Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-96/2025 22.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyev Ülkər Elman qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, Üzeyir Hacıbəyov küçəsi ev 145-də qeydiyyatda olan, barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd qara rəngli sellofan torbada ümumi təmiz çəkisi 470,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə etməklə saxlamış, 24 fevral 2025-ci il tarixdə saat 17:39-da Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməklə saxlamasında şübhəli bilindiyinə görə Yevlax şəhəri, “Dəvəçi qəbiristanlığı” adlanan ərazidə Yevlax rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən saxlanılaraq 24 fevral 2025-ci il tarixdə saat 17:39-dan saat 17:49-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində onun üzərində olan qara rəngli gödəkçənin içərisində gizlətdiyi 01 ədəd qara rəngli sellofan torbada ümumi təmiz çəkisi 470,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dörd dəfə məhkum olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitələrin “nəşə” kimi tanıdığı qurudulmuş marixuana növündən istifadə edir. 24 fevral 2025-ci il tarixdə narkotik vasitələri qanunsuz olaraq əldə etməsində və üzərində saxlamaqda şübhəli şəxsi kimi saxlanılmağı və üstümü yoxlama zamanı üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi ilə bağlı bildirmişdir ki, təxminən 5-6 ay bundan əvvəl Yevlax rayonu ərazisində yerləşən “Dəvəçi qəbiristanlığı” adlanan ərazidə 02 ədəd çətənə kolu əkmişdir. Həmin əkdiyi 02 ədəd çətənə bitkisinin kolundan yarpaqları yığaraq həmin yerin yaxınlığında sintetik kisənin üzərinə sərərək qurutmuşdur. O, həmin yarpaqları qurutduqdan sonra bir neçə dəfə çəkərək istifadə etmişdir. Daha sonra əkdiyi çətənə bitkisinin kolunun yarpaqlarından yığaraq qurutduğu kütləni orada 01 ədəd qara rəngli sellofan torbaya yığaraq gizlətmişdir. 24 fevral 2025-ci il tarixdə saat 17 radələrində gizlətdiyi qurudulmuş marixuananı yağışda islanmasın deyə gizlətdiyi yerdən götürərək yaşadığı evə gətirmək qərarına gəlmişdir. 24 fevral 2025-ci il tarixdə saat 17 radələrində çətənə kollarını yığdığı 01 ədəd qara rəngli sellofan torbanı gizlətdiyi yerdən götürərək yaşadığı evə doğru gəlməyə başlamışdır. Həmin vaxtı şübhə çəkməməkdən ötrü 01 ədəd qara rəngli sellofan torbanı əynində olan qara rəngli gödəkçənin içərisində gizlətmişdir. Daha sonra o, Yevlax rayonu ərazisində yerləşən “Dəvəçi qəbiristanlığı” adlanan ərazidə piyada gedərkən bir avtomobil saxlamış, həmin avtomobildən 3 nəfər mülki geyimli şəxslər düşmüşlər. Həmin şəxslər ona yaxınlaşaraq, özlərinin polis əməkdaşları olmasını demişlər. Polis əməkdaşları onun narkotik vasitələri qanunsuz olaraq əldə etməsində və saxlamağında şübhəli olduğunu deyərək, ona hüquq və vəzifələrini izah etmişlər, daha sonra video çəkilişlə üstünü yoxlamağa başlamışlar. Üzərində olan qara rəngli gödəkçənin içərisində gizlətdiyi 01 ədəd qara rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana əvvəlcə polis əməkdaşı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş, daha sonra ekspertizaya göndərilməsi üçün sellofan torbada qablaşdırılmış və möhürlənmiş, polis əməkdaşları və o, sellofan torbanın üstündə olan kağızı imzalamışlar. Daha sonra protokol tərtib olunmuş, polis əməkdaşları və o, protokolu imzalarıyla təsdiq etmişlər. Sonra polis əməkdaşları onu Yevlax rayon Polis Şöbəsinə dəvət edərək Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis Şöbəsinin inzibati binasında təhqiqatçı Vəkil Əsgərovun xidməti otağında onun və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilmiş, sonra təhqiqatçı tərəfindən polis əməkdaşları üzərinə baxış keçirərkən aparılmış video çəkilişə kompüter vasitəsilə baxış keçirilmişdir. Daha sonra onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunaraq saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı heç kimə satmamış və satmaq məqsədi olmamışdır, özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun himayəsində səkkiz azyaşlı uşağın olmasını, əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CABnin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması və istehlakı barədə Yevlax Rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə rəhbərlik tərəfindən müvafiq icazə verilmiş və Yevlax Rayon Polis Şöbəsinin əmri ilə o, Yevlax rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2, Yevlax rayon Polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı X2 ibarət tərkibdə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra 24 fevral 2025-ci il tarixdə tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə əməliyyat müvəkkili Şahid2, NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı X3 ilə birlikdə rayon Polis Şöbəsinin inzibati binasından çıxaraq məxfi mənbədən əldə olunan məlumat əsasında Təqsirləndirilən şəxs Yevlax şəhəri “Dəvəçi qəbiristanlığı” adlanan ərazidə piyada hərəkətdə olmasını görmüşlər və Alışanı şübhəli şəxs qismində saxlamışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər və həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olduğu üçün üstünü yoxlamağa başlamışlar. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstünü yoxlama aparılması zamanı NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı X3 tərəfindən “Samsung” markalı smartfon tipli mobil telefonun videokamerası vasitəsilə videoçəkiliş aparılmışdır. Üstünü yoxlama aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri verməsi təklif edilmişdir. Üstünü yoxlama zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin içərisində gizlətdiyi 01 ədəd qara rəngli sellofan bağlamada olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş və təxminən 5-6 ay bundan əvvəl Yevlax rayonu ərazisində yerləşən “Dəvəçi qəbiristanlığı” adlanan ərazidə 02 ədəd çətənə kolu əkməsini və həmin əkdiyi 02 ədəd çətənə bitkisinin kolundan yarpaqları yığaraq həmin yerin yaxınlığında sintetik kisənin üzərinə sərərək qurutmasını, daha sonra həmin kütləni orada 01 ədəd qara rəngli sellofan torbaya yığaraq gizlətməsini, yağış yağdığı üçün islanmasın deyə yaşadığı evə aparmasını, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmaq və ya vermək niyyətinin olmadığını bildirmişdir. Daha sonra tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana elektron əl tərəzisi ilə çəkilmiş və ekspertiza tədqiqatı üçün 01 ədəd qara rəngli sellofan bağlamada üzərinə 01 ədəd A4 kağızı yapışdırılmaqla qablaşdırılaraq, DİN-in zərflər üçün 85 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra tərəfindən protokollar tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli sellofan bağlamada olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və şübhəli şəxsin üstünün yoxlanılması və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin yükləndiyi 01 ədəd kompakt CD disk və şübhəli şəxs Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək tərəfindən bu barədə raportla rəhbərliyə məruzə olunmuş və aidiyyəti üzrə Yevlax Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Əsgərov Vəkil Şahlar oğluna təqdim olunmuşdur. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Əsgərov Vəkil Şahlar oğlu tərəfindən Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında xidməti otağında təqdim olunan əşyalara baxış və götürmə keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Rayon Polis Şöbəsinin inzibati binasında təhqiqatçı Vəkil Əsgərovun tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax Rayon Polis Şöbəsinin CAB-nin vəzifəsində işləyən Şahid2 digər Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əlindəki qara rəngli gödəkçəsinin son ön səthinin iş hissəsindən içərisində bir ədəd qara rəngli sellofana torbada olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və bir bükümdə olan qara rəngli sellofana bükülmüş, kütlənin çəkisinin 500 qram olması müəyyən olunmuşdur (müvafiq CD disk əlavə olunub)( i.v.10-11); Diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, disklərdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 24 may 2025-ci il tarixli protokola uyğun (i.v.12); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə və iştirakçılar yazılmış zərfdən 1 (bir) ədəd qara rəngli sellofan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur (müvafiq DVD disk əlavə olunub).(iş vər. 14-16); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq həmin gün saat 20:30-da məhdudlaşdırılmışdır. (iş vər.33); Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 76-77); Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir (müvafiq DVD disk əlavə olunub).(iş vər. 35-42); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/165 nömrəli rəyindən görünür ki, üzərində üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə......” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisindəki, təmiz çəkisi-470,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın tədqiqata sərf edildi - 0,05 qram, qalıq-469,95 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. (iş vər. 47-40); Maddi sübut kimi tanınması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 469,95 qram olan narkotik vasitə qurudulmuş marixana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir(iş vər.82-83); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2915-ci il tarixli qərarı ilə 03 ay 02 iki gün vaxtından əvvəl şərti azad edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 234.1, 76.6.3 və 67.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarına əsasən təyin edilmiş 2 il 5 ay 29 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, xx.xx.2023-ci ildə cəzasının sonu ilə azad edilmişdir(iş vər.89-90); Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2.13-cü il tarixdə Səlim, 2015-ci il tarixdə Aynurə, 2017-ci il tarixdə Aygün, 2018-ci il tarixdə Anar, 2019cu il tarixdə Hüseyn, 2021-ci il tarixdə Aysel, 2023-cü il tarixdə Musa, 2024-cü il tarixdə Mənsur adlı uşaqları vardır. (iş vər.121); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 572 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vər.127); Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə 2 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş vər.154-163); Axtarış olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşlarının Yevlax şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yevlax RPŞ-nə gətirilmiş və saat 10:05-də MSY-nə təqdim edilmişdir. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 28 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 18:30-da “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (i.v.172-175); Axtarış olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşlarının Bakı şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yevlax RPŞ-nə gətirilmiş və MSY-nə təqdim edilmişdir. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 26 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (i.v.172-175); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1- ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himəyəsində səkkiz azyaşlı uşağın olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi (CM- 61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin olan qurudulmuş marixuana qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat ümumilikdə 22 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdən 26 fevral 2025-ci il tarixədək, 28 mart 2025-ci il tarixədək, 25 iyun 2025-ci il tarixdən 26 iyun 2025-ci il tarixədək saxlandığı 4 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 469,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №1(039)-96/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-96/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver