Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-96/2020 13.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X4 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, aliləli, təhsilsiz, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri C.Kərimov küçəsində xx xxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində saxlanılıb, üzərində həmin gün saat 13:00 radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində, əynindəki gödəkçənin sağ yan cibində 1 ədəd gümüşü-ağ rəngli kağız bükülüdə, istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda -0,366 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitə - heroindən istifadə edir. xx xxxxx 2020ci il tarixdə səhər saatlarında, yaşadığı C.Kərimov küçəsində olan zaman yerdə olmuş siqaret qutusu onun diqqətini cəlb etmişdir. O, həmin qutuda siqaret olub-olmadığını yoxlamaq qərarına gəlmişdir. O, qutunu götürüb içərisinə baxmışdır. Qutunun içərisində siqaret kağızından ibarət bükülünün olduğunu görmüşdür. Həmin bükülünü açmış və içərisində heroin olduğunu görmüşdür. O, heroini istifadə etmək üçün götürmüş və əynindəki paltarının cibinə qoymuşdur. Bundan sonra o, yaşadığı evə getmişdir. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında o, heroini istifadə etmək qərarına gəlmişdir və heroini əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur. Yaşadığı C.Kərimov küçəsi ilə piyada gedərkən Yevlax rayon polis şöbəsinin iki nəfər polis əməkdaşı onu saxlamış, narkotik vasitə istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu, üzərinə baxış keçirəcəklərini demişlər. Polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə barəsində şəxsi axtarış keçirmişlər. Həmin vaxt o, əynindəki gödəkçənin cibindən heroini çıxararaq təqdim etmişdir. Polis əməkdaşları bükümün içərisinə baxaraq həmin maddənin heroinə oxşar olduğunu demişlər. O, həmin maddənin heroin olduğunu, bir gün əvvəl yerdən taparaq əldə etdiyini, özü istifadə etmək üçün saxladığını demişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində altı azyaşlı uşağının olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə xx xxxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Asifin şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx xxxxxxx 1992-ci il tarixdə Yevlax şəhərində doğulduğunu, ünvan 1-da qeydiyyatda olduğunu və həmin ünvanda yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Asifin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Asifin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin xx xxxxx 2020-ci il tarixli Ə-192-195-20 saylı əmri ilə onun, post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 və təhqiqat bölməsinin təhqiqatçısı Mehman Əsədovun iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 12 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə polis şöbəsindən çıxaraq Yevlax şəhəri C.Kərimov küçəsinə getmişlər. Saat 12:30 radələrində o, Asifin həmin küçədə yaşadığı evin yaxınlığında olduğunu görmüş və birlikdə sonuncuya yaxınlaşmışlar. O, Asifə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, sonuncunun saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Bundan sonra o, Asifi Yevlax rayon polis şöbəsinin inzibati binasına aparıb təhqiqatçı Mehman Əsədova təhvil vermişdir. O, Asifin gətirilməsi barədə raport yazmışdır. Mehman Əsədov onun tərtib etdiyi sənədlər əsasında Asifi şübhəli şəxs qismində tutmuşdur. Asif Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X7 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Mehman Əsədov onun, Şahid2 və Zaur Bərxudarovun iştirakı ilə Asifin üzərində şəxsi axtarış aparmışdır. X8 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Asif əynindəki gödəkçənin sağ yan cibindən gümüşü rəngli bir ədəd kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Asif bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, heroini yaşadığı küçədə, yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1, ona ünvan 1-da yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı raportla polis şöbəsinin rəhbərliyinə məruzə etdiyini, rəhbərlik tərəfindən Asifin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildiyini demişdir. Şahid1 Asifin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin xx xxxxx 2020-ci il tarixli əmri ilə onun, Şahid1 və təhqiqatçı Mehman Əsədovun iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 12 radələrində o, polis əməkdaşı Şahid1la birlikdə polis şöbəsindən çıxaraq Yevlax şəhəri C.Kərimov küçəsinə getmişdir. Saat 12:30 radələrində onlar Asifin həmin küçədə, yaşadığı evin yaxınlığında olduğunu görmüş və sonuncuya yaxınlaşmışlar. Şahid1 Asifə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, sonuncunun saxlanılaraq üzərinə baxış keçirilməsi üçün qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu demişdir. X9 rayon polis şöbəsinin inzibati binasına aparıb təhqiqatçı Mehman Əsədova təhvil vermişlər. Mehman Əsədov müvafiq sənədləşmə işləri aparmış, sonra onun, Şahid1 və vəkil Zaur Bərxudarovun iştirakı ilə Asifin üzərində şəxsi axtarış aparmışdır. Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru işləmiş Şahid3 kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Asif əynindəki gödəkçənin sağ yan cibindən gümüşü rəngli bir ədəd kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Asif bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, heroini yaşadığı küçədə, yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin krimanalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə xx xxxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat müvəkkili Şahid1 Asifin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün saat 12:30 radələrində polis əməkdaşları Şahid1 və Şahid2 Asifi Yevlax şəhəri C.Kərimov küçəsində saxlayaraq Yevlax rayon polis şöbəsinə gətirmiş və təhqiqatçı Mehman Əsədova təhvil vermişlər. Mehman Əsədov ona Asifin üzərində şəxsi axtarış aparacağını, kamera vasitəsi ilə video çəkiliş aparmağını demişdir. O, istifadəsində olmuş “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Asifin üzərində aparılmış şəxsi axtarışda sonuncunun vəkili Zaur Bərxudarov, polis əməkdaşları Şahid1 və Şahid2 iştirak etmişlər. Şəxsi axtarış zamanı Asif əynindəki gödəkçənin sağ yan cibindən gümüşü rəngli bir ədəd kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Asif bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, heroini yaşadığı küçədə, yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Asif kağız bükümü açmış, bükümdə heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. Mehman Əsədov heroinə bənzər maddəni kağız bükümdə bir ədəd zərfə qoyaraq qablaşdırmış və möhürləmişdir. Mehman Əsədov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Asifin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Mehman Əsədov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 19-20); şəxsi axtarış və götürmə haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükülünün içərisində heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(iş vər. 25-32); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxx 2020-ci il tarixli 20/622a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş gümüşü kağız bükümdə təmiz təmiz çəkisi 0,376 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. (tədqiqata istifadə olundu 0,005 qram, qalıq 0,371 qram). (iş vər.40-41); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 76-77); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/284 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “...vət. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək...” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01(bir) ədəd gümüşü-ağ rəngli bükümdə, təmiz çəkisi 0,366 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,316 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər.112-113); maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 0,316 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir; (iş vər. 114-115); məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 126 ); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( iş vər. 99) Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 120); AZ-İİİ seriyalı 321495 nömrəli, AZ-İİİ seriyalı 321494 nömrəli, AZ-İİİ seriyalı 321493 nömrəli, AZ-İV seriyalı 311722 nömrəli, AZ-İİİ seriyalı 724717 nömrəli və AZ-İV seriyalı 076578 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü, xx.xx.2013-cü il təvəllüdlü, xx.xx.2014-cü il təvəllüdlü, xx.xx.2015-ci il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü uşaqları var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində altı azyaşlı uşağın olmasını (CM- 59.1.4) səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Zabitov X6 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı,təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan heroin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut -0,316 qram çəkidə narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 ibtidai istintaqda göstərdiyi 57 (əlli yeddi) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 13 (on üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 342 (üç yüz qırx) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3, 78 (yetmiş səkkiz) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim GünayCavadova
Məhkəmə qərarları › İş №1(039)-96/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-96/2020
13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver