Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(040)-1/2024 12.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs7 (eyni zamanda mülki iddiaçı), Zərərçəkmiş şəxs2 (eyni zamanda mülki iddiaçı), Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 (eyni zamanda mülki iddiaçı), Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxslər- 1) Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi3, 2) Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1, 3) Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 (xx xxxxxx 1981-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Göydərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, öhdəsində 02 (iki) azyaşlı uşağı olan, Kəlbəcər rayonunun Göydərə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və Göygöl rayonunun Çaykənd kəndində yaşayan, Göygöl Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 (xx xxxxx 1993-cü ildə Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, öhdəsində 02 (iki) azyaşlı uşağı olan, məhkum olunmamış, Kəlbəcər şəhəri, 20 yanvar küçəsi ev 73-də yaşayış yeri üzrə qeydiyyatda olmaqla Gəncə şəhəri ADAU-6 ətrafında yerləşən yataqxanada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, Mamedov Səyyaf Əfəndi oğlunun (xx xxxxxx 1982-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonunun Zallar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, ümumi orta təhsilli, fərdi əməklə məşğul olan, evli, öhdəsində 04 (dörd) azyaşlı uşağı olan, Göygöl rayonunun Çaykənd kəndində faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxslə, təkrarən, o cümlədən bir halda yaşayış sahəsinə qanunsuz daxil olaraq, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq etmiş, bundan başqa, yandırmaqla zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurub özgənin əmlakını qəsdən məhv etmiş, həmçinin, qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini və döyüş sursatlarını əldə edərək saxlamışdır. Belə ki, о: 1) özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 may 2019-cu il tarixdə Göygöl rayonunun Çaykənd kəndininin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs11 məxsus 1 (bir) baş iki yaşlı erkək cinsli 800 (səkkiz yüz) manat dəyərində iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. 2) Bundan başqa, o, təkrar, 02 avqust 2019-cu il tarixdə saat 08-dən 19-dək olan müddət ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs8 məxsus 1 (bir) baş boz rəngli, dişi cinsli, bir yaş səkkiz aylıq, 1000 (min) manat dəyərində, 2 (iki) baş qara rəngli, dişi cinsli, bir yaş səkkiz aylıq, hər birinin ayrı-ayrılıqda dəyəri 1000 (min) manat оlan, ümumilikdə 3000 (üç min) manat dəyərində 3 (üç) baş iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. 3) Bundan başqa, o, təkrar, 21 sentyabr 2019-cu il tarixdə saat 09-dan 16-dək olan müddət ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni Zod kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) baş 2000 (iki min) manat dəyərində, on yaşlı, dişi cinsli, qara rəngli, həmçinin Zərərçəkmiş şəxs7 məxsus 1 (bir) baş 1500 (min beş yüz) manat dəyərində dörd yaşlı, dişi cinsli, qara rəngli və 1 (bir) baş 1500 (min beş yüz) manat dəyərində dörd yaşlı, dişi cinsli, qara-qırmızı rəngli olmaqla, ümumilikdə 3000 (üç min) manat dəyərində 2 (iki) baş iribuynuzlu heyvanları gizli yolla talayaraq oğurluq etmişdir. 4) Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 oktyabr 2019-ci il tarixdə Göygöl rayonunun Çaykənd kəndində Zərərçəkmiş şəxs6 məxsus, ətrafı və qapısı bağlı olan torpaq sahəsindəн sonuncuya məxsus 800 (səkkiz yüz) manat dəyərində dörd yaşlı 1 (bir) baş atı gizli yolla talayaraq oğurluq etmişdir. 5) Bundan başqa, o, təkrar, 27 aprel 2020-ci il tarixdə saat 09-dan 18-dək olan müddət ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs8 məxsus 1 (bir) baş 900 (doqquz yüz) manat dəyərində dişi cinsli, bir il dörd aylıq, qarın hisəsinin altı ağ rəngli iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. 6) Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 iyul 2020-ci il tarixdə Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs9 məxsus 1 (bir) baş 1000 (min) manat dəyərində bir yaş iki aylıq erkək cinsli, iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. 7) Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 avqust 2020-ci il tarixdə Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs10 məxsus 1000 (min) manat dəyərində 1 (bir) baş atı gizli yolla talayaraq oğurluq etmişdir. 8) Bundan başqa, o, təkrar, 31 avqust 2020-ci il tarixdə saat 14-dən 19-dək olan müddət ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs9 məxsus 1(bir) baş qara rəngli, iki yaşlı, dişi cinsli, 2000 (iki min) manat dəyərində, 2 (iki) baş, hər birinin dəyəri ayrı ayrılıqda 2000 (iki min) manat olmaqla, iki yaşlı, dişi cinsli, boz rəngli və 1(bir) baş dişi cinsli, on yaşlı, boz rəngli 1000 (min) manat dəyərində olmaqla, ümumilikdə 7000 (yeddi min) manat dəyərində 4 (dörd) baş iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. 9) Bundan başqa, o, özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə tanışı X45 ilə birlikdə 07 aprel 2021-ci il tarixdə saat 01 radələrində Göygöl rayonunun Toğanalı kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus “Göyəzən” adlanan kafenin qış və erkən yaz aylarındа işləməməsindən istifadə edib, kafenin həyətdən olan qapısını açmaq yolu ilə içəri daxil olaraq ikinci mərtəbəyə qalxıb pəncərəni mexaniki təsir etmə yolu ilə açdıqdan sonra özləri ilə gətirdikləri neft məhlulunu qəsdən pəncərədən döşəmənin üzərinə yayaraq kibritlə alışdırmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus: ümumi səhəsi 48 kvadratmetr olan kafenin 25 kvadratmetr hissəsində olan 11232 (on bir min iki yüz otuz iki) manat dəyərində ümumi konstruksiyanı və kafenin içərisində olan: 1) hər birinin dəyəri 2500 (iki min beş yüz) manat olan cəmi 10000 (on min) manat dəyərində 4 (dörd) dəst mebeli, 2) hər birinin dəyəri 600 (altı yüz) manat olan cəmi 2400 (iki min dörd yüz) manat dəyərində 4 (dörd) ədəd “LG” markalı “107” diaqonal ekranlı televizoru, 3) 2000 (iki min) manat dəyərində 1 (bir) ədəd divan və 4 (dörd) ədəd kreslonu, 4) hər birinin dəyəri 1500 (min beş yüz) manat olan cəmi 6000 (altı min) manat dəyərində 4 (dörd) ədəd ikikameralı “Xitaki” markalı soyuducunu, 5) hər birinin dəyəri 500 (beş yüz) manat olmaqla cəmi 1000 (min) manat dəyərində 2 (iki) ədəd 2,5x8 metr ölçüdə dəhliz üçün nəzərdə tutulmuş xalçanı, 6) hər birinin dəyəri 700 (yeddi yüz) manat olan cəmi 2800 (iki min səkkiz yüz) manat dəyərində 4 (dörd) ədəd 4x5 метр ölçüdə xalçanı, 7) hər birinin dəyəri 100 (yüz) manat olan cəmi 1000 (min) manat dəyərində 10 (on) ədəd çilçırağı, 8) 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) ədəd “LG” markalı paltaryuyanı, 9) hər binin dəyəri 200 (iki yüz) manat olan 400 (dörd yüz) manat dəyərində 2 (iki) ədəd “Kenvood” markalı tozsoranı, 10) hər birinin dəyəri 250 (iki yüz əlli) manat olan cəmi 2000 (iki min) manat dəyərində 8 (səkkiz) ədəd örtükləri, 11) hər birinin dəyəri 150 (yüz əlli) manat olan cəmi 300 (üç yüz) manat dəyərində 2 (iki) ədəd taxta materialdan yazı маsаsını, 12) hər binin dəyəri 70 (yetmiş) manat olan cəmi 140 (yüz qırx) manat dəyərində 2 (iki) ədəd unitazı, 13) hər birinin dəyəri 50 (əlli) manat olan cəmi 100 (yüz) manat dəyərində 2 (iki) ədəd əl-üz yumaq üçün dəsti, 14) hər birinin dəyəri 30 (otuz) manat olan cəmi 60 (altmış) manat dəyərində 2 (iki) ədəd hamam üçün güzgü və duşları yandırmaqla yararsız hala salıb sonuncunun ümumilikdə xeyli miqdar hesab edilən 40232 (qırx min iki yüz otuz iki) manat dəyərində əmlakını qəsdən məhv etmişdir. 10) Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin iyun ayında dəqiq günü ibtidai istintaqa və məhkəməyə məlum olmayan tarixdə Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs12 məxsus 1000 (min) manat dəyərində iki yaşlı dişi cinsli, 1 (bir) baş iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. 11) Bundan başqa, o, təkrar, 08 avqust 2021-ci il tarixdə saat 06-dan 20-dək olan müddət ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs5 məxsus 1 (bir) baş 1000 (min) manat dəyərində dişi cinsli, dörd yaşlı, ağ rəngli, 1 (bir) baş 1000 (min) manat dəyərində dişi cinsli, dörd yaşlı, boz rəngli və 1 (bir) baş 3000 (üç min) manat dəyərində dörd yaşlı, dişi cinsli, boz rəngli, cəmi 5000 (beş min) manat dəyərində 3 (üç) baş iribuynuzlu heyvanı, həmçinin sonuncunun qohumu Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) baş 1500 (min beş yüz) manat dəyərində üç yaşlı, göy rəngli, dişi cinsli iribuynuzlu heyvanları gizli yolla talayaraq oğurluq etmişdir. 12) Bundan başqa, o, təkrar, 14 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətinə bağın çəpərində yerləşən giriş qapısını açma üsulu ilə qanunsuz olaraq daxil olub, fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilidə Zərərçəkmiş şəxs4 satmaq üçün yığdığı 1) hər bir qutusunun dəyəri 2,10 manat (iki manat 10 qəpik) olmaqla ümumi dəyəri 21 (iyirmi bir) manat olan 10 (on) qutu “Prima” markalı siqareti, 2) hər bir qutusunun dəyəri 2,10 manat (iki manat 10 qəpik) olmaqla ümumi dəyəri 21 (iyirmi bir) manat olan 10 qutu “Vikeroy” markalı siqaretİ, 3) hər bir qutusunun dəyəri 2,60 manat (iki manat 60 qəpik) olmaqla ümumi dəyəri 26 (iyirmi altı) manat olan 10 (on) qutu “Pall Mall” markalı siqareti, 4) hər bir qutusunun qiyməti 2,30 manat (iki manat 30 qəpik) olmaqla ümumi dəyəri 23 (iyirmi üç) manat olan 10 (on) qutu “Compakt Classik” markalı siqareti, 5) hər birinin dəyəri 6 (altı) manat olamaqla ümumi dəyəri 12 (on iki) manat olan 2 (iki) ədəd 0,5 litr həcmdə “Xan Chrystal” markalı arağı, 6) 1 (bir) ədəd 10 (on) manat dəyərində 0,7 litr həcmdə “Xan Chrystal” markalı arağı, 7) hər birinin dəyəri 8 (səkkiz) manat, ümumi dəyəri 16 (on altı) manat olan 2 (iki) ədəd 0,7 litr həcmdə “Ağsu” markalı arağı, 8) hər birinin dəyəri 10 (on) manat, ümumi dəyəri 20 (iyirmi) manat olan 2 (iki) ədəd 1 litr həcmdə “Ağsu” markalı arağı, 9) hər birinin dəyəri 5 (beş) manat, ümumi dəyəri 25 (iyirmi beş) manat olan 5 (beş) ədəd 0,5 litr həcmdə “Ağsu” markalı arağı, 10) ümumi dəyəri 60 (altmış) manat olan 5 (beş) kiloqram çəkidə “Ovçular” markalı kolbasanı, 11) ümumi dəyəri 24 (iyirmi dörd) manat olan 3 (üç) kiloqram çəkidə “Manqalüstü” markalı sosiskanı, 12) hər birinin dəyəri 7 (yeddi) manat, ümumi dəyəri 35 (otuz beş) manat olan 5 (beş) ədəd bağlı paketdə “Manqalüstü” markalı sosiskanı, 13) ümumi dəyəri 125 (yüz iyirmi beş) manat olan 25 (iyirmi beş) ədəd parça dəsmalı, 14) ümumi dəyəri 120 (yüz iyirmi) manat olan 5 (beş) bağlama corabı, hər bir qutusunun dəyəri 5 (beş) manat omaqla 300 (üç yüz) manat dəyərində 60 (altmış) qutu “Beta Tea” markalı qara çayı, 15) hər birinin dəyəri 6 (altı) manat olan cəmi 120 (yüz iyirmi) manat dəyərində 20 (iyirmi) ədəd “Pantene” markalı şaмpunu, 16) hər birinin dəyəri 10 (on) manat olan ümumi dəyəri 180 (yüz səksən) manat dəyərində 18 (on səkkiz) ədəd “Head and Shoulders” markalı şampunları, 17) hər birinin dəyəri 5 (beş) manat olan 8 (səkkiz) ədəd cəmi 40 (qırx) manat dəyərində “Möcüzə” markalı kərə yağlarını, 18) hər birinin dəyəri 1 (bir) manat olmaqla ümumi dəyəri 20 (iyirmi) manat olan 20 (iyirmi) ədəd “Bizon” markalı enerji içkisini, 19) hər birinin qiyməti 1 (bir) manat olmaqla ümumi dəyəri 20 (iyirmi) manat olan 20 (iyirmi) ədəd “Hell” markalı enerji içkisini, 20) 13 (on üç) manat dəyərində “Gillet” markalı üzqırxan ülgücü, Zərərçəkmiş şəxs4 mülkiyyətində olan ümumilikdə 1111 (min bir yüz on bir) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq etdikdən sonra törətdikləri oğurluq hadisəsinin izini itirmək məqsədi ilə yenidən sonuncuya məxsus fərdi yaşayış evinin həyətinə daxil olub yaşayış evinin pəncərəsini mexaniki təsir vasitəsi ilə açaraq qəsdən özləri ilə gətirdikləri neft məhlulunu qrupun üzvü Elnur Hüseynov pəncərədən döşəmənin üzərinə yaymış, o isə neft məhlulu yayılmış hissəyə kibritlə od salaraq Zərərçəkmiş şəxs4 204 kvadratmetr ölçüdə olan mənzilinin 26040 (iyirmi altı min qırx) manat dəyərində 108 kvadratmetrlik hissəsini, eləcə də mənzilin içərisində olan 1) 2 (iki) ədəd, hər biri 800 (səkkiz yüz) manat dəyərində 6 kiloqramlıq “LG” markalı paltaryuyan maşını, 2) 1 (bir) ədəd 1200 (min iki yüz) manat dəyərində ev üçün “Hisense” markalı soyuducunu, 3) 1 (bir) ədəd 400 (dörd yüz) manat dəyərində dondurma saxlamaq üçün soyuducunu, 4) 1 (bir) ədəd 200 (iki yüz) manat dəyərində “Çinar” markalı soyuducunu, 5) 1 (bir) ədəd 750 (yeddi yüz) manat dəyərində “LG” markalı 107 santimetr diaqonallı televizoru, 6) 1 (bir) ədəd 100 (yüz) manat dəyərində “LG” markalı 86 santimetr diaqonallı televizoru, 7) 2 (iki) ədəd, hər biri 150 (yüz əlli) manat dəyərində “Bosh” markalı ütünü, 8) 2 (iki) ədəd, hər biri 50 (əlli) manat dəyərində “Bosh”markalı mikseri, 9) 2 (iki) ədəd, hər biri 125 (yüz iyirmi beş) manat dəyərində “Geepas” markalı tozsoranı, 10) 1 (bir) ədəd 90 (doxsan) manat dəyərində “Beko” markalı tozsoranı, 11) 2 (iki) ədəd, hər biri 150 (yüz əlli) manat dəyərində “Akel” markalı elektrik sobasını, 12) 2 (iki) ədəd, hər biri 70 (yetmiş) manat dəyərində “Philips” markalı hava fenini, 13) 2 (iki) ədəd, hər biri 50 (əlli) manat dəyərində “Braun” markalı ütü fenini, 14) 1 (bir) ədəd 130 (yüz otuz) manat dəyərində “Sony” markalı DVD-ni, 15) 2 (iki) ədəd, hər biri 45 (qırx beş) manat dəyərində “Supermaks” markalı krosna (peyk anteni) aparatını, 16) 1 (bir) ədəd 60 (altmış) manat dəyərində “Omron” markalı təzyiqölçən aparatı, 17) 1 (bir) ədəd 50 (əlli) manat dəyərində “TpLİnk” markalı internet şəbəkəsi üçün modemi, 18) 1 (bir) ədəd 150 (yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan “Dəmir Döküm” markalı suqızdırıcı (minutka) aparatını, 19) 1 (bir) ədəd 900 (doqquz yüz) manat dəyərində “Asus” markalı noutbuk kompyuterini, 20) 3 (üç) ədəd, hər biri 100 (yüz) manat dəyərində Rusya istehsаlı olan çilçırağı, 21) 1 (bir) ədəd 150 (yüz əlli) manat dəyərində “Zinger” markalı tikiş maşınını, 22) 1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində oyma taxta materialından əl işi olaraq düzəldilmiş divar saatını, 23) 1 (bir) ədəd 100 (yüz) manat dəyərində yerli istehsal olan televizor altlığını, 24) 1 (bir) ədəd 3000 (üç min) manat dəyərində Türkiyə istehsalı olan yataq dəsti mebelini, 25) 1 (bir) ədəd 250 (iki yüz əlli) manat dəyərində yerli istehsal olan, taxta materialdan hazırlanmış uşaq beşiyini, 26) 1 (bir) ədəd 140 (yüz qırx) manat dəyərində yerli istehsal olan uşaq arabasını, 27) 1 (bir) ədəd 800 (səkkiz yüz) manat dəyərində palıd ağacı materialından hazırlanmış 90x200 santimetr ölçülü tək çarpayını, 28) 1 (bir) ədəd 1600 (min altı yüz) manat dəyərində “Bellona” markalı divan-kreslo dəstini, 29) 1 (bir) dəst 600 (altı yüz) manat dəyərində səkkiznəfərlik stol-stul dəstini, 30) 2 (iki) ədəd, hər biri 75 (yetmiş beş) manat dəyərində mebel stulları, 31) 6 (altı) ədəd, hər biri 20 (iyirmi) manat dəyərində plastмas materialdan hazırlanmış stulları, 32) 15 (on beş) ədəd, hər biri170 (yüz yetmiş) manat dəyərində 15 (on beş) dəst yorğan-döşək dəstini, 33) 2 (iki) ədəd, hər biri 300 (üç yüz) manat dəyərində 3x5 metr ölçüdə Türkiyə istehsalı olan yun gəbəni (xalçanı), 34) 3 (üç) ədəd, hər biri 120 (yüz iyirmi) manat dəyərində 2x3 metr ölçüdə Türkiyə istehsalı olan yun gəbəni (xalçanı), 35) 2 (iki) ədəd, hər biri 350 (üç yüz əlli) manat dəyərində 2x3 metr ölçüdə yerli istehsal olan yun gəbəni (xalçanı), 36) 3 (üç) ədəd, hər biri 250 (iki yüz əlli) manat dəyərində 1,5x2 metr ölçüdə Türkiyə istehsalı olan yun gəbəni (xalçanı), 37) 1 (bir) ədəd 170 (yüz yetmiş) manat dəyərində 2,5x3 metr ölçülü Türkiyə istehsalı olan “Kaşmir” markalı gəbəni (xalçanı), 38) 10 (on) ədəd, hər biri 80 səksən) manat dəyərində Türkiyə istehsalı olan təzə örtük dəstini, 39) 1 (bir) ədəd 550 (beş yüz əlli) manat dəyərində 2x3 metr ölçülü Türkiyə istehsalı olan pərdəni, 40) 1 (bir) ədəd ağac materialından hazırlanmış 2,5 metr uzunluğunda pərdə asmaq üçün nəzərdə tutulmuş yerli istehsal olan 100 (yüz) manat dəyərində karnizi, 41) 12 (on iki) dəst, hər biri 60 (altmış) manat dəyərində yerli istehsal olan standart ölçülü mələfə dəstini, 42) 12 (on iki) ədəd- hər biri 5 (beş) manat dəyərində “Gilan” firmasının istehsalı olan əl-üz dəsmalını, 43) 6 (altı) ədəd, hər biri 20 (iyirmi) manat dəyərində “Gilan” firmasının istehsalı olan hamam dəsmallarını, 44) 20 (iyirmi) ədəd, hər biri 3 (üç) manat dəyərində “Gilan” firmasının istehsalı olan çay stəkanlarını, 45) 2 (iki) ədəd, hər biri 35 (otuz beş) manat dəyərində Türkiyə istehsalı olan hamam xalatını, 46) 1 (bir) dəst 2500 (iki min beş yüz) manat dəyərində Türkiyə İstehsalı olan “çəngəl, bıçaq, qab-qacaq və qazanlar” dəstini, 47) 1 (bir) cüt 50 (əlli) manat dəyərində qadın ayaqqabısını, 48) 1 (bir) cüt 65 (altmış beş) manat dəyərində dəri materialdan hazırlanmış kişi üçün ayaqqabını, 49) 1 (bir) cüt 70 (yetmiş) manat dəyərində dəri materialdan hazırlanmış kişi üçün uzunboğaz çəkməni, 50) 1 (bir) cüt 80 (səksən) manat dəyərində dəri materialdan hazırlanmış qadın üçün uzunboğaz çəkməni, 51) 1 (bir) ədəd 120 (yüz iyirmi) manat dəyərində qadın üçün yun materialdan hazırlanmış paltonu, 52) 1 (bir) ədəd 100 (yüz) manat dəyərində kişi üçün gödəkcəni, 53) 2 (iki) ədəd, hər biri 60 (altmış) manat dəyərində qadın üçün yazlıq parça plaşı, 54) 2 (iki) ədəd, hər biri 60 (altmış) manat dəyərində Türkiyə istehsalı olan qadın əl çantalarını, 55) 3 (üç) dəst, hər biri 150 (yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan kişi kostyumlarını, 56) 2 (iki) ədəd, hər biri 35 (otuz beş) manat dəyərində yerli istehsal olan dəmir materialdan hazırlanmış xəncərləri, 57) 1 (bir) ədəd 50 (əlli) manat dəyərində “Monej” markalı uşaq arabasını alışdırıb yandırmaqla yararsız hala salıb sonuncunun ümumilikdə külli miqdar hesab edilən 51635 (əlli bir min altı yüz otuz beş) manat dəyərində əmlakını qəsdən məhv etmişdir. 13) Bundan başqa, o, təkrar, 01 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X45 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni Zod kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs13 məxsus 2000 (iki min) manat dəyərində 1 (bir) baş ağ rəngli, üç yaşlı, dişi cinsli, 2000 (iki min) manat dəyərində 1 (bir) baş boz rəngli, iki yaşlı, dişi cinsli, 1500 (bir min beş yüz) manat dəyərində 1 (bir) baş boz rəngli, 1 (bir) yaşlı, dişi cinsli, 2000 (iki min) manat dəyərində 1 (bir) baş ağ rəngli, iki yaşlı, dişi cinsli və 2000 (iki min) manat dəyərində, 1 (bir) baş boz rəngli, iki yaşlı, dişi cinsli, ümumilikdə 9500 (doqquz min beş yüz) manat dəyərində 5 (beş) baş iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir (Həmin heyvanlardan hər birinin qiyməti 2000 /iki min/ manat, cəmi 4000 /dörd min/ manat qiyməti olan iki başı sonradan sahibinə qayıtmışdır). 14) Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3 və X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Göygöl rayonunun Çaykənd kəndinin ərazisində “su baseyni” kimi tanınan otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs14 məxsus hər birinin ayrı ayrılıqda dəyəri 210 (iki yüz on) manat olmaqla 6 (altı) baş boğaz vəziyyətdə dişi cinsli və 1 (bir) baş 200 (iki yüz) manat dəyərində erkək cinsli, ümumilikdə 1460 (min dörd yüz altmış) manat dəyərində 7 (yeddi) baş keçini gizli yolla talayaraq oğurluq etmişdir. 15) Bundan başqa, o, ibtidai istintaqa və məhkəməyə məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd, çaxmağın üzərində “EИ-7161” yazısı olan, 7,62 millimetr kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, “AKM” modelli, “Kalaşnikov” konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə, atəş üçün yararlı, yivli odlu silah hesab edilən avtomatı, 57 (əlli yeddi) ədəd keçmiş SSRİ dövlətində və 1 (bir) ədədi Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 7,62x39 millimetr kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı, atəş üçün yararlı döyüş sursatı hesab edilən ştat patronları və zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə 1 (bir) ədəd 30 (otuz) ədədlik, 1 (bir) ədədi isə 40 (qırx) ədədlik 7,62x39 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların və əl pulemyotlarının komlekt hissəsi hesab edilən daraqları yaşadığı Göygöl rayonunun Çaykənd kəndində yerləşən fərdi yaşayış evinin mətbəx otağındakı masanın altında gizlədib qanunsuz olaraq saxlamış, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının 29 noyabr 2021-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evdən həmin 1 (bir) ədəd odlu silah hesab edilən avtomat silah, döyüş sursatı hesab edilən 58 (əlli səkkiz) ədəd patron və odlu silahın komplekt hissələri hesab edilən 2 (iki) ədəd daraq aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2 və 228.1-ci maddələrində nəzərə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 Нadir oğlu qabaqcadan əlbir olan bir qrup şəxslə, özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o, 01 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni Zod kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs13 məxsus 1) 2000 (iki min) manat dəyərində 1 (bir) baş ağ rəngli üç yaşlı dişi cinsli, 2) 2000 (iki min) manat dəyərində 1 (bir) baş boz rəngli 2 (iki) yaşlı dişi cinsli, 3) 1500 (bir min beş yüz) manat dəyərində 1 (bir) baş boz rəngli, 1 (bir) yaşlı, dişi cinsli, 4) 2000( iki min) manat dəyərində 1 (bir) baş ağ rəngli iki yaşlı, dişi cinsli və 5) 2000 (iki min) manat dəyərində 1 (bir) baş böz rəngli iki yaşlı dişi cinsli, ümumilikdə 9500 (doqquz min beş yüz) manat dəyərində beş baş iribuynuzlu heyvanları gizli yolla talayaraq oğurluq etmişdir (Həmin heyvanlardan hər birinin qiyməti 2000 /iki min/ manat, cəmi 4000 /dörd min/ manat qiyməti olan iki başı sonradan sahibinə qayıtmışdır). Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Нadir oğlu Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 və X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Göygöl rayonunun Çaykənd kəndinin ərazisində “Su baseyni” kimi tanınan otlaq sahəsindən Çaykənd kənd sakini Zərərçəkmiş şəxs14 məxsus hər birinin ayrı ayrılıqda dəyəri 210 (iki yüz on) manat olmaqla 6 (altı) baş boğaz vəziyyətdə olan dişi və 1 (bir) baş 200 (iki yüz) manat dəyərində erkək olmaqla ümumilikdə 1460 (min dörd yüz altmış) manat dəyərində 7 (yeddi) baş keçiləri gizli yolla talayaraq oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2 və 228.1-ci, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.-ci maddələri ilə yuxarıda göstərilən cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır: Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində ona Cinayət Məcələsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2 və 228.1-ci maddələri ilə elan olunan itthamla bağlı özünü qismən təqisirli bilərək göstərmişdir ki, özünü yalnız Cinayət Məcəlləsinin 177.2.1 və 228.1-ci maddələri ilə təqsirli bilir. Belə ki, 25 noyabr 2021-ci il tarixdə saat 14 radələrində, o, Göygöl rayonunun Çaykənd kəndində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin yaxınlığında olan mağazada olarkən Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsinin Şəhriyar, Vahid və Eldar adlarında əməkdaşları ona yaxınlaşıb oğurluq hadisələrində şübhəli olduğunu bildirib onu Göygöl Rayon Polis Şöbəsinə gətirmişlər. Onu Göygöl Rayon Polis Şöbəsinin üçüncü mərtəbəsində bir otağa salıb təxminən beş-altı saat saxladıqdan sonra Sarısu polis bölməsinin əməkdaşı Rəşid adlı şəxs onu döymüş və ona demişdir ki, Çaykənd kəndinin ərazisində nə qədər oğurluq hadisələri varsa, boynuna alsın. O isə törətmədiyi cinayəti boynuna almayacağını bildirmiş, buna görə də polis əməkdaşları onu 25 noyabr 2021-ci il tarixdən 27 noyabr 2021-ci il tarıxədək hər gün döymüşlər. 27 noyabr 2021-ci il tarixdə adını bilmədiyi kapitan rütbəli polıs zabiti ona hansısa sənədə imza etdirmək istəmiş, o isə həmin polis əməkdaşına sənədə baxıb sonra imza edəcəyini demişdir. Həmin vaxt digər polis əməkdaşı Rəşid də onların yanında olmuşdur. Belə olan halda Rəşid və həmin polis kapitanı onu döymüş və məcburi qaydada həmin sənədə imza etdirmişlər. Bundan sonra onu Göygöl Rayon Məhkəməsinə aparmışlar. Yolda gedərkən Rəşid və həmin polis kapitanı ona demişlər ki, məhkəmə iclasında hakim onu sorğu-sual edən zaman hakimə polis əməkdaşlarının onu polis şobəsınə gətirən zaman polis əməkdalarına tabe olmadığını desin. O da qorxusundan məhkəmə iclasında hakimə polis əməkdaşlarının ona dediklərini təkrar etmiş, bundan sonra, o, məhkəmə tərəfindən 200 (iki yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Bundan sonra o elə hesab etmişdir ki, evinə gedəcək, lakin Rəşid və həmin kapitan rutbəli digər polis əməkdaşı onu yenidən Göygöl Rayon Polis Şöbəsinə gətirmiş və üçüncü mərtəbəyə qaldırmışlar. Sonra isə Şəhriyar, Orxan, Rəşid və həmin kapitan rutbəli və adını bilmədiyi polis əməkdaşları onu yenə də döymüş və ondan Çaykənd kəndi ərazsındə baş vermiş oğurluq hadisələrinin hamısını öz üzərinə göturməsini tələb etmişlər. Onu döyməkləri azmış kimi, həmin polis əməkdaşları onun ünvanına nalayiq söyüşlər söyüb təhqir etməyə də davam etmişlər. Nə qədər döyülməsinə və təhqir olunmasına baxmayaraq, etmədiyi cinayət hadisələrini onun boynuna qoya bilməmişlər. Bundan sonra Rəşid və adını bilmədiyi digər bir polis əməkdaşı onu üçüncü mərtəbədə başqa bir otağa aparmış və otağın qapısını arxadan bağlamışlar. Həmin otaqda Rəşid ona demişdir ki, onun həmkəndlisi və dostu X32 da oğurluqda şubhəli olduğuna görə Göygöl Rayon Polis Şöbəsinə gətirib, başqa bir otaqda polis dəyənəyinin ucunu Elnurun arxasına, sonra isə çıxardaraq ağzına soxub, əgər o, Çaykənd kəndinin ərazisində olan oğurluq hadisələrini boynuna götürməsə, Elnurun başına açdıqları oyunu onun da başına açacaqlar. Rəşidin ona həmin sözləri deməsinə baxmayaraq, o, yenə də etmədiyi cinayət əməllərini etiraf etməmişdir. Bundan sonra Rəşid və həmin kapitan rutbəli polis əməkdaşı onu döyməyə davam etmişlər. Daha sonra kapitan rütbəli polis əməkdaşı otaqdan çıxıb getmiş, otaqda isə o, Rəşid və adını bihmədiyi serjant rütbəli, arıq bədən quruluşlu polis nəfəri qalmışlar. Rəşid həmin polis nəfərindən öz mobil telefonunu çıxartmasını və onu videoya çəkməsini tələb etmiş, həmin polis nəfəri də öz mobil telefonu ilə onları çəkməyə başlamışdır. Rəşid onu dizi üstə çökdürərək ona “ağzınla mənim şalvarımın zamokunu aç, gör indi bundan sonra səni nələr gözləyir, cinsiyyət orqanımı sənin ağzına və üzünə sürtəcəm, sonra da bu videonu sənin bacın oğlu Səxavətə göndərəcəm, bəs sən bundan sonra uşaqlarını necə öpə biləcəksən” demişdir. Belə olan halda, o, Rəşidə “sən məni tanıyırsan, mənə qarşı nə üçun belə hərəkət edirsən” demiş, Rəşid isə ona “səndən nə soruşsalar, etiraf etməlisən, başqa yolun yoxdur” demişdir. Belə olan halda, o, əlacsız qalıb Rəşidin şərti ilə razılaşmışdır. Bundan sonra Sarısu polis bolməsinin rəisi Nəriman Məmmədzadə əlində böyük bir siyahı ilə ona yaxınlaşaraq siyahı ılə onu tanış etməyə başlamışdır- həmin siyahıda keçən illərdə heyvanları oğurlanmış şəxslərin qeydiyyatı aparılmışdı. Nəriman Məmmədzadə ona demişdir ki, həmin oğurluq hadisələrinin hamısını o etmişdir və ona görə də oğurluqların hamısını boynuna almalıdır. O da döyülməkdən, təhqir edilməkdən və Rəşidin ona qarşı edəcəklərindən qorxub etmədiyi cinayətləri boynuna almışdır. Bundan sonra həmin vaxt otaqda olan Sarısu polis bölməsinin əməkdaşı, polkovnik-leytenant Cabir Ələsgərov ona bildirmişdir ki, Çaykənd kəndinin ərazisində Bahar adlı qadına məxsus fərdi yaşayış evini və Rauf adlı şəxsə məxsus “Goyəzən” yeməkxanasını da Elnur Hüseynovla birlikdə guya ki o yandırmışdır. O, polislərə bildirmişdir ki, “oğurluqları boynuma qoyursunuz, dediyiniz yanğınları isə mənim boynuma qoymayın”. Belə olan halda onların yanında olan Rəşid Nərimana və Cabirə onu nəzərdə tutub “qoyun mən bunu obiri otağa aparıb başa salım, gəlib hər şeyi etiraf edəcək” demiş, o da Rəşidin onu digər otağa nə üçün aparmasını bildiyinə görə məcbur olub yanğınları da etıraf edəcəyini demişdir. Bu zaman Rəşid ona “indi səni istintaqa təqdim edəcəyik, sən mustəntiqə də butun cinayət hadisələrini etiraf etməlisən” demiş, bundan sonra onu istintaqa təqdim etmişlər və o, istintaqda verdiyi ifadələrində etmədiyi bütün hadisələri törətdiyini etiraf etməyə məcbur olmuşdur. 29 noyabr 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə aparılarkən X46 görmüş və demişdir ki, məhkəmədə hakimə istintaq zamanı verdiyi ifadələrini təsdiq etməsə, yenə də Polis Şobəsinə qayıdacaq və Rəşid də öz bildiklərini ona tətbiq edəcək. O da istintaq zamanı verdiyi ifadəsini 29 noyabr 2021-ci il tarixdə Göygöl Rayon Məhkəməsində keçirilən həmin qapalı məhkəmə iclasında da təsdiqləmişdir. Əslində isə o, cəmi iki cinayət hadisəsi törətmişdir. Belə ki, təqribən 2018-ci ilin avqust ayının ortalarında yaşadığı Çaykənd kəndinin ərazisi ilə axan Kürəkçay çayında, evindən təxminən iki yüz-üç yüz metr aralıda saat 15-16 radələrində tək olaraq balıq tutmağa getmiş, həmin vaxt suyun kənarında qalın hərbçi gödəkcəsinə nəyinsə bükülüb atıldığını görmüş və həmin bükülü qiqqətini çəkmişdir. O, həmin bükülünün yanına gedib açmış və baxanda görmüşdür ki, bükülünün içərisində 1 (bir) ədəd yaxşı vəziyyətdə “Kalaşnikov” markalı avtomat və iki ədəd içi 7,62 millimetr ölçülu güllələr olan daraq var, daraqlardan biri 40 (qırx) patronluq, digəri isə 30 (otuz) patronluq olmuşdur. Avtomatın zavod nömrəsi silinmiş vəziyyətdə olmuşdur. Bundan sonra, o, avtomatı və daraqları yerinə qoyub gizlətmiş və qərara gəlmişdir ki, hava qaraldıqdan sonra gəlib aparar. Bundan sonra, o, evinə gedib havanın qaralmasını gözləmiş, hava qaraldıqdan sonra saat 23 radələrində çayın kənarına qayıdıb avtomatla daraqları gizlətdiyi yerdən götürüb evinə aparıb zirzəmidə gizlətmiş, bu barədə heç kəsə heç nə deməmişdir. 2019-cu ildə, o, yaşadığı evdən çıxıb aləsi ilə birlikdə başqa evdə yaşamağa başlamış və avtomatla daraqları həmin evə koçərkən gizli olaraq yeni yaşıdığı evdə yarımtikili vəziyyətdə olan mətbəxdəki qabaq stolunun altına sərilmiş xalçanın altına gizlətmiş, həmin avtomtı da, o, ibtidai istintaqa təqdim etmişdir. Digər cinayəti isə X45 və qaynı Təqsirləndirilən şəxs3 ilə birlikdə 31 oktyabr 2021-ci il tarixdə törətmişdir. Həmin gün, o, Şəmkir rayonunun Seyfəli kəndində əsgərlikdə olan qardaşının yanına görüşməyə getmiş, saat 17 radələrində qaynı Səyyaf onun istifadəsində olan mobil telefona zəng edib “kənddə su baseyninin yaxınlığında heyvanlarımı otaranda yiyəsiz olan 7 (yeddi) baş keçi görmüşəm, neyniyim mən bu keçiləri” deyərək sual etmiş, o isə Səyyafa onun dedikləri barədə Elnurə zəng edib deyəcəyini və Elnurun onunla əlaqə saxlayacağını demiş, sonra Elnurun mobil telefonuna zəng edib Səyyafın ona dedikləri barədə Elnura danışıb Səyyafla əlaqə saxlamasını istəmiş, təxminən iki-üç dəqiqədən sonra Elnur ona zəng edib Səyyafla danışdığını və Səyyafdan həmin 7 (yeddi) baş yiyəsiz keçiləri kəndə gətirməsini istədiyini bildirmiş, daha sonra Elnur ona demişdir ki, özü Gəncə şəhərindədir və o (Qalib), Seyfəli kəndindən gələndə onunla (Elnurla) əlaqə saxlasın və kəndə Elnurun idarə etdiyi avtomobillə getsinlər. Təxminən bir saatdan sonra Elnurla Gəncə şəhərinin Gülüstan qəsəbəsində görüşüb Elnurun avtomobili ilə kəndə getmiş, Elnurun yaşadığı evə çatanda görmüşlər ki, Səyyaf heyvanları Elnurun evinin yanına yaxınlaşdırır. Səyyaf onların yanına çatıb sahibsiz 7 (yeddi) baş keçini onlara göstərmişdir. Bundan sonra onların üçü də həmin 7 (yeddi) baş keçini Elnurun yaşadığı evin tövləsinə salmışlar. Daha sonra Səyyaf öz heyvanlarını evinə aparıb rahatladıqdan sonra gələcəyini deyərək getmişdir. Səyyaf gələnədək Elnurla o, həmin keçilərdən ikisini kəsmişlər. Səyyaf gələndən sonra Elnur ona və Səyyafa kəsdikləri keçilərin ətindən hərəsinə 3 (üç) kiloqram ət vermişdir. Sonra isə Elnur qalan 5 (beş) baş keçini özü satacağını və onlara da pul verəcəyni demişdir. Səyyafla o, ətlərini götürdükdən sonra evlərinə getmişlər. Həmin gündən təxminən bir həftə sonra Elnur kənddə ona 50 (əlli) manat pul verib demişdir ki, keçiləri satdığı puldandır. Elnurun Səyyafa pul verib-verməməsi barədə isə onun heç bir məlumatı olmamışdır. Elnur qalan 5 (beş) baş keçini kimə satması barədə ona heç nə deməmişdir. Ona sonradan məlum olmuşdur ki, onların oğurladıqları həmin 7 (yeddi) baş keçi Elnurun əmisi Zərərçəkmiş şəxs14 olmuşdur.Törətdiyi əməldən səmimi peşman olduğunu bildirir (Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 22 aprel 2022-ci il tarixdə müdafiəçisi Müdafiəçi3 iştirakı iə təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirilməsi zamanı eyni məzmunlu ifadə vermişdir). Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında uyğunsuzluq olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadələri də (cild 1, s. 155-158; cild 3, s. 134-137; cild 3, s. 225-228) məhkəmə iclasında tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 27 noyabr 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində, 29 noyabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə ona elan olunan itthamla bağlı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində və 29 noyabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan olunan əlavə itthamla bağlı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində verilmiş ittihamla bağlı özünü tam olaraq təqsirli bilərək törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Həmin ifadələrində ümumən göstərmişdir ki, 1) Elnur Hüseynovla ilk cinayət əməlini 2019-cu ilin iyul ayında (dəqiq gününü xatırlamır) törətmişdir. Həmin gün saat 23-24 radələrində Elnur Hüseynov zəng edib onu evinə çağırmış, o da Elnur Hüseynovun evinə getmiş və Elnur onа tövlədə olan 1 (bir) baş qara rəngli erkək dananı göstərib oğurladığını bildirmiş və təklif etmişdir ki, dananı kəsib yarı bölsünlər. O, razılaşmış və Elnur Hüseynovla birlikdə həmin dananı kəsdikdən sonra ətin yarısını götürüb evinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin dananın sahibi həmkəndlisi Zərərçəkmiş şəxs11 olmuşdur. 2) Növbəti cinayət hadisəsində, 2019-cu ilin avqust ayının ilk günlərində saat 22 radələrində, o, Elnur Hüseynovla birlikdə yaşadıqları kəndin ətrafında olan otlaq sahəsindən 3 (üç) baş iribuynuzlu heyvan oğurlamışlаr. Oğurladıqları heyvanlardan biri- boz, ikisi isə qara rəngli olmuşdur. Onlar əvvəlcədən planlaşdırdıqları kimi, heyvanları Elnur Hüseynovun yaşadığı evin həyətindəki tövləyə salmışlar. Elnur Hüseynov heyvanları satıb ona da pul verəcəyini bildirmişdir. Həmin günün səhərisi Elnur Hüseynov saat 13 radələrində kənddə onunla görüşmüş və ona 700 (yeddi yüz) manat pul vermişdir. Сonradan məlum olmuşdur ki, oğurladıqları heyvanlar həmkəndliləri Zərərçəkmiş şəxs8 məxsus olmuşdur. 3) Növbəti cinayət hadisəsini Elnur Hüseynovla birlikdə 2019-ci ilin sentyabr ayında törətmişdir. Elnur Hüseynovla həmin gün saat 23-24 radələrində birlikdə olan zaman Elnur əmisi Dağyunislə ədavəti olduğunu və Kürəkçay çayının digər tərəfində yerləşən çəpərlənmiş torpaq sahəsində əmisi Dağyunisin atını oğurlayıb aparıb kənar yerdə öldürmək istədiyini bildirmiş, O, Elnur Hüseynovla razılaşmış, evinə qayıdıb gizlətdiyi avtomatı və otuz gülləlik sandığı (darağı) götürüb təxminən beş yüz metr yuxarı tərəfdə gözləmiş, Elnur Hüseynov isə atı oğurlayıb onun yanına gəlmişdir. Оnlar atı piyada olaraq görüşdükləri yerdən təximnən 4 km uzaqlıqda yerləşən meşəyə aparmış, o, avtomat silahla atın ürəyinə bircə güllə vurmuş və at yerə yıxılıb ölmüşdür. Bundan sonra, о, Elnur Hüseynovla evlərinə qayıtmışlar. 4) Növbəti oğurluq hadisəsini Elnur Hüseynovla birlikdə 2019-cu ilin sentyabr ayının sonlarında törətmişdir. Yaşadıqları кəndin ərazisində “Band” kimi tanınan otlaq sahəsindən 3 (üç) baş iribuynuzlu heyvanları oğurlayıb Elnur Hüseynovun evinin həyətində olan tövləyə salmışlar. Heyvanların üçü də dişi cinsli, ikisi- qara, biri isə qırmızı rəngli olmuşdur. O, yenə heyvanları tövləyə saldlqdan sonra evinə getmişdir. Səhəri günü saat 14 radələrində Elnur Hüseynov onunla kənddə görüşərək ona 650 (altı yüz əlli) manat pul vermişdir. Ona sonradan məlum olmuşdur ki, oğurladıqları heyvanlar Göygöl rayonunun Yeni Zod kənd sakinləri Mahirə və Gülnaz bacılarına məxsus olmuşdur. 5) Növbəti cinayət hadisəsini Elnur Hüseynovla birlikdə 2020-ci ilin iyul-avqust aylarında törətmişdir. Həmin gün gecə saat 03 radələrində Elnur Hüseynovla heyvan oğurlamaq üçün kəndin yaxınlığında “Aeroport yolu” deyilən əraziyə getmişlər. Orada bir neçə baş danaların olduğunu görmüşlər. Həmin danalardan bir baş qara rəngli, təxminən bir yaşında olan dananı tutub başını kəsərək dərisini soymadan hər iki arxa budlarını bədənindən ayırıb evlərinə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, həmin dana həmkəndlisi Zərərçəkmiş şəxs9 məxsus оlmuşdur. 6) Növbəti cinayət hadisəsini Elnur Hüseynovla birlikdə 2020-ci ilin iyun-iyul aylarında törətmişdir. Belə ki, həmin gün saat 13-14 radələrində Elnur Hüseynovun evinin qarşısında söhbət edən zaman onun evinin qabağından üç-dörd baş iribuynuzlu heyvanlarınkeçdiyini görmüçlər. Elnur Hüseynov ona təklif etmişdir ki, heyvanlardan birini onun həyətinə salıb tövləsində kəsib bölsünlər. O, Elnur Hüseynovla razılaşmış və bir baş, qara rəngli dişi dananı Elnur Hüseynovun həyətindəki tövləyə salıb kəsmiş, bölərək, yarısını götürüb evinə aparmışdır. sonradan она məlum olmuşdur ki, həmın heyvan həmkəndlisi Zərərçəkmiş şəxs12 məxsus olmuşdur. 7) Növbəti cinayət hadisəsini Elnurla birlikdə 2020-ci ilin avqust ayında törətmişdir. Həmin gün saat 24 radələrində Elnur Hüseynov ona həmkəndlisi Zərərçəkmiş şəxs10 Haqverdi oğlu ilə bir neçə ildir ki, ədavəti olduğuna görə sonuncunun atını oğurlayıb öldürmək istədiyini demiş, o da Elnur Hüeynova etiraz etməmişdir. Bundan sonra Elnur Hüseynov evinə gedib bir ədəd qoşalüləli ov tüfəngi gətirmişdir. О, Elnur Hüseynovun bələdçiliyi ilə Zərərçəkmiş şəxs10 evinin qarşı tərəfində olan boş sahəyə getmiş və orada boz rəngli bir atı hörükdən açıb oradan təxminən yeddi kilometr məsafədə uzaqlaşıb “Band” kimi adlanan əraziyə getmişlər. O, tüfəngi Elnur Hüseynovdan almış və həmin atın da ürəyinə bir güllə vurub öldürmüşdür. Sonra isə Elnur Hüseynovla oradan kəndə qayıtmışdır. 8) Növbəti oğurluq hadisəsini Elnur Hüseynovla birlikdə 2020-ci ilin aprel ayının sonlarında və ya may ayının əvvəllərində törətmişdir. Həmin gün saat 15 radələrində, o, evdə olan zaman Elnur Hüseynov onu evinə çağırmış, evinin tövləsində bir baş qara rəngli, təxminən bir yaşında olan dananı göstərib, həmin heyvanı tək olaraq onun evinin qarşısından keçən zaman evinə saldığını bildirmiş və həmin heyvanı kəsib yarı bölməsini təklif etmişdir. O, Elnur Hüseynovla razılaşmış və heyvanı kəsib tən yarı bölmüşlər. O, öz payını götürüb evinə getmişdir. Ona sonradan məlum olmuşdur ki, həmin heyvan həmkəndliləri Zərərçəkmiş şəxs8 məxsus olmuşdur. 9) Növbəti oğurluq hadisəsini Elnur Hüseynovla birlikdə 2020-ci ilin avqust ayının sonlarında törətmişdir. Həmin gün saat 23 radələrində Elnur Hüseynovla heyvan oğurlamaq üçün kəndin ərazisində Yığış adlı şəxsin fermasının yaxınlığına getmişlər. Otlaq sahəsindən 4 (dörd) baş dişi cinsli, üçü- boz, digəri isə qara rəngli iribuynuzlu heyvanları oğurlayıb Elnur Hüseynovun yaşadığı evin tövləsinə salmışlar və sonra o, yaşadığı evə getmişdir. Səhəri günü saat 15 radələrində Elnur Hüseynov kənddə onunla görüşüb heyvanları satdığı puldan ona 1000 (min) manat pul vermişdir. Ona sonradan məlum olmuşdur ki, Elnur Hüseynovla oğurladıqları həmin 4 (dörd) baş heyvanlar həmkəndliləri Zərərçəkmiş şəxs9 olmuşdur. 10) Növbəti cinayət hadisəsini Elnur Hüseynovla birlikdə 2020-ci ilin noyabr ayının sonlarında (əslində 2021-ci ilin aprel ayının 7-də-hakimin qeydi) törətmişdir. Yaşadığı kənddə “Göyəzən” adlı yeməkxananı işlədən Qazax rayonunun sakini Rauf adlı şəxslə onun çoxdan davam edən ədavəti olmuş və ona görə də Raufa pislik edib heyfini çıxmaq istəmişdir. Raufla onun ədavətinin olması barədə Elnur Hüseynovun da məlumatı olmuşdur. 2020-ci ilin noyabr ayının sonlarında о, Raufun yeməkxanasını yandırmağı Elnur Hüseynova təklif etmiş və sonuncu etraz etməmişdir. Həmin vaxt saat 01-02 radələrində, o, evindən bir litr ağ neft yanacağı götürüb Elnur Hüseynovla birlikdə piyada “Göyəzən” yeməkxanasına getmişlər. Həmin yeməkxana qış aylarında işləmədiyinə görə orada heç kəs olmamışdır. Onlar yeməkxananın həyətinə daxil olmuş və yeməkxananın ikinci mərtəbəsinə qalxаraq otaqlardan birinin pəncərəsini itələyib açmış və o, əlində olan bir litr yanacağı həmin pəncərədən otağın döşəməsinə töküb kibriti yandıraraq tökdüyü yanacağın üstünə atmışdır. Döşəmədə olan yanacaq alışmağa başlamış və bundan sonra, о, Elnur Hüseynovla oradan qaçıb uzaqlaşmışlar. 10) Növbəti oğurluq hadisəsini Elnur Hüseynovla birlikdə 2021-ci ilin avqust ayının əvvəllərində törətmişdir. Oğurluq etdikləri gün saat 22 radələrində Elnur Hüseynovla heyvan oğurlamaq üçün yenə də yaşadıqları kəndin ərazisində Yığış adlı şəxsin fermasının yaxınlığına getmişlər. Orada sahibsiz olan 4 (dörd) baş dişi, iribuynuzlu heyvanları görmüş, həmin heyvanlardan ikisi boz, biri ağ, biri isə göy rəngli olmuşdur. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra heyvanların dördünü də Elnur Hüseynovun yaşadığı evə gətiib tövləyə salmışlar və sonra, o, yaşadığı evə getmişdir. Həmin günün səhərisi heyvanları satdıqdan sonra Elnur Hüseynov əldə etdiyi puldan ona 1000 (min) manat pul vermişdir. Сonradan оnа məlum olmuşdur ki, oğurladıqları heyvanlar həmkəndlisi Zərərçəkmiş şəxs5 məxsus olmuşdur. 11) Növbəti cinayət hadisəsini Elnur Hüseynovla birlikdə 2021-ci ilin yay aylarında törətmişdir. Həmin vaxt Elnur Hüseynov ona təklif etmişdir ki, həmkəndliləri Natiq adlı şəxsin (Zərərçəkmiş şəxs4 əri nəzərdə tutulurhakimin qeydi) evinə gedib onun evinin həyətində olan mağazadan oğurluq etsinlər. O, Elnur Hüseynovla razılaşmış və həmin gecə saat 03 radələrində Natiqin evinə getmişlər. Evin daravazası bağlı olduğuna görə Natiqin evinin həyətyanı sahəsinə Kürəkçay çayı tərəfdən qapı kimi istifadə edilən dəmir barmaqlığı açaraq həyətə daxil olmuşlar. Sonra isə evin həyətində olan açıq havada mağaza kimi istifadə edilən yerə yaxınlaşıb orada olan taxtaların üstündən, o, 5 (beş) qutu “Prima” siqareti, 2 (iki) şüşə adını unutduğu araq, 250 ml-lik “Bizon” içkisi, Elnur Hüseynov isə 2 (iki) şüşə araq, 4 (dörd) ədəd 250 ml-lik “Bizon” içkiləri, 1 (bir) şüşə yarımlitrlik “Xırdalan” pivəsi götürmüşlər. Bundan sonra götürdükləri əşyaların hamısını ağ sellofan torbaya yığıb hadisə yerindən uzaгlaşmağa başlamışlar. Təxminən 300 (üç yüz) metr getdikdən sonra Elnur Hüseynov ona geri qayıdıb oğurluğun izini itirmək üçün həmin evi yandırmağın lazım olduğunu demişdir. О, Elnur Hüseynovun təklifi ilə razılaşmışdır. Bundan sonra Elnur Hüseynov evə gedib birlitrlik şüşədə ağ neft gətirmiş və onlar yenidən Natiqin evinə qayıtmışlar. Elnur Hüseynov yaşayış binasının pəncərəsini itələyib aralamış, gətirdiyi yanacağı həmin pəncərədən otağın döşəməsinə tökmüş, o isə kibriti alışdırıb həmin otağın döşəməsinə atmış və döşəmə alışıb yanmağa başlamışdır. Bundan sonra onların hər ikisi oradan qaçıb getmişlər. 12) Növbəti oğurluq hadisəsini Elnur Hüseynovla birlikdə 2021-ci ilin oktyabr ayının əvvəllərində törətmişdir. Həmin gün saat 10-11 radələrində evdə olan zaman Elnur Hüseynov ona mobil telefonla zəng edib evinin qarşısında olan təpəyə çıxmasını istəmiş, o, həmin yerə çıxаndа görmüşdür ki, Elnur Hüseynov hamısı dişi olmaqla 5 (beş) baş iribuynuzlu heyvanı qabağına qatıb gətirir. Elnur Hüseynov ona həmin heyvanları oğurladığını bildirmiş, onlar birlikdə həmin heyvanları Elnur Hüseynovun evinin həyətində olan tövləyə salmışlar. X57 birlikdə həmin heyvanlardan boz rəngli olanını köməkləşib kəsmiş və kəsdikləri heyvanın ətinin hamısını Elnur Hüseynov evinə qoymuş, ona isə ət verməmiş və o, Elnur Hüseynovdan inciyib evinə getmişdir. Qalan dörd baş heyvanların aqibəti barədə bilməmişdir. Sonradan оnа məlum olmuşdur ki, Elnur Hüseynovun oğurladığı heyvanların hamısı Göygöl rayonunun Yeni Zod kəndinin sakini Zərərçəkmiş şəxs13 məxsus olmuşdur. 13) Sonuncu oğurluq hadisəsini isə, о, Elnur Hüseynov və digər həmkəndlisi X33 ilə birlikdə 31 oktyabr 2021-ci il tarixdə törətmişdir. Belə ki, həmin gün, о, Şəmkir rayonunun Seyfəli kəndində əsgərlikdə olan qardaşı ilə görüşməyə getmişdir. Saat 17 radələrində Səyyaf Məmmədov onun mobil telefonuna zəng edərək “kənddə su baseyninin yaxınlığında heyvanlarımı otaranda yiyəsiz olan 7 (yeddi) baş keçi görmüşəm, neyniyim mən bu keçiləri?” demişdir. О, bu barədə dostu Elnur Hüseynova zəng edib danışacağını bildirmişdir. О, ElnurHüseynova zəng edib Səyyaf Məmmədovun ona dedikləri barədə danışıb sonuncu ilə əlaqə saxlamasını istəmişdir. Təxminən üç dəqiqədən sonra Elnur Hüseynov ona zəng edib Səyyaf Məmmədovla danışdığını və həmin 7 (yeddi) baş keçini kəndə gətirməsini tapşırdığını demişdir. Sonra isə ona demişdir ki, Seyfəli kəndindən qayıdanda Gəncə şəhərinin Gülüstan qəsəbəsində görüşüb birlikdə yaşadıqları kəndə qayıtsınlar. Həmin vaxtdan təxminən bir saat sonra, о, X59 şəhərinin Gülüstan qəsəbəsində görüşüb Elnurun idarə etdiyi avtomobillə kəndə getmişlər. Elnur Hüseynovun yaşadığı evə çatanda Səyyaf Məmmədov heyvanları gətirdiyini görmüşlər. Həmin 7 (yeddi) baş keçini Elnur Hüseynovun yaşadığı evin tövləsinə saldıqdan sonra Səyyaf Məmədov öz evinə gedib birazdan gələcəyini demişdir. О, Elnur Hüsenovla həmin keçilərdən ikisini kəsmişlər. Səyyaf Məmmədov həmin yerə qayıtmış, Elnur Hüseynov ona və Səyyaf Məmmədova kəsilən keçilərin ətindən 3 (üç) kiloqram ət vermiş, qalan 5 (beş) baş keçini özü satacağını və onlara da pul verəcəyni demişdir. Səyyaf Məmmədovla o, ətləri götürdükdən sonra evlərinə getmişlər. Həmin gündən təxminən bir həftə sonra Elnur Hüseynov kənddə ona 50 (əlli) manat pul verib, keçiləri satdığını bildirmişdir. Сonradan оnа məlum olmuşdur ki, həmin 7 (yeddi) baş keçi Elnur Hüseynovun əmisi Zərərçəkmiş şəxs14 olmuşdur. 14) 2017-2018-ci illərdə саат 16 radələrində, о, yaşadığı evdən təxminən üç yüz metr aralıda Kürəkçay çayından balıq tutmağa getmişdir. Çayın kənarında qalın hərbçi gödəkcəsinin bükülü vəziyyətdə olması diqqətini çəkmiş və həmin bükülünü açanda içərisində bir ədəd “Kаlaşnikov” markalı avtomat və 2 (iki) ədəd 7,62 mm ölçülü güllələr olan sandıqçalar (daraqlar-hakimin qeydi) olduğunu görmüşdür. Sandıqçalardan biri 40 (qırx), digəri isə 30 (otuz) güllə tutumlu olmuşdur. Avtomatın qeydiyyat nömrəsi silinmiş vəziyyətdə olmuşdur. Bundan sonra, o, avtomatı və sandıqçaları yerinə qoymuşdur ki, hava qaralanda gəlib götürmək qərarına gəlmişdir. Sonra о, yaşadığı evə getmiş, hava qaraldıqdan sonra gəlib avtomatı və sandıqçaları götürüb evinə aparmışdır. Onda аvtomat silahın olması barədə Elnur Hüseynova 2018-ci ildə həmkəndlisi Yunisə (Zərərçəkmiş şəxs6 nəzərdə tutulur-hakimin qeydi) məxsus 1 (bir) baş atı oğurlayıb güllələdikləri gündən təxminən bir həftə qabaq demişdir. Həmin avtomat və sandıqçaları yaşadığı evdə yarımtıkili vəziyyətdə olan mətbəxdəki qabaq stolunun altına sərilmiş xalçanın altında saxlamış və həmin avtomatı, 58 (əlli səkkiz) ədəd patronu və 2 (iki) ədəd sandıqçanı həbs edildikdən sonra 29 noyabr 2021-ci il tarixdə polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında bir sıra hallar üzrə uyğunsuzluq olduğundan, yəni təqsirləndirilən şəxs məhkəmə iclasında özünü odlu silahın qanunsuz əldə edilməsi və saxlanması, zərərçəkmiş Zərərçəkmiş şəxs14 məxsus keçilərin oğurlanmasında iştirakından başqa digər əməllərdə təqsirli bilmədiyindən, ibtidai istintaq zamanı verdiyi ifadələr isə əsasən digər mötəbər sübutlarla uyğun olduğundan, məhkəmə həmin mübahisələndirilən epizodlar üzrə ibtidai istintaq zamanı verilmiş ifadələri öz daxili inamı ilə əsas götürür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində məhkəməyəqədərki icraat dövründə ona fiziki və psixoloji təzyiqlər edildiyini bildirsə də, təqsirləndirilən şəxsin iddia etdiyi həmin qanunsuz qeyriprosessual hərəkətlər məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır, belə ki, iş materiallarından (cild 6) görünür ki, məhkəməyəqədərki icraat dövründə Təqsirləndirilən şəxs1 işgəncələr verilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 qohumları tərəfindən edilmiş şikayətlər Göygöl Rayon Prokurorluğunda araşdırılmış və Təqsirləndirilən şəxs1la bağlı işgəncə və qeyri-etik münasibət faktları aşkar edilməmişdir. Göygöl rayon prokuroru X38 Rayon Məhkəməsinin müvafiq sorğusuna cavab olaraq göndərdiyi 05 may 2023-cü il tarixli 1328—çıx/23 saylı məktubda (cild 6) göstərilmişdir ki, “...Göygöl rayonunun Çaykənd kəndində yaşayan X7 əri Təqsirləndirilən şəxs1 Göygöl Rayon Polis Şöbəsinin əməkdaşkları tərəfindən döyülməsi və digər qanunsuz hərəkətlərə məruz qalması faktı alınmış izahatlar və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən öz təsdiqini tapmadığından 15 fevral 2022-ci il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir, odur ki, qəbul edilmiş qərarın surəti sizə göndərilir”. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilmiş: Göygöl rayon prokurorunun köməkçisi X40 tərəfindən icraatında olan 117-C/21 saylı material üzrə qəbul edilmiş 15 fevral 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən (cild 6) görünür ki, Göygöl rayonunun Çaykənd kəndində yaşayan X16 Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə ilə müraciət edərək əri Təqsirləndirilən şəxs1 Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını, daha sonra 07 dekabr 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə aparıldığını və Yevlax Rayon Polis Şöbəsində saxlanılan zaman işgəncələrə məruz qaldığını göstərmişdir. Yevlax Rayon Prokurorluğunda material üzrə araşdırma aparılmış, Təqsirləndirilən şəxs1, Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsinin polis nəfəri X23, Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsinin baş əməliyyat müvəkkili X10, Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsinin polis nəfəri X17, X18, Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsinin polis nəfərləri X24, X8 izahatları alınmış və izahat vermiş şəxslər Təqsirləndirilən şəxs1 qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyi bildirilmiş, eyni zamanda Təqsirləndirilən şəxs1la bağlı məhkəmə-tibbi ekspertizasının rəyi alınmış və 27 dekabr 2022-ci il tarixli 397 saylı ekspert rəyində Təqsirləndirilən şəxs1 bədəni üzrərində hər hansı xəsarətlərin işləri aşkar edilməmişdir. Nəticədə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, əvvəllər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları olmuş və Təqsirləndirilən şəxs1 qarşı qanunsuz qeyri-prosessual hərəkət faktları ilə bağlı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəmədə dindirilmiş şəxslərin ifadələri məhkəmədə araşdırılmış və Təqsirləndirilən şəxs1 iradları öz təsdiqini tapmamışdır. Bundan başqa, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kəlbəcər Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının rəisinin 05 may 2023-cü il tarixli 3-16-17/39/2-2682/2023 saylı məktubundan və məktuba əlavə edilmiş sənədlərdən (cild 6) görünür ki, həbsdə olan Təqsirləndirilən şəxs1 30 noyabr 2021-ci il tarixdə tibbi kitabça açılmış və sağlam olduğu qeyd edilmiş, 01 dekabr 2021-ci il tarixdə üzərində tibbi baxış keçirilərkən şikayətinin olmadığını və əvvəl keçirdiyi xəstəlik kimi appendisit əməliyyatı olunduğunu bildirmiş, həbs olunmadan əvvəl alınmış bədən xəsarətləri və zədələr barədə məlumatlar olaraq başın tüklü hissəsində bir ədəd, sağ qasıqda bir ədəd əməliyyatdan qalma çapıq toxumanın aşkar edildiyi göstərilmişdir. Tibbi kitabçada yazılmış olan həmin tibbi məlumatlar əsasında Təqsirləndirilən şəxs1 25 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək olan müddət ərzində Göygöl Rayon Polis Şöbəsində işgəncələrə məruz qalmasına dəlalət edən açıq əlamətlər aşkar edilmir. Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunan itthamla bağlı özünü tam olaraq təqsirli bildiyini, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etdiyini və əməlindən peşiman olduğunu bildirmşdir. İfadəsində həmçinin göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub ailəsini dolandırır, iki azyaşlı övladı vardır. Göygöl rayonunun Çaykənd kəndini və onun ətrafını tanıyır, uşaqlıq vaxtlarında həmin kənddə çox olmuşdur, X45 ilə də qohumdur. 01 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Elnur Hüseynovun təklifi ilə razılaşıb birlikdə piyada Göygöl rayonunun Yeni Zod kəndinin meşəlik sahəsindən heyvan oğurlamağa getmişdir. Orada təxminən 15- 20 (on beş-iyirmi) baş iribuynuzlu heyvan görmüşlər. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin iribuynuzlu heyvanlardan 5 (beş) başını seçib Göygöl rayonunun Çaykənd kəndi istiqamətində gəlməyə başlamışlar. Yolda gələn zaman Elnur Hüseynov həmin heyvanları satdıqdan sonra ona 400 (dörd yüz) manat pul verəcəyini vəd etmiş və Çaykənd kəndinə təxminən iki kilometr qalmış Elnur Hüseynov ona artıq ehtiyac olmadığını bildirdiyinə görə, о, yaxınlıqda yaşayan nənəsinin evinə getmişdir. Saat 21 radələrində Elnur Hüseynov öz avtomobili ilə onu Göygöl şəhərinə avtovağzala gətirmiş və paketdə təxminən 5-6 (beş-altı) kiloqram çəkidə ət və 15 (on beş) manat pul verərək oğurladıqları heyvanlardan birini kəsdiyini, həmin heyvandan onun payına düşənin bu olduğunu, digər iribuynuzlu heyvanları satdıqdan sonra 400 (dörd yüz) manat pul verəcəyini demişdir. O, əti və pulu götürüb tanımadığı taksi ilə Gəncə şəhərinə yaşadığı evə getmişdir. Təxminən beş gün sonra, о, Elnur Hüseynova dəfələrlə zəng edib iribuynuzlu heyvanları birlikdə oğurladıqları üçün onun payına düşən pulu nə səbəbə vermədiyini soruşmuş, Elnur Hüseynov isə hər dəfə heyvanları satdığını, lakin pulunu almadığını, pulu alan kimi onun pulunu verəcəyini demişdir. Bundan sonra təxminən iki ay ərzində Elnur Hüseynov ona hissə-hissə cəmi 85 (səksən beş) manat pul vermiş və bundan sonra artıq ona pul verməyəcəyini bildirmişdir. Elnur Hüseynovlа oğurladıqları 5 (beş) baş iribuynuzlu heyvanları Elnurun kimə satmasını və ya kiminlə birlikdə satmasını bilməmiş, bu barədə Elnur Hüseynov ona heç nə deməmiş, Elnur Hüseynovla birlikdə 5 (beş) baş heyvanı oğurlayan zaman kənar şəxslərdən onları heç kəs görməmiş, oğurluq etməsi barədə heç kimə heç nə deməmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirimiş Təqsirləndirilən şəxs3 ifadəsində bildirmişdir ki, ona qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunan itthamla bağlı özünü təqsirli bilir, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və əməlindən peşmandır. İfadəsində həmçinin göstərmişdir ki, o, аiləsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayayır, рəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub ailəsini dolandırır. Dörd azyaşlı uşağı vardır. 31 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində, о, özünə məxsus heyvanları yaşadığı kəndin ərazisində yerləşən “su baseyni” kimi adlanan ərazidə otarmış və həmin vaxt otlaq sahəsinə sıx duman çökmüşdür. Beş-on dəqiqə sonra 7 (yeddi) baş keçinin onun olduğu istiqamətə gəldiyini, ətrafa boylananda həmin keçilərin arxasınca heç kəsin gəlmədiyini görmüşdür. О, keçiləri oğurlamaq qərarına gəlmış və X34 zəng edib heyvanlarını otardığı yeri, 7 (yeddi) baş keçinin sahibsiz olduğunu və həmin keçiləri oğurlamaq istədiyini bildirərək bu işdə ona köməklik edib-etməyəciyini soruşmuşdur. Elnur isə ona “sən keçilərin yiyəsi gəlməmiş tez oğurla, kəndə düş, mən də gəlirəm, narahat olma, qalanı mənlikdi” demişdir. О, həmin 7 (yeddi) baş keçini öz sürüsünə qatıb şərtləşdikləri kimi Elnur Hüseynovun yaşadığı evin yaxınlığına aparmışdır. O, Elnur Hüseynovlа yaşadığı evin yaxınlığınдa görüşüb, oğurladığı 7 (yeddi) baş keçini öz sürüsünün içində оnа göstərmişdir. Sоnrа Elnur Hüseynovun məsləhəti ilə oğurladığı 7 (yeddi) baş keçini aparıb Elnurun yaşadığı evin həyətində olan tövləyə salmışlar. Elnur Hüseynov ona demişdir ki, keçilərdən ikisini kəsəcək və birazdan onun evinə gəlib kəsdiyi keçilərin ətindən götürüb evinə aparar. O, Elnur Hüseynovlа razılaşmış və öz heyvanlarını yaşadığı evə apararaq tövləyə salıb rahatladıqdan sonra Elnurun evinə qayıtmış, orada Elnurdan başqa X41 da görmüşdür. Elnur Hüseynov keçilərdən 2 (iki) başını kəsmiş, kəsilən keçilərin ətindən ona 3 (üç) kiloqram ət verərək “apar evdə uşaqlar yesinlər” demişdir. Daha sonra Elnur qalan 5 (beş) baş keçini də satacağını və əldə edəcəyi puldan onun da payını verəcəyini bildirmişdir. O, Elnurla razılaşmış və 3 (üç) kiloqram əti götürüb evinə gəlmişdir. Сonra isə Elnurla əlaqə saxlaya bilmədiyi üçün qalan 5 (beş) baş keçinin harada olmasını bilməmişdir. Həmin vaxtdan iki gün keçdikdən sonra isə ona məlum olmuşdur ki, 31 oktyabr 2021-ci il tarixdə oğurladığı 7 (yeddi) baş keçi həmkəndlisi Zərərçəkmiş şəxs14 məxsus olmuşdur. Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır, рəsmi olaraq heç bir yerdə işləmir, pensiyaçıdır. X3 və Təqsirləndirilən şəxs1 tanıyır, həmin şəxslərlə əvvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. Onun təsərrüfatında 3 (üç) baş iribuynuzlu heyvanı olmuş və həmin heyvanlarını qudası Zərərçəkmiş şəxs3 1 (bir) baş heyvanı ilə hər gün saat 06 radələrində örüş sahəsinə otlamağa buraxırdı. 08 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3lа heyvanlarını həmişəki kimi saat 06 radələrində örüş sahəsinə ötürmüş, lakin həmin gün heyvanların heç biri evə qayıtmamışdır. Bununla bağlı, о, Zərərçəkmiş şəxs3lа həmin tarixdən 16 avqust 2021-ci il tarixədək heyvanları axtarsalar da, tapa bilməmiş və polis bölməsinə ərizə ilə müraciət etmişlər. Ona sonradan məlum olmuşdur ki, onun və qudası Zərərçəkmiş şəxs3 heyvanlarını X45 və Təqsirləndirilən şəxs1 oğurlamışlar. Оna məxsus 3 (üç) baş heyvandan biri 1000 (min) manat dəyərində ağ rəngli, dişi, beş-altı illik, diri çəkisi 350 kiloqram, digəri 1000 (min) manat dəyərində, boz rəngli, dişi, beş-altı illik, diri çəkisi 350 kiloqram, üçüncü heyvanı isə 3000 (üç min) manat dəyərində, boz rəngli, dörd illik, diri çəkisi 350 kiloqram olan heyvan olmuş, X60 Məmmədov ona cəmi 5000 (beş min) manat dəyərində maddi ziyan vurmuşlar. Ona dəymiş ziyan ödənilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir, Təqsirləndirilən şəxs1 ən sərt cəza verilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonunun Zəlimxan kəndində ailəsi ilə birlikdə yaşayır. Halhazırda rəsmi olaraq heç bir yerdə işləmir, yay aylarında Göygöl rayonunun Toğanalı kəndinin ərazisində yerləşən “Göyəzən” adlı kafeni işlədir, qış aylarında kafeni bağlayaraq yaşadığı Ağstafa rayonuna gedir. 07 aprel 2021-ci il tarixdə tanımadığı bir nəfər polis əməkdaşı telefonla ona məxsus kafenin yandığını deyib onu Göygöl Rayon Polis Şöəsinə çağırmışdır. О, dərhal Göygöl rayonunun Çaykənd kəndinə gedərək kafenin tamamilə yandığını və yararsız hala düşdüyünü görmüşdür. Кafeni sonuncu dəfə bağlayıb gedərkən elektrik xətlərini ayırmışdır. Kafenin elektrik xəttində baş verən qısa qapanmadan yanmadığı, kənar təsir nəticəsində yandırıldığı Fövqəladə Hallar Nazirliyinin araşdırması zamanı da müəyyən olunmuşdur. Yanğın zamanı оnа məxsus “Göyəzən” kafesinin demək olan ki, bütün konstruksiyaları yanmışdır. Ümumi səhəsi 50 kvadratmetr olan kafeinin 25 kvadratmetr hissəsində olan 16000 (on altı min) manat dəyərində ümumi konstruksiyası və kafenin içərisində olan: 1) hər birinin dəyəri 2500 (iki min beş yüz) manat olan cəmi 10000 (on min) manat dəyərində 4 (dörd) dəst mebel, 2) hər birinin dəyəri 600 (altı yüz) manat olan cəmi 2400 (iki min dord yüz) manat dəyərində 4 (dörd) ədəd “LG” markalı, 107 santimetr diaqonal ekranlı televizor, 3) cəmi 2000 (iki min) manat dəyərində 1 (bir) ədəd divan və 4 (dörd) ədəd kreslo, 4) hər birinin dəyəri 1500 (min beş yüz) manat olan cəmi 6000 (altı min) manat dəyərində 4 (dörd) ədəd ikikameralı, “Xitaki” markalı soyuducu, 5) hər birinin dəyəri 500 (beş yüz) manat olmaqla cəmi 1000 (min) manat dəyərində 2 (iki) ədəd 2,5x8 metr ölçüdə dəhliz (koridor) üçün nəzərdə tutulmuş xalça, 6) hər birinin dəyəri 700 (yeddi yüz) manat olan cəmi 2800 (iki min səkkiz yüz) manat dəyərində 4 (dörd) ədəd 4x5 ölçüdə xalça, 7) hər birinin dəyəri 100 (yüz) manat olan cəmi 1000 (min) manat dəyərində 10 (on) ədəd çilçıraq, 8) 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) ədəd “LG” markalı paltaryuyan maşın, 9) hər binin dəyəri 200 (iki yüz) manat olan cəmi 400 (dörd yüz) manat dəyərində 2 (iki) ədəd “Kenvood” markalı tozsoran, 10) hər birinin dəyəri 250 (iki yüz əlli) manat olan cəmi 2000 (iki min) manat dəyərində 8 (səkkiz) ədəd örtük (pokrıvalo), 11) hər birinin dəyəri 150 (yüz əlli) manat olan cəmi 300 (üç yüz) manat dəyərində 2 (iki) ədəd taxta materialdan jurnal маsası (jurnalnı), 12) hər binin dəyəri 70 (yetmiş) manat olan cəmi 140 (yüz qırx) manat dəyərində 2 (iki) ədəd unitaz, 13) hər birinin dəyəri 50 (əlli) manat olan cəmi 100 (yüz) manat dəyərində 2 (iki) ədəd əl-üz yumaq üçün dəst (umıvalnik), 14) hər birinin dəyəri 30 (otuz) manat olan cəmi 60 (altmış) manat dəyərində 2 (iki) ədəd hamam üçün güzgü və duşları yandırılmış, həmin daşnar əşyaların ümumi dəyəri 29.000 (iyirmi doqquz min) manat təkkil edir. Ümumilikdə (kafenin yanmış konstruksiyaları və kafenin içərisindəki avadanlıqların cəmi dəyəri olaraq) ona 45000 (qırx beş min) manat dəyərində əmlakı qəsdən məhv edilməklə ziyan vurulmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. O, ona ziyan vurmuş şəxsdən şikayətçidir və cinayət əməli törədən şəxslərə ən sərt cəza verilməsini tələb edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 məhkəmə çıxışında da bildirmişdir ki, ümumilikdə (kafenin yanmış konstruksiyaları və kafenin içərisindəki avadanlıqların cəmi dəyəri olaraq) ona 45000 (qırx beş min) manat dəyərində əmlakı qəsdən məhv edilməklə ziyan vurulmuş, ona dəymiş ziyan ödənilməmişdir. O, ona ziyan vurmuş şəxsdən şikayətçidir və cinayət əməli törədən şəxslərə sərt cəza verilməsini tələb edir. İbtidai istintaq orqanı ona dəymiş ziyanı 40232 (qırx min iki yüz otuz iki) manat məbləğdə qiymətləndirdiyindən, o da mülki iddiaçı olaraq 40232 (qırx min iki yüz otuz iki) manat məbləğdə mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yolun kənarında yerləşən evdə yaşamışdır. Ev üç mərtəbəli olmaqla, birinci mərtəbə- zirzəmidən, ikinci mərtəbə- iki otaq və bir zaldan, üçüncü mərtəbə isə üç otaq və bir zaldan ibarət idi. Rəsmi olaraq heç bir yedə işləmir, yaşadığı evin həyətyanı sahəsində çardağın (“navesin”) altında müxtəlif növ ərzaq və digər məhsullar yığıb satışı ilə məşğul olub ailəsini dolandırır. О, 11 sentyabr 2021-ci il tarixdə Gəncə şəhərində yaşayan bacısının evinə qonaq getmiş və оrada qalmışdır. X82 isə işləmək üçün Füzuli rayonuna getmiş və evdə heç kim olmamışdır. О, evdən çıxarkən küçədən qaz və elektrik sayğaclarını söndürmüşdür. 14 sentyabr 2021-ci il tarixdə saat təxminən 04 radələrində qonşusu Çəməngül оnа zəng edərək yaşadığı evin yandığını bildirmişdir. О, saat 06 radələrində Göygöl rayonunun Çaykənd kəndinə çatmış, həmin vaxt artıq evi yanıb qurtarmış və yanğınsöndürənlərin orada olmasını görmüşdür. Еvin həyətyanı sahəsində satmaq üçün yığdığı ərzaq və digər məhsullar olan yerin az мiqdarda yandığını, ərzaq məhsullarının isə yerində olmadığını görmüşdür. Sonra evin arxa tərəf bağçasına keçdikdə оradа şampunu yerdə gördükdə əmin olmuşdur ki, naməlum şəxslər onun evindən oğurluq edib, sonra isə izi itirmək üçün evini qəsdən yandırmışlar. Yaşadığı evdən 1) hər bir qutusunun dəyəri 2 (iki) manat 10 qəpik olmaqla ümumi dəyəri 21 (iyirmi bir) manat olan 10 (on) qutu “Prima” markalı siqaret, 2) hər bir qutusunun dəyəri 2 (iki) manat 10 qəpik olmaqla ümumi dəyəri 21 (iyirmi bir) manat olan 10 (on) qutu “Vikeroy” markalı siqaret, 3) hər bir qutusunun dəyəri 2 (iki) manat 60 qəpik olmaqla ümumi dəyəri 26 (iyirmi altı) manat olan 10 (on) qutu “Pall Mall” markalı siqaret, 4) hər bir qutusunun qiyməti 2 (iki) manat 30 qəpik olmaqla ümumi dəyəri 23 (iyirmi üç) manat olan 10 (on) qutu “Compakt Classik” markalı siqaret, 5) hər birinin dəyəri 6 (altı) manat, ümumi dəyəri 12 (on iki) manat olan 2 (iki) ədəd 0,5 litr həcmdə “Xan Chrystal” markalı araq, 6) 1 (bir) ədəd 10 (on) manat dəyərində 0,7 litr həcmdə “Xan Chrystal” markalı araq, 7) hər birinin dəyəri 8 (səkkiz) manat, ümumi dəyəri 16 (on altı) manat olan 2 (iki) ədəd 0,7 litr həcmdə “Ağsu” markalı araq, 8) hər birinin dəyəri 10 (on) manat, ümumi dəyəri 20 (iyirmi) manat olan 2 (iki) ədəd 1 litr həcmdə “Ağsu” markalı araq, 9) hər birinin dəyəri 5 (beş) manat, ümumi dəyəri 25 (iyirmi beş) manat olan 5 (beş) ədəd 0,5 litr həcmdə “Ağsu“ arağı, 10) ümumi dəyəri 60 (altmış) manat olan 5 (beş) kiloqram çəkidə “Ovçular” markalı kolbasa, 11) ümumi dəyəri 24 (iyirmi dörd) manat olan 3 kiloqram çəkidə “Manqalüstü” markalı sosis, 12) hər birinin dəyəri 7 (yeddi) manat, ümumi dəyəri 35 (otuz beş) manat olan 5 (beş) ədəd bağlı paketdə “Manqalüstü” markalı sosis, 13) hər birinin dəyəri 5 (beş) manat, ümumi dəyəri 125 (yüz iyirmi beş) manat olan 25 (iyirmi beş) ədəd parça dəsmal, hər bağlamasının qiyməti 24 (iyirmi dörd) manat olmaqla ümumi dəyəri 120 (yüz iyirmi) manat olan 5 (beş) bağlama corab, 14) 300 (üç yüz) manat dəyərində müxtəlif növ qara çaylar, 15) 300 (üç yüz) manat dəyərində müxtəlif növ şampun və sabunlar, 16) ümumi dəyəri 40 (qırx) manat dəyərində yağ məhsulları, 17) hər birinin qiyməti 1 (bir) manat, ümumi dəyəri 20 (iyirmi) manat olan 20 (iyirmi) ədəd “Bizon” enerji içkisi, 18) hər birinin qiyməti 1 (bir) manat, ümumi dəyəri 20 (iyirmi) manat olan 20 (iyirmi) ədəd “Hell” enerji içkisi, 19) ümumi dəyəri 13 (on üç) manat olan “Gillet” markalı üzqırxan alət və 20) əlavə 1900 (min doqquz yüz) manat dəyərində adlarını tam xatırlamadığı əmlakı oğurlanmış, bundan başqa, evinin yanması nəticəsində mənzilin içərisində olan 1) 2 (iki) ədəd hər biri 800 (səkkiz yüz) manat dəyərində 6 kiloqramlıq “LG” markalı paltaryuyan maşın, 2) 1 (bir) ədəd 1200 (min iki yüz) manat dəyərində ev üçün “Hisense” markalı soyuducu, 3) 1 (bir) ədəd 400 (dörd yüz) manat dəyərində dondurma saxlamaq üçün soyuducu, 4) 1 ədəd 200 (iki yüz) manat dəyərində “Çinar” markalı soyuducu, 5) 1 (bir) ədəd 750 (yeddi yüz əlli) manat dəyərində “LG” markalı, 107 santimetr diaqonallı televizor, 6) 1 (bir) ədəd 100 (yüz) manat dəyərində “LG” markalı, 86 santimetr diaqonallı televizor, 7) 2 (iki) ədəd-hər biri 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat dəyərində “Bosh” markalı ütülər, 8) 2 (iki) ədəd-hər biri 50 (əlli) manat dəyərində, cəmi 100 (yüz) manat dəyərində “Bosh”markalı mikserlər, 9) 2 (iki) ədəd-hər biri 125 (yüz iyirmi beş) manat dəyərində, cəmi dəyəri 250 (iki yüz əlli) manat olan “Geepas” markalı tozsoranlar, 10) 1 (bir) ədəd 90 (doxsan) manat dəyərində “Beko” markalı tozsoran, 11) 2 ədəd- hər biri 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat dəyərində “Akel” markalı duxovkalar, 12) 2 (iki) ədəd-hər birinin qiyməti 70 (yetmiş) manat olmaqla cəmi 140 (yüz qırx) dəyərində “Philips” markalı hava feni, 13) 2 (iki) ədəd-hər birinin dəyəri 50 (əlli) manat olmaqla cəmi 100 (yüz) manat dəyərində “Braun” markalı ütü feni, 14) 1 (bir) ədəd 130 (yüz otuz) manat dəyərində “Sony” markalı DVD, 15) 2 (iki) ədəd-hər biri 45 (qırx beş) manat dəyərində “Supermax” markalı krosna (peyk anteni) aparatı, 16) 1 ədəd 60 manat dəyərində “Omron” markalı təzyiqölçən aparat, 17) 1 (bir) ədəd 50 (əlli) manat dəyərində “Tp Lİnk” markalı internet şəbəkəsi üçün modem, 18) 1 (bir) ədəd 150 (yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan “Dəmir Döküm” markalı suqızdırıcı (“minutka”), 19) 1 (bir) ədəd 900 (doqquz yüz) manat dəyərində “Asus” markalı noutbuk kompyuter, 20) 3 (üç) ədəd-hər biri 100 (yüz) manat dəyərində Rusya istehasalı olan çilçıraq, 21) 1 (bir) ədəd 150 (yüz əlli) manat dəyərində “Zinger” markalı tikiş maşını, 22) 1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində oyma taxta materialından əl işi ilə düzəldilmiş divar saatı, 23) 1 (bir) ədəd 100 (yüz) manat dəyərində yerli istehsal olan televizor altlığı, 24) 1 (bir) ədəd 3000 (üç min) manat dəyərində Türkiyə istehsalı olan yataq dəsti mebeli, 25) 1 (bir) ədəd 250 (iki yüz əlli) manat dəyərində yerli istehsal olan, taxta materialdan hazırlanmış uşaq beşiyi, 26) 1 (bir) ədəd 140 (yüz qırx) manat dəyərində yerli istehsal olan uşaq arabası (kalyaska), 27) 1 (bir) ədəd 800 (səkkiz yüz) manat dəyərində palıd ağacı materialından hazırlanmış 90x200 ölçülü tək çarpayı, 28) 1 (bir) ədəd 1600 (min altı yüz) manat dəyərində “Bellona” markalı divan-kreslo dəsti, 29) 1 (bir) dəst 600 (altı yüz) manat dəyərində səkkiznəfərlik stol-stul dəsti, 30) 2 (iki) ədəd-hər biri 75 (yetmiş beş) manat, cəmi 150 (yüz əlli) manat dəyərində mebel stullar, 31) 6 (altı) ədəd-hər biri 20 (iyirmi) manat, cəmi 120 (yüz iyirmi) dəyərində plastmas materialdan hazırlanmış stullar, 32) 15 (on beş) dəst-hər biri 170 (yüz yetmiş) manat, cəmi 2550 (iki min beş yüz əlli) manat dəyərində yorğan-döşək dəsti, 33) 2 (iki) ədəd- hər biri 300 (üç yüz) manat, cəmi 600 (altı yüz) dəyərində 3x5 metr ölçüdə Türkiyə istehsalı olan yun gəbə (xalça), 34) 3 (üç) ədəd- hər biri 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat dəyərində 2x3 metr ölçüdə Türkiyə istehsalı olan yun gəbə (xalça), 35) 2 (iki) ədəd- hər biri 350 (üç yüz əlli) manat, cəmi 700 (yeddi yüz) dəyərində 2x3 metr ölçüdə yerli istehsal olan yun gəbə (xalça), 36) 3 (üç) ədəd- hər biri 250 (iki yüz əlli) manat, cəmi 750 (yeddi yüz əlli) manat dəyərində 1,5x2 metr ölçüdə Türkiyə istehsalı olan yun gəbə (xalça), 37) 1 (bir) ədəd 170 (yüz yetmiş) manat dəyərində 2,5x3 metr ölçülü Türkiyə istehsalı olan “Kaşmir” növlü gəbə (xalça), 38) 10 (on) ədəd hər-biri 80 (səksən) manat, cəmi 800 (səkkiz yüz) dəyərində Türkiyə istehsalı olan təzə ədyal-pakrıval dəsti, 39) 1 (bir) ədəd 550 (beş yüz əlli) manat dəyərində 2x3 metr ölçülü Türkiyə istehsalı olan pərdə, 40) 1 (bir) ədəd 100 (yüz) manat dəyərində 2 (iki) metr 50 santimetr uzunluğunda ağac materialından hazırlanmış yerli istehsal olan pərdə asmaq üçün nəzərdə tutulmuş karniz, 41) 12 (on iki) dəst, hər biri 60 (altmış) manat, cəmi 720 (yeddi yüz iyirmi) manat dəyərində yerli istehsal olan standart ölçülü mələfə (prostın) dəsti, 42) 12 (on iki) ədəd- hər biri 5 (beş) manat, cəmi 60 (altmış) manat dəyərində “Gilan” firmasının istehsalı olan əl-üz dəsmalları, 43) 6 (altı) ədəd- hər biri 20 (iyirmi) manat, cəmi 120 (yüz iyirmi) manat dəyərində “Gilan” firmasının istehsalı olan hamam dəsmalları, 44) 20 (iyirmi) ədəd- hər biri 3 (üç) manat, cəmi 60 (altmış) manat dəyərində “Gilan” firmasının istehsalı olan çay stəkanları, 45) 2 (iki) ədəd- hər biri 35 (otuz beş) manat, cəmi 70 (yetmiş) manat dəyərində Türkiyə istehsalı olan hamam xalatiı, 46) 1 (bir) ədəd 2500 (iki min beş yüz) manat dəyərində Türkiyə İstehsalı olan “çəngəl, bıçaq, qab-qacaq və qazan dəsti”, 47) 1 (bir) cüt 50 (əlli) manat dəyərində zamşa (“zamuş”) materialdan hazırlanmış qadın ayaqqabısı, 48) 1 (bir) cüt 65 (altmış beş) manat dəyərində dəri materialdan hazırlanmış kişi üçün ayaqqabı, 49) 1 (bir) cüt 70 (yetmiş) manat dəyərində dəri materialdan hazırlanmış kişi üçün uzunboğaz çəkmə, 50) 1 (bir) cüt 80 (səksən) manat dəyərində dəri materialdan hazırlanmış qadın üçün uzunboğaz çəkmə, 51) 1 (bir) ədəd 120 (yüz iyirmi) manat dəyərində qadın üçün yun materialdan hazırlanmış palto, 52) 1 (bir) ədəd 100 (yüz) manat dəyərində kişi üzün “balonka” gödəkcə, 53) 2 (iki) ədəd- hər biri 60 (altmış) manat, cəmi 120 (yüz iyirmi) manat dəyərində qadın üçün yazlıq parça plaş, 54) 2 (iki) ədəd- hər biri 60 (altmış) manat, cəmi 120 (yüz iyirmi) manat dəyərində Türkiyə istehsalı olan qadın əl çantaları, 55) 3 (üç) dəst- hər biri 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan kişi kostyumları, 56) 2 (iki) ədəd- hər biri 35 (otuz beş) manat, cəmi 70 (yetmiş) manat dyərində yerli istehsal olan polad materialdan hazırlanmış xəncərlər, 57) 1 (bir) ədəd 50 (əlli) manat dəyərində “Monej” markalı uşaq arabasının yanaraq yararsız hala düşmüş və həmin cinayət əməli nəticəsində ümumilikdə оnа 95000 (doxsan beş min) manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir, Təqsirləndirilən şəxs1 ən sərt cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 məhkəmə çıxışında da bildirmişdir ki, onun hesablamalarına görə, evində baş vermiş yanğın nəticəsində ona ümumilikdə 95000 (doxsan beş min) manat məbləğində maddi ziyan dəymiş, ziyan ödənilməmişdir. İbtidai istintaq orqanı tərəfindən ona dəymiş maddi ziyan cəmi 51635 (əlli bir min altı yüz otuz beş) manat məbləğdə qiymətləndirdiyindən, o da mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı 51635 (əlli bir min altı yüz otuz beş) manat məbləğdə mülki iddia qaldırmışdır və halhazırda həmin mülki iddianı müdafiə edir. Hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir, Təqsirləndirilən şəxs1 ən sərt cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs9 nümayəndəsi (arvadı) Nümayəndə məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 onun əridir, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır. Natiq rəsmi olaraq heç bir yerdə işləmir, heyvandarlıqla məşğul olub ailəsini dolandırır, ikinci dərəcəli əlildir. Natiq 17 iyul 2020-ci il taridə saat 07 radələrində özünə məxsus 4 (dörd) baş iribuynuzlu heyvanını həmişəki kimi “Аeroport” kimi tanınan otlaq sahəsinə buraxmış, həmin gün heyvanlar evə qayıtmamışdır. 18 iyul 2020-ci il tarixdə saat 05:40 radələrində onların oğlu Elgün heyvanları axtarmağa getmiş, bir qədər sonra Elgün zəng edərək bildirmişdir ki, heyvanlardan üç başı otlaq sahəsinдə otlayır, birinin isə boğazı kəsilmiş və ətinin bir hissəsi aparılmışdır. Bundan sonra əri Zərərçəkmiş şəxs9 oğlu Elgünün olduğu yerə getmiş və üç baş heyvanın otlaq sahəsində otladığını, birinin isə boğazının kəsildiyini, qollarının və budlarının isə kəsilərək aparıldığını görmüşdür. Natiq bununla bağlı Göygöl Rayon Polis Şöbəsinə məlumat vermiş və polis şöbəsindən gəlib sənədləşmə aparılaraq kəsilmiş heyvanın şəkillərini çəkmişlər. 2021-ci ilin noyabr ayının sonlarında X3 və Məmmədov X6 ərazisində olan oğurluq hadisələri ilə bağlı şübhəli kimi tutulandan sonra əri Natiqə məlum olmuşdur ki, onların heyvanını da X60 Məmmədov kəsib qolları və budlarını doğrayıb aparmışlar. Həmin heyvan erkək cinsli, bir yaş iki aylıq, tünd rəngli, balaca buynuzlu, təxminən 120-130 (yüz iyirmi-yüz otuz) kiloqram çəkidə, 1000 (min) manat dəyərində olmuşdur. Bundan başqa, 31 avqust 2020-ci il tarixdə onların 4 (dörd) baş heyvanı da örüş sahəsindən oğurlanmışdır. Belə ki, həmin tarixdə 4 (dörd baş) heyvanı kəndin ərazsindəki otlaq sahəsində otlamışdır. Natiqin oğlu Elgün saat 18 radələrində atası Natiqə zəng edib heyvanları örüş sahəsində tapmadığını bildirmişdir. Bundan sonra, onlar heyvanları on gün axtarmış və tapa bilmədiklərinə görə, Zərərçəkmiş şəxs9 Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsinə ərizə ilə müraciət etmişdir. Həmin 4 (dörd) baş heyvanın hamısı dişi cinsli, onlardan üçü boz, biri isə qara rəngli olmuşdur. Qara rəngli olan ikiillik heyvan-2000 (iki min) manat, boz rəngli olanlardan ikisi- iki illik və hər birinin dəyəri ayrı ayrılıqda 2000 (iki min) manat, digər boz rəngli olan isə on illik, 1000 (min) manat dəyərində olmuşlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs9 cəmi 7000 (yeddi min) manat dəyərində maddi ziyan dəymiş və həmin ziyan ödənilməmişdir. O, zərərçəkmiş şəxsin nümayəndəsi olaraq, Təqsirləndirilən şəxs1 ən sərt cəza verilməsini tələb edir. Zərəçəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır, Müdafiə Nazirliyinin Kəlbəcər rayonunun ərazisində yerləşən N saylı hərbi hissəsində çörəkbişirən işləyir və əlavə olaraq təsərrüfatla da məşğul olur. 2021-ci ilin iyun ayının ortalarında səhər saatlarında 2 (iki) baş iribuynuzlu heyvanlarını yaşadığı kəndin ərazsində yerləşən otlaq sahəsinə buraxmış, axşam saatlarında heyvanlarının biri evinə gəlməmişdir. О, heyvanını nə qədər axtarsa dа, tapa bilməmişdir. 25 noyabr 2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları onun X3 və Təqsirləndirilən şəxs1 oğurluq hadisələri törətmələri ilə bağlı şübhəli şəxs kimi saxlamışlar. Bundan sonra ona məlum olmuşdur ki, onun heyvanını da X60 Məmmədov oğurlamışlar. Onun oğurlanmış heyvanı qara rəngli, dişi cinsli, iki illik, xalis çəkisi təxminən 140 (yüz qırx) kiloqram və qiyməti 1000 (min) manat olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs1 şikayətçidir, Təqsirləndirilən şəxs1 ən sərt cəza verilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, heyvandarlıqla məşğul olub ailəsini dolandırır. Heyvanlarını qonşuluqda yaşayış olmayan evin həyətində saxlayır. 24 may 2019-cu il tarixdə səhər saatlarında 3 (üç) baş iribuynuzlu heyvanını yaşadığı kəndin ərаzisi ilə axan çayın digər tərəfinə otlamağa buraxmışdır. Həmin otlaq sahəsinin 3 (üç) tərəfi hasarlı, digər tərəfi isə axar çaydır. Axşam saat 19 radələrində heyvanlarını tövləyə gətirmək üçün gedən zaman heyvanın birinin olmadığını görmüş, ətrafda olan otlaq sahələrini nə qədər axtarsa da, heyvanını tapa bilməmişdir. Bununla bağlı 13 iyun 2019-cu il tarixdə Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsinə ərizə yazmışdır. Həmkəndliləri X45 və Təqsirləndirilən şəxs1 2021-ci ilin noyabr ayının axırlarında Çaykənd kəndinin ərazisində oğurluq hadisələri ilə bağlı Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalandıqdan sonra ona polisdən bildirmişlər ki, onun heyvanını da həmin şəxslər oğurlamışlar. Оğurlanmış heyvan qara rəngli, erkək cinsli, qısa buynuzlu, təxminən 70 (yetmiş) kiloqram xalis çəkili və 800 (səkkiz yüz) manat dəyərində olmuş, heyvanın alın hissəsində dəmrov xəstəliyindən sonra xal kimi ləkəsi qalmışdır. O, konkret olaraq Təqsirləndirilən şəxs1 deyil, oğrudan şikayətşidir, belə ki, onun 1 (bir) baş heyvanı-erkək cöngəsi oğurlanmış, oğurlayanın da kim olduğunu bilmir. Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, aləsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır, həmin kənddə E.Xanlarov adına orta məktəbdə müəllim işləyir. Bundan əlavə heyvandarlıqla məşğul olub ailəsini dolandırır. X32 və Təqsirləndirilən şəxs1 tanıyır: Elnur onun qardaşı Rasimin oğludur, Qalib isə həmkəndlisidir. Elnur və Qaliblə əvvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. 2019-cu ildə 7 (yeddi) baş iribuynuzlu və 30 (otuz) baş xırdabuynuzlu heyvanları, həmçinin 2 (iki) baş atı olmuşdur. Xırda və iribuynuzlu heyvanlarını evinin həyətində olan tövlədə, atları isə evindən təxminən əlli-altmış metr aralıda kənarları çəpərlənmiş həyətyanı sahəsində saxlamışdır. Həmin həyətyanı sahənın qapısı vardır və atları orada saxladığına görə qapını həmişə bağlı saxlamışdır. 03 noyabr 2019-cu il tarixdə atlardan birinin oğurlanmasını müəyyən etmişdir. Həmin gün saat 06 radələrində balaca atı evinin həyətinə gəlməsindən şübhələndiyi üçün bağçaya getmiş, bağçanın qapısının açıq olduğunu, örtülməməsi üçün qarşısına daş qoyulduğunu və iri atın bağçada olmadığını görmüşdür. Оğurlanmış at dörd yaşında, dişi, sarı kəhər rəngli, quyruğu və boynunun arxasındakı tüklərinin qara, arxa sağ ayağında topuq hissəyə qədər ağ rəngli, dırnaqları sarı rəngli, sol arxa ayağının dırnaq hissəsi sarı, topuğunun yarısına qədər ağ rəngli, iki gözünün arasında ağ rəngli tükləri, təpəli olmuş, oğurlanan vaxt atın dəyəri 800 (səkkiz yüz) manat olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs1 şikayətçidir və Təqsirləndirilən şəxs1 ən sərt cəza verilməsini xahiş edir. Zərəçəkmiş şəxs qismində məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, pensiyaçıdır. Əvvəllər Göygöl rayonunun Çaykənd kəndində yerləşən Kəlbəcər məktəbində müəllim işləmişdir. 31 oktyabr 2021-ci il tarixdə oğlu Qeysin yaşadıqları kənddə naxır növbəsi olmuş, ona görə də oğlu Qeys həmin gün saat 07 radələrində kənd camaatının heyvanlarını, o cümlədən özlərinə məxsus 20 (iyirmi) baş qoyun və 10 (on) baş keçidən ibarət heyvanlarla birlikdə təxminən cəmi 300 (üç yüz) baş heyvanı kəndin ərazisində yerləşən “su baseyni” kimi tanınan ərazidə otarmağa aparmış və həmin gün axşam saat 19 radələrində Qeys heyvanları evlərinə gətirmişdir. Heyvanları sayan zaman özlərinə məxsus 7 (yeddi) baş keçinin olmadığını müəyyən etmişlər. Bundan sonra keçiləri 08 noyabr 2021-ci il tarixədək həm öz yaşadıqları kəndin, həm də ətraf kəndlərin ərazisində axtarsalar da, tapa bilməmişlər. Oğlu Qeys ona bildirmişdir ki, o, 31 oktyabr 2021-ci il tarixdə heyvanları otaran zaman yaxınlıqda heyvanlarını otaran “Bəbiş” ləqəbli Səyyaf Məmmədovu görmüşdür. Ona görə də Sarısu polis bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Oğurlanmış keçilərin dördü qara, biri sarı, biri ağ və biri qəhvəyi rəngdə, altısı dişi, qara rəngli olanlardan yalnız biri erkək olmuşdur. Dişilər 35 (otuz beş) kiloqram, erkək isə 20 (iyirmi) kiloqram çəkidə, dişilərin hər biri 210 (iki yüz on) manat, erkək isə 200 (iki yüz) manat dəyərində olmuşdur. Keçilərinin oğurlanması nəticəsində ona cəmi 1460 (min dörd yüz altmış) manat məbləğində ziyan dəymişdir. Ona dəymiş ziyan tamamilə ödənilmiş və o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində məhkəmə iclasinda dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, о, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada heyvandarlıqla məşğul olub ailəsini dolandırır. Оnun 10 (on) baş iribuynuzlu hеyvanı, onunlа qonşuluqda yaşayan bacısı Zərərçəkmiş şəxs7 isə 6 (altı) baş iribuynuzlu heyvanı olmuşdur; onlar birlikdə hər gün səhər tezdən heyvanları otlamaları üçün kənddə yerləşən biçənək sahəsinə ötürür, axşamlar isə gedib heyvanları evə gətirmişlər. 21 sentyabr 2021-ci il tarixdə həmişəki kimi səhər tezdən bacısı Zərərçəkmiş şəxs7 ilə birlikdə heyvanları biçənək sahəsinə ötürmüşlər. Həmin gün ona məxsus 1 (bir) baş, bacısı Zərərçəkmiş şəxs7 məxsus 2 (iki) baş iribuynuzlu heyvanları evə qayıtmamışdır. Оnlar heyvanları axtarmağa getmiş, lakin tapa bilməmiş, buna görə də heyvanların oğurlanması ilə bağlı Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. Ona məxsus oğurlanmış heyvan on yaşında, dişi cinsli, qara rəngli, qarşı tərəfə əyilmiş buynuzları olmuşdur. Heyvanın süd yerinin ikisi ağ, digər ikisi isə qara rəngli, oma sümüyünün üzərində tikiş izləri olmuş və heyvanın bazar qiyməti 2000 (iki min) manat dəyərində olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Halhazırda Təqsirləndirilən şəxs1 şikayətçidir və Təqsirləndirilən şəxs1 ən sərt cəza verilməsini tələb edir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı 2000 (iki min) manat məbləğdə mülki iddia qaldırmış, mülki iddianın da təmin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada heyvandarlıqla məşğul olub ailəsini dolandırır. Оnun 6 (altı) baş iribuynuzlu heyvanı olmuş, onunla qonşuluqda yaşayan bacısı Zərərçəkmiş şəxs1 isə 10 (on) baş iribuynyzlu heyvanları olmuş, onlar birlikdə hər gün səhər tezdən heyvanları otlamaları üçün kənddə yerləşən biçənək sahəsinə ötürür, axşamlar isə özləri gedib heyvanları evə gətirirdilər. 21 sentyabr 2021-ci il tarixdə səhər tezdən həmişəki kimi bacısı Zərərçəkmiş şəxs1 ilə birlikdə heyvanları biçənək sahəsinə ötürmüş və heyvanlar orada nəzarətsiz otlamışlar. Həmin gün оnа məxsus 2 (iki) baş, bacısı Mahirəyə məxsus 1 (bir) baş iribuynuzlu heyvanları evə qayıtmamışdır. O, Mahirə ilə birlikdə heyvanları axtarmağa getmiş, lakin tapa bilməmişlər, ona görə də heyvanların oğurlanması ilə bağlı Göygöl Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Ona məxsus oğurlanmış heyvanlardan biri üç yaşında, dişi cinsli, boğaz, qara rəngli, düz buynuzlu, digər heyvan isə dörd yaşında, dişi cinsli, boğaz, bel hissəsi qırmızımtıl rəngli, gödək buynuzlu olmuş və hər birinin bazar qiyməti 1500 (min beş yüz) manat dəyərində olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs1 şikayətçidir və Təqsirləndirilən şəxs1 ən sərt cəza verilməsini tələb edir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı 2000 (iki min) manat məbləğdə mülki iddia qaldırmış, mülki iddianın da təmin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs10 Haqverdi oğlu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada heyvandarlıqla məşğul olub ailəsini dolandırır. Onun 1 (bir) baş atı olmuşdur. 17 avqust 2020-ci il tarixdə саат 17 radələrində atını otlaması üçün yaşadığı kəndin otlaq sahəsinə aparıb örükləyib evinə qayıtmışdır. Həmin gün saat 23 radələrində atını evə gətirmək üçün getmiş və atını bağladığı yerdə tapmamışdır. О, bir neçə gün atını axtarmış və tapa bilmədiyinə görə Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsinə ərizə ilə müraciət etmişdir. Оnun аtı on dörd-on beş yaşda, ağ çilli rəngli, аrха sol ayağının dırnağı ağ rəngli, həmçinin üst dodağı ağ rəngli, yorğa at olmuş və 10000 (on min) manat dəyərində olmuşdur. О, atının həmkəndliləri Elnur Hüseynov və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmasına inanır. Ona dəymiş ziyan ödənilməmişdir. Atını oğurlayıb öldürdüyünə görə, Təqsirləndirilən şəxs1 şikayətçidir və Təqsirləndirilən şəxs1 ən sərt cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində məhkəmə iclasinda dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub ailəsini dolandırır. X3 və Təqsirləndirilən şəxs1 yaxşı tanıyır, onların heç biri ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. Onun 1 (bir) baş iribuynuzlu, qudası Rafayıl Mirzəyevin isə 3 (üç) baş iribuynuzlu heyvanları olmuşdur. Onlar həmin heyvanları birlikdə hər gün səhər saat 06 radələrində örüş sahəsinə otlamağa buraxır, axşam saat 20 radələrində isə heyvanlar özləri evə qayıdırdılar. 08 avqust 2021-ci il tarixdə, о, qudası Rafayıl Mirzəyevlə birlikdə heyvanlarını otlamaları üçün yenə də həmişəki kimi səhər saat 06 radələrində örüş sahəsinə ötürmüş, lakin heyvanlar həmin gün evə qayıtmamışdır. Bundan sonra onlar həmin tarixdən 16 avqust 2021-ci il tarixədək heyvanlarını axtarsalar da, tapa bilmədiklərinə görə 16 avqust 2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsinə ərizə ilə müraciət etmişlər. Оnа sonradan məlum olmuşdur ki, onların heyvanlarını X45 ilə Təqsirləndirilən şəxs1 oğurlamışlar. Onun həmin oğurlanmış 1 (bir) baş, göy rəngli, dişi cinsli, üç yaşında, diri çəkisi 250 (iki yüz əlli) kiloqram оlan iribuynuzlu heyvanının dəyəri 1500 (min beş yüz) manat оlmşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs1 şikayətçidir və Təqsirləndirilən şəxs1 ən sərt cəza verilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində məhkəmə iclasinda dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır, həmin kənddə yerləşən S.Əliyev adına tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyir, bundan əlavə, fərdi qaydada heyvandarlıqla da məşğul olub ailəsini dolandırır. Onun 2019-cu ildə 3 (üç) baş, 2020-ci ildə isə 1 (bir) baş iribuynuzlu heyvanları oğurlanmışdır. Belə ki, 02 avqust 2019-cu il tarixdə səhər saatlarında, о, özünə məxsus 6 (altı) baş iribuynuzlu heyvanlarını оtlamаları üçün kəndin ərazisində yerləşən otlaq sahəsinə ötürmüş, axşam həmin 6 (altı) baş heyvanlardan 3 (üç) başı evə qayıtmamışdır. 02 avqust 2019-cu il tarixdən 18 avqust 2019-cu il tarixədək olan müddət ərzində heyvanlarını axtarsa da, tapa bilməmiş, 19 avqust 2019-cu il tarixdə polisə bu barədə ərizə ilə müraciət etmişdir. Həmin 3 (üç) baş heyvanın 1 (bir) başı erkək, 2 (iki) başı isə dişi cinsli olmuşdur. İkisi qara, biri isə boz rəngli idi. Erkək dana qara rəngli olmuş və heyanların heç birinin xüsusi əlamətləri olmamışdır. Hamısı bir illik və diri çəkiləri 180 (yüz səksən) kiloqram olmuş və hər birinin ayrı-ayrılıqda dəyəri 1000 (min) manat məbləğində olmuşdur. İkinci dəfə isə onun 1 (bir) baş iribuynuzlu heyvanı 2020-ci ilin aprel ayının 27-də naməlum şəraitdə yoxa çıxmışdır. Həmin gün, о, heyvanı öz evinin həyətyanı sahəsində bitən otları yeməsi üçün bağa buraxmış, kim isə bağın çəpərinin bir hissəsini aralamış və heyvanı bağdan çölə çıxаrmış, sonra isə heyvanı küçədən aparmışdır. О, iki gün heyvanı axtarmış, lakin tapa bilməmiş, 29 aprel 2020-ci il tarixdə polisə ərizə ilə müraciət emişdir. Həmin 1 (bir) baş heyvan dişi cinsli, bir yaş dörd aylıq, qara rəngli düyə olmuş, diri çəkisi 170 (yüz yetmiş) kiloqram və dəyəri 900 (doqquz yüz) manat olmuşdur. О, heyvanlarının X3 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandıqlarını düşünür. Ona dəymiş ziyan ödənilməmişdir. Onun heyvanlarını oğurlayan şəxsdən şikayətçidir və həmin təqsirli şəxsə ən sərt cəza verilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində məhkəmə iclasinda dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, Göygöl rayonunun Yeni Zod kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada təsərrüfatla məşğul olub ailəsini dolandırır. Onun 5 (beş) baş iribuynuzlu heyvanı olmuş, adəti üzrə hər səhər saat yeddi radələrində heyvanları otlamaları üçün örüş sahəsinə buraxır, axşam saatlarında isə heyvanların özləri evə qayıdırdılar. 01 oktyabr 2021-ci il tarixdə, о, həmişə olduğu kimi saat yeddi radələrində 5 (beş) baş heyvanı örüş sahəsinə ötürmüş, lakin axşam heyvanların heç biri evə qayıtmamışdır. О, heyvanları ахтарsа da tapa bilməmiş, 02 oktyabr 2021-ci il tarixdə heyvanlardan ikisi еvə qayıtmış, lakin 3 (üç) baş heyvanı tapa bilməmiş, bununla əlaqədar ərizə ilə polisə müraciət etmişdir. Göygöl rayonunun Çaykənd kəndində yaşayan X25 heyvan oğurluğu ilə məşğul olduğunu eşitmiş, оna görə də оnun heyvanlarını da Elnur Hüseynovun oğurladığını güman etmişdir. 01 oktyabr 2021-ci il tarixdə oğurlanmış 5 (beş) baş iribuynuzlu heyvanın əlamətləri onun dəqiq yadında olmuş, heyvanların beşi də dişi olmuş, onlardan ikisi ağ rəngli, ikisi boz rəngli, biri isə sarı rəngdə olmuşdur. 2 (iki) baş аğ rəngli iribuyunuzlu heyvan 180 (yüz səksən) və 200 (iki yüz) kiloqram çəkilərdə, hər biri 2000 (iki min) manat dəyərində, digər sarı rəngli heyvan 200 (iki yüz) kiloqram çəkidə və dəyəri 2000 (iki min) manat dəyərində, boz rəngli inəklərdən biri iki yaşında, doğmamış, boğaz vəziyyətdə, 200 (iki yüz) kiloqram çəkidə, 2000 (iki min) manat dəyərində, digər boz rəngli inək isə bir yaşında, doğmamış, boğaz olmayan, 150 (yüz əlli) kiloqram çəkidə, 1500 (min beş yüz) manat dəyərində olmuşdur. Sonradan gələn həmin 2 (iki) baş inəkdən 1 (bir) başı ağ rəngli, 2000 (iki min) manat dəyərində və digəri sarı rəngli, 2000 (iki min) manat dəyərində olmuşdur. Oğurlanmış və geri qayıtmamış olan 03 (üç) baş iribuynuzlu heyvana görə ümumilikdə ona 5500 (beş min beş yüz) manat məbləğində ziyan dəymişdir.Ona dəymiş ziyan ödənilməmişdir. O, təqsirləndirilən şəxslərin hər üçündən şikayətçidir və təqsirləndirilən şəxslərin hər üçünə ən sərt cəza verilməsini tələb edir. Şahid qismində məhkəmə iclasında dindirilmiş X35 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, yaşadığı evin yaxınlığında qəssablıqla məşğul olub ailəsini dolandırır. Göygöl rayonunun Çaykənd kənd sakini X32 təxminən iki il olar ki, tanıyır. Münasibətləri yaxşıdır, əvvəllər heç zaman düşmənçilikləri və ya ədavətləri olmamışdır. Elnur Hüseynov onun qəssablıqla məşğul olduğunu bilir. Еlnur Hüseynov 2021-ci ilin noyabr ayının əvvəllərində оnun ət satdığı mağazaya gələrək satılacaq 4 (dörd) baş keçisi olduğunu bildirərək həmin keçiləri satmasını ona təklif etmişdir. Həmin gün, o, axşam saatlarında keçilərə baxmaq üçün Elnur Hüseynovun yaşadığı Göygöl rayonunun Çaykənd kəndinə getmiş, Elnur Hüseynov evinin həyətindəki tövlədən 4 (dörd) baş keçini çıxarıb оnа göstərmişdir. O, keçilərə görə 200 (iki yüz) manat pul verə biləcəyini demiş, Elnur Hüseynov razılaşmışdır. О, Elnur Hüseynovа 170 (yüz yetmiş) manat nağd pul vermiş, qalan 30 (otuz) manatı isə sonra verəcəyini bildirmişdir. Elnur Hüseynov etiraz etməmiş və o, 170 (yüz yetmiş) manat pulu verib keçilərin dördünü də almışdır. Həmin günün səhərisi saat 12 radələrində Elnur Hüseynov onun yanına gəlmiş, 30 (otuz) manat qalıq qalmış pulu ondan alıb getmişdir. O, 3 (üç) baş keçini əvvəlcə, сonuncu keçini isə 21 noyabr 2021-ci il tarixdə kəsmiş, həmin keçinin başını və dörd ədəd ayaqlarını öz oğlu Nadirə bişirtdirib yeyilməsi üçün vermişdir. Polis əməkdaşları ondan Elnur Hüseynovdan 4 (dörd) baş keçi alması barədə maraqlandıqda, о, sonuncu keçinin soyuducuda qalan budunu, sonra isə 4 (dörd) ədəd ayaqları və 1 (bir) ədəd başını təhvil vermişdir. Еlnur Hüseynovdan ona satdığı keçiləri hansı yolla əldə etməsi barədə soruşmamış, Elnur da ona keçiləri haradan və hansı yolla əldə etməsi barədə heç nə deməmişdir. Bundan əlavə, o, Elnur Hüseynovdan 4 (dörd) baş keçini almamışdan təxminən beş gün əvvəl 35-40 (otuz beş-qırx) kiloqram çəkisi olan qara-qırmızı rəngli bir baş dişi dana almışdır. Belə ki, Elnur Hüseynov ona satlıq danası olduğunu demiş, həmin günün sabahısı, o, Gəncə şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan Kazım adlı tanışı ilə birlikdə Çaykənd kəndinə Elnur Hüseynovun evinə getmişlər. O, Elnurla birlikdə tövlədən 1 (bir) baş dişi dananı çölə çıxardaraq avtomobilinin yük yerinə qoymuş və evinə qayıtmışdır. Həmin dişi dananı aldıqdan iki gün sonra Gəncə şəhərində yerləşən heyvan bazarında tanımadığı adama 240 (iki yüz qırx) manata satmışdır. Həmin gündən bir gün sonra, o, yenə də Kazımdan xahiş etmişdir ki, ona yoldaşlıq etsin və Elnur Hüseynovun evindən ət götürüb gəlsinlər. O, Elnur Hüseynovun evinə gedib onunla birlikdə tövləsində olan 1 (bir) baş təxminən 80 (səksən) kiloqramlıq boz rəngli dananı kəsib ətin hamısını götürərək Elnurla birlikdə avtomobilinin yük yerinə yığmış və Gəncə şəhərinə qayıtmışlar. Elnur Hüseynova danaya görə 200 (iki yüz) manat, ətə görə isə 330 (üç yüz otuz) manat pul vermişdir. Dananın ətini də hissə-hissə müştərilərə satmışdır. Elnur Hüseynovdan, ona satmış olduğu dananı və əti hansı yolla əldə etdiyini soruşmamış, Elnur da bu barədə ona heç nə deməmişdir. Şahid qismində məhkəmə iclasında dindirilmiş X42 şahid Haqverdi Xıdırovla oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Şahid qismində məhkəmə iclasında dindirilmiş X71 ifadəsində göstərmişdir ki, o, 07 aprel 2021-ci il tarixdə saat 01 radələrində Qazax rayonunun Xanlıqlar kəndində yaşadığı ünvanda olarkən bacısının əri Zərərçəkmiş şəxs2 ona zəng edərək özünə məxsus Göygöl rayonunun Toğanalı kəndində yerləşən “Göyəzən” kafesinin yandığını bildirmişdir. Bununla əlaqədar, о, Zərərçəkmiş şəxs2la birlikdə сaat 03 radələrində Göygöl rayonunun Toğanalı kəndinə gəlmiş və Raufa məxsus “Göyəzən” kafesinin birinci və ikinci mərtəbələrinin tamamilə yandığını görmüşlər. Onlar kafeyə çatanda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını artıq söndümüşdülər. Həmin dövrdə Zərərçəkmiş şəxs2 kafeyə nəzarəti heç kimə tapşırmamış, bəzi zamanlarda Zərərçəkmiş şəxs2 özü gəlib nəzarət edirdi. Yanğın zamanı “Göyəzən” kafesində bütün əşyalar yandığından heç bir əşya çıxarılmamışdır. О, kafeyə nə qədər maddi ziyan dəyməsi barədə bilmir, lakin yeznəsi Zərərçəkmiş şəxs2 deməsinə görə, kafenin yanması ilə bağlı Raufa təxminən 45000 (qırx beş min) manat məbləğdə maddi ziyan dəymişdir. Şahid qismində məhkəmə iclasında dindirilmiş X47 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub ailəsini dolandırır, həm də özünə məxsus “Qazel” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sifariş əsasında yük daşıyıb pul qazanır. X4 tanıyır, münasibətləri yaxşıdır və əvvəllər heç zaman düşmənçilikləri və ya ədavətləri olmamışdır. 2019-cu ilin avqust ayının əvvəllərində saat 24 radələrində Elnur ona zəng edərək bildirmişdir ki, 3 (üç) baş iribuynuzlu heyvanı var, onları sabah Gəncə şəhərində yerləşən heyvan bazarında satmağa aparmaq istəyir. O, Elnurla razılaşmış və saat 03 radələrində heyvanları onun “Qazel” markalı avtomobili ilə həmin bazara aparmışdır. Buna görə Elnur Hüseynov оnа 50 (əlli) manat pul vermişdir. Şahid qismində məhkəmə iclasında dindirilmiş X45 ifadəsində göstərmişdir ki, 25 noyabr 2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsinin əməkdaşları Göygöl rayonunun Çaykənd kəndinin ərazisində ona yaxınlaşaraq onun Göygöl Rayon Polis Şöbəsinə dəvət edildiyini bildirmiş və həmin polislərlə birlikdə Göygöl Rayon Polis Şöbəsinə gəlmişlər. Polisdə ona bildirmişlər ki, o, 31 oktyabr 2021-ci il tarixdə Qalib və Səyyafla birlikdə əmisi Paşanın 7 (yeddi) baş keçisini oğurlamışdır. O, polislərə demişdir ki, o, həmin tarixdə Samux rayonunda olmuşdur, Qalib də həmin tarixdə Şəmkir rayonunda olub-hərbi xidmətdə olan qardaşının yanına gedib, həmin tarixə olan anten dairəsi məlumatları çıxarılsın və yoxlansın. Həmçinin demişdir ki, o, keçi görmüşdür, lakin keçi gətirməmişdir. Bundan sonra onu iki gün polisdə saxlamış, Sarısu polis bölməsinin əməkdaşları Nəriman, Cabir və Rəşid ona və Qalibə işgəncə vermişlər. İki gün sonra polislər dedilər ona Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham verilə bilməz-məbləğ azdır, yəni yeddi baş keçinin qiyməti buna kifayət etməz. 27 noyabr 2021-ci il tarixdə onu polisə tabe olmama adı ilə Göygöl Rayon Məhkəməsinə aparmışlar, məhkəmə onu inzibati qaydada 200 (iki yüz) manat cərimə etmişdir. Məhkəmədən çıxan kimi həmin polislər yenidən onu məhkəmənin pilləkənindən götürüb Göygöl Rayon Polis Şöbəsinə gətirmiş və yenidən işgəncə və təzyiqlərə məruz qalmışdır; Qalibə də ayrı otaqda işgəncə verirdilər. Polislər ona demişlər ki, “Baharın evini yandirmisan, evin içərisindən də televizor, soyuducu və sair əşyalar aparmısan, əşyaları kimə satmısan, onları de”. O da polislərə demişdir ki, “mən ev yandırmamışam, bəli, yanğın yeində olmuşam, sadəcə qonşu kimi köməyə getmişəm”. Polisdə əməliyyatçılar onlardan ifadə aldılar-müstəntiq qaldı kənarda. 29 noyabr 2021-ci il tarixdə, o, Göygöl Rayon Məhkəməsinə aparılmış və barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra müstəntiqin üzünü də görməmişdir. Sonra ittiham aktı gəlmişdir; baxmışdır ki, on üç nəfər zərərçəkmiş şəxs kimi tanınmışdır. İttiham aktından görünür ki, müstəntiq bütün ifadələri eyni cür yazıb: guya ki, o, bazar günləri oğurladığı mal-qaranı Qaliblə birlikdə tutub öz tövləsinə salmış, həftənin bazar ertəsi günləri isə aparıb Gəncənin mal-qara bazarında satmışdırhalbuki, həftənin bazar ertəsi günləri mal-qara bazarı işləmir. Bundan başqa, Çaykənddə kifayət qədər müşahidə kameraları var, yolboyu kameralar var. Misal üçün, o, heyvanları harasa aparmaq üçün əvvəlcə “QAZel” sürücüsünə zəng etməli, “QAZel” sürücüsü də gəlib aparmalıdır. O, ibtidai istintaq zamanı telefonunun anten dairələrinin, müşahidə kameralardan videogörüntülərin çıxarılmasını istəmiş, lakin bunu etməmişlər- heç bir fakt yoxdur ortalıqda. Təqsirləndirilən şəxs2 onun üzünə qoyub, onu təqsirləndirilən şəxs qismində cəlb etmişlər. Samir bildirmişdir ki, guya o, Samirlə birlikdə Devranın 9500 (doqquz min beş yüz) manat dəyərində mal-qarasını aparmışlar. Ona maraqlı olan odur ki, əgər o, həqiqətən Samirlə birlikdə 9500 (doqquz min beş yüz) manat dəyərində mal-qara oğurlayıbsa, onda nə səbəbə o həbs olunur, Samir arxa qapıdan buraxılır?-müstəntiqin bu hərəkətini anlamır. O, yalnız əmisi Zərərçəkmiş şəxs14 məxsus keçilərin oğurlanmasında Səyyafla birlikdə iştirak iştirak etmişdir: Səyyaf keçiləri gətirmiş, o da heyvanlardan ikisini kəsib, beşini isə satmışdır. Başqa hər hansı cinayətin törədilməsində iştirak etməmiş, həmçinin başqalarının da digər cinayətləri törətməsinə şahid olmamışdır. İttihamda bir neçə heyvanın oğurlandığı bildirilir, guya hamısı da bazar günləri oğurlanıb, bazar ertəsi günləri satılıb. Bu qədər heyvan bazara nə ilə aparılıb-bunlar ibtidai istintaqda araşdırılmayıb. O, araşdırılan dövr ərzində yalnız bir dəfə-01 avqust 2021-ci il tarixdə bazarda heyvan satıb, həmin heyvanı da Kəlbəcər Rayon Baytarlıq İdarəsinin rəisi Mirzəlidən satın almışdır. Qalib onun qonşusudur, həmçinin Qalibin də hər hansı cinayət əməlini törətməsinə şahid olmamışdır və bu barədə heç nə bilmir. İbtidai istintaqda o da, Qalib də ifadə vermişlər, lakin ifadələr bir-birinə uyğun gəlmir, o da istəyir ki, məhkəmə istintaqı həqiqəti üzə çıxartsın. İbtidai istintaq zamanı verdiyi ifadələrdəki imzalar həqiqətən ona məxsus olsa da, o, həmin ifadələrini hazırda müdafiə etmir, belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadələrin hamısını polisin diqtəsi, işgəncə və psixoloji təzyiqi altında vermişdir və həmin ifadələr, Zərərçəkmiş şəxs14 keçilərinin oğurlanması hissəsindən başqa, həqiqəti əks etdirmir. Elnur Hüseynovun şahid qismində məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 26 noyabr 2021-ci il tarixdə şahid qismində, 27 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində və 28 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində (əlavə), 29 noyabr 2021-ci il tarixdə təqsirləndiriən şəxs qismində verdiyi ifadələri arasında uyğunsuzluq olduğundan, Elnur Hüseynovun ibtidai istintaq zamanı şahid qismində, şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri məhkəmə iclasında elan edilmişdir. X45 ibtidai istintaq zamanı 26 noyabr 2021-ci il tarixdə şahid qismində verdiyi ifadəsində (cild 1, s. 71-74) göstərmişdir ki, Göygöl rayonunun Çaykənd kənd sakini Zərərçəkmiş şəxs14 onun əmisidir, Paşa ilə münasibətləri yaxşı deyil, bir-biri ilə danışmırlar. Baş vermiş hadisə ilə bağlı bildirmək istəyir ki, 31 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində həmkəndlisi Səyyaf Məmmədov onun istifadəsində olan “***-***-**-**” nömrəli mobil telefona zəng etmiş və bildirmişdir ki, hal-hazırda yaşadıqları kəndin ərazisində yerləşən “su baseyni” kimi adlanan ərazidə heyvan otarır və onun sürüsünə 7 (yeddi) baş sahibsiz keçi qarışıb və həmin keçilərlə bağlı nə edə bilər? O, Səyyafa hazırda Samux rayonunda olduğunu, indi kəndə gəldiyini bildirərək, Səyyafa da öz sürüsü ilə bərabər həmin 7 (yeddi) baş keçiləri də vaxt itirmədən kəndə düşürməsini demişdir. O, kəndə gələndə görmüşdür ki, Səyyaf sürüsünü onun evinin qarşısına gətirib. Bundan sonra Səyyaf ona telefonda dediyi 7 (yeddi) baş keçini göstərmişdir. Daha sonra Səyyafla o, həmin 7 (yeddi) baş keçini onun evinin həyətində olan tövləyə salmışlar. Bundan sonra Səyyaf ona demişdir ki, öz heyvanlarını evinə aparıb rahatlayıb qayıdır. Onlar Səyyafla planlaşdırmışlar ki, həmin heyvanlar barəsində heç kimə heç nə deməsinlər və hamıdan gizli olaraq həmin keçilərdən bir neçəsini özləri yesin, bir neçəsini də satıb pulunu yarı bölsünlər. Bir neçə dəqiqədən sonra Səyyaf onun evinə gəlmiş və onun qonşusu Qalibi də onun evinə çağırmışdır. Səyyaf Qalibə də həmin 7 (yeddi) baş keçini oğurladığını demişdir. Bundan sonra Səyyafın özü həmin keçilərdən ikisini onun evinin həyətində olan tövlənin içərisində kəsib dərilərini çıxartmış, Qaliblə o da Səyyafa yüngül köməklik etmişlər. Bundan sonra həmin keçiləri gözəyarı üç yerə bölüb, hərəsi öz paylarını götürmüşlər. Səyyaf ət payını götürdükdən sonra çıxıb getmişdir. Həmin gün axşam, o, heyvan alveri və qəssablıqla məşğul olan Gəncə şəhəri ADAU-6 ətrafında yaşayan tanışı X19 zəng edib demişdir ki, onda satılası 5 (beş) baş keçi var. Saat 21-22 radələrində Haqverdi idarə etdiyi avtomobillə onun yaşadığı evə gəlmiş və tövlədə qalan 5 (beş) baş keçini, o, Haqverdiyə nisyə olaraq cəmi 160 (yüz altmış) manata satmışdır. Təxminən dörd-beş gün sonra, o, Gəncə şəhərində Gülüstan qəsəbəsinin yaxınlığında Haqverdi ilə görüşüb 160 (yüz altmış) manat pulu Haqverdidən almışdır. Həmin gündən təxminən on beş gün sonra, o, Haqverdidən aldığı 160 (yüz altmış) manat puldan 50 (əlli) manatını Haqverdinin yaşadığı evin qabağında əlbəəl özünə vermişdir. Ona sonradan məlum olmuşdur ki, həmin 7 (yeddi) baş keçi əmisi Paşaya məxsus imiş. X76 həmin ifadəsində ona verilmiş suallara cavab olaraq həmçinin aşağıdakıları bildirmişdir: Səyyafın dediyi 7 (yeddi) baş keçini kəsib yemək və satıb pul qazanmaq istədiyi üçün Səyyafdan həmin tələbi etmişdir. Keçilərdən dördü-qara, biri- sarı, biri ağ və biri- qəhvəyi rəngdə idilər; hamısı qoca keçilər idi. Bundan başqa, 01 oktyabr 2021-ci il tarixdə saat 12-13 radələrində, o, tanışı Samirlə birlikdə heyvan oğurlamaq üçün yaşadığı kənddə sahibsiz heyvanların otladığı “Bant” deyilən yerə getmiş, orada 4 (dörd) ədəd inək görmüş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin 4 (dörd) ədəd inəyi Samirlə birlikdə gətirib onun yaşadığı evin tövləsinə salmışlar. Həmin günün axşamı, o, yenə də Haqverdiyə zəng edib bildirmişdir ki, onda satılası inəklər var, istəyirsə, gəlib baxsın. Haqverdi saat 21-22 radələrində idarə etdiyi qara rəngli “Lexus” markalı 10-??-096 dövlət qeydiyyat nişanlı avtomobillə yanında onun tanımadığı bir şəxslə onun evinə gəlmiş, Haqverdi heyvanlardan boz rəngli və təxminən qırx-əlli kiloqram çəkisi olan dananı almaq istədiyini demiş, o da Haqverdi ilə razlaşıb həmin dananı Haqvediyə nisyə olaraq 150 (yüz əlli) manata satmış, Haqverdi də dananı həmin şəxslə birlikdə avtomlbilinə mindirib aparmışdır. Haqverdi getdikdən sonra, o, heyvanların ikisini, yəni sarı və ağ rəngli olanlarını yelinlərində süd olduğuna görə yazığı gəldiyinə görə buraxmış, çünki yelnində süd olan inəyin balası olur və həmin inək südünü balasına verir. Bundan sonra onun tövləsində bir heyvan- ağ rəngli inək qalmış, həmin İnəyi Haqverdi 02 oktyabr 2021-ci il tarixdə həmin adamla gəlib onun evinin həyətində olan tövlənin içərisində kəsmiş və inəyəin bütün ətini, başını və ayaqlarını avtomobilə yığıb aparmış, lakin dərisi onun tövləsində qalmışdır. Haqverdi getdikdən sonra, o, dərini götürüb onun yaşadığı evin aşağı tərəfi ilə axan Kürəkçay çayına atmış və dəri axıb getmişdir. Kəsdikləri dananı da, o, Haqverdiyə nisyə olaraq 200 (iki yüz) manata satmışdır. Həmin gündən təxminən üç-dörd gün sonra, o, danaların 350 (üç yüz əlli) manat pulunu Haqverdidən Gəncə şəhərində Gülüstan qəsəbəsinin yaxunlığnda “Qərargah” deyilən ərazidə almış, aldığı puldan 120 (yüz iyirmi) manatını da Samirə hissə-hissə olaraq üçdörd gün ara ilə Samirin yaşadığı Gəncə şəhərinin Gülüstan qəsəbəsində əlbəəl vermişdir. O, 5 (beş) baş keçini və sonra 2 (iki) baş inəyi Haqveri Xıdırova satan zaman həmin heyvanların oğurluq yolu ilə əldə edildiyini Haqverdiyə demişdir. X45 ibtidai istintaq zamanı 27 noyabr 2021-ci il tarixdə müdafiəçisi Tofiq Nuriyevin iştirak ilə şübhəli şəxs qismində verdiyi ifadəsində (cild 1, s. 133-136) göstərmişdir ki, o, yaşadığı kənddə yerləşən Kəlbəcər rayonu 58 saylı tam orta məktəbdə müəllim işləyir. Göygöl rayonunun Çaykənd kənd sakini Zərərçəkmiş şəxs14 onun əmisidir, əmisi ilə münasibətləri yaxşı deyil və bir-birləri ilə danışmırlar. 1) 31 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində həmkəndlisi Səyyaf Məmmədov оnа zəng edib bildirmişdir ki, yaşadıqları kəndin ərazisində yerləşən “su baseyni” kimi adlanan ərazidə heyvan otarır və onun sürüsünə 7 (yeddi) baş yiyəsiz keçi qarışmışdır. О, həmin 7 (yeddi) baş keçini vaxt itirmədən kəndə gətirməsini tapşırmışdır. Səyyaf Məmmədov sürüsünü оnun evinin qarşısına gətirmiş və həmin 7 (yeddi) baş keçini ona göstərmişdir; həmin keçilərdən dördü qara, biri sarı, biri ağ və biri qəhvəyi rəngdə оlmuşdur. О, Səyyaf Məmmədovla birlikdə həmin 7 (yeddi) baş keçini оnun evinin həyətində olan tövləyə salmış və öz heyvanlarını evinə aparıb rahatladıqdan sonra qayıdacağını ona bildirmişdir. Bir neçə dəqiqədən sonra Səyyaf Məmmədov оnun evinə qayıtmış və Təqsirləndirilən şəxs1 da öz evinə çağırmış və Səyyaf Qalibə də həmin 7 (yeddi) baş keçini oğurladığını demişdir. Bundan sonra Səyyaf həmin keçilərdən ikisini tövlənin içərisində kəsmiş, o və Qalib də Səyyafa köməklik etmişlər. Sonra həmin keçiləri gözəyarı üç yerə bölüb paylarını götürüb evlərinə getmişlər. Həmin gün axşam, о, heyvan alveri və qəssablıqla məşğul olan Gəncə şəhəri ADAU-6 ətrafında yaşayan tanışı X19 zəng edib satılası 5 (beş) baş keçisi olduğunu bildirmişdir. Saat 22 radələrində Haqverdi Хıdırov оnun yaşadığı evə gəlmiş, о, tövlədə qalan həmin 5 (beş) baş keçini Haqverdi Xıdırova cəmi 160 (yüz altmış) manata satmış və dörd-beş gündən sonra Haqverdi Xıdırovla görüşüb 160 (yüz altmış) manat pulu ondan almışdır. Sonradan məlum olmuşdur ki, həmin 7 (yeddi) baş keçi onun əmisi Zərərçəkmiş şəxs14 məxsus olmuşdur. 2) О, həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə də Göygöl rayonunun ərazisində bir neçə oğurluq hadisələri törətmişlər. Belə ki, 2019-cu ilin avqust ayının ilk günlərində saat 22 radələrində, о, Təqsirləndirilən şəxs1la birlikdə Göygöl rayonunun Çaykənd kəndi ərazisində yerləşən otlaq sahəsindən 3 (üç) baş iribuynuzlu heyvanı oğurlamış, həmin heyvanlardan biri boz, ikisi isə qara rəngli оlmuşdur. Heyvanları oğurladıqdan sonra onları yaşadığı evin həyətində olan tövləyə salmışlar. Səhərisi gün həmin heyvanları Gəncə şəhərində yerləşən heyvan bazarında satmaq qərarına gəlmiş və buna görə də həmkəndlisi- “Qazel” markalı avtomobili оlan Elman adlı şəxsə zəng edib özünə məxsus 3 (üç) baş heyvanı Gəncə şəhərinə “mаl bazarına” aparmağı xahiş etmişdir. Səhər tezdən saat 03 radələrində Elman idarə etdiyi “Qazel” markalı avtomobillə оnun yaşadığı evə gəlmiş, о, oğurladıqları həmn 3 (üç) baş iribuynuzlu heyvanı həmin avtomobilə yükləyib Gəncə şəhərinə heyvan bazarına aparmış və tanımadığı şəxsə cəmi 1500 (min beş yüz) manata satmışdır. Həmin puldan Qalib Мəmmədova 700 (yeddi yüz) manat vermişdir. Sonradan оnа məlum olmuşdur ki, oğurladığı heyvanlar həmkəndlisi Zərərçəkmiş şəxs8 məxsus оlmuşdur. 3) Sonrakı oğurluğu, о, 2019-cu ilin sentyabr ayının sonlarında saat 15 radələrində Təqsirləndirilən şəxs1la törətmişdir. Onlar 3 (üç) baş iribuynuzlu heyvanı yaşadıqları kəndin ərazisində “bənd” kimi tanınan otlaq sahəsindəн oğurlayıb onun evinin həyətində olan tövləyə salmışlar. Heyvanların hər üçü dişi cinsli, onlardan ikisi qara, biri isə qırmızı rəngdə оlmuşdur. Həmin heyvanları nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobillə Gəncə şəhərində yerləşən “mal bazarına” aparıb, cəmi 1100 (min bir yüz) manatа tanımadığı şəxsə satmışdır. Həmin puldan “Qazel”in sürücüsünə 50 (əlli) manat, Təqsirləndirilən şəxs1 isə 650 (altı yüz əlli) manat pul vermişdir. Sonradan оnа məlum olmuşdur ki, oğurladıqları heyvanlar həmkəndliləri Mahirə və Gülnaz bacılarının heyvanları оlmuşdur. 4) Sonrakı oğurluq hadisəsini, о, 2020-ci ilin aprel ayının sonlarında- may ayının əvvəllərində saat 16 radələrində törətmişdir.Belə ki, о, yaşadığı evin qabağında tək dayanan zaman yolla sahibsiz qara rəngli, bir yaşında olan dana gəldiyini görüb, həmin heyvanı öz tövləsinə salmışdır. Sonra isə Təqsirləndirilən şəxs1 evinə çağırıb həmin heyvanı oğurladığını bildirmiş və birlikdə həmin heyvanı kəsib ətini yarı bölmüş, Qalib payını götürdükdən sonra evlərinə getmişlər. Heyvanın dərisini, başı və ayaqlarını yaxınlıqdan ахаn Kürəkçay çayına atmışdır. Sonradan оnа məlum olmuşdur ki, həmin heyvan həmkəndlisi Zərərçəkmiş şəxs8 məxsus оlmuşdur. 5) Sonrakı oğurluq hadisəsini də Təqsirləndirilən şəxs1la birlikdə törətmişdir. Belə ki, 2020-ci ilin avqust ayının sonlarında və ya sentyabr ayının əvvəllərində saat 23 radələrində Qalib Мəmmədovla heyvan oğurlamaq üçün kəndin ərazisində Yığış adlı şəxsin fermasının yaxınlığına getmişlər. Оradan 4 (dörd) baş, hamısı dişi cinsli olmaqla üçü boz, digəri isə qara rəngli iribuynuzlu heyvanı oğurlayıb оnları yenə də onun yaşadığı evə gətirib tövləyə salmışlar. Həmin günün səhərisi, о, tanımadığı şəxsin idarə etdiyi “Qazel” markalı avtomobillə həmin heyvanları Gəncə şəhərində yerləşən heyvan bazarına aparmış və hamısını cəmi 1800 (min səkkiz yüz) manata satmışdır. “Qazel”in sürücüsünə də 50 (əlli) manat pul verərək evinə qayıtmışdır. Həmin puldan Təqsirləndirilən şəxs1 1000 (min) manat vermişdir. Сonradan ona məlum olmuşdur ki, oğurladıqları heyvanlar həmkəndliləri Əhliyyət İmanova məxsus оlmuşdur. 6) Sonrakı oğurluq hadisəsini də, о, Təqsirləndirilən şəxs1la birlikdə 2021-ci ilin avqust ayının əvvəllərində saat 22 radələrində törətmişdir. Həmin gün, о, Təqsirləndirilən şəxs1la heyvan oğurlamaq üçün yenə də kəndin ərazisində Yığış adlı şəxsin fermasının yaxınlığına getmiş, orada sahibsiz olan 4 (dörd) baş dişi iribuynuzlu, ikisi boz, biri ağ, biri isə göy rəngli olduqlarını görüb, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin heyvanların dördünü də qabaгларына qatıb kəndə gətirərək özünün yaşadığı evin həyətində olan tövləyə salmışlar. Həmin günün səhərisi saat 03 radələrində heyvanların dördünü də tanımadığı şəxsin “Qazel” markalı avtomobili ilə Gəncə şəhərində yerəşən heyvan bazarına aparıb cəmi 1400 (min dörd yüz) manata satmış, sürücüyə 50 (əlli) manat pul vermişdir. Həmin puldan isə Təqsirləndirilən şəxs1 500 (beş yüz) manat pul vermişdir. 7) Sonuncu oğurluq hadisəsini isə, о, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə etmişdir. Belə ki, о, Təqsirləndirilən şəxs2la 2021-ci ilin sentyabr ayının sonlarında və ya oktyabr ayının əvvəllərində сaat 11 radələrində görüşərək oğurluq еtməyi təklif etmiş və Samir də onunla razılaşmışdır. Bundan sonra onlar oğurluq etmək məqsədi ilə Göygöl rayonunun Çaykənd kəndinin ərazisində “bənd” deyilən yerə getmiş, orada 5 (beş) baş inəyi qabaqlarına qatıb onun yaşadığı evə getməyə başlamışlar. Оnların razılaşdıqları kimi, Təqsirləndirilən şəxs2 nənəsinin evinə getmiş, о özü heyvanları evinə apararkən Təqsirləndirilən şəxs1 evin qarşısında görmüş və heyvanları göstərib onları tək oğurladığını bildirmişdir. О, Qaliblə birlikdə heyvanları оnun evinin həyətindəki tövləyə salmışlar. Həmin vaxt heyvanlardan boz rəng olanı Təqsirləndirilən şəxs1la köməkləşib kəsmiş və həmin heyvanın ətinin hamısını evinə qoymuşdur. Təxminən 1 (bir) saat sonra, о, Haqverdi Xıdırova zəng edib оndа satılası inəklərin оlduğunu bildirmişdir. Haqverdi Xıdırov saat 22 radələrində оnun evinə gəlmiş, heyvanlardan boz rəngli və təxminən 50 (əlli) kiloqram çəkisi olan dananı almaq istədiyini bildirmişdir. Оnlar razlaşıb həmin dananı Haqverdi Хıdırova nisyə olaraq 150 (yüz əlli) manata satmışlar. Sonra, о, heyvanların ikisini, yəni sarı və ağ rəngli olanları yelinlərində süd olduğuna görə, yəni heyvanların boğaz olduqlarını nəzərə alıb tövlədən çölə buraxmışdır. Тövlədə olan 1 (bir) baş ağ rəngli оğurluq inəyi də 02 oktyabr 2021-ci il tarixdə Haqverdi Xıdırova satmış, sonuncu gəlib onun evinin həyətində olan tövlənin içərisində həmin inəyi kəsmiş və ətini, baş və ayaqlarını avtomobilə yükləyib aparmış, onlar həmin inəyi nisyə olaraq 200 (iki yüz) manatа razılaşmışlar. Lakin həmin inəyin dərisi tövlədə qalmış, о, dərini götürüb Kürəkçaya atmışdır. Həmin gündən üç-dörd gün sonra, о, Haqverdi Xıdırovdan 350 (üç yüz əlli) manat pul аlmış, həmin puldan 120 (yüz iyirmi) manatını Təqsirləndirilən şəxs2 hissə-hissə vermişdir. X45 ibtidai istintaq zamanı 28 noyabr 2021-ci il tarixdə müdafiəçisi Tofiq Nuriyevin iştirak ilə şübhəli şəxs qismində əlavə verdiyi ifadəsində göstərmişdir ki (cild 1, s. 159- 160), 1) Təqsirləndirilən şəxs1 ilə birlikdə 2020-ci ilin noyabr ayının sonlarında Göygöl rayonunun Çaykənd kəndinin ərazisində “Göyəzən” adlı yeməkxananı yandırmışlar. Belə ki, Təqsirləndirilən şəxs1 “Göyəzən” adlı yeməkxananı işlədən Rauf adlı şəxslə ədavəti olduğunu və Raufun yeməkxanasını yandırmaq istədiyini bildirmişdir. Onlar razılaşmış və həmin gün saat 02 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evə gedib 1 (bir) litr neft yanacağı götürmüş və birlikdə “Göyəzən” yeməkxanasına getmişlər. Оrada da heç kəs оlmamış, onlar yeməkxаnanın qapısını açараг pilləkənlə ikinci mərtəbəyə qalxmış, otaqların birinin pəncərəsini itələyib açdıqdan sonra Qalib əlində olan 1 (bir) litr yanacağı həmin pəncərədən otağın döşməsinə tökmüş, sonra isə cibindən kibrit qutusu çıxarаraq yandırıb tökdüyü yanacağı alışdıraraq oradan qaçıb uzaqlaşmışlar. 2) Növbəti cinayət hadisəsini Təqsirləndirilən şəxs1la birlikdə 2021-ci ilin yay aylarında törətmişdir. Həmin gün Təqsirləndirilən şəxs1la “Cahan” yeməkxanasında yemək yeyib araq içmiş, Qalib kənddə yaşayan Natiq adlı şəxsin evindən oğurluq etməsini təklif etmişdir. О, Təqsirləndirilən şəxs1la razılaşmış və gecə saat 03 radələrində piyada Natiqin evinin qarşısına gəlmiş, evin daravazası bağlı olduğuna görə evin həyatyanı sahəsinə Kürəkçay çayı tərəfdən qapı kimi istifadə edilən dəmir barmaqlığı açıb həyətə кеçmişlər. Qalib Мəmmədovla о, həyətdə olan taxtaların üstündən siqaretlər, pivələr, “Bizon” içkiləri, araqlar götürüb ağ sellofan torbalara yığıb evin həyətindən çıxmışlar. Тəxminən üç yüz metr uzalaşdıqdа, о, оğurluğun üstünü basdırmaq məqsədilə qayıdıb Natiqin evini yandırmağı təklif etmişdir. Qalib razılaşmış və Qaliblə həmin evə qayıdaraq həyətdə olan manqalın üstündəki nefti götürüb yaşayış binasının pəncərəsinin birini itələyib açmış, сonra isə açdığı pəncərədən otağın döşəməsinə əlində olan yanacağı töküb kibritlə alışdırıb həmin otağın döşəməsinə atmış və oradan qaçıb getmişlər. X45 ibtidai istintaq zamanı 29 noyabr 2021-ci il tarixdə müdafiəçisi Zabil Qəhrəmanovun iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki (cild 3, səhifə 203-205), ona qarşı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2 3, 177.2.4, 186 2.1 və 186.2.2-ci maddələri ilə elan olunan itthamla bağlı özünü təqsirli bilmir, belə ki, o, heç bir cinayət hadisəsi törətməmişdir İşin mahiyyəti ilə bağlı bildirir ki, o, ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndində yaşayır, kəndlərində yerləşən Kəlbəcər rayonu 58 saylı tam orta məktəbdə fizika müəllimi işləyir. O, 27 noyabr 2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsində şübhəli şəxs qismində verdiyi ifadəsində 2019-cu ilin avqust ayının ilk günlərində 3 (üç) baş, 2019-cu ilin sentyabr ayının sonlarında “bənd” kimi adlanan ərazidən 3 (üç) baş, 2020-ci ilin aprel ayının sonlarında- may ayının əvvəllərində 1 (bir) baş, 2020-cı ilin avqust ayının sonlarında və sentyabr ayının əvvəllərində Yığış adlı şəxsin fermasının yaxınlığından 4 (dörd) baş, 2021-ci ilin avqust ayının əvvəllərində yenə də Yığış adlı şəxsin fermasının yaxınlığından 4 (dörd) baş, 2021-ci ilin sentyabr ayının sonlarında Çaykənd kəndinin ərazisində “bənd” deyilən yerdən 5 (beş) baş iribuynuzlu, 31 oktyabr 2021-ci il tarixdə isə 7 (yeddi) baş keçini oğurladığını, həmin faktlardan başqa isə Təqsirləndirilən şəxs1la birlikdə Çaykənd kəndində Natiq adlı şəxsə məxsus yaşayış evini və Rauf adlı şəxsə məxsus “Göyəzən” yeməkxanasını yandırdığını etiraf etmişdir. Halhazırd isə bəzi xüsusatları istintaqa bildirmək istəyir (ifadənin mətninin ardının bir hissəsinin qısa məzmunu ondan ibarətdir ki, ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəsində yuxarıda sadalanan cinayət əməllərini etiraf etməsinə səbəb onun Göygöl Rayon Polis Şöbəsində fiziki və psixoloji təzyiqlərə məruz qalmasıdır-hakimin qeydi). Əlavə olaraq qeyd edir ki, Rauf adlı şəxsin yeməkxanası yanan gün, o, Qalıblə kəndlərində Osman adlı şəxslə birlikdə Osmanın yeməkxanasında söhbət edib çay içmişlər. Həmin vaxt Qalib onların yanından durub hara isə getmiş, təxminən iyirmi dəqiqədən sonra Qalıb onların yanına qayıtmış və ona demişdir ki, “Osmanın yanından çıxıb gedək”, o da Qalibə etiraz etməmiş və birlikdə evlərinə qayıtmışlar. Həmin gündən təxminən yeddi-səkkiz gün sonra, o, kənddə eşitmişdir ki, “Göyəzən” yeməkxanası yanıb. O, yeməkxananın yandığını eşitdiyi gün Qalib ona demişdir ki, yeməkxananın sahibi Raufun qaynı Əsədlə ədavəti olduğuna görə, yeməkxananı o yandırıb. O da Qalibə vicdansızlıq etdiyini və düzgün etmədiyini demişdir. Natiq adlı şəxsin evinin yanması ilə bağlı isə bildirmək istəyir ki, həmin gün saat 21-22 radələrində, Qalib, o və onun qardaşı, onun yeni avtomobil alması münasibəti ilə Həsən adlı şəxsə məxsus “Cahan” yeməkxanasında yemək yemişlər. Qardaşı ilə o araq içməmiş, lakin Qalib araq içmiş və sərxoş olmuşdur. Saat 23 radələrində hamısı evlərinə getmişlər. Saat 04 radələrində, o, kənddən səs-küy gəldiyini eşidib, bununla bağlı küçəyə çıxmış, həmin vaxt onunla qonşuluqda yaşayan Nadir kişi “kömək eləyin, kömək eləyin” deyə qışqırmış, o, Nadirin yaşadığı evə tərəf qaçmış və ora çatanda görmüşdür ki, Nadirin qonşusu Natiqin evi yanır, Qalib isə kənd camaatı ilə birlikdə odu söndürmək üçün su daşıyır. O da bir ürəyiyumşaq insan kimi camaata köməklik edib oda su tökmüş, alovu söndürdükdən sonra isə evinə gedib yatmışdır. Sabahısı gün Qalib ona zəng edib onu Natiqin evinə düşürtməsini xahiş etmiş, o da Qalibi Natiqin evinə düşürdüb öz işlərinin arxasınca Gəncə şəhərinə getmişdir. Təxminən on-on beş gün sonra Qalibin özü ona demişdir ki, Natiqin evini qəsdən yandırıb. O, Qalibdən Natiqin evini nə üçün yandırdığını soruşmuş, Qalib isə ona “yandırdım dəə” deyərək cavab vermişdir. X5 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı şahid və şübhəli şəxs qismində verdiyi ifadələr arasında uyğunsuzluq olduğundan və ibtidai araşdırma dövründə vermiş olduğu ifadələri cinayət işinin digər mötəbər sübutları ilə uzlaşdığından, məhkəmə Elnur Hüseynovun ibtidai araşdırma zamanı şahid, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri əsas götürmüşdür. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında dindirilmiş əlavə şahidlər: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 məhkəməyəqədərki icraat zamanı Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları X48, X36, X26 və X20 onun müdafiəçisi olduğu Təqsirləndirilən şəxs1 fiziki və psixoloji təzyiqlər etdiklərini bildirdiyindən, adları çəkilən polis əməkdaşları müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmişlər. -Sabiq polis nəfəri X48 məhkəmədə şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, o, 2016-2022-ci illərdə Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsində polis nəfəri olaraq xidmət keçmiş, xidmətdənkənar şəxsi münasibətlərdə 2022-ci ildə X70 Kodeksinə zidd hərəkətinə görə xidmətdən xaric olunmuş, hal-hazırda fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır, Qaliblə aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. 25 noyabr 2021-ci il tarixdə Sarısu polis bölməsinin əməkdaşları rəhbərliyin tapşırığı ilə Göygöl rayonunun Çaykənd kəndinin sakinləri X45 və X37 Göygöl Rayon Polis Şöbəsinə aparmışlar. O, Elnurun gətirilməsində iştirak etmiş, Təqsirləndirilən şəxs1 gətirilməsində isə iştirak etməmiş, lakin Qalibi polis şöbəsində görmüşdür. O, Qalibə və digərlərinə qarşı heç bir qanunsuz hərəkət etməmiş, Qalibi və digərlərini döyməmiş və işgəncə verməmiş, heç kimi təhqir etməmiş və heç kimə qarşı, o cümlədən Təqsirləndirilən şəxs1 qarşı psixoloji təzyiqlər etməmişdir. Həmçinin digər polis əməkdaşlarının da Təqsirləndirilən şəxs1 və digərlərinə qarşı qanunsuz hərəkətlər etməsinin şahidi olmamışdır. O, ümumiyyətlə dindirmələrdə iştirak etməmiş, o cümlədən də Təqsirləndirilən şəxs1 dindirilməsində iştirak etməmişdir-buna onun səlahiyyəti yoxdur. Təqsirləndirilən şəxs1 onun barəsində bildirdikləri yalandır və Qalbin onun barəsində mənfi danışmasının səbəbini bilmir. -Polis polkovnik-leytenantı X36 məhkəmədə şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, o, uzun illər polisdə xidmət keçmiş, o cümlədən 2021-ci ildə Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsində polis sahə rəisi vəzifəsində çalışmış, hal-hazırda Zaqatala Rayon Polis Şöbəsində İctimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır, Qaliblə aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs1 Göygöl Rayon Polis Şöbəsində görmüş, Qalibin dindirilməsində iştirak etməmiş, Qalibi hər hansı sənədə imza etməyə sövq etməmiş, Qalibə və digərlərinə qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Əksinə, o, polis şöbəsində Qalibi çay, yemək və siqaretə qonaq etmişdir. Qalibin onunla bağlı bildirdikləri yalandır və Qalbin onun barəsində mənfi danışmasının səbəbini bilmir. -Polis mayoru X26 məhkəmədə şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, o, uzun illər polisdə xidmət keçmiş, o cümlədən 2021-ci ildə Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində çalışmış, hal-hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsində rəis müavini vəzifəsində çalışır. Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır, Qaliblə aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs1 Göygöl Rayon Polis Şöbəsində görmüş, Qalibin dindirilməsində iştirak etməmiş, Qalibə və digərlərinə qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Qalibin onunla bağlı bildirdikləri yalandır və Qalbin onun barəsində mənfi danışmasının səbəbini bilmir. Göyçay Rayon Polis Şöbəsinin polis nəfəri, polis baş serjantı X43 müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmək üçün məhkəməyə dəvət edilsə də, onun əlavə şahid kimi məhkəmədə dindirilməsi üzrlü səbəblərdən baş tutmamış, Orxan Rəhimov 01 sentyabr 2023-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinin dəftərxanasına təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş ərizəsində (cild 7) bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsindən onun hal-hazırda xidmət keçdiyi Göyçay Rayon Polis Şöbəsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 məhkəməyə vəsatət təqdim edərək, Göygöl Rayon Polis Şöbəsində aparılan istintaq zamanı, guya, Təqsirləndirilən şəxs1 işgəncələr verilməsi və həmin işgəncələrdə onun da iştirakı olduğunu bildirmişlər. O, Sarısu polis bölməsində deyil, Göygöl Rayon Polis Şöbəsinin özündə polis nəfəri olaraq xidmət keçmiş, həmin hadisələrin heç birində iştirak etməmiş, məlumatı yoxdur, Təqsirləndirilən şəxs1 tanımır və onunla da heç bir qərəzçiliyi və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlər: -İş materiallarında olan sənədlərdən (cild 1, s. 21-23) görünür ki, Təqsirləndirilən şəxs1 25 noyabr 2021-ci il tarixdə Göygöl rayonunun Çaykənd kəndi ərazisində polis əməkdaşının qanuni tələbinə tabe olmamaqda təqsirli bilindiyinə görə, Göygöl Rayon Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli 3(066)-379/2021 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğdə inzibati cərimə tənbehi tətbiq edilmişdir (həmçinin Kəlbəcər Rayon Məhkəməsinin sorğusu əsasında Göygöl Rayon Məhkəməsi tərəfindən 3(066)-379/2021 saylı inzibati xəta haqqında iş materiallarından çıxarış edilməklə göndərilmiş “İnzibati qaydada tutma haqqında” 25 noyabr 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 535.1-ci maddəsində əzərdə tutulmuş xətanı törətdiyinə görə 25 noyabr 2021-ci l tarixdə saat 14:50-də inzibati qaydada tutulmuş və 26 noyabr 2021-ci il tarixdə azad edilmişdir-azadetmənin saat və dəqiqəsi göstərilməmişdir). -İş materiallarında olan sənədlərdən (cild 1, s. 137-140) görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan, ibtidai istintaq orqanı tərəfindən 27 noyabr 2021-ci il tarixdə saat 19:55-də şübhəli şəxs qismində tutulmuşdur. -İş materiallarında olan sənədlərdən (cild 3, s. 123-126, 151-153) görünür ki, 29 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1nа Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə Göygöl Rayon Məhkəməsi tərəfindən 3(üç) ay müddətinə, yəni 27 fevral 2022-ci il tarixədək müddətə barəsində həbs qətimkan tədbiri seçilmişdir. -İş materiallarında olan sənədlərdən (cild 1, s. 24-26) görünür ki, Təqsirləndirilən şəxs2 25 noyabr 2021-ci il tarixdə Göygöl rayonunun Çaykənd kəndi ərazisində polis əməkdaşının qanuni tələbinə tabe olmamaqda təqsirli bilindiyinə görə, Göygöl Rayon Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli 3(066)-380/2021 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğdə inzibati cərimə tənbehi tətbiq edilmişdir (həmçinin Kəlbəcər Rayon Məhkəməsinin sorğusu əsasında Göygöl Rayon Məhkəməsi tərəfindən 3(066)-380/2021 saylı inzibati xəta haqqında iş materiallarından çıxarış edilməklə göndərilmiş “İnzibati qaydada tutma haqqında” 25 noyabr 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 535.1-ci maddəsində əzərdə tutulmuş xətanı törətdiyinə görə 25 noyabr 2021-ci l tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur- azadetmənin tarixi, saat və dəqiqəsi göstərilməmişdir). -İş materiallarında olan sənədlərdən (cild 2, s. 240-242) görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün ibtidai istintaq orqanı tərəfindən 27 noyabr 2021-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. -İş materiallarında olan sənədlərdən (cild 3, s.154-155,175-180) görünür ki, 29 noyabr 2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2nа Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Göygöl Rayon Məhkəməsinə vəsatət və təqdimat təqdim edilmiş, Göygöl Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 4(066)-57/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bunda sonra ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 barəsində 29 noyabr tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -İş materiallarında olan sənədlərdən (cild 4, s. 174-175, 193, 204-209) görünür ki, Təqsirləndirilən şəxs2 istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində 11 mart 2022-ci il tarixdə axtarış elan edilmiş və barəsində əvvəl seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, 26 mart 2022-ci il tarixdə yaxalanaraq istintaqa təqdim edilmiş (saat 13:15-də Göygöl Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş), 28 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Göygöl Rayon Məhkəməsinə təqdimat verilmiş, Göygöl Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 4(066)-32/2022 saylı qərarı ilə təqdimat təmin edilməyərək Təqsirləndirilən şəxs2 barəsində həbs qətikan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmiş, bundan sonra 28 mart 2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfidən Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -İş materiallarında olan sənədlərdən (cild 1, s. 45-48, 93-94, 111-112) görünür ki, X33 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün ibtidai istintaq orqanı tərəfindən 25 noyabr 2021-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Оnа 27 noyabr 2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə saat 17:45-də müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -İş materiallarında olan sənədlərdən (cild 1, s. 116-118; cild 3, s. 192-195, 221-223; cild 4, s. 104-107, 110-114) görünür ki, X45 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilindiyinə görə 27 noyabr 2021ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, X34 ibtidai istintaq orqanı tərəfindən 29 noyabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə ittiham elan edilmiş və barəsində Göygöl Rayon Məhkəməsi tərəfindən 3(üç) ay müddətinə, yəni 27 fevral 2022-ci il tarixədək olan müddətə həbs qətimkan tədbiri seçilmiş, X25 barəsində 07 fevral 2022-ci il tarixdə ********* nömrəli cinayət işi ayrılaraq Azərbaycan Respublikası Prokurorluğu vasitəsi ilə istintaq aidiyyəti üzrə həmin tarixdə Yevlax Rayon Prokurorluğunda onunla bağlı istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün göndərilmişdir. -İş materiallarında olan sənədlərdən- Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(091)-05/2023 saylı hökmünün surətindən görünür ki (cild 7), X25 Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.6, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı cinayət işinə baxılmış və Elnur Hüseynovun barəsində yuxarıda sadalanan maddələrlə təqsirli bilinməsi ilə bağlı ittiham hökmü çıxarılmışdır (məhkəmə həmin hökmü hazırki cinayət işi üzrə ittihamı təsdiq edən sübut kimi deyil, X25 barəsində hazırki cinayət işindən ayrılmış materiallara başqa cinayət işində baxılmasının təsdiqi olaraq qiymətləndirir). -İş materiallarında olan sənədlərdən (cild 1, s. 75-88) görünür ki, 26 noyabr 2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən X9 yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 yaşayiş massivində yerləşən evinin mətbəxində olan soyuducudan xırdabuynuzlu heyvana aid olan arxa sol budu, həmçinin evindən gətirdiyi 1 (bir) ədəd baş və 4(dörd) ədəd ayaqlar götürülərək baxış və götürmə haqqında protokollar tərtib olunmuş, video və fotoşəkillər çəkilərək protokollara əlavə edilmişdir. -İş materiallarında olan sənədlərdən görünür ki, ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə oğurluq hadisələri ilə bağlı hadisə yerlərinə baxış keçirilmiş və bu barədə müvafiq protokol və fotocədvəllər tərtib edilmişdir: 1) 13 iyun 2019-cu il tarixli protokolla (cild 4, s. 228-231) Zərərçəkmiş şəxs11 məxsus 1 (bir) baş iribuynuzlu heyvanın naməlum şəraitdə yoxa çıxdığı, 2) 20 avqust 2019-cu il tarixli protokolla (cild 1, s. 181-184) Zərərçəkmiş şəxs8 məxsus 3 (üç) baş iribuynuzlu heyvanın naməlum şəraitdə yoxa çıxdığı, 3) 03 oktyabr 2019-cu il tarixli protokolla (cild 4, s. 228-231) Zərərçəkmiş şəxs6 məxsus 1 (bir) baş atın yoxa çıxdığı, 4) 05 oktyabr 2019-cu il tarixli protokolla (cild 3, s. 55- 58) Zərərçəkmiş şəxs7 məxsus 2 (iki) baş, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) baş heyvanın naməlum şəraitdə yoxa çıxdığı, 5) 30 aprel 2020-ci il tarixli protokolla (cild 1, s. 214-218) Zərərçəkmiş şəxs8 məxsus 1 (bir) baş iribuynuzlu heyvanın (dananın) naməlum şəraitdə yoxa çıxdığı, 6) 18 iyul 2020-ci il tarixli protokolla (cild 5, s. 41-44) Zərərçəkmiş şəxs9 məxsus 1 (bir) baş iribuynuzlu heyvanın naməlum şəxslər tərəfindən kəsilərək ətinin bir hissəsinin aparılması ilə bağlı, 7) 11 sentyabr 2020-ci il tarixli protokolla (cild 3, s. 22- 25) Zərərçəkmiş şəxs9 məxsus 4 (dörd) baş iribuynuzlu heyvanın naməlum şəraitdə yoxa çıxdığı, 8) 25 avqust 2021-ci il tarixli protokolla (cild 2, s. 71-80) Zərərçəkmiş şəxs5 məxsus 3 (üç) baş, Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) baş iribuynuzlu heyvanın naməlum şəraitdə yoxa çıxdığı hadisə yerlərinə baxış keçirilmişdir. -İş materiallarında olan sənədlərdən (cild 1, s. 265) görünür ki, Göygöl rayonunun Toğanalı kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus “Göyəzən” kafesində 07 aprel 2021-ci il tarixdə baş vermiş yanğınla bağlı Göygöl Rayon Dövlət X14 əməkdaşları tərəfindən 07 aprel 2021-ci il tarixli “Yanğın haqqında ilkin Akt” tərtib edilmişdir (Aktda yanğının baş vediyi obyektin adı səhvən qonşu obyektin adı-“Ağ ayı” kafesi göstərilmişdirhakimin qeydi). Aktdan görünür ki, yanğın haqqında məlumat Bölməyə 07 aprel 2021-ci il tarixdə saat 01:07-də daxil olmuş, yanğın 07 aprel 2021-ci il tarixdə saat 02:50-də söndürülmüşdür. -İş materiallarında olan sənədlərdən (cild 1, s. 266-276) görünür ki, Göygöl rayonunun Toğanalı kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus “Göyəzən” kafesində 07 aprel 2021-ci il tarixdə baş vermiş yanğınla bağlı X63 Xidmətinin Gəncə regional yanğın nəzarəti idarəsinin X63 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru Ülfət Abbasov tərəfindən hal şahidlərinin iştirakları ilə yanğın baş vermiş hadisə yerinə baxış keçirilmiş və bu barədə 07 aprel 2021-ci il tarixli “Yangın baş vermiş hadisə yerinə baxış protokolu” tərtib olunmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, obyektin ikinci mərtəbəsi və çardağı tamamilə yanmışdır. Yanğın kafenin ikinci mərtəbəsində baş vermiş, hadisə yerində həmçinin yanmış çarpayılar, divan və kreslolar, televizor ramkası, çarpayı qırıntıları, yanmış mebel taxtaları, yanğın nəticəsində deformasiyaya uğramış çarpayı torları aşkar edilmişdir. Obyektin qaz xətti olmamış, elektrik xətlərində qısaqapanma izləri aşkar edilməmişdir. Ətrafda olan elektrik transformatoruna baxış keçirildikdə elektrik xəttinin ayırıcı rıçaqı ayrılmış vəziyyətdə olmuşdur. -İş materiallarında olan sənədlərdən (cild 2, s. 15-18) görünür ki, Göygöl rayonunun Toğanalı kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus “Göyəzən” kafesində 07 aprel 2021-ci il tarixdə baş vermiş yanğının səbəblərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin təhqiqatçısı tərəfindən 06 may 2021-ci il tarixdə məhkəmə-yanğın-texniki ekspertizası təyin eilmiş və bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23 iyun 2021-ci il tarixli 10/2104 nömrəli ekspert rəyi alınmışdır. Ekspert rəyindən məlum olur ki, Göygöl rayonunun Toğanalı kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus “Göyəzən” kafesində baş vermiş yanğının mənbəyi kafenin ikinci mərtəbəsinin giriş hissəsində, döşəmə səviyyəsində olmuşdur. Ekspertiza rəyində həmçinin qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş yoxlama materiallarındakı məlumatlara, şahidlərin izahatlarında göstərdikləri hallara, hadisə ərəfəsində yanğıının mənbə zonasında ikinci mərtəbədə hər hansı istilik ixrac edən cihaz və avadanlıqlar olmadığına, mənbə zonasında öz-özünə alışa bilən maddə və materiallar olub-olmaması barədə hər hansı məlumatın olmamasına, hadisənin baş vermə şəraitinə, mənbə zonasında olan konstruktiv elementlərin üzərində yaranmış termiki təsir izlərinin xarakterinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, yanğın kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş verməsi üçün xarakterikdir. -İş materiallarında olan sənədlərdən (cild 2, s.148) görünür ki, Göygöl rayonunun Çaykənd kəndində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində 14 sentyabr 2021-ci il tarixdə baş vermiş yanğınla bağlı Göygöl Rayon Dövlət X14 əməkdaşları tərəfindən 14 sentyabr 2021-ci il tarixli “Yanğın haqqında ilkin Akt” tərtib edilmişdir. Aktdan görünür ki, yanğın haqqında məlumat bölməyə 14 sentyabr 2021-ci il tarixdə saat 04:57-də daxil olmuş, yanğın 14 sentyabr 2021-ci il tarixdə saat 07:08-də söndürülmüşdür. -İş materiallarında olan sənədlərdən (cild 2, iş s.150-158) görünür ki, Göygöl rayonunun Çaykənd kəndində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində 14 sentyabr 2021-ci il tarixdə baş vermiş yanğınla bağlı X63 Xidmətinin Gəncə regional yanğın nəzarəti idarəsinin X63 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru Ülfət Abbasov tərəfindən hal şahidlərinin iştirakları ilə yanğın baş vermiş hadisə yerinə baxış keçirilmiş və bu barədə 14 sentyabr 2021-ci il tarixli “Yangın baş vermiş hadisə yerinə baxış protokolu” tərtib olunmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi kürsülüdür, yaşayş sahəsi bir şüşəbənd və üç yaşayış otağından ibarətdir; yanğın yaşayış sahəsində baş vermişdir; əvvəlcə şüşəbəndə baxış keçirilmişdir: şüşəbənd əşyalarla birlikdə tamamilə yanmışdır, stol, stullar, mebel dəsti, gəbə, qab-qacaqlar, çılçıraq yanmış, tavanı çardağı yanaraq içəri tökülmüşdür; birinci yataq otağı tamamilə yanmış, otağın içərisində olan divan, kreslo, çarpayı, yataq dəstləri, televizor, gəbə, şkaf yanaraq yarasız hala düşmüşdür; ikinci yataq otağı: qapı və pəncərələr yanmışdır, həmin otaqda olan çarpayılar, mebel dəsti, gəbələr, qab-qacaqlar, televizor və geyim əşyaları yanaraq yarasız hala düşmüş, evin çardağı yanaraq otağın içərisinə tökülmüşdür. Yaşayış evinin təbii qaz xəttinə baxış keçirildikdə qaz sayğacının yan hissəsindən bağlı olduğu müəyyən edilmiş, heç bir qaz sızması müəyyyən edilməmişdir. Yaşayış evinin elektrik xətlərinə baxış keçirilərkən xətlərdə qısaqapanma halları aşkar edilməmişdir. Yaşayış evinin navesinin (həyətdəki çardağın-hakimin qeydi) altında olan ərzaq malları istiliyin təsirindən ərimişdir. -İş materiallarında olan sənədlərdən (cild 4, s. 59-62) görünür ki, Göygöl rayonunun Çaykənd kəndində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində 14 sentyabr 2021-ci il tarixdə baş vermiş yanğının səbəblərinin aydınlaşdırılması üçün ibtidai istintaq zamanı 03 dekabr 2022-ci il tarixdə məhkəmə-yanğın-texniki ekspertizası təyin edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 06 yanvar 2022-ci il tarixli 10/7393 nömrəli rəyi alınmışdır. Ekspert rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs4 Göygöl rayonunun Çaykənd kəndində yerləşən yaşayış evində baş vermiş yanğının mənbəyi- evin birinci mərtəbəsinə daxil olduqda sağ tərəfdə yerləşən sayca birinci otağın daxilində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkuşaf edərək digər sahələrə yayılmışdır. Mənbə zonasında olan elektrik naqillərində elektrik təbiətli qəza hallarının aşkar edilmədiyini, hadisə ərəfəsində evin daxilində istilik ixrac edə bilən cihazlarin işlək vəziyyətdə olmadığını və qərarın təsviri hissəsində göstərilən hadisənin baş vermə şəraitini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın kənardan gətirilmiş alışdırma vasitələrinin təsiri nəticəsində baş verməsi üçün xarakterikdir. -İş materiallarında olan sənədlərdən (cild 4, s. 167-170) görünür ki, iş üzrə ibtidai istintaq zamanı 26 yanvar 2022-ci il tarixdə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzindən 18 fevral 2022-ci il tarixli 10/966 nömrəli ekspert rəyi alınmışdır. Ekspert rəyindən məlum olur ki: 1) Göygöl rayonunun Çaykənd kəndində yerləşən (əslində Toğanalı kəndində yerləşir-hakimin qeydi), Zərərçəkmiş şəxs2 məxsus olan “Göyəzən” yeməkxanasında baş vermiş hadisə nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 11232,0 (on bir min iki yüz otuz iki) manat məbləğində müəyyən olunmuşdur (yaşayış evinin ziyan dəymiş 112,32 kvadratmetr hissəsinin hər kvadratmetri üçün 100 manat hesablanmaqla). 2) Göygöl rayonunun Çaykənd kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış evində baş vermiş hadisə nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 26040,0 (iyirmi altı min qırx) manat məbləğində müəyyən olunmuşdur (qeyri-yaşayış sahəsinin ziyan dəymiş 130,2 kvadratmetr hissəsinin hər kvadratmetri üçün 200 manat hesablanmaqla). -İş materiallarında olan sənədlərdən (cild 4, s. 211-214) görünür ki, iş üzrə ibtidai istintaq zamanı mal-qara və ev avadanlıqlarının qiymətləndirilməsi üçün 26 yanvar 2022-ci il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən 11 fevral 2022-ci il tarixli 9/840 nömrəli ekspert rəyi alınmışdır. Ekspert rəyindən məlum olur ki, analoji malların markasına, modelinə, ölçüsünə, texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən 4 (dörd) adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 995,00 (doqquz yüz doxsan beş) manat müəyyən olunur. Qiymətləndirilən əşyalar: 2 (iki) ədəd 6 (altı) kiloqramlıq “LG” markalı paltaryuyan maşın cəmi 600 (altı yüz) manat (hər birinin qiyməti 300 manat olmaqla), 1 (bir) ədəd 107 santimetr diaqonallı televizor 350 (üç yüz əlli) manat, 1 (bir) ədəd “Super Maks” markalı krosna (məişət üçün peyk anteni) aparatı 25 manat, internet şəbəkəsi üçün 1 (bir) ədəd “Tp Link” markalı modem 20 (iyirmi) manat dəyərində, ümumi məbləği 995,00 (doqquz yüz doxsan beş) manat müəyyən olunmuşdur. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyəti, ölçüləri, çəkiləri və sair) olmadığına görə qiymətləndirmə aparılması mümkün olmamışdır. -İş materiallarında olan sənədlərdən (cild 5, s. 101-102) görünür ki, iş üzrə ibtidai istintaq zamanı heyvanların oğurlandığı tarixlərdə dəyərinin müəyyən edilməsi üçün ibtidai araşdırmanı aparan müstəntiq tərəfindən məktubla Göygöl rayonunun Yeni Qızılca kəndinin ərazisində yerləşən “Mal-qara satışı bazarı”na müraciət edilmiş və müvafiq qiymətləri əks etdirən 01 aprel 2022-ci il tarixli cavab alınmışdır. -İş materiallarında olan sənədlərdən (cild 3, s. 231) görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi Samir Rüstəmova ərizə ilə müraciət edərək, 1 (bir) ədəd “Kalaşnikov” markal avtomatı, avtomat silahına aid 2(iki) ədəd sandıqçanı (avtomat darağı nəzərdə tutulur-hakimin qeydi) və güllələri müdafiəçisi X27 iştirakı olmadan təqdim etməyə heç bir etirazı yoxdur (ərizə həm təqsirləndirilən şəxs, həm də müdafiəçi tərəfindən imzalanmışdır). -İş materiallarında olan sənədlərdən (cild 3, s. 232-237) görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 yaşadığı Göygöl rayonunun Çaykənd kəndindəki evdən 29 noyabr 2021-ci il tarixdə sonuncuya məxsus 1 (bir) ədəd 7,62 millimetr kalibirli, çaxmağı üzərində “ЕИ-7161” yazısı olan, “Kalaşnikov” konstruksiyalı avtomat silah, 58 (əlli səkkiz) ədəd 7,62 mm patronlar və 2 (iki) ədəd avtomat darağı aşkar edilərək götürülmüş və bu barədə həmin tarixdə baxış və götürmə protokolu tərtib edilmiş, video və fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. -İş materiallarında olan sənədlərdən (cild 4, s. 65-72) görünür ki, iş üzrə ibtidai istintaq zamanı 06 dekabr 2021-ci il tarixdə məhkəmə-ballistik ekspertizası təyin edilmiş və bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik tədqiqatlar idarəsinin 29 dekabr 2021-ci il tarixli 21/750R nömrəli ekspert rəyi alınmışdır. Ekspert rəyindən məlum olur ki: 1) tədqiqara təqdim edilmiş 01 (bir) ədəd çaxmağının üzərində “ЕИ-7161” nömrəsi olan odlu silah 7,62 millimetr kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş “АКМ” modelli, “Kalaşnikov” konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. 2) Tədiqata təqdim edilmiş 58 (əlli səkkiz) ədəd patronlardan 57 (əlli yeddi) ədədi keçmiş SSRİ dövlətində və 01 (bir) ədədi isə Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 7,62х39 millimetr kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır və atəş üçün yararlıdırlar. 3) Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, həmin daraqlardan 01 (bir) ədədi 30 (otuz) ədəd və digər 01 (bir) ədəd daraq isə 40 (qırx) ədəd 7,62х39 millmetr kalibrli patronlar yerləşdirmək üçün nəzərədə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların və əl pulemyotlarının komplekt hissəsidir-darağıdır, hər iki daraq texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. -İş materiallarında olan sənədlərdən (cild 5, s. 69) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar idarəsinin rəisi tərəfindən Göygöl Rayon Polis Şöbəsinə göndərilmiş 07 yanvar 2022-ci il tarixli 011-153-1222 nömrəli məktubda göstərilir: “...16 dekabr 2021-ci il tarixli 163-27360-1221 nömrəli məktubunuza əsasən təqdim etdiyiniz 01 ədəd 7,62 millimetr kalibrli, çaxmağın üzərində “ЕИ-7161” nömrəsi olan Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir”. -İş materiallarında olan sənədlərdən (cild 5, s. 70-72) görünür ki, Göygöl Rayon Polis Şöbəsinin 01 dekabr 2021-cil tarixli tələbnamələri (sorğuları) əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən alınmış 22 dekabr 2021-ci il trixli cavablardan məlum olur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X33 barələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (həmin cavab sorğu edilən şəxslərin Azərbaycan Respublikası ərazisində əvvəllər məhkum olunmadıqlarını təsdiq edir). -İş materiallarında olan sənədlərdən (cild 5, s.104-106, 108-110) görünür ki, iş üzrə Gəncə Şəhər Narkoloji Dispanserindən və Gəncə Şəhər Psixonevroloji Dispanserindən alınmış arayışlardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1, X33 və Təqsirləndirilən şəxs2 Нadir oğlu narkoloji və ruhi əsəb dispanserlərində qeydiyyatda durmurlar. -İş materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məmmədov Səyyaf yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin hesablanması ilə bağlı sübutların qiymətləndirilməsi: -Zərərçəkmiş şəxs4 ifadəsində həm evin, həm də əşyaların yandırılması və oğurlanması nəticəsində ona ümumilikdə 95000 (doxsan beş min) manat məbləğində maddi zərər dəydiyini göstərmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, Zərərçəkmiş şəxs4 məxsus daşınar əşyalardan cəmi dörd adda əşya qiymətləndirilmiş və həmin dörd adda əşyanın ümumi məbləği 995,0 (doqquz yüz doxsan beş) manat göstərilmiş, qalan əşyalaın qiymətləndirilməsinin mümkün olmadığı rəydə qeyd edilmişdir. Məhkəmə-tikinti-texniki ekspertizasının 18 fevral 2022-ci il tarixli 10/966 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs4 yaşayış evinin yandırılması nəticəsində evin konstruksiyasına dəymiş zərər 26040,0 (iyimi altı min qırx) manat məbləğində müəyyən olunduğundan, Zərərçəkmiş şəxs4 məxsus evin yanar konstruksiyasının yanaraq yararsız hala düşməsi ilə bağlı ekspert rəyində göstərilən məbləğ- yəni 26040,0 (iyimi altı min qırx) manat məbləğ əsas götürülmüşdür. Zərərçəkmiş şəxs4 yaşadığı evdən oğurlanmış əşyaların ümumi dəyəri onun ifadəsində göstərdiklərinə uyğun olaraq 1111 (min bir yüz on bir) manat məbləğində dəyərləndirilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 ifadəsində ona məxsus yanmış ev əşyalarının qiymətini ümumilikdə 25595 (iyirmi beş min beş yüz doxsan beş) manat məbləğində dəyərləndirmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində dörd adda əşya istisna olmaqla, digər yanmış əşyalar üzrə rəy verilməsi mümkün olmamışdır. Ona görə də Zərərçəkmiş şəxs4 yaşadığı mənzildə yanmış əşyaların dəyəri onun ifadəsində göstərilən qiymətlərlə, yəni ümumilikdə 25595 (iyirmi beş min beş yüz doxsan beş) manat dəyərində əsas götürülmüşdür. Odur ki, məhkəmə, Zərərçəkmiş şəxs4 yaşadığı evin əşyalarla birlikdə yanaraq yarasız hala düşməsi nəticəsində ona dəymiş zərəri 51635 (əlli bir min altı yüz otuz beş) manat məbləğində əsas götürmüşdür. -İş materiallarında olan sənədlərdən görünür ki, iş üzrə ibtidai istintaq zamanı həmçinin Zərərçəkmiş şəxs2 məxsus “Göyəzən” yeməkxanasına istifadə edilmiş materialların və tikintiyə çəkilmiş xərcin dəyərinin müəyyən edilməsi üçün məhkəmə-tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın 18 fevral 2022-ci il tarixli 10/966 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs2 məxsus “Göyəzən” yeməkxanasının yanması nəticəsində yeməkxananın konstruksiyasına dəymiş zərər 11232 (on bir min iki yüz otuz iki) manat məbləğində müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs2 məxsus “Göyəzən” yeməkxanasının içərisində olmuş əşyaların ekspert qiymətləndirilməsi aparılmamışdır. Həmin xüsusat üzrə dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, оnа məxsus “Göyəzən” kafesinin konstruksiyalarının yanmаsı nəticəsində 16000 (on altı min) manat dəyərində və kafenin içərisində olan hər birinin dəyəri 2500 (iki min beş yüz) manat olan 10000 (on min) manat dəyərində dörd dəst mebel dəsti, hər birinin dəyəri 600 (altı yüz) manat olan 2400 (iki min dörd yüz) manat dəyərində dörd ədəd “LG” markalı 107” diaqonal ekranlı televizorlar, 2000 (iki min) manat dəyərində bir ədəd divan və dörd ədəd kreslo (qolaltı), hər birinin dəyəri 1500 (min beş yüz) manat olan 6000 (altı min) manat dəyərində dörd ədəd ikikameralı “Xitaki” markalı soyuducu, hər birinin dəyəri 500 (beş yüz) manat olmaqla 1000 (min) manat dəyərində iki ədəd 2,5x8 metr uzunluğunda dəhliz (koridor) üçün nəzərdə tutulmuş xalçalar, hər birinin dəyəri 700 (yeddi yüz) manat olan ümumilikdə 2800 (iki min səkkiz yüz) manat dəyərində dörd ədəd 4x5 ölçüdə xalçalar, hər birinin dəyəri 100 (yüz) manat olan 1000 (min) manat dəyərində on ədəd çılçıraqlar, 800 (səkkiz yüz) manat dəyərində bir ədəd “LG” markalı paltaryuyan maşın, hər bininin dəyəri 200 (iki yüz) manat olan ümumilikdə 400 (dörd yüz) manat dəyərində iki ədəd “Kenvood” markalı tozsoran, hər birinin dəyəri 250 (iki yüz əlli) manat olan ümumilikdə 2000 (iki min) manat dəyərində örtüklər (pokrıvallar), hər birinin dəyəri 150 (yüz əlli) manat olan ümumilikdə 300 (üç yüz) manat dəyərində iki ədəd taxta materialdan jurnal masası (jurnalnı), hər binin dəyəri 70 (yetmiş) manat olan ümumilikdə 140 (yüz qırx) manat dəyərində iki ədəd unitaz, hər birinin dəyəri 50 (əlli) manat olan ümumilikdə 100 (yüz) manat dəyərində iki ədəd əl-üz yumaг üçün dəst (umıvalnik), hər birinin dəyəri 30 (otuz) manat olan ümumilikdə 60 (altmış) manat dəyərində iki ədəd hamam üçün güzgü və duşları yandırılmış, həmin əşyaların ümumi dəyəri 29000 (iyirmi doqquz) manat təşkil etmiş və ona (Zərərçəkmiş şəxs2) ümumilikdə 45000 (qırx beş min) manat dəyərində ziyan vurulmuşdur. İş üzrə məhkəm-tikinti-texniki ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs2 məxsus “Göyəzən” yeməkxanasının konstruksiyasının yanması nəticəsində dəymiş zərər 11232 (on bir min iki yüz otuz iki) manat və Zərərçəkmiş şəxs2 ifadəsinə əsasən əşyaların yanması nəticəsində ona dəymiş zərər 29000 (iyirmi doqquz min manat) qiymətləndirilmiş, beləliklə Zərərçəkmiş şəxs2 dəymiş ziyan olaraq ibtidai istintaq və məhkəmə tərəfindən ümumilikdə 40232 (qırx min iki yüz otuz iki) manat məbləğ əsas götürülmüşdür. -İş materiallarında olan sənədlərdən (cild 5, iş vərəqə: 101-102) görünür ki, iş üzrə ibtidai istintaq zamanı heyvanların oğurlandığı tarixlərdə dəyərinin müəyyən edilməsi üçün ibtidai araşdırmanı aparan müstəntiq tərəfindən məktubla Göygöl rayonunun Yeni Qızılca kəndinin ərazisində yerləşən “Mal-qara satışı bazarı”na müraciət edilmiş və 01 aprel 2022ci il tarixli cavab alınmışdır. “Mal-qara satışı bazarı”nın müdiri X28 (VÖEN: **********) cavab məktubundan görünür ki, sorğu edilən heyvanların qeyd olunan tarixlərdə bazarda orta satış qiymətləri: 1) 24 may 2019-cu il tarixdə 2 yaşlı, erkək cinsli 1 baş iribuynuzlu heyvanın orta satış qiyməti- 800 (səkkiz yüz) manat, 2) 02 avqust 2019-cu il tarixdə 3 baş 1 yaş 8 aylıq, dişi cinsli, iribuynuzlu heyvanların hər birinin orta satış qiyməti 1000 (min) manat, 3) 21 sentyabr 2019-cu il tarixdə 1 baş 10 yaşlı, dişi cinsli iribuynuzlu heyvanın orta satış qiyməti- 2000 (iki min) manat, 2 baş 4 yaşlı, dişi cinsli iribuynuzlu heyvanların hər birinin orta satış qiyməti-1500 (min beş yüz) маnаt, 4) 03 oktyabr 2019-ci il tarixdə 4 yaşlı 1 baş atın orta satış qiyməti- 800 (səkkiz yüz) manat, 5) 27 aprel 2020-ci il tarixdə 1 baş dişi cinsli, 1 il 4 aylıq iribuynuzlu heyvanın orta satış qiyməti-900 (doqquz yüz) manat, 6) 18 iyul 2020-ci il tarixdə 1 baş 1 yaş 2 aylıq erkək cinsli iribuynuzlu heyvanın orta satış qiyməti- 1000 (min) manat, 7) 17 avqust 2020-ci il tarixdə 1 baş 14-15 yaşında atın orta satış qiyməti- 1000 маnаt, 8) 31 avqust 2020-ci il tarixdə 1 baş 2 yaşlı, dişi cinsli iribuynuzlu heyvanın orta satış qiyməti- 2000 (iki min) manat, 2 baş 2 yaşlı dişi cinsli heyvanın orta satış qiyməti-2000 (iki min) manat və 1 baş dişi cinsli heyvanın orta satış qiyməti- 1000 (iki min) manat, 9) 2021-ci ilin iyun ayında 1 baş 2 yaşlı, dişi cinsli, iribuynuzlu heyvanın orta satış qiyməti- 1000 (min) manat, 10) 08 avqust 2021-ci il tarixdə 3 baş dişi cinsli, 4 yaşlı iribuynuzlu heyvanların hər birinin orta satış qiyməti- 1000( min) manat, 1 baş 3 yaşlı, dişi cinsli iribuynuzlu heyvanın hər birinin orta satış qiyməti- 1000 (min) manat, 1 baş iribuynuzlu heyvanın orta satış qiyməti- 1500 manat, 11) 01 oktyabr 2021-ci il tarixdə 1 baş 3 yaşlı dişi cinsli,1 baş 2 yaşlı dişi cinsli iribuynuzlu heyvanın orta satış qiyməti- 2000 (iki min) manat,1 baş 1 yaşlı dişi cinsli iribuynuzlu heyvanın orta satış qiyməti- 1500 (bir min beş yüz) manat,1 baş 1 yaşlı dişi cinsli, 1 baş 2 yaşlı, dişi cinsli və 1 baş 2 yaşlı dişi cinsli iribuynuzlu heyvanların orta satış qiymətləri- 2000 (iki min) manat, 12) 31 oktyabr 2021-ci il tarixdə 6 (altı) baş dişi cinsli boğaz vəziyyətdə keçilərin hər birinin ayrı- ayrılıqda dəyəri 210 (iki yüz on) manat və 1 baş erkək cinsli keçinin orta satış qiyməti- 200 (iki yüz) manat dəyərində olmuşdur. “Mal-qara satışı bazarı”ndan alınmış arayışda heyvanların bazarda orta satış qiymətləri zərərçəkmiş şəxslərin ifadələrində göstərdiklərinə uyğun qiymətlər olmuş, yalnız zərərçəkmiş şəxs X29 1 (bir) baş atının dəyərinin 10000 (on min) manat olduğunu göstərmiş, alınmış arayışda isə atın bazarda satış qiymətinin 1000 (min) manat olduğu göstərilmişdir. Zərərçəkmiş şəxsin göstədiyi məbləğ bazar qiymətindən kəskin surətdə fərqlənməsi nəzərə alınmış və həmin 1 (bir) baş atın bazar qiymətinin 1000 (min) manat olması nəzərə alınmışdır. İş üzrə digər zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs11 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs8 3900 (üç min doqquz yüz) manat /3000 manat +900 manat/, Zərərçəkmiş şəxs1 2000 (iki min) manat, Zərərçəkmiş şəxs7 Bəhmən qızına 3000 (üç min) manat, Zərərçəkmiş şəxs6 800 (səkkiz yüz) manat, Zərərçəkmiş şəxs9 8000 (səkkiz min) manat /7000+1000/ manat, Zərərçəkmiş şəxs10 Haqverdi oğluna 1000 (min) manat, Zərərçəkmiş şəxs12 1000 (min) manat, Zərərçəkmiş şəxs5 5000 (beş min) manat, Zərərçəkmiş şəxs3 1500 (min beş yüz) manat və Zərərçəkmiş şəxs13 (cəmi 9500 manat dəyərində olan itmiş beş baş iribuynuzlu heyvanlardan hər birinin dəyəri 2000 /iki min/ manat olan iki baş iribuynuzlu heyvanın sonradan gəlmələri nəzərə alınaraq) nəticə olaraq 5500 (beş min beş yüz) manat miqdarında ziyan vurulması əsas götürülmüşdür. Maddi sübutlar: -İş materiallaında olan sənədlərdən (cild 1, s. 89, 91) görünür ki, ibtidai istintaq zamanı X11 götürülmüş xırdabuynuzlu heyvanın 1 (bir) ədəd arxa sol budu, 4 (dörd) ədəd ayaqları və 1 (bir) ədəd başı istintaq üçün mühüm əhəmiyyət kəsb etdiyindən istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə təhvil verilmişdir. -İş materiallaında olan sənədlərdən (cild 3, s. 229-237) görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir ədəd) 7,62 millimetr kalibrli AKM modelli, Kalaşnikov konstruksiyalı avtomat, 7,62х39 millimetr kalibrli 58 (əlli səkkiz) ədəd patron və 02 (iki) ədəd avtomat darağı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Göygöl Rayon Polis Şöbəsində saxlanılması üçün təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş DVD-disklərə məhkəmə istintaqı zamanı baxış: İbtidai istintq orqanı tərəfindən maddi sübut qismində iş materiallarına əlavə edilmiş DVD-disklərə (elektron daşıyıcılara) məhkəmə istintaqı zamanı baxılarkən müəyyən edilmişdir ki: 1) iş materiallarına əlavə edilmiş (cild 1, s. 83) 1 nömrəli DVD-diskdə yerləşdirilmiş video-audio yazı 1581 kilobayt həcmdə, 6 saniyə müddətindədir. X1 yaşadığı evə baxış keçirilərkən Haqverdi Xıdırov soyuducunun buz dolabından dərisi soyulmuş vəziyyətdə olan olan 1 (bir) ədəd heyvan budunu təqdim edərək bildirir ki, “bu, Elnurdan aldığım axırıncı keçinin bududur, istintaqa təqdim edirəm” (son); 2) iş materiallarına əlavə edilmiş (cild 1, s. 84) 2 nömrəli DVD-diskdə yerləşdirilmiş video-audio yazı 5125 kilobayt həcmdə, 23 saniyə müddətindədir. X2 əlində dolu sellofan paket tutaraq bildirir ki, “bu, Elnurdan aldığım axırıncı keçinin başı və ayaqlarıdır, istintaqa təqdim edirəm”, bundan sonra paketi açaraq içərisindəki bir ədəd keçi başı və dörd ədəd keçi ayağını soyulmamış vəziyyətdə təqdim edir (son); 3) iş materiallarına əlavə edilmiş (cild 1, s. 88) 3 nömrəli DVD-diskdə yerləşdirilmiş video-audio yazı 11081 kilobayt həcmdə, 58 saniyə müddətindədir. Görüntülərdə stolun üstünə düzülmüş bir ədəd keçi başı və dörd ədəd keçi ayağı dərisi soyulmamış vəziyyətdə Zərərçəkmiş şəxs14 tanınma üçün təqim edilir, Zərərçəkmiş şəxs14 həmin keçi başı və ayaqlarının onun oğurlanmış yeddi baş keçisindən biri olduğunu bildirir (son); 4) iş materiallarına əlavə edilmiş (cild 3, s. 237) 4 nömrəli DVDdiskdə yerləşdirilmiş video-audio yazı 24053 kilobayt həcmdə, 04 dəqiqə 08 saniyə müddətindədir. Videogörüntü Təqsirləndirilən şəxs1 yaşadığı evdə təqdim etdiyi silahsursata baxış zamanı qeydə alınmışdır. Videogörüntü başlanan kimi Təqsirləndirilən şəxs1 bildirir ki, “Mən, Təqsirləndirilən şəxs1 yaşadığım evdə gizlətdiyim bir ədəd avtomatı istintaqa təqdim edirəm” və avtomatın yerini göstərir, stolun altında qoyulmuş çexolun içərisində olan 1 (bir) ədəd “Kalaşnikov” markalı avtomat silahı və 2 (iki) ədəd avtomat darağını təqdim edir, həmçinin 2 (iki) ədəd avtomat darağnın daxilinə yerləşdirilmiş patronları bir-bir çıxarır və patronları özü sayır, cəmi 58 (əlli səkkiz) patron aşkar edilir (son). Tətbiq edilməli olan normalar: Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin müddəalarından görünür ki, oğurluqözgənin əmlakını gizli olaraq talamadır. Cinayət Məcəlləsinin 177.2-ci maddəsindən görünür ki, eyni (Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş) əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə; 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə—bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin: 1-ci bəndindən görünür ki, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan artıq məbləğdə ziyan vurulduğu hallarda yaranır; 2-ci bəndindən görünür ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 186.1-ci maddəsindən görünür ki, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 186.2-ci maddəsindən görünür ki, eyni əməllər (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə): 186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2 və 228.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra-Konstitusiya) 72-ci maddəsinin: birinci hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır, hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; ikinci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; 3-cü hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstitusiyanın 125-ci maddəsinin yeddinci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin doqquzuncu hissəsinə əsasən, ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. Konstitusiyanın 129-cu maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Cinayət Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Cinayət Məcəlləsinin 56.1 və 56.1.2-ci maddələrindən görünür ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilə bağlı Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olaraq onun himayəsində iki azyaşlı uşağın olması halını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi) müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilə bağlı Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilə bağlı Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olaraq onun himayəsində iki azyaşlı uşağın olması (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi) halını müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilə bağlı Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən etməmişidir. Məhkəmə Təqsirləndirilən şəxs3 ilə bağlı Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olaraq onun himayəsində dörd azyaşlı uşağın olması (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə etməsi (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi (Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsi) hallarını müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 ilə bağlı Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsinə baxarkən onların cəzasını yüngülləşdirən hallarla yanaşı, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətini, təyin olunan cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2 və 228.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasını cəzaları qismən toplamaqla təyin edilməsi ilə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki: -1) Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Cinayət Məcəlləsinin 66.2-ci madddəsinə əsasən, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yoli ilə ona qəti olaraq 06 (altı) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulmaqla həbsə alındığı 27 noyabr 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; -2)Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulduğu 27 noyabr 2021-ci il tarixdən həbsdən azad olunduğu 29 noyabr 2021-ci il tarixədək keçən 02 (iki) gün müddət, həmçinin ibtidai istintaq orqanının qərarı ilə tutulduğu 26 mart 2022-ci il tarixdən Göygöl Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 4(066)-32/2022 saylı qərarı ilə həbsdən azad olunduğu 28 mart 2022-ci il tarixədək keçən 02 (iki) gün müddət-cəmi 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanmalı, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. -3)Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2021-ci il tarixdən həbsdən azad olunduğu 27 noyabr 2021-ci il tarixədək keçən 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla və ona təyin edilmiş 01 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanmalı, Təqsirləndirilən şəxs3 üzərinə faktiki yaşayış yeri olan, məcburi köçkün qismində müvəqqəti məskunlaşdığı Göygöl rayonunun Çaykənd kəndində yaşadığı evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri və Göygöl rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs3 barəsində hökmün icrası onun yaşayış yeri üzrə probasiya qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlaılmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı tərtib olunmuş sənədlərdə və bəzi məhkəmə sənədlərində Təqsirləndirilən şəxs3 soyadı səhvən “Məmmədov” göstərilmişdir və bu, məhkəmə tərəfindən nəzərə alınmışdır. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınaraq Göygöl Rayon Polis Şöbəsinə saxlanca verilmiş: 1) 1 (bir) ədəd, çaxmağın üzərində “EИ-7161” yazısı olan, 7,62 millimetr kalibrli “AKM” modelli, Kalaşnikov konstruksiyalı avtomat silah, 2) 58 (əlli səkkiz) ədəd 7,62x39 millimetr kalibrli patronlar, 3) 1 (bir) ədəd 30 (otuz) ədədlik, 1 (bir) ədədi isə 40 (qırx) ədədlik 7,62x39 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların və əl pulemyotlarının komlekt hissəsi hesab edilən cəmi 2 (iki) ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilməlidir. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş 4 (dörd) ədəd DVD-disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınaraq tədqiq edilmiş bir ədəd soyulmuş vəziyyətdə xırdabuynuzlu heyvan budu, bir ədəd dərisi soyulmamış keçi başı və dörd ədəd dərisi soyulmamış keçi ayağı ibtiai istintaq zamanı zəruri hərəkətlər edildikdən sahibinə qaytarılmışdır-bu, nəzərə alınmalıdır. İş üzrə digər maddi sübut yoxdur. Mülki iddialar: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsindən görünür ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cinayət Prosessual Məcəllənin: -89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. -179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. -179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. -179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. -179.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. -181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. -181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini;181.2.4. mənəvi ziyanın ödənilməsini. -181.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Zərərçəkmiş şəxs1 Kəlbəcər Rayon Məhkəməsində məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş 2000 (iki min) məbləğdə maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb ona ödənilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, bununla bağlı, Zərərçəkmiş şəxs1- mülki iddiaçı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə məhkəmə tərəfindən mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə istintaqı nəticəsində təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs1 X45 ilə birlikdə 2019-cu ilin sentyabr ayinda törətdiyi cinayət əməli (oğurluq) nəticəsində Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğdə ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 həmin hal üzrə təqsirləndirilməmişdir. Bundan başqa, həmin hal üzrə Təqsirləndirilən şəxs1la birlikdə cinayət törətməkdə təqsirləndirilən X25 barəsində olan icraat hazırki cinayət işindən ayrılaraq başqa cinayət işinə birləşdirilmişdir. Cinayət əməli Təqsirləndirilən şəxs1 və digəri tərəfindən birlikdə, yəni iki nəfər tərəfindən törədildiyindən, vurulmuş ziyanın ödənilməsi mütənasib olmalıdır-Təqsirləndirilən şəxs1 üzərinə həmin hal üzrə dəymiş ziyanın yarısı həddə, yəni 1000 (min) manat həddə öhdəlik qoyula bilər. Ona görə də həmin mülki iddia qismən və yalnız Təqsirləndirilən şəxs1 münasibətdə təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs1 1000 (min) manat məbləğdə pul ziyanın əvəzi olaraq, həmçinin mülki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun mülki iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 (otuz) manat hissəsinin pul əvəzi, cəmi 1030 (bir min otuz) manat məbləğdə pul vəsaiti tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Hazırki mülki iddia qalan hissədə- 1000 (min) manat ziyan tələbi və digər mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmin mülki iddianın qalan 1000 (min) manat ziyan tələbi və digər mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı hissədə əsassızlığını yuxarıda izah etmişdir. Zərərçəkmiş şəxs7 Kəlbəcər Rayon Məhkəməsində məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş 3000 (üç min) məbləğdə maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb ona ödənilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, bununla bağlı, Zərərçəkmiş şəxs7- mülki iddiaçı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə məhkəmə tərəfindən mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə istintaqı nəticəsində təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs1 X45 ilə birlikdə 2019-cu ilin sentyabr ayinda törətdiyi cinayət əməli (oğurluq) nəticəsində Zərərçəkmiş şəxs7 3000 (iki min) manat məbləğdə ziyan dəymişdir.Təqsirləndirilən şəxs2 həmin hal üzrə təqsirləndirilməmişdir. Bundan başqa, həmin hal üzrə Təqsirləndirilən şəxs1la birlikdə cinayət törətməkdə təqsirləndirilən X25 barəsində olan icraat hazırki cinayət işindən ayrılaraq başqa cinayət işinə birləşdirilmişdir. Cinayət əməli Təqsirləndirilən şəxs1 və digəri tərəfindən birlikdə, yəni iki nəfər tərəfindən törədildiyindən, vurulmuş ziyanın ödənilməsi mütənasib olmalıdır-Təqsirləndirilən şəxs1 üzərinə həmin hal üzrə dəymiş ziyanın yarısı həddə, yəni 1500 (min beş yüz) manat məbləğdə öhdəlik qoyula bilər. Ona görə də mülki iddia qismən və yalnız Təqsirləndirilən şəxs1 münasibətdə təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs1 1500 (min beş yüz) manat məbləğdə pul ziyanın əvəzi olaraq, həmçinin ödənilmiş dövlət rüsumunun mülki iddianın təmin edilmiş hissəsinə mütənasib olan 35 (otuz beş) manat hissəsi, cəmi 1535 (min beş yüz otuz beş) manat məbləğdə pul vəsaiti tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs7 ödənilməlidir. Bu mülki iddia qalan hissədə-1500 (min beş yüz) manat pul (ziyan) tələbi və digər mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmin mülki iddianın qalan 1500 (min beş yüz) manat pul tələbi və digər mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı hissədə əsassızlığını yuxarıda izah etmişdir. Zərərçəkmiş şəxs Həsənova X44 Rayon Məhkəməsində məhkəmə çıxışları başlanmazdan əvvəl Təqsirləndirilən şəxs1 qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş 51635 (əlli bir min altı yüz otuz beş) manat məbləğdə maddi ziyanın və 245 (iki yüz qırx beş) manat dövlət rüsumunun pul əvəzinin Təqsirləndirilən şəxs1 alınıb ona ödənilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, bununla bağlı, Zərərçəkmiş şəxs4- mülki iddiaçı, Təqsirləndirilən şəxs1 isə məhkəmə tərəfindən mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə istintaqı nəticəsində təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs1 X45 ilə birlikdə 2021-ci ilin sentyabr ayının 14də Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi nəticəsində Zərərçəkmiş şəxs4 cəmi 51635 (əlli bir min altı yüz otuz beş) manat məbləğdə ziyan dəymişdir. Bundan başqa, həmin hal üzrə Təqsirləndirilən şəxs1la birlikdə cinayət törətməkdə təqsirləndirilən X25 barəsində olan icraat hazırki cinayət işindən ayrılaraq başqa cinayət işinə birləşdirilmişdir. Cinayət əməli Təqsirləndirilən şəxs1 və digəri tərəfindən birlikdə, yəni iki nəfər tərəfindən törədildiyindən, vurulmuş ziyanın ödənilməsi mütənasib olmalıdır-Təqsirləndirilən şəxs1 üzərinə həmin hal üzrə dəymiş ziyanın yarısı həddə, yəni 28817,50 manat (iyirmi səkkiz min səkkiz yüz on yeddi manat- 50 qəpik) məbləğdə öhdəlik qoyula bilər. Ona görə də mülki iddia qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs1 vurulmuş ziyanın əvəzi olaraq 28817,50 manat (iyirmi səkkiz min səkkiz yüz on yeddi manat-50 qəpik) manat, mülki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun mülki iddianın təmin edilmiş hissəsinə mütənasib olan 176,45 manat (yüz yetmiş altı manat-45 qəpik) manat hissəsinin pul əvəzi, cəmi cəmi 28993,95 manat (iyirmi səkkiz min doqquz yüz doxsan üç manat-95 qəpik) məbləğdə pul vəsaiti tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməlidir. Həmin mülki iddia qalan hissədə-28817,50 manat (iyirmi səkkiz min səkkiz yüz on yeddi manat-50 qəpik) məbləğdə ziyan tələbi və 68,55 manat (altmış səkkiz manat-55 qəpik) dövlət rüsumunun pul əvəzinin tələbinə dair hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmin mülki iddianın qalan 28817,50 manat (iyirmi səkkiz min səkkiz yüz on yeddi manat- 50 qəpik) manat məbləğdə ziyan tələbi və 68,55 manat (altmış səkkiz manat-55 qəpik) dövlət rüsumunun pul əvəzinin tələbinə dair hissədə əsassızlığını yuxarıda izah etmişdir. Zərərçəkmiş şəxs Zeynalov X53 Rayon Məhkəməsində məhkəmə çıxışları başlanmazdan əvvəl Təqsirləndirilən şəxs1 və hazırki cinayət işi üzrə şahid qismində dindirilmiş X34 qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş 40232 (qırx min iki yüz otuz iki) manat məbləğdə maddi ziyanın pul əvəzinin mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və X21 birgə qaydada alınıb ona ödənilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, bununla bağlı, Zərərçəkmiş şəxs2mülki iddiaçı, Təqsirləndirilən şəxs1 və digər şəxs (şahid) X45 isə məhkəmə tərəfindən mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə istintaqı nəticəsində təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs1 X45 ilə birlikdə 2021-ci ilin aprel ayinda Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi nəticəsində Zərərçəkmiş şəxs2 cəmi 40232 (qırx min iki yüz otuz iki) manat məbləğdə ziyan dəymişdir. Həmin hal üzrə Təqsirləndirilən şəxs1la birlikdə cinayət törətməkdə təqsirləndirilmiş X25 barəsində olan icraat hazırki cinayət işindən ayrılaraq başqa cinayət işinə birləşdirilmişdir. Cinayət əməli Təqsirləndirilən şəxs1 və digəri tərəfindən birlikdə, yəni iki nəfər tərəfindən törədildiyindən, vurulmuş ziyanın ödənilməsi mütənasib olmalıdır-Təqsirləndirilən şəxs1 üzərinə həmin hal üzrə dəymiş ziyanın yarısı həddə, yəni 20116 (iyirmi min bir yüz on altı) manat məbləğdə öhdəlik qoyula bilər. Ona görə də mülki iddia qismən və yalnız Təqsirləndirilən şəxs1 münasibətdə təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs1 20116 (iyirmi min bir yüz on altı) manat məbləğdə pul vurulmuş ziyanın əvəzi olaraq tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Təqsirləndirilən şəxs1 qarşı bu mülki iddia qalan hissədə-20116 (iyirmi min bir yüz on altı) manat pul tələbi hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə mülki iddianın qalan 20116 (iyirmi min bir yüz on altı) manat pul tələbi hissədə əsassızlığını yuxarıda izah etmişdir. Bu mülki iddia X34 qarşı hissədə Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən hazırki icraatda mümkünsüz hesab edilməklə baxılmamış saxlanılmalıdır-mülki cavabdeh X25 təqsirləndirilməsi ilə bağlı hazırki cinayət işi üzrə məhkəmə aktı qəbul edilmədiyinə görə. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə qarşı verilir. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 izah edilməlidir ki, bu cinayət işi üzrə araşdırılmış eyni epizodla bağlı başqa icraatda baxılan cinayət işi üzrə təqsirləndirilən şəxs X25 barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olarsa, Elnur Hüseynova qarşı mülki qaydada iddia ərizəsi ilə cavabdehin yaşayış yeri üzrə rayon məhkəməsinə müraciət etmək hüququna malikdir. İş üzrə digər mülki iddia yoxdur. İş üzrə cəmi 310 (üç yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 1) “büdcə təsnifatının kodu: 142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: adı-X12, kodu-210005, VÖEN **********, müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************” nömrəli hesabına 105 (yüz beş) manat, 2) “büdcə təsnifatının kodu: 142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: adı-X12, kodu-210005, VÖEN **********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************” nömrəli hesabına 105 (yüz beş) manat, 3) “büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci, SAP (XİİS) hesabı: adı-X12, kodu-210005, VÖEN **********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************” nömrəli hesabına 100 (yüz) manat ödənilməlidir. İş üzrə digər məhkəmə xərci yoxdur. İş üzrə Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllləsinin 344-347,349, 351-353, 356.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: 1)Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci madddəsinə əsasən, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulmaqla həbsə alındığı 27 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 2)Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulduğu 27 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək keçən 02 (iki) gün müddət, həmçinin ibtidai istintaq orqanının qərarı ilə tutulduğu 26 mart 2022-ci il tarixdən Göygöl Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 4(066)-32/2022 saylı qərarı ilə həbsdən azad olunduğu 28 mart 2022-ci il tarixədək keçən 02 (iki) gün müddət-cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından dərhal həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 3)Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2021-ci il tarixdən həbsdən azad olunduğu 27 noyabr 2021-ci il tarixədək keçən 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabətr tutulmaqla və ona təyin edilmiş 01 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs3 üzərinə faktiki yaşayış yeri olan, məcburi köçkün qismində müvəqqəti məskunlaşdığı Göygöl rayonunun Çaykənd kəndində yaşadığı evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri və Göygöl rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində hökmün icrası onun yaşayış yeri üzrə probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İbtidai istintaq zamanı maddi sübut kimi tanınaraq Göygöl Rayon Polis Şöbəsinə saxlanca verilmiş: 1) 1 (bir) ədəd, çaxmağın üzərində “EИ-7161” yazısı olan, 7,62 millimetr kalibrli “AKM” modelli, Kalaşnikov konstruksiyalı avtomat silah, 2) 58 (əlli səkkiz) ədəd 7,62x39 millimetr kalibrli patronlar, 3) 1 (bir) ədəd 30 (otuz) ədədlik, 1 (bir) ədədi isə 40 (qırx) ədədlik 7,62x39 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların və əl pulemyotlarının komplekt hissəsi hesab edilən cəmi 2 (iki) ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilsin. İbtidai istintaq zamanı maddi sübut kimi iş materiallarına əlavə edilmiş 4 (dörd) ədəd DVD-disk iş materiallarında saxlansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası qismən təmin edilsin: 1000 (min) manat məbləğdə pul, 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 1030 (bir min otuz) manat məbləğdə pul mülki cavabdeh Təqsirləndirilən şəxs1 alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin, həmin mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası qismən təmin edilsin: 1500 (üç min) manat məbləğdə pul, 35 (otuz beş) manat dövlət rüsumunun pul əvəzi, cəmi 1535 (min beş yüz otuz beş) manat məbləğdə pul mülki cavabdeh Təqsirləndirilən şəxs1 alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin, həmin mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası qismən təmin edilsin: 28817,50 manat (iyirmi səkkiz min səkkiz yüz on yeddi manat-50 qəpik) məbləğdə pul və ödənilmiş dövlət rüsumunun 176,45 manat (yüz yetmiş altı manat-45 qəpik) hissəsinin pul əvəzi, cəmi 28993,95 manat (iyirmi səkkiz min doqquz yüz doxsan üç manat-95 qəpik) pul mülki cavabdeh Təqsirləndirilən şəxs1 alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs4 verilsin, həmin mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası qismən təmin edilsin: 20116 (iyirmi min bir yüz on altı) manat məbləğdə pul mülki cavabdeh Təqsirləndirilən şəxs1 alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilsin, həmin mülki iddia Təqsirləndirilən şəxs1 qarşı qalan hissədə təmin edilməsin, həmin mülki iddia X34 qarşı hissədə baxılmamış saxlanılsın. İş üzrə cəmi 310 (üç yüz on) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 1) “büdcə təsnifatının kodu: 142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: adı-X12, kodu- 210005, VÖEN **********, müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************” nömrəli hesabına 105 (yüz beş) manat, 2) “büdcə təsnifatının kodu: 142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: adı-X12, kodu-210005, VÖEN **********, müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************” nömrəli hesabına 105 (yüz beş) manat, 3) “büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci, SAP (XİİS) hesabı: adı-X12, kodu-210005, VÖEN **********, müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************” nömrəli hesabına 100 (yüz) manat ödənilsin. Hökmdən, həbsdə olan təqsirləndirilən şəxslər- hökmün surətinin onlara rəsmi qaydada verildiyi tarixdən hesablanmaqla, digər proses iştirakçıları hökmün elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verə bilərlər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №1(040)-1/2024
Kəlbəcər Rayon Məhkəməsi Hökm — İş №1(040)-1/2024
12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver