Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-96/2021 28.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliünvan 2 Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliünvan 2a Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, ünvan 2lax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə ünvan 2lax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, ünvan 2lax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,384 qram miqdarında narkotik vasitə olan heroini tanışı Şahid4 16 aprel 2021-ci il tarixdə saat 17:00 radələrində ünvan 2lax şəhəri Q.B.Zakir küçəsi 72 nömrəli ev ünvanının yaxınlığında 10 manata alaraq əldə edib əynindəki şalvarın sağ yan cibində bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə saxlamış, ünvan 2lax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 16 aprel 2021-ci il tarixdə, saat 21:10 radələrində, ünvan 2lax şəhəri, C.Mustafaünvan 2 küçəsində saxlanılıb ünvan 2lax Rayon Polis Şöbəsinə gətirilərək, onun üzərində müdafiəçinin iştirakı ilə və video çəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarın sağ ya cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə qəsdən satış məqsədi olmadan əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0, 384 qram miqdarında narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, iki ilə yaxındır narkotik vasitə olan heroindən istifadə edir. 16.04.2021-ci il tarixdə, axşam saatlarında ünvan 2lax şəhəri, Q.B.Zakir küçəsində yaşadığı evin yaxınlığında olarkən heroin əldə etmək qərarına gəlmiş və bu məqsədlə tanışı Şahid4 zəng edərək heroin almaq istədiyini bildirmiş və razılaşmışlar ki, İntiqamın yaşadığı küçədə görüşsünlər. 20 dəqiqədən sonra razılaşdıqları kimi həmin küçədə görüşüb İntiqamdan bir büküm heroin almış və bunun müqabilində ona 10 manat pul vermişdir. Narkotiki sonra qəbul etmək üçün bükümü əynindəki şalvarın sağ yan cibinə qoyaraq ev istiqamətində getmişdir. Yaşadığı evin yerləşdiyi küçədə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona polis şöbəsinə getməyi təklif etmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Bu zaman İntiqamdan aldığı 1 ədəd bükülüdə olan heroin əynindəki şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Etiraf etmişdir ki, bükülüdə olan narkotik vasitə heroindir, ona məxsusdur, İntiqamdan almış, özü istifadə etmək üçün cibində saxlamışdır. Əməlindən peşman olduğunu, narkotikdən asılılığı olduğu üçün müalicə almaq istədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1, bildirmişdir ki, ünvan 2lax RPŞ Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 aprel 2021-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 2lax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin daşıyır. Bu barədə Şöbənin rəhbərliyinə raportla müraciət etmiş və bunun əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri, Vüsal Hüseynov və Şahid2la birlikdə əməliyyat tədbirləri nəticəsində yeri müəyyən edilmiş Təqsirləndirilən şəxs olduğu ünvan 2lax şəhəri, C.Mustafaünvan 2 küçəsi ilə getmişlər. Saat təxminən 21:00-da Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Müseyib etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına getmişdir. Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki əynində olan şalvarın sağ yan cibində 1 ədəd kağızına bükülü aşkar edilmişdir. Müseyib bildirmişdir ki, bükülü ona məxsusdur, bükülünün içində olan heroindir, bükülünü İntiqam adlı şəxsdən almışdır. Narkotik vasitə tərəzidə çəkilmiş və sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirak edən şəxslər bu protokolu imzalamışlar. Şahid2 bildirmişdir ki, ünvan 2lax RPŞ-nin post –patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 16 aprel 2021-ci il tarixdə yaradılmış əməliyyat qrupunun üzvü kimi ünvan 2lax şəhər sakini Təqsirləndirilən şəxs ünvan 2lax şəhəri, C.Mustafaünvan 2 küçəsində saxlanılmasında iştirak etmişdir. Həmin gün, saat təxminən 21:00-da Təqsirləndirilən şəxs saxlanılaraq Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki əynindəki şalvarın sağ yan cibində 1 ədəd kağızına bükülü aşkar edilmişdir. Müseyib bildirmişdir ki, bükülü ona məxsusdur, içində olan heroindir, həmin narkotik vasitəni Şahid4 10 manata almışdır. Narkotik vasitə tərəzidə çəkilmiş və sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirak edən şəxslər bu protokolu imzalamışlar. Şahid3 şahidlər Şahid1 və Şahid2 ifadələrinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən aşkar bükülünün, içində isə maddənin aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 17 aprel 2021-ci il tarixli 17/273 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan , təmiz çəkisi – 0,384 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (səh.41) Məhkəmə Ekspertizası Mərkəzinin X1 25 may 2021-ci il tarixli 17/376 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şahid4 şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ kağız bükümdə olan heroin ilə üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. (səh.151) Məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2021-ci il tarixli 651 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.201) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir azyaşlı övladının olmasını, habelə törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan 0,284 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71,94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, ünvan 2lax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 72 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 08:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, ünvan 2lax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli ünvan 2lax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut ünvan 2lax Rayon Polis şöbəsində saxlanılan 0, 284 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir manat), 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq ünvan 2lax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində ünvan 2lax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Əliünvan 2
Məhkəmə qərarları › İş №1(039)-96/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-96/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver