Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-99/2022 18.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1984-cü tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(039)-12/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq üzərində 01 il 08 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Yevlax Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 4(039)-37/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs BərxudarovTaleh Ələddin oğluna qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən qanunsuz olaraq 01 ədəd 16 kalibrli olmaqla “60523” nömrəli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi olan odlu silah hesab edilən hamar qoşa lüləli ov tüfəngini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki qara rəngli gödəkcənin iç səthinin sol hissəsində saxlayaraq gəzdirmiş, 21 fevral 2022-ci il tarixdə Yevlax şəhəri C.Mustafayev küçəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 21:15-dən 21:41-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin odlu silah hesab edilən hamar qoşa lüləli ov tüfəngi aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ov həvəskarıdır. 18 fevral 2022-ci il tarixdə saat təxminən 15:00-da Kür çayının Yevlax şəhərindən keçən hissəsinin sahilində balıq tutan zaman orada olan çinar ağacının dibində, kolluğun içində bir torbanın olduğunu görmüşdür. Həmin torbanı götürüb içinə baxdıqda orada lüləyi kəsilmiş tüfəngin və üç ədəd güllənin olduğunu görmüşdür. Ova marağı olduğundan düşünmüşdür ki, bu tüfəng onun özünə gələcəkdə ovda lazım ola bilər. Bu səbəbdən həmin tüfəngi və güllələri eyaşadığı evə gətirmişdir. 21 fevral 2022-ci il tarixdə quş ovuna çıxmağı qərara almış və tapdığı həmin tüfəngi kimsə görməsin deyə gödəkcəsinin içində gizlədib Kür çayının sahilinə getmişdir. Lakin ətrafda kənar şəxslər olduğunu görüb tüfəngdən istifadə etməmişdir. Oradan Yevlax şəhəri, C.Mustafayev küçəsi ilə yaşadığı ev istiqamətində piyada gedərkən polis əməkdaşları ona yaxınlaşmış və Yevlax RPŞ-yə dəvət edilmişdir. Səbəbi kimi bildirmişlər ki, odlu silah gəzdirməkdə şübhəlidir. Şöbənin inzibati binasında ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Bu zaman həmin odlu silahı və üç ədəd gülləni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax Rayon Polis X2 Xidməti Bölməsinin polis nəfəri vəzifəsində işləyir. 21 fevral 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında Yevlax RPŞ CAB əməliyyat müvəkkili Şahid1 raportla Şöbənin rəhbərliyinə müraciət etmiş, əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat təxminən 20:00-da daxil olduğu əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edərək onu Yevlax şəhəri, C.Mustafayev küçəsində saxlamış və polis şöbəsinə dəvət etmişlər. Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki gödəkcənin daxili sol hissəsindən sellofan çıxarıb təqdim etmişdir. Sellofanın içində isə kəsilmiş qoşa lüləsi olan odlu silah və üç ədəd güllə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin odlu silahı Yevlax şəhərində Kür çayının sahilində olan ağacın altından tapmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin altında sellofana bükülmüş vəziyyətdə olan kəsilmiş qoşa lülə odlu silah və 3 (üç) ədəd patronun olunması müəyyən edilmişdir. Məhkəmə ballistik ekspertizanın 22 fevral 2022-ci il tarixli 17/171 nömrəli rəyində qeyd edilir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd predmet 16 kalibrli olmaqla, “60523” nömrəli, patronunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş hamar qoşalülə odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir. Tədqiqata təqdim edilmiş 3(üç) ədəd predmet (patron) 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış 3,5 mm diametrli qırmalarla təchiz olunmuş patronlardır, istifadəyə yararlıdırlar. Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 1(039)-76/2021 saylı hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (səh. 91-94) Yevlax Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(039)-12/2022 saylı hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 1(039)-76/2021 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 05 ay 03 gün hissəsi qismən birləşdirməklə qəti olaraq üzərində 1 (bir) il 8 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (səh. 95, 96) Yevlax rayon icra və probasiya şöbəsinin 29 mart 2022-ci il tarixli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 1(039)-76/2021 saylı hökmü 08 iyul 2022-ci il tarixdə şöbəyə daxil olmuşdur. Yevlax Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 7(039)-38/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsindən 01 il azaldılmış, çəkilməmiş 04 ay 19 gün qalmışdır. Həmçinin məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(039)-12/2022 saylı hökmü 18 mart 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, lakin məhkum təkrar cinayət törətdiyi üçün məhkumu qeydiyyata almaq mümkün olmamışdır. (səh. 98) Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Maddə 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü; Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq odlu silah hesab edilən üzərində kəsilmiş qoşa lülə saxlaması, daşıması və gəzdirməsində təqsirli olması özünün etirafı, şahidin ifadəsi, şəxsin üstünə baxış keçirilməsi ilə bağlı video yazı, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilməsinə baxmayaraq bundan nəticə çıxarmayaraq yenidən az ağır cinayət törətməsini nəzərə alır və hesab edir ki, ona müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Yevlax Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(039)-12/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə uyğun olaraq hazırkı iş üzrə təyin ediləcək cəzaya qismən toplanılmaq yolu ilə üzərinə qəti cəza müəyyən edilməlidir. Cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X1 saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış tədqiqata təqdim edilmiş, bir ədəd 16 kalibrli olmaqla, “60523” nömrəli, patronunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş hamar qoşalülə odlu ov tüfəngi və 3 (üç) ədəd 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış 3,5 mm diametrli qırmalarla təchiz olunmuş patronlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 30.60 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 24 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya Yevlax Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(039)-12/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası 2 günə 1 gün hesablanmaqla hazırkı cəzaya qismən birləşdirməklə qəti olaraq üzərində 1 (bir) il 4 (dörd) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 21 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, 01 ədəd zərfdə qablaşdırılmış tədqiqata təqdim edilmiş, bir ədəd 16 kalibrli olmaqla, “60523” nömrəli, patronunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş hamar qoşalülə odlu ov tüfəngi və 3 (üç) ədəd 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış 3,5 mm diametrli qırmalarla təchiz olunmuş patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 60 (altmış) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardıma görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-99/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-99/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver