Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-98/2022 28.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə 08 aprel 1975-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 21 aprel 2022ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, ünvan 3-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 iyun 2022-ci il tarixdə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş silahını əldə edərək üzərində saxlamaqla, daşımış, gəzdirmiş və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanıdığı X3 vasitəsilə Yevlax rayonu, Qoyunbinəsi kənd sakini Şahid1 “TT - Tulskiy Tokareva” konstruksiyalı, 7,62 mm kalibrli, CM 1438 nömrəli tapança-yivli odlu döyüş silahının olmasını və sonuncunun həmin silahı 1500 (min beş yüz) manat pulun müqabilində satmasını bildikdən sonra qanunsuz olaraq döyüş silahını əldə edib gələcəkdə daha artıq məbləğdə pul müqabilində satmaq qərarına gələrək bu məqsədlə 2020-ci ilin oktyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Vüsal Orucovun yaşadığı Yevlax şəhəri, Qoqol küçəsində yerləşən evində Şahid1la razılığa gələrək sonuncuya 800 manat pulu “təqdim edərək həmin pul müqabilində Şahid1 “TT - Tulskiy Tokareva” konstruksiyalı, 7,62 mm kalibrli, CM 1438 nömrəli yivli odlu döyüş silahı olan tapançanı əldə əldə edərək üzərində gəzdirərək yaşadığı ünvan 1 ünvanında gizlədərək saxlamış, silahı aldığı vaxtdan 2-3 gün sonra 2020-ci ilin oktyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə həmin silahı saxladığı ünvan 1 ünvanından götürüb Yevlax şəhəri ərazisindən keçən Kür çayının kənarına daşıyaraq orada istintaqla müəyyən edilməyən yerdə saxlamış, 2021-ci ilin may ayının əvvəllərində Şahid1 alaraq əldə etdiyi CM 1438 nömrəli yivli döyüş silahı olan tapançanı sonuncunun Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olmuş əsgər Şahid2 almasını və Şahid2 həmin silahı geri qaytarmaq istəməsini bildikdən sonra müəyyən miqdarda gəlir əldə etmək məqsədilə CM 1438 nömrəli tapançanı 2000 (iki min) manat pul qarşılığında Şahid2 sata biləcəyinə dair onunla ilə razılığa gələrək xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində sonuncu ilə görüşərək ondan 2000 manat məbləğində pulu alaraq “TT-Tulskiy Tokareva” konstruksiyalı, 7,62 mm kalibrli, CM 1438 nömrəli odlu döyüş silahı hesab edilən tapançanı Şahid2 orada qanunsuz olaraq satmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2020ci ilin oktyabr ayının ortalarında yaşadığı ünvan 3 ünvanının qonşuluğunda yaşayan Vüsalın yaşadığı evə getmişdir. Vüsalın yaşadığı evə getməkdə məqsədi Vüsalın saxladığı göyərçinlərə baxmaq olmuşdur. Vüsalın yaşadığı evin həyətində olan zaman əvvəllər tanıdığı Şahid1 da ora gəlmiş və üzərində “TT” markalı silah olduğunu və həmin silahı satmaq istədiyini bildirmişdir. Daha sonra o, silaha baxmaq istədiyini bildirmiş, Vüqar da üzərində olan “TT” markalı CM 1438 nömrəli tapançanı çıxarmış ona göstərmiş və silahın babasının olduğunu bildirmişdir. Vüqara həmin silahı almaq istədiyini bildirmişdir. Daha sonra Vüqarla 800 manata razılaşmış razılaşdıqdan sonra evə getmiş 800 manat pul götürüb Vüsalgilə getmişdir. Həmin vaxt Vüsal da Vüqarın yaşadığı evin həyətində olmuşdur. Üzərində olan 800 manat pulu çıxarıb Vüqara vermiş, Vüqar da pulu götürdükdən sonra üzərində olan “TT” markalı CM 1438 nömrəli tapançanı ona satmış dır. Həmin silahı götürüb evə aparmış silahı bir müddət evdə saxlamış daha sonra qoxduğu üçün silahı sellofana büküb “Kür” çayının ətrafında gizlətmişdir. Bir müddət sonra yəni 2021-ci ilin may ayında sonradan adını bildiyi Şahid2, Şahid4 və Rafael İsmayılov onun yaşadığı evə gəlmişlər. Şahid4 ona Şahid2 aid olan “TT” markalı CM 1438 nömrəli tapançanı Şahid1 götürüb qaçdığını, Vüqarla əlaqə saxladıqlarını və Vüqarın silahı ona satdığını deyərək, silahı pul qarşılığında almaq istədiklərini bildirmişlər. O da Şahid2, Şahid4 və Rafael İsmayılovu tanımadığı üçün onlara silahı satdığını və silahı satdığı adamdan 1500 (min beş yüz) manata geri ala biləcəyini bildirmişdir. Şahid2, Şahid4 və Rafael İsmayılov onun bu sözündən sonra çıxıb getmişlər. Təxminən 2 saat sonra Şahid2 və Şahid4 geri qayıtmışlar. Həmin müddət ərzində silahı gizlətidiyi yerdən yəni “Kür” çayının yanından götürüb gəlmiş Şahid2 və Şahid4la görüşən zaman Şahid2 ona 1500 (min beş) yüz manat pul vermişdir.O, üzərində olan “TT” markalı CM 1438 nömrəli tapançanı Şahid2 vermişdir. Bundan sonra həmin şəxsləri görməmiş xx.xx.2021-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşları onu Yevlax şəhərində saxlayaraq Bakı şəhəri, Nərimanov RPİ-nin MSY-yə təhvil vermişlər daha sonra onu Bakı şəhəri Hərbi Prokurorluğuna aparmışlar orada müstəntiq tərəfindən ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə ittiham elan olunduğunu bildirmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, himayəsində yaşlı anasının olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin oktyabr ayında hərbi xidmətdə olan qonsusu Şahid3 vasitasilə tanış olduğu Şahid2 TT markalı tapanca silahı 300 manata alib baha qiymətə satmaq maqsədilə sonuncudan almaq qararına gəlmişdir. 2020-ci ilin oktyabr ayının 17-18-i yaşadığı Yevlax rayonu, Qoyunbinəsi kəndində olan zaman Şahid2 ona zəng edərək kənddə olmasını, onunla göruşmək istədiyini bildirmişdir. O, Şahid2 TT markalı tapanca silahını gətirdiyini bildiyi üçün ona telefonda olduğu yeri, əmisigilin evinin qarşısını başa salmış və Şahid2la həmin yerdə görüşmüşdür. Bundan sonra üzərində pul olmadığı üçün silahı götürüb qaçmaq qərarına gəlmiş və silahı götürərək Şahid2 maxsus avtomobildən düşüb əmisigilin evi istiqamətində qaçmışdır. Bundan sonra silahı satmaq qərarına gəlmişdir. Narkotik vasita istifadəçisidir, narkotik vasitəni hazırda həbsdə olan "Vüsal" adlı şəxsdən almışdır. Həmin silahi da "Vüsal vasitəsilə satacağını düşünmüş və Vüsala bu barədə məlumat vermişdir. Bir müddət sonra Vüsal ona silahi 500 manata sata biləcəyini bildirmişdir. Bundan sonra həmin silahı Vüsala vermiş və Vüsal ona ayrı-ayrı vaxtlarda ümumi 500 manat pul vermişdir. Bir müddət sonra Şahid2 həmyerliləri Toğrul ve Elnur adlı şəxslər onunla söhbətə göndermiş, həmin şəxslərlə görüşən zaman onlar silahı qaytarmağın lazım olduğunu, hərbi hissədə Terlan Xasmemmedovun silah satmasından xəbərdar olduqlarını bildirmişlər. O, həmin şəxslərə silahı 500 manat pul müqabilində satdığını, lakin satdığı adamdan geri ala biləcəyini demiş və "Vüsal" adlı şəxsə zəng etmişdir. Vüsal telefonda hamin silahı Yevlax rayon sakini Şahbuz Hüseynova satmasını, pulu verdikden sonra silahı ala biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 11 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq xidmət etmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. N sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlamış döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətdə olarkən N oktyabr 2020ci il tarixdə təxminən saat 20 radələrində Tərtər rayonunun Suqovuşan kəndində döyüş əməliyyatlarında iştirak edən zaman ələ keçirilmiş düşmənin silah anbarından TT markalı, 7,62 mm kalibrli, CM 1438 nömrəli tapança silahını götürmüş və üzərində saxlamışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərində Suqovuşan kəndində düşmənin atmış olduğu mərminin yanında partlaması nəticəsində yaralanmışdır. Həmin gün Naftalan şəhərində yerləşən xəstəxanaya aparmışlar və 7 gün müddətində müalicə olunduqdan sonra yenidən N nömrəli hərbi hissəyə qayıtmışdır. Həmin vaxt VAZ 2106 markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Naftalan şəhəri, Qaşaltı kəndində yerləşən tabora getmişdir. Bundan sonra düşmənin silah anbarından götürdüyü "TT" markalı tapança silahını basdırdığı yerdən götürmüş və avtomobilinin oturacağının alt tərəfinə qoymuşdur. Müdafiəyə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, xidmət yoldaşı Şahid3lə söhbət edən zaman ona düşmənin silah anbarından "TT" markalı tapança silahı tapdığını, silahi gizlətdiyini, pula ehtiyacının olduğunu və silahı satmaq istədiyini demişdir. Bundan sonra avtomobildə gizlətdiyi silahı Şahid3 göstərmiş və yenidən avtomobilə qoymuşdur. Həmin günün səhəri Faxri Qarayevin yaşadığı Yevlax rayonu, Qoyunbinəsi kəndinə getmişdir. Şahid3 avtomobili olmadığı üçün əvvəlcədən onu götürəcəyinə söz vermişdir. Faxri Qarayevi götürdükdən sonra yolda əvvəllər bir dəfə F. Qarayevin yanında gördüyü Şahid1 görmüş və avtomobili saxlayaraq onunla döyüş əməliyyatlarından söhbət etməyə başlamışlar. Söhbət zamanı bilmədən düşmənin silah anbarından "TT" markalı tapança silahını götürdüyünü və gizlətdiyini demişdir. Hamin gün Şahid3 ona yaxınlaşaraq Şahid1 ona zəng etməsini, onun gizlin götürərək TT markalı tapança silahını 300 manata almaq istədiyini demişdir. Şahid3 pula ehtiyacı olduğunu, həmin silahı 300 manat pul müqabilində Şahid1 satacağını demişdir. Şahid3 isə Şahid1 yaxşı tanımadıqlarını, ehtiyyatlı olmasını, pulu almamış silahi verməməsini demişdir. Bundan sonra Şahid3 Şahid1 məxsus 055 *** ** ** saylı mobil telefon nömrəsini almış və həmin gün Şahid1la danışmışdır. Telefonda Şahid1 300 manat pul müqabilində onda olan TT markalı tapança silahını almaq istədiyini demişdir. Beləliklə Şahid1la razılaşaraq 2020-ci ilin təxminən 17-18-də Yevlax rayonu, Qoyunbinəsi kəndində sonuncu ilə görüşmüşdür. Həmin vaxt görüşə tək, özünə məxsus VAZ 2106 markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişdir. Kəndə çatan zaman Şahid1 zəng etmiş və artıq kənddə olmasını demişdir. Şahid1 ona yolu başa salmış və V. Şirinovun adını bilmədiyi əmisinin evinin qarşısında onunla görüşmüşdür. Şahid1la görüşdükdən sonra avtomobildə oturmuşlar. Şahid1 ona hansısa şəxsin gələcəyini, silahı məhz həmin şəxsə satacağını bildirmişdir. Bundan sonra Vuqar Şirinov silahı almış və Şahid3 zəng etməsini, onunla danışmaq istədiyini demişdir. Şahid3 yığmış və telefonu Şahid1 vermişdir. Şahid1 telefonla danışaraq avtomobildən düşmüş və getmişdir. Telefonla Şahid3 zəng edərək Şahid1 mobil telefonunu və tapança silahını götürüb qaçdığını, onu tapa bilmədiyini demişdir. Şahid3 də ona orada gözləməsini bildirmişdir. Bundan sonra xidmət yerlərinə qayıtmışlar. Bundan sonra nə qədər çalışsa da, Vüqar Sirinovdan silahı ala bilməmişdir. Bundan əlavə barəsində cinayət işi istintaq olunduğu üçün 2021-ci ilin may ayının əvvəllərində Şahid3 zəng edərək Şahid1la əlaqə saxlamasını, hadisənin üstünün açılmasını, silahı qaytarmaq lazım olduğunu bildirmişdir. 08 may 2021-ci il tarixdə Vuqar Şirinovla görüşən zaman sonuncu silahı Yevlax rayonunda tanışı Vusal vasitəsilə Şahbuz adlı şəxsə satdığını və silahın Şahbuzda olmasını demişdir. Bundan sonra qərara almışdır ki, özü ilə pul götürüb Yevlax rayonuna gedərək Şahbuz adlı şəxslə görüşüb silahı ondan geri alsın və istintaqa təqdim etsin. Bu səbəbdən 09 may 2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhərindən taksi fəaliyyəti ilə məşğul olan tanımadığı bir nafərlə Yevlax rayonuna getmişdir. Yolda olan zaman N nömrəli hərbi hissədə xidmətdə olduğu müddətdə Yevlax rayonunda tanış olduğu dostu Şahid4la danışmışdir. Şahid4 Yevlax rayonu, Aşağı Qarxun kəndindəndir və o, Yevlax rayonunu yaxşı tanıyır. Yevlax rayonunda, Yevlax dairəsi adlanan yerdə avtomobildən düşmüş və Şahid4la görüşmüşdür. Həmin vaxt Şahid4 yanında Rafayıl adlı dostu da gəlmişdir. Onlar birlikdə Şahbuz adlı şəxsi axtarmağa başlamışlar. Axtarışlar zamanı Şahbuzun Yevlax rayonunda yerləşən Qala kafesinin arxasında həyət evində qalması müəyyən olunmuşdur. Bundan sonra Mirzalı da birlikdə həmin yerə getmişlər. Şahbuzun evini tapdıqdan sonra onu çağırmışlar. Həmin vaxt Mirzalı ilə birlikdə Şahbuzun qapısına yaxınlaşmış, onların yanında Mirzalının dostu Rəfayıl adlı şəxs olmuşdur. Şahbuz yaşadığı evin qapısını açmış və ona baş vermiş hadisəni danışaraq Şahid1 Vüsal vasitəsilə almış olduğu silahı qaytarmasını bildirmişdir. Həmin vaxt Şahbuz qorxmuş, nə Vüqar nə də Vüsalı tanımadığını, onda ümumiyyətlə silah olmadığını və heç nədən xəbəri olmadığını bildirmişdir. Bundan sonra yanında olan Mirzalı onunla söhbət etməyə başlamış və onun barəsində cinayət işinin, həmin silahin tapılib yerinə qoyulmasını, əks halda problem olacagını bildirmişdir. Şahbuz bundan sonra silahı Vüqardan Vusal vasitəsilə aldığını, özünün silahı kiməsə satdığını, lakin 1800 manat pul müqabilində silahı alıb qaytara biləcəyini bildirmişdir. Mirzalı bundan sonra Şahbuza 1800 manat pulun çox olmasını, silah üçün 1500 manat pul verə biləcəklərini demişdir. Sahbuz da öz mobil telefon nömrəsini Mirzalıya vermiş və tezliklə onunla əlaqə saxlayacağını bildirmişdir. Onlar Şahbuza qısa zamanda pul tapib onun yanına gələcəklərini deyib Yevlax rayonunun mərkəzinə gəlmişlər. Bundan sonra Mirzalıya üstündə pulunun olduğunu, Şahbuzla danışıb silahı goturməyini xahiş etmişdir. Bundan sonra Mirzalı Şahbuza zəng edərək pulun onlarda olmasını görüşüb silahı götürmək istədiklərini demişdir. Lakin Şahbuz telefonda Mirzalıya silahı satdığı adamın 1500 manata razılıq vermədiyini, bunun üçün 2000 manat pul verməli olduğunu, bundan sonra silahı ondan alıb verə biləcəyini bildirmişdir. Mirzalı bir qədər Sahbuzla danışdıqdan sonra telefonu söndürmüş və ona Şahbuzun 2000 manat pul istədiyini bildirmişdir. O, silahı könüllü istintaqa təqdim etməyi çox istədiyi üçün Mirzalıya həmin pulu verə biləcəyini, lakin Şahbuzla danışıb silahı tezliklə qaytarmasını bildirmişdir. Bundan sonra Mirzalı yenidən Şahbuza zang etmiş və silah üçün lazım olan pulun, yəni 2000 manatın hazır olmasını, silahı kimə satıbsa almasını və xəbər etməsini, tezliklə gəlib silahı götürmək istədiklərini demişdir. Şahbuz isə həmin adamla danışacağını, 1 saat ərzində silahı çatdıracağını və silahı götürdükdən sonra onlara xəbər edəcəyini bildirmişdir. Bundan sonra saat təxminan 21 radalarində Şahbuz zəng edərək silahın onda olduğunu və gəlib götürmələrini demişdir. Onlar tanımdaığı taksi ilə Şahbuzun evinin qarşısına getmişlər. Yolun kənarında olan zaman Şahbuz gəlmiş və o, avtomobildən düşərək onlara yaxınlaşmışdır. O, 2000 manat pulu Şahbuza vermiş, Şahbuz da gödəkçənin cibindən həmin TT markalı tapança silahını ona qaytarmışdır. Bundan sonra avtomobilə əyləşmiş və həmin silaha baxmışdır. Çünki Şahbuzun ona ayrı silah verməsindan ehtiyat etmişdir. Lakin həmin silahin üzərində "CM 1438 1941 rəqamlərini görmüş və silahın onun Şahid1 satmaq istədiyi silah olduğunu bilmişdir. Bundan sonra Yevlax dairəsində Mirzalı ilə sağollaşmış və onunla ayrılmışdır. İş üzrə Şahid4 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədarməhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrali hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 2020-ci ilin sonlarında tanımış, onunla aralanında dostluq münasibətləri yaranmış, aralarında hər hansı bir düşmənçilik, gohumluq münasibətlin olmamışdır. 2020-ci ilin təxminən mart ayında Şahid2la danışan zaman telefonda ona hansısa probleminin olmasını demiş, lakin problemin nədən ibarət olmasını bildirməmişdir. 09 may 2021-ci il tarixda, təxminən səhər saat 10-11 radələrində Şahid2 ona məxsus 055 *** ** ** saylı mobil telefon nömrəsinə, özünə məxsus 050 *** ** ** saylı mobil telefon nömrəsindən zang edərək Yevlax rayonuna gəldiyini, hansısa bir probleminin olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O, T.Xasməmmadova Yevlax rayonuna çatan zaman xəbər etməsini, görüşüb söhbət edəcəklərini demiş, saat təxminən 15-16 radələrində Şahid2la danışıb Yevlax rayonunda, Yevlax dairəsi adlanan yerdə görüşmüşdür. Həmin vaxt dostu Rafael İsmayılov da onunla birlikdə olmuşdur. Söhbət zamani Şahid2 ona 2020-ci ilin oktyabr ayında döyüşlər zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində düşmənin silah anbarından TT markalı tapança silahı götürdüyünü, həmin silahı hərbi hissəyə təhvil verməməsini, silahı Yevlax rayonunda kiməsə satdığını, lakin baş vermiş hadisənin üstünün açılmasını, hazırda silahın Yevlax rayonunda Şahbuz adlı şəxsdə olmasını, hamin şəxsi tapıb silahı geri almaq istədiyini və bu səbəbdən ona köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Şahid2 üzərində pul olmasını, pul müqabilində silahı Şahbuz almaq istədiyini də demişdir. Bundan sonra Şahid2 və Rafaillə birlikdə Yevlax rayonunda soruşa-soruşa Şahbuz adlı şəxsin evini tapmışlar. Şahbuzun evini tapdıqdan sonra oraya yaxınlaşaraq Şahbuzu çağırmışlar. Həmin vaxt dostu Rafayl İsmayılov kənarda dayanmışdır. Şahid2la birlikdə Şahbuzu çağırmışlar. Şahbuz qapıya çıxdıqda Şahid2 Şahbuza Vüqar adlı şəxsin ona Vüsal adlı şəxs vasitəsilə silah satdığını, silaha görə problem olacağını və həmin silahı geri qaytarmasını bildirmişdir. Şahbuz isə öncə nə Vüsal nə də Vüqar adlı şəxsi tanımadığını, silahdan xəbərinin olmadığını demişdir. Lakin o, Şahbuzun silahı verməkdən imtina etməsini görüb onunla söhbət etməyə başlamışdır. Şirin dillə Şahbuzla söhbət etmiş və Şahid2 probleminin olduğunu və həmin silahın tapılıb qaytarılmasını xahiş etmişdir. Bundan sonra Şahbuz həqiqətən həmin silahı Vüsal adlı şəxsin vasitəsilə alıb hansısa şəxsə satdığını, silahın onda olmamasını bildirmiş, lakin hər hansı ad çəkməmişdir. Şahbuzla silahın 1500 manat pul müqabilində geri qaytarılması barədə razılığa gəldikdən sonra silahı satdığı adamla danışıb gaytarmağa çalışacağını bildirmişdir. Bundan sonra oradan ayrılmışlar və Şahbuz ona istifadəsində olan 055 *** ** ** və 055 *** ** ** sayli mobil telefon nömrələrini vermişdir. Bundan sonra Yevlax rayonun mərkəzinə qayıtmışlar və söhbət zamanı Şahid2 1500 manat pul verə biləcəyini demişdir. Bundan sonra mobil telefonu sönülü olduğu üçün Şahid2 nomrəsi ile Şahbuza məxsus 055 *** ** ** saylı nömrəsinə zəng etmiş və 1500 manat pulun hazır olduğunu bir neçə dəqiqə sonra Şahbuz 055 *** ** ** saylı mobil telefonla zəng edərək silahın onda olduğunu bildirmişdir. Şahbuz isə həmin silahı satdığı şəxslə danışıb xəbər edəcəyini demişdir. Silahı satdığı şəxsin 2000 manat pul istəməsini bildirmişdir. O, Şahbuza 1500 manata danışdıqlanını, pulu hansi səbəbdən qaldırdığını soruşmuşdur. Şahbuz isə ona silahı satdığı adamın 2000 manat pul istədiyini və onluq bir şeyin olmadığını demişdir. O, Şahbuza əlaqə saxlayacağını bildirmiş və Şahid2 Şahbuzun 2000 manat istədiyini bildirmişdir. Şahid2 isə çarəsiz qalıb 2000 manat pul verməyə razı olmuşdur. Bundan sonra Şahbuza zəng etmiş və pulun hazır olduğunu bildirmişdir. Şahbuz isə ona təxminən 2 saat ərzində silahı satdığı adamdan götürüb xəbər edəceyini bildirmişdir. Bir müddet sonra, təxminən 22 radələrində Şahbuz Şahid2 zang etmişdir. O, telefonu açan zaman Şahbuz silahın onda olduğunu və onun evinin yanında görüşmələrini bildirmişdir. Bundan sonra Şahid2la birlikdə Şahbuzun evinin yanına tanımadığı VAZ 21011 markali taksi ilə getmişdir. Yolun kənarında bir müddat gözlədikdən sonra Şahbuz oraya gəlmişdir. Tərian Xasməmmədov avtomobildən düşərək pulu Sahbuza verib silahı ondan almışdır. Bundan sonra onunla sağollaşıb ayrılmışlar. Təqsirləndirilən şəxs TT markalı silahı kimə satması, sonradan silahi kimdən aması barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 08 aprel 2009-cu il tarixli 1(039)-20/2009 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, N (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 Yanvar 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 avqust 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdə Yevlax şəhərində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri Nərimanov RPİ-nnin MSY-nə təhvil verilməsi üçün Nərimanov RPİ-nin NH-nə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 avqust 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Nərimanov RPİ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 avqust 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Nərimanov RPİ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən N aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib tutulması üçün barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 aprel 2022-ci il tarixli barəsində axtarış elan edilmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat.11.10-da tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 4(039)-84/2022 saylı həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək yəni, 28 May 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 aprel 2022-ci il tarixdən saat 11.10-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə ballistik ekspertizasının 18 may 2021-ci il tarixli, 3/872, 3/873 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah-keçmiş SSRİ-də 1941-ci il tarixdə zavod üsulu ila istehsal edilmiş, 1930/33-cü illər nümunəli, TT- Tulcskiy Tokareva konstruksiyalı, 7,62 mm kalibrli, CM 1438 nömrəli tapançadır-yivli odlu döyüş silahıdır, saz vəziyyətdədir, təyinatı üzrə istifadəyə (atəş açmaq üçün) yararlıdır, zavod nişanlarında pozuntu, dəyişiklik edilməmişdir, detallarında konstruksiyanı və təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, üzərində termiki və ya kimyavi təsirdən yaranmağa xarakterik hər hansı zədə aşkar edilməmişdir. Silahla birlikdə təqdim edilmiş 1 (bir) ədəd sandıqça 7,62 mm kalibirli, 1930/33-cü illər nümunəli “TT-Tulcskiy Tokareva” konstruksiyalı tapançalarda istifadə edilən 8 (səkkiz) ədəd patron tutumuna malikdir və təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3-də qeydiyyatdadır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş silahını əldə edərək üzərində saxlamaqla, daşımış, gəzdirmiş və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanıdığı X3 vasitəsilə Yevlax rayonunun Qoyunbinəsi kənd sakini Şahid1 “TT- Tulskiy Tokareva” konstruksiyalı, 7,62 mm kalibrli, CM 1438 nömrəli tapança-yivli odlu döyüş silahının olmasını və sonuncunun həmin silahı 1500 (min beş yüz) manat pulun müqabilində satmasını bildikdən sonra qanunsuz olaraq döyüş silahını əldə edib gələcəkdə daha artıq məbləğdə pul müqabilində satmaq qərarına gələrək bu məqsədlə 2020-ci ilin oktyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə Vüsal Orucovun yaşadığı Yevlax şəhəri, Qoqol küçəsində yerləşən evində Şahid1la razılığa gələrək sonuncuya 800 manat pulu “təqdim edərək həmin pul müqabilində Şahid1 “TT- Tulskiy Tokareva” konstruksiyalı, 7,62 mm kalibrli, CM 1438 nömrəli yivli odlu döyüş silahı olan tapançanı əldə əldə edərək üzərində gəzdirərək yaşadığı ünvan 1 ünvanında gizlədərək saxlamış, silahı aldığı vaxtdan 2-3 gün sonra 2020-ci ilin oktyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə həmin silahı saxladığı ünvan 1 ünvanından götürüb Yevlax şəhəri ərazisindən keçən Kür çayının kənarına daşıyaraq orada istintaqla müəyyən edilməyən yerdə saxlamışdır. Bundan sonra o, 2021-ci ilin may ayının əvvəllərində Şahid1 alaraq əldə etdiyi CM 1438 nömrəli yivli döyüş silahı olan tapançanı sonuncunun Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olmuş əsgər Şahid2 almasını və Şahid2 həmin silahı geri qaytarmaq istəməsini bildikdən sonra müəyyən miqdarda gəlir əldə etmək məqsədilə CM 1438 nömrəli tapançanı 2000 (iki min) manat pul qarşılığında Şahid2 sata biləcəyinə dair onunla ilə razılığa gələrək xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində sonuncu ilə görüşərək ondan 2000 manat məbləğində pulu alaraq “TT-Tulskiy Tokareva” konstruksiyalı, 7,62 mm kalibrli, CM 1438 nömrəli odlu döyüş silahı hesab edilən tapançanı Şahid2 orada qanunsuz olaraq satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi təyin edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli N saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 20 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, 01 ədəd TT markalı, CM 1438 nömrəli tapança hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 25 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 20 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, 01 ədəd TT markalı, CM 1438 nömrəli tapança hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızının göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-98/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-98/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver