Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-98/2021 13.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 06 iyul 2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində qeydiyytada olan və yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham olunur ondan ötrü ki, o, qəsdən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 02 mart 2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Yevlax şəhəri, E.Məmmədov küçəsi, 56 nömrəli evə qanunsuz daxil olaraq oradan 01 ədəd 40 manat dəyərində qoşa yataq dəsti, 01 ədəd 25 manat dəyərində tək yataq dəsti, 15 ədəd 67 manat dəyərində müxtəlif dəsmalları, 01 ədəd 20 manat dəyərində süfrə, 01 ədəd 20 manat dəyərində adyal, 08 ədəd 213 manat dəyərində qadın köynəklərini, 03 ədəd 95 manat dəyərində qadın donları, 01 ədəd 30 manat dəyərində namaz paltarı-hicab, 01 ədəd 20 manat dəyərində düyməli qolu uzun kişi köynəyi, 01 ədəd 62 manat dəyərində dəri gödəkçə, 01 ədəd 35 manat dəyərində cins materialdan olan pencək, 01 ədəd 30 manat dəyərində ətək, 01 ədəd 15 manat dəyərində yun jaket, 02 ədəd 25 manat dəyərində nazik gödəkçə, 01 ədəd 50 manat dəyərində idman paltarı dəsti, 03 ədəd 90 manat dəyərində hündür yay qadın ayaqqabıları, 03 ədəd 135 manat dəyərində qadın qış ayaqqabıları, 01 ədəd 40 manat dəyərində kişi ayaqqabısı, 02 ədəd 55 manat dəyərində idman ayaqqabıları, 03 ədəd 17 manat dəyərində kəmərlər, 01 ədəd 10 manat dəyərində suvenir və rəngli hədiyyə paketləri, 01 ədəd 15 manat dəyərində “Omeqa” markalı çaydan, 01 ədəd 15 manat dəyərində “Euromax” markalı Krosna aparatı, 01 ədəd 60 manat dəyərində “BK” markalı kondisioneri qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1184 (min yüz səksən dörd) manat məbləğində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar olaraq qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 05 mart 2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs2 məskunlaşıb yaşadığı Yevlax şəhəri, Dəri zavodunun həyətində olan evə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində müxtəlif geyim əşyaları, 100 manat dəyərində elektrik naqilləri, 01 ədəd 60 manat dəyərində “Elenberg original” markalı paltar yuyan maşın, 01 ədəd 10 manat dəyərində “General” markalı DVD aparatı, 01 ədəd 15 manat dəyərində “Geepas” markalı kofe üyüdən maşın, 01 ədəd 50 manat dəyərində mikser, 01 ədəd 20 manat dəyərində divar saatı, 01 ədəd 50 manat dəyərində aliminium materiallı 15 litr su tutumlu aş qazanı, 01 ədəd 10 manat dəyərində “Tefal” markalı tava, 01 ədəd 20 manat dəyərində aliminium materiallı tava, 24 manat dəyərində arxa hissəsində “Chech Republik” və “Original Cobait” sözləri yazılmış boşqab dəsti (ümumilikdə 24 boşqab), 90 manat dəyərində boşqab dəsti (hər növdən 6 ədəd olmaqla ümumilikdə 24 ədəd boşqab), 15 manat dəyərində arxasında “chonvson” sözü qeyd olunmuş kofe üçün nəzərdə tutulmuş stəkan-nəlbəki dəsti (6 ədəd stəkan, 6 ədəd nəlbəki), 15 manat dəyərində stəkan-nəlbəki dəsti (6 ədəd stəkan, 6 ədəd nəlbəki), 02 ədəd 10 manat dəyərində xurma qabı, 01 ədəd 5 manat dəyərində süzgəc, 01 ədəd 15 manat dəyərində “X8” markalı salat doğrayan, 01 ədəd 6 manat dəyərində 15 litr su tutumlu kauçuk vanna, 01 ədəd 4 manat dəyərində 10 litr su tutumlu kauçuk vanna, 04 ədəd 20 manat dəyərində qənd qabları, 50 manat dəyərində mələfə dəsti, 02 ədəd 15 manat dəyərində əl-üz dəsmalı, 01 ədəd 5 manat dəyərində aliminium materialdan olan süzgəc, 01 ədəd 2 manat dəyərində oyuncaq gəlinciyi qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 811 (səkkiz yüz on bir) manat məbləğində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs X5 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Narkotik vasitə aludəçisidir. 02 mart 2021-ci il tarixdə saat təxminən 23 radələrində oğurluq etmək məqsədilə Yevlax şəhərinə gəlmişdir. Yevlax şəhərində gəzən zaman ünvanlara baxıb hansı evdən oğurluq etməyi fikirləşmiş və nəhayət ünvan 2 ünvanına girib oğurluq etmək qərarına gəlmişdir. Həyətin boz rəngli qapısı qıfıl ilə bağlı olduğu üçün həyətin daş hasarını aşıb həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra pilləkənin altından keçib zirzəmiyə daxil olaraq zirzəmidə yanbayan iki otağın qıfıl ilə bağlı olduğunu görüb qapının yanında olan dəmir ilə qapıların hər ikisinin qıfılını qırıb zirzəminin otaqlarından aliminium qazanlar və qab-qaşıq oğurladıqdan sonra zirzəmidən çıxmış və evin yuxarısında yerləşən digər otaqlara daxil oldmuşdur. Həmin otaqlardan da müxtəlif növ paltarlar, ayaqqabılar, dəsmallar, kəmər, elektrikli çaydan, krosna aparatı və 1 (bir) ədəd köhnə kondisioner oğurlayıb əşyaları çöl darvazanın içəri tərəfinə yığmışdır. Çöl darvazanı isə içəri tərəfdən qıraraq qapını açmış, əşyaları aparmaq üçün taksi lazım olduğunu bilib həyətdən çıxıb taksi axtarmağa başlamışdır. Küçədən aralaşdıqdan sonra yolun kənarında dayanmış VAZ 21011 markalı avtomobil görüb avtomobilə yaxınlaşmış avtomobilə oturub sürücüyə avtomobili ünvan 3 ünvanına getməsini demişdir. VAZ 21011 markalı avtomobilin sürücüsü avtomobili evin çöl darvazasının qarşısında saxlamış, o əşyaların hamısını qapıdan çıxarıb avtomobilə yığmışdır. VAZ 21011 markalı avtomobilin sürücüsü onu Yevlax rayon avtovağzalına aparmış və o taksi sürücüsünə onu aparması müqabilində 4 manat pul vermişdir. Sürücünü əvvəllər tanımamışdır. Avtovağzalda avtomobildən düşdükdən sonra Bərdə rayon istiqamətinə gedən VAZ 21011 markalı avtomobil ilə əşyaları Bərdə şəhərində yerləşən bazara aparmışdır. Həmin vaxt gecə saatları olduğundan, bazar açılana qədər orada gözləmiş, əşyaların bir qismini ayrı-ayrı şəxslərə ümumilikdə 180 manata satmışdır. Lakin bir ədəd elektrikli çaydanı, bir ədəd krosna aparatını və könə kondisioneri sata bilmədiyindən həmin əşyaları Yevlax şəhərinə gətirmişdir. Şəhərin giriş hissəsində olan fəaliyyət göstərməyən yataqxananın həyətində kolların arasında elektrikli çaydanı, krosna aparatını və kondisioneri gizlətmiş və bundan sonra yaşadığı Goranboy rayonuna getmiş və oğurladığı əşyaların satılmasından əldə etdiyi pulların hamısını xərcləmişdir. 05 mart 2021-ci il tarixdə saat təxminən 23 radələrində oğurluq etmək məqsədilə yenidən Yevlax şəhərinə gəlmişdir. Yevlax şəhərində gəzən zaman ünvanlara baxıb hansı evdən oğurluq etməyi fikirləşmişdir. Nəhayət Yevlax şəhəri, Dəri Zavodunun yanı ilə gedən zaman zavodun həyətinə girib oğurluq etmək qərarına gəlmişdir. Dəri Zavodunun həyətinə daxil olduqdan sonra orada olan evlərin birinə yaxınlaşmış, evin qapısı qıfıl ilə bağlı olduğu üçün qapını çəkiclə qırıb evə daxil olmuşdur. Evin sol tərəfində yerləşən otağa daxil olduqdan sonra həmin otaqdan qab-qacaq dəsti, oyuncaq ayı, “DVD” aparatı, paltaryuyan maşın, salat doğrayan və müxtəlif növ paltarlar, elektrik naqilləri oğurladıqdan sonra əşyaları çöl darvazanın içəri tərəfinə yığmışdır. Əşyaları aparmaq üçün taksi lazım olduğunu bilib həyətdən çıxıb taksi axtarmağa başlamışdır. Küçədən aralaşdıqdan sonra yolun kənarında dayanmış VAZ-21015 markalı avtomobil görüb avtomobilə yaxınlaşmış, avtomobilin sürücüsünə özünə məxsus ev əşyaları olduğunu və həmin əşyaları avtovağzala aparmaq lazım olduğunu demişdir. Sürücü onun təklifini qəbul etmiş, o həmin avtomobilə əyləşib onu Dəri zavodunun qarşısına gətirmişdir. VAZ-21015 markalı avtomobilin sürücüsü avtomobili zavodun həyətində olan oğurluq etdiyi evin çöl darvazasının qarşısında saxlamış, o əşyaların hamısını qapıdan çıxarıb avtomobilə yığmışdır. VAZ-21015 markalı avtomobilin sürücüsü onu Yevlax rayon avtovağzalına aparmış və o, taksi sürücüsünə onu aparması müqabilində 3 manat pul vermişdir. Avtovağzalda avtomobildən düşdükdən sonra Bərdə rayon istiqamətinə gedən markasını xatırlamadığı avtomobil ilə əşyaları Bərdə şəhərində yerləşən bazara aparmışdır. Həmin vaxt gecə saatları olduğundan o bazar açılana qədər orada gözləmiş və əşyaların bir qismini ayrı-ayrı şəxslərə ümumilikdə 200 manata satmışdır. Sata bilmədiyi əşyaları isə bazarın qarşısında dayanmış taksilərdən birinə yığaraq Yevlax şəhərinin giriş hissəsində olan yataqxananın qarşısına gətirmişdir. Həmin əşyaları əvvəl gizlətdiyi digər əşyaların yanında gizlətmişdir. Bundan sonra Yevlax şəhərini gəzməyə başlamış və saat təxminən 13 radələrində şəhərin ara küçəsi ilə gəzən zaman bir nəfər cavan oğlanın küçədə dayandığını görüb ona yaxınlaşmışdır. Oğlana adını demiş, həmin şəxs də adının İkram olduğunu bildirmişdir. O, İkrama qalmağa yeri olmadığını bir gecəlik ona qalmağa yer lazım olduğunu demiş və İkram ona bir gecəlik onun qonağı ola biləcəyini bildirmişdir. Sonra İkramla birlikdə İkramın yaşadığı evə getmiş və həmin vaxt evdə İkramdan başqa heç kəs olmamışdır. Evdə olan zaman İkrama Gəncə şəhərində yaşadığını, orada özünə məxsus ev əşyaları olduğunu, həmin əşyaları Yevlağa gətirərək satmaq istədiyini və həmin əşyaları satana qədər əşyaları onun həyətinə yığmasına icazə verməsini xahiş etmişdir. İkram ondan həmin əşyaların oğurluq olub-olmadığnı soruşmuşdur. İkrama əşyaların özünün olduğunu və narahat olmamasını bildirmişdir. Bundan sonra İkram əşyaların onun həyətinə yığılmasına icazə vermiş və o həmin gecə İkramın evində qalmışdır. Ertəsi gün, yəni 07 mart 2021-ci il tarixdə səhər erkən yuxudan oyanaraq İkramın evindən çıxıb yaşadığı Goranboy rayonuna getmişdir. Həmin gün saat təxminən 19 radələrində Goranboy şəhərində yolun kənarında dayanmış taksi işarəsi olan VAZ-21015 markalı avtomobilə yaxınlaşıb tanımadığı sürücüdən onu Yevlax şəhərinə aparmasını xahiş etmişdir. Sürücü 20 manata onu aparmağa razılaşmış və o, həmin avtomobilə əyləşib Yevlax şəhərində oğurladığı əşyaları gizlətdiyi yataqxananın qarşısına gəlmişdir. Sürücüdən onu gözləməsini xahiş edib avtomobildən düşmüş, gizlətdiyi əşyaları yolun kənarına çıxarıb həmin avtomobilin yük yerinə və salonunun arxa oturacaqlarının üzərinə yığmışdır. Sonra həmin avtomobilə əyləşərək İkramın yaşadığı evin qarşısına gəlmiş və üzərində pul olmadığına görə İkramdan 20 manat borc pul alıb taksi sürücüsünə vermişdir. Avtomobildə olan əşyaları İkramın həyətinə boşaltmış, həmin gecə də İkramın evində qalmış, ertəsi gün, yəni 08 mart 2021-ci il tarixdə səhər saatlarında yuxudan qalxaraq əvvəllər tanıdığı, Yevlax şəhəri, 6-cı planda yaşayan Nadirin yaşadığı evə gedərək onunla görüşmüşdür. Nadirə pula ehtiyacı olduğuna görə evində olan əşyaları satmaq üçün Yevlaxa gətirdiyini, istəyirsə həmin əşyaları ucuz qiymətə ona sata biləcəyini demişdir. Nadir ona əşyalar həqiqətən ona məxsusdursa onları ala biləcəyini bildirmişdir. Nadirə həmin malların hamısının özünə məxsus olduğunu və oğurluq olmadığını demişdir. Bundan sonra o Nadirin evindən çıxıb İkramın evinə getmişdir. İkrama ev əşyalarını 6-cı planda yaşayan Nadirə verəcəyini, bunun üçün taksi lazım olduğunu bildirdikdən sonra İkram küçəyə çıxmış, bir müddət sonra İkram taksi ilə qapının qarşısına gəlmişdir. Sonradan adının Elçin olduğunu bildiyi taksi sürücüsü ilə danışmış, ona 2 manat pul verəcəyini, onları 6-cı plana aparacağını demiş və Elçin razılaşmışdır. O və İkram köməkləşərək ev əşyalarının hamısını Elçinin avtomobilə yükləmiş və sonra avtomobilə əyləşərək Nadirin yaşadığı evin qarşısına getmişlər. Avtomobildən düşərək tək Nadirə yaxınlaşaraq malları gətirdiyini demiş və daha sonra avtomobildə olan əşyaları həyətə boşaltmışdır. Bundan sonra Nadirdən mallara görə 100 manat pul istəmiş, lakin Nadir ona 70 manat pul verəcəyini demişdir. Sonra Nadir cibindən 50 manat pul çıxarıb ona vermiş, qalan pulu isə malları satandan sonra verəcəyini bildirmişdir. Bundan sonra gəldiyi avtomobillə İkramın evinə getmişlər. İkram ondan ona olan 20 manat borcunu istəmiş, o cibində xırda pul olmadığına görə pulunu bir qədər sonra verəcəyini bildirirək İkramın evindən çıxıb şəhəri gəzməyə başlamışdır. Mağazaların birindən siqaret alıb pulu xırdalamış, sonra İkramın evinə gələrək ona olan 20 manat borcumu ödəmiş və yaşadığı Goranboy rayonuna qayıtmışdır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Yevlax şəhəri, İ.Bayramov küçəsi, ev 54-də qeydiyyatdadır və 2002ci ilə qədər ailəvi olaraq həmin evdə yaşamışlar. Həmin ev 2002-ci ildə satıldığına görə onlar valideyinləri ilə birlikdə bir müddət Bakı şəhərində yaşamış hazırda isə Yevlax şəhəri E.Məmmədov küçəsi, ev 56-da kirayədə yaşayır. Həmin evdə o 2021-ci ilin yanvar ayının əvvəllərindən yaşamağa başlamışdır. Anası Elzanın səhhətində problemlər yarandığına görə 01 mart 2021-ci il tarixdə o və həyat yoldaşı anasının yaşadığı Yevlax şəhəri, “Dəri zavodunun” binasına getmişdir. 04 mart 2021-ci il tarixə qədər orada qalmış, anasına qulluq göstərmişdir. 04 mart 2021-ci il tarixdə səhər saatlarında kirayədə yaşadığı evə gəlmiş və evin həyətinə giriş qapısının qıfılının qırılmış olduğunu görmüşdür. O, həyətə daxil olaraq evin qapılarına baxmış, bütün giriş qapılarının kilidlərinin qırılmış olduğunu və qapıların açıq vəziyyətdə olduğunu görmüşdür. Evin otaqlarına daxil olanda ev əşyalarının dağınıq olduğunu görüb evdən oğurluq hadisəsinin baş verdiyini başa düşmüşdür. Evdə olan əşyaların yerində olub-olmadığını yoxlamağa başlamış və bu zaman ona məlum olmuşdur ki, evindən 01 ədəd qoşa yataq dəsti, 01 ədəd tək yataq dəsti, 15 ədəd müxtəlif dəsmallar, 01 ədəd süfrə, 01 ədəd adyal, 08 ədəd qadın köynəkləri, 03 ədəd qadın donları, 01 ədəd namaz paltarı-hicab, 01 ədəd düyməli qolu uzun kişi köynəyi, 01 ədəd dəri gödəkçə, 01 ədəd cins materialdan olan pencək, 01 ədəd ətək, 01 ədəd yun jaket, 02 ədəd nazik gödəkçə, 01 ədəd idman paltarı dəsti, 03 ədəd hündür yay qadın ayaqqabıları, 03 ədəd qadın qış ayaqqabıları, 01 ədəd kişi ayaqqabısı, 02 ədəd idman ayaqqabıları, 03 ədəd kəmərlər, 01 ədəd suvenir və rəngli hədiyyə paketləri, bir ədəd “Omeqa” markalı çaydan, bir ədəd “Krosna” aparatı, bir ədəd “BK” markalı kondisioneri oğurlanmışdır. Həmin gün, yəni 04 mart 2021-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinə gedərək yaşadığı evdən oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan tam şəkildə ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2009-cu ildə Ağdam rayonu, Seyidli kəndindən məcburi köçkün düşmüş X3 ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra onlar ailəvi olaraq Yevlax şəhəri, H.Z.Tağıyev küçəsindəki “Dəri zavodunun” inzibati binasında məskunlaşaraq yaşamağa başlamışlar. Təxminən 2 il olar ki, həyat yoldaşı Bayram Bakı şəhərində işlədiyinə görə onlar ailəvi olaraq Bakı şəhərində yaşayırlar. Lakin əşyalarının çox hissəsi məskunlaşdıqları “Dəri zavodunun” inzibati binasında qalmışdır. O, 2021-ci ilin yanvar ayının sonlarında Yevlax şəhərinə, məskunlaşdıqları evə gələrək bir neçə gün qalmış və həmin vaxt ev əşyalarının hamısı yerində olmuşdur. Bir müddət sonra yenidən Bakı şəhərinə qayıtmış, 07 mart 2021-ci il tarixdə qohumu Habil ona zəng edərək, Yevlax şəhərində məskunlaşdıqları evdən oğurluq olduğunu demişdir. Həmin gün təcili Yevlax şəhərinə məskunlaşdıqları evə gəlmişdir və ev əşyalarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. O evdə olan əşyaların yerində olub-olmadığını yoxlamağa başlamış, bu zaman ona məlum olmuşdur ki, evindən müxtəlif geyim əşyaları, elektrik naqilləri, paltar yuyan maşın, bir ədəd “General” markalı DVD aparatı, bir ədəd kofe üyüdən maşın, bir ədəd mikser, bir ədəd divar saatı, bir ədəd qazan, iki ədəd tava, iki ədəd boşqab dəsti, kofe stəkan dəsti, stəkan-nəlbəki dəsti, iki ədəd xurma qabı, bir ədəd süzgəc, salat doğrayan, bir ədəd oyuncaq ayı, iki ədəd plastik vannalar, dörd ədəd qəndqabılar, mələfə dəsti, iki ədəd əl-üz dəsmalı oğurlanmışdır. Ertəsi gün, yəni 08 mart 2021-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinə gedərək yaşadığı evdən oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Məhkəməyə ərizə təqdim edərək məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Şahid3 məhkəməyə ərizə ünvanlayaraq, yas mərasimləri olduqları üçün 13.07.2021-ci il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının əvvəllərində saat təxminən 13 radələrində Yevlax şəhəri “köhnə körpü” adlanan əraziyə yaxın yerdə idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə birlikdə dayanıb müştəri gözləmişdir. Bu zaman əvvəllər tanıdığı İkram ona məxsus avtomobilə yaxınlaşmış və ona “sənə 2 manat pul verəcəm, mənimlə birlikdə yaşadığı evin qarşısına gedəcəyik, yük var onu 6-cı planda yaşayan Nadirgilin evinə aparmaq lazımdır” sözlərini demişdir. O, İkramı tanısa da Nadiri əvvəllər tanımamış, razılaşaraq İkramla birlikdə onun yaşadığı evin qarşısına getmişlər. Avtomobili İkramın yaşadığı evin həyətinə salmış və avtomobilin yük daşımaq üçün nəzərdə tutulmuş arxa hissəsini açmışdır. İkram və sonradan adının Gəray olduğunu bildiyi şəxs müxtəlif növ məişət əşyalarını gətirib avtomobilinin arxa hissəsinə yığmışlar. Onlar məişət əşyalarını avtomobilin yük hissəsinə yığdıqdan sonra birlikdə Nadirin yaşadığı 6-cı plana getmişlər. Avtomobili Nadirgil yaşayan küçədə saxlamış, Nadir həmin vaxt küçədə dayanmış, İkram və Gəray avtomobildən düşdükdən sonra Gəray avtomobilin yük yerində olan əşyaların hamısını Nadirin həyətinə boşaltmış, İkram və Gəray yenidən avtomobilə əyləşib İkramın yaşadığı evin qarşısına qayıdıb gəlmişlər və bundan sonra o, oradan çıxıb evə getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl Goranboy rayon sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 08 mart 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək problemləri olduğuna görə pula ehtiyacı olduğnu, bu səbəbdən özünə məxsus ev əşyalarını satdığını demişdir. O, Gəraydan həmin əşyaların oğurluq olub-olmadığını soruşmuş, Gəray ona narahat olmamasını və əşyaların özünə məxsus olduğunu bildirmişdir. Gərayın sözlərinə inanmış və əşyalara baxmaq istədiyini demişdir. Bundan sonra Gəray çıxıb getmiş, həmin gün saat təxminən 13-14 radələrində Gəray taksi ilə onun yaşadığı evin qarşısına gəlmiş və Gərayın yanında əvvəllər qiyabi olaraq tanıdığı İkram adlı şəxs də olmuşdur. Gəray ona yaxınlaşaraq malları gətirdiyini demiş və o da, Gəraya malları həyətinə yığmasını tapşırmışdır. Gəray gəldiyi avtomobilin yük yerində və salonunda olan malları onun həyətinə yığmış, bundan sonra o Gərayın gətirdiyi mallara baxmış, həmin mallar bir ədəd elektrikli çaydan, bir ədəd Krosna aparatı, bir ədəd kondisioner, bir ədəd paltar yuyan maşın, bir ədəd DVD aparatı, bir ədəd qazan, iki ədəd tava, bir ədəd salat doğrayan, iki ədəd kauçuk vanna, bir ədəd süzgəc, bir ədəd oyuncaq, boşqab dəsti, stəkan-nəlbəki dəsti olmuşdur. Mallara baxandan sonra bir daha Gəraydan həmin malların oğurluq olub-olmadığını soruşmuş, Gəray ona malların hamısının özünə məxsus olduğunu bildirmişdir. O, Gəraydan malları neçəyə satmaq istədiyini soruşmuş, Gəray hamısını 100 manata satdığını demiş, Gəraya mallar köhnə, işlənmiş olduğuna görə Gəraya 70 manat pul verə biləcəyini bildirmişdir. Gəray onun təklifimi qəbul etmiş və o, Gəraya 50 manat pul vermiş, qalan 20 manatı bir müddət sonra verəcəyini demişdir. Gəray pulu alıb gəldiyi taksiyə əyləşərək çıxıb getmiş və həmin gündən sonra Gərayı görməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2021-ci il tarixli 9\2394 saylı rəydən görünür ki, 1.”Omega” markalı işlək vəziyyətdə qara rəngli elektrik çaydanı (altlığı ilə birlikdə)-15 manat 2.Çin istehsallı, “Euromax” markalı işlək vəziyyətdə olan krosnu aparatı-60 manat 3.”BK-1800” markalı, işlək vəziyyətdə olan kondisioner-60 manat 4.İstifadədə olmuş aliminium materiallı süzgəc-5 manat 5.İstifadədə olmuş qızılı-ağ rəngli stəkanların arxasında “chonvson” sözü qeyd edilmiş kofe üçün nəzərdə tutulmuş stəkan-nəlbəki dəsti (6 ədəd stəkan,6 ədəd nəlbəki)- 15 manat 6.İstifadədə olmuş aliminium materiallı 15 litr su tutumlu aş qazanı-50 manat 7.İstifadədə olmuş alimium materiallı tava-20 manat 8.İstifadədə olmuş dəmir materiallı “Tefal” markalı üzərində qırmızı rəngli güllər həkk olunmuş tava-10 manat 9.İstifadədə olmuş, üzərində qızılı rəngli güllər hək olunmuş arxa hissəsində “Chech Republic” və “Original Cobalt” sözləri yazılmış boşqab dəsti (ümumilikdə 24 boşqab)-24 manat 10.İstifadədə olmuş yaşıl ağ rəngli qutunun içərisində işlək vəziyyətdə “X9” markalı yaşılk-ağ rəngli salatdoğrayan-15 manat 11.Ağ rəngli oyuncaq gəlincik-2 manat 12.İstifadədə olmuş işlək vəziyyətdə olan “General” markalı DVD aparatı-10 manat 13.İstifadədə olmuş, ağ rəngli işlək vəziyyətdə “Elenber original” markalı 7 kq çəki tutumlu paltaryuyan maşın-60 manat 14.İstifadədə olmuş, qırmızı rəngli 15 litr su tutumlu kauçuk vanna-6 manat
15. İstifadədə olmuş, ağ-qırmızı rəngli 10 litr su tutumlu kauçuk vanna-4 manat 16.İşlək vəziyyətdə olan “Geepas” markalı kofe üyüdən maşın-15 manat Ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 16 adda malların istifadədə olması nəzərə alınmaqla hazırki orta bazar qiyməti təxminən 326,00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 34 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, texniki vəziyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Goranboy rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə həbs qətiman tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 mart 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli hökmü 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Goranboy rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 1(043)-041/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının başqa cəza növü ilə əvəz edilməsinə dair Goranboy rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 13 (on üç) ay 29 (iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Goranboy rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 1(045)-57 2021 il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən hazırki cəza ona Goranboy rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 7(045)-14/2021 saylı qərarı ilə təyin edilmiş 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş, üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Gpranboy rayon İHB-nın Dəliməmmədli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və əldə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf ifadəsi, zərərçəkmiş şəxslərin, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyərək, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ondan heç bir şiakyət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 16 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, bir ədəd “Omeqa” markalı çaydan, bir ədəd “Euromax” markalı Krosna aparatı, bir ədəd “BK” markalı kondisioner Zərərçəkmiş şəxs1 bir ədəd “Elenberg original” markalı paltar yuyan maşın, bir ədəd “General” markalı DVD aparatı, bir ədəd aliminium materiallı 15 litr su tutumlu aş qazanı, bir ədəd “Tefal” markalı tava, bir ədəd aliminium materiallı tava, arxa hissəsində “Chech Republik” və “Original Cobait” sözləri yazılmış boşqab dəsti (ümumilikdə 24 boşqab), arxasında “chonvson” sözü qeyd olunmuş kofe üçün nəzərdə tutulmuş stəkan-nəlbəki dəsti (6 ədəd stəkan, 6 ədəd nəlbəki), bir ədəd “X8” markalı salat doğrayan, bir ədəd 15 litr su tutumlu kauçuk vanna, bir ədəd 10 litr su tutumlu kauçuk vanna, bir ədəd aliminium materialdan olan süzgəc və bir ədəd oyuncaq gəlinciyin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddələrinə əsasən hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 16 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə).
Sədrlik edən Ruslan Əlizadə