Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-95/2020 21.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Qəbələ rayonu Çuxur Qəbələ kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Çuxur Qəbələ kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində AE 721102 nömrəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi VAZ-21074 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaldan-Mingəçevir avtomobil yolunun Yevlax rayonu Havarlı kəndinin ərazisindən keçən 9-cu kilometrliyində Xaldan qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu hərəkətləri etməmiş, həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək hərəkət yolunun sol kənarından sağ kənarına doğru yolu keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, soldan gicgah sümüyünün kəllə əsasına keçən və lamdayabənzər tikişləri aralayıb sağ təpə sümüyünə keçən sınığı, subaraxnoidal qansızıma, başın ənsə nahiyəsinin əzilmiş yarası xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə tanımışdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində etibarnamə ilə istifadəsində olan VAZ- 21074 markalı, ** MX *** nömrəli avtomobillə yaşadığı Qəbələ rayonu Çuxur Qəbələ kəndindən çıxıb şəxsi işi ilə bağlı Mingəçevir şəhərinə getmişdir, həmin vaxt avtomobildə tək olmuşdur. Mingəçevir şəhərinə həmin gün saat təxminən 18:30 radələrində çatmış, şəxsi işlərini görərək həmin gün saat təxminən 19 radələrində yaşadığı Çuxur Qəbələ kəndinə qayıtmağa başlamışdır. Mingəçevir şəhərindən çıxaraq Mingəçevir-Xaldan avtomobil yolu ilə Xaldan istiqamətində təxminən 50 km/saat sürətlə hərəkət etməyə başlamışdır. Hərəkət edərək Yevlax rayonu Havarlı kəndinin ərazisinə daxil olmuş, həmin kəndə gedən yol birləşməsini keçəndən sonra təxminən 15-20 metr irəlidə, yolun əks hərəkət hissəsində 4-5 nəfər şəxsin yolun sağ kənarına keçmək istədiklərini görmüş, həmin şəxslər onun avtomobilinin gəldiyini görərək yolun mərkəzində dayanmışlar. O da onların dayandıqlarını görüb hərəkətini davam etdirmiş, həmin şəxslərə çatmağa təxminən 5-6 metr qalmış aralarından biri qəfil gözləmədiyi halda onun hərəkət yoluna doğru qaçmış, bunu görüb həmin şəxsi vurmamaq üçün idarə etdiyi avtomobili yolun sağ kənarına doğru yönəltmiş, lakin avtomobilin qabaq sol tərəfi həmin şəxsə dəymiş, zərbənin təsirindən həmin şəxs yerə yıxılmışdır. Avtomobilə tormoz verərək saxlayıb salondan yerə düşüb yerə yıxılan şəxsə yaxınlaşmış, həmin vaxt avtomobillə vurduğu şəxs huşsuz vəziyyətdə yerdə uzanıqlı, hərəkətsiz olmuşdur. Avtomobillə vurduğu şəxsin yanında olan sonradan adlarının Ceyhun və Rüstəm olduğunu bildiyi şəxslərin köməkliyi ilə xəsarət alan Zərərçəkmiş şəxs özünə məxsus avtomobilin arxa oturacağına yerləşdirmişlər. Rüstəm arxa oturacaqda əyləşib Mənsura nəzarət etmiş, Ceyhun isə qabaq sağ oturacaqda əyləşmişdir. O, özü avtomobili idarə edərək Mingəçevir şəhər X3 Tibbi yardım Şöbəsinə getmiş, orada Mənsura tibbi yardım göstərilmişdir. Yol ilə gedən zaman Ceyhunun, Rüstəmin və Mənsurun nəfəslərindən spirt iyi gəldiyini hiss etmiş, bundan başqa Ceyhun yolda, xəstəxanaya gedən zaman ona Mingəçevir şəhərində olan toy məclisindən gəldiklərini demişdir. Hadisədən əvvəl avtomobili təxminən 50 km/saat sürətlə idarə etmiş, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir texniki nasazlıq olmamış, avtomobil yüksüz olmuş, onun özündən başqa avtomobildə heç kim olmamışdır. Hadisədən əvvəl hava qaranlıq olduğundan ön işıqları qoşmuş, bundan başqa həmin vaxt hava yağmurlu olduğuna görə görmə məsafəsi məhdud olmuşdur. Hərəkət yolunun qarşı tərəfini təxminən 30-40 metr məsafədə aydın görmüş, hərəkətinə heç bir nəqliyyat vasitəsi maneçilik törətməmişdir. Mənsur idarə etdiyi avtomobilin qarşısına anidən iti qaçışla çıxdığından onun tormoz pedalını basmağına imkan olmamış və avtomobilin qabaq sol tərəfi Mənsura dəymişdir. Cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona vurulmuş ziyanı ödədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi Lütfiyar övladına Mingəçevir şəhərində olan “Altun” şadlıq sarayında toy məclisi keçirmiş, o da həmin məclisə dəvət olunmuşdur. Həmin gün saat təxminən 12 radələrində yaşadığı evdən çıxaraq özünə məxsus VAZ-2106 markalı, ** BB *** nömrəli avtomobillə Mingəçevir şəhərində olan toy məclisinə gedərək iştirak etmiş, toy məclisində yemək yemiş, avtomobillə getdiyinə görə spirtli içki qəbul etməmişdir. Həmin gün saat təxminən 18 radələrində şadlıq sarayından çıxıb evinə qayıtmaq istəyəndə həmkəndliləri Şahid1, Şahid2, Mehman Abdullayev və Rüstəm Qasımov ona yaxınlaşıb onları da evlərinə aparmağı xahiş etmişlər. O, razılaşmış avtomobili idarə edərək Xaldan- Mingəçevir avtomobil yolu ilə Yevlax rayonu Havarlı kəndi istiqamətində hərəkət etmişdir. Havarlı kəndinin giriş hissəsinə çatanda Mehman və Rüstəm siqaret çəkmək istədiklərini bildirmişlər. Avtomobilin salonunda siqaret çəkilməsini istəmədiyi üçün idarə etdiyi avtomobili hərəkət yolunun sağ kənarına çəkib saxlamış, hər üçü avtomobilin salonundan yerə düşərək yolun əks tərəfinə keçib orada siqaret çəkmiş, Ceyhun və Elvin isə avtomobilin salonunda qalmışlar. Avtomobilini saxladığı yerə qayıtmaq üçün yolun əks tərəfinə keçməyə başlamış, bu zaman Mingəçevir şəhəri istiqamətindən gələn VAZ-21074 markalı avtomobilin qabaq sol kənarı ona dəymiş, bundan sonra nə baş verdiyini xatırlamış, ayılanda Bakı şəhərində olan “Semaşko” adlanan xəstəxanda olduğunu görmüşdür. Xəsarət alandan sonra uzun müddət xəstəxanada müalicə almış, bu səbəbdən heç yerdə işləyə bilməmiş, ailə üzvlərinin maddi vəziyyəti çox aşağı səviyyəyə düşmüşdür. Evdə ondan başqa heç kəs işləməmiş, xəsarət almağı nəticəsində ona həm fiziki, həm də maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Şahid1 məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aralarında qohumluq əlaqələri, narazılıq və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən sonra tanımış, aralarında heç bir münasibət olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi olan X4 öz övladına Mingəçevir şəhərində olan “Altun” şadlıq sarayında toy məclisi keçirmiş, toy məclisi saat 13:00-da başlamış, o da həmin məclisə dəvət olunmuşdur. Həmin gün saat təxminən 12 radələrində yaşadığı evdən çıxaraq Mingəçevir şəhərində olan toy məclisinə gedərək iştirak etmiş, həmin gün saat təxminən 18 radələrində şadlıq sarayından çıxıb evinə qayıtmaq istəyəndə həmkəndlisi Mənsurun özünə məxsus VAZ-2106 markalı, ** BB *** nömrəli avtomobillə evinə qayıtdığını görüb onu da avtomobili ilə kəndə aparmasını xahiş etmiş, həmin vaxt Şahid2, Mehman Abdullayev və Rüstəm Qasımov gələrək Mənsurdan onları da kəndə aparmalarını xahiş etmişlər. Mənsur razılaşmış, həmin avtomobilə əyləşərək yola düşmüşlər. Mənsur avtomobili idarə edərək Xaldan-Mingəçevir avtomobil yolu ilə Yevlax rayonu Havarlı kəndi istiqamətində hərəkət etməyə başlamış, Havarlı kəndinin giriş hissəsinə çatanda Mənsur avtomobili yolun sağ kənarına çəkib saxlamışdır. Mehman, Mənsur və Rüstəm avtomobildən düşərək yolun əks hissəsinə keçmişlər. O və Ceyhun avtomobildən düşməmiş, bir müddət sonra səs eşidərək avtomobildən yerə düşəndə Mənsurun yerdə uzanıqlı vəziyyətdə qaldığını, bir qədər irəlidə VAZ-21074 markalı avtomobilin dayandığım görmüşdür. Həmin avtomobilin sürücüsü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs Mənsura yaxınlaşmış, o, Ceyhun və Rüstəm də Mənsura yaxınlaşmışlar. Həmin vaxt yolun sol kənarından sağ kənarına keçmək istəyən Mənsuru Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı avtomobillə vurduğu barədə bilmişdir. Mənsur huşsuz vəziyyətdə olmuş, Şirin köməkləşərək Mənsuru ona məxsus avtomobilə qoyub xəstəxanaya aparmağı təklif etmiş, o, Ceyhun və Rüstəm birlikdə Şirinə kömək edərək Mənsuru yerdən götürüb Şirinə məxsus VAZ-21074 markalı avtomobilin arxa oturacağına qoymuşlar. Rüstəm arxa oturacaqda, Ceyhun isə qabaq sağ oturacaqda əyləşmiş, Şirin avtomobilini idarə edərək Mingəçevir istiqamətinə getmişdir. O, bir qədər kənarda dayanmış sürücüsünü və qeydiyyat nömrəsini xatırlamadığı VAZ-21074 markalı taksi fəaliyyəti ilə məşğul olan avtomobilə əyləşib Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmiş, demək olar ki, Şirin ilə eyni vaxtda xəstəxanaya çatmış, orada da Mənsurun avtomobildən düşürülməsinə kömək etmişdir. Mənsur ağır vəziyyətdə olduğu üçün xəstəxanaya qəbul olunaraq ona tibbi yardım göstərilməyə başlanmış, bundan sonra yaşadığı kəndə getmişdir. Mənsur avtomobillə vurulan zaman avtomobilin salonunda olduğuna görə hadisənin necə baş verdiyini görməmiş, sonradan Mənsurun yolun sol kənarından sağ kənarına keçmək istəyəndə həmin yol ilə Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs avtomobili ilə vurması barədə bilmişdir. Şahid2 məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aralarında qohumluq əlaqələri, narazılıq və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən sonra tanımış, aralarında heç bir münasibət olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-a təyin olunmuş həmkəndlisi X2 övladı Eldar üçün təşkil etdiyi Mingəçevir şəhərində olan “Altun” şadlıq sarayına toya dəvət olunmuş, toyda iştirak etmək üçün həmin gün saat təxminən 12 radələrində yaşadığı evdən çıxaraq Mingəçevir şəhərinə getmiş, toy məclisində iştirak edib həmin gün saat təxminən 18 radələrində şadlıq sarayından çıxıb evinə qayıtmaq istəyəndə həmkəndlisi Mənsurun özünə məxsus VAZ-2106 markalı avtomobillə evinə qayıtdığını görmüşdür. Mənsurdan onu da kəndə aparmasını xahiş etmiş, həmin vaxt həmkəndliləri Şahid1, Mehman Abdullayev və Rüstəm Qasımov da avtomobilin yanında olmaqla Mənsurdan onları da kəndə aparmalarını xahiş etmişlər. Mənsur razılaşmış, həmin avtomobilə əyləşərək yola düşmüşlər. Mənsur avtomobili idarə edərək Xaldan-Mingəçevir avtomobil yolu ilə Yevlax rayonu Havarlı kəndi istiqamətində hərəkət etməyə başlamış, həmin vaxt o, yorğun olduğuna görə yatmış, qəflətən səs eşidərək yuxudan ayılmış, həmin vaxt Mənsurun avtomobili dayanmış vəziyyətdə olmuş, salonda olan Elvin “vurdu” deyərək yerə düşmüş, o da avtomobildən yerə düşmüş, Mənsurun yerdə uzanıqlı vəziyyətdə qaldığını, bir qədər irəlidə VAZ-21074 markalı avtomobil dayandığını görmüş, orada yolun sağ kənarına keçmək istəyən Mənsuru sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin idarə etdiyi VAZ- 21074 markalı avtomobillə vurması barədə bilmişdir. Həmin vaxt Mənsur huşsuz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs onlarla köməkləşərək Mənsuru ona məxsus avtomobilə qoyub xəstəxanaya aparmağı təklif etmiş, o, Elvin və Rüstəm birlikdə Şirinə kömək edərək Mənsuru yerdən götürüb Şirinə məxsus VAZ-21074 markalı avtomobilin arxa oturacağına qoymuşlar. Rüstəm arxa oturacaqda, o isə qabaq sağ oturacaqda əyləşmiş, Şirin avtomobili idarə etməklə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Orada Mənsura tibbi yardım göstərilməyə başlanmış, bundan sonra yaşadığı kəndə getmişdir. Mənsur avtomobillə vurulan zaman avtomobilin salonunda yatmış vəziyyətdə olduğuna görə hadisənin necə baş verdiyini görməmiş, sonradan Mənsurun yolun sol kənarında sağ kənarına keçmək istəyəndə həmin yol ilə Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs avtomobili ilə vurması barədə bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 117 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət-açıq kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, soldan gicgah sümüyününün kəllə əsasına keçən və lamdayabənzər tikişləri aralayıb sağ təpə sümüyünə keçən sınığı, subaraxnoidal qansızma başın ənsə nahiyəsinin əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Həmin xəsarət törənən anda həyatı üçün təhlükəli olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. (iş vər.22-23); məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/349 saylı rəyindən görünür ki, VAZ-21074 markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 70 manatdır.(iş vər.49-51); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 xx.xx.2016-cı il tarixdə verdiyi AE seriyalı 721102 nömrəli sürücülük vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vəsiqə xx xxxxxxx 2026-cı ilədək qüvvədədir. (iş vər.17); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər. 90-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 46); Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş, sonuncu ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən zərərçəkmiş şəxsin məhkəməyə ünvanlamış ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsilə başlanılmış cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, (CPM-198.1.), müdafiəçiyə ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 358 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olubolmamasına qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ibtidai istintaqda göstərdiyi 25 (iyirmi beş) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X6, 84 (səksən dörd) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-95/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-95/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver