Məhkəmə qərarları › İş №1(039)-95/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-95/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-95/2024 13.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçilər Yevlax şəhər Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Havarlı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır dərəcəli zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "xxxx" MMC-yə məxsus olmaqla avtonəqliyyat vasitəsinin icarə müqaviləsi əsasında Şahid icarəyə verilmiş “KİA RİO” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir-Xaldan avtomobil yolu ilə Xaldan kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətindən yüksək, 90 km/ saat sürətlə idarə edərək yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına ziyan vurmamalı olduğu halda bunlara əməl etməyərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub avtomobilin idarə etməsini itirərək avtomobili yolun sol ehtiyyat hissəsində olan elektirik dirəyinə vurması nəticəsində idarə etdiyi “KİA RİO” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs qarının küt travması, daxili qanaxma ilə ağırlaşan dalağın zədələnməsi, «splenoektomoya» cərrahi əməliyyatdan sonrakı hal ilə nəticələnən və törənən anda həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində ona tanıdığı "xxxx" Tikinti Təmir Quraşdırma MMC-də lahiyə müdiri olan Şahid zəng edib Ağdaş rayonu ərazisində internet kabeli çəkdiklərini, işləmək istəyirsə fəhlə kimi işə götürəcəyini demişdir. Sürücülük vəsiqəsi olmasada avtomaşın idarə edə bildiyi üçün Kia Rio markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomaşını işə lazım olan tikinti materialları alıb-gətirməsi üçün o, idarə etmişdir. xx.xx.2023-cü il tarixdə maşını işə salıb küçəyə çıxmış, həmkəndliləri Talehlə Rəvanın avtomobillə götürmüşdür. Mingəçevir-Xaldan avtomobil yolu ilə Xaldan kəndi istiqamətində saatda 80-90 km saatda hərəkətdə olmuş, Yevlax rayonu Hacıselli kəndinin yol ayrıcını adladıqdan sonra idarəetməni itirmiş, avtomaşını saxlaya bilməmiş, avtomaşın yolun sol ehtiyyat hissəsində olan elektirik dirəyinə dəyib dayanmışdır. Həmin vaxt o, və Taleh xəsarət almışdır. Tanımadığı şəxslər təcili tibbi yardıma zəng etmişlər, bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili onu və Talehi Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışlar. Orada ona və Talehə yardım etmişlər, o, özünü yaxşı hiss etmiş, Talehi isə cərahiyyə əməliyyatı etmişlər. Məhkəmədən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 15 oktyabr 2023-cü il tarixdə axşam saatlarında yaşadıqları Havarlı kəndində həmkəndliləri Rəvan Məmmədov və Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edərkən Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, Ağdaş rayonunda internet kabeli çəkilən birqadada fəhlə işləyir, rəhbərlə münasibətinin yaxşı olduğunu işləmək istəyirsinizsə sizidə ora işə düzəldə biləcəyin demiş, onlarda da razı olmuş və Rəvan səhər saat 07 radələrində onların evinin qarşısına gəlmələrin demişdir. xx.xx.2023-cü il tarixdə Rəvanın idarə etdiyi avtomobilə əyləşərək yola düşmüşlər. Mingəçevir-Xaldan avtomobil yolu ilə Xaldan kəndi istiqamətində saatda 80-90 km surətlə hərəkətdə olarkən Rəvan idarəetməni itirərək yolun ehtiyyat hissəsində olan elektirik dirəyini vurmuş və nəticədə Təqsirləndirilən şəxsla o, xəsarət almışdır. Rəvan Məmmədov isə xəsarət almamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün ondan şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs oğlu oğlu məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Bakı şəhər Nərimanov rayonunda yerləşən "xxxx" Tikinti Təmir Quraşdırma MMC-də lahiyə rəhbəri vəzifəsində işləyir. İşlədiyi cəmiyyət 2023-cü ilin sentyabr ayının əvvəllərindən Ağdaş rayonu ərazisində internet kabellərini yeniləməyə başlamışlar.. İşə başladıqdan sonra ona işi bilən fəhlə lazım olmuş, o, vaxtı ilə Yevlax rayonu Havarlı kəndi ərazisində iş görən zaman Havarlı kəndində yaşayan işdən başı çıxan Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla bir müddət işləmişlər. Ona görə Rəvana zəng edib Ağdaşda iş götürdüklərini və fəhləlik işi olduğunu demiş, Rəvanda onunla işləyə biləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə ona məlumat vermişlər ki, Rəvan işə gələrkən yolda yol-nəqliyyat hadisəsi törədib və xəsarət alaraq Mingəçevir ŞMX-na aparıblar. Rəvan onun işlədiyi cəmiyyətdə işləsədə onun pulu günəmuzd kimi verilmiş və onunla əmək müqaviləsi bağlamamışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 8\316 №-li rəyindən görünür ki: 1. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Kia Rio markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cü maddəsinin 1-ci hissəsinin 3-cü bədinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verən 60 km\saat surətindən yüksək 90 km\saat surətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2023-cü il tarixli 686 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: daxili qanaxma ilə ağırlaşan dalağın zədələnməsi, «splenoektomoya» cərrahi əməliyyatdan sonrakı hal ilə nəticələnən hal olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt alətin təsirindən yetirilmişdir, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törədilməsi istisna edilmir. Qeyd olunan xəsarət həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən avtonəqliyyat vasitəsinin müqaviləsinnən görünür ki, ** TU *** dövlət nömrə nişanlı Kia Rio minik nəqliyyat vasitəsi Şahid tərəfindən "xxxx" MMC-dən1800 manat məbləğində icarəyə götürülmüşdür İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq edilən Yevlax şəhər İHB-nın Havarlı İƏD tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutları araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayəti əməilini törətməsi, təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsüf edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş « polisin nəzarəti altına vermə» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Yevlax RPŞ-nin həyətində müvəqqəti saxlanma meydançasında saxlanılanh Kia Rio markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə təhvil verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. İş üzrə maddi sübut olan Yevlax RPŞ-nin həyətində müvəqqəti saxlanma meydançasında saxlanılanh Kia Rio markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə təhvil verilsin. Hökmün icrasına nəzarət Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi göstərdiyi müvafiq olaraq 2 (iki) saat 30 (otuz) dəqiqə və 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə müvafiq olaraq 15 (on beş) manat və 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar