Məhkəmə qərarları › İş №1(039)-98/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-98/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-98/2023 14.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, 07 fevral 2023-cü il tarixdə saat təxminən 21 radələrində Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub həyətdə olan Zərərçəkmiş şəxs məxsus “Qazel” markalı yük avtomobilinin üzərindən 150 manat dəyərində 1 ədəd akumulyatoru, evin həyətində olan yardımçı tikilidən isə 2 ədəd işlənmiş vəziyyətdə hər birinin qiyməti 100 manat olmaqla cəmi 200 manat dəyərində mis qazanları, 1 ədəd 50 manat dəyərində 4 litirlik mis qazanı, 2 ədəd işlənmiş vəziyyətdə hər biri 50 litrlik olan birinin dəyəri 90 manat olmaqla cəmi 180 manat dəyərində alminum qazanları, 1 ədəd 40 manat dəyərində dəmir kəfgiri, 3000 manat dəyərində işlənmiş vəziyyətdə 1 ədəd 20 litrlik qədimi mis səhəngi və 1 ədəd 2 litirlik qədimi mis aftafanı, 1 ədəd işlənmiş vəziyyətdə 20 manat dəyərində ütünü, 1 ədəd işlənmiş vəziyyətdə 400 manat dəyərində elektrik generatorunu, bir ədəd işlənmiş 100 manat dəyərində “Qazel” markalı avtomobilin mühərriki işə salan qurğusunu, 1 ədəd işlənmiş vəziyyətdə 150 manat dəyərində qaynaq aparatını, 2 ədəd işlənmiş vəziyyətdə hər birinin qiyməti 75 manat olmaqla cəmi 150 manat dəyərində laqondaları, 1 ədəd işlənmiş vəziyyətdə 170 manat dəyərində Kamaz markalı avtomobilə aid rulun kalonkasını, 1 ədəd işlənmiş vəziyyətdə 50 manat dəyərində Kamaz markalı avtomobilə aid ötürücü qurğunun kardan hissəsini, 1 ədəd işlənmiş vəziyyətdə 75 manat dəyərində dreli, 1 ədəd işlənmiş vəziyyətdə 80 manat dəyərində taxta kəsən elektrikli yapbozlobziki, 1 ədəd işlənmiş vəziyyətdə 10 manat dəyərində dəmir saplı baltanı və 1 ədəd işlənmiş vəziyyətdə 10 manat dəyərində dəmir kuvaltı qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 4835 (dörd min səkkiz yüz otuz beş) manat maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxs evindən baş verən oğurluq hadisəsini o, törətməmişdir. İstintaq zamanı o, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən döyülərək təziqə məruz qaldığından həmkəndlisi Zərərçəkmiş şəxs evinin həyətindən oğurluq etməsini etiraf etmişdir. Hadisə yerinə baxış keçirilərkən polis əməkdaşlarının diqtəsi ilə oğurluq olunan yerləri göstərmişdir. Zərərçəkmiş şəxs evindən oğurluğu həmkəndlisi MŞahid3 törətdiyini qeyd edərək bildirmişdir ki, həmin oğurluğu etməsi ilə bağlı bibisinin oğlu Nahid Məftunla söhbət edən zaman Məftun oğurluğu törətməsini etiraf etmiş, Nahid isə həmin etirafı video çəkilişlə qeydə almışdır. Bundan sonra Məftunun atası Məhərrəm bibisi oğlu Nahidəhəmin videonu heç kimə göstərməməsi müqabilində 500 manat pul vermiş, həmçinin bu məsələnin bilinməməsi üçün Məhərrəm onada 900 manat pul təklif etmişdir. Təqsirləndirilən şəxs məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs evinin həyətində heç bir zaman olmamış, sözügedən oğurluğu törətməmişdir. Zərərçəkmişin həyətindəki sonuncuya məxsus “Qazel” markalı avtomobilin üzərindən özünə məxsus əl-barmaq izlərinin aşkar olunmasının, polis əməkdaşı tərəfindən döyülməsi barədə şikayətçi olduğu halda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldıqdan 18 gün sonra müvafiq həkim müayinəsinə getməsinin, habelə tibbi ekspert müayinəsinin nəticəsində bədənində xəsarət aşkar olunmamasının səbəblərini izah edə bilməmişdir. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evdən oğurluq olması barədə məlumatı və həmin gün Yevlax rayon polis şöbəsinə evindən oğurluq olması barədə şikayət ərizəsini özü vermişdir. O, şəkər xəstəsi olduğu üçün tez-tez müalicəsi ilə əlaqədar Bakı şəhərinə gedib-gəlmişdir. O, həmin evdə arvadı ilə birlikdə yaşamış, Bakı şəhərinə gedən zaman arvadı ilə birlikdə getmişdir. Onun özünün «Qazel» markalı yük avtomobili vardır. O, həmişə həmin yük avtomobilini yaşadığı evin həyətində saxlamışdır. Sonuncu dəfə 2023cü il fevral aynın 4-də müalicə almaq üçün arvadı X7 ilə yaşadığı evin və həyət darvazasının qapısını qıfılla bağlayıb Bakı şəhərinə getmişlər. xx.xx.2023-cü il Bakı şəhərindən yaşadığı kəndə evinə qayıtmışdır. O, evə çatanda saat təxminən 12 radələri olmuşdur. O, evə gələndən sonra həyətdə saxladığı «Qazel» markalı avtomobili işə salmaq istəmişdir ki, avtomobilin akkumlyatoru elektrik enerjisi toplasın. O, həmçinin Bakı şəhərinə gedərkən avtomobilin akumulatorunun naqilini aralamışdır ki, enerjisi ölməsin. O, akkumlyatorun naqilini qoşmaq üçün avtomobilin kapotunu qaldırmış, həmin vaxt akkumlyatorun yerində olmadığını və oğurlandığını görmüşdür. O, həmin vaxt evdə olmadıqları zaman evə oğru girdiyini anlamışdır. Bundan sonra o, yaşadığı evin həyətinə nəzər salmış və yaşadığı evin alt hissəsində olan 02 ədəd xeyir şər üçün hər biri 45 litrlik olan miss qazanların, 01 ədəd 4 litrlik miss qazanın, 02 ədəd hər biri 50 litrlik olan alminum qazanların, 01 ədəd kəfgirin, evin yan hissəsində olan yardımçı tikilidən isə 01 ədəd 20 litrlik miss səhəngin, 01 ədəd 2 litrlik miss aftafanın, 01 ədəd kömürlə işləyən ütünün, evin həyətində olan toyuq hinindən isə 1 ədəd elektrik genratorun, 01 ədəd Qazel markalı avtomobilin statiorunun, evin həytindən, yəni bağdan isə 01 qaynaq aparatının, 02 ədəd laqonda aparatının, 01 ədəd “Kamaz” markalı avtomobilə aid rulavoy kalonkanın, 1 ədəd Kamaz markalı avtomobilə aid kardanın, 01 ədəd drelin, 01 ədəd taxta kəsənin (lobzikin), 01 ədəd dəmir saplı baltanın və 1 ədəd kuvaltın naməlum şəxs tərəfindən oğurlandığını görmüşdür. Bundan sonra o, 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermiş, həmin bir qədər sonra polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər, o da oğurluq olması barədə şikayət ərizəsi vermişdir. 2 ədəd işlənmiş xeyir şər üçün hər biri 45 litirlik olan miss qazanlar hər birin qiyməti 100 manat olaqla cəmi 200 manat, 1 ədəd 4 litirlik miss qazan 50 manat, 2 ədəd işlənmiş vəziyyətdə hər biri 50 litirlik olan alminum qazanların hər birinin dəyəri 90 manat olmaqla cəmi 180 manat, 1 ədəd kəfgir 40 manat, 1 ədəd 20 litirlik miss səhəng və 1 ədəd 2 litirlik miss aftafa qədimi olduqları üçün hər ikisi 3000 manat, 1 ədəd işlənmiş vəziyyətdə kömürlə işləyən ütü 20 manat, 1 ədəd işlənmiş vəziyyətdə elektrik genrator 400 manat, bir ədəd işlənmiş Qazel markalı avtomobilin statior 100 manat, 1 işlənmiş vəziyyətdə qaynaq aparatı 150 manat, 2 ədəd işlənmiş vəziyyətdə laqonda hər birinin qiyməti 75 manat olmaqla cəmi 150 manat, 1 ədəd Kamaz markalı avtomobilə aidə rulavoy kalonkas 170 manat, 1 ədəd Kamaz markalı avtomobilə aid kardan 50 manat, 1 ədəd işlənmiş vəziyytdə drel 75 manat, 1 ədəd işlənmiş vəziyyətdə taxta kəsən (lobzik) 80 manat, 1 ədəd işlənmiş dəmir saplı balta 10 manat və 1 ədəd işlənmiş vəziyyətdə kuvalt 10 manat, 1 ədəd akkumlyator 150 manat olmaqla cəmi ona 4835 manat maddi ziyan dəymişdir. O, həyətindən baş vermiş oğurluqla bağlı əlavə olaraq bildirdi ki, oğurluğun məhz qonşusu MŞahid3 tərəfindən törədildiyindən şübhələnir. Oğurluq baş vermiş ərazidə qonşu Məhərrəmlə aralarında olan hasarın qarşısında xeyli sayda ayaq izləri mövcud olmuşdur. Bundan sonra Məhərrəmin həyat yoldaşı həmin ayaq izlərini dırmıqla itirmişdir. Bu səbəbdən də hesab edir ki, qonşusu olan Məhərrəmin oğlu olan Məftun aralarında olan hasardan keçməklə onun məhləsində olan əşyaları götürmüşdür, Məftunun əvvəllər oğurluq cinayəti törətdiyindən bu qənaətə gəldiyini bildirmişdir. Hazırki təqsirləndirilən şəxs Firdovsi onun məhləsinə heç bir zaman girmədiyindən həyətində olan özünə məxsus “Qazel” markalı avtomobilin üzərindən Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin aşkar olunmasının səbəbləri ona aydın deyildir. O, 102 Xidmətinə şikayət edən gün hadisə yerinin müvafiq baxışını polis əməkdaşları onun iştirakı ilə keçirmişlər. Hazırda ona dəymiş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu, ona ziyanın ödənilməsində köməklik edilməsini, evindən oğurluq törədən şəxsin müəyyən edilərək cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CABnin baş əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax rayon Yuxarı Qarxun kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, yaşadığı evin həyətindən ona məxsus müxtəlif ev əşyaları oğurlanmışdır. Həmin oğurluq hadisəsi ilə bağı keçirilmiş əməliyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini Yevlax rayonu Yuxarı Qarxun kənd sakini Təqsirləndirilən şəxs Adözəl oğlunun törətməsi müəyyən edilmişdir. Ona görə də o, Təqsirləndirilən şəxs yerini müəyyən edərək polis şöbəsinə gətirib dindirilməsi üçün təqdim etmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs dindirilərkən Zərərçəkmiş şəxs evindən oğurluq hadisəsini törətdiyini etiraf edərək oğurladığı əşyaları yaşadığı kəndə dəmir metal yığan tanımadığı şəxsə satmasını bildirmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilsə də Təqsirləndirilən şəxs oğurlayaraq satdığı əşyaların yerini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs onun tərəfindən döyülməsi ilə bağlı bildirdiklərinin həqiqəti əks etdirmədiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid4 iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğlu bir neçə ay bundan öncə Şahid2 onu Yevlax şəhərində yerləşən “777” adlı kafeyə çağıraraq ikilikdə etdiyi söhbət zamanı qohumu Firdovsinin təqsirləndirildiyi oğurluq cinayətinin onun tərəfindən edildiyini eşitdiyini, həmin cinayətin törədilməsini boynuya almasını, Firdovsinin ailəsinin dağıldığını bildirmişdir. Bundan sonra Nahid onu, Rusiyada yerləşən cəzaçəkmə müəssisəsində cəza çəkən kişi cinsindən olan bir nəfərlə videogörüntu ilə danışdırmış. O, həmin şəxsin adını bilməsə də, həmin şəxəsin həqiqətən də həbsxana şəraitində olduğu görüntülərdən anlamışdır. Həmin şəxs ona Zərərçəkmiş şəxs yaşadığı evin həyətində baş vermiş oğurluğun onun tərəfindən törədilməsini etiraf etməsini tələb etmişdir. Etiraf etməyəcəyi halda ona “səni evindən götüzdürəcəm və s.” ifadələr ilə hədələr etmişdir. Bundan sonra o, qorxduğundan həmin şəxslə razılaşmış, oğurluğu tərəfindən edilməsini danışıq zamanı boynuna almışdır və yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra o, olanları atasına bildirmişdir. Bir müddət sonra Nahid onların yaşadığı evə gələrək atasına onun həbsdə olan şəxslə danışığını əks etdirən video çəkilişi göstərərərk atasından 5000 manat pul tələb etmişdir, pul verilməyəcəyi təqdirdə həmin görüntünü polisə verəcəyini, həmin görüntünün onda olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşadığını, hazırda araşdırılan məsələ ilə bağlı əlaqəsinin olmadığını, nə Təqsirləndirilən şəxs nə də onun qohumu olan Şahid2 əvvəllər tanımadığını, Nahidin ona etdiyi hədə qorxu ilə bağlı polisə şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğlu olmaqla qohumudur. Qohumu Firdovsi ona Zərərçəkmiş şəxs yaşadığı evin həyətində baş vermiş oğurluğun onun yox məhz həmkəndlisi Şahid3 tərəfindən törədildiyini bildirmişdir. Bu səbəbdən də o, 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə Şahid3 ilə görüşərək onunla Zərərçəkmiş şəxs yaşadığı evin həyətində baş vermiş oğurluq barədə söhbət etmişdir. Söhbət zamanı Şahid3 Zərərçəkmiş şəxs evindən olan oğurluğu özünün etdiyini etiraf etmişdir. Şahid3 zorla həmin oğurluğun onun tərəfindən törədilməsini etiraf etməsi ilə bağlı hər hansı bir təsir etməmiş və bununla bağlı hər hansı bir videoçəkiliş aparmamışdır. Şahid sonradan məhkəmə iclasındakı sorğu sual zamanı ziddiyətli ifadə verərək Şahid3 ona oğurluq ilə bağlı etiraf etmədiyini, Əftunun atası ilə görüşmədiyini, sonuncudan hər hansı bir məbləğdə pul tələb etmədiyini, Təqsirləndirilən şəxs bununla bağlı bir söz demədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs baxışın keçirildiyi yer Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən fərdi yaşayış evinin həyətindən yerləşən yardımçı tikilidən və qazel markalı avtomobilindən oğurlanmış əşyaların yeri göstərmişdir (iş vər.07- 09); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.32); “Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş DVD diskindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrinə Yevlax rayonu Yuxaı Qarxun kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış daxil olub həyətində sahib olmasından istifadə edərək ətrafı müşahidə etdikdən sonra həyətində olan yardımçı tikilidən və qazel markalı avtomibilindən oğurladığını bildirmişdir. (iş vər.41-46); “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(iş vər.63-64); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(iş vər.80-81) "xxxx" MMC-nin ƏQ-274/2023 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd akumulyator 150 manat, 2 ədəd işlənmiş vəziyyətdə mis qazanlar 200 manat, 1 ədəd işlənmiş vəziyyyətdə 4 litirlik mis qazan 50 manat, 2 ədəd işlənmiş vəziyyətdə 50 litrlik alminum qazanlar 180 manat, 1 ədəd işlənmiş vəziyyətdə dəmir kəfgir 40 manat, 1 ədəd işlənmiş vəziyyətdə 20 litrlik mis səhəng 300 manat, 1 ədəd işlənmiş vəziyyətdə 2 litirlik mis aftafa 120, 1 ədəd işlənmiş vəziyyətdə ütü 20 manat, 1 ədəd işlənmiş vəziyyətdə elektrik generatoru 400 manat, 1 ədəd işlənmiş vəziyyətdə “Qazel” markalı avtomobilin mühərriki işə salan qurğu 100 manat, 1 ədəd işlənmiş vəziyyətdə qaynaq aparatı 150 manat, 2 ədəd işlənmiş vəziyyətdə laqondalar 150 manat, 1 ədəd işlənmiş vəziyyətdə Kamaz markalı avtomobilə aid rulun kalonkası 170 manat, 1 ədəd işlənmiş vəziyyətdə Kamaz markalı avtomobilə aid ötürücü qurğunun kardan hissəsini 50 manat, 1 ədəd işlənmiş vəziyyətdə dreli 75 manat, 1 ədəd işlənmiş vəziyyətdə taxta kəsən elektrikli yapboz-lobzik 80 manat, 1 ədəd işlənmiş vəziyyətdə dəmir saplı balta 10 manat və 1 ədəd işlənmiş vəziyyətdə dəmir kuvalt 10 manat ümumilikdə xx.xx.2023-cü il tarixə real bazar dəyəri cəmi 2255 (iki min iki yüz əlli beş) manat təşkil etmişdir. .(iş vər.82-92) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-13-11/2-2463/2023 saylı məktubdan görünür ki, təqdim əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində işlərdən 03 ədəd (d/x DİN BƏSİİ və Yevlax RPŞ-dən daxil olan) Təqsirləndirilən şəxs (hadisə yerində qazel markalı avtomaşının şüşsəinin üzərindən götürülmüş) sol əlinin böyük və sağ əlinin şəhadət, orta barmaqları ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir.(iş vər.95-96) Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(iş vər.102-105); Məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/626 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına тəqdim edilmiş 01 “a” saylı daktilolentin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından, 01”b” saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin orta barmağından, 02 saylı daktilolentin səthindəki əl-barmaz izi onun sol əlinin böyük barmağından qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150.29 manatdır.( iş vər. 111-118); Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 201 saylı xx.xx.2023-cü il tarirxli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayır və həyat yoldaşı 1989-cu il təvəllüdlü X2, qızı 2008-ci il təvəllüdlü X3 və oğlu 2010-cu il təvəllüdlü X4 adlı ailə üzvləri vardır. Yevlax rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 62/2 nömrəli məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X10 cəzasından cəmi 01 il 03 ay 25 gününü çəkmiş, hazırda çəkilməmiş cəzası 01 il 08 ay 01 gün təşkil edir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs yaşayış yerinin dəyişdirilməsinə icazə verilməsinə dair Yevlax rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-133/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilən, narkomaniyadan məcburi müalicənin icrasının təmin edilməsi məqsədi ilə onun yaşayış yerinin Yevlax rayonu Aşağı Qarxun kəndindən Respublika Narkoloji Mərkəzinin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X13 küçəsi 71 ünvanına dəyişdirilməsinə icazə verilsin. Qərarın icrasına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-133/2022 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs yaşayış yerinin Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi X13 küçəsi 71 ünvanından Yevlax rayonu, Aşağı Qarxun kəndinə dəyişdirilməsinə icazə verilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** saylı nömrələr sorğulanan müddət ərzində "xxxx" şəbəkəəsində istifadə olunmamışdır. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qeyd etdiyi ***-***- **-** və ***-***-**-** saylı nömrələrin qərarda göstərilən müddətdə Azərcell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 110 №li rəyindən görünür ki, 1987-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s) aşkar edilməmişdir (müvafiq eksperiza xx.xx.2023-cü il tarixdə başlanmış və başa çatmışdır). Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yevlax rayon prokuroluğunun müavini Emil Qurbanovun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi barədə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx/xx-6354 saylı məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixində adı göstərilən mərkəzdə könüllü sirətdə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-21/1-726 saylı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il saat 00:58 radələrində elektron nəzərət vasitəsini işlək vəziyyətdə saxlanılması ilə bağlı cəzasının icrası qaydaları pozulduğundan izləmə məlumatları “Şans” elektron monitorinq sisteminə daxil olmamış və pozuntuya dair hesabat Yevlax rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səhiyyə Nazirliyi “Respublikası Narkoloji Mərkəsində könüllü olaraq müalicəyə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə Yevlax rayon icra və probasiya şöbəsində yenidən qeydiyyata götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsməsi özünü müdafiə xarakteri kimi qiymətləndirilməli, onun əvvəllər də cinəyət törətməsi, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsi cəzə çəkməkdən yayınması kimi nəzərə alınmalıdır. Belə ki, Zərərçəkmiş şəxs evində oğurluq baş vermiş hadisəsi barədə hüquq mühafizə orqanlarına məlumat verdikdən dərhal sonra onun həyətinə baxış keçirilmiş və hadisə yerindən götürülmüş əl-barmaq izləri aşkar edilərək götürülüb ekspertiza tədqiqatına verilmiş və nəticədə həmin izlərin Təqsirləndirilən şəxs məxsus əlbarmaq izləri olduğu müəyyən edilmişdir. Onun məhkəmə istintaqı zamanı vermiş olduğu ziddiyətli ifadələrə də təsviri hissədə hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə məhkumluğu ödənilməsə də, CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığı üçün Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, sonuncunun əvvəllər eyni əməli törətməyə görə məhkum olunmasını, islah olunmayaraq yenidən eyni cinayəti törətməsini Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədlərinə çatmaq üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməliə mlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həmdə hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictima itəhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirlibilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), Yevlax Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6),cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək, şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 08 ay 01 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla 10 ay müddət müəyyən edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmə yolu ilə hazırkı hökm üzrə təyin edilmiş 02 il 07 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 150 (bir yüz əlli) manat 29 (iyirmi doqquz) təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 20 (iyirmi) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 120 (bir yüz iyitmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar