Məhkəmə qərarları › İş №1(039)-97/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-97/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-97/2024 22.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1ünvanında qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına verəm qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 6,24 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan vaxtda, mənbədən və şəraitdə əldə edərək üzərində saxlamış, 25 yanvar 2024cü il tarixdə saat 22:10 radələrində DİN BNMİ-nin QBRŞ-nin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhərində yerləşən Dədə Qorqud parkında saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin günü saat 23:50-dən saat 23:59-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin zərcirbəndlə bağlanan sol yan cibindən bir ədəd şəffaf sellofan torbada, bir ədəd qızılı rəngli kağız bükümdə, bir ədəd ağ rəngli kağız bükümdə olmaqla eyni tərkibli olan ayrıayrılıqda təmiz çəkiləri 1,95 qram, 1,73 qram və 2,56 qram olmaqla ümumi təmiz çəkisi 6,24 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, O, narkotik vasitə istifadə etməmiş və istintaq orqanının iddia etdiyi narkotik vasitə onun üzərindən aşkar olunmamışdır. Belə ki, o, 25 yanvar 2024-cü ildə təxminən saat 20:00 radələrində Sənəm marketə yaxın kiçik parkın qarşısında yolun kənarı tərəfdə olarkən Yevlax şəhər sakini, qonşusu Ramil Şahsuvarovla söhbət edərkən iki nəfər mülki şəxs onlara yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını deyib onları avtomobilə əyləşdirib Yevlax şəhəri toxumçuluq məntəqəsinə doğru aparmış, ora çatmağa az qalmış yolun sağında avtomobili saxlayaraq polis əməkdaşları onun üzərini yoxlamış, lakin onun üzərindən heç nə aşkar olunmamışdır. Həmin polis əməkdaşları sonra onu Yevlax rayon polis şöbəsinə aparmış, polis şöbəsinin birinci mərtəbəsinin ayaqyolusunda Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları ona təzyiq göstərərək üç ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı onun cibinə qoymuşdur. Hazırda təqsirli olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə 25 yanvar 2024-cü il tarixdə BNMİ QBRŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx.xx.1976-cı il tarixdə Yevlax rayonunda doğulduğunu, subay, orta təhsilli, əvvəllər məhkum olduğunu, ünvan 2 ünvanında yaşadığını müəyyən etdmiş, o, daxil olmuş məlumatı həmin gün raportla rəhbərliyə məruzə etmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə müvafiq icazə verilmiş, polis nəfəri, polis baş serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri Nizami prospektində olması barədə onun məlumatı olduğundan həmin ünvana getmişlər. Həmin ünvanda Təqsirləndirilən şəxs görərək ona yaxınlaş, sonuncuya qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmiş və onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Şahid3 təhvil vermişdir. Vəkil Zaur Bərxudarov Yevlax rayon polis şöbəsinə dəvət edilib, Şahid3 onun, Şahid2 və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilmişdir. Şahid3 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşuldu və olduğu halda təhvil verilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd ağ rəngli kağız bükümləri və 01 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoydu. Bunlardan başqa şəxsi axtarış zamanı başqa şübhəli əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Şahid3 Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağız bükümlərin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “marixuana” olduğunu həmin maddəni bir həftə bundan əvvəl Yevlax şəhərində yerləşən Dədə Qorqud parkında piyada hərəkət edən vaxt parkda olan ağacın dibində bükümlər görmüş, içərisinə baxdıqda narkotik vasitə olan qurudulmuş marixana olduğunu görərək ondan istifadə etmək üçün cibində saxladığını, 25 yanvar 2024-cü il tarixdə Yevlax şəhəri Nizami prospektində olarkən özünü şübhəli apardığı üçün BNMİ QBRŞ-nin polis əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-nə gətirdiklərini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi, ümumilikdə 7,31 qram olduğu müəyyən edildi, 01 ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırıldı, üzəri iştirakçılar tərəfindən imzalandı. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefonun içərisində sübut əhəmiyyətinə malik ola biləcək məlumatlar olmasına ehtimalına görə götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Şahid3 protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirdi ki, saxlanılan və üzərinə baxış keçirilən zaman təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq və ya zorakılıq göstərilməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, onun yaşadığı ünvana hər hansı bir baxış keçirilməmiş, X3 ilə bağlı qeyd olunanlar isə həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin polis nəfəri vəzifəsində işləyən polis baş serjantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 2024-cü ilin qış aylarında Yevlax şəhərində yerləşən poçtun yanından gəlib parkdan keçən zaman əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ilə salamlaşmış, bu vaxt iki nəfər mülki geyimli şəxslərdən biri onun, digəri isə Samirin qolundan tutub avtomobilə əyləşdirib maşını sürüb toxumçuluq deyilə əraziyə aparmış, orada ikisinidə avtomobildən düşürüb onun və Samirin üzərini yoxlamış, onların üzərilərindən heç nə aşkar olunmadığını görüb onları yenidən maşına əyləşdirib Samirin yaşadığı binan qarşısına gətirib sora isə Samir yaşadığı evə çıxaraq baxış keçirmişlər. Sonradan hər ikisini Yevlax rayon polis şöbəsinə aparaq onu maşında saxlamış, Samiri isə polis şöbəsinin inzibati binasına aparmışlar. Təxminən iki saat sonra onu polis şöbəsindən sərbəst buraxmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır.(iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:10-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.20); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd qızılı rəngli, bir ədəd ağ rəngli kağıza bükümlər və bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükülünün içərisində narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(müvafiq DVD disk əlavə olunub).(iş vər. 28-31); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 16/139 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan kağız paketindəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə ayrıayrılıqda 1,95 qram, 1.73 qram, 2.56 qram, ümumi təmiz çəkisi 6,24 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana təmiz çəkisi -1,95 qram, (1№-li ob) 1,73 qram, (2№-li ob) 2,56 qram, (3№-li ob) tədqiqata sərf edildi- 0,15 qram (hər ob 0,05 qram), qalıq- 1,90 qram (1№-li ob) 1,68 qram (2№-li ob) 2,51 qram (3 №-li ob). Aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 manatdır.(iş vər.39-41); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(iş vər.76-77); Əşyanın maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 6,09 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər. 102-103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinib 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edimişdir.( iş vər.120); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (iş vər.121); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(iş vər.132-137); Yevlax Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2024-cü il ərzində Ramin Şahsuvarovun barəsində Yevlax rayon polis şöbəsinin İstintaq bölməsində təqsirləndirilməsinə dair cinayət işi istintaq edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 13cü qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin xeyli miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana təmiz çəkisi 6,09 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 26 yanvar 2024cü il tarixli protokoldan və həmin əməliyyat tədbirinin videoçəkilişindən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd qızılı rəngli, bir ədəd ağ rəngli kağıza bükümlər və bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükülünü könüllü olaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, könüllü təqdim etdiyi bir ədəd ağ rəngli kağıza bükümlər və bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükülünün içərisindəki qurudulmuş marixuanadır. O, həmin qurudulmuş marixuananı təxminən bir həftə bundan əvvəl Yevlax şəhərində yerləşən Dədə Qorqud pakından tapdığını və özünün istifadəsi üçün saxlamışdır; - İstintaq zamanı Təqsirləndirilən şəxs etirafedici ifadə vermişdir. Həmin ifadədən görünür ki, təxminən bir həftə bundan əvvəl Yevlax şəhərində yerləşən Dədə Qorqud pakından tapdığını bir ədəd qızılı rəngli, bir ədəd ağ rəngli kağıza bükümlər və bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükülüdə olan qurudulmuş marixuana üzərində saxlamışdır ki, gələcəkdə istifadə etsin. O, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Yevlax rayonunda yerləşən Dədə Qorqud parkında piyad hərəkət edən zaman iki polis əməkdaşları ona yaxınlaşmş və onun narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyini bildirmişdirlər. O, həmin ərazidə onu tanıdıqlarını polis əməkdaşlarına bildirərək üzərində şəxsi axtarışın polis şöbəsində keçirilməsini xahiş etmişdir. Polis əməkdaşları onun xahişini nəzərə alaraq onu polis şöbəsinə dəvət etmişdirlər. Yevlax rayon polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə hərəkətləri aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd qızılı rəngli, bir ədəd ağ rəngli kağıza bükümlər və bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükülüdə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş, qablaşdırılmış və üzəri möhürlənərək ekspertizaya göndəriləcəyi bildirilmişdir. O, həmin narkotik vasitə olan qurudulmuş marixuana özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun narkotik vasitə olan qurudulmuş marixuana satmaq niyyəti olmamışdır. O, qurudulmuş marixuananı özü istifadəsi üçün üzərində saxlamışdır. O, heç kiməsəy narkotik vasitə və ya qurudulmuş marixuana satmamışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X2 məcburi-narkoloji tibbi yoxlama haqqında 23 mart 2024-cü il tarixli, 489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür Yevlax Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2024-cü il ərzində Ramin Şahsuvarovun barəsində Yevlax rayon polis şöbəsinin İstintaq bölməsində təqsirləndirilməsinə dair cinayət işi istintaq edilməmişdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin: 51-2.1. Cinayət mühakimə icraatında prosessual hərəkətlər aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər: 51-2.1.1. bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslərin həyatı və sağlamlığı üçün real təhdidlər olduqda onların təhlükəsizliyinin təmin edilməsi, habelə onlara kənar təsirlərin qarşısının alınması zərurəti yarandıqda; 51-2.1.2. səhhətinin vəziyyəti, yaxud şübhəli, təqsirləndirilən şəxs və ya məhkum istisna olmaqla bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən başqa şəxslərlə bağlı digər üzrlü səbəblər onların müvafiq icraatda bilavasitə iştirakını qeyri-mümkün etdikdə; Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi (CM-61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən (mövcud deyil) və ağırlaşdıran (cinayətin residivi) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (mövcud deyil) və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana qalığı məhv edilməli, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 6,09 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE **********0002088501 kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar