Məhkəmə qərarları › İş №1(040)-1/2023

Kəlbəcər Rayon Məhkəməsi Hökm — İş №1(040)-1/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(040)-1/2023 09.06.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ 09 iyun 2023-cü il. Göygöl şəhəri. Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Göygöl Rayon Vəkil Bürosunun tərkibində vəkillik fəaliyyəti göstərən Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (xx.xx.1986-cı ildə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl) rayonununda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri Hacıkənd qəsəbəsi Azərbaycan küçəsi 7-ci döngə ev 1-də yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra: Cinayət Məcəlləsi) 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini, döyüş sursatı olan patronları əldə etmiş, saxlamış və gəzdirmiş, soyuq silahı qanunsuz əldə etmiş və gəzdirmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından arıq miqdarda psixotrop maddə əldə edib müvəqqəti yaşadığı kafedə, avtomobilində və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən 1) 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, 450610 nömrəli, “Sauer 38H” modelli atəşə yararsız yivli odlu silah hesab edilən tapançanı, 2) həmin silahda və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçün nəzərdə nutulan 06 (altı) ədəd 7,65x17 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə və atəşə yararlı olan patronları, 3) 01 (bir) ədəd “Sauer 38H” modelli tapançaların funksional əhəmiyyət daşımayan, 09 ədəd 7,65x17 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı hesab edilən komplekt hissəsi olan sandıqçanı (darağı) qanunsuz olaraq əldə etmiş, avtomobilində saxlamış və gəzdirmiş, 4) 02 (iki) ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarını qanunsuz əldə etmiş və avtomobilində gəzdirmiş, həmçinin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 5) ümumilikdə 9,235 (doqquz tam mində iki yüz otuz beş) qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə edib, ayrı-ayrılıqda: 1) bir ədəd polietilen torbacıqda 7,898 (yeddi tam mində səkkiz yüz doxsan səkkiz) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini idarə etdiyi “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol qabaq qapısının içəri üzlüyünün yuvacığında, 2) bir ədəd kağız bükümündə 0,835 (sıfır tam mində səkkiz yüz otuz beş) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əynindəki gödəkcənin sağ yan cibində, 3) bir ədəd kağız bükümündə 0,502 (sıfır tam mində beş yüz iki) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini Göygöl rayonunun Qızılqaya qəsəbəsindəki “Duru” adlı kafedə yaşadığı otaqda olan jurnal masasının üzərindəki qənd qabının içərisində saxlamış, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yanvar 2020ci il tarixdə saat 16:35 radələrində Gəncə şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən “Qrand Qafqaz” ticarət mərkəzinin ərazisində idarə etdiyi “Nissan Maksima” markalı **-EE- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilən zaman avtomobilin yük yerindəki ehtiyat təkərin alt hissəsində gizlətdiyi 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, 450610 nömrəli “Sauer 38H” modelli atəşə yararsız yivli odlu silah hesab edilən tapança, həmin silahda və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan 06 (altı) ədəd 7,65x17 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə və atəşə yararlı olan patronlar, 01 ədəd “Sauer 38H” modelli tapançaların funksional əhəmiyyət daşımayan, 09 ədəd 7,65x17 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı hesab edilən komplekt hissə olan sandıqça ilə birlikdə, avtomobilin salon hissəsində qabaq oturacağın yan hissəsi ətrafında saxladığı 02 (iki) ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarını, bir ədəd polietilen torbacıqda 7,898 (yeddi tam mində səkkiz yüz doxsan səkkiz) qram çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, 16 yanvar 2020-ci il tarixdə saat 18:15 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərinə baxış keçirilən zaman isə əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd kağız parçası bükümündə 0,835 (sıfır tam mində səkkiz yüz ottuz beş) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və həmin gün saat 19:05 radələrində Göygöl rayonunun Qızılqaya qəsəbəsindəki “Duru” adlı kafedə yaşadığı otaqda olan yurnal masasının üzərindəki qənd qabının içərisində saxladığı bir ədəd kağız parçası bükümündə 0,502 (sıfır tam mində beş yüz iki) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, ümumilikdə 9,235 (doqquz tam mində iki yüz otuz beş) qram çəkidə kistar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bir neçə il əvvəllərdən narkotik vasitədən epizodik olaraq istifadə etmiş, son illərdə əsasən “Metamfetamin“ adlanan psixotrop maddədən istifadə etmiş, istifadə etdiyi həmin narkotik vasitələri əsasən ərzaq almaq üçün ətraf rayonlara gedərkən orada tanımadığı şəxslərdən almışdır. 16 yanvar 2020-ci il tarixdə, o, günortadan sonra özünə məxsus olan “Nissan Maksima” markalı avtomobillə yaşadığı Gəncə şəhəri Hacıkənd qəsəbəsindən Gəncə şəhərinə gəlmiş, Gəncə şəhər sakini əvvəldən tanıdığı X26 mobil telefonuna özünün mobil telefonundan zəng vurmuşdur. Belə ki, Kamrana, o, bir neçə gün əvvəl 50 (əlli) manat borc pul vermiş, Kamran da ona demişdir ki, həmin pulu düzəldib, gəlib o pulu götürsün. Həm də, o, bundan bir müddət əvvəl Gəncə şəhərindəki “Qrand Qafqaz” ticarət mərkəzində “Gəncə səbəti” mağazasında işləyən Bəxtiyardan nisyə səbət almış, buna görə Bəxtiyara 600 (altı yüz) manat pul borcu olmuşdur. O, ilk olaraq Kamranın yaşadığı evin qarşısına gəlmiş, Kamran onun avtomobilinə oturmuş, ona 45 (qırx beş) manat pul vermiş və demişdir ki, qalan 5 (beş) manatı düzəldə bilməmişdir, o da daha heç nə deməmiş, Kamran da ona “sağ ol” deyib çıxıb getmişdir. Bundan sonra, o, Bəxtiyara zəng vurmuş və demişdir ki, bazardadır, o, bazara gələndə Bəxtiyar demişdir ki, oğlu Emin bazarın qarşısına çıxır. O, avtomobilini orada saxlamış və Emin gəlib onun avtomobilinin qabaq sağ oturacağında oturmuş, o, Eminə sayıb 600 (altı yüz) manat pul vermişdir. Bu vaxt baxmışdır ki, avtomobilinin sol arxa tərəfindən bir ağ rəngli “Niva” markalı avtomobil dayanmış, bir neçə mülki geyimdə şəxslər onun üstünə cummuş, o da həmin şəxslərin polis olduqlarını bilmədiyindən, qorxub cəld hərəkətlə avtomobilini arxaya hərəkət etdirəndə bir neçə avtomobili və özünün avtomobilini zədələmişdir. Onun üstünə gələn mülki geyimli şəxslərin polis əməkdaşı olmasını həmin vaxt bilməmiş, bilsəydi, bu hərəkətləri etməzdi. Bundan sonra mülki geyimli şəxslər ona yaxınlaşıb onu tutmuş, o, həmin şəxslərin polis olmasını bilib heç bir müqavimət göstərməmiş, onu Gəncə Şəhər Baş Polis İdarəsinə gətirmiş, polis idarəsində, o, Hidayət Məmmədov adlı vəkillə təmin edilmiş, onun üzərinə baxış keçirilmişdir. Üzərinə baxış keçirilməmişdən əvvəl onun avtomobilindən aşkar edilərək götürüldüyü bildirilən əşyalar stolun üzərinə düzülmüşdür: həmin əşyalar içərisində 01 (bir) ədəd tapança, 01 (bir) ədəd tapança sandıqçası, 06 (altı) ədəd patron və 01 (bir) ədəd boş giliz, 02 (iki) ədəd ov bıçağı, 01 (bir) ədəd sellofan torbacıqda olan narkotik vasitəyə bənzər ağ kütlə, 01 (bir) ədəd balaca kağız bükümdə olan narkotik vasitəyə bənzər ağ kütlə, 01 ədəd aptek tərəzisi, həmçinin özünə aid digər şəxsi əşyalar olmuşdur. Həmin əşyalardan iki ədəd ov bıçağı, bir ədəd aptek tərəzisi və hazırki cinayət işində maddi sübut kimi tanınmayan digər şəxsi əşyalar həqiqətən ona məxsus olmuş, belə ki, iki ədəd ov bıçağını özünə məxsus kafedə işlətmək üçün mağazadan açıq satışdan alaraq avtomobilində saxlamış və həmin bıçaqaların soyuq silah olduğunu bilməmiş, aptek tərəzisini isə lombarda qızıl qoyarkən onu aldatmasınlar deyə həmişə avtomobilində saxlayır; tapança, tapança sandıqçası, patronlar və boş giliz, sonradan “Metamfetamin” olduğu bildirilən bir ədəd sellofan torbacıqda olan narkotik vasitəyə bənzər ağ kütlə və bir ədəd balaca kağız bükümdə olan narkotik vasitəyə bənzər ağ kütlə ona məxsus olmamış və həmin o əşyaların onun avtomobilində olması barədə heç bir məlumatı olmamış, həmçinin həmin əşyalarda onun əl izləri olmamışdır. Onun özünün baba yadigarı olan bir ədəd sənədsiz ov silahı olmuş, həmin silahı da o özü ərizə yazaraq polisə təhvil vermişdir, tapança və patronlardan isə onun heç bir məlumatı olmamışdır, onun bu barədə gəldiyi qənaət budur ki, “Qafqaz Qrand” ticarət mərkəzində polislər onu avtomobilindən zorla düşürüb hadisə yerindən aralayandan sonra həmin tapançanı, sandıqçanı, patronları, boş gilizi və “Metamfetamin” olduğu bildirilən bir ədəd sellofan torbacıqda olan narkotik vasitəyə bənzər ağ kütlə və bir ədəd balaca kağız bükümdə olan narkotik vasitəyə bənzər ağ kütləni onun avtomobilinə polislər özləri qoymuş və özləri də götürmüşlər-əgər həmin əşyalar onun olsaydı, həmin əşyalar üzərində onun əl izləri çıxardı. Onun üzərinə baxış keçirilərkən o özü əynindəki gödəkcənin sağ yan cibində olan 01 ədəd balaca kağız bükümündə olan ağ kütləni stolun üzərinə qoymuşdur-həmin ağ kütlə “Metamfetamin” olmamış, onun özünü müalicə üçün istifadə etdiyi adını dəqiq bilmədiyi tozşəkilli dərman olmuşdur-metamfetamin isə şüşə kimi olur. Stolun üzərində olan ağ kütlələr həmin vaxt aptek tərəzisində çəkilmişdir. Bundan sonra baxış keçirmək üçün onun yaşadığı “Duru” kafesinə getmişlər, orada da onun və müdafiəçisi vəkil Hidayət Məmmədovun iştirakı ilə baxış keçirilmiş, baxışkeçirmə zamanı masanın üzərindəki qənd qabının içərisindən iki ədəd- biri kağızda, digəri sellofon bükümdə ağ kütlələr götürülmüşdür: sellofan bükülüdə olan kütlə limon duzu olmuş, kağız bükülüdə olan kütlə isə onun olmamış, həmin kağız bükülüdə olan kütləni isə bir nəfər polis onun özünün gözünün qarşısında qənd qabına qoymuş və sonra da tapırmış kimi götürmüşdür. O, həmin vaxt ucadan səs-küy salıb etirazını bildirəndə həmin polis müdafiəçisi Hidayət Məmmədovun yanında onu döymüş, müdafiəçi də buna heç bir etiraz bildirməmişdir. O, sonradan polisdə verdiyi ifadəsində ondan aşkar edildiyi bildirilən silahsursat və narkotikin ona məxsus olduğunu bildirsə də, həmin ifadələri polisin fiziki və psixoloji təzyiqləri altında vermiş, polisdə onu etirafedici ifadə verməyə zorla məcbur etmişlər, həmin vaxt müdafiəçisi olmuş vəkil Hidayət Məmmədov isə ona heç bir köməklik göstərməmişdir. Şahid qismində məhkəmədə dindirilən X40 ifadəsində göstərmişdir ki, o, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışmış, hal-hazırda da polisdə xidmət keçir. Gəncə şəhərinin Gülüstan qəsəbəsi yaxınlığında, Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən “Duru” kafesində yaşayan “Alik” ləqəbli Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi olaraq üzərində və idarə etdiyi “Nisan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində narkotik vasitələr daşıması, eyni zamanda avtomobilində odlu və soyuq silahlar gəzdirməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinə 16 yanvar 2020-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edilərək, ondan (Orxan Xudiyevdən), Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis baş leytenantı X9, həmin idarənin kiçik əməliyyat müvəkkili polis serjantı X12 və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili polis serjantı X10 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs onlar tərəfdən əməliyyat müşahidəsinə götürülmüş, Təqsirləndirilən şəxs yerinin Gəncə şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən “Qrand Qafqaz” ticarət mərkəzində “səbət bazarının” yan tərəfində “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində dayanmış vəziyyətdə olması müəyyən edilmişdir. X46 məxsus olan “VAZ 2121” (“Niva”) markalı, Az-LD-010-TR dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs avtomobilinin sol tərəf hissəsinə yaxınlaşdırıb dayanmışlar, həmin vaxt ilk əvvəl avtomobildən Piran yerə düşmüş, ardinca onlar düşmüş, Əlinin avtomobilinə tərəf gedəndə Əli avtomobili iti siçrayişla arxaya hərəkət etdirmiş, bu zaman Əlinin avtomobilinin sol tərəf hissəsi Piran Rüstəmovun avtomobilinin sağ yan tərəfinə dəymiş, bu vaxt o da Piran Rüstəmovun avtomobilinin sağ yan tərəfində olarkən Əlinin avtomobilinin sürücü tərəf qapısı onun sağ əlinə dəyib zədələnmişdir, Əlinin avtomobilinin sürücü tərəf qapısı həmçinin Pıran Rüstəmovun avtomobilinə dəyib Əlinin sol tərəfinə çırpılmışdır, Əli avtomobili arxaya hərəkət etdirəndə arxa tərəfdə parklanmış vəziyyətdə olan digər “VAZ 2107” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb dayanmışdır. Onun əli zədələndiyinə görə, o, aşağı oturub əlini tutmuşdur. Polis əməkdaşları Piran Rüstəmov, Pərviz Məmmədov və Tohid Həsənov tez Təqsirləndirilən şəxs yaxalamışlar. Həmin vaxt Əlinin avtomobili artıq dayanmışdır; polislər onu xəstəxanaya aparmış, Təqsirləndirilən şəxs isə Gəncə Şəhər Baş Polis İdarəsinə gətirmişlər. O, xəsarət aldığına görə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsində iştirak edə bilməmiş, lakin Gəncə Şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə vəkili Hidayət Məmmədovun iştrakı ilə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs avtomobilində aşkar edilmiş 01 (bir) ədəd tapançanın, 06 (altı) ədəd patronun və 01(bir) ədəd boş gilizin, eyni zamanda 02 (iki) ədəd ov biçağının və avtomobilinin qabaq sol qapısının iç yuvacığında aşkar edilərək götürülmüş bir ədəd sellofan torbacıqda olan ağ rəngli narkotikəbənzər kütlənin Təqsirləndirilən şəxs məxsus olub-olmadığı soruşularkən Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş və sonuncuya təqdim edilən əşyaların hamısı özünə məxsusdur, metamfetamini qonşu rayondan özünün istifadəsi üçün almışdır, tərəzini isə qızılı lombarda qoyarkən aldadılmaması üçün avtomobilində saxlamış və tərəzi ilə bağlı başqa bir niyyəti olmamış, 02 (iki) ədəd ov bıçağını mağazadan otuz manata almış, tapança və patronlar isə rəhmətlik babasından qalmış və həmin silah-sursatı babası öləndən sonra yadigar kimi götürüb saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobili arxaya verəndə Əliyə tərəf gələn şəxslərin polis əməkdaşları olmalarını bilməmişdir, sonuncuya vəsiqə göstərilməmiş, Əli də ehtiyatsızlıqdan təntiyib avtomobili arxaya verəndə avtomobilləri zədələmişdir. Bundan sonra onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə vəkili Hidayət Məmmədovun iştirakı ilə baxış keçirilmiş, baxış keçirmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə, ilk görünüşdən narkotik vasitə metamfetaminə oxşar kütləni təqdim edərək bildirmişdir ki, həmin kütlə onun avtomobilində aşkar edilmiş metamfetamınə bənzər ağ kütlənin bir hissəsidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş- 1,22 (bir tam üzdə iyirmi iki) qram olmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı digər hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs baxış keçirmə zamanı sonuncuya hər hansı formada təsir və təzyiq göstərilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən və üzərindən aşkar edilib götürülmüş narkotikəbənzər kütlələr, 02 (iki) ədəd bıçaq, 01 (bir) ədəd tapança, 06 (altı) ədəd patron və 01 ədəd boş giliz qablaşdırılmış, Daxili İşlər Nazirliyininin 91 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra onun əlində yenidən ağrılar yarandığından Təqsirləndirilən şəxs yaşadığı “Duru” kafesinə baxış keçirmədə iştirak etməmiş, lakin sonradan ona məlum olmuşdur ki, həmin kafedən də 02 (iki) bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, bir bükümdə olan kütlə limon duzu, digər bükümdə olan kütlə isə narkotik vasitə olan metamfetamin olmuşdur. “Qrand Qafqaz” ticarət mərkəzindəki “səbət bazarının” yaxınlığında onlar avtomobillərini Təqsirləndirilən şəxs avtomobilinin sol yan tərəfində paralel saxlayıb yerə düşmüş, onlar tələsik yerə düşəndə Təqsirləndirilən şəxs avtomobilini arxaya hərəkət etdirmişdir, onlar həmin vaxt hələ imkan tapib Əliyə polis olduqlarını deyə bilməmiş, Təqsirləndirilən şəxs xidməti vəsiqə göstərə bilməmişlər, Təqsirləndirilən şəxs ani bir vəziyyətdə avtomobilini arxaya hərəkət etdirmişdir; Təqsirləndirilən şəxs yəqin ki, onları görməmiş, görsə idi, avtomobili onlara tərəf hərəkət etdirməzdi, həmin vaxt Təqsirləndirilən şəxs arxaya hərəkət etdirəndə Piran Rüstəmovun avtomobilinin sağ yan hissəsinə vurmuşdur, qapısı da onun sağ əlinə dəyib xəsarətləndirmişdir, sonra Əlinin avtomobili arxadakı “VAZ-21074” markalı avtomobilə dəyib dayanmışdır. Bundan sonra əməkdaşlar Təqsirləndirilən şəxs yaxınlaşıb polis olduqlarını deyib Gəncə Şəhər Baş Polis İdarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs Gəncə Şəhər Baş Polis İdarəsində heç kəs zor tətbiq etməmiş, Əli xəsarəti avtomobili arxaya hərəkət etdirərkən sol tərəf qapısı açıq olduğundan qapı Piran Rüstəmovun avtomobilinin sağ hissəsinə dəyib Əlinin sol tərəf sifətinə və qoluna dəymiş, Əli Məmmədəv xəsarəti həmin anda yaranmışdır, o da həmin anda xəsarət almış, hər ikisi qəsdən edilən əməl nəticəsində deyil, ehtiyatsızlıqdan xəsarət almışlar. Şahid qismində məhkəmədə dindirilmiş X22 ifadəsində göstərmişdir ki, o, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışmış, hal-hazırda da polisdə xidmət keçir. Gəncə şəhəri Gülüstan qəsəbəsi yaxınlığında, Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən “Duru” kafesində yaşayan “Alik” ləqəbli Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi olaraq üzərində və idarə etdiyi “Nisan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində narkotik vasitələr daşıması, eyni zamanda avtomobilində odlu və soyuq silahlar gəzdirməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinə 16 yanvar 2020-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edilərək ondan, Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis kapitanı X23, həmin idarənin kiçik əməliyyat müvəkkili polis seryantı X12 və Kəpəz Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili polis seryantı X10 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülərək sonuncunun yerinin Gəncə şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən “Qrand Qafqaz” ticarət mərkəzində “səbət bazarının” yan tərəfində “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində dayanmış vəziyyətdə olması müəyyən edilmişdir. X46 məxsus olan “VAZ-2121” (“Niva”) markalı Az- LD-010-TR dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs avtomobilinin sol tərəf hissəsinə yaxınlaşdırıb dayanmış, həmin vaxt ilk əvvəl avtomobildən Piran cəld hərəkətlə yerə düşmüş, sonra digər polislər düşmüş, Əlinin avtomobilinə tərəf gedəndə Əli avtomobili arxaya hərəkət etdirmişdir, bu anda Əlinin avtomobilinin sol tərəf hissəsi Piran Rüstəmovun avtomobilinin sağ yan tərəfinə dəymiş, bu vaxt o və X60 Rüstəmovun avtomobilinin sağ yan tərəfində olarkən Əlinin avtomobilinin sürücü tərəf qapısı Orxanın sağ əlinə dəyib zədələmiş, Əlinin avtomobilinin sürücü tərəf qapısı həmçinin Piran Rüstəmovun avtomobilinə dəyib Əlinin sol tərəfinə çırpılmış, Əli avtomobilini arxaya hərəkət etdirəndə arxa tərəfdə parklanmış vəziyyətdə olan digər bir “VAZ-2107” markalı **- EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb dayanmışdır. Orxanın əli zədələndiyinə görə aşağı oturub əlini tutmuşur. Piran Rüstəmov, o və Tohid Həsənov tez Təqsirləndirilən şəxs yaxalamış, Əlinin boynundan tutmuşlar. Həmin vaxt Əlinin avtomobili artıq dayanmışdır. Onlar həmkarları Orxanı xəstəxanaya aparmış, Təqsirləndirilən şəxs isə Gəncə Şəhər Baş Polis İdarəsinə gətirmişlər. Orxan xəsarət aldığından Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirmədə iştirak edə bilməmiş, o, Piran Rüstəmov və Tohid Həsənov, zədələnmiş “VAZ 2107” markalı avtomobilin sürücüsü Telman Əliyev, iki nəfər- Zaur Mustafayev və Bəhruz Məmmədov adlarında hal şahidlərinin iştirakları ilə videokamera vasitəsi ilə Təqsirləndirilən şəxs avtomobilinə yerində baxış keçirilmiş, baxış zamanı avtomobilin sürücü tərəf qapısının içliyinin yuvasından bir ədəd sellofan torbacıqda 9,5 (doqquz tam onda beş) qram çəkidə metamfetaminəbənzər ağ kütlə, 02 (iki) iki ədəd iri ölçülü bıçaq, həmçinin avtomobilin yük yerində olan ehtiyat təkərin altından 01 (bir) ədəd “Sauer” markalı tapança, 06 (altı) ədəd patron və 01 (bir) ədəd boş giliz, 01 (bir) ədəd aptek tərəzisi aşkarlanıb götürülmüşdür. Bundan sonra onların iştirakları ilə, o cümlədən polis əməkdaşı Orxan Xudiyevin də iştirakı ilə Gəncə Şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə vəkili Hidayət Məmmədovun iştirakı ilə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirmədən əvvəl Əlı Məmmədovun avtomobilində aşkar edilmiş 01 (bir) ədəd tapançanın, 06 (altı) ədəd patronun və 01 (bir) ədəd boş gilizin, eyni zamanda 02 (iki) ədəd ov bıçağının və avtomobilndə aşkar edilmiş narkotik maddəyə bənzər kütlənin Əliyə məxsus olub-olmadığı soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş və sonuncuya təqdim edilən əşyaların hamısı özunə məxsusdur; metamfetamini qonşu rayondan özünün istifadəsi üçün almış, tərəzini isə qızılı lombarda qoyarkən aldadılmaması üçün avtomobilində saxlamış və başqa bır niyyəti olmamış, 02 (iki) ədəd ov bıçağını mağazadan otuz manata almış, tapança və patronlar isə rəhmətlik babasından qalmış, babası öləndən sonra özü həmin silah-sursatı yadigar kimi götürüb saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobili arxaya hərəkət etdirəndə Əliyə tərəf gələn şəxslərin polis olmasını bilməmiş, Əliyə vəsiqə göstərilməmiş, ehtiyatsızlıqdan təntiyib avtomobili arxaya hərəkət etdirəndə avtomobili zədələmişdir. Bundan sonra onların iştirakları ilə Təqsirləndirilən şəxs uzərinə vəkili Hidayət Məmmədovun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Əlı Məmmədov əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kagıza bükülmüş vəziyyətdə, ilk görünüşdən narkotik vasitə metamfetaminə oxşar ağ rənglı kutləni təqdim edərək bildirmişdir ki, həmin kütlə avtomobildə aşkar edilmiş metamfetaminin hissəsidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və 1,22 (bir tam yüzdə iyirmi iki) qram olmuşdur. Bundan sonra Əlinin üzərinə baxış keçirilən zaman digər hər hansı bir dövriyyəsi qadagan olunmuş əşya aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs baxış keçirmə zamanı sonuncuya hər hansı bir formada təsir və təzyiq göstərilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən və üzərindən aşkar edilib götürülmüş narkotikəbənzər ağ kütlələr, 02 (iki) ədəd bıçaq, 01 (bir) ədəd tapança, 06 (altı) ədəd patron və 01 (bir) ədəd boş giliz qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 91 saylı möhürü ilə möhürlənib götürülümüşdür. Bundan sonra onların, Təqsirləndirilən şəxs və sonuncunun vəkili Hidayət Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı “Duru” kafesinə baxış keçirmədə iştirak etmiş, həmin kafedən də 2 (iki) bükümdə narkotik vasitəyə oxşar ağ kütlə aşkar edilmiş, bir bükümdə olan kutlə limon duzu olmuş, digər bükümdə olan kütlə isə narkotik vasitə olan metamfetamin olmuşdur. “Qrand Qafqaz" ticarət mərkəzinin içərisində əməliyyat zamanı onlar avtomobillərini Əlinin avtomobilinin sol yan tərəfində paralel saxlayıb yerə düşmüş, onlar tələsik yerə düşəndə Təqsirləndirilən şəxs avtomobilini arxaya hərəkət etdirmiş, onlar imkan tapıb Əliyə polis olmaqlarını deyə bilməmiş və Əliyə xidməti vəsiqə göstərə bilməmiş, Əli ani bir vəziyyətdə avtomobilini arxaya hərəkət etdirmiş, Əli yəqin ki, onları görməmiş, görsə idi, onlara tərəf hərəkət etdirməzdi. Həmin vaxt Əli avtomobili arxaya hərəkət etdirəndə Piran Rüstəmovun avtomobilinin sağ yan hissəsinə vurmuş, avtmobilin qapısı da Orxanın sağ əlinə dəyib xəsarətləndirmişdir. sonra Təqsirləndirilən şəxs avtomobili arxadakı “VAZ 21074” markalı avtomobilə dəyib dayanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb polis olmalarını deyib sonuncunu yaxalamış, bu zaman Əli onlara hər hansı bir formada müqavimət göstərməmişdir. Əliyə Gəncə Şəhər Baş Polis İdarəsində heç kəs zor tətbiq etməmiş, Əli avtomobili arxaya hərəkət etdirərkən Əli tərəf qapı açıq oldugundan qapı Piran Rüstəmovun avtomobilinin sağ hissəsinə dəyib Əlinin sol tərəf sifətinə və qoluna dəymişdir, Təqsirləndirilən şəxs xəsarəti həmin anda yaranmış, Orxan da həmin anda xəsarət almış, Orxan və Əli ikisi də qəsdən edilən əməl nəticəsində xəsarət almamış, anlaşılmazlıq olmuş, Orxan və Əli hər ikisi xəsarəti ehtiyatsızlıqdan almışlar. Şahid qismində məhkəmədə ifadə vermiş digər polis əməkdaşları X27 və X24 eyni məzmunlu ifadələr verərək Pərviz Məmmədovun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid qismində məhkəmədə ifadə vermiş X28 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərinin sakinidir, rəsmi olaraq heç bir yerdə işləmir, özü fərdi əməklə məşguldur: Gəncə şəhərindəki “Qrand Qafqaz” ticərət mərkəzinin “səbət bazarında” alver edir, hər gün oraya özünə məxsus olan “VAZ 21074” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlir, axşam da çıxıb gedir. 16 yanvar 2020-ci il tarixdə də həmişəki kimi özünə məxsus olan həmin avtomobillə bazara gəlmiş, avtomobilini bazarın yaxınlığındakı yolun kənarında, dayanacaqda saxlamış, həmin gün saat 16:30 radələrində, o, bazarda olarkən ona demişlər ki, bazarın dayanacagında saxladığı avtomobilini vurublar, onun avtomobili firlanıb yolun hərəkət hissəsini kəsmişdir. O, tez oraya gələndə görmüşdür ki, orada polis əməkdaşları var, onun avtomobilinin də qabaq və arxa hissələri əzilmişdir. Orada ona məlum olmuşdur ki, “Nisan Maksıma” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin tanımadığı sürücüsü öz avtomobilini arxaya hərəkət etdirən zaman onun dayanmış vəziyyətdə olan avtomobilinin arxa hissəsindən vurmuş, zərbə nəticəsində onun avtomobilinin qabaq hissəsi ilə elektrik dirəyinə dəyərək avtomobili zədələnmişdir. Polis əməkdaşları ona təklif etmişlər ki, o da hadisə yerinə, həmin “Nissan Maksima” markalı **- EE-*** dövlət qeydiyyat nışanlı avtomobilə baxış keçirmədə iştirak etsin, ondan əlavə orada iki nəfər hal şahidləri də dəvət etmişlər, hal şahidlərinin, onun və polis əməkdaşlarının iştirakı ilə “Nissan Maksima” markalı avtomobilə baxış keçirilmiş, baxış keçirmə zamanı “Nissan Maksima” markalı avtomobilin sürücüsü orada olmamışdır. İlk əvvəl onun avtomobilinə, sonra Rusiya dövlət qeydiyyat nişanı ilə digər bir xarici markalı avtomobilə baxış keçirilmiş və görmüşlər ki, həmin avtomobil yüngülvari zədələnmişdır. Bundan sonra onların avtomobillərini vuran “Nissan Maksima” markalı avtomobilə baxış keçirilərkən avtomobilin salon hissəsindən 02 (iki) ədəd iri ölçülü ov bıçaqları, sürətlər qutusunun ust hissəsi, pul qabılarında kartlar, sənədlər və digər əşyalar müəyyən edilib avtomobilin mühərrik örtüyünün üstünə qoyulmuşdur. Avtomobilin salon hisəssinə baxış keçirmə zamanı sürücü tərəf qapının içliyinin yuvacığından sellofan torbacıqda ag rəngdə kütlə aşkar edilmiş, bundan sonra avtomobilin yük yerinə baxış keçirilən zamanı ehtiyat təkərin alt hissəsində qabda 01 (bir) ədəd tapança silahı, içərisində sandıqçada 06 (altı) ədəd dolu patron və 01 (bir) ədəd boş giliz də müəyyən edilmişdir. Onlar hamısı baxış keçirməni izləmiş, videokamera da aşkar olunan əşyaları videolentə almış, sonra da sürücü tərəf qapının içliyinin yuvacığından aşkar edilmiş sellofon bükülü avtomobilin salon hissəsində aşkar edilmiş aptek tərəzisində çəkilmiş, ümumilikdə 9,5 (doqquz tam onda beş) qram gəlmiş, baxış başa çatdıqdan sonra baxış barədə hadisə yerində protokol tərtib edilmiş, protokol onlara ucadan oxunmuş, baxışa uyğun tərtib edildiyi üçün protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Sonra o, avtomobilini götürüb aparmış, özü sonra mütəxəssisə hesablatmış, avtomobilinə ümumilikdə 1854 (min səkkiz yüz əlli dörd) manat maddi ziyan dəymişdir. Baxış keçirmədə və sonradan ona məlum olmuşdur ki, “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə həmin yerdə polis əməkdaşları yaxınlaşan zaman avtomobilini arxaya hərəkət etdirib bir nəfər polis əməkdaşını xəsarətləndirmiş, həmin baxış keçirilən avtomobillərə də ziyan vurmuşdur. Şahid qismində məhkəmədə dindirilən X1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər sakini olmaqla rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. 16 yanvar 2020-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən “Qrand Qafqaz” ticarət mərkəzində olarkən “Gəncə səbəti” mağazasının qarşısında polis əməkdaşları ona yaxınlaşaraq orada olan avtomobillərə baxış keçirilməsində hal şahidi kimi iştirak etməsini təklif etmiş, o da polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Həmin vaxt, o, hadisə yerində bir neçə avtomobilin zədələndiyini görmüş, lakin avtomobildən tapıldığı bildirilən sadalanan əşyaların avtomobildən çıxarıldığını şəxsən görməmişdir. Sonra polis əməkdaşları bildirmişlər ki, imza etməlidir, o da polislərin ona təqdim etdikləri sənədi imzalamış, lakin imzaladığı sənəddə yazılanları oxumamışdır. Sonradan ona məlum olmuşdur ki, “Nissan Maxima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə həmin yerdə polis əməkdaşları yaxınlaşan zaman avtomobilini arxaya hərəkət etdirib, bu zaman bir nəfər polis əməkdaşı xəsarət alıb. Həmin vaxt, o, videoçəkilişdə olduğunu bilmirdi, lakin elan edilmişdir ki, videoçəkiliş gedir. O, sonradan bununla bağlı polis şöbəsində ifadə verməmişdir. Polis şöbəsində onun adından tərtib edilən yazılı ifadənin altında göstərilən imza və əlyazma yazı ona məxsus deyildir. X34 məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı Bəhruz Məmmədovun adından imzalanmış və cinayət işi materiallarına əlavə edilmiş yazılı ifadə arasında uyğunsuzluq olduğundan, ibtidai istintaq zamanı Bəhruz Məmmədovun adından imzalanmış və cinayət işi materiallarına əlavə edilmiş yazılı ifadə məhkəmə iclasında elan edilmişdir. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X1 həmin yazılı ifadəsində göstərmişdir ki, 16 yanvar 2020-ci il tarixdə saat 16:30 radələrində Cəncə şəhərinin Zərifə Əliyeva küçəsində verləşən “Qrand Qafqaz” ticarət mərkəzində olarkən “Gəncə səbəti” mağazasının qarşısında polis əməkdaşları ona orada olan avtomobillərə baxış keçirilməsində hal şahidi kimi iştirak etməsini təklif etmiş, o da polis əməkdaşlarının bu təklifi ilə razılaşmış, ondan əlavə digər bir nəfər X29 adlı hal şahidi də dəvət edilmişdir. Bundan əlavə, orada zədələnmiş “VAZ 2107” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də baxışda iştirak etmək üçün dəvət edilmişdir. Baxış keçirmədə üç nəfər mülki geyimdə X44 oglu, X30 və X31 adlı polis əməkdaşları da iştirak etmişlər. Baxış keçirmədən əvvəl onların hüquq və vəzifələri izah edilmişdir. Onlar əvvəldən axıradək baxış keçirmədə iştirak etmişlər. İlkin olaraq baxış keçirmə zamanı məlum olmuşdur ki, orada ağ rəngli “Niva” markalı tranzit nömrə nişanlı avtomobilin sag yan hissəsi, “VAZ- 2107” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa və ətraf hissələri, eyni zamanda Rusiya dövlət qeydiyyat nişanlı qara rəngli “Volksfagen Jetta” markalı avtomobilin sol arxa qanadı və orada olan açıq yaşıl rəngli “Nissan Maksima” markalı **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan və arxa hissəsi zədələnmişdir. Baxış zamanı bildirilmişdir ki, sonuncu avtomobilin sürücüsü avtomobili arxaya hərəkət etdirən zaman digər avtomobilləri zədələmişdir. Bundan sonra videokamera vasitəsi ilə “Nissan Maksima” markalı avtomobilin salon hissəsinə baxış keçirilmiş, baxış zaman avtomobilin salon hissəsindən 2 (iki) ədəd iri ölçülü ov bıçağı, sürətlər qutusunun üst hissəsi, pul qablarında kartlar, sənədlər və digər əşyalar müəyyən edilib avtomobilin mühərrik örtüyünün üstünə qoyulmuşdur. Avtomobilin salon hissəsinə baxış keçirmə zamanı sürücü tərəf qapının içliyinin yuvacığından sellofan bükümdə ağ rəngdə kütlə aşkar edilmiş, bundan sonra avtomobilin yük yerinə baxış keçirilən zamanı ehtiyat təkərin alt hissəsində qabda bir ədəd tapança silahı, içərisində sandıqçada 06 (altı) ədəd dolu patron, bir ədəd boş giliz də müəyyən edilmişdir. Onlar hamısı baxış keçirməni izləmiş, videokamera da aşkar olunan əşyaları videolentə almışdır. Sonda da sürücü tərəf qapının içliyinin yuvacığından aşkar edilmiş sellofon bükülü avtomobilin salon hissəsində aşkar edilmiş aptek tərəzisində çəkilmiş, ümumilikdə 9,5 qram gəlmiş, baxış başa çatdıqdan sonra baxış barədə hadisə yerində protokol tərtib edilmişdir. Protokol onlara ucadan oxunmuş, baxışa uyğun tərtib edildiyi üçün onlar hamısı protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. O, baxış keçirilən “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü tanımır, həmin sürücü ilə heç bir münasibəti olmamışdır. Baxış keçirmədə və sonradan ona məlum olmuşdur ki, “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə həmin yerdə polis əməkdaşları yaxınlaşan zaman avtomobilini arxaya hərəkət etdirib bir nəfər polis əməkdaşını xəsarətləndirmiş, həmin baxış keçirilən avtomobillərə də maddi zərər vurmuşdur. X47 ibtidai istintaq zamanı onun adından imzalandığı bildirilən yazılı ifadənin və həmin ifadənin altındakı imzanın ona məxsus olmadığını bildirdiyindən, məhkəmə iclasında Bəhruz Məmmədovdan müvafiq yazı və imza nümunələri götürülmüş, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublkası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, götürülmüş yazı və imza nümunələri cinayət işi materialları ilə birlikdə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli 4/1793 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, “ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 151-153-cü vərəqlərində olan 19 yanvar 2020-ci il tarixli Şahidin dindirilməsi protokolunun 1-civərəqində “Şahid” qrafasındakı imza, 2-ci vərəqində “Şahid” qrafalarındakı və aşağı hissədəki imzalar, 3-cü vərəqində “İmza” qrafasındakı imza və “X20” əlyazmaları X1 tərəfindən icra olunmuşdur”. Şahid qismində məhkəmədə dindirilmiş X41 ifadəsində bildirmişdir ki, o, fərdi qaydada həkim-stomatoloq kimi fəaliyyət göstərir, rəsmi dövlət işində işləmir. Gəncə şəhəri Hacıkənd qəsəbəsinin sakini Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, normal münasibətləri olmuşdur. Aralarında hər hansı narazılıq, ədavət olmamışdır. Hadisə baş verən gün-16 yanvar 2020-ci il tarixdə, o, səhər saatlarında Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlamış, telefon əlaqəsindən bir neçə saat sonra təsadüfən şəhərdə görüşmüşlər. Görüş zamanı onun yadına düşmüşdür ki, Əliyə əlli manat borcu vardır, həmin vaxt onun cibində cəmi qırx beş manat pul olmuş, həmin pulu Əliyə vermiş və demişdir ki, “beş manatı da mənə görə keç”, Əli də razılaşmışdır. Sonra, o, bütün gün evdə olmuş, həmin gün dostunun ad günü məclisi olduğu üçün axşama kimi evdən çıxmamışdır. Axşamüstü saat 17:00 radələrində, o, evdən çıxmışdır. Sonradan qonşuları onların qapısını döyüb guya atasının avtomobilini cızıblar adı ilə onu həyətə çağırmış, valideyinləri onun evdə olmadığını bildirmişlər. Sonra evə qayıdarkən öz yaşadığı binanın girişinə (bloka) daxil olanda polis əməkdaşları onu tutmuşlar. Həmin vaxt onunla polis əməkdaşları arasında mübahisə olmuş, polislər onu zorla avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Bir neçə saat polis şöbəsində qaldıqdan sonra onu baxış keçirilməsi üçün yaşadığı binanın həyətinə gətirmişlər. Binanın həyətində yerdə metamfetamin aşkar edilib götürülmüşdür. Sonra polis idarəsində onu məcbur etmişlər ki, həmin metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirsin. O, ilk öncə metamfetamini Təqsirləndirilən şəxs satın aldığını qeyd etsə də, Təqsirləndirilən şəxsla üzləşmə zamanı Əlinin metamfetamini ona hədiyyə verdiyini bildirmişdir. Əslində isə Təqsirləndirilən şəxs ona metamfetamin verməmişdir. O, həmin gün Gəncə şəhərindəki “Qrand Qafqaz” ticarət mərkəzinin “səbət bazarında” Təqsirləndirilən şəxsla görüşməmiş, orada baş verənlərdən xəbəri olmamışdır. X6 məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələ arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan olunmuşdur. Şahid qismində ibtidai isintaq zamanı dindirilmiş X41 ifadəsində göstərmişdir ki, o, həkim-stomatoloq kimi fəaliyyət göstərir, rəsmi dövlət işində işləmir. Gəncə şəhəri Hacıkənd qəsəbəsi sakini Təqsirləndirilən şəxs bir ildən artıqdır ki, tanıyır, normal münasibətləri olmuşdur, aralarında hər hansı bir narazılıq, ədavət olmamışdır. O, əvvəllər psixotrop maddə hesab edilən “şüşə” kimi adlandırdığı “Metamfetamin”dən istifadə etmiş, bədənində ağrılar olanda həmin maddədən istifadə etməklə ağrılarını yüngülləşdirmişdir. Əlinin “Metamfetamin”dən istifadə etməsini əvvəlcədən bilmiş, yəni Əli özü ona əvvəllər söhbət zamanı bildirmiş, ona görə də, o, 16 yanvar 2020-ci il tarixdə onun ağırıları olduğundan və metamfetamin də həmin vaxt onda olmadığından özünün ***-***-**-** mobil nömrəsindən Əlinin ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, xahiş etmişdir ki, agrıları var, onunla görüşsün, ona metamfetamin lazımdır. Əli də onun yaşadığı evin yerləşdiyi küçəyə özünün “Nisasan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmiş, o, Əlinin avtomobilində oturmuş, Əlidən metafetamin istəmiş, Əli də ona özü tərəf qapının içliyinin yuvacıgından sellofan bukülüdə metamfetamini çıxardıb siqaretin iç kağızında ona bir az vermiş, demişdir ki, ona hədiyyə kimi verir. Əli ilə ayrılan vaxt yadına düşmüşdür ki, çoxdandır ki Əliyə əlli manat borcu vardır. O da Əliyə bildirmişdir ki, cibində qırx beş manatı var və Əliyə qırx beş manat pul vermiş, beş manat borcu qalmışdır. Əli çıxıb getmiş, o da həmin kütlədən bir az istifadə etmiş, sonra polislər yaşadıgı evin yaxınlığından onu tutub gətirəndə Əlidən aldıgı psixotrop maddəni yerə tullamış, onu Gəncə Şəhər Baş Polis İdarəsinə gətirmişlər, orada vəkillə təmin edilmiş, üzərinə baxış keçirilmiş, üzərindən hər hansı bir nakotik vasitə, psixotrop maddə aşkar edilməmiş, o, Əlidən aldığı psixotrop maddəni evlərinin yaxınlığında saxlanılarkən yerə tulladıgını bildirmiş, sonra onun, vəkilinin və polislərin iştirakı ilə oraya baxış keçirilmiş, Əlinin ona satdığı, təxminən 0,1 qram çəkidə metamfetamin tulladıgı yerdə müəyyən edilib götürülmüş, həmin kütlə qablaşdırılmış, bu barədə protokol da tərtib edilmiş, bu barədə həmin iş üzrə izahat vermişdir.Gəncə Şəhər Baş Polis İdarəsində verdiyi əvvəlki ifadəsində və barəsində toplanmış material üzrə Əl Məmmədovdan metamfetamini pulla, yəni qırx beş manata almasını düzgün göstərməmiş, əslində Əli o metamfetamini ona pay vermişdir. O, həmin gün Əliyə verdiyi qırx beş manat pulu Əlidən borc kimi aldığı əlli manatın yerinə, borcunun əvəzinə vermiş, hələ beş manatı çatmamışdır, Əliyə demişdir ki, hallalıq elə, Əli də demişdir ki, halalı olsun. O, Əlidən metamfetamini pula almamış, o, həmin metamfetamini ona pay vermişdir. Onu polisə gətirəndə o, bir az həyəcanlı olmuş, həmin gün Əliyə qırx beş manat verməsini demiş, Əlinin də ona metamfetamin verməsini demiş, onu o cür yazıblar, bu iş üzrə də şahid kimi ifadə verəndə fikirləşmişdir ki, barəsində olan material üzrə o cür demiş, ona görə də o cür ifadə vermiş, amma üzləşmədə, o, həqiqəti bildirmiş, indi də həqiqəti deyir ki, Əli ona metamfetamini pay vermiş, qırx beş manat onun Əliyə olan borcunu qaytardıgı pul olmuş, hələ beş manatı verə bilməmişdir. Şahid qismində ibtidai istintaq zamanı dindirilmiş X29 dəfələrlə məhkəməyə şahid qismində çağırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə məcburi gətirilməsinə dair barəsində bir neçə dəfə qərar çıxarılmasına baxmayaraq həmin məhkəmə qərarları icra edilməmiş qalmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq daxil olmuş 06 mart 2023-cü il tarixli 3-38-33/2-903/2023 saylı məktubdan görünür ki, 23 avqust 1978-ci ildə doğulmuş X16 01 yanvar 2021-ci il tarixdən 20 fevral 2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2021-çıxış, xx.xx.2022-giriş, xx.xx.2022-çıxış. Məhkəmə iclasında X16 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. X7 ibtidai istintaq zamanı vermiş olduğu İfadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, özü fərdi əməklə, alverlə məşğul olur. 16 yanvar 2020-ci il tarixdə saat 16:30 radələrində Cəncə şəhəri Z.Əliyeva küçəsində verləşən “Qrand Qafqaz” ticarət mərkəzində olarkən “Gəncə səbəti” mağazasının qarşısında polis əməkdaşları ona orada olan avtomobillərə baxış keçirilməsində hal şahidi kimi ıştırak etməsini təklif etmiş, o da polis əməkdaşlarının bu təklifi ilə razılaşmış, ondan əlavə digər bir nəfər X1 adlı hal şahidi də dəvət edilmişdir. Bundan əlavə, orada zədələnmiş “VAZ 2107” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də baxışda iştirak etmək üçün dəvət edilmişdir. Baxış keçirmədə üç nəfər mülki geyimdə X44 oglu, X30 və X31 adlı polis əməkdaşları da iştirak etmişlər. Baxış keçirmədən əvvəl onların hüquq və vəzifələri izah edilmişdir. Onlar əvvəldən axıradək baxış keçirmədə iştirak etmişlər. İlkin olaraq baxış keçirmə zamanı məlum olmuşdur ki, orada ağ rəngli “Niva” markalı tranzit nömrə nişanlı avtomobilin sag yan hissəsi, “VAZ-2107” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa və ətraf hissələri, eyni zamanda Rusiya dövlət qeydiyyat nişanlı qara rəngli “Wolksfagen Jetta” markalı avtomobilin sol arxa qanadı və orada olan açıq yaşıl rəngli “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan və arxa hissəsi zədələnmişdir. Baxış zamanı bildirilmişdir ki, sonuncu avtomobilin sürücüsü avtomobili arxaya hərəkət etdirən zaman digər avtomobillər zədələnmişdir. Bundan sonra videokamera vasitəsi ilə “Nissan Maksima” markalı avtomobilin salon hissəsinə baxış keçirilmiş, baxış zamanı avtomobilin salon hissəsindən 2 (iki) ədəd iri ölçülü ov bıçaqları, sürətlər qutusunun üst hissələri, pul qablarında kartlar, sənədlər və digər əşyalar müəyyən edilib avtomobilin mühərrik örtüyünün üstünə qoyulmuşdur. Avtomobilin salon hisəssinə baxış keçirmə zamanı sürücü tərəf qapının içliyinin yuvacığından sellofan bükümdə ağ rəngdə kütlə aşkar edilmiş, bundan sonra avtomobilin yük yerinə baxış keçirilən zamanı ehtiyat təkərin alt hissəsində qabda 01 (bir) ədəd tapança silahı, içərisində sandıqçada 06 ədəd dolu patron, bir ədəd boş giliz də müəyyən edilmişdir. Onlar hamısı baxış keçirməni izləmiş, videokamera da aşkar olunan əşyaları videolentə almışdır. Sonda da sürücü tərəf qapının içliyinin yuvacığından aşkar edilmiş sellofon bükülü avtomobilin salon hissəsində aşkar edilmiş aptek tərəzisində çəkilmiş, ümumilikdə 9,5 (doqquz tam onda beş) qram gəlmiş, baxış başa çatdıqdan sonra baxış barədə hadisə yerində protokol tərtib edilmişdir. Protokol onlara ucadan oxunmuş, baxışa uyğun tərtib edildiyi üçün onlar hamısı protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. O, baxış keçirilən “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü tanımır, həmin sürücü ilə heç bir münasibəti olmamışdır. Baxış keçirmədə və sonradan ona məlum olmuşdur ki, “Nissan Maxima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə həmin yerdə polis əməkdaşları yaxınlaşan zaman avtomobilini arxaya hərəkət etdirib bir nəfər polis əməkdaşını xəsarətləndirmiş, həmin baxış keçirilən avtomobillərə də ziyan vurmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: -“Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol: Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis kapitanı X13, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin kiçik əməliyyat müvəkkili polis serjantı X17, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin kiçik inspektoru polis baş serjantı X14, Gəncə şəhər sakini (hadisə zamanı ziyan dəymiş “VAZ 2107” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü) X2, Gəncə Şəhər Baş Polis İdarəsinin Kriminalistik tədqiqatlar idarəsinin ekspert-kriminalisti X18, hal şahidləri-X3 və X19 iştirakları ilə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X25 tərəfindən tərtib edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 yanvar 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş foto-cədvəllərdən görünür ki, Gəncə şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən “Qrand Qafqaz” ticarət mərkəzinin içərisində olan “Gəncə səbəti” adlı ticarət obyektinin qarşısındakı hadisə yerində olan “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı, “Volskfagen Jetta” markalı “C375TT/161” Rusiya dövlət qeydiyyat nişanlı, həmçinin “Niva” markalı “tranzit 010” dövlət qeydiyyat nişanlı avtomobillər zədələnmişdir. Bundan başqa, şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərindən baxış keçirilərkən avtomobilin salonundan, yəni sürücünün oturduğu oturacağın sağ yan hissəsindən 2 (iki) ədəd iri bıçaq qabları ilə birlikdə götürülmüşdür. Bundan başqa, avtomobilin salonundan iş üçün sübut əhəmiyyəti daşımayan şəxsi əşyalar, avtomobilin sol sürücü tərəf qapısının içərisindən ağ rəngli sellofan bükülüdə olan ilk baxışdan narkotik vasitəyə bənzər “Metamfetamin” adlanan kütlə və bir ədəd aptek tərəzisi götürülmüş, bundan başqa, avtomobilin arxa saxlanc yerində olan ehtiyat şinin bağlanc yerinin alt hissəsindən 1 (bir) ədəd silah qabının içərisində qabı ilə birlikdə qara rəngli, üzərində “450610” nömrəsi yazılmış, markası məlum olmayan tapança və həmin tapançaya məxsus bir daraq içərisində 6 (altı) ədəd patron və 1 (bir) ədəd boş giliz aşkar edilərək götürülmüşdür. Bir ədəd sellofan bükülüdə olan kütlə aptek tərəzisində çəkilmiş və 9,5 qram olması müəyyən edilmişdir. Həmin adları qeyd olunan əşyalar qablaşdırılmadan, şübhəli şəxsin üzərinə baxış keçirilərkən ona təqdim etməkdən ötrü Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Baxış saat 16:35-də başlanmş və saat 17:10-da başa çatmışdır (protokol onu tərtib edən şəxs və iştirakçıların hamısı tərəfindən imzalanmışdır). Protokola əlavə edilmiş 14 ədəd foto-cədvəldə baxışın gedişatını, o cümlədən “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş silah-sursat və digər əşyaları əks etdirən fotoşəkillər və həmin fotoşəkillərə olan yazılı izahlar vardır. -“Şəxsin üzərinə baxış keçirilməsi və götürülmə haqqında” protokol: Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis kapitanı X32, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis baş leytenantı X13, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin kiçik əməliyyat müvəkkili polis serjantı X17, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin kiçik inspektoru polis baş serjantı X14, Gəncə Şəhər Baş Polis İdarəsinin Kriminalistik tədqiqatlar idarəsinin inspektor-kriminalisti polis kapitanı X18, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəl şəxsin müdafiəçisi X4 iştirakları ilə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X25 tərəfindən tərtib edilmiş “Baxış keçirilməsi və götürülmə haqqında” 16 yanvar 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş foto-cədvəllərdən görünür ki, müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxş keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxş keçirilməmişdən əvvəl onun avtomobilinə baxış keçirilib götürülən əşyalar təqdim edilmiş, şübhəli şəxs həmin silah, bıçaq, narkotik vasitəyə oxşar kütlənin və digər əşyaların onun avtomobilində olmasını və ona məxsus olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdən əvvəl üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşyaların olub-olmaması soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükülüdə ilk görünüşdən psixotrop maddə olan “Metamfetamin”ə oxşar kütləni təqdim etmiş və bildirmişdir ki, avtomobildə olan narkotik vsitənin bir hissəsidir. Həmin kütlə tərəflərindən aptek tərəzisində çəkilmiş, kağızla birlikdə ümumi çəkisi 1,22 qram olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Hidayət Məmmədov şübhəli şəxsə aşkar edilmiş əşyaların və narkotik vasitənin ona məxsus olub-olmamasını, ona hər hansı bir təzyiq göstərilib göstərilməməsinisoruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əşyalar ona məxsusdur, ona hər hansı bir təzyiq göstərilməmişdir. Həmçinin yaşadığı evə baxış keçirilməsinə etirazını olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi çəkisi 1,22 qram narkotik vasitəyə bənzər kütlə, avtomobildən götürülmüş 9,5 qram kütlə, 2 (iki) ədəd bıçaq, 1 (bir) ədəd tapança, tapançaya aid 6 (altı) ədəd patron və 1 (bir) ədəd boş giliz əhəmiyyət kəsb etdikləri üçün tərəflərindən qablaşdırılaraq götürülmüş, Daxili İşlər Nazirliyinin 91 saylı möhürü ilə möhürlənmiş, digər əşyalar şəxsi əşyalar olduğundan və sübut olaraq hər hansı bir əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə təhvil verilmişdir. Baxış saat 18:15-də başlanmş və saat 18:35-də başa çatmışdır (protokol onu tərtib edən şəxs və iştirakçıların hamısı tərəfindən imzalanmışdır). Protokola əlavə edilmiş 7 ədəd foto-cədvəldə baxışın gedişatını, o cümlədən Təqsirləndirilən şəxs üzərində və ona məxsus “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş silah-sursatı, narkotik vasitəyə bənzər kütləni və digər əşyaları əks etdirən fotoşəkillər və həmin fotoşəkillərə aid olan yazılı izahlar vardır. -“Yaşayış evinə baxış keçirilməsi haqqında” protokol: Gəncə Şəhər Baş Polis İdarəsinin Kriminalistik tədqiqatlar idarəsinin ekspert-kriminalisti polis kapitanı X18, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis baş leytenantı X13, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin kiçik əməliyyat müvəkkili polis serjantı X17, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin kiçik inspektoru polis baş serjantı X14, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəl şəxsin müdafiəçisi X4 iştirakları ilə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X25 tərəfindən tərtib edilmiş “Yaşayış evinə baxış keçirilməsi haqqında” 16 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Göygöl rayonunun Qızılqaya kəndində yerləşən və fəaliyyətdə olmayan “Duru” kafesinə baxş keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan-Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, əvvəllər istirahət obyekti kimi fəaliyyət göstərmiş, lakin halhazırda fəaliyyət göstərməyən “Duru” adı ilə tanınan isirahət obyektidir. Obyekt Qızılqaya qəsəbəsində Göygöl şəhəri istiqamətində gedən yolun sol hissəsində yerləşir. Həmin obyektin ümumi giriş qpısı dəmir barmaqlıqlardan hazırlanmışdır, qara rəngdədir. Qapı dəmir məmulatdan hazırlanmış zəncir və iki ədəd qıfılla qıfıllanmışdır. Həmin qıfıllar şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən açarla açılmışdır. Obyektə daxil olarkən sol istiqamətdə kupe, sanitar qovşağı vardır, bundan sonra rəqs meydançası və səhnə vardır, sağ istiqamətdə isə beş ədəd kupe tipli boş otaqlar vardır. Təqsirləndirilən şəxs yaşadığı otaq obyektin girişindən sol istiqamətdə yerləşir, otağın giriş qapısı ağ rəngli plastik qapıdan ibarətdir. Otağa daxil olanda sol istiqamətdə və orrta hissədə üç ədəd divan, bir ədəd jurnal masası və sol künc hissədə bir ədəd masa vardır. Giriş qapısının sağ hissəsində əlavə ağrəngli qapı vardır-həmin yerdə sanitar qovşağı yerləşir. Otağın digər sol tərəfində qara rəngli qapı vadır, həmin otağa daxil lduqda orta hissədə yataq dəsti vardır. Sağ tərəfdə paltar şkafı və trümo, trümonun qarşısında isə iri ölçülü televizor vardır. Giriş otağının sol künc hissəsindəki stolun üzərində olan qənd qabının içərisində iki ədəd bükülü müəyyən edilmişdir. Bundan sonra yaşayış evinə baxış keçirmə zamanı sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş kağız bükülüdə olan kütlə iştirakçılar tərəfindən aptek tərəzisində çəkilmiş və 0,6 qram olmuş, gümüşü falqadakı kütlənin isə 0,9 qram olması müəyyən edilmiş, təəflərindən qablaşdırılaraq götürülmüşdür. Baxış saat 19:05-də başlanmş və saat 19:35də başa çatmışdır (protokol onu tərtib edən şəxs və iştirakçıların hamısı tərəfindən imzalanmışdır). -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin 17 yanvar 2020-ci il tarixli 40 nömrəli rəyində göstərilmişdir ki: 1) tədqiqata təqdim olunmuş predmet- zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, “450610” nömrəli “Sauer 38H” modelli yivli, odlu döyüş silahıdır- tapançadır; 2) tədqiqata təqdim olunmuş predmet- zavod üsulu ilə istehsal edilmiş “Sauer 38H” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 09 ədəd 7,65 mm kalibrli patron tutumlu, funksional əhəmiyyət daşımayan komplekt hissəsidir— sandıqçadır və təyinatı üzrə isüfadəyə yararlıdır; 3) tədqiqata təqdim edilmiş predmet-07 (yeddi) ədəd 7,65 mm kalibrli “Sauer 38H” modelli avtomatik tapançada və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 06 ədədi 7,65x17 mm kalibrli patrondur, 01 ədədi patronun hissəsidir-gilizdir; 06 ədəd patron döyüş sursatı hesab edilir və istifadəyə (atəşə) yararlıdır, 01 ədəd giliz hazırki vəziyyətdə döyüş sursatı hesab edilmir və istifadəyə yararsızdır. -Azərbaycan Resupblikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2020-ci il tarixli 1990 nömrəli rəyində göstərişmişdir ki: -1) tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, “450610” nömrəli “Sauer 38H” modelli, yivli, odlu döyüş silahıdır— tapançadır, saz vəziyyətdədir, silahın hissə və mexanizmləri üzərində sonradan hər hansı konstruktiv əlavə və dəyişikliklər edlməmişdir, rəyin tədqiqi hissəsində göstərilən səbəbdən hazırki vəziyyətdə nasazdır, atəşə yararsızdır; -1) tədqiqata təqdim olunmuş predmet zavod üsulu ilə istehsal edilmiş “Sauer 38H” modelli tapançalarda isüfadə edilmək üçün nəzərdə tutulmuş, 09 ədəd 7,65 mm kalibrli patron tutumlu, funksional əhəmiyyət daşımayan komplekt hissəsidir— sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır; -3) tədqiqata təqdim edilmiş 07 (yeddi) predmet-7,65 mm kalibrli “Sauer 38H” modeli avtomatik tapançada və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçin nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 06 ədədi 7,65x17 mm kalibrli patrondur, 01 ədədi patronun hissəsidir-gilizdir, onlardan 06 ədəd patron döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdırlar, 01 ədəd giliz isə hazırki vəziyyətdə döyüş sursatı hesab edilmir və isufadəyə yararsızdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertızası Mərkəzinin Gəncə regional bölməsindən alınmış 17 yanvar 2020-ci il tarixli 41 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən (“1” və “2” rəqəmləri ilə işarələnmiş) 02 (iki) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malık olan umumi təyinatlı ov bıçaqlarıdır və soyuq silah hesab edilirlər. Təyinatı üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsindən alınmış 17 yanvar 2020-ci il tarixli 42 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki godəkcənin sağ yan cibindən kağız parçasına bükülmüş kütlə” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd kağız parçası bükümündə təmiz çəkisi 0,835 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısı”na əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, metamfetamin- “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-cı Siyahısının İİ bəndinə daxildir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekpsertizası mərkəzinin Gəncə regional bölməsindən alınmış 17 yanvar 2020-ci il tarixli 43 nömrəli rəyində gostərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxsrun avtomobilindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd poletilen torbacıqda təmiz çəkisi 7,898 qram maddə- kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısı”na əsaslanaraq yoxlanıldı və və müəyyən olundu ki, metamfetamin “Aərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”ın 1-ci Siyahısının İİ bəndinə daxildir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekpsertizası mərkəzinin Gəncə regional bölməsindən alınmış 17 yanvar 2020-ci il tarixli 44 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs faktiki yaşadığı “Duru” kafesində aşkar olunmuş 1 (bir) ədəd gümüşü falqada və 1 (bir) ədəd kağız parçada aşkar olunmuş kütlələr” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd sellofan torbacıqda:-01 (bir) ədəd kağız parçası bükümündə təmiz çəkisi 0,502 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir;-1(bir) ədəd “gümüşü” kağız bükümdə təmiz çəkisi-0,824 qram maddə, qida məhsulu olan limon duzudur. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və və müəyyən olundu ki, metamfetamin “Aərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1-ci şiyahısının İİ bəndinə daxildir; limon duzu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına daxil deyildir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinin Gəncə regional bölməsindən alınmış 11 mart 2020-ci il tarixli 16/199 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1) tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən götürülmüş kağız parçasına bükülmüş kütlə” sözləri və imzalar olan kağız paketdəki, 2) üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş kütlə” sözləri və imzalar olan kağız paketdəki və 3) üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs faktiki yaşadığı “Duru” kafesində aşkar olunmuş 1 (bir) ədəd gümüşü falqada və 1 (bir) ədəd kağız parçasında aşkar olunmuş kütlələr” sözləri və imzalar olan kağız paketdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər. -Gəncə Rayonlararası Narkoloji Dispanserin 26 fevral 2020-ci il tarixli 90 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan “Metamfetamin”dən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. -İbtidai istintaq zamanı Gəncə Ovçular Cəmiyyətinə edilmiş sorğuya cavabla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ovçular cəmiyyətinin üzvü deyildir və qeydiyyatdan keçməmişdir. -İbtidai istintaq materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər məhkum olunması barədə hər hansı bir məlumat yoxdur. -Cinayət İşi materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs avtomobilinə, üzərinə və yaşadığı evə baxış zamanı qeydə alınmış video görüntü olan 03 (üç) ədəd DVD-disk (elektron daşıyıcı) sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edildiyi göstərilmişdir. Həmin cinayət işi materiallarının Gəncə Şəhər Prokurorluğundan Göygöl Rayon Məhkəməsinə göndərildiyini təsdiq edən 13 aprel 2020-ci il tarixli ********* nömrəli müşayiətedici məktubda da 03 (üç) ədəd diskin cinayət işi materialları ilə birlikdə göndərildiyi göstərilmişdir. Həmin cinayət işi materiallarının Göygöl Rayon Məhkəməsindən Gəncə Apellyasiya Məhkəməsinə göndərildiyini təsiq edən 25 yanvar 2021-ci il tarixli 1(066)-42/2020 nömrəli müşayiətedici məktubda 03 (üç) ədəd DVD-diskin cinayət işi materialları ilə birlikdə göndərilməsi göstərilməmişdir. Həmin cinayət işi materiallarının Gəncə Apellyasiya Məhkəməsindən Kəlbəcər Rayon Məhkəməsinə göndərildiyini təsiq edən 21 may 2021-ci il tarixli 1(104)-186/2021 nömrəli müşayiətedici məktubda 01 (bir) ədəd CD-diskin cinayət işi materialları ilə birlikdə göndərildiyi göstərilmişdir (həmin 01 ədəd CD-diskə baxış keçirilərkən diskin daxilində heç bir elektron məlumat olmadığı aşkar edildi-hakimin qeydi). Cinayət işi materialları 31 may 2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsindən Kəlbəcər Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarında aşkar olunmayan 03 ədəd DVD-disklə bağlı Kəlbəcər Rayon Məhkəməsinin Göygöl Rayon Məhkəməsinə göndərdiyi sorğuya cavab olaraq Göygöl Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 1(066)-42/2020 nömrəli məktubunda göstərilmişdir ki, “15 aprel 2020-ci il tarixdə Gəncə Şəhər Prokurorluğundan Göygöl Rayon Məhkəməsinə daxil olmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin müşayiət edici məktubunda üç ədəd DVD diskin olduğu göstərilsə də, həmin DVD-disklər cinayət işinə əlavə edilmədiyindən akt tərtib edilmişdir; həmin aktın surəti məlumat üçün Sizə göndərilir” (Göygöl Rayon Məhkəməsinin dəftərxana müdiri, böyük məsləhətçisi və arxiv müdiri tərəfindən birgə tərtib olunaraq imzalanmış müvafiq akt həmin məktuba əlavə edilmişdir). Məhkəmə istintaqı zamanı iş materiallarında aşkar olunmayan 03 ədəd DVDdisklə bağlı Kəlbəcər Rayon Məhkəməsi tərəfindən həmçinin Gəncə Şəhər Prokurorluğuna göndərilmiş sorğuya cavab olaraq göndərilmiş 01 dekabr 2021-ci il tarixli ********* nömrəli məktubda 03 ədəd diskin cinayət işi materialları ilə birlikdə Göygöl Rayon Məhkəməsinə təqdim olunduğu bildirilmişdir. Cinayət işi materiallarının Göygöl Rayon Məhkəməsindəki icraatla bağlı sənədlərdən görünür ki, həmin DVD-disklər Göygöl Rayon Məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı tədqiq edilməmişdir. -Cinayət işi materiallarında olan 29 fevral 2020-ci il tarixli “Videodisklərə baxış keçirilməsi haqqında” protokoldan və müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 29 mart 2020-ci il tarixli qərarından görünür ki, ibtidai istintaq zanmanı 16 yanvar 2020-ci il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhərindəki “Qrand Qafqaz” ticarət mərkəzində Təqsirləndirilən şəxs məxsus olan “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanli avtomobilə, Təqsirləndirilən şəxs üzərinə və müvəqqəti yaşadığı Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən “Duru” kafesinə baxış keçirilərkən hər üç halda videoçəkilişdən istifadə edildiyindən həmin videogörüntüləri əks etdirən üç ədəd DVD-diskə baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki: 1) üzərində “avtomobil” sözü yazılmış diskə baxış keçirilən zamanı məlum olmuşdur ki, diskdə 2 (iki) ədəd videogörüntü vardır. Birinci görüntüdə çəkilş 15 dəqiqə 13 saniyə davam etmişdir. Həmin videogörüntülərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi iştirak etmir, baxışda iştirak edən şəxslərin baxışda iştirak edə şəxslərin adları, soyadları, ata adları, yaşayış yeri və iş yerləri bildirilir. Həmçinin bildirilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasında şübhəli olduğu üçün ticarət mərkəzində idarə etdiyi Nissan Maksima markalı **-EE-*** dövlət qeydiyyat nişanli avtomobillə saxlanılan zaman hadisə yerindən yayınarkən qarşısında dayanmış VAZ 2107 markalı **- DU-*** dövlət qydiyyat nişanlı avtomobilin arxasından və qarşı tərəfindən vuraraq əmlakına ziyan vurmuşdur, avtomobilin qarşı hissəsi elektrik dirəyinə dəymiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil digər Passat Jetta markalı “C375TT161” Rusiya dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qanadina dəyərək zərər vurmuş, həmin avtomobillər göstərilir. Bundan sonra Niva markalı avtomobilin sağ yan qapı və qanad hissəsinin zədələməsi də bildirilməklə həmin hissə göstərilir, sonra isə şübhəli şəxs qismində saxlanıldığı deyilən Təqsirləndirilən şəxs avtomobilinəbaxış keçirilərkən iki nəfər hal şahidləri-X1 və X29 adlarında şəxslər göstərilir, baxış həmin hal şahidlərinin, polis əməkdaşlarının (sənədlərdə polis əməkdaşlarının adlar açıqlanmır-hakimin qeydi) və VAZ 2107 markalı avtomobilin sürücüsünün iştirakları ilə keçirilir, baxış zamanı avtomobilin sol yan güzgüsünün, qanad və arxa yan hissəsinin, sağ qapı hissəsinin zədələndiyi qeyd edilir, sonra avtomobilin salon hissəsinə baxış keçirilməsinə başlanılır, avtomobilin salaon hissəsinə baxış keçirmə videokamera vasitəsi ilə çəkilir, avtomobilin sürücü tərəf oturacağın sağ hissəsindən bir ədəd iri ölçülü bıçağın aşkar edilməsi, sənəd olan qabların aşkar edilməsi, bir ədəd kiçik ölçülü bıçağın açkar edilməsi məlum olur. Aşkar edilmiş iki ədəd iri ölçülü bıçaq, sənədlər olan qablarsürətlər ötürücüsünün baş hissəsi, digər əşyalar avtomobilin mühərrik örtüyünyn üstünə yağılır,sonra sürücü tərəf qapının iç üzlüyündə sellofan bükülüdə ağ rənfli metamfetaminə oxşar kütlə müəyyən edilib mühərrik örtüyünün üstünə qoyulur, baxış zamanı telefon. Qulaqcıq, digər əşyalar da mühərrik örtüyünün üstünə qoyulur. Bundan sonra avtomobilin yük yerinə baxılır, ehtiyat şinin diski açılır, diskin alt hissəsindən hərbi çexolun içərisindəki üzlükdə bir ədəd tapançanın və darağın olması görünür, həmin silahsursat gətirilib avtomobilin mühərrik örtüyünün üzərinə qoyulur. Tapançanın sandıqçasında 06 (altı) ədəd patronun və 1 (bir) ədəd boş gilizin olduğu görünür, sonra Təqsirləndirilən şəxs avtomobilinin salonundan 02 ədəd iri ölçülü bıçağın, üzlüyünün, telefonun, avtomobilə aid hissənin, siqaretin, açarın, ağ rəngli şüşəyəmetamfetaminə oxşar kütlənin, üzqırxan aparatın, köhnə aışqan, tapança, üzlük, sandıqça, 06 ədəd patron və 01 ədəd gilizin olması, ədviyyatın olması, aptek tərəzisinin, sənəd və kartların olması elna edilir. Həmin aşka edilmiş əşyaların qablaşdırılıb götürüləcəyi bildirilir, çəkilişin davamı olaraq Təqsirləndirilən şəxs Gəncə Şəhər Baş Polis İdarəsinə götürüldüyü üçün çəkilişin davamı Gəncə Şəhər Baş Polis İdarəsində davam etdiriləcəyi, çəklişin müvəqqəti dayandırıldığı bildirilir və çəkiliç sona yetir. Həmin diskdə olan 2-ci videoya baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin çəkiliş 33 saniyə davam edir. Həmin çəkilişdə avtomobildə aşkar edilmiş narkotik vasitəyə oxşar kütlənin aptek tərəzisində çəkiləcəyi bildirilir, kütlə aptek tərəzisində çəkilir, çəkinin 9,05 qram olması tərəzidə görünür, deyilişdə isə 9,5 qram olması bildirilir. Sonra həmin çəkiliş başa çatdırılır, davamı Gəncə Şəhər Baş Polis İdarəsində olacağı elan edilir. Cinayət işi materiallarında olan 2-ci videodiskə baxış keçirilən zaman məlum olmuşdur ki, həmin diskin içərisində bir ədəd videogörüntü vardır, həmin videogörüntü 16 dəqiqə 14 saniyə davam edir. Videoya baxış zamanı məlum olur ki, təhqiqatçı Etibar Abbasov Təqsirləndirilən şəxs, onun müdafiəçisi olmuş Gəncə Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Gəncə Şəhər Baş Polis İdarəsinin əməliyyat müvəkkilləri X32, X13, kiçik əməliyyat müvəkkilləri X17 və X14 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlayır. Baxışdan əvvəl X15 xəsarət alması səbəbindən avtomobilə baxışda iştirak etmədiyi bildirilir, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90-cı addəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bu barədə bildiriş vərəqəsi ona təqdim edilir, bundan sonra masa üzərində olan 02 ədəd bıçaq, sellofan büküldə metamfetaminə oxşar kütlə, 01 ədəd tapança, 06 ədəd patron, aptek tərəzisi və digər əşyaların Təqsirləndirilən şəxs avtomobilində aşkar edildiyi bildirilir, bıçqlar xətkeş vasitəsi ilə ölçülür, bıçaqlardan birisinin tiyəsinin uzunluğu 19,5 santimetr, dəstək hissəsinin isə uzunluğunun 12,5 santimetr olması məlum olur, digər bıçq ölçülərkən tiyəsinin uzunluğu 18 santimetr, dəstəyinin uzunluğunun isə 12 santimetr olması məlum olur. Həmin əşyaların Təqsirləndirilən şəxs məxsus olması soruşulur, Təqsirləndirilən şəxs bildirir ki, silah mərhum babasına aiddir, babası dünyasını dəyişəndən sonra silahı götürüb yadigar kimi saxlamışdır, gülləsini başqa bir yerdən əldə etmişdir, bir dəfə də olsun atəş açmamış, istifadə etməmiş, heç kim də silahı görməmişdir. O, bıçaq həbəskarıdır, ov bıçaqları satışda vardır, 30 manat pula almışdır, ovçuluqla məşğul olmur. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, xəstə olduğunu bildirir, kənar rayondan alıb ğzünün şəxsi istifadəsi üçün saxladığını bildirir, narkotiki aldığı şəxslərin adını bilmir, üzdən görsə tanıyar. Sonra Təqsirləndirilən şəxs sual verilir ki, polislər ona yaxınlaşanda nə səbəbə müqavimət göstərmişdir, Təqsirləndirilən şəxs bildirir ki, o, müqavimət göstərməyib, o, qapını açan kimi polislər ona yaxınlaşanda polis olmalarını deməmişlər, o da təntiyib ayağını qaza basmışdır. Tərəzini isə lombarda qızıl qoyanda onu aldatmasınlar deyə qızılı çəkmək üçün avtomobilində saxladığını bildirir. Sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olubolmadığı soruşulur, Təqsirləndirilən şəxs təsdiq edərək gödəkcəsinin sağ yan cibindən sellofan bükülüdə metamfetaminə oxşar kütləni çıxarır, eyni kisəyə aid olmasını bildirir, kütlə aptek tərəzisində çəkilir, bükülü ilə birgə 1,22 qram olması görünür, yaşadığ evdə hər hansı dövriyyəsi qadağan edilən əşyaların olub-olmaması soruşulur, yaşadığı yerə baxış keçirməyə etirazının olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs etirazının olmadığını və hər hansı bir qadağan olunmuş əşya olmadığını bildirir, vəkil Hidayət Məmmədov bir daha silah-sursatın, narkotik vasitə və bıçağın ona aid olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs həmin əşyaların ona məxsus olmasını, ona hər hansı təzyiq olmadığını bildirir, sonra evə baxış keçirmə olacağı deyilir. Həmin əşyaların qablaşdırılacağı bildirilir, baxış keçirmə başa çatır. Bundan sonra 3-cü videodiskə baxış keçirilən zaman məlum olmuşdur ki, diskin içərisində üç ədəd videogörüntü vardır, birinci videogörüntüyə baxış keçirilərkən videoçəkilişin 06 dəqiqə 14 saniyə olması məlum olub. Həmin videeoya baxış keçirilərkən təhqiqatçı tərəfindən iştirakçılar elan edilir, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 da iştirakının olduğu, razılığı ilə baxış keçirilməsi bildirilir. Təqsirləndirilən şəxs özü yaşadığı evə daxil olur, yaşadığı otağı göstərir, özü açarla qapını açıb içəri girir, ondan qanunla qadağan edilmiş əşya olub-olmaması, əgər varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs heç bir vasitə olmadığını bldirir, otağa baxış keçirməyə başlanıır, boş sellofan bükülü müəyyən olunur, baxış keçirilir, hər hansı sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilmir, növbəti qapının açarı olmadığından Təqsirləndirilən şəxs qapının sındırılmasını təklif edir, vəkil Hidayət Məmmədov buna etiraz edir, otağın açarları axtarılır, qapı açılmır, Təqsirləndirilən şəxs yenə də qapının sındırılmasını təklif edir və bununla bağlı hər hansı bir problemin olmadığını bildirir, videogörüntü başa çatır. Diskdəki 2-ci videogörüntüyə baxış keçirilərkən videogöüntünün 11 dəqiqə 34 saniyə olması məlum olmuşdur. Baxışda yataq otağına da Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakları ilə baxış keçirildiyi məlum olur, otaqdakı paltarlara, çantaya, dolaba, digər saxlanc yerlərinə baxış keçirilir, hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilmir, giriş otağında qənd qabının içərisindən kağıza bükülü vəziyyətdə iki büküm aşkar edildi, Təqsirləndirilən şəxs həmin bükümlərin dərman ola biləcəyini deyir, sonra baxıb deyir ki, oradan kimsə də işarə edib qoyublar, əgər həmin vasitədəndirsə, daha sözü yoxdur, əl-barmaq izlərinin yoxlanılmasını istəyir. Sonra həmin əşalar götürülür, müəyyənləşdiriləcəyi bildirilir, videogörüntü başa çatır. Diskdəki 3-cü videogörüntüyə baxış keçirilərkən videogörüntünün 01 dəqiqə olması məlum olmuşdur. Baxışda Təqsirləndirilən şəxs kiçik ölçülü kağız bükümlərdə nə olması bir daha soruşulur, Təqsirləndirilən şəxs bildirir ki, onlardan biri dərmandır, özünün xəstəliyi ilə əlaqədar qəbul edir, o biri də limon duzudur, çaynikdəki ərpi əritmək üçün limon duzundan istifadə edirki, ərp ərisin. Sonra bildirir ki, evində narkotik vasitə olmayıb, indi xatırlayır ki, o bükülülərdəki nədir. Sonra həmin bükülü çəkilir, videogörüntü başa çatır. -Təqsirilən şəxs Təqsirləndirilən şəxs özünün araşdırma üçün məhkəməyə təqdim etdiyi 01 ədəd DVD-diskə (elektron daşıyıcıya) məhkəmə tərəfindən baxış keçirilərkən həmin diskin yaddaşında 02 dəqiqə 25 saniyədən ibarət video-audio yazıda (“Kəpəz” televiziya kanalının efirində getmiş videomaterialdan götürülmüş) Gəncə şəhərindəki “Qrand Qafqaz” ticarət mərkəzinin ərazisində dayanmış Təqsirləndirilən şəxs məxsus yaşıl rəngli avtomobilə ağ rəngli “Niva” markalı avtomoblin yaxınlaşıb dayanması, Niva avtomobilindən üç nəfər mülki geyimli şəxslərin düşməsi və dərhal yaşıl avtomobiə yaxınlaşması, bu zaman yaşıl avtomobilin yerindən yüksək sürətlə geriyə hərəkət etməsi, bu zaman avtomobilə yaxınlaşmış mülki şəxslərdən birinin xəsarət aldığı, sonrakı epizodlarda Təqsirləndirilən şəxs polis idarəsində əynində olan gödəkcənin cibindən balaca kağız bükülünü çıxarıb stolun üstünə qoyur, bükülüdə ağ rəngli kütləni olduğu görünür; digər epizodda Təqsirləndirilən şəxs məxsus yaşıl rəngli avtomobilin mühərrik hissəsinin üst qoruyucu qapağının üzərində 01 ədəd tapança, 02 ədəd ov bıçağı və digər əşyaların düzüldüyü görünür (həmin videogörüntülərin mötəbər mənbədən əldə olunmalarına və həqiqiliyinə təminat olmadığından, məhkəmə həmin videogörüntüləri sübut kimi qəbul etmir). -Cinayət İşi materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs avtomobilindən, üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 1) 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, 450610 nömrəli “Sauer 38H” modelli atəşə yararsız yivli odlu silah hesab edilən tapança, 2) həmin silahda və uyğun kalibrli digər odlu silahlarda isufadə etmək üçün nəzərdə tutulan 06 (altı) ədəd 7,65x17 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə və atəşə yararlı olan patronlar və 01 (bir) ədəd 7,65x17 mm kalibrli patron gilizi, 3) 01 ədəd “Saver 38H” modelli tapançaların funksional əhəmiyyət daşımayan, 09 ədəd 7,65x17 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı hesab edilən komplekt hissəsi olan sandıqça (daraq), 4) 02 (iki) ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqları, ümumilikdə qalıq çəkiləri 8,685 (səkkiz tam mində altı yüz səksən beş) qram çəkidə, ayrıayrılıqda bir ədəd polietilen torbacıqda 7,748 (yeddi tam mində yeddi yüz qırx səkkiz) qram qalıq çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, bir ədəd kağız bükümündə 0, 585 (sıfır tam mində beş yüz səksən beş) qram qalıq çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və bir ədəd kağız parçası bükümündə 0,352 (sıfır tam mində üç yüz əlli iki) qram qalıq çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə hesab edilən metamfetaminlər iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və istintaq tamamlandıqdan sonra saxlanılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Təchizat qrupuna saxlanca təhvil verilmişdir. -Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 Təqsirləndirilən şəxs yaşadığı evdə psixotrop maddə olmaması, Təqsirləndirilən şəxs avtomobilinə, üzərinə və yaşadığı evə baxış keçirmə zamanı aşkar edilmiş predmetlərin qablaşdırılması videodiskdə öz əksini tapmadığına görə videoların, ona aid sənədlərin sübutlar siyahısından çıxarılması barədə ibtidai istintaq zamanı vermiş olduqları vəsatətləri müstəntiq tərəfindən əsassız hesab edildiyinə görə- Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmə haqqında qərar və baxışın nəticəsini əks etdirən protokol Göygöl Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qərarı ilə əsaslı hesab edildiyindən, habelə digər şahid ifadələri və qablaşdırmanın bütövluyünü təsdiq edən məhkəmə-kimyəvi ekspertizaların rəyləri və digər mötəbər sübutlarla sübuta yetirilməsi hallarına görə əsassız olduğundan rədd edilmişdir. -Gəncə Şəhər Baş Polis İdarəsinin 20 yanvar 2020-ci il tarixli sorğusuna (tələbnamə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin 23 yanvar 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (məhkumluğu yoxdur). Tətbiq edilməli olan normalar: Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: “Konstitusiya”) 60-cı maddəsinin: birinci hissəsinə əsasən,hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; ikinci hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. “İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin müddəalarından görünür ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə,ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla,— üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinin 4-cü, 5-ci, 6-cı, 8-ci bə 16-cı bəndlərindən görünür ki, döyüş silahı — qulluq vəzifəsinin və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunan silahdır; döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır; silah dövriyyəsi — silahın istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, satışı, başqasına verilməsi, əldə edilməsi, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, istifadə edilməsi, göndərilməsi, götürülməsi və məhv edilməsidir. -5-ci maddəsinin dördüncü hissəsindən görünür ki, Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır. -6-cı maddəsinin: birinci hissəsinə əsasən, xidməti və mülki silahın Dövlət Kadastrı (bundan sonra “kadastr” adlanacaq) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır, aparılır və Azərbaycan Respublikasında dövriyyəyə icazəsi olan xidməti və mülki silah barədə sistemləşdirilmiş məlumatı özündə əks etdirən rəsmi sənəddir; ikinci hissəsinə əssən, xidməti və mülki silah və onun döyüş sursatı barədə məlumatlar konkret silahın modelinin sertifikatlaşdırılmasının müsbət nəticələri əsasında Kadastra daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, parlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli 2 nömrəli qərarının: -1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir; təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olub-olmaması məsələsi “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir; təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. -5-ci bəndindən görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş ayrı-ayrı qaydaları, o cümlədən “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın tələblərini pozmaqla törədilməsində ifadə olunur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. -1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanuqanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun “İ Siyahı”sının İİ hissəsinin 27-ci bəndindən görünür ki, metamfetamin Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilən psixotrop maddədir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onarın külli miqdarına görə siyahılarının təsiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İİ Siyahısına (psixotrop maddələr) əsasən, 67-ci sırada göstərilən “Metamfetamin” maddəsi 0,15 qram və ondan yuxarı (2 qramdan az olmaq şərti ilə) şəxsi istehlak miqdarından artıq, 2 qram və ondan yuxarı olduqda külli miqdarda hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə tərübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 saylı qərarının: -1-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilsin. -2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (mətndə bundan sonra “CPM”): 138.1-ci maddəsinə əsasən, sübut etmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanmasından və qiymətləndirilməsindən ibarətdir. 138.2-ci maddəsinə əsasən,təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmək vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 139.0,139.0.1-139.0.6-cı maddələrinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli vəya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli baxış keçirmə və götürmə haqqında protokollarla, şahid ifadələri, məhkəmə-ballistik, əlavə məhkəməballistik, məhkəmə-kimyəvi, əlavə məhkəmə-kimyəvi ekspertizalarının rəyləri və işdə olan digər hüquqi sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək ibtidai istintaqda ona fiziki və psixoloji təzyiq olduğunu, əvvəlki müdafiəçisi Hidayət Məmmədovun ona olan fiziki və psixoloji təzyiqlərə göz yumduğunu, bu səbəbdən ibtidai istintaqda öz iradəsinə zidd olaraq özünü təqsirli bildiyini bildirsə də, ibtidai istintaq zamanı 29 mart 2020-ci il tarixdə sonrakı müdafiəçisi Zabil Qəhrəmanovun iştirakı ilə keçirilmiş dindirmədə də tapança, patron və metamfetaminlərin ona məxsus və şəxsi istifadəsi üçün olduğunu, polislərin onu döymədiklərini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ziddiyətli ifadələr verməsini onun konstitusion hüququ kimi qiymətləndirsə də, onun ibtidai istintaqda verdiyi ifadə digər sübutlarla uyğun olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəni mötəbər sübut kimi qəbul edir. Həmçinin, şahid qismində məhkəmədə dindirilmiş X33 ibtidai istintaqda ifadə vermədiyini və ibtidai istintaq orqanı tərəfindən onun yazılı ifadəsi kimi cinayət işi materiallarına əlavə edilmiş yazılı ifadənin mətninin altındakı imza və yazı nümunələrinin ona məxsus olmadığını bildirsə də, məhkəmə-xətşünaslıq ekspertizasının rəyində həmin yazılı ifadənin mətninin altındakı imza və yazı nümunələrinin Bəhruz Məmmədova məxsus olduğu təsdiq edilmişdir-belə olan halda, məhkəmə Bəhruz Məmmədovun ibtidai istintaqda verdiyi ifadəni digər sübutlarla əlaqəsini yoxlamaqla mötəbər sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 228.1-ci, 228.4-cü və 234.1-ci maddələrinin tərkib əlamətləri tam olaraq vardır və o, Cinayət Məcəlləsinin 228.1-ci, 228.4-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməli, Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri üzrə də cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur; Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməli, Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən-cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cəza təyin edilməməlidir. Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəzatörədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda, məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının: 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2-cibəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növ və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edənməlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və sair) kimi hallara da diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-cimaddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Hark Niderlanda qarşı” iş üzrə qərarın “51(b)” bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxartdığı qərarları əsaslandırsın-bu, o demək deyildir ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X42rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinin müddəalarından görünür ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Prosessual Məcəlləsinin: -44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. -44.2 və 44.2.1-ci maddələrinin müddəalarından görünür ki, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, X39 Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməli (qanunsuz olaraq soyuq silah əldə emə və gəzdirmə) 2020-ci ilin yanvar ayının 16-da törətmişdir. Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin şamil edildiyi əməllər Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Cinayət Məcəlləsinin 75.1.1 ci maddəsində nəzərdə tutulan 2 (iki) il müddət keçmişdir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməli, lakin Cinayət Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, ona Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə, həmçinin, təqsirləndirilən şəxsin həbsdən (qətimkan tədbiri) azad olunduğu 04 may 2020-ci il tarixdən sonra üç ildən artıq müddət keçdiyini və keçən müddət ərzində ictimai həyata normal adaptasiya olunduğunu da Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir; iş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən iş üzrə faktiki halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən iş üzrə cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə 06 (altı) ay müddətə azadıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə 06 (altı) ay müddətə azadıqdan məhrum etmə cəzasının təyin edilməsini; Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə sasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini; Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbs və ev dustaqlığı qətimkan tədbirlərinin icrası ilə bağlı həbsdə və ev dustaqlığında saxlanıldığı 10 (on) ay 14 (on dörd) gün müddətin ona qəti olaraq təyin edilmiş 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri üzrə təyin edilmiş 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hesab edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməli, lakin Təqsirləndirilən şəxs həmin əməl üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmaldır. Maddi sübutlar: Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş və hazırki cinayət işi üzrə maddi sübut kimi Gəncə Şəhər Baş Polis İdarəsinin Təchizat qrupuna saxlanca verilmiş: 1) 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,65х17 mm kalibrli, 450610 nömrəli “Sаuер 38H” modelli, atəşə yarasız, yivli odlu silah hesab edilən tapança, 2) həmin silahda və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal olnmuş və döyüş sursatı hesab edilən, istifadəyə və atəşə yararlı olan 06 (altı) ədəd 7,65х17 mm kalibrli patron, 3) 01 ədəd “Sаuер 38H” modelli tapançaların funksional əhəmiyyət daşımayan, 09 ədəd 7,65х17 mm kalibrli patron tutumuna malik, zavod üsuli ilə hazırlanmış və istifadəyə yararlı hesab edilən komplekt hissəsi olan sandıqça (daraq), 4) 02 ədəd soyuq siah hesab edilən, zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs avtomobilindən, üzərindən və yaşadığı kafedən aşkar edilərək götürülmüş və hazırki cinayət işi üzrə maddi sübut kimi Gəncə Şəhər Baş Polis İdarəsinin Təchizat qrupuna saxlanca verilmiş: ümumilikdə qalıq çəkisi 8,685 (səkkiz tam mində altı yüz səksən beş) qram, ayrı-ayrılıqda: 1) bir ədəd polietilen torbacıqda 7,748 (yeddi tam mində yeddi yüz qırx səkkiz) qram qalıq çəkidə kustar üsulla hazırlanmış pixotrop maddə hesab edilən metamfetamin, 2) bir ədəd kağız bükümündə 0, 585 (sıfır tam mində beş yüz səksən beş) qram qalıq çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və 3) bir ədəd kağız parçası bükümündə 0,352 (sıfır tam mində üç yüz əlli iki) qram qalıq çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, 4) həmçinin 01 (bir) ədəd istifadəyə yarasız 7,65х17 mm kalibrli patron gilizi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə digər maddi sübut yoxdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 01 (bir) ədəd DVD-disk sübut əhəmiyyəti daşımadığından maddi sübut kimi tanınmadan cinayət işi materiallarına əlavə edilməlidir. Məhkəmə xərcləri: İş üzrə 224,20 manat (iki yüz iyirmi dörd manat-20 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq “Büdcə təsnifatının kodu: 142319; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: adı-X8, kodu-210005, VÖEN 140155071, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab-AZ34CTRE********************” nömrəli hesaba ödənilməlidir. İş üzrə 125,00 manat (yüz iyirmi beş manat-00 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq “Büdcə təsnifatının kodu: 142595; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: adı-X8, kodu-210005, VÖEN 140155071, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab-AZ34CTRE********************” nömrəli hesaba ödənilməlidir. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Hökmün maddi sübutlarla və məhkəmə xərcləri ilə bağlı hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347,349, 351-353, 356.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə sasən, təyin ounmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 16 yanvar 2020-ci il tarixdən 04 may 2020-ci il tarixədək həbsdə və Göygöl Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli qərarına əsasən 04 may 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək ev dustaqlığında- cəmi 10 (on) ay 14 (on dörd) gün həbsdə və ev dustaqlığında olması, həbsdə və ya ev dustaqlığında bir gün saxlanma azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla və həmin müddət Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, ona təyin edilmiş cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş və hazırki cinayət işi üzrə maddi sübut kimi Gəncə Şəhər Baş Polis İdarəsinin Təchizat qrupuna saxlanca verilmiş: 1) 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,65х17 mm kalibrli, 450610 nömrəli “Sаuер 38H” modelli, atəşə yarasız yivli odlu silah hesab edilən tapança, 2) həmin silahda və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal olunmuş və döyüş sursatı hesab edilən, istifadəyə və atəşə yararlı olan 06 (altı) ədəd 7,65х17 mm kalibrli patron, 3) 01 ədəd “Sаuер 38H” modelli tapançaların funksional əhəmiyyət daşımayan, 09 ədəd 7,65х17 mm kalibrli patron tutumuna malik, zavod üsuli ilə hazırlanmış və istifdəyə yararlı hesab edilən komplekt hissəsi olan sandıqça, 4) 02 ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Təchizat idarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs avtomobilindən, üzərindən və yaşadığı yerdən aşkar edilərək götürülmüş və hazırki cinayət işi üzrə maddi sübut kimi Gəncə Şəhər Baş Polis İdarəsinin Təchizat qrupuna saxlanca verilmiş: ümumilikdə qalıq çəkisi 8,685 (səkkiz tam mində altı yüz səksən beş) qram, ayrı-ayrılıqda: 1) bir ədəd polietilen torbacıqda 7,748 (yeddi tam mində yeddi yüz qırx səkkiz) qram qalıq çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, 2) bir ədəd kağız bükümündə 0, 585 (sıfır tam mində beş yüz səksən beş) qram qalıq çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, 3) bir ədəd kağız parçası bükümündə 0,352 (sıfır tam mində üç yüz əlli iki) qram qalıq çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və 4) 01 (bir) ədəd atəşə və istifadəyə yarasız 7,65х17 mm kalibrli patron gilizi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 01 (bir) ədəd DVD-disk maddi sübut kimi tanınmadan cinayət işi materiallarına əlavə edilsin. İş üzrə 224,20 manat (iki yüz iyirmi dörd manat-20 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq “Büdcə təsnifatının kodu: 142319; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: adı-X8, kodu-210005, VÖEN 140155071, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab-AZ34CTRE********************” nömrəli hesaba ödənilsin. İş üzrə 125,00 manat (yüz iyirmi beş manat-00 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq “Büdcə təsnifatının kodu: 142595; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: adı-X8, kodu-210005, VÖEN 140155071, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab-AZ34CTRE********************” nömrəli hesaba ödənilsin. Hökmün maddi sübutlarla və məhkəmə xərcləri ilə bağlı hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Мəhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökmün elan edildiyi andan 20 gün müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar