Məhkəmə qərarları › İş №1(039)-98/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-98/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-98/2020 28.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Şəki rayonu, Aşağı Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Meyvəli kəndində qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İSMAYİLOV BƏYBALA BƏYLƏR OĞLU xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X8 QİZİ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 onun barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar verməklə, kənd içərisində yaymaqla onun şərəf və ləyaqətinə toxunmasına səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş xüsusi ittihamçı X3 məhkəməyə ərizə təqdim edərək, şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Bəybala Bəylər oğlu ilə barışdığını bildirmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.8-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDI: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 QİZİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı İSMAYİLOV BƏYBALA BƏYLƏR OĞLU şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar