bu yolla pul qazana biləcəyini düşünüb, qeyd olunan məsələ ilə bağlı 2022-ci ilin fevral ayında 5000 manat pul, sonra 2022-ci ilin dekabr ayınadək ümumillikdə hissə-hissə olmaqla 48.500 manat pulu ona vermişdir. Sonuncu dəfə 6000 manat pulu Təqsirləndirilən şəxs işlədiyi Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən idarədə vermişdir. Həmin pul vəsaitini verdikdən sonra Təqsirləndirilən şəxs telefonlara cavab verməmiş, pulu geri istədikdə isə pulu qaytarmaqdan imtina etmişdir. Eyni bu qaydada ortaq tanışı Zərərçəkmiş şəxs2 pul alaraq dələduzluq etmişdir. Bir neçə ay keçdikdən sonra Əşrəf .Dövlətov aldığı 48.500 manat pul vəsaitindən müəyyən bir hissəsini ödəmişdir. Məhkəməyə müraciət etdiyi mülki iddia ərizsəində Təqsirləndirilən şəxs 24.850 (iyirmi dörd min manat səkkiz əlli) manat tələb etsədə, sonradan ona ödəniş olunmuş və hazırda ona 23.350 (iyirmi üç min üç yüz əlli) manat pul ödənilməmiş qalmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza təyin edilməklə tərəfindən verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Hazırda "xxxx" MMC-də təsisçi direktor işləyir. Təqsirləndirilən şəxs özünün deməsinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mühafizə Xidmətinin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin rəisi işlədiyini bilərək, həmin qurumda xeyli imtiyaza, nüfuza məxsus olduğunu bilmişdir. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 etdiyi qaydada ona da zəng edərək FHN-nə məxsus bəzi texnikalar, 01 ədəd üç difer Kamaz, 2 ədəd avtokarların, bir “İveco” markalı avtobus, 11 ədəd yanğınsöndürən avtomobilləri köhnə olduğu üçün qeydiyyatdan silinib satışa çıxarılacağını və həmin texnikaları aldıqları təqdirdə pul qazanacalarını demişdir. İlk öncə 3500 manat, sonra isə müxtəlif vaxtlarda 17.000, ən sonda isə Təqsirləndirilən şəxs iş yerində yəni, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında 10.000 manat olmaqla ona ümumillikdə 30.500 (otuz min beş yüz) manat pulu vermişdir. Sonradan Təqsirləndirilən şəxs onun, həmçinin tanışı Zərərçəkmiş şəxs1 telefonlarıa cavab vermədiyini görüb aldadıldığını başa düşmüşdür. Təxminən bir neçə ay keçdikdən sonra Əşrəf 30.500 pul vəsaitindən 22.650 manat geri qaytarmış, qalan pulu isə geri qaytarmamışdır. Bu səbəbdən hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəməyə müraciət etdiyi mülki iddia ərizsəində Təqsirləndirilən şəxs 7.350 (yeddi min üç yüz əlli) manat tələb etsədə, sonradan ona ödəniş olunmuş və hazırda ona 5.500 (beş min beş yüz) manat pul ödənilməmiş qalmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs qanuna müvafiq cəza təyin edilməsini və tərəfindən verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini, hazırda onda şikayətçi olduğunu, Yardımlı rayonunda yaşadığı üçün məhkəmə iclaslarına gəlibgetməyə maddi imkanının olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən zərərçəkmiş şəxs X4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından atası Azad Almaszadənin vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Atası Təqsirləndirilən şəxs ona FHN-də yüksək vəzifədə işləyən və yüksək əlaqələrə malik olan şəxs kimi tanıtmışdır. X9 2020-2022-ci illərdə DSX-nin Xudat rayonunda yerləşən N nömrəli hərbi hissəsində sürücü-rabitəçi olaraq müddətli hərbi xidmət keçmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs qardaşının FHN-də sürücü kimi işə düzəldilməsində kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qardaşını işə düzəltməsini vəd edərək 11.000 manat pul lazım olduğunu demişdir. 2022-ci ilin may ayında xatırlamadığı gündə əvvəlcədən Təqsirləndirilən şəxsla razılaşaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzi tərəfdə özünə məxsus 11.000 manat pul vəsaitini X9ni işlə təmin etməkdən ötrü Təqsirləndirilən şəxs vermişdir. Bu pulu verən zaman telefonda “səs yazıcı” sistemini qoşmuş və həmin pulu verən zaman Təqsirləndirilən şəxs səslərini qeydə almışdır. Həmin vaxtdan sonra Əşrəf telefon zənglərinə cavab verməmiş, cavab verərkən isə işin həll olacağını demişdir. Dəfələrlə “vhatasapp” sosial şəbəkəsində “audio-səslər” ataraq pulu aldığını etiraf etmiş və işin həll olacağını demişdir. Sonradan isə pulu qaytarmadığını görüb hüquq mühafizə orqanlarına müraciət etmişdir Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında oğlu Sadiq müharibəyə çağırılmış, 44 günlük Vətən Müharibəsi dövründə müxtəlif istiqamətlərdə vuruşmuş, 2020-ci ilin dekabr ayında tərxis olmuşdur. Tərxis olduqdan sonra işsiz olmuş, bununla bağlı müxtəlif qurumlara müraciət etsə də hər hansı nəticə olmamışdır. Təxminən 2024-cü ilin yanvar ayının ilk günlərində dəqiq xatırlamadığı qohumlarımdan biri FHN-də məsul vəzifədə işləyən Təqsirləndirilən şəxs Sadiqin işinin nəticəsini öyrənməyi məsləhət görmüş və Əşrəfin əlaqə nömrəsini ona vermişdir. Həmin gün Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə zəng vurmuş, nazir Yevlaxda olan zaman oğlu Sadiqin işlə təmin olunması ilə bağlı müvafiq göstəriş versə də, üstündən xeyli zaman keçməsinə baxmayaraq işlə təmin edilmədiyini demişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun votsap” proqramı vasitəsi ilə istifadəsində olan ********* nömrəli mobil telefonuna zəng etmiş və Sadiqin işə düzəlməsinin reallaşması üçün bir neçə şəxsə, həmçinin kadrlar idarəsinə “şirinlik” verməyinin zəruri olduğunu demişdir. Nə qədər pul verməli olduğumu soruşduqda, cəmi 5000 manat lazım olduğunu demişdir. Əlində həmin vəsait olmadığı üçün Əşrəfə etiraz etdikdə sonuncu yazılmayan qaydaların olduğunu və pul vermədiyi təqdirdə oğlunun əmrinin verilməyəciyini demişdir. Məcbur olaraq Əşrəflə razılaşmış və həmin gün yəni xx.xx.2024-cü il tarixdə X13 adlı şəxsin adında olan ABB-yə məxsus 5167 5133 4295 0615 nömrəli plastik kart şəkilini “votsap” proqramı vasitəsi ilə ona göndərmiş və həmin karta Yevlax rayonu, Malbinəsi kəndi ərazisində yerləşən “Milliön” ödəniş terminalı vasitəsi ilə 2000 manat pul göndərmişdir. Bundan sonra Əşrəf əlaqə saxlayaraq pulun karta mədaxil olduğunu təsdiq etmiş və mart ayında Sadiqin Yevlax Rayon X6 Hissəsinə sürücü vəzifəsinə təyin olunmasına dair əmr veriləcəyini vəd etmişdir. Qısa müddətdən sonra xx.xx.2024-cü il tarixdə Əşrəf növbəti dəfə zəng vuraraq pulu qalan hissəsini istəmiş və dediyi kimi adına olan ABB-yə məxsus 5167 5133 4018 5872 nömrəli kartın nömrəsini göndərmiş, həmin gün 3000 manat pulu eyni ödəniş terminalından onun bank kartına göndərmişdir. Əşrəf dəfələrlə Sadiqi Bakı şəhərinə gətirmiş, ondan müxtəlif sənədlər götürmüşdür. İşin nəticəsi barədə maraqlandıqda isə Əşrəf müxtəlif bəhanələr gətirərək məsələnin uzandığını demişdir. xx.xx.2024-cü il tarixdə Əşrəf növbəti dəfə zəng vuraraq Sadiqin əmrinin hazır olduğunu, lakin idman normativlərindən imtahan və digər xırda məsələlər ilə bağlı əlavə 1100 manat vermək lazım olduğunu demiş və həmin eyni bank kartının nömrəsini göndərmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixsə 1100 manat vəsaiti “Milliön” ödəniş terminalının vasitəsi ilə Əşrəfin göndərdiyi bank kartına mədaxil etmişdir. Uzun müddət Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək vaxt verməyi istəmiş, sonda verdiyi 6100 manat vəsaiti tələb etdikdə telefon zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilməmişdir və hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid FHN DYMXnin Texniki Xidmət və Təchizat dəstəsinin rəisi vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdən FHN-də xidmət edir. 2016-cı ildən FHN DYMX-nin Texniki Xidmət və Təchizat dəstəsinin rəisi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs 2019-cu il tarixdən FHN DYMX-nin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin rəisi vəzifəsində xidmət etmişdir. İşində əvvəllər qüsursuz xidmət etsə də, son vaxtlar onun bəzi dələduzluq əməllərinin şahidi olmuşdur. Məlum məsələlərlə bağlı Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayından məzuniyyətdə olmuş, 2025-ci ilin mart ayından müvafiq rayon məhkəməsinin qərarı ilə vəzifədən kənarlaşdırılmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi FHN-ə məxsus bəzi texnikaların yəni, üçdifer Kamaz, 2 ədəd avtokarların, 1 İVEO markalı avtobusun, 11 ədəd yanğın söndürən avtomobillərinin köhnə olduğu üçün qeydiyyatdan çıxarılması tamamilə yalandır. Yuxarida qeyd etdiyi avtomobillərin qeydiyyatdan çıxarılması, sonradan satılaraq gəlir əldə olunması və yaxud icarəyə verilərək gəlir əldə edilməsi FHN DYMX-nin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin rəisi Dövlət Əşrəfovun, nədə ki, onun səlahiyyətində olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdikləri yalnız zərərçəkmiş şəxslərdən dələduzluq edilərək pul əldə olunması məqsədi olmuşdur. 2016-cı ildən işlədiyi dəstədə heç bir avtomobil qeydiyyatdan çıxarılaraq, satışa verilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid2 ibtidai istintaq zamanı şahid X2 ifadəsinə oxşar, eyni məzmunli ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid3 Rafiq oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2001-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin avtonəqliyyat fakültəsini bitirmiş, əvvəllər müxtəlif şirkətlərdə işləmişdir. Hazırda Azərbaycan Dəmir X11 Cəmiyyətində qatar dispetçeri işləyir. Təqsirləndirilən şəxs onun bibisi oğludur və əvvəllər FHN-də işləmişdir. 2024-cü ilin yanvar ayında Əşrəf ona məxsus ***-***-**-** nömrə ilə əlaqə saxlayaraq istifadəsində olan və ona məxsus kart nömrələrimi istəmişdir. Əşrəfdən səbəbin soruşduqda bir nəfərin borcu olduğunu və bu borcun qarşılığında pul atacağını demişdir. xx.xx.2024-cü il tarixdə təxminən evdə olduğu zaman ona məxsus ABB-yə aid “5167 5133 4295 0615” nömrəli plastik karta 3000 (üç min) manat pul gəlmiş, Əşrəflə bağlı məsələnin olduğunu düşünmüş və bu barədə Əşrəfə deyərək həmin kartı və pin kodu Əşrəfə vermişdir. Əşrəf isə həmin kartdan 3000 pul çıxardaraq kartı geri qaytarmışdır. Bu proseslərin baş verməsində digər heç bir məlumatı olmamış və karta kimin pulun atdığını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 müraciətləri əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə fakta görə cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi başlanılmış və və icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılmasına əsas verən səbəb aradan qalxdığından cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1ci maddəsinə əsasən dayandırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/100 saylı məhkəməfonoskopik ekspertizasının rəyindən görünür ki,

1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.

2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilmiş yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi “Təqsirləndirilən şəxs” oğluna məxsusdur. 3.Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən K1 diktorun danışıq materiallarında qəsdən dəyişdirilmə və yamsılama əlamətləri müəyyən olunmamışdır. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-355/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, 1 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixli X15 MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-18/2-6278/2021 nömrəli məktub və əmrdən görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2008-ci il tarixdən 23 iyun 2010-cu il tarixədək FHN-nin X6 Xidmətinin Bakı Yanğın Texniki Məktəbinin Təsərrüfat Şöbəsinin inspektoru, 23 iyun 2010-cu il tarixindən 20 dekabr 2019-cu il tarixinədək Fövqəladə Hallar Nazirliyinin Akademiyasının maddi-texniki təminat şöbəsinin avtomobil xidmətinin rəisi vəzifəsində xidmət etmiş, 20 dekabr 2019-cu il tarixindən ehtiyata buraxılmış, 24 dekabr 2019-cu il tarixindən Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin rəisi vəzifəsində xidmət etmiş və hərbi qulluqçu statusuna malik deyildir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2025-ci il tarixli, 0656/ş nömrəli əmrindən görünür ki, Nazirliyin X6 Xidmətinin Texniki Xidmət və Təchizat dəstəsinin Avtonəqliyyat hissəsinin rəisi, daxili xidmət mayoru Təqsirləndirilən şəxs öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şirvan şəhər Məhkəməsindən Yevlax rayon Məhkəməsinə daxl olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.3 və 29, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(032)-51/2025 saylı cinayət işi var və hal-hazırda iş icraatdadır. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(039)-14/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cü il təvəllüdlü Nuray və xx.xx.2014-cü il təvəllüdlü Tamerlan adlı iki yetkinlik yaşına çatmayan uşağı var. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən əməlini etiraf edib səmimi peşman olmasını, vurmuş olduğu ziyandan qismən ödəməsini və himayəsində iki uşağının olmasını cəzasını yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməlidir. CM-nin 66.4 və 66.5-ci maddəsinə əsasən Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş olaraq qalan 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlıqdan məhrum etmə cəzası ilə bərabar tutulmaqla azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təyin olunmuş əlavə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti olaraq dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 01 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş mülki iddialara dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş dələduzluq hadisəsi nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçılara ödənilməsini qanuni və əsaslı hesab edir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizələrinin və cinayət işinin materiallarını nəzərdən keçirərək zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddialarının qismən təmin edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs1, və Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddiaları təmin edilməli, cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 23350 (iyirmi üç min üç yüz əlli) manat və 166 (yüz altmış altı) manat dövlət rüsumu Zərərçəkmiş şəxs1 və cinayət işi üzrə vurulmuş 5500 (beş min beş yüz) manat məbləğində maddi ziyan və 91 (doxsan bir) manat dövlət rüsumu Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. İş üzrə digər zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs4 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, həmçinin cinayət işi üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 46.2.-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.4 və 66.5-ci maddəsinə əsasən Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş olaraq qalan 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlıqdan məhrum etmə cəzası ilə bərabar tutulmaqla 01 il 03 ay azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təyin olunmuş əlavə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddialar qismən təmin olunsun. Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 5.500 (beş min beş yüz əlli) manat məbləğində maddi ziyan və 91 (doxsan bir) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 23.350 (iyirmi üç min üç yüz əlli) manat məbləğində maddi ziyan və 166 (bir yüz altmış altı) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə digər zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs4 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yevlax şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar