Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-97/2022 26.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi X2 Təqsirləndirilən şəxs iştirakları ilə 05 dekabr 191979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 29 yanvar 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 67-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamış, həmçinin saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq qəsdən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən saxlanc yerinə daxil olmaqla gizli olaraq talamaq məqsədi ilə 02 sentyabr 2021-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Uğur-2” yaşayış kompleksinin 1-ci və 8-ci binalarının zirzəmilərində avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş saxlanc yeri hesab edilən qarajda quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus olan, binaların qurunt sularını bayıra vurmaq üçün nəzərdə tutulmuş, hər birinin qiyməti 400 manat olan, ümumilikdə 1600 manat dəyərində dörd ədəd su matorlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 1600 manat dəyərində ziyan vurmaqla qəsdən saxlanc yerinə daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2,677 qram psixotrop maddə olan metamfetamini əldə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış, 2022-ci ilin yanvar ayının 27-də saat 15:00 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qara rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan saxladığı bir ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 2,677 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli, CM-nin 234.1-ci maddəsi ilə isə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 02 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində dəmir tullantıları yığmaqla məşğul olmuşdur. Təxminən saat 12:00 radələrində Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Uğur 2” binasının qarşısında olan zaman binanın qapısı olmayan zirzəmisinə daxil olmuş cə oradan dörd ədəd su matorunu oğurlamışdır. Həmin dörd ədəd su matorunu əli ilə açıb parça torbaya yığaraq orada xatırlamadığı taksiyə qoyub Sabunçu bazarı adlanan yerə aparmışdır. İki ədəd su matorunu bazarda su matorlarının təmiri ilə məşğul olan Əliyar adlı şəxsə satması üçün vermiş, qalan iki ədəd su matorundan bir ədədini həmin bazarda təmir işləri ilə məşğul olan Adil adlı şəxsə 30 manata, digər bir ədədini isə həmin bazarda tanımadığı bir nəfər şəxsə 21 manata satmışdır. Əliyar, Adil və digər tanımadığı şəxs ondan su matorlarını götürərəkən onların oğurluq olduğunu bilməmişlər. 27 yanvar 2022-ci il tarixdə saat təxminən 14:00 radələrində Yevlax şəhər mərkəzi bazarında oloan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitəni üzərində saxlamağında şübhəli olduğunu, onlarla birlikdə Yevlax RPŞ-yə gedəcəyini bildirmişlər. Üzərində narkotik vasitə olmadığını bildirsə də, polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinə aparmışlar. Yevlax rayon polis şöbəsində ona qarşı fiziki zor tətbiq edilmiş, Kərim adlı polis əməkdaşı və adını tam olaraq xatırlamadığı bir nəfər polis əməkdaşı onu döymüşdür. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağını deməyini istəmiş, fiziki zor tətbiq edilməsinə dözə bilməyərək polis əməkdaşlarının dediklərini etmişdir. Daha sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində olan qara rəngli şalvarın sağ yan cibindən polis əməkdaşlarının qoyduğu bir ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümdə psixotrop maddə-metamfetamini və “texet” markalı mobil telefonu, sol yan cibimdən isə 11 manat pul əskinasını təqdim etmişdir. Üzərindən aşkar olunan narkotik maddə metamfetamin ona məxssus olmamışdır. Məhkəmədən özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsini, CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilməsini, törətdiyi oğurluq əməlinə görə səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbin olmamasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində CM-nin 177.2.3-cü maddəsində nəzərədə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsində təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 27 yanvar 2022-ci il tarixdə Yevlax şəhəri, Cahangir Kərimov küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Yevlax rayon polis şöbəsinin rəhbərliyinin icazəsi alındıqdan sonra saat təxminən 14:45 radələrində PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinə başlamışdır. Saat təxminən 15:00 radələrində Yevlax şəhəri, Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqalrını, narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli olduğunu, polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün üzərində saxladığı, satış məqsədinin olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində heç bir fiziki və zor tətbiq edilməmiş, Rəşad əməlini səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 iş üzrə Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 11 sentyabr 2018-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-nin direktoru vəzifəsində işləyir. 13 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin xəzinədarı Şahid5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Uğur-2” yaşayış binalarının zirzəmisindən dörd ədəd su matorunun oğurlanması barədə Zərərçəkmiş şəxs MMC-yə məlumat vermiş, oğurlanan su matorunun hər birinin dəyəri 400 manat olmuş, daha sonra Xanlar Vəlyev bu barədə Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət etmiş, dörd ədəd su matorunun oğurlanması nəticəsində Property İnvestments-2” MMC-yə 1600 manat maddi ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Şahid5 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Şahid5 ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan metamfetamini əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxardıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 31 mart 2022-ci il tarixli 9/1477 nömrəli rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş su motorlarının istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabar ayına olan bazar qiyməti təxminən 200 (iki yüz) manat müəyyən edilir. O cümlədən Üzərində “ Comfort RostooQDX 1.532-0.75F” yazılı olan, 0,75 kv-lıq, su motoru 100 (bir yüz) manat. Üzərində “Shimqe QDX 1.5-32-0.75 yazıları olan, 0,75 kv-lıq su motoru-100 (bir yüz) manat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2022-ci il tarixli 9/1477 nömrəli rəyində göstərilir ki, iki ədəd su matorunun 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ümumilikdə 200 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 28 yanvar 2022-ci il tarixli 17/102 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş “sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara ağ rəngli kağız bükümdə təmiz çəkisi -2,677 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin təmiz çəkisi-2,677 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 2,627 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 23 aprel 2022-ci il tarixli 547 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən isifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, Yevlax rayon Məhkəməsinin hökmü xx.xx.2010-cu il tarixli hökmü ilə 2500 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, Yevlax rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2500 manat cərimə cəzasına məhkum edilmiş, və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli qərarı ilə 04 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzası və 2500 manat cərimə cəzası saxlanılmış, Xətai rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə 10 ay 18 gün vaxtından əvvəl azad edillmiş, 12 fevral 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 63766/6 nömrəli məktubdan və xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs “08 noyabar-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş və o, ödənilməmiş 1541,15 manat cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 21 sentyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat Sabunçu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 15:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Sabunçu rayon Polis Şöbəsinin 23 sentyabr 2021-ci il tarixli qıtimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 27 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 29 yanvar 2022-ci il tarixli qıtimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən qərardan görünür ki Təqsirləndirilən şəxs barəsində 21-22 fevral 2022-ci il tarixdə barəsində tutulma tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla və özgənin əmlakını qəsdən saxlanc yerinə daxil olmaqla gizli olaraq talamaq məqsədi ilə oğurluq etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən təhlükəli residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 21 sentyabr 2021-ci il tarixdən 23 sentyabr 2021-ci il tarixə, 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək, 21 fevral 2022-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı altı gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 26 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 121 (bir yüz iyirmi bir manat) manat 94 (doxsan dörd) qəpik təşkil edir, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 2,627 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 21 sentyabr 2021-ci il tarixdən 23 sentyabr 2021-ci il tarixədək, 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək, 21 fevral 2022-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı altı gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 26 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan, 2,627 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 121 (bir yüz iyirmi bir manat) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürürlsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-97/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-97/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver