Məhkəmə qərarları › İş №1(039)-99/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-99/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-99/2021 25.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1980-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 24 aprel 2021ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 72-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəheroini əldə etmiş, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,927 qram miqdarında narkotik vasitə-heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 16 aprel 2021-ci il tarixdə saat 17 radələrində Yevlax şəhəri, Q.B.Zakir küçəsində yaşadığı evin yaxınlığında həmin narkotik vasitə olan heroindən 0,384 qram miqdarında olan hissəsini tanışı Şahid4 10 manata satmış, qalan 0,543 qram miqdarında narkotik vasitə olan heroini satış məqsədilə üzərində saxlamış, 22 aprel 2021ci il tarixdə saat 12:05 radələrində, Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Yevlax şəhəri Nizami prospektində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 12:40 dəqiqədən saat 13:08 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 0,543 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, Şahid4 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 16 aprel 2021-ci il tarixdə saat 21:10 radələrində, Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri, C.Mustafayev küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, onun üzərində saat 21:45 dəqiqədən saat 22:00 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı və video çəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə Təqsirləndirilən şəxs satdığı 0,384 qram miqdarında narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2011-ci il tarixdən narkotik vasitə-heroin istifadə etmişdir. Əvvəllər narkotik vasitə qəbul etmək xoşuna gəlsə də, sonrakı vaxtlarda narkotik vasitə istifadə etməyə aludəçiliyi yaranmışdır. Hər dəfə heroin istifadə etdikdən sonra təxminən 8-10 saat ərzində onun bədənindəki ağrılar yox olmuşdur. 15 aprel 2021-ci il tarixdə günorta saatlarında Kür çayının kənarında yerləşən parkda gəzdikdən sonra piyada olaraq yaşadığı evin yerləşdiyi ünvan istiqamətində hərəkət etmişdir. Yevlax şəhər mərkəzi xəstəxanasının köhnə binasının yaxınlığından piyada olaraq keçərkən yerdə bir ədəd kibrit qutusunun olduğunu görmüşdür. O, kibrit qutusunu açıb içərisinə baxmış və qutuda gümüşü rəngli bir ədəd kağız bükümünün olduğunu görmüşdür. Bükümü açmış və içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin heroini götürməyi qərara almışdır. O, bir büküm heroini əynindəki şalvarının sağ yan cibinə qoymuş, kibrit qutusunu isə yerə atmış və heroini özündə saxlamışdır. 16 aprel 2021-ci il tarixdə saat 17 radələrindən təxminən 20-30 dəqiqə əvvəl o, istifadə etdiyi ***-***-**-** nömrəli telefonla Müseyibin istifadə etdiyi ***-***- **-** saylı mobil telefona zəng etmişdir. Müseyiblə danışarkən sonuncu ona 10 manat pulunun olduğunu demiş və həmin pulun müqabilində heroin satmağını xahiş etmişdir. Pula ehtiyacı olduğu üçün 10 manat pulun müqabilində Müseyibə təxminən 0,3 qram miqdarında heroin satmağı qərara almışdır. Müseyibə yaşadığı evin yerləşdiyi küçəyə gəlməsini demiş və taparaq əldə etdiyi heroinin təxminən 0,3 qram hissəsini bir ədəd gümüşü rəngli kağıza bükmüşdür. Təxminən 20 dəqiqə sonra, saat 17 radələrində Müseyib piyada olaraq onun yanına gəlmişdir. O, ətrafda başqa şəxsin olmadığını görmüş və bundan sonra təxminən 0,3 qram miqdarında-heroini Müseyibə vermişdir. Əvəzində Müseyib ona 10 manat pul vermişdir. Müseyib ondan aldığı heroini cibinə qoyub yaşadığı ev istiqamətində geri qayıtmış, o isə yaxınlıqda yerləşən mağazaya getmişdir. Əldə etdiyi 10 manat pulla özünə bir neçə qutu siqaret almış və mobil telefonuna kontur yükləmişdir. Bundan sonra yaşadığı evə qayıtmışdır. Qalan heroini bir ədəd gümüşü rəngli kağızda əynindəki şalvarının sağ yan cibində saxlamışdır. 22 aprel 2021-ci il tarixdə saat 12 radələrində Yevlax şəhəri, Nizami prospektində olmuşdur. Həmin vaxt Yevlax rayon polis şöbəsinin əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub X2 vəkil seçmişdir. Bundan sonra təhqiqatçı X9 rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərindəki qanunsuz əşyaları çıxarıb təqdim etməyi təklif etmişdir. Həmin vaxt o, əynindəki şalvarının sağ yan cibindəki bir ədəd kağız bükümdə olmuş heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, bükümün içərisində narkotik vasitə-heroin olduğunu, heroini yerdən tapıb əldə etdiyini və üzərində saxladığını demişdir. Polis əməkdaşları bükümün içərisindəki maddəyə baxaraq heroinə bənzədiyini demişlər. Təhqiqatçı heroini bükümlə birlikdə elektron tərəzidə çəkmişdir. Təhqiqatçı heroini bükümü ilə birlikdə ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O və müdafiəçisi Zaur zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. 22 aprel 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə 0,543 qram miqdarında narkotik vasitə-heroin aşkar edilmiş və aşkar edilmiş həmin heroin ona məxsus olmuşdur. 16 aprel 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsində Şahid4 üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə aşkar edilmiş 0,384 qram miqdarında heroini 16 aprel 2021-ci il tarixdə günorta saatlarında Müseyibə 10 manat pulun müqabilində satmışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılığını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvvəkili vəzifəsində işləyir. Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona 22 aprel 2021-ci il tarixdə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx xxxxxx 1980-ci ildə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri Q.B.Zakir küçəsi ev 72-də qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 22 aprel 2021-ci il tarixli əmri ilə onun, baş əməliyyat müvəkkili Şahid2, baş təhqiqatçı Faiq Cəfərovun iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 12 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri, Q.B.Zakir küçəsi istiqamətində getmişlər. Saat 12:05 radələrində onlar İntiqamın Yevlax şəhəri Nizami prospektində olduğunu görmüş və İntiqama yaxınlaşmışlar. O, İntiqama qanunsuz olaraq narkotik vasitə heroin əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini demiş, üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. İntiqam üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədi ilə o, Şahid2la birlikdə İntiqamı Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib baş təhqiqatçı Faiq Cəfərova təhvil vermişlər və İntiqamın gətirilməsi barədə raport yazmışdır. Faiq Cəfərov onun tərtib etdiyi sənədlər əsasında İntiqamı şübhəli şəxs qismində tutmuşdur. İntiqam Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X10 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Faiq Cəfərov onun, Şahid2 və Zaur Bərxudarovun iştirakı ilə İntiqamın üzərində şəxsi axtarış aparmışdır. Baş inspektor Şahid3 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. X13 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişdir. Şəxsi axtarış zamanı İntiqam əynindəki şalvarının sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. İntiqam bir ədəd kağız bükümün içərisində narkotik vasitə-heroin olduğunu, heroini bir neçə gün əvvəl Yevlax şəhər mərkəzi xəstəxanasının yaxınlığında yerdən tapıb əldə etdiyini bildirmişdir. Baş təhqiqatçı Faiq Cəfərov bir ədəd kağız bükümü açmış və içərisində heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Faiq Cəfərov heroinə bənzər maddəni kağız bükümü ilə birlikdə elektron tərəzidə çəkmişdir. Faiq Cəfərov heroinə bənzər maddəni bükümü ilə birlikdə bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və tərkibinin müəyyən olunması məqsədi ilə ekspertiza tədqiqatına təqdim olunacağını bildirmişdir. Bundan sonra İntiqamın üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Faiq Cəfərov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İntiqam heroin satışı ilə məşğul olmuşdur. Belə ki, 16 aprel 2021ci il tarixdə saat 17 radələrində Yevlax şəhəri, Q.B.Zakir küçəsində yaşadığı evin yaxınlığında 10 manat pulun müqabilində tanışı Şahid4 0,384 qram miqdarında heroin satmışdır. İntiqam 0,543 qram miqdarında heroini də satmaq üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə etməsi, saxlaması və satması barədə 22 aprel 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 12:05 radələrində polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs tutaraq Yevlax rayon polis şöbəsinə gətirib baş təhqiqatçı Faiq Cəfərova təhvil vermişlər. Baş təhqiqatçı X14 Həmzəyevin üzərində şəxsi axtarış aparacağını, həmin istintaq hərəkətini kamera vasitəsilə video çəkilişlə qeydə almağını bildirmişdir. Baş təhqiqatçı X11 üzərində şəxsi axtarışa başlamışdır. O, istifadəsində olmuş “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı İntiqam əynindəki şalvarının sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. İntiqam bir ədəd kağız bükümün içərisində narkotik vasitə-heroin olduğunu, heroini bir neçə gün əvvəl Yevlax şəhər mərkəzi xəstəxanasının yaxınlığında yerdən tapıb əldə etdiyini bildirmişdir. İntiqam narkotik vasitə istifadəçisi olduğunu, heroini istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Baş təhqiqatçı Faiq Cəfərov bir ədəd kağız bükümü açmış, içərisində heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Faiq Cəfərov heroinə bənzər maddəni kağız bükümü ilə birlikdə elektron tərəzidə çəkmiş, həmin maddəni bükümü ilə birlikdə bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və tərkibinin müəyyən olunması məqsədi ilə ekspertiza tədqiqatına təqdim olunacağını bildirmişdir. Bundan sonra İntiqamın üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Faiq Cəfərov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, “Panasonic” markalı kamera vasitəsi ilə çəkdiyi 14 dəqiqə 21 saniyə müddətində olmuş videoçəkilişi bir ədəd diskə köçürüb Faiq Cəfərova təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax şəhərində doğulmuş və ailəsi ilə birlikdə həmin şəhərdə yaşamışdır. O, təxminən iki ildir narkotik vasitə- heroindən istifadə etmişdir. 16 aprel 2021-ci il tarixdə saat 17 radələrində Yevlax şəhəri, Q.B.Zakir küçəsində yaşadığı evin yaxınlığında İntiqamdan təxminən 0,3 qram miqdarında heroin almışdır. Həmin gün saat 17 radələrində İntiqam istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** nömrəli telefonla zəng etmişdir. O, İntiqamla danışarkən 10 manat pulunun olduğunu, ona heroin satmasını demişdir. İntiqam 10 manat pula ona 0,3 qram miqdarında heroin satacağını və yaşadığı küçəyə gəlməyini demişdir. İntiqam yaşadığı evin yaxınlığında onu gözləmişdir. Ətrafda heç kim olmamışdır. O, İntiqama 10 manat pul vermişdir. İntiqam isə ona bir büküm heroin vermişdir. O, siqaret kağızına bükülmüş heroini əynindəki şalvarının sağ yan cibinə qoymuş və küçə ilə piyada olaraq yaşadığı ev istiqamətində getməyə başlamışdır. Yaşadığı evin yerləşdiyi küçədə olarkən Yevlax rayon polis şöbəsinin əməkdaşları Samir və Nofəl onu saxlamışlar. Polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. X3 üzərində şəxsi axtarış aparmışdır. O, əynindəki şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə olmuş heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, bükümün içərisində heroin olduğunu, heroini tanışı Təqsirləndirilən şəxs 10 manat pulun müqabilində aldığını və istifadə etmək üçün üzərində saxladığını demişdir. Təhqiqatçı heroini bir ədəd zərfdə qablaşdırıb götürmüşdür. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əynindəki şalvarın sağ yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 22 aprel 2021-ci il tarixli 17/288 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş narkotik vasitə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü -ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,543 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata 0,050 qram, qalıq 0,493 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 17 aprel 2021-ci il tarixli 17/273 saylı rəyinin surtəindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Şahid4 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,384 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata 0,050 qram, qalıq 0,334 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 25 may 2021-ci il tarixli 17/376 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüş-ağ rəngli kağız bükümdə olan heroin ilə üzərində “Vətəndaş Şahid4 üzərindən aşkar olunaraq götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,443 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,284 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 08 may 2020-ci il tarixli 316 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 14 mart 2011-ci il tarixli 1(039)-26/2011 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 02 oktyabr 2013-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin 11 sentyabr 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 70.2.2-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 03 (üç) ay 27 (iyirmi yeddi) gününü çəkmək üçün MTCM-nə keçirilmişdir. 08 yanvar 2015-ci il tarixdə cəza müddətinin başa çatması ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 aprel 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 24 aprel 2021-ci il tarixli 4(039)-45/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji kabinetinin 24 may 2021-ci il tarixli 1034 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü Namiq və 2010-cu il təvəllüdlü Aytəkin adlı iki yetkinlik yaşına çatmayan uşağı var. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Həmzəyev X5 himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 22 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,443 və 0.284 qram olan heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 22 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,443 və 0.284 qram olan heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 5 ədəd disk cinayət işi materialında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar