Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-99/2020 11.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin İ-ci İnstansiya Məhkəməsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Yevlax şəhərindədoğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx xxxxxx 2020ci il tarixdə, saat 18:25 radələrində Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 4-cü kilometrində idarə etdiyi VAZ 21074 markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində 40-50 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolun sağından soluna hərəkət edən velosipedçi Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, hadisədən sonra zərər çəkmiş şəxsi Yevlax rayon Mərkəzi Xəstəxanasına aparsa da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq özü haqqında müvafiq orqanlara və zərər çəkmiş şəxsə xəbər vermədən hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü qismən təqsirli bilmərək söyləmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə özünə məxsus olan və özünün idarə etdiyi VAZ 21074 markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərindən çıxaraq yaşadığı Yevlax rayonu Malbinəsi kəndinə doğru hərəkətdə olmuşdur. Həmin zaman avtomobildə özündən başqa, atası və iki azyaşlı övladı olmuşdur. Təxminən saat 18:20də, həmin yolun sağ tərəfində yerləşən “Cənnət” kafesinin qarşısından keçərkən bir velosipedçi qarşısına çıxmışdır. Dərhal əyləci bassa da, məsafə az olduğundan avtomobili tam saxlaya bilməmiş və velosipedçini vurmuşdur. Velosipedçi velosipeddən yerə yıxılmışdır. Avtomobili saxlayaraq avtomobildən enib atası ilə birlikdə ona yaxınlaşmışlar. İlk olaraq həmin şəxs bildirmişdir ki, ciddi bir şey yoxdur. Lakin özü təkid etmişdir ki, onu xəstəxanaya aparsın. Həmin şəxsi avtomobilinə oturtmuşdur. Bu zaman oradan keçən tanımadığı polis əməkdaşları xidməti avtomobili saxlamış və onlara yaxınlaşmışlar. Həmin polis əməkdaşlarına hadisə barədə məlumat vermiş və bildirmişdir ki, velosipedçini xəstəxanaya aparacaqdır. Polis əməkdaşları ondan özü barədə hər hansı məlumat istəməmişlər. Xəstəxanaya gedən zaman yolda velosipedçi bildirmişdir ki, adı Elçin soyadı İbrahimovdur. O da, öz növbəsində özünü Elçinə təqdim etmiş, adını, soyadını, yaşadığı ünvanı ona söyləmişdir. Elçin bildirmişdir ki, heç bir narahatçılığa səbəb yoxdur, onu müdafiə etmək üçün xəstəxanada özünün yıxıldığını bildirəcəkdir. Buna baxmayaraq Elçinlə birlikdə xəstəxananın binasına daxil olmuş və onu müayinə etmək üçün həkimin otağına ötürmüşdür. Elçin təkid etmişdir ki, uşaqları avtomobildə yalnız qoymasın, çıxsın getsin. Yenə də, müayinənin sonunu gözləmiş, hətta orada olan həkimə və tibb bacısına özü barədə məlumat vermişdir. Elçin müayinədən çıxmış, ona bildirilmişdir ki, heç bir ciddi xəsarəti yoxdur. Bu zaman Elçinin bədənində hər hansı ciddi xəsarətin olduğu müəyyən edilməmişdir və Elçin özü sərbəst ayaqda dayandığından buna heç bir şübhəsi olmamışdır. Bundan sonra xəstəxanadan çıxıb evə getmişdir. Elçinin hər hansı ciddi xəsarət alması barədə məlumatı olmadığından, habelə özünün işləri olduğundan daha sonra onunla maraqlanmamışdır. Belə ki, fikirləşmişdir ki, özü barədə məlumat verdiyindən bir ciddi məsələ olarsa onu tapıb bu barədə məlumat verərlər. Bir müddət sonra onunla bir şəxs əlaqə saxlamış və özünü müstəntiq kimi təqdim edərək onu DİN Baş İstintaq və Tədqiqat Baş İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə şöbəsinə dəvət etmişdir. Şöbəyə getmiş və özünü Şahin Osmanov kimi təqdim edən müstəntiqə hadisə barədə ətraflı məlumat vermişdir. Hesab edir ki, müstəntiq qanunsuzluğa yol vermiş, ondan rüşvət tələb etsə də, ala bilmədiyindən əsassız olaraq onun barəsində Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ittiham tərtib etmişdir. Zərər çəkmiş şəxslə artıq barışmışdır. Özünü Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə təqsirli bilərək, zərər çəkmiş şəxslə barışdığını nəzərə alıb iş üzrə həmin hissədə icraata xitam verilməsini, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə isə özünü təqsirli bilməyərək bəraət verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə günorta saatlarında özünə məxsus velosipedlə Yevlax-Bərdə yolunda dəmir yığmış, saat təxminən 18:00-da, həmin yolun sağ tərəfində yerləşən “Cənnət” kafesinin qarşısında velosipedlə yolu sol tərəfə keçmək istəyərkən Yevlax istiqamətindən gələn avtomobil onu vurmuşdur. Həmin avtomobil ağ rəngli VAZ 21074 markalı avtomobil olmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. Zərbədən sonra ayağa qalxmış və yolun kənarına tərəf getmişdir. Onu vuran avtomobildən iki nəfər enərək ona yaxınlaşmış və köməklik edib avtomobilə oturtmuşlar. Avtomobilin sürücüsü bildirmişdir ki, onu Yevlax şəhər Mərkəzi Xəstəxanasına aparacaqdır. Baş vermiş hadisədən həyacanlı olduğundan hadisədən sonra həmin yerə polis əməkdaşlarının gəlib-gəlmədiyini xatırlamır. Avtomobildə azyaşlı uşaqların olduğunu və sürücünün də həyəcan içində olduğunu gördüyündən sürücüyə bildirmişdir ki, xəstəxanada onu avtomobilin vurduğunu bildirməyəcək, özünün yıxıldığını deyəcəkdir. Xəstəxanada onu qeydiyyata alan şəxsə, daha sonra isə onu müayinə edən həkimə velosipeddən yıxıldığını demişdir. Həkim onu müayinə etdikdən sonra bildirmişdir ki, əzik var, ciddi bir xəsarət yoxdur. Bu zaman onu vuran avtomobilin sürücüsünün və avtomobildə olan şəxsin artıq getdiklərini müəyyən etmişdir. Xəstəxanaya polis əməkdaşları gəlmiş və onu sorğu-sual etməyə başlamışlar. Bundan sonra etiraf etmişdir ki, onu avtomobil vurmuşdur. Qohumları gələrək onu xəstəxanadan aparmışlar. Bir neçə gündən sonra ağrıları olduğundan onu təkrar müayinə etdikdə onun ayağında sınıq olduğu aşkar edilmişdir. Avtomobilin dövlət qeydiyyat nişanını xatırlamamış, sürücü özü barədə ona hər hansı məlumat verməmişdir. Bu səbəbdən polislərə bildirmişdir ki, onu vuran şəxsi tanımır. Bir neçə gün ümid etmişdir ki, sürücü və onun yaxınları onunla maraqlanacaqlar, lakin, onunla maraqlanan olmadığından müxtəlif orqanlara sürücüdən şikayət etmişdir. Hadisədən təxminən 14 gün sonra avtomobilin sürücüsü atası ilə birlikdə onun evinə gələrək üzrxahlıq etmişlər. Artıq təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı bir tələbi yoxdur. Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2020-ci il tarixdə, axşam saatlarında Ceyhunun idarə etdiyi VAZ 21074 markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərindən çıxaraq yaşadıqları Yevlax rayonu, Malbinəsi kəndinə getmək üçün Bərdə istiqamətində hərəkətə başlamışlar. Həmin zaman avtomobildə onlardan başqa Ceyhunun iki azyaşlı uşaqları da olmuşdur. Yevlax rayonu ərazisində, “Cənnət” kafesinin qarşısına çatan zaman yolun sağ tərəfi ilə hərəkətdə olan velosipedçi gözlənilmədən yolun hərəkət istiqamətinə çıxmışdır. Ceyhun velosipedçini vurmamaq üçün idarə etdiyi avtomobilin sürətini azaldıb sola çəksə də, velosipedçi hərəkətini davam etdirdiyindən sonuncunu avtomobilin sağ yan tərəfi ilə vurmuşdur. Zərbədən velosipedçi yerə yıxılmışdır. Ceyhun avtomobili dərhal saxlamış və o, Ceyhunla avtomobildən enərək velosipedi sürən, adını sonradan öyrəndikləri Elçinə yaxınlaşmışdır. Elçini köməkləşib yerdən qaldıraraq öz avtomobillərinə oturtmuş və Yevlax rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisədən dərhal sonra post patrul xidmətinin yolla gedən əməkdaşları avtomobildən enərək onlara yaxınlaşmışlar. Lakin, onlar tərəfindən hər hansı sual verilməmişdir. Xəstəxanaya gedən zaman Ceyhun Elçinə özünü təqdim etmişdir. Elçin bildirmişdir ki, ciddi xəsarəti yoxdur, rahatsız olmasınlar və onu xəstəxanada düşürüb getsinlər. Buna baxmayaraq onlar Elçinin tam müayinə olunmasını gözləmişlər. Həkim Elçində hər hansı ciddi xəsarətin olmadığını bildirdikdən sonra xəstəxanadan çıxıb getmişlər. Şahid X1 ifadəsində bildirmişdir ki Yevlax Mərkəzi Şəhər Xəstəxanasında həkimtravmatoloq vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə o, şöbədə növbədə olmuşdur. Axşam saatlarında əvvəllər tanımadığı bir vətəndaş velosipeddən yıxıldığını bildirməklə xəstəxanaya müraciət etmişdir. Həmin gün növbədə olan tibb bacısı daxil olma kitabına müvafiq qeyd aparmışdır. Eyni zamanda bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat verilmişdir. Onun tərəfindən həmin şəxsə ümumi baxış keçirilmişdir. Bu şəxs bildirmişdir ki, velosipeddən yıxılıb və ayağında ağrı var. Eyni zamanda həmin şəxs ayaq üstə sərbəst dayana bilirdi. Bu səbəbdən həmin şəxsin şikayət etdiyi nahiyəsinin rentgeni yox skopiyası keçirilmişdir. Bu zaman hər hansı ciddi xəsarətin, sınığın olması müəyyən edilməmişdir. Ola bilsin ki, ilkin skopiya müayinəsi sınığı göstərməmişdir. Bu səbəbdən belə qənaətə gəlmişdir ki, sadəcə ayaq nahiyəsi əzildiyindən ağrı verir. Həmin şəxsə ağrıkəsici dərman vurulmuşdur. Həmin şəxsin yanında kimsə olmamışdır. Həmin gün Təqsirləndirilən şəxs ona müraciət etməmiş və xəstənin yanında olmamışdır. Şahid2 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə gündəlik növbə üzrə Yevlax rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsində növbədə olmuşdur. Həmin gün saat təxminən 19:00-da bir nəfər orta yaşlı kişi xəstəxananın qəbul şöbəsinə gəlmiş, velosipeddən yıxıldığını bildirmişdir. Ona tibbi yardım göstərildikdən sonra o, bir müddət xəstəxanada qalmış sonra isə evinə getmişdir. Həmin şəxs xəsarətin yol-nəqliyyat hadisəsi nəticəsində yetirildiyini bildirməmiş, onun yanında Təqsirləndirilən şəxs olmamışdır. Şahid X2 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsində polis sahə rəisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə işdə, növbədə olan zaman Yevlax şəhər Mərkəzi Xəstəxanasından daxil olmuş əməliyyat məlumat əsasında xəstəxanaya getmişdir. Əməliyyat məlumatında bir şəxsin velosipeddən yıxılaraq xəsarət aldığı qeyd edilmişdir. Xəstəxanada həmin vətəndaşın şəxsiyyəti müəyyən edilmiş və bu şəxs özünü Zərərçəkmiş şəxs kimi təqdim etmişdir. İlk olaraq Zərərçəkmiş şəxs velosipeddən yıxıldığını bildirsə də, sonradan etiraf etmişdir ki, onu avtomobil vurmuşdur. Yol nəqliyyat hadisəsinin araşdırılması yol nəqliyyat hadisələrinə dair istintaq və təhqiqat şöbəsinə aid olduğundan həmin şöbəyə dərhal məlumat vermişdir. Zərərçəkmiş şəxs onu kimin vurduğunu bilmədiyini demişdir. Şahid X3 bildirmişdir ki, DİN Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsində müstəntiq vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Yevlax – Ağdam – Laçın yolunun Yevlax rayonunun ərazisindən keçən 4-cü kilometrində naməlum sürücü tərəfindən vətəndaş Zərərçəkmiş şəxs vurulması barədə məlumat daxil olmuşdur. Bu məqsədlə Zərərçəkmiş şəxs onun tərəfindən izahat alınmış və məhkəmə-tibbi ekspertizanın təyin edilməsi barədə qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, onu, rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil vurmuş və sürücü onu öz avtomobili ilə xəstəxanaya gətirmişdir. xx xxxxxx 2020-ci il tarixdə tərəfindən hadisə yerinə və ərazidə olan müşahidə kamerası tərəfindən qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Lakin, həmin görüntüdə avtomobilin VAZ 2107 markalı və ağ rəngdə olması müəyyən olunsa da, onun dövlət qeydiyyat nişanını görmək mümkün olmamışdır. Bu səbəbdən həmin şəxsin müəyyən olunması üçün müvafiq qurumlara əməliyyat tapşırığını vermişdir. xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsi tərəfindən ona məlumat verilmişdir ki, avtomobil Təqsirləndirilən şəxs Əlövsət oğluna məxsusdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilkin izahat almışdır. Ceyhun Bəxşəliyev etiraf etmişdir ki, həmin gün avtomobili özü idarə etmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Zərər çəkmiş şəxsi özü xəstəxanaya aparmış və oradan çıxıb getmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs etiraf etmişdir ki, zərər çəkmiş xəstəxanada velosipeddən yıxıldığını bildirdiyindən özü barədə nə zərər çəkən şəxsə, nə də xəstəxananın işçilərinə məlumat verməmişdir. Sonradan istintaq zərurəti ilə əlaqədar bir neçə dəfə Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişdir, ona qarşı hər hansı qanunsuz hərəkət etməmiş, o cümlədən ondan rüşvət tələbi olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 87 №-li rəyində qeyd olunur ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində sağ qalça sümüyünün qanadının sınığı müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir, səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətinə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir.(səh. 35-36) Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 8/148 saylı rəyində qeyd olunur ki, VAZ 21074 markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs velosipedçini xəstəxanaya apardıqdan sonra özü barədə məlumat vermədən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur..(səh.45-48). Yol nəqliyyat hadisəsini özündə əks etdirən video görüntüyə baxış keçirilmişdir. “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən təqdim edilmiş xəstələrin qeydiyyatı aparıldığı jurnalının surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs velosipeddən yıxılması nəticəsində sağ bud çanağının əzilməsi diaqnozu ilə qeydə alınmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə cinayət təqibinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışdığından xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə görə, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2012-ci il tarixli Qərarına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özü barədə zərər çəkmiş şəxsə, xəstəxana əməkdaşlarına məlumat verdiyini bildirməklə özünü Cinayət Məcəlləsinin 264cü maddəsi ilə təqsirli bilməsə də, zərər çəkmiş şəxsin ifadəsi, eləcə də həmin gün Yevlax Rayon Mərkəzi Xəstəxanasında növbədə olan, zərər çəkmiş şəxsi müayinə etmiş həkimin, habelə qeydiyyatı aparmış tibb bacısının ifadələri, habelə cinayət işinin materialları ilə onun öz şəxsiyyəti, ünvanı barədə məlumat vermədiyi təsdiqini tapmışdır. Bu səbəbdən onun, hadisədən sonra zərər çəkmiş şəxsi xəstəxanaya çatdırsa da, oradan özü barədə məlumat vermədən getməsi hadisə yerindən qaçma kimi qiymətləndirilməlidir. Beləliklə, mövcud sübutlarla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi, yəni Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda yol nəqliyyat hadisəsi yerindən qaçması zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin istintaq zamanı toplanmış digər obyektiv və təkzibedilməz materiallarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ilk dəfə məhkum olunduğunu, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, istinad edilən maddədə nəzərdə tutulmuş həddə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsi xeyrinə tutulmalıdır. Maddi sübut – yol nəqliyyat hadisəsinin baş verdiyi anın qeydə alındığı video görüntünü özündə əks etdirən bir ədəd DVD disk cinayət işinə əlavə edilməlidir. Maddi sübut – VAZ 21074 markalı ** LX *** dövlət qeydiyyat nişanlı avtomobilin və bir ədəd velosipedin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Müdafiəçi Məmmədov Fərhad Möhübbət oğluna istintaq zamanı 25 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 150 manat və Müdafiəçi məhkəmə zamanı dövlət hesabına göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗxx xxxx 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Maddi sübut – yol nəqliyyat hadisəsinin baş verdiyi anın qeydə alındığı video görüntünü özündə əks etdirən bir ədəd DVD disk cinayət işinə əlavə edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğluna və məhkəmə dövrü üçün 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-99/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-99/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver